Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-243/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X1 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X4 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(051)-57/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (M.Kərimova) 19 aprel 2021-ci il tarixli hökmü ilə xx.xx.1991-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Ü.Hacıbəyov küçəsi 2№li evin 73 №li mənzilində qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs 13.11.2020-ci il tarixdən 27.11.2020-ci il tarixədək həbsdə, 27.11.2020-ci il tarixdən 19.04.2021-ci il tarixədək ev dustaqlığında saxlandığı 5 ay 6 günün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 il 6 ay 24 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, ona 2 il 6 ay sınaq müddətinin təyin edilməsi, barəsində təyin olunmuş sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, üzərinə sınaq müddətində davranışı üzərinə nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, Təqsirləndirilən şəxs ev dustaqlığı qətimkan tədbirinin dəyişdirilərək, başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək qüvvəsində saxlanılması, iş üzrə ekspertiza xərci olan 51.06 manat Təqsirləndirilən şəxs alınıb dövlət büdcəsinə keçirilməsi, iş üzrə maddi sübut kimi Mingəçevir Şəhər Polis Şöbəsində saxlanılan bir ədəd bıçağın məhv edilməsi, hökmün icrasının Mingəçevir Şəhər İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, vəkil X2 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə 120 manatın dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 13.11.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən "Qədiroğlu" restoranının otağında tanışları X5 və Zərərçəkmiş şəxs ilə birlikdə əyləşib nahar edən zaman Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində mübahisə edərkən Zərərçəkmiş şəxs ona aralarında yaranmış mübahisəyə aydınlıq gətirməsini özünün alçaldılması kimi qəbul edib restorandan bayıra çıxdıqdan sonra yüngül dərəcəli sərxoşluq vəziyyətində Ərəş küçəsində avtomobil yolunda heç bir əsaslı səbəb olmadan ətrafda olan Şahid1, Şahid2 və digər sakinlərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, üzərində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən silah qismində istifadə etdiyi turist bıçağını tətbiq edərək həmin bıçaqla Zərərçəkmiş şəxs sol bazu və sarğı nahiyələrindən vurub sonuncuya sol bazu və sağ sarğı nahiyələrində yaraların əmələ gəlməsi ilə nəticələnən sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirib Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xuliqanlıq etmişdir. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti vermişdir. Dövlət ittihamçısı apellyasiya protestində Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş CM-in 70-ci maddəsi xaric edilməklə onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, məhkəmə Təqsirləndirilən şəxs təyin edilmiş cəzanı şərti hesab edərkən işin konkret hallarını, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törətdiyi cinayət əməlinə münasibətini, şəxsiyyətini, cəzanın məqsədlərini, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəliliyini nəzərə almayaraq cəzanın şərti hesab edilməsini şərtləndirən arqumentləri hökmdə əsaslandırmamışdır. Belə ki, məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən onun himayəsində 2 nəfər azyaşlı uşaqların olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, əməlindən peşman olmasını, yaşayış yerində müsbət xarakterizə olunmasını, psixonevroloji dispanserə qeydiyyatda olmasını CM-in 59.1.4, 59.1.9, 59.1.12 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar hallar kimi qiymətləndirib bunu əsas kimi qəbul edərək cəzanın məqsədlərinə nail olunması qənaətinə gəlmişdir. Sadalanan yüngülləşdirici halların bir hissəsi məhkəmə tərəfindən qanun tələblərinə əməl edilmədən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alınmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 72.1-ci maddəsinə görə şəxsin səmimi peşman olması şəxsin könüllü gəlib təqsirini boynuna almasında, cinayətin üstünün açılmasına fəal kömək etməsində, cinayət nəticəsində dəymiş ziyanın ödənilməsində və ya vurulmuş zərərin başqa yolla aradan qaldırma kimi hərəkətlərdə özünü göstərməsidir. Yəni şəxsin törətdiyi əməldən səmimi peşman olmasını bildirməsi həmin hərəkətlərlə təsdiq olunmalıdır. Bu hərəkətlərin təqsirləndirilən şəxs tərəfindən edilməsi qanunun mənasına görə şəxsin ictimai təhlükəliliyinin azalmasını təsdiq edir və buna görə də səmimi peşmançılıq cəzanı yüngülləşdirən hal kimi nəzərdə tutulmuşdur. Eyni zamanda CM-in 72.2-ci maddəsində qeyd olunur ki, başqa növ cinayət törətmiş şəxs, bu Məcəllənin 72.1-ci maddəsində nəzərdə tutulmuş şərtlər mövcud olduqda, yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində bilavasitə müəyyən edilmiş hallarda cinayət məsuliyyətindən azad edilir. Lakin Təqsirləndirilən şəxs belə hərəkətlər müəyyən edilməmiş, iş materiallarına əsasən Təqsirləndirilən şəxs baş vermiş cinayət hadisəsindən sonra ibtidai araşdırma orqanlarına gələrək cinayətin üstünün açılmasına hər hansı köməklik etməmiş, eyni zamanda cinayət nəticəsində dəymiş ziyanın ödənilməsi və ya vurulmuş zərərin başqa yolla aradan qaldırılması istiqamətində hər hansı hərəkətlər etməmişdir. Onun məsuliyyətini yüngülləşdirmək üçün əməlindən peşman olmasını bildirməsi isə qeyd olunanlara görə cəzanı yüngülləşdirən hal kimi nəzərə alına bilməzdi. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əmələ görə peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alsa da, belə bir nəticəyə gəlməyinin motivlərini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. Halbuki, Azərbaycan Respublikası CPM-in 139-cu maddəsinə görə cəzanı yüngülləşdirən hallar sübut edilməli hallar siyahısına daxil edilmişdir. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını yaşadığı yer üzrə verilmiş xasiyyətnaməyə əsasən müəyyən etmiş, lakin bu halın nədə ifadə olunması və bunun nəyə görə cəza təyini zamanı qəbul edilməsini ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərilməmişdir. Bundan başqa, məhkəmə hökmdə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə aldığını qeyd etsə də, hökmün təsviri hissəsində bunları əsaslandırmamış və əməlin konkret olaraq ictimai təhlükəlilik dərəcəsi və xarakterini tam açıqlamamışdır. Qeyd olunanlardan əlavə iş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədə göstərilən məlumatlarla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 28.06.2012-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CM-nin 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəza şərti hesab edilmiş, 21.07.2014-cü il tarixdə sınaq müddəti başa çatmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs cinayət törətməyə meyillidir, əvvəllər də CM-in 221.3-cü maddəsi ilə məhkum olunaraq cəzalanmasına baxmayaraq islah olunmamış, yenidən cinayət törətməklə öz cinayətkar fəaliyyətini davam etdirmişdir. Lakin məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini xarakterizə edən halları təhlil edərkən bu kimi halları qiymətləndirməmiş və ona cəza təyin edərkən onun cinayətkar fəaliyyətə meyilli olmasını, əvvəllər ona şərti təyin edilmiş cəzadan nəticə çıxarmamasını nəzərə almamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərkən belə bir nəticəyə gəlməsinin əsaslarını müzakirə etməmiş və bunun əsaslarını ittiham hökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmiş, CPM-nin tələblərinə əsasən onun cəmiyyətdən təcrid edilmədən islah olunmasını mümkün olmasını göstərməklə əsassız fikri hökmün təsviri əsaslandırıcı hissəsində qeyd etmiş, onun əvvəllər də CM-nin eyni maddəsi ilə məhkum olunmasını nəzərə almamışdır. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını, təqsirləndirilən şəxsin şəxsiyyətini nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq-aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Rəhman İbrahimov apellyasiya protestinin məzmununa uyğun çıxış edərək apellyasiya protestinin təmin edilməsini, Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmünə əsasən təyin edilmiş CM-in 70-ci maddəsi xaric edilməklə onun təqsirli bilindiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs bildirmişdir ki, özünü müdafiə etmək üçün zərərçəkmiş şəxsi bıçaqla vurmuşdur. Dispanserdə əsəb xəstəsi kimi qeydiyyatdadır, ağır xəstədir. Himayəsində yaşlı anası var. Odur ki, apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Musa Sarıyev apellyasiya protestinə etiraz edərək apellyasiya protestinin təmin olunmamasını, Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti təmin edilməli və Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs istinad edilən əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətlərin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-in 221.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qeyd edildiyi kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmiş, onun 13.11.2020-ci il tarixdən 27.11.2020-ci il tarixədək həbsdə, 27.11.2020-ci il tarixdən 19.04.2021-ci il tarixədək ev dustaqlığında saxlandığı 5 ay 6 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 il 6 ay 24 gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması və onun barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə ona təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrumetmə cəzasının 2 il 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab edilməsini müəyyən etmişdir. Lakin məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmənin tətbiqi onun tərəfindən törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, eləcə də onun şəxsiyyətinə uyğun deyildir. Belə ki, CM-in 70-ci maddəsinə görə, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayarsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Həmin Məcəllənin 70.2-ci maddəsinə əsasən, məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs elan edilmiş ittihamdan görünür ki, o, 13.11.2020-ci il tarixdə saat 17 radələrində Mingəçevir şəhəri Ərəş küçəsində yerləşən "Qədiroğlu" restoranının otağında tanışları Şahid1 və Zərərçəkmiş şəxs ilə birlikdə əyləşib nahar edən zaman Zərərçəkmiş şəxsla şəxsi münasibətlər zəminində mübahisə edərkən Əhməd Abdurahıuanovun ona aralarında yaranmış mübahisəyə aydınlıq gətirməsini özünün alçaldılması kimi qəbul edib restorandan bayıra çıxdıqdan sonra yüngül dərəcəli sərxoşluq vəziyyətində Ərəş küçəsində avtomobil yolunda heç bir əsaslı səbəb olmadan ətrafda olan Şahid1, Şahid2 və digər sakinlərə qarşı laqeydlik və etinasızlıq nümayiş etdirərək ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək, üzərində olan bir tərəfi kəsici, ucu deşici xassəyə malik, zavod üsulu ilə hazırlanmış, soyuq silah hesab edilməyən silah qismində istifadə etdiyi turist bıçağını tətbiq edərək həmin bıçaqla Zərərçəkmiş şəxs sol bazu və sarğı nahiyələrindən vurub sonuncuya sol bazu və sağ sarğı nahiyələrində yaraların əmələ gəlməsi ilə nəticələnən sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan qəsdən sağlamlığına yüngül dərəcəli bədən xəsarəti yetirib Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlərlə xuliqanlıq etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlinin ictimai təhlükəliliyi xüsusi önəm kəsb edir. Belə ki, Təqsirləndirilən şəxs bundan əvvəl də, yəni Şəki Ağır Cinayətlər Məhkəməsinin 28.06.2012-ci il tarixli hökmü ilə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsinə əsasən 2 il sınaq müddəti müəyyən edilməklə ona təyin edilmiş cəza şərti hesab edilmiş, 21.07.2014-cü il tarixdə sınaq müddəti başa çatmışdır. Göründüyü kimi, təqsirləndirilən şəxs əvvəllər eyni xarakterli, yəni silahdan istifadə edilməklə xuliqanlıq cinayəti törətmiş və bu əməlinə görə o, 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində CM-in 70-ci maddəsi tətbiq edilərək 2 il sınaq müddəti müəyyən edilməklə təyin edilmiş cəzası şərti hesab edilmiş, lakin Təqsirləndirilən şəxs cəzanın islah təsirinə məruz qalmamış, yenidən eyni xarakterli cinayət əməli törətmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 28 iyun 2012-ci il tarixli hökmünə nəzər salanda müəyyən olunur ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının qənaətinə görə, şəxsin əməlindən peşman olduğunu bildirməsi onu göstərir ki, o, törətdiyi cinayət əməlinin mahiyyətini başa düşmüş və bu əməlin cəmiyyət üçün təhlükəli nəticələrini dərk edərək əməlinə tənqidi yanaşır. Kriminal hesab olunan əmələ bu cür yanaşma təqsirləndirilən şəxsin cəzanın islah təsirinə məruz qalmasının təzahür forması kimi çıxış edir və onu göstərir ki, artıq o əməlinə tənqidi münasibəti ilə cəzanın islah təsirinə məruz qalmışdır və gələcəkdə bir daha kriminal əməllərdən çəkinəcək və yeni cinayət törətməyəcək. Lakin işdən görünür ki, Təqsirləndirilən şəxs sözün həqiqi mənasında törətdiyi əməldən peşman olmamış, cəzanın islah təsirinə məruz qlmamış və yenidən eyni xarakterli cinayət törətmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə onun törətdiyi əməldən peşman olmasını bildirməsini də əsas götürməklə yenə də onun ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını şərti hesab etməsi CM-in ədalət prinsipi baxımından ədalətli hesab edilə və cəzanın islah təsiri baxımından yetərli hesab oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs barəsində şərti məhkumetmənin tətbiqinin cəzanın məqsədlərini təmin edə biləcəyinə əmin deyildir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını şərti olaraq çəkməsi onun islah olunmamasına, təhlükəli meyllərin təsirindən çıxa bilməməsinə və yenidən cinayət törətməsinə səbəb ola bilər. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs şəxsiyyəti cəmiyyət üçün təhlükəli olaraq qalmaqdadır və onun azadlıqdan məhrum etmə cəzasını real surətdə çəkmədən islah olunacağı inandırıcı görünmür, habelə azadlıqda qalacağı təqdirdə onun yenidən cinayət törətməsi riski aradan qalxmamışdır. CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası cinayət işinin yuxarıda qeyd edilən hallarını, eləcə də cəza təyini ilə bağlı cinayət qanunvericiliyinin tələblərini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsini tətbiq edərək ona 2 il 6 ay 24 gün müddətə azadlıqdan məhrum etmə cəzasını şərti olaraq təyin etməkdə haqlı olmamış, məhkəmənin bu qərarı cəzanın məqsədlərinə, eləcə də törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən təqsirkarın şəxsiyyətinə uyğun olmamışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini əsaslı sayır. CPM-in 399.1.5-ci maddəsinə görə, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. CPM-in 405.1.4-cü maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü, hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(051)-57/2021 nömrəli hökmü dəyişdirilməli, həmin hökmdən “Təqsirləndirilən şəxs barəsində CM-in 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, ona 2 il 6 ay sınaq müddətinin təyin edilməsi” ilə bağlı müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası icra olunmalı, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 01 iyul 2021-ci il tarixdən hesablanmalı, Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Apellyasiya protesti təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(051)-57/2021 nömrəli hökmü dəyişdirilsin. Həmin hökmdən “Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə, ona təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, ona 2 il 6 ay sınaq müddətinin təyin edilməsi” ilə bağlı müddəalar xaric edilsin. Təqsirləndirilən şəxs Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli 1(051)-57/2021 nömrəli hökmü ilə təyin edilmiş 2 il 6 ay 24 gün müddətinə azadlıqdan məhrum etmə cəzası icra olunsun və barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilərək o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəza çəkmə müddətinin əvvəli bu gündən, yəni 01 iyul 2021-ci il tarixdən hesablansın. Mingəçevir Şəhər Məhkəməsinin 19 aprel 2021-ci il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-243/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-243/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver