Məhkəmə qərarları › İş №1(107)-246/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-246/2020

09.12.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-246/2020 09.12.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X6, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən hakim Elbrus Məmmədov) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə, xx.xx.1991-ci il tarixdə Zaqatala rayonu Yengiyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Yengiyan kəndində qeydiyyatda olan və həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilərək, onun barəsində həbs qətimkan tədbiri seçilməsi, onun məhkəmə iclası zalından həbs edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının çəkilməsinin əvvəli onun məhkəmə iclası zalında həbsə alındığı xx.xx.2020-ci il tarixdən hesablanması müəyyən edilmişdir. işin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs cavabdeh kimi 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-cı il tarixli 2(033)-1536/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə zərərçəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmuş, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Zaqatala Rayon Məhkəməsinin hakimi Elbrus Məmmədov barəsində xüsusi qərar çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən təqsirləndirilən şəxs, onun müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Dövlət ittihamçısı2 Zərərçəkmiş şəxs verdiyi apellyasiya şikayətinə etiraz edərək biriinci instansiya məhkəməsi hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət- Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnızapelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət- Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilib-edilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apelyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparılmadan araşdırıb, tərəflərin çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli və Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü zərərçəkmiş şəxsin apelyasiya şikayətinə münasibətdə dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, həqiqətən Zərərçəkmiş şəxs 27500 manat pul borcunun olmasına dair xx xxxxxx 2014-cü il tarixdə notarial qaydada etiraf müqaviləsi bağlamışdır. Müqaviləyə əsasən həmin məbləği xx xxxxxx 2018-ci il tarixədək hər ay 500 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Lakin müqaviləni imzaladıqdan sonra heç bir ödəniş edə bilməmişdir. Bir müddət sonra Təranə onun barəsində məhkəməyə müraciət etmiş və Zaqatala Rayon Məhkəməsi ondan 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində borcun və dövlət rüsumuna görə ödənilmiş 30 manatın alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair xx xxxxxxxx 2017-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb edilmişdir. Lakin borc məbləği ilə razılaşmadığına görə qətnaməni icra etməmişdir. Belə ki, Zərərçəkmiş şəxs olan borcu qaytarsa da bunu təsdiq edən rəsmi sənədi yoxdur. Zərərçəkmiş şəxs isə ona borcunun olmadığı halda qeyd edilən məbləği yenidən ondan tələb edir. Onun həmin məbləği ödəməyə maddi imkanı olmadığından, həmçinin borc məbləğini ayda 100 manat olmaqla ödəmək istəsə də, Təranə onunla razılaşmadığından əvvəlki illərdə ödəniş etməmişdir. Hazıradək borcundan istintaq və məhkəmə zamanı cəmi 6680 manat ödəyə bilmişdir. Borcun qalan hissəsini isə bir dəfəyə ödəmək imkanı daxilində olmasa da, çalışıb hissəhissə ödəyəcəkdir. Bunun üçün ona zərərçəkmiş şəxsin yenidən vaxt verməsini xahiş edir. Əməlindən səmimi peşmandır. Həyat yoldaşı hamilədir. Ailədə başqa qazanc gətirən yoxdur. Özü isə fərdi təsərrüfatdan əldə etdiyi az miqdar qazancla həm ailəsini saxlamalı, həmdə ki, borcunu ödəməlidir. Hazırda borcdan imtina etməyin mənasız olduğunu dərk edir. Çünki, artıq qətnaməni icra etməyə məcburdur. Zərərçəkmiş şəxs isə onunla heç bir razılığa və güzəştə getmir. Ailə vəziyyətini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etdi. Birinci instansiya məhkəməsi baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş, məhkəməyə dəfələrlə teleqram göndərərək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və təqsirləndirilən şəxsə qanuni cəza verilməsini xahiş etmişdir. Bu halda birinci instansiya məhkəməsi istintaqında Zərərçəkmiş şəxs ibtidai araşdırma zamanı verdiyi ifadəsinin elan edilməsi məqsədəmüvafiq hesab edilmişdir. Zərərçəkmiş şəxs məhkəmə istintaqında elan olunmaqla tədqiq edilmiş ibtidai araşdırma zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2014-cü il tarixdə Təqsirləndirilən şəxs ondan 27500 manat borc pul almışdır. Razılıqlarına əsasən Təqsirləndirilən şəxs aldığı məbləği xx xxxxxx 2018-ci il tarixədək hər ay 500 manat olmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Bu barədə notarial qaydada etiraf müqaviləsi bağlamışlar. Lakin bundan xeyli müddətin keçməsinə baxmayaraq Emil aldığı məbləği qaytarmamışdır. Bir neçə dəfə Emillə görüşüb aldığı məbləği qaytarmasını tələb etdikdə, Emil müxtəlif vaxtlarda ödəniş edəcəyinə dair vədlər vermiş, lakin vədinə əməl etməmişdir. Məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsi iddiasını təmin edərək Təqsirləndirilən şəxs 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində borcun və dövlət rüsumuna görə ödədiyi 30 manatın alınaraq ona verilməsinə dair xx xxxxxxxx 2017-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamənin qəbul edilməsindən iki ildən çox müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs məhkəmə qətnaməsinə də məhəl qoymamış və borc məbləğinin qaytarılmasını təmin etməmişdir. Bundan sonra da dəfələrlə Təqsirləndirilən şəxs borc məbləğinin ödənilməsini tələb etsə də, Emil müxtəlif bəhanələrlə borcu ödəməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs fərdi qaydada işləyir, eyni zamanda təsərrüfatla da məşğul olur və onun borc məbləğini qaytarmağa maddi imkanı vardır. Lakin qərəzli olaraq qətnamənin icrasından yayınır. Qətnamənin icrası ilə bağlı dəfələrlə icra məmurlarına da müraciət etmiş, nəticəsi olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə qətnaməsi üzrə olan borc məbləğinin alınıb ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Zaqatala rayon icra və probasiya şöbəsinin rəisi Şahid ifadəsində göstərdi ki, xx xxxxxxx 2017-ci il tarixli qərarla icraata başlanılmış Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(033)-1536/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində borc və 30 manat ödənilmiş dövlət rüsumu alınaraq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi icraata qəbul edilərək tələbin könüllü icrası üçün borcluya müvafiq bildiriş verilmiş, lakin borclu verilmiş müddətdə tələbin könüllü icrasını təmin etməmişdir. Odur ki, məcburi icra tədbirlərinə başlanılmışdır. Borclu Təqsirləndirilən şəxs icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, borc məbləğinin ödənilməsi tələb olunmuşdur. Borclu müxtəlif əsassız bəhanələr gətirərək borcun ödənilməsini təmin etməmişdir. Borcluya tələbin icrası üçün vaxt verilmiş, lakin xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs borc məbləğindən ödəniş etməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Bundan sonra borclu borc məbləğindən 500 manat ödəniş etmiş və məhkəmə tərəfindən iş üzrə başlanılmış icraata xitam verilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş və görülmüş tədbirlər nəticəsində borclunun olduğu yeri müəyyən etmək mümkün olmadığından xx.xx.2018-ci il tarixli qərarla barəsində axtarış elan edilmişdir. Zaqatala Rayon Polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saxlanılaraq İcra və Probasiya şöbəsinə gətirilmişdir. İcra şöbəsində qətnamənin icrası bir daha borcludan tələb olunmuş və məsuliyyəti diqqətinə çatdırılmışdır. Lakin borclu Təqsirləndirilən şəxs borc məbləğindən heç bir ödəniş etməmişdir. Odur ki, borclu barəsində yenidən inzibati protokol tərtib edilərək məhkəməyə göndərilmişdir. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarı ilə borclu Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra yeni icra müddəti təyin edilərək qətnamənin icrası borcludan tələb olunmuş, məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar verilmişdir. Həmçinin icra sənədinin icrası istiqamətində borclu ilə fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin icra sənədinin icraya yönəldilməsindən uzun müddət keçməsinə, inzibati qaydada məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs edilməsinə, məsuliyyəti barədə xəbərdarlıqlar verilməsinə baxmayaraq, görülmüş icra tədbirləri nəticəsiz qalmış, borclu qətnamənin icrasından qərəzli olaraq yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs və onun nümayəndəsi isə dəfələrlə yazılı və şifahi qaydada İcra və Probasiya şöbəsinə müraciət edərək qətnamənin icrasız qalmasından narazılıqlarını bildirmiş, borc məbləğinin alınmasında köməklik göstərilməsini xahiş etmişlər. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs istintaq və məhkəmə zamanı tələbkara borcundan cəmi 6680 manat ödəmişdir. Cinayət işinin 10-cu vərəqəsində olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(033)-1536/2017 nömrəli icra vərəqəsindən müəyyən edilir ki, cavabdeh Təqsirləndirilən şəxs 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində borc və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu alınaraq iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Cinayət işinin 16-cı vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş icraata başlamaq haqqında qərardan müəyyən edilir ki, həmin qərarla borclu Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, 10 gün müddətində icranı könüllü təmin etsin. İcra könüllü təmin edilmədikdə icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclər və icra ödənişi borcludan tutulacaq, əmlak tələbləri üzrə icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclunun əmlakı siyahıya alınacaq, həmin əmlakın üzərinə həbs qoyulacaqdır. Cinayət işinin 17-ci vərəqəsində olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Təqsirləndirilən şəxs ünvanlanmış bildirişdən müəyyən edilir ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(033)-1536/2017 nömrəli icra sənədində göstərilən tələbi 10 gün müddətində könüllü icra etmədiyi halda icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı barədə məlumatlandırılmışdır. Cinayət işinin 47-ci vərəqəsində olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş xx xxxxxxx 2018-ci il tarixli inzibati məsuliyyətə cəlb etmə haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cinayət işinin 48-ci vərəqəsində olan Zaqatala rayon məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli 3(033)-408/2018 nömrəli qərarından müəyyən edilir ki, inzibati xəta törətmiş Məmmədov X7 Rayon Məhkəməsinin xx xxxxxxxx 2017ci il tarixli 2(033)- 1536/2017 nömrəli icra vərəqəsinə əsasən, protokol tərtib edildikdən sonra borclu Təqsirləndirilən şəxs ödəməli olduğu 27500 (iyirmi yeddi min beş yüz) manat borcundan bir hissəsini yəni 500 (beş yüz) manatını tələbkar Zərərçəkmiş şəxs ödəmişdir.Buna görə dəTəqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirləndirilməsinə dair inzibati xəta haqqında iş üzrə başlanmış icraata onun əməlində həmin inzibati xətanın tərkibi olmadığına görə xitam verilmişdir. Cinayət işinin 60-cı vərəqəsində olan Zaqatala rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən Təqsirləndirilən şəxs barəsində tərtib olunmuş xx xxxxxxx 2019-cu il tarixli inzibati məsuliyyətə cəlb etmə haqqında protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan Zaqatala rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 3(033)-389/2019 nömrəli qərarından müəyyən edilir ki, inzibati xəta törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-in 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 gün müddətinə inzibati həbs edilmişdir. Cinayət işinin 78-ci vərəqəsində olan Zaqatala rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Vüqar Musayev tərəfindən Təqsirləndirilən şəxs verilmiş xəbərdarlıqdan müəyyən edilir ki, əgər 03 gün müddətində tələbi könüllü icra etməsə barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətinə cəlb edilməsinə dair qanuni tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir. Cinayət işinin 75-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala RİHB-nın Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 105-ci vərəqəsində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİ İdarəsinin xx.xx.2020-ci il tarixdə verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “xxxx” ASCnin Zaqatala filialından verilmiş qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hesabına xx.xx.2018-ci il tarixdə 500 (beş yüz) manat və xx.xx.2019-cu il tarixdə 180 (bir yüz səksən) manat köçürmüşdür. Cinayət işində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “xxxx” ASCnin Zaqatala filialından verilmiş ödəniş qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 “xxxx”dakı kart hesabına xx.xx.2020-ci il tarixdə 1000 (bir min) manat köçürmüşdür. Cinayət işində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş “eManat” terminalı ödəniş qəbzinin surətindən görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs etibarnamə üzrə nümayəndəsi X3 “xxxx”dakı kart hesabına xx.xx.2020-ci il tarixdə 5000 (beş min) manat köçürmüşdür. Cinayət işində olan və məhkəmə iclasında elan edilməklə tədqiq edilmiş Zaqatala RİHB-nın Yengiyan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş 219 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Zaqatala rayonu Yengiyan kəndində yaşayır və onun ailə tərkibi özündən, arvadı X1 ibarətdir. Həmçinin onun arvadı hamilədir, 2020-ci il noyabr ayında övladı olmalıdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 306.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Lakin birinci instansiya məhkəməsi düzgün olaraq Təqsirləndirilən şəxs 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin etsə də, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin olunmuş cəzanın yüngül olması barədə zərərçəkmiş şəxs apelyasiya şikayətinin dəlillərinə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından yanaşıb təhlil aparılmasını məqsədəuyğun hesab edir. Apellyasiya şikayətinin təqsirləndirilən şəxsin törətdiyi cinayətə görə ona təyin olunmuş cəzanın ağırlaşdırılması barədə zərərçəkmiş şəxsin istəyi ilə razılaşan məhkəmə kollegiyası birinci növbədə qeyd edir ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir və cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxx 2005-ci il tarixli qərarında isə qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan maddi hüquq normalarının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial prosesslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. İş materialları ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs cavabdeh kimi 27500 (iyirmi yeddi min beş yüz) manat məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 30 manatın alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2017-cı il tarixli 2(033)-1536/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən xx xxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməklə zərərçəkmiş şəxsə göstərilən məbləğdə maddi ziyan vurmuş, ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 3 ildən artıq bir müddət ərzində ödəməli olduğu 27500 (iyirmi yeddi min beş yüz) manat pul borcundan az bir qismini ödəmiş, zərərçəkmiş şəxs isə həmin ödənilən məbləğ ilə razılaşmamış, təqsirləndirilən şəxsdən şikayətçi olaraq onun barəsində daha uzun müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasını xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etməkdə haqlı olmamış, təyin edilmiş cəza törədilmiş cinayət əməlinə münasibətdə yüngül olduğundan onun cəzası ağırlaşdırılmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 404-cü maddəsinə əsasən, cinayət qanununun müvafiq maddəsi ilə müəyyən edilmiş hüdudlardan kənara çıxmasa da, həm sərtliyinə görə, həm də yüngüllüyünə görə açıq-aydın ədalətsiz olan cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmayan cəza hesab edilir. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğu təmin etməlidir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə CM-in 306.1-ci maddəsinin sanksiyasında iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulduğu halda 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Beləliklə, məhkəmə kollegiyаsı apelysiya şikayəti üzrə yekun nəticəyə gələrək hesab edir ki, Zərərçəkmiş şəxs tərəfindən verilmiş aapelyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilməli və təqsirləndirilən şəxsə təyin olunmuş cəza ağırlaşdırılmalıdır. Bundan başqa məhkəmə kollegiyası apellyasiya şikayətində zərərçəkmiş şəxs Zaqatala rayon Məhkəməsində cinayət işinə baxılarkən, hakim, yəni məhkəmənin sədri Təqsirləndirilən şəxs heç bir əsaslar olmadan işi uzatmaq üçün dəfələrlə məhkəmə iclaslarını təxirə salmış və bu işdə maraqlı olduğuna görə hakimə olan etirazını məhkəməyə göndərməyinə baxmayaraq məhkəmə Cinayət-Prosessual Məcəlləsinin 109.3.3-cü maddəsinin tələbinin tələbinə zidd olaraq ona edilmiş etirazı baxılması üçün bilərəkdən apellyasiya instansiyası məhkəməsinə göndərmədiyini göstərməsi ilə bağlı qeyd edir ki, Cinayət-Prosessual Məcəlləsinin 109.1-ci maddəsinə görə hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun. 109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; 109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; 109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; 109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. İş materiallarında (iş.v 216-217) olan məhkəmə iclas protokolundan isə görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hakim Təqsirləndirilən şəxs olan yazılı etirazına xx xxxxxx 2020-ci il tarixdə baxılmış və məhkəmə iclasında iştirak etmiş prosess iştirakçılarının fikirləri nəzərə alınmaqla etirazda Cinayət-Prosessual Məcəlləsinin 109.1-ci maddəsində göstərilən əsaslardan hər hansı biri olmadığından baxılmamış saxlanılıması qərara alınmışdır. Bundan başqa məhkəmə iclas protokolu kollegiyanın iclasında nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, cinayət işi birinci instansiya məhkəməsinin icraatına xx xxxx 2020-ci il tarixdə daxil olmuş və məhkəmə hazırlıq iclası xx xxxx 2020-ci il tarixdə keçirilməklə məhkəmə iclası xx xxxx 2020-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə məhkəmə iclasında təqsirləndirilən şəxs dindirildikdən sonra, zərərçəkmiş və şahidin iştirakını təmin etmək məqsədi ilə məhkəmə iclası xx xxxxxx 2020-ci il tarixə təxirə salınmış və həmin tarixdə təqsirləndirilən şəxsin şifahi vəsatəti təmin edilərək ona zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və ona dəymiş ziyan ödənilməsi, həmçinin də zərərçəkmiş şəxsin və şahidin məhkəmə iclasında iştiraklarını təmin etmək məqsədi ilə məhkəmə iclası xx xxxxxx 2020ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə təqsirləndirilən şəxs borcundan 6680 manat pulun qaytarıldığını bildirərək qalan məbləğin ödənilməsini xahiş etdiyindən və həmçinin də zərərçəkmiş və şahidin iştirakını təmin etmək məqsədi ilə məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə təqsirləndirilən şəxsin şifahi vəsatəti təmin edilərək ona zərərçəkmiş şəxslə barışıq əldə edilməsi və ona dəymiş ziyan ödənilməsi məqsədi ilə məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək üzürlü səbəblərdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini göstərib məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyindən məhkəmə iclası bu səbəbdən xx xxxxxxxx 2020-ci il tarixə təxirə salınmışdır. Həmin tarixdə zərərçəkmiş şəxs məhkəməyə teleqramla müraciət edərək təqsirləndirilən şəxsin ona olan borcunu 2020-ci ilin sentyabr ayının sonunadək ödəyəcəyini göstərib məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyindən məhkəmə iclası xx xxxxxxxx 2020-ci il tarixə təxirə salınmışdır və həmin tarixdə iş üzrə məhkəmə hökmü çıxarılmışdır. Göründüyü kimi məhkəmə iclasları bir neçə dəfə, tərəflərin xahişi ilə, məhz zərərin ödənilməsinə şərait yaradılması məqsədi ilə təxirə salınmış, hətta borcun bir hissəsinin, yəni 6680 manatın ödənilməsinə nail olunmuşdur. Bu səbəbdən də, məhkəmə kollegiyası işə baxan hakim tərəfindən Cinayət-Prosessual Məcəlləsinin tələblərinin pozulmadığı qənaətinə gələrək hesab edir ki, onun barəsində xüsusi qərar çıxarılması barədə apellyasiya şikayəti bu hissədə təmin edilməməlidir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.4-cü maddəsinə görə isə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. nəticəvi hissə: Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və Cinayət-Prosessual Məcəlləsinin 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Təqsirləndirilən şəxs Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə təyin edilmiş 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası artırılaraq 1(bir) il müəyyən edilsin. Hökm baxılmış apelyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar