Məhkəmə qərarları › İş №1(107)-246/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-246/2021

28.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-246/2021 28.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi Dövlət ittihamçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, kiçik-ədliyyə müşaviri X9; Müdafiəçi- Şəki Regional Vəkil Bürosunun vəkili X2 Zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nümayəndəsi X1 iştirаkı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmü ilə (hakim Cahid İmanov) xx xxxxxx 1971 -ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, X19 Mərkəzdə xəstəyə qulluq edən kiçik tibb bacısı işləyən, əvvəllər məhkum olunmamış, Şəki şəhəri, A.Nuxəvi küçəsi, ev 18-də qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, bir il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, barəsində 16 dekabr 2020-ci il tarixdə seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdiriməsi və o, dərhal məhkəmə iclas zalından həbsə alınmış, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin həbsə alındığı tarixdən, yəni 05 may 2021-ci il tarixdən hesablanması, iş üzrə 68 621 (altmış səkkiz min, altı yüz iyirmi bir) manat və 7000 (yeddi min) ABŞ dolları borc məbləğinin ödənilməməsi, mülki iddianın, maddi sübut və məhkəmə xərclərinin olmamasının nəzərə alınması hökm edilmişdir. Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir, ondan ötrü ki, o cavabdeh kimi ondan 31300,00 manatın və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 7000,00 ABŞ dollarının, həmçinin dövlət rüsumuna görə 10,00 manatın alınaraq X4 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 16 mart 2018-ci i tarixli 2(075)-400/2018 saylı, 30441,00 manatın və 30,00 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs3, 360,00 manat ekspertiza xərcinin isə dövlət büdcəsinə ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(075)-396/2018 saylı və 13260,00 manatın, həmçinin dövlət rüsumuna görə 30.0 manatın alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(075)-398/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 30 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası iXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500.0 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 15.05.2020-ci il, 15.07.2020-ci il və 07.09.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə zərər çəkmiş şəxslərə göstərilən məbləğlərdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü çıxarılmışdır. Hökmdən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verilmişdir. Hökmdən təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri və proses iştirakçılarının izahatları: Zərərçəkmiş şəxs3 apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin hökmü ilə razı olmadığını, Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmünun cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul etməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin hökmü ilə razı olmadığını, Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmünun cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi barədə qərar qəbul etməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs2 apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin hökmü ilə razı olmadığını, Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmünun cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə daha ağır cəzası təyin edilməsi barədə qərar qəbul etməklə apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs1 apellyasiya şikayətinin dəlilləri ilə bağlı göstərmişdir ki, onun fikrincə təqsirləndirilən Təqsirləndirilən şəxsnin indiyədək azadlıqdan məhrum etmə cəzasını çəkməsi kifayətdir. Ona görə də Büllur Lətifovanın həbsdən azad edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 nümayəndəsi X3 ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətlərinin təmin edilməsini xahiş edərək Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmünun cəzaya aid hissədə dəyişdirilməsini, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə daha ağır cəzası təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək apellyasiya şikayətlərinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmünün dəyişdirilməməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X14 apellyasiya şikayətlərinin təmin edilməməsini və Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа şikayətlərinin dəlillərini müzаkirə edərək, zərərçəkmiş şəxslərin və zərərçəkmiş şəxsin nümayəndəsinin apellyasiya şikayətlərinin təmin edilməsi, təqsirləndirilən şəxsin və müdafiəçinin və dövlət ittihаmçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o cavabdeh kimi ondan 31300,00 manatın və məhkəmə qətnaməsinin icra edildiyi günə Azərbaycan manatına məzənnəsi ilə 7000,00 ABŞ dollarının, həmçinin dövlət rüsumuna görə 10,00 manatın alınaraq X4 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 16 mart 2018-ci i tarixli 2(075)-400/2018 saylı, 30441,00 manatın və 30,00 manat dövlət rüsumunun alınaraq Zərərçəkmiş şəxs3, 360,00 manat ekspertiza xərcinin isə dövlət büdcəsinə ödənilməsinə dair Şəki Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(075)-396/2018 saylı və 13260,00 manatın, həmçinin dövlət rüsumuna görə 30.0 manatın alınaraq Zərərçəkmiş şəxs2 verilməsinə dair Şəki Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(075)-398/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrini müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə və icra məmurunun qanuni tələbini yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən 30 avqust 2019-cu il tarixdə Azərbaycan Respublikası iXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500.0 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə 15.05.2020-ci il, 15.07.2020-ci il və 07.09.2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərini davam etdirərək qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etməməklə zərər çəkmiş şəxslərə göstərilən məbləğlərdə maddi ziyan vuraraq qətnamədə göstərilən tələbləri yerinə yetirməmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Həmin Qanunun 3.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini, hökmünü, qərardadını və ya qərarını qərəzli olaraq icra etməmə və ya həmin məhkəmə aktlarının icrasına maneçilik törətmə cinayət əməli kimi müəyyən olunmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci mаddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnаrаq bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Çünki Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 16 mart 2018-ci i tarixli 2(075)-400/2018 saylı, Şəki Rayon Məhkəməsinin 19 mart 2018-ci il tarixli 2(075)- 396/2018 saylı və Şəki Rayon Məhkəməsinin 06 aprel 2018-ci il tarixli 2(075)-398/2018 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olması barədə dövlət ittihamçısının mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materialında olan Azərbaycan Respublkası Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət xidmətinin Şəki Rayon Şöbəsinin 20.04.2021-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanda qeydiyyatda olmuş, 10.06.1973-cü il təvəllüdlü X15 həqiqətən 01.01.1994-cü il tarixdə N saylı hərbi hissənin tərkibində Ağdam uğrunda gedən döyüşlər zamanı şəhid olmuşdur. 24.04.1974-cü il təvəllüdlü X16 isə 18.06.1992-ci il tarixdən 21.02.1994-cü il tarixə kimi Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş və “Hərbi xidmətə çağırışın əsasları” haqqında Azərbaycan Respublikası Qanunun 21-ci maddəsinin “d” bəndinə əsasən (qardaşı şəhid olduğuna görə) ehtiyata buraxılmışdır.21.09.2010-cu il tarixli 081175 saylı “Mühribə veteranı” vəsiqəsi almışdır. İş materialında olan 29.12.1971-ci il tarixli 256823 saylı Doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1971-ci il təvəllüdlü X5 atası X12r, anası Rəsulova KişvərHüseyn qızıdır. İş materialında olan 10.02.1973-cü il tarixli 456217 saylı Doğum haqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 25.01.1973-cü il təvəllüdlü X10 atası X17, anası X6r. İş materialında olan 06.05.1974-cü il tarixli 473941 saylı Doğum haqqında Şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, 24.04.1974-cü il təvəllüdlü X11 atası X17, anası X6r. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə cinayət əməli törətməsini, xəstə və müsbət xarakterizə olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi kimi qəbul edərək, Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, onun cəzasını ağırlaşdıran hallar olmadığını, onun törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini məqsədəmüvafiq saymaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası işin hallarını, hər üç apellyasiya şikayətlərində göstərilənləri, Təqsirləndirilən şəxs qardaşı X10 İ Qarabağ müharibəsində şəhid olmasını, digər qardaşı X11 müharibə veteran olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, ilk dəfə cinayət əməli törətməsini, xəstə olmasını nəzərə alaraq hesab edir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs təyin edilmiş cəzanın maddənin sanksiyasında nəzərdə tutulan son həddə qədər ağırlaşdırılması barədə ayrı-ayırılqda verdikləri apellyasiya şikayətləri təmin edilməməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41 və 58-ci maddələrinin tələblərini lazımınca nəzərə almış, həmin tələblər baxımından ona əsaslı və ədalətli cəza təyin etmişdir. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şəki Apellyasiya Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki regional Vəkil Bürosunun vəkili X8 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X2 hesabına 60 manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(075)-33/2021 saylı hökmü apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. X24 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şəki regional Vəkil Bürosunun vəkili X2 "xxxx" ASC-də olan AZ81UBAZ**********0090AZN001 saylı ("xxxx" ASC-nin Şəki filialının bank rekvizitləri: Bank müxbir hesabı AZ46NABZ********************; KOD 502531; VÖEN **********, SWİFT: UBAZAZ22) hesabına 60 manat köçürülsün. Qərarın icrası göstərdiyi hüquqi yardımla bağlı vəkilə əmək haqqının ödənilməsi hissəsində Azərbaycan Respublikası Vəkillər X7 və Tədris Mərkəzinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar