Məhkəmə qərarları › İş №1(107)-248/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-248/2021

02.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-248/2021 02.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X8 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X23, Zərərçəkmiş şəxs, onun nümayəndəsi Müdafiəçi2, təqsirləndirilən şəxs X16 və onun müdafiəçisi Müdafiəçi3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 127.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 1(019)-2/2021 nömrəli hökmündən Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs X9 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 03 may 2021-ci il tarixli 1(019)-2/2021 nömrəli hökmü ilə xx.xx.1970-ci ildə Balakən rayonu Talalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, 2-ci qrup əlil, məhkum olunmamış, Balakən rayonu Talalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş X9 CM-in 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və CM-in 127.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 221.3-cü maddəsilə 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs axtarışda olan şübhəli şəxs qismində tutulub bir gün həbsdə saxlandığı müddət CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin olunmuş bu cəzadan çıxılması və X9 üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, X9 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin tutulduğu 14 mart 2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan zərərçəkmiş şəxsin hadisə vaxtı əynində olmuş bir ədəd şalvar, bir ədəd şalvar kəməri və bir ədəd tumanın Zərərçəkmiş şəxs qaytarılması, Təqsirləndirilən şəxs qanuni əsaslarla məxsus olan 12 kalibrli, «18YD- 0075» №-li, tək hamarlüləli, (yivsiz) pompalı ov tüfəngi və 03 ədəd 12 kalibrli patronların Təqsirləndirilən şəxs qaytarılması, iş üzrə Təqsirləndirilən şəxs məxsus olan bir ədəd qatlanan cib bıçağının məhv edilməsi, aparılmış istintaq zamanı əldə edilmiş telefon danışıqlarına dair məlumatların əks olunduğu “Azərcell”, “Azərfon” və “Bakcell” şirkətlərindən daxil olmuş 03 ədəd CD diski, hadisə baş verən zaman müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntünün köçürüldüyü bir ədəd DVD diski, iş üzrə DİN-in Təhlükəsiz Şəhər Xidmətindən əldə edilmiş bir ədəd DVD diski və bir ədəd HD diskinin hazırki cinayət işi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 30.60 (otuz manat 60 qəpik ) manatın Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxs X16 qəsdən silah qismində istifadə edilən əşyanı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər etməklə xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməllərini törətmişdir. Belə ki, o, əmisi oğlu Şahid2 təxminən 20 il əvvəl keçmiş arvadı X10 ilə intim münasibətdə olmasından şübhələnərək, Şahid2 qorxutmaqla onu etiraf etdirib şəxsiyyətini alçaltmaq qərarına gəlmiş, bu məqsədlə alkoqol sərxoşluğu vəziyyətində bir ədəd soyuq silah hesab edilməyən bıçaq və qanuni əsaslarla özünə məxsus olan ov tüfəngini götürərək 30.09.2019-cu il tarixdə, səhər saat 10 radələrində ictimai yer hesab edilən, Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən Şahid2 oğlu Zərərçəkmiş şəxslə birlikdə işlətdiyi «Emil» kişi geyimləri mağazasına gəlmiş, Şahid2 mağazada olmadığından həmin vaxt orada olan Zərərçəkmiş şəxs üzərində olan bıçaqla xəsarət yetirməklə, Şahid2 qisas almaq qərarına gəlmiş, bu məqsədlə ictimai qaydanı kobud surətdə pozaraq təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs qarşı qeyd edilən mağazanın içərisində və həmin mağazanın qarşısında, yəni Heydər Əliyev prospektində qəsdən zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi cib bıçağı ilə sonuncunun sağ dirsək büküşünün, sağ qasıq nahiyəsinin, sağ budun orta 1/3-nin ön səthinin dəlib keçən yaralarından, sağ sağrının orta 1/3-nin iç səthinin, sol əlin 1-ci barmağının əsasının iç səthinin, sol əlin ovuc səthinin bayır kənarının kəsilmiş yaralarından ibarət olan istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən 6 ədəd və sol saidin aşağı 1/3-nin ön səthində yara, orta sinirin hissəvi və bükücü vətərlərinin kəsilməsindən və sol əlin ovuc səthində ortadakı yara-orta sinirin hissəvi kəsilməsindən ibarət olan həm ayrı-ayrılıqda, həm də ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (25%) səbəb olan zərərçəkmişin sağlamlığına az ağır xəsarət yetirilməsi ilə nəticələnən 2 ədədcəmi 8 ədəd bədən xəsarətlərini yetirib qəsdən Zərərçəkmiş şəxs sağlamlığına az ağır zərər vurmaya aid edilən xəsarətlər yetirərək qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 və Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətləri verilmişdir Hökmdən apellyasiya protesti və apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, nə istintaq materialları ilə, nə də ki, məhkəmə araşdırması zamanı tədqiqi edilmiş sübutlarla hüquqlarını müdafiə etdiyi İnqilab Hacıyevin əməlində CM-in 221.3-cü maddəsinin tərkib əlamətləri sübuta yetirilmir. Əksinə, cinayət işinin materiallarında olan cinayət əməlinin baş vermiş olduğu hadisə yerinə baxış keçirilməsi haqqında protokol, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, baş vermiş hadisənin müşahidə kamerası tərəfindən qeydə alınmış görüntülərinin köçürüldüyü DVD diski ilə də təqsirləndirilən şəxsin əməlində yalnız CM-in 127.1 -ci maddəsinin tərkib əlamətlərinin olması sübuta yetirilir. Belə ki, nə ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə araşdırması zamanı yalnız bir il səkkiz ay sonra zərərçəkmiş şəxs tərəfindən öyrədilərək məhkəməyə gətirilmiş, əslində hadisənin şahidi olmayan Şahid11 (nə baş verməsini belə anlamayan ifadəsindən başqa) hadisənin heç bir şahidinin olmaması, baş vermiş cinayət hadisəsi zamanı hadisə yerində təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs başqa heç bir kənar şəxsin olmaması, hətta zərərçəkmiş şəxsin sədrlik edənin sualına cavab olaraq orada heç bir söyüşün belə olmamasını bildirməsi, məhkəmə zamanı 2-ci fayldakı video görüntüyə baxış keçirilərkən yalnız bir nəfər şəxsin (təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs küçəyə çaxan zaman) onlardan az əvvəl həmin “Emil” kişi geyimləri mağazasının qarşısından keçməsi, həmin şəxsin heç dönüb arxasına belə baxmamasının özü də onu sübut edir ki, həmin vaxt zərərçəkmiş şəxs heç də qışqıraraq heç kimi köməyə çağırmamış, hadisə yerində cəmiyyətin heç bir üzvü hadisənin şahidi olmamış, heç bir ictimai qayda pozulmamış və bütün bu hallar mötəbər sübutlarla təsdiq edilmişdir. Lakin həm istintaq orqanı, həm də birinci instansiya məhkəməsi əldə edilmiş sübutları düzgün qiymətləndirməmiş və bunun nəticəsi olaraq da təqsirləndirilən şəxs İnqilab Hacıyevin törətmiş olduğu cinayət əməlini CM-in 127.1-ci maddəsindən əlavə eyni zamanda CM-in 221.3-cü maddəsi ilə də tövsif etmişdir. Bunları nəzərə alaraq Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmü ləğv edilməli, İnqilab Hacıyevə CM-in 221.3-cü maddəsi üzrə bəraət, CM-in 127.1-ci maddəsi üzrə isə ibtidai həbs müddəti həddində azadlıqdan məhrumetmə cəzası verilməlidir. Zərərçəkmiş şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, təqsirləndirilən şəxs X9 əməli düzgün tövsif edilməmişdir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, X9 niyyəti onu öldürmək olmuşdur. Bu hal iş materiallarında olan videogörüntü və X9 hadisə yerinə odlu ov silahı ilə gəlməsi ilə tam təsdiq olunur. Cinayət işinin materiallarından da göründüyü kimi, X3 Fariz Tofiq oğluna ilk əvvəl Balakən şəhəri H.Əliyev prospektində yerləşən «Emil» kişi geyimləri mağazasında xəsarət yetirir və öz niyyətini (zərərçəkmiş şəxsi öldürmək) yerinə yetirə bilmədiyi üçün oradan qaçaraq uzaqlaşmaq istəyən Farizi H.Əliyev prospektində arxasından tutaraq yenə də bıçaq zərbələrini endirməyə davam edir. Həmin video görüntülərdən də göründüyü kimi, İnqilab Hacıyevin bıçaq zərbələri heç də Farizə fiziki ağrı yetirmək üçün edilmir. Həmin bıçaq zərbələrinin hər biri Farizin həyatına qəsdə yönəlmişdir. Əks təqdirdə bıçaq zərbələri daha çox həyati orqanın yerləşdiyi bədənin yuxarı hissəsinə yox, aşağı ətrafa yönəlmiş olardı. Bundan başqa İnqilab Hacıyevin hadisə yerinə odlu ov silahı ilə gəlməsi də heç də onun Farizin atasını qorxutmaq istəməsi kimi qiymətləndirilə bilməz. Belə ki, həqiqətən də, qorxutmaq istədiyi halda İnqilab Hacıyev ov silahı ilə yanaşı onun patronlarını (güllələrini) da götürməzdi. İnqilab Hacıyevin istintaq dövründə vermiş olduğu ifadəsi özünü müdafiə xarakteri daşıyır və onun əməli faktiki olaraq CM-in 29, 120.2.2-ci maddəsinə tövsif edilməli idi. Ona görə də Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixl 1(019)- 2/2021 nömrəli hökmü təqsirləndirilən şəxs İnqilab Hacıyevin CM-in 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və cəza təyin edilməsi hissələrində ləğv edilməli, təqsirləndirilən şəxs İnqilab Hacıyevə törətmiş olduğu əmələ görə (CM-in 29, 120.2.2) təqsrili bilinərək cəzanın sanksiyasında nəzərə tutulmuş ən yuxarı həddə cəza təyin edilməsi barədə hökm çıxarılmalıdır. Proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs İnqilab Hacıyev məhkəmə kollegiyasının iclasında ifadəsində birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, özünü CM-in 127.1-ci maddəsi ilə təqsirli hesab edir, CM-in 221.3-cü maddəsi ilə isə təqsirli bilmir. O, 51 yaşında birinci dəfədir ki, cinayət törədir. Bu yaşında xuliqanlıq edə bilməz. Zərərçəkmiş şəxsin atası Tofiqi həmişə özünə doğma bilmiş, onun övladlarını öz övladlarından ayırmamışdır. Onun Farizi öldürmək niyyəti olmayıb, əgər öldürmək niyyəti olsaydı, atası Tofiqi öldürərdi. Məqsədi əmisi oğlu Tofiqi keçmişdə ona qarşı törətdiyi yaramaz əməlinə görə cəzalandırmaq olub. Həmin gün səhər yeməyi yemiş və az miqdarda spirtli içki qəbul etmişdir. Spirtli içki içmişdir ki, ağzından spirt iyi gəlsin və Tofiq bilsin ki, onun fikri ciddidir. Tofiqi nalayiq söyüşlərlə təhqir etsəydi, o da söyüşləri özünə götürüb olan hadisəni inkar edəsi idi. Tüfəngi götürməkdə məqsədi o idi ki, Tofiq tüfəngi görsə, etdiyi hərəkətləri boynuna almayacaq, o da onu nalayiq söyüşlərlə təhqir edəcək və Tofiq pis vəziyyətdə qalacaq. Bir növ niyyəti Tofiqi “sındırmaq” olmuşdur. Bıçaq və tüfəngi götürməkdə məqsədi Tofiqi cəzalandırmaq olub. Tofiqi vurmaq niyyəti olmayıb, niyyəti sadəcə qorxutmaq olub. Etdiyi hərəkətlərini etiraf etməsini və onlardan oğlunun da xəbərinin olmasını istəmişdir. Patron götürmüşdür ki, Tofiq ondan qorxsun, hələ bir patronuda Tofiqin yanında tüfəngə qoyasıydı ki, Tofiq bilsin ki, fikri qətidir. Zərərçəkmiş şəxsə məxsus mağazanın qarşısından keçəndə Fariz onunla salamlaşmışdır. Farizi görəndə atası Tofiq gözündə canlanmış və elə bilmişdir ki, onunla salamlaşan Tofiqdir. Bir anda özünü itirmişdir. Həmin vaxt Tofiq mağazada olmamışdır. Hadisə vaxtı mağazada ondan və zərərçəkən şəxsdən başqa heç kəs olmayıb və hadisəni heç kəs görməyib. O, Farizlə mehriban söhbət etmiş, sonra görüşüb ayrılmaq istəmiş, bu vaxt onunla görüşəndə Fariz ona gülümsəmiş, həmin an Tofiqin sifəti onun nəzərində canlanmış, sanki qarşısında Tofiq ona gülümsəmiş və bundan sonra bıçaqla Farizi vurmuşdur. Məqsədi Farizə bıçaqla zərbələr yetirməklə atası Tofiqə acıq vermək olub. Neçə zərbə vurduğu yadında deyil, o an özündə olmamışdır. Zərərçəkmiş şəxsə mağazada və mağazadan çöldə bıçaq zərbələri vurmuşdur. Mağazadan çöldə hirsli olduğu üçün vurmuşdur. Onları heç kim ayırmamış və yaxına gələn də olmamışdır. Fariz küçədə qışqıranda ayılmışdır ki, nə edir və ondan aralanmışdır. Əgər istəsəydi, Farizə əlavə xəsarətlər yetirərdi. Əslində onun Farizi bıçaqla vurmaq niyyəti olmayıb, Farizi vurmağı ani vaxtda baş vermişdir. Mağazada Farizə bıçaq vurduğunda ona dəyib-dəymədiyini bilməmiş, Farizin arxasınca çölə çıxmışdır ki, əgər bıçaq dəyməyibsə, bir zərbə vursun. Farizi öldürmək niyyəti olmamış, onu bıçaqla vuran vaxt nə dərəcədə xəsarət yetirəcəyini fikirləşməmiş, onu vurmağında məqsədi onun atasına acıq vermək olub. Farizi öldürmək fikri olsa idi, bir bıçaq zərbəsi ilə və ya tüfəngdən atəş açıb öldürərdi. Ədalətli qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş edir. Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində göstərdi ki, təqsirləndirilən şəxs İnqilab Hacıyev ilə əvvəllər münasibətləri lap yaxşı olub və heç bir düşmənçilikləri olmayıb. Həmişəki kimi hadisə günü də səhər işlədiyi mağazaya gəlmiş, mağazanın qarşısında yolun əks tərəfində təqsirləndirilən şəxs İnqilab Hacıyevi görüb uzaqdan əli ilə ona salam vermiş, mağazadakı malları yerbəyer etdikdən sonra təqsirləndirilən şəxs əlində çanta ilə mağazaya girmişdir. Görüşüb hal-əhval tutaraq bir az söhbətləşdikdən sonra İnqilab Hacıyev getdiyini bildirib sağollaşaraq onu qucaqlamış, onu qucaqlayandan sonra bıçağı açdığını görmüş və özünün də dediyi kimi heç bir səbəb olmadan ona bıçaq zərbələri vurmağa başlamışdır. Birinci bıçaq zərbəsi özünü müdafiə etmək üçün əlini qabağa verdiyindən əlinə dəymişdir. Özünü müdafiə edərkən bıçaq zərbələri almışdır. Elə bıçaq zərbələri var idi ki, bir yandan girərək o biri yandan çıxıb. Əliqolu qan içində mağazadan çölə qaçmış, çöldə də təqsirləndirilən şəxs arxasınca qaçaraq ona bir neçə bıçaq zərbəsi vurmuşdur. Sonra onu arxadan tutanda əynindəki gödəkçə çıxmış və o qaçmışdır. Küçədə onları heç kəs aralamamış, qonşu mağazalardan da adamlar çıxıb səs-küy salmış və təqsirləndirilən şəxs qaçıb getmişdir. Təqsirləndirilən şəxs istəsəydi arxasınca qaça bilərdi və yenə də bıçaq zərbələri endirə bilərdi. İnqilab Hacıyev ona hadisə vaxtı söyüş söyməyib, amma bıçaqla zərbələri vuranda ona “öl-öl” deyirdi. Əynindən gödəkçə çıxdıqdan sonra qaçmağında məqsəd təqsirləndirilən şəxsdən canını qurtarmaq olmuşdur. Mağazadan çıxandan sonra ona biri arxa tərəfdən ayağına, biri də qoluna olmaqla iki bıçaq zərbəsi dəyib. Təqsirləndirilən şəxs ona bədəninin yuxarı hissələrdən zərbə endirmək istəyirdi. O, küçədə qaçandan sonra təqsirləndirilən şəxs dayanmış, onun arxasınca qaçmamışdır. Hadisə yerinə gəlib çıxan polis nəfəri onu xəstəxanaya çatdırmışdır. Təqsirləndirilən şəxsin gətirdiyi çantanın içində odlu silah olduğunu bilməmiş, sonradan istintaq zamanı çantada odlu silah olduğunu bilmişdir. Hadisə zamanı təqsirləndirilən şəxs odlu silahdan istifadə etməmişdir. Aldığı bıçaq zərbələrindən əli kəsilib siniri zədələnmiş, qolundan, ayağından və qıçının bud nahiyəsindən xəsarətlər almış, bədənində (yəni gövdə nahiyəsində) xəsarəti olmamışdır. İndi sol əlinin iki barmağı işləmir. Həmin xəsarətləri mağazanın daxilində almışdır. Təqsirləndirilən şəxsdən şikayətçidir. Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, onun tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi3 zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxs X16 özünü CM-in 221.3-cü maddəsi ilə təqsirli bilmədiyindən həmin maddə ilə ona bəraət verilməsini, CM-in 127.1-ci maddəsi ilə ona ibtidai həbs müddəti həddində azadlıqdan məhrum etmə cəzası təyin edərək məhkəmə zalından həbsdən azad edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Şərifov X24 Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini və zərərçəkmiş şəxsin verdiyi apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X23 çıxış edərək apellyasiya şikayətlərinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 1(019)-2/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X16 CM-in 127.1-ci maddəsilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək CM-in 221.3-cü maddəsilə elan olunmuş ittiham üzrə isə özünü təqsirli bilməyərək verdiyi ifadəsində göstərmişdir ki, Balakən rayonu Talalar kəndində anası Şahid8 Cavad qızı ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış və psixi xəstəlikdən əziyyət çəkməmişdir. 2ci qrup əlildir. Həyat yoldaşı Rəsmiyyə və qızı Günay Rusiya Federasiyasında yaşayırlar. Oğlu Fərid 2017-ci ilin yanvar ayının 9-da Rusiyanın Sankt-Peterburq şəhərində qətlə yetirilmişdir. Şahid2 doğma əmisi oğludur. Tofiqlə uşaqlıqdan çox yaxın münasibətləri və ailəvi get-gəlləri olmuşdur. 2019-cu ilin təxminən yay aylarında Rusiya Federasiyasındakı tanışlarından biri ilə əlaqə saxladığı zaman Şahid2 həyat yoldaşının namusuna xələl gətirən hərəkətləri barədə həmin tanışı ona üstüörtülü bildirmişdir. Həmin şəxslə ona verəcəyi pul borcu ilə bağlı mübahisələri düşəndə, həmin şəxs ona «ailəndən xəbərin yoxdur» deyə bildirmişdir. Həmin şəxsə bu söhbəti gəlib araşdıracağını və bunun cavabını verməli olacağını demişdir. Ondan sonra həyat yoldaşı Rəsmiyyə ilə telefon əlaqəsi saxladıqda, ona da həmin şəxsin dediklərini bildirmişdir. Düzdür, söhbəti tam aydınlaşdırmadığına görə Rəsmiyyə ilə bununla bağlı mübahisə etməmişdir. Lakin Rəsmiyyə onun xasiyyətini bildiyinə görə və onun bu söhbətin axırına çıxacağını bildiyindən, get-gedə onunla daha soyuq münasibət saxlamağa başlamışdır. Hətta Rusiyadan rayona qayıtdıqda ünsiyyət saxlamalarına baxmayaraq, onun yaşadığı evə yox, atası evinə düşmüşdür. Rəsmiyyənin bu hərəkətindən sonra da çox fikirləşmişdir. Artıq 2019-cu ilin sentyabr ayının ortalarında birdən hər şey ona aydın olmuşdur. İllər uzunu baş verənləri xatırladıqdca, epizodları birləşdirincə Tofiqin Rəsmiyyə ilə münasibəti ona tam aydın olmuşdur. Bir dəfə hətta uşaqlar kiçik olan vaxt Tofiq onu gecə evinə kinoya baxmağa dəvət etmişdir. O vaxt videomaqnitofona kasset qoyub kinofilmlərə baxılmışdır. Gecə bir az kinoya baxdıqdan sonra Tofiq «gəlirəm» deyə harasa çıxmışdır. Tofiq bazarda valyuta dəyişməklə məşğul olduğundan müştərinin gəldiyini və Tofiqin onunla getdiyini fikirləşmişdir. Tofiq gedəndən sonra çox vaxt keçmişdir. Hətta kino da bitmiş, Tofiq qayıtmamışdır. Tofiqin yaşadığı evlə üzbəüz kirayədə qaldığı evə getmək üçün yola çıxmışdır. Tofiqgilin evinin darvazasından yola çıxdıqda, Tofiqin onun yaşadığı evin həyətindən çıxdığını görmüşdür. Bir az pərt olmuşdur. Hətta ondan burada nə etdiyini soruşmuş, Tofiq cavabında ona uşaqları kinoya baxmağa dəvət etmək üçün gəldiyini, lakin onların gəlmədiyini demişdir. Uşaqların da hərəsinin 3-4 yaşı olmuşdur. Gecə də gec vaxtı olmuşdur. Həmin vaxt uşaqlar artıq çoxdan yatmışdılar. Həm də lazım olsa, o, özü onları gətirərdi. Bir anlıq şübhələnmiş, lakin sonra öz şübhəsinə peşman olub, Tofiqə inanmışdır. Evə çatanda Rəsmiyyədən Tofiqin nəyə görə gəldiyini soruşmuşdur. Rəsmiyyə ona qəti surətdə Tofiqin gəlmədiyini bildirmişdir. Yenə fikirləşmişdir ki, yəqin Tofiq evdən onun ailəsini çağırıb, lakin Rəsmiyyəgil eşitməyiblər. Tofiqin də «gəlmədilər» deməsini, çağırıb, lakin eşitməyib və gəlməyiblər kimi qiymətləndirmişdir. Evləri birmərtəbəli, kiçik ev olmuşdur. Rəsmiyyənin Tofiqin çağırışını eşitməməsi mümkün olmamış, həm də Tofiq çıxan kimi o, evə girdikdə Rəsmiyyə hələ yatmamışdır. Yatsaydı onun çağırışını yuxuda olduğundan eşitməmiş ola bilərdi. Yoldaşının xalası Rahilə də bu söhbəti bilmişdir və istəsə, olduğu kimi hər şeyi deyə bilər. Əmisi oğlu Şahid2lə həddindən artıq yaxın münasibətləri olmuşdur. Tofiqin ona qarşı belə hərəkət etməsi, qardaş kimi yaxın münasibətinin olmasına baxmayaraq, namusuna xələl gətirməsi ona çox pis təsir etmişdir. 30 sentyabr 2019-cu il tarixdə, səhər saat 09 radələrindən sonra evdən çıxıb, Tofiqin işlədiyi Balakən şəhərində yerləşən «Emil» kişi geyimləri mağazasının qarşısına getmişdir. Gedərkən qanuni əsaslarla özünə məxsus olan odlu silahı da idman çantasına qoyub aparmışdır. Fikri mağazada Tofiqi tutub, silahla qorxudub, ona qarşı etdiklərini Tofiqə etiraf etdirmək olmuşdur. Tofiqi tanıdığından Tofiqin and-aman edəcəyini, öz ailəsini ortaya qoyacağını, namusunu ortaya qoyacağını bilmişdir. Bununla da Tofiqi sındırmış olacaqdı, bu da ona bəs edəcəkdi. Üzərində məişət məqsədi üçün saxladığı, təxminən 7 sm uzunluğunda cib bıçağı olmuşdur. Həmin bıçaqdan Balakən bazarında 3-4 manata satıldığını görmüşdür. Səhər evdən çıxdığı zaman təxminən 100 qram araq da içmişdir. «Emil» kişi geyimləri mağazasının yaxınlığındakı 4 yolayrıcında yerləşən işıqforun yanında səkinin üstündə əyləşərək mağazaya tərəf baxmışdır. Tofiqin oğlu Fariz gəlib, mağazanı açmağa başlamışdır. Oturub Tofiqin gəlməyini gözləmişdir. Fariz onu görüb, «əmioğlu, necəsən» deyə uzaqdan əl edib görüşmüşdür. Farizi görəndə bir anlıq elə bilmişdir ki, Tofiqin üzünü görüb. Tofiqin namussuzluqları gözünün önündən keçmişdir. Bir müddət sonra mağazaya girmişdir. Mağazaya girəndə bıçaq üstündə olmuşdur. Xatırladığı qədər mağazada heç kim olmamışdır. İçərisində silah olan çantanı içəri girəndə mağazanın baş hissəsində yerə qoyub, Farizə yaxınlaşmışdır. Təxminən 5 dəqiqə Farizlə hal-əhval tutub, danışmışdır. Atasının gəlib-gəlməyəcəyini də soruşmuşdur. Fariz ona atasının gəlməyəcəyini bildirmişdir. Fariz onunla gülüb, danışıb, sağollaşanda yenə atasının üzü gözünün qarşısına gəlmişdir. Fikirləşmişdir ki, deməli, üzünə gülüb arxasınca belə işlər çevirmişdir. Bir anlıq gözü qaralmışdır. Tofiq gözünün qabağına gəlmiş və Tofiqi cəzalandırmaq istəmişdir. Tofiqin gəlməyəcəyini bildikdə, bütün nifrətini Farizə yönəltmişdir. Tofiq orada olmadığına görə Farizə xəsarət yetirmişdir. Əlindəki bıçaqla bir neçə dəfə Farizin əl-qol və ayaq nahiyyələrinə zərbə vurmuşdur. Daxili orqanlarına xəsarət yetirməmişdir. Farizi öldürmək fikri olsaydı, onu özü ilə gətirdiyi silahdan atəş açıb, öldürərdi. Fariz mağazadan qaçdıqda, onun arxasınca qaçıb, onu ləngitmək fikri olmuşdur. Həmin vaxt Farizə ölümcül xəsarət yetirmədiyini və onun sərbəst hərəkət edib, ətrafdan adamlar çağırıb, onu tutub saxlayacağını bilmişdir. O isə hadisə yerindən qaçıb uzaqlaşmaq istəmiş və ona görə də Farizi ləngitmişdir. İçərisində silah olan çantanı da unudub mağazada qoymuşdur. Ordan çıxıb, hazırda xatırlamadığı taksiyə minib, evin yaxınlığındakı fındıq bağı sahəsinə getmişdir. Bağda siqaret çəkdikdən sonra Hənifə kəndi tərəfdən marşrut avtobusuna minib, Balakən şəhəri «Beynəlxalq bank»ın qarşısında düşüb, taksiyə minib Zaqatala şəhərinə getmişdir. Zaqatala şəhərindən taksiyə minib Bakı şəhərinə getmişdir. 30.09.2019-cu il tarixdə, axşam artıq Bakı şəhərində olmuşdur. Bakı şəhəri Nəsimi bazarının yaxınlığında sutkalıq kirayəyə verilən evdə qalmışdır. 24.10.2019cu il tarixə qədər Bakı şəhərində qalmışdır. Bakıya çatıb, iki gündən sonra öz adına “Azercell” nömrəsi alaraq, Şahid2 bacısının əri Həmidə zəng etimişdir. Həmidlə xeyli danışmış və ona Farizi vurmağının səbəbini izah edərək Farizi də soruşmuşdur. Farizi vurmağına görə peşman olduğunu da Həmidə bildirmişdir. Demək olar ki, 7-8 manatlıq danışmışdır. Həmin nömrəni çıxarıb atmışdır. Ertəsi gün həmin nömrənin atdığı yerdə durduğunu görüb yenidən götürüb telefona taxmış, Rusiyaya yoldaşı Rəsmiyyəyə həmin nömrədən metroda olarkən xeyli sms-lər yazıb göndərmişdir. Metrodan çıxanadək həmin nömrəni atmışdır. Həmin günlərdə Həmidin oğlunun avtomobil qəzasında öldüyünü eşitmişdir. Bu barədə Həmiddən soruşmaq istəməyib, dəqiqləşdirmək üçün Tofiqin o biri bacısının əri Təyyara zəng etmişdir. Ölənin Həmidin oğlu yox, Həmidin bacısı oğlu olduğunu ondan öyrənmişdir. Təyyarla çox danışmamışdır. Bakıda olduğu müddətdə 2 və ya 3 dəfə telefon nömrələri almışdır. Onlardan ikisi səhv etmirsə, “sim” nömrələr, biri isə “nar” nömrə olmuşdur. Həmin nömrələrdən yoldaşının xalası Rahilə ilə də danışıb, ona hər şeyi bildiyini demişdir. Bir neçə dəfə Xırdalan şəhərində yaşayan xalasının qızı Nüşabəgilə yuyunmağa getmişdir. Qaldığı yerlər sutkalıq kirayəyə verildiyindən, hamam şəraiti olmamışdır. Bu səbəbdən Nüşabəgilə getmişdir. Nüşabənin və ailəsinin onun Farizi bıçaqlamağından xəbərləri olmamışdır. 24 oktyabr 2019-cu il tarixdə, təxminən axşam saat 18 radələrində Nüşabəgilə getmək üçün 20 Yanvar metrosunun yaxınlığından “Şamaxinka” adlanan yerə getmişdir. Həmin yerdə Xırdalana gedən taksilər dayanmışdır. Taksi 4 nəfər sənişini gözləmişdir. Ondan başqa bir sərnişin də olmuşdur. Sürücü daha iki nəfər sərnişini gözlədiyindən, taksinin yanında dayanıb siqaret çəkmişdir. Bu zaman arxadan baş nahiyəsinə güclü zərbə dəymişdir. Bir anlıq arxadan onu maşın vurduğunu hesab etmişdir. Ağzı yuxarı yerə yıxılmışdır. Tofiqin qardaşı Nazimin oğlu Şahid4 başının üstündə durub onu təpiklədiyini görmüşdür. Pərvizin yanında başqa bir tanımadığı şəxs də olmuşdur. Həmin şəxs də onu təpikləmişdir. Ətrafdakı adamlar köməyə gəlmək istədikdə, Pərviz ucadan “mənim qardaşımı bıçaqlayıbdır” deyərək yaxına gələni ucadan söymüşdür. Bu səbəbdən də ona kömək edən olmamışdır. Həmin vaxt ətrafda polis əməkdaşları da olmamışdır. Pərvizlə birlikdə tanımadığı iki nəfər şəxs də olmuşdur. Həmin şəxslərdən biri Pərvizlə birlikdə onu döymüş, digər şəxs isə vurmamışdır. Təxminən 15 dəqiqə ərzində onu döymüşlər. Hətta Pərvizə ayağa durub onunla danışmaq istədiyini desə də, imkan verməmişdir. Həm Pərviz, həm də yanındakı iki nəfər şəxs onu zorla Pərvizə məxsus olan ağ rəngli «Ravon Nexia» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı maşına mindirmişlər. Maşının sükanına onu döyən şəxs əyləşmişdir. Digər şəxs zor tətbiq edərək onu maşına mindirməyə kömək etsə də, özü maşına əyləşməmişdir. Onu arxa sərnişin oturacağına uzadıb, sinəsinə dizini qoyub Pərviz üstündə əyləşmişdir. Həmin şəxslərdən onu buraxmalarını, sinəsində dözülməz ağrıları olduğundan dizini sinəsindən götürməyini Pərvizdən tələb etsə də, buna məhəl qoymamışdır. Maşın hərəkət edərkən Pərvizin telefonu maşını sürən şəxsdə olmuşdur. Pərviz dizini onun sinəsinə sıxıb onun üzərində oturduğundan həmin şəxsə nömrələri yığmağı tapşırmışdır. Həmin şəxs də nömrəni yığıb, telefonu uca səsə qoyub Pərvizə yaxınlaşdırmış, Pərviz də danışmışdır. Pərviz birinci, səhv etmirsə, Tofiqə zəng edib, onu tutduğunu bildirmiş və onunla nə etməli olduğunu Tofiqdən soruşmuşdur. Tofiq onu Balakənə gətirməyi Pərvizə demişdir. Telefonun səsi mikrofonda olduğundan, Tofiqin dediklərini eşitmişdir. Pərviz Bakıda bazarda işləyən kiçik əmisi Eldənizə də zəng etmişdir. Yolboyu Balakənə gələrkən Pərviz sonradan çox adama zəng edib onu tutduğunu bildirmişdir. Həmin yerdən təxminən 15 dəqiqə sonra Xırdalana çatmışlar. Yolun kənarında maşını sürən şəxs maşını saxlamışdır. X2 və X18 onları gözləmişlər. Həmin yerdə maşını sürən tanımadığı şəxs ehtiyac varsa, özünün də Balakənə gələcəyini Pərvizə bildirmişdir. Pərviz ona ehtiyac olmadığını demişdir. Məftun sükanın arxasına keçmiş, Eldənizlə Pərviz də hərəsi bir böyründə əyləşmişlər. Eldəniz onun əllərini skoçla bağlamaq lazım olduğunu bildirmiş, hətta “Tofiqdən tapşırıq belə olub” demiş, əlində skotç da gətirmişdir. Onsuz da vəziyyətinin ağır olduğunu deyərək əllərini bağlamamağı onlardan xahiş etmişdir. Pərviz də Eldənizə heç hara qaça bilməyəcəyini bildirmişdir. Xırdalandan çıxıb Balakən istiqamətinə yola düşmüşlər. Bakıdan çıxana qədər Pərvizə zənglər gəlmiş, o bəzi zənglərə cavab verməmişdir. Pərviz Eldənizə polisin zəng etdiyini bildirmiş, Eldəniz də ona cavab verməməsini, telefonu söndürməsini tapşırmışdır. Onlardan özünü polisə təhvil vermələrini tələb etsə də, razı olmamışlar. Hətta Bakıda yolda onu döyüb maşına mindirdikləri vaxt da onlardan özünü polisə təhvil vermələrini tələb etmişdir. Həmin yerdə də Pərviz ona onu evinə aparacağını, onun dustağı olacağını, söhbət edib buraxacağını demişdir. Həmin şəxslər yolda tez-tez telefonla əlaqə saxlayıb, zəng etdikləri adama çatdıqları yeri bildirmişlər. Onlardan kiminlə danışdıqlarını soruşduqda, ona guya maşın ehtiyyat hissələri gəldiyini, yolda olduğundan onu soruşduqlarını bildirmişlər. Balakən istiqamətində yola düşdükdən sonra yolun yarısında, təxminən İsmayıllıda qarşıdan Bakı istiqamətində “Mercedes Vita” markalı tünd rəngli maşın gəlmişdir. Həmin maşın onların böyründən keçmişdir. Maşın keçdikdən sonra Eldəniz zəng edib onların onu keçdiklərini demişdir. Həmin maşın geri gəlib, əvvəl qabaqda, sonra isə arxada sürməyə başlamışdır. Təxminən yarım saata qədər münasib yer tapana kimi sürmüşlər. Tofiqin gəldiyini bilmişdir. Tofiqin onları sadəcə müşayiət etmək üçün gəldiyini fikirləşmişdir. Tofiqin olduğu “Vita” markalı maşını yoldan içəriyə doğru sürmüşlər. Meşə yolu kimi yer olmuşdur. Həmin yerdə olduqları müddətdə oradan bir dənə də olsun maşın keçməmişdir. Maşınları saxlamış, digər maşından Tofiq, oğlu Emil və maşını idarə edən Asif düşmüşlər. Asif kənarda dayanmış, ona yaxın gəlməmişdir. Tofiq və oğlu Emil maşına yaxınlaşıb ona qarşı təhqiramiz və əxlaqsız hərəkətlər etməklə, onu təhdid etməyə başlamış və ona maşından düşməyini bildirmişlər. Onların dediklərini eşidib maşından düşməkdən imtina etdikdə, Eldəniz, Emil və Pərviz onu zorla sürüyüb maşından düşürtmüşlər. Emil onu maşından düşürən zaman maşının içinə təpiyini uzadıb, təpiklə vurmağa başlamışdır. Maşından düşürəndən sonra Emil təpiklə onun sinə nahiyəsinə çoxlu zərbələr vurmuşdur. Onunla birlikdə Pərviz də ayaq nahiyyələrini təpikləmişdir. Emil sinəsinin daha çox ağrıdığını hiss etdikcə, ağrıyan yerinə vurmuşdur. Onu Tofiqin qarşısına gətirmişlər. Tofiq ayaq üstə dayanmışdır. Pərviz ona diz çökməyini, əks təqdirdə Bakıdakından pis günə qoyacağını bildirmişdir. Pərviz arxadan ayağının bükənək yerindən təpiklə vurub Tofiqin qarşısında diz çökdürmüşdür. Tofiq ona qarşı şərəf və ləyaqətini alçaldan əxlaqsız hərəkətlər edəcəyini bildirdikdə, Tofiqə yalvarmağa məcbur olmuşdur. Onu nə qədər döysələr də, “məni vurmayın” sözünü deməmiş, lakin artıq bu məqamda əxlaqsız hərəkətlər etməklə onu təhdid etdiyinə görə Tofiqə yalvarmaq məcburiyyətində qalmışdır. Eldəniz həmin vaxt əlində telefon onun Tofiqə yalvarmağını çəkmişdir. Sonra Emil onun üstünə sidik ifraz etmiş, həmin məqamı da Eldəniz telefona çəkmişdir. Təxminən yarım saatdan çox həmin yerdə qalmışlar. Həmin vaxt onlardan biri Farizə zəng edib, telefonu mikrafona qoyub ona yaxınlaşdırmışdır. Fariz onu nalayiq sözlərlə təhqir etmişdir. Yenidən onu maşına mindirmiş və həmin yerdən əsas yola çıxaraq, Balakən istiqamətinə sürməyə başlamışlar. Eyni qaydada hərə öz maşınına əyləşmişdir. Maşında getdikləri zaman, səhv etmirsə, Tofiq Məftuna zəng edərək, şikayət etməməyini tələb etdiyini ona bildirməyini, rayona çatan kimi polisdən özünə ən ağır cəza istəməyini bildirməyini Məftuna demiş və əks təqdirdə onu təhqir edən həmin görüntüləri paylaşacağı ilə təhdid etmişdir. Təxminən bir saat yol getdikdən sonra ayaqyoluna düşmək istəmişdir. Maşını saxlamalarını xahiş etmişdir. Onlardan biri, deyəsən, Eldəniz Tofiqə zəng edib, maşını saxlamalarını bildirmişdir. Emil də, Tofiq də maşını saxlayıb, tez yaxınlaşıb nə baş verdiyini soruşmuşlar. Eldənizgil onun ayaqyoluna getmək istədiyini dedikdə, Tofiq qəti buna icazə verməmiş, hətta Emillə Tofiq onu nalayiq sözlərlə təhqir etmiş, Emil təzədən onu vurmaq istəmiş, lakin qoymamışlar. Yolda bir neçə yerdə saxlayıb özləri üçün su da almışlar. Balakən şəhəri “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına çatdıqda, orada onları polis əməkdaşları gözləmişlər. Bir nəfər polis əməkdaşı onun oturduğu maşına yaxınlaşıb onu oradan düşürəndə, “Mercedes Vita” markalı maşından düşən Emil onun sinəsinə yumruq vurmuşdur. Polis əməkdaşları Emili bir də vurmağa qoymamışlar. O, mağazada qoyduğu odlu silahla Tofiqi qorxutmaq fikrində olmuşdur. Tofiqin bütün o söyüşləri qəbul eləməyini, özünə götürməyini istəmişdir. Hər şeyin dəqiqliyinə əmin olmuş və bilmişdir ki, Tofiq qorxusundan bunları inkar edəcəkdir. Elə olan halda yalan deyənin hər bir kəsini söyməklə, onun da bu söyüşləri qəbul etməsini istəmişdir. Elə belə də olacağına əmin olmuşdur. Tofiqdən belə qisas almaq istəmişdir. Gələcəkdə Tofiqin oğlunun da atasının necə bir alçaq olduğunu bilməsini istəmişdir. Bu səbəbdən də silahı almışdır. Başqa heç bir fikri olmamışdır. Öldürmək istəsə, Tofiqi öldürərdi, lakin qəti olaraq heç kimi öldürmək fikri olmamışdır. CM-in 127.1-ci maddəsilə olan əməli etiraf edir, ancaq ona CMin 221.3-cü maddəsilə ittiham düzgün verilməmişdir. Məhkəmədən bunların nəzərə alınmasını xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. Atası Şahid2 məxsus olan və Balakən şəhəri H.Əliyev prospektində yerləşən «Emil» kişi geyimləri mağazasında fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Həmin mağazada kişi geyim əşyalarını satır. Hər gün səhər saat 09 radələrində yaşadığı Talalar kəndindən gələrək mağazanı açıb, işlədir. 30.09.2019-cu il tarixdə də təxminən saat 09 radələrində mağazanı açmışdır. Manekenləri çıxararaq mağazada təmizlik işləri görməyə başlamışdır. Bir müddət sonra mağaza ilə üzbəüz yolun qarşı tərəfində səkinin üstündə atasının əmisi oğlu olan həmkəndlisi X9 oturduğunu görmüşdür. Yanında da qara rəngli idman çantası olmuşdur. İnqilabı görüb onunla uzaqdan salamlaşmış, İnqılab da ona əli ilə işarə edib, indi gələcəyini demişdir. Bir müddət, yəni təxminən yarım saat sonra İnqılab işlədiyi mağazaya gəlmişdir. Mağazaya girəndə əlindəki həmin qara rəngli idman çantasını mağazanın baş tərəfinə yerə qoymuşdur. Yaxınlaşıb, əl verib görüşmüş, hal-əhval tutmuşlar. 3 gün əvvəl doğulmuş qızını soruşmuş, təbrik etmişdir. Ondan oğlu Fəridin qəbrinin üstünə nəyə görə getmədiyini soruşmuşdur. İnqılabın oğlu Fəridi keçən illəri Rusiyada öldürmüşdülər. Talalar qəbristanlığında basdırılıb. Fəridin qəbrinin üstünə getməməyini də soruşanda, bunu kobud şəkildə soruşmamış, ondan incik şəkildə soruşmuşdur. İnqilaba Fəridin qəbrini ziyarət etməyin lazım olduğunu deyəndə, Fəridi xatırlayaraq pis olduğunu bildirmişdir. İnqılab ona Allahın hərəyə bir cürə yazı yazdığını, atasının onun xeyir işini gördüyünü, özünün isə öz övladının xeyir işini görə bilmədiyini demişdir. İnqılab yenə təzə doğulmuş qızını soruşmuş, onu çox istəyib-istəmədiyi ilə maraqlanmışdır. «Allah saxlasın» deyərək dil-ağız da etmişdir. Bir də ona vəfat etmiş oğlunun nə vaxtsa xəstəxanaya düşdüyünü, həmin vaxtı onların, yəni ailə üzvlərinin oğlunu ziyarət etmədiklərini, hətta yəqin ki, atasının icazəsi olmadığından anasının da xəstəxanaya onun oğluna baş çəkməyə getmədiyini fikirləşdiyini demişdir. İnqılaba Fəridin xəstəxanaya düşməsindən xəbərlərinin olmadığını, sonradan, yəni Fərid xəstəxanadan buraxıldıqdan sonra bu barədə xəbərlərinin olduğunu bildirmişdir. Sonradan hətta İnqılab atasının Fəridi xəstəxanada ziyarət etməsini də xatırlamışdır. İnqılabın sərxoş olduğunu hiss edib ona onu heç vaxt içkili görmədiyini demişdir. Bunun cavabında İnqılab ona əsgər yoldaşlarının, yoxsa sinif yoldaşlarının axşam onlara qonaq gəldiyini, onlarla birlikdə içdiyini, səhər də «poxmel» üçün içdiyini bildirmişdir. Hətta söhbət əsnasında ondan atasını da soruşmuş və onun mağazaya nə vaxt gəlməsi ilə maraqlanmışdır. O da İnqılaba atasının bura ancaq aradabir gəldiyini, çox vaxt buralara gəlmədiyini demişdir. Hətta atasının xəstə olduğunu bildirərək onun səhhəti ilə də maraqlanmışdır. Mağazada təxminən 5-10 dəqiqə qaldıqdan sonra İnqılab onu qucaqlamışdır. Yəni görüşüb ayrılmaq məqsədi ilə qucaqlamışdır. Həmin vaxt İnqilab ona görüşmələrini, getməli olduğunu demişdir. İnqilabın qucaqlaşıb ondan aralananda bıçaq çıxartdığını görmüşdür. İnqilab Hacıyev bıçağı ona vurmaq üçün hərləyəndə sol əlini qabağa vermişdir. Bıçaq əlinin ortasından keçmişdir. İnqılaba, «ay əmioğlu nə edirsən, eləmə» desə də, İnqılab ona bıçaq hərləməyə davam etmişdir. İnqilab onun qolundan, ayaqlarından bir neçə dəfə bıçaqla vurmuşdur. Daxili orqanlarına zərər dəyməsin deyə əli ilə özünü müdafiə etmişdir. Vurduqca da «öl» deyərək vurmuşdur. Onun əlindən qutarıb küçəyə qaçmışdır. Bu zaman İnqılab da onun arxasınca çıxıb qaçmışdır. İnqilab Hacıyev artıq küçədə onun paltarından tutaraq bıçaq hərləməyə və onu bıçaqla vurmağa davam etmişdir. İnqılab qışqırıb onların hamısını öldürəcəyini bildirmiş, başqa heç bir söz eşitməmişdir. Yolda bir polis əməkdaşı onu şəxsi maşınına mindirib xəstəxanaya aparmışdır. Hadisə baş verən zaman mağazada ondan və İnqilab Hacıyevdən başqa heç kim olmamış, İnqılab içəri daxil olanda daimi müştərisi olan Ruziyyə adlı Balakən rayon sakini onunla həmyaşıd olan adını bilmədiyi oğlu ilə birlikdə içəridən çıxmışdır. Təqsirləndirilən şəxslə aralarında hər hansı bir münaqişə, ədavət və düşmənçilik olmamışdır. Hadisə təxminən 5-10 dəqiqə davam etmişdir. İnqılab mağazaya daxil olub, onunla söhbət edib, bıçaq zərbələrini endirib, mağazadan çıxdığı vaxt cəmi 10 dəqiqədən ibarət olmuşdur. O, mağazadan İnqilabın əlindən qaçdıqdan sonra İnqılab onu Balakən şəhəri, Heydər Əliyev prospektində avtomaşın yolunun ortasında haqlamış və həmin yerdə əlində bıçaqla ona zərbələr vurmağa başlamışdır. Bu zaman ətrafda çoxlu adamlar olmuş, avtomaşınlar keçmişdir. Onun mağazasının yanında olan mağaza və dükanlarda adamlar bu hadisəni görmüş və sarsıntı keçirmişlər. İnqılab küçədə olan adamlara və avtomaşınlara məhəl qoymadan onu küçədə də bıçaqla vurmaqda davam etmişdir. İnqılab küçədə onu bıçaqla vurduqdan sonra o, İnqılabın əlindən birtəhər qurtulub qaçmış, İnqılab da sonra qaçıb getmişdir. Təqsirləndirilən şəxs əməli onu öldürməyə qəsddir və ona görə də İnqılaba CM-nin 29, 120.2.2-ci maddəsilə ittiham verilməlidir. Ona görə də hazırki cinayət işinin İnqılaba daha ağır ittihamın verilməsi üçün prokurora qaytarılmasını və İnqilab Hacıyevə ən ağır cəzanın verilməsini tələb edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Balakən RPŞ-nin PPXT-nin polis nəfəri vəzifəsində işləyir. 30.09.2019-cu il tarixdə, səhər saat 10 radələrində Balakən RPŞ-də işdən çıxıb evə gedərkən Balakən şəhəri H.Əliyev prospektində yerləşən işıqfora yaxınlaşdıqda, həmin yerdə bir nəfər şəxsin dayanaraq yoldan keçən maşınları saxlamağa çalışdığını görmüşdür. Həmin şəxsin əli parça ilə sarıqlı olmuşdur. Svetofordan maşını geri çevirib, sonradan adının Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxsi avtomaşına mindirib Balakən MRX-ya çatdırmışdır. Yolda Zərərçəkmiş şəxs ona əmisi oğlu İnqilabın onu bıçaqladığını demiş və ondan atasına bu barədə bildirməyini xahiş etmişdir. Yoldan zəng edərək baş vermiş hadisə barədə Növbətçi Hissəyə məlumat vermişdir. Farizin atası Şahid2 bir müddət sonra xəstəxanaya gəldikdə, ona Farizin dediklərini çatdırmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdir ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. Ticarətlə məşğul olur. Balakən şəhəri H.Əliyev prospektində yerləşən «Emil» kişi geyimləri mağazası ona məxsusdur. Oğlu Farizlə birlikdə həmin kişi geyimləri mağazasını işlədirlər. Həm oğlu Fariz, həm də özü mağazada olurlar. Bəzən Farizi mağazaya düşürdükdən sonra günorta gedib onu işdən götürür. Digər oğlu Emil isə Balakən mərkəzi bazarının qarşısında icarəyə götürdüyü kişi geyimləri mağazasında işləyir. O da hər iki mağazaya nəzarət edir. X16 doğma əmisi oğludur. Aralarında heç bir ədavətləri, düşmənçilikləri olmayıb. 3 il əvvəl İnqilabın oğlu Rusiyada öldükdən sonra İnqilabın psixi vəziyyətində də müəyyən qədər dəyişiklik olmuşdur. Oğlunun ölümü ona çox pis təsir etmişdir. İnqilabla həmişə aralarında yaxşı münasibətləri olmuşdur. Yalnız oğlu Farizin toy mərasiminə dəvət etməyinə baxmayaraq, İnqilab toya gəlməmişdir. Bunun da səbəbi oğlu vəfat etdikdən sonra toylarda iştirak etməməsi olmuşdur. Lakin toydan əvvəl və ya sonra onu təbrik etmədiyindən, heç olmasa bir telefon zəngi də etmədiyindən, İnqilabdan incimişdir. Toydan təxminən bir ay sonra İnqilab ona işi düşdüyündən, zəng etdikdə oğlunun toyu münasibəti ilə onu təbrik etmədiyinə görə iradını bildirmişdir. Lakin İnqilab sonradan ona zəng edərək pulla bağlı probleminin olduğunu bildirdikdə, ona kömək etmişdir. Həmin vaxtı İnqilab yeznəsi Təyyarla birlikdə Qax rayonunda tanıdığı şəxslərdən pul götürmüş, həmin pulun qaytarılmasını gecikdirdiyindən, onların arasında narazılıq yaranmışdır. O da Təyyardan pulu ödəməyə İnqilabın imkanı olmadığından, ondan əl çəkmələrini xahiş etmişdir. Təyyar da onunla razılaşmışdır. 2019-cu ilin sentyabr ayının 13-də atası rəhmətə getmişdir. Həmin günün səhərindən də İnqilab gəlib yas mərasimində iştirak etmişdir. Yasda əmisi oğlu Vidadiyə və ya Ziyavəddinə Tofiqin ondan incidiyini, yaxşı ki, barışdığını demişdir. Aralarında heç bir inciklikləri olmamışdır. 30.09.2019-cu il tarixdə, səhər saat təxminən 09 radələrində Fariz evdən çıxmışdır. Həmin gün əlində işi olduğundan, Farizi maşınla aparıb işə çatdıra bilməmişdir. Mağazaya aparacaq malları hazırlamışdır. Fariz özü taksi ilə getmişdir. Kiçik oğlu Emil bazarın qarşısında işlədiyindən işə lap tezdən getmişdir. Emil özü işə getmişdir. Fariz işə getdikdən təxminən yarım saat sonra kiçik oğlu Emil ona zəng edərək Farizin bıçaqlandığını, əlinin kəsildiyini və xəstəxanada olduğunu bildirmişdir. Emil özünün xəstəxanaya getdiyini, ona nə baş verdiyini bilmədiyini demişdir. Xəstəxanaya getdiyi zaman yolda ona yenidən oğlu Emil zəng etmişdir. Emil artıq xəstəxanada Farizlə görüşdüyünü, Farizi əmisi oğlu İnqilab Hacıyevin bıçaqladığını bildirmişdir. Hadisə baş verən zaman mağazada olmamışdır. Sonradan ilkin məlumatı oğlu Emildən eşitmişdir. Fariz özü də keçirilmiş əməliyyatdan sonra ona əmisi oğlu İnqılabın mağazaya gələrək, heç bir səbəb olmadan onu bıçaqladığını bildirmişdir. Həmin hadisədən sonra İnqılab polis tərəfindən axtarışa verilməsinə baxmayaraq, təxminən hadisədən 2 gün sonra bacısının həyat yoldaşı Şahid10 mobil telefon nömrəsinə zəng edərək Həmidi və onu öldürməklə hədələmişdir. Bu barədə ona Həmid demişdir. Bir neçə gün sonra İnqilab o biri bacısının əri Təyyara zəng edib Qazmada yol qəzası olduğunu, bu barədə televizorda gördüyünü bildirib həmin məlumatın düz olub-olmadığını soruşmuşdur. Təyyar ondan danışanın kim olduğunu soruşduqda, İnqilab olduğunu bildirmişdir. İnqılabdan Farizi hansı səbəbdən vurduğunu soruşduqda, İnqilab ona cavabında gəlib onu öldürməsini demişdir. Bu danışıq barədə ona bacısı və ya əri Təyyar demişdir. Hazırda dəqiq xatırlamır. İnqılabın ailəsi üçün təhlükəli olduğunu hesab etdiyindən, axtarışda olduğu zaman onun tapılıb polisə təhvil verilməsi üçün əlindən gələni etmiş və hər bir məlumatı da Balakən RPŞ-nin əməliyyat üzrə rəis müavini Anar müəllimə və CAB-nin rəisi Orxan müəllimə ötürmüşdür. Hadisədən təxminən 4 gün sonra Balakən rayon sakini olan «Mercedes» markalı yük avtomobilinin sürücüsü Şahruddin Emçiyev ona zəng edərək özündə ona çatası məktub olduğunu bildirmişdir. Görüşüb Şahruddindən məktubu götürdükdə, Bakı şəhərində bazarda bir nəfər fəhlənin həmin məktubu ona gətirdiyini və Balakəndə ona çatacağını bildirdiyini demişdir. Məktubun üzərində «İnqilab kişi oğlu kişi» sözləri və onun telefon nömrəsi yazılmışdır. Şahruddin də oradan onun nömrəsinə zəng etmişdir. İnqilab həmin məktubda onun anasının 15 yaşında pis yola düşdüyünü, bunlara baxmayaraq, atasının onu alıb arvad etdiyini, ailəsinin, bacılarının ünvanına ifadəsində deyə bilməyəcəyi nalayiq sözlər yazmışdır. Həmin məktubun yanında İnqilab başqa bir məktub da qoymuşdur. O biri məktubda isə ağır həyat tərzi keçirməsi barədə yazmış, onu öldürməyini xahiş etmiş və əvvəlki məktubda yazdığı nalayiq sözləri də onu öldürmək rahat olsun deyə, yazdığını bildirmişdir. Həmin məktubu təqdim edə bilər. 24.10.2019-cu il tarixdə, axşam saat təxminən 21-22 radələrində qardaşının oğlu Şahid4 onun mobil telefonuna zəng edərək İnqilabı tutduğunu bildirmiş və İnqilaba nə etməli olduğunu soruşmuşdur. Pərvizə polisə zəng etməyini bildirmişdir. Pərviz polisə zəng etmək şəraitinin olmadığını deyərək polisə onun xəbər verməsini xahiş etmişdir. O da Pərvizə kömək göndərəcəyini demişdir. Həmin an Balakən RPŞ-də Anar müəllimə və Orxan müəllimə zəng vuraraq Pərvizin İnqılabı Bakı şəhərində tutduğunu bildirmiş və kömək etmələrini onlardan xahiş etmişdir. Pərvizin telefon nömrəsi də Orxan müəllimdə olmuşdur. Pərvizlə mütəmadi əlaqə saxlamağa başlamışdır. Pərvizə polislərin gəldiyini bildirmiş və nə baş verdiyini soruşmuşdur. Pərviz ona İnqılabın onu öldürməyə cəhd etdiyini bildirmişdir. Pərvizə İnqılabı vurmamağını tapşırmış və İnqılabı ancaq polisə təhvil vermək lazım olduğunu bildirərək telefonları açıq saxlamasını demişdir. Pərviz ona zəng edərək kömək gəlmədiyini söyləmiş, cavabında Pərvizə onları haradasa gözlədiklərini bildirmişdir. Orxan müəllimlə də əlaqə saxlamışdır. Orxan müəllim ona haradasa polislərin gözlədiyini demişdir. O da bu barədə Pərvizə bildirmişdir. Polislərin harada gözlədiklərini xatırlamır. Pərviz ona həmin yerdə polislərin olmadığını dedikdə, Pərvizə qabağına çıxacağını və düz qabağa sürməyini bildirmişdir. Pərviz onunla ilk dəfə əlaqə saxladıqdan təxminən 10-15 dəqiqə sonra Balakəndən özünə məxsus olan «Vita» markalı, A898 Gürcüstan dövlət qeydiyyat nişanlı avtomobilə minərək oğlu Emillə birlikdə Bakı şəhəri istiqamətində yola düşmüşlər. Həmin vaxtı Anar müəllimlə də danışaraq ona həmin dedikləri yerdə polisin olmadığını və özünün Bakıya çıxdığını bildirmişdir. İsmayıllı postunu keçdikdən sonra artıq onun telefonunun cərəyanı bitdiyindən cərəyan yığmaq üçün qoymuşdur. İsmayıllını keçəndən sonra Pərvizin İnqılabı gətirdiyi markasını və nömrəsini xatırlamadığı ağ rəngli xarici maşın artıq onları ötmüşdür. İsmayıllıya çatanda oğlu Emil Pərvizə zəng edib hara çatdığını soruşmuşdur. Pərviz də cavabında həmin yerə 5-10 kilometr qaldığını bildirmişdir. Elə 5 kilometrdən qarşılaşmışlar. O, maşını qaytarmış, onlar isə heç maşını saxlamamışlar. Saxlamağa da icazə verməmiş, sürmələrini bildirmişdir. Artıq telefonu cərəyanı yığdığından, açıb Orxan müəllimə zəng edib həmin şəxsin qabaqdakı maşında olduğunu, onu heç bir posta təhvil verməyəcəklərini, ancaq Balakən polisinə təhvil verəcəklərini bildirmişdir. Orxan müəllim də onunla razılaşmış, postlara onları saxlamamaları üçün tapşıracaqlarını, heç bir postda saxlamayaraq, gətirmələrini söyləmişdir. Dayanmayıb, sürüb Balakən istiqamətində gəlmişlər. Hətta İnqilabın ayaqyoluna getmək istədiyini, lakin saxlamaq fikirlərinin olmadığını bildirmişdir. Orxan müəllim də onlara saxlamayıb, maşını sürmələrini bildirmişdir. Balakən rayonu «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yaxınlığında Orxan müəllim onları gözləmiş, İnqılabı Orxan müəllimə təhvil vermişlər. İnqılabın əyləşdiyi maşın tərəfə də baxmamışdır. Pərviz ona maşını başqa bir şəxsə sürdürdüyünü bildirmişdir. Həmin şəxsin kim olduğunu bilmir. Yolda maşını saxlamamış, İnqilabla da heç bir söhbət etməmişdir. Pərviz ona İnqılabı tutduğunu dediyi andan Pərvizə İnqılaba vurmamağını tapşırmış, hamısına da elə demişdir. İnqılabın kimin tərəfindən döyüldüyünü görməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Balakən rayonu Talalar kəndində valideynləri ilə birlikdə yaşayır. Fərdi sahibkarlıqla məşğul olur. Balakən bazarında yerləşən «Emil» kişi geyimləri mağazasını işlədir. 30 sentyabr 2019-cu il tarixdə Balakən bazarında yerləşən iş yerində olarkən hazırda xatırlamadığı tanışlarından biri zəng edərək qardaşı Farizin bıçaqlandığını və hazırda Balakən Rayon Mərkəzi Xəstəxanasında olduğunu ona bildirmişdir. Xəstəxanaya çatanda qardaşını əməliyyata aparmışlar. Həmin vaxtı Fariz özünü İnqilab əmioğlunun vurduğunu ona bildirmişdir. 24 oktyabr 2019-cu il tarixdə Balakən bazarında «Emil» kişi geyimləri mağazasında işdə olduğu zaman təxminən axşam saat 18-19 radələrində qaş qaralan vaxt atası Şahid2 istifadəsində olan ***-***-**-** nömrəsindən onun istifadəsində olan ***-***-**-** nömrəsinə zəng edərək evə gəlməyini bildirmişdir. Evə gəlib atasından nə baş verdiyini soruşduqda, ona gedəsi yerlərinin olduğunu demişdir. Başqa heç nə deməmişdir. Atasına məxsus olan «Hunday Tucson» markalı, 90 DG864 dövlət qeydiyyat nişanlı avtomobilə minərək Balakən bazarının qarşısına gəlmişlər. Bazarın qarşısına çatdıqda atasının dostu Asifin özünə məxsus olan «Mercedes Vita» markalı, AS898İF Gürcüstan dövlət qeydiyyat nişanlı maşınla bazarın qarşısında onları gözlədiyini görmüşdür. Atası ona maşını Asifin maşınının yanında saxlamağını, açarı maşının üstündə qoyaraq Asiflə getməyini bildirmişdir. Atası Tofiq həyəcanlı olduğuna görə Asifdən hara getdiklərini soruşmuşdur. Asif ona hara getdiklərini bilmədiyini demişdir. O, avtomobilin arxa sərnişin oturacağında, atası isə qabaq sərnişin oturacağında əyləşmişdir. Saat təxminən 21-22 radələrində üzü Bakı istiqamətində hərəkət etməyə başlamışlar. Yolda 2-3 dəfə ona, səhv etmirsə, Balakən RPŞ-dən Orxan müəllim zəng etmişdir. Həmin zənglərin yolda hara çatdıqları zaman gəldiyini bilmir. Telefonu açsa da, şəbəkə itdiyinə görə Orxan müəllimlə danışa bilməmişdir. Orxan müəllimin nömrəsi onda olduğundan, ona zəng edən şəxsin Orxan müəllim olduğunu bilmiş, lakin şəbəkə zəif olduğundan ümumiyyətlə onunla danışa bilməmişdir. Maşina minəndə atasının telefonunun cərəyanının olub-olmadığını bilməmiş, lakin onun telefonunun cərəyanı sonradan sönmüşdür. Yolu tanımadığına görə maşınla haraya qədər getdiklərini dəqiq deyə bilmir, lakin sonradan ailədə olan söhbətlərdən Şamaxıya və ya İsmayıllıya qədər getdiklərini bilir. Maşında Asifə kiminsə arada zəng etdiyini görmüş, lakin kiminlə nə barədə danışdığını radionun səsindən eşitməmişdir. Atasına zəng gəlib-gəlmədiyini isə bilməmişdir. Şamaxıya və ya İsmayıllıya çatdıqda, atasına zəng gəldiyini görmüşdür. Atasının «keçdi» dediyini eşitmiş, atası Asifə «keçdi, buradan qaytar» demişdir. Atasından heç nə soruşmamışdır. Əmisi oğlu Pərvizə və ya Məftuna məxsus markasını bilmədiyi ağ rəngli sonu «091» rəqəmi ilə bitən xarici maşının Balakən istiqamətinə getdiyini görmüşdür. Həmin avtomobili həm Pərviz, həm də Məftun idarə etdiyindən, konkret hansına məxsus olduğunu bilmir. Həmin vaxt ən geci saat 02 radələri olardı. Yolda heç bir yerdə saxlamayaraq həmin maşının arxasınca Balakən şəhərində yerləşən «Azpetrol» yanacaqdoldurma məntəqəsinə qədər gəlmişlər. Bəzən onlar həmin maşının arxasınca, bəzən də həmin maşın onların olduqları maşının arxasınca sürərək, həmin yerə qədər gəlmişlər. Əmisioğlunun idarə etdiyi həmin avtomobilin arxasınca Balakənə sürdükləri zaman heç bir yerdə saxlamamışlar. Balakən şəhəri «Azpetrol» yanacaqdoldurma məntəqəsinin qarşısında polis əməkdaşlarına məxsus «Fiat» markalı avtomobili görmüşdür. Asif maşını həmin yerdə saxlamışdır. Əmisioğlunun idarə etdiyi maşını həmin yerdə saxlayıb-saxlamadığını görməmişdir. Atası ona maşından düşməməyini bildirmişdir. Maşından düşməmişdir. Evə çatdıqdan sonra atasından nə baş verdiyini soruşduqda, atası ona İnqilabın tutulduğunu bildirmişdir. Başqa heç bir şeyi ona bildirməmişdir. Onun və ya ailə üzvlərinin X16 ilə hər hansı bir ədavəti və ya düşmənçilikləri olmamışdır. Birinci instansiya məhkəməsini iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Balakən rayonu Talalar kəndindəndə qeydiyyatdadır. Abşeron rayonu Gənclər şəhərciyində kirayədə yaşayır. Bakı şəhəri Dərnəgül şossesində «Kia servis» də avtomobil ustası işləyir. Həftənin 7 günü, bazar günü də daxil olmaqla səhər saat 09:00da işə girir, 18:00-da işdən çıxır. 18:00-da işdən çıxdıqdan sonra 20 Yanvar metrosunun yaxınlığından Xırdalan istiqamətinə taksi fəaliyyəti ilə məşğul olur. Qardaşına məxsus olan ağ rəngli «Ravon Nexsia» markalı, ** UF *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. X27 də onunla eyni iş yerində işləyir. Şahid2 əmisidir. Təqsirləndirilən şəxs atasının əmisi oğludur. Təqsirləndirilən şəxs ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur və olmamışdır. 30 sentyabr 2019-cu il tarixdə Təqsirləndirilən şəxs əmisi oğlu Zərərçəkmiş şəxs heç bir səbəb olmadan bıçaqlamışdır. Bu barədə ona həmin gün evdən anası Zəminə zəng edib demiş və İnqılabın Bakıda olduğunu bildirimişdir. Anası zəng edəndə iş yerində olmuşdur. Həmin vaxt telefonunda kontur olmadığından, heç kimə zəng edə bilməmişdir. Yaxınlıqda dükan da olmadığından, kontur vura bilməmişdir. Axşam işdən çıxdıqdan sonra telefonuna kontur vuraraq, əmisi Şahid2 zəng edib, Farizi soruşmuşdur. Əmisi ona Farizin vəziyyətinin ağır olduğunu və axşam Bakıya çıxacaqlarını bildirmişdir. Əmisindən baş vermiş hadisə barədə heç bir şey soruşmamışdır. Fariz Bakıya gələndən sonra Məftun ona Farizin əməliyyat olunacağını bildirmişdir. Fariz əməliyyat olunan gün ona baş çəkmək üçün Travmotologiya İnstitutuna getmiş, xəstəxanada əmisi Tofiqin oğlu Emil olmuşdur. Emildən Farizi soruşduqda,ona əməliyyatda olduğunu bildirmişdir. Əməliyyata girdiyindən Farizi görə bilməmişdir. Emillə başqa heç bir mövzuda danışmamış, oradan çıxıb, işə qayıtmışdır. Onlara tez işdən çıxmağa icazə verilmədiyindən, Farizə baş çəkə bilməmişdir. 22 oktyabr və ya 23 oktyabrda (dəqiq tarixini xatırlamır) işdən çıxıb, 20 Yanvar metrosunun yaxınlığında taksi fəaliyyəti ilə məşğul olduğu zaman hava artıq qaralan vaxt uzaqdan təxminən 20 metr aralıda X11 maşına minən yerdə görmüşdür. Həmin maşının rəngini, markasını və nömrəsini xatırlamır. Həmin vaxt avtobuslar gəldiyindən, maşını saxlamağa yer olmamışdır. Bu səbəbdən maşını kənarda saxlamışdır. Həmin yerdə dayanmış polis serjantına yaxınlaşıb, ona axtarışda olan şəxsi gördüyünü bildirmişdir. Həmin polis serjantı onun sözlərinə fikir verməyib, heç nə deməyərək, çevrilib, çıxıb getmişdir. Daha bu barədə heç kimə bildirməyərək, taksiyə adam yığıb işləməyə başlamışdır. Taksi kimi ən az işlədiyi zaman gecə saat 23-23:30-dək, ən çox işlədiyi zaman isə gecə saat 03-ə kimi işlədiyi vaxtlar olmuşdur. Həmin gün axşam saat 23 və ya 23:30-da evə qayıtdıqdan sonra əmisi Tofiqə zəng edib, ona İnqılabın 20 Yanvar metrosunun yaxınlığından taksiyə minib naməlum istiqamətə getdiyini gördüyünü bildirmişdir. Əmisi ona ehtiyatlı olmağını tapşırmışdır. Birdən İnqılabın gəlib, ona və qardaşı Məftuna da xəsarət yetirə biləcəyini demişdir. Əmisindən nəyə görə ehtiyatlı olmağını ona tapşırdığını soruşmamışdır. Özü fikirləşmişdir ki, heç nəyin üstündə əmisi oğlunu vuran adam onları də vurar. İnqılabı ondan sonra axtarmamışdır. Tofiq əmisindən başqa heç kimə İnqılabı gördüyünü bildirməmişdir. Ertəsi gün qardaşına İnqılabı 20 Yanvarda gördüyünü bildirmişdir. 24 oktyabr 2019-cu il tarixdə həmişəki kimi iş yerindən çıxıb 20 Yanvar metrosunun yanına taksi işləməyə getmişdir. Təxminən bir saat da olmayan müddətdə həmin yerdə taksi kimi işləmiş, sərnişinləri Xırdalana aparmışdır. 20 Yanvar metrosundan yuxarıda- «Şamaxinka» adlanan yerdə avtobus dayanacağının yanında maşını saxlayıb, maşının yanında dayanaraq müştəri gözləmişdir. Hava bir az qaralmışdır. Çevriləndə Təqsirləndirilən şəxs onun yanına çatdığını görmüşdür. Aralarında 1,5 metr məsafə olmuşdur. İnqılab artıq əlində bıçaqla yanında olduğundan İnqılabı əli ilə itələmişdir. İnqılab yıxılmışdır. Yanlarında səki olmuşdur. İnqılab həmin yerdə arxası üstə səkiyə yıxılmışdır. Bıçaq yerə düşmüşdür. İnqılabın qolundan tutmuşdur. Polisin olub-olmadığını bilmək üçün ətrafa baxmış,orada polisin olmadığını görmüşdür. İnqılabla kimsə gəlib eləyər deyə, qorxmuşdur. «Polis» deyərək qışqırmışdır. Heç kim yaxına gəlməmişdir. Həmin vaxt həyəcanlı olmuş, qorxmuşdur. Heç kimin olmadığını görmüş, İnqılabı aparıb polisə təhvil verməyi fikirləşmişdir. İnqılabı öz maşınının arxa sərnişin oturacağına mindirmişdir. Mindirməzdən əvvəl İnqılab qaçmağa çalışmış, lakin qolundan tutub onu qaçmağa qoymamış və maşına mindirmişdir. Həmin vaxt yanlarından keçən tanımadığı bir nəfər vətəndaşdan maşını sürə bilib-bilmədiyini soruşmuş və ona İnqılabın axtarışda olan adam olduğunu bildirərək İnqılabı polisə aparmağa kömək etməyini xahiş etmişdir. Həmin şəxsə ətrafda polis olmadığını bildirmişdir. O da baxmışdır ki, həqiqətən ətrafda polis yoxdur. Həmin şəxs maşını idarə etmiş, o da İnqılabın yanında əyləşmişdir ki, İnqılab qaçmasın. Maşın yerindən tərpənəndə qapılar avtomatik bağlanır. Maşını sürən şəxsə Xırdalana yaşadığı ev istiqamətinə sürməsini xahiş etmişdir. İstifadəsində olan ********** mobil telefon nömrəsindən konturu olmadığından «Vatsap» sosial şəbəkəsi vasitəsi ilə əmisi Tofiqin 050 *** ** ** mobil telefon nömrəsinə zəng edib İnqılabı onu vurmağa gəldiyi zaman tutduğunu bildirmiş və polisə təhvil vermək üçün apardığını, lakin şəhəri tanımadığını demişdir. Əmisi ona «gözlə, indi sənə zəng gələcək, nömrəni verirəm» demişdir. Balakən RPŞ-dən ona sonu «07» ilə bitən mobil telefon nömrəsindən zəng gəlmişdir. Həmin polis əməkdaşına şəhəri tanımadığını bildirmişdir. Onunla danışan polis əməkdaşı Abşeron Gənclər şəhərciyinə gəlməyini bildirmiş və həmin yerdə onu polislərin gözləyəcəyini demişdir. Oununla danışan polis əməkdaşına maşınının nömrəsini də söyləmişdir. Onunla danışan polis əməkdaşı ona keçidin yanında həmin yerin əməliyyatçılarının onu gözlədiklərini bildirmişdir. Polis əməkdaşına artıq həmin yerə çatdığını demişdir. Ona deyilən yerə çatdıqda, maşını sürən şəxsə 5 manat pul verərək, onu yola salmışdır. Özü isə İnqılabla birlikdə maşının içində oturub, polislərin yaxınlaşmasını gözləmişdir. Maşının içindən baxdıqda, polis görməmişdir. Ona orada «Tofaş» və «Çeşka Mersedes» markalı avtomaşınların gözlədiyini, yəni əməliyyatçıların maşınının gözlədiyini demişlər. Həmin maşınlar orada olmamışdır. Bir də görmüşdür ki, qardaşı Məftun və əmisi Eldəniz maşına yaxınlaşmışlar. Onların onun orada olduğunu haradan bildiklərindən xəbəri olmamışdır. Özü onlara zəng edib, deməmişdir. Şüşəni aşağı salıb, həmin yerdə «Tofaş» və «Mercedes» markalı əməliyyatçıların maşının olacağını onlara bildirmiş və həmin maşınların orada olub-olmamasına baxmalarını xahiş etmişdir. Hər ikisi baxmış və maşınların olmadığını demişlər. Həmin vaxt əmisi Tofiq zəng etmişdir. Tofiqə həmin yerdə polisin olmadığını bildirmişdir. Əmisi Tofiqdən nə edəcəyini soruşduqda, Tofiq ona “burada polislərin xəbəri var, mən artıq danışmışam, bütün postlar da bilirlər, rayon polisləri də qabağınıza gəlir, gətirin, gəlin rayona» demişdir. İnqılab da onlardan onu Balakən rayon polisinə təhvil vermələrini xahiş etmişdir. 20 Yanvardan gedib, Xırdalandakı həmin keçidə çatdıqdan sonra orada maşın cəmi 5 və ya 6 dəqiqə müddətində olmuşdur. Ordan da çıxıb Balakən rayonu istiqamətinə gəlmişlər. Bakıdan Balakən istiqamətinə hərəkət edənədək, Tofiq əmisi ilə və Balakən RPŞ-nin iki müxtəlif əməkdaşı ilə danışmışdır. Onlardan birinin mobil telefon nömrəsinin sonu «07» ilə bitir, digərini isə xatırlamır. Başqa yerin polisi ilə danışmamışdır. Bakıdan çıxanda telefonu sönmüşdür. Yolboyu da telefonunun cərəyanı olmadığından, söndüyünə görə, heç kimlə telefon əlaqəsi saxlaya bilməmişdir. Yolboyu İnqilab heç nə danışmamışdır. Bir dəfə siqaret və su istəmişdir. Ayaqyoluna getmək istəməmiş və maşını ayaqyolunda saxlamamışlar. Bakıdan Balakən istiqamətinə gəldikləri zaman yolda cəmi bir dəfə saxlayıb, su almışlar. Balakən istiqamətinə gəldiyi zaman Şəkiyə çatmamış (hansı yerdə olduğunu xatırlamır) görmüşdür ki, böyürlərindən «Mercedes Vita» markalı maşın keçir. Məftun siqnal vermişdir. Zəng vurub Tofiqdən «əmi, sənsən?» deyə soruşmuş, əmisi Tofiq də cavabında «Mənəm, dal-qabaq gəlirik rayona» demişdir. Əmisinin olduğu maşın qabağa keçmiş, onlar da arxalarına düşüb gəlmişlər. Təxminən saat 03 radələrində Balakən şəhəri «Azpetrol» yanacaqdodurma məntəqəsinin yanına çatmışlar. Həmin yerdə içərisində əmisigil olan maşın yanacaqdoldurma məntəqəsinin yanında saxlamışdır. Məftun da maşını həmin yerdə saxlamışdır. Həmin yerdə «Niva» markalı maşında polis əməkdaşları gəlmişlər. Onlara İnqilabı təhvil vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 verdiyi ifadəsində göstərdi ki, həmin vaxt Balakən RPŞ-nin CAB-nin rəisi vəzifəsində işləmişdir. 03 oktyabr 2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə şübhəli bilinərək axtarışda olan X16 həmin tarixdən axtarılmağa başlanılmışdır. X9 zərərçəkmiş şəxsin yaxın qohumları ilə bir neçə dəfə telefon əlaqəsinə çıxmasını və İnqilab Hacıyevin Zərərçəkmiş şəxs atasının əmisi oğlu olmasını nəzərə alaraq, zərərçəkmiş tərəflə də məlumat almaq məqsədi ilə mütəmadi əlaqə saxlamışlar. Şahid2 tez-tez Balakən RPŞ-yə gəlib onun, RPŞ-nin rəis müavininin, RPŞ rəisinin qəbulunda olaraq, iş üzrə şübhəli şəxs X9 tutulmamasından narazılığını bildirmiş və həmin şəxsin ona və ailə üzvlərinə zərər verə biləcəyindən ehtiyat etdiyini demişdir. 23 oktyabr 2019-cu il tarixdə Şahid2 istifadəsində olan mobil telefon nömrəsindən onun istifadəsində olan 070 *** ** ** nömrəsinə zəng edərək, axtarışda olan İnqilabı 20 Yanvar metrosunun yaxınlığında «Huqqa» restoranının qarşısında qardaşı oğlu Pərvizin gördüyünü, İnqilab Hacıyevin həmin yerdəki köşkdən siqaret alaraq, qırmızı rəngli «Mercedes-190» markalı maşina minib, Xırdalan istiqamətində getdiyini bildirmişdir. Pərviz İnqilabı izlədiyini, lakin izini itirdiyini söyləmişdir. Onlardan da həmin yerə polis əməkdaşlarını göndərmələrini xahiş etmişdir. Həmin gün Şahid4lə əlaqə saxlayaraq, ondan İnqilabın getdiyi yerin istiqamətini soruşmuş və Pərvizin təsvir etdiyi istiqamətə Abşeron RPİ-nin əməkdaşlarının getməsini xahiş etmişlər. Ora getmiş əməkdaşlar həmin gün İnqilab Hacıyevin qaldığı ünvanı müəyyən edə bilməmişlər. Həmin gün X25 aparmış taksi sürücüsünü tapıb, ondan İnqılabı düşürtdüyü ünvanı soruşmuş, həmin sürücü ona X20 Şəhərciyinə çatmamış «Mətanət-A» zavodunun düz qarşısında düşürtdüyünu bildirmişdir. Ertəsi günü axşam saat 20 və ya 21 radələrində Şahid2 ona zəng edərək, qardaşıoğlu Pərvizin Bakı şəhərində 20 Yanvar metrosunun yaxınlığında əvvəlki günü gördüyü yerdə İnqilab Hacıyevi yaxaladığını bildirmişdir. Tofiqlə danışa-danışa rəis müavini Anar müəllimin yanına getmiş və ona bu barədə məruzə etmişdir. Pərvizlə əvvəlki günü danışdığına görə onda olan Pərvizin nömrəsinə zəng edib, ondan harada olduğunu soruşmuşdur. Pərviz qışqıra-qışqıra «şərəfsizi» tutduğunu bildirmişdir. Pərvizə olduğu yeri ona bildirməsini, bir yerdə dayanmasını, ya da aparıb İnqilabı polis şöbəsinə təhvil verməsini bildirmişdir. Pərvizlə danışanda telefonu uca səsə qoymuşdur. Həmin vaxtı Anar müəllimin xidməti otağında olmuşdur. Pərviz ona X21 Şəhərciyində yaşadığı yerin həyətinə aparacağını bildirmişdir. Pərvizin qanunsuz hərəkətlərinin qarışısını almaq üçün artıq Anar müəllimlə birlikdə Pərvizlə danışıqlara başlamışlar. Bir az keçdikdən sonra Pərviz onlarla razılaşaraq, İnqılabı polisə təhvil verməyə razı olmuşdur. Pərvizlə danışaraq, polis əməkdaşlarını Abşeron Gənclər Şəhərciyinə yolun kənarına göndərmişlər. Pərvizə orada onu polis əməkdaşlarının gözlədiyini demiş və İnqılabı onlara təhvil verməsini ondan tələb etmişlər. Pərvizlə həmin polis əməkdaşı telefon əlaqəsi də saxlamışdır. Həmin polis əməkdaşı Pərvizlə danışanda həmin vaxt onun digər nömrəsinə zəng etdiyindən, hətta danışıqlarını eşitmişdir. Pərvizin həmin polis əməkdaşına son sözü «Masazırın kruqu» adlı yerdə olması və iki dəqiqəyə onlara yaxınlaşacağını deməsi olmuşdur. Həmin vaxt həm onların, həm də həmin yerdə onu gözləyən polis əməkdaşlarının dəfələrlə zəng etməsinə baxmayaraq, Pərviz telefon zənglərinə cavab verməmişdir. Həmin ərəfədə zəng edən zaman Pərvizin başqa şəxslə telefonda danışdığı görünmüş, lakin başqa şəxslə danışmağına baxmayaraq, onların zənglərinə cavab verməmişdir. Həmin vaxt Anar müəllimlə birlikdə Tofiqə zəng etmişlər. Tofiqə zəng çatmamışdır. Həmin gün Tofiqin atasının qırx mərasimi olduğuna görə Tofiqin atası evində olacağını güman edərək, o evə getmişlər. Evdə olan şəxslər Tofiqin harada olduğunu bilmədiklərini demişlər. 5-10 dəqiqə qapının qarşısında gözlədikdən sonra Tofiqin adını xatırlamadığı kiçik qardaşının Tofiqin oğlu Farizlə birlikdə həmin evə gəldiyini görmüşdür. Tofiqin harada olduğunu və sonra Tofiqin o biri oğlunun da olmadığını görüb, onun da olduğu yeri soruşmuşlar. Onlar nəsə zəng gəldiyinə görə Tofiqin və Emilin tələsik olaraq harasa getdiklərini bildirmiş, lakin getdikləri yeri bilmədiklərini demişlər. Həmin vaxt yanında olan CAB-nin əməkdaşı Şəmsəddin Novruzov özünə məxsus olan telefondan Emilin nömrəsini yığaraq, danışmaq üçün ona vermişdir. Emildən harada olduqlarını soruşduqda, yolda olduqlarını və Bakıya getdiyini bildirmişdir. Emildən telefonu atasına verməsini xahiş etmişdir. Emil telefonu atasına verməyərək, söndürmüşdür.Ondan əvvəl Fariz özü zəng edib, Emillə danışmışdır. X31 nömrəsini Şəmsəddin Novruzov götürüb, öz telefonunda yığıb, ona vermişdir. Sonradan RPŞ-dən Pərvizə və Tofiqə çoxsaylı zənglər etməsinə baxmayaraq, onlara zəng çatmamışdır. Gecə saat 00:37-də Tofiq ona zəng edərək, telefonun cərəyanı bitdiyindən onunla əlaqə saxlaya bilmədiyini deyib, narahat olmamağını, İnqılabı özünün gətirdiyini və onlara təslim edəcəyini bildirmişdir. Tofiq ona uşaqların İnqılaba nəsə etməsinin qarşısını almaq üçün onu qarşılamağa getdiyini söyləmişdir. Ondan sonra bir neçə dəfə də Tofiqlə danışmışdır. Yarım saatdan bir Tofiqlə əlaqə saxlamışdır. Tofiq ona birinci dəfə zəng edəndə, artıq Tofiqin İnqılabı gətirənlərlə rastlaşdığını bilmişdir. Çünki Tofiq ona «narahat olma, gətirirəm» demişdir. Tofiqə rayonun girişində onu qarşılayacağını bildirmişdir. CAB-nin əməkdaşı Şamil Mahayevlə birlikdə «Azpetrol» yanacaqdoldurma məntəqəsinin qarşısına getmişlər. 25.10.2019-cu il tarixdə, gecə saat 03-də «Mercedes Vita» markalı, Gürcüstan dövlət nömrə nişanlı avtomobil və ag rəngli «Daevo» markalı, dövlət nömrə nişanını xatırlamadığı avtomobil yanacaqdoldurma məntəqəsinə yaxınlaşmışlar. «Mercedes Vita» markalı avtomobildən Tofiq, oğlu Şahid3 və avtomobilin sürücüsü düşmüşlər. «Daevo» markalı ağ rəngli avtomobilə yaxınlaşmışdır. İnqilab Hacıyevi maşından düşürüb, öz maşınlarına oturtmuşlar. Digər maşından da bir neçə nəfər düşmüşdür. Həmin şəxslərdən biri Şahid4 olmuşdur. Həmin yerdə avtomobildən düşmüş Şahid3 İnqilab Hacıyevi vurmağa cəhd etmiş, lakin atası ona mane olmuşdur. İnqilab Hacıyevi narahat gördüklərindən, ondan nə baş verdiyini soruşmuşlar. İnqilab onlara Şahid4, Şahid2 və Şahid3 tərəfindən döyüldüyünü bildirmişdir. İnqilabdan tibbi yardıma ehtiyacının olubolmadığını soruşduqda, olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid8 Cavad qızı ifadəsində göstərdi ki, Balakən rayonu Talalar kəndində tək yaşayır. Pensiyaçıdır. X16 onun oğludur. Şahid2 isə qaynının oğludur. 30.09.2019-cu il tarixdə, səhər radələrində oğlu İnqilab Hacıyev Şahid2 oğlu Farizin əl və ayaq nahiyələrinə bıçaq vuraraq ona az ağır xəsarət yetirmişdir. Oğlunun hansı səbəbdən Farizi bıçaqlamasını əvvəl bilməmişdir. Həmin gün hadisədən sonra oğlu Bakıya qaçdığına görə, onun Farizi hansı səbəbdən bıçaqladığının səbəbini bilmir. Sonradan onlara İnqilabın dediklərindən məlum olmuşdur ki, Tofiq İnqilabın həyat yoldaşı olan keçmiş gəlini X1. Həmin hadisənin üzərindən uzun illər keçsə də, bu barədə İnqilaba sentyabr ayının ortalarında məlum olmuşdur. İnqılabın məqsədi Farizi yox, Tofiqi cəzalandırmaq olmuşdur. Lakin həmin gün mağazada Tofiq yox, Fariz olduğundan gözünün qarşısına Tofiqi gətirərək Tofiqi cəzalandırmaq məqsədilə Farizin əl və qollarına bıçaq zərbələri vurmuşdur. Sentyabr ayının ortalarında İnqilab özünə dövlətdən qanuni ov silahı da almışdır. İnqilab bildirmişdir ki, Tofiq onsuz da Rəsmiyyəyə sataşdığını boynuna almayacaq, özünün namusuna söyəcək, «əgər eləmişəmsə arvad-uşağım belə-belə olsun» deyəcək. İnqilab Tofiqin həmin qaydada alçalmağının özünə bəs edəcəyini bildirmişdir. İnqilabın Farizi bıçaqlamağının başqa heç bir səbəbi olmamışdır. 24.10.2019cu il tarixdə İnqilabı Bakı şəhərində Tofiqin qardaşı Nazimin oğlu Pərviz 20 Yanvar metrosunun yaxınlığında Xırdalanda qaldığı evə getmək üçün taksi gözlədiyi yerdə arxadan başına vurub yıxdıraraq 2 nəfər kim olduğunu bilmədikləri şəxslə birləşərək döymüşlər. Həmin yerdə İnqilab xəsarətlər almışdır. Sonra İnqilab özünü həmin yerdə polisə təhvil vermələrini onlardan tələb etsə də, İnqılabın sözlərinə məhəl qoymayaraq onu Şahid4 digər iki şəxslə birlikdə özünün idarə etdiyi maşina zorla mindirmişlər. Pərvizlə birlikdə onu döyən şəxs maşını sürmüşdür, o biri isə İnqılabı zorla maşina mindirməyə Pərvizə və başqa şəxsə kömək etmişdir. Həmin yerdə Pərviz İnqılabı maşınının arxa oturacağına uzadaraq,zədə almış sinəsinin üstündə oturmuşdur. İnqılab onlardan nə qədər işgəncə verməmələrini, onu dərhal həmin yerdə Bakıda polisə təhvil vermələrini tələb etsə də, onun sözünə qulaq asmamışlar. Balakən polisindən Pərvizgilə zəng olunsa da, ya cavab verməmiş, ya da telefonu söndürmüşlər. 102 xidmətinə zəng etsəydilər, bir neçə dəqiqə ərzində polis əməkdaşları gəlib İnqılabı aparacaqdılar. Tofiqin sifarişini yerinə yetirərək, Şahid4, X18 və X7 heç bir yerdə polisə təhvil verməyərək, İnqılabı İsmayıllıya qədər gətirmişlər. Tofiq də oğlu Emillə birlikdə Asif adlı şəxsin Vita maşını ilə onları qarşılamışlar. 25.10. 2019-cu il tarixə keçən gecə təxminən İsmayıllı rayonu ərazisində kənara sürərək, Tofiqgil İnqılabı maşından düşürüb, həmin yerdə təzədən döyüb, xəsarət yetirib işgəncə vermiş və əxlaqsız hərəkətləri edəcəkləri ilə qorxutmuşlar. Tofiqin oğlu Emil İnqılabın başına sidik ifraz etmişdir. Bunu da Eldəniz telefonun kamerasına çəkmişdir. Özünü də əgər onlardan şikayət edərsə, həmin görüntünü yayacaqları ilə qorxutmuşlar. Hətta kənddə həmin videonu müxtəlif adamlara da sonradan göstərmişlər. Həmin yerdə İnqılabı Eldəniz, Emil və Pərviz döymüşlər. İnqılabı döyüb, təhqir edib, işgəncə verdikdən sonra Balakənə gətirmişlər. Yolda hətta ayaqyoluna da getməyə qoymamışlar. Balakəndə «Azpetrol» yanacaqdoldurma məntəqəsinin yanına çatdıqda isə İnqılabı qarşılamağa gələn polis əməkdaşlarına təhvil verdikləri zaman Emil yenidən İnqılabın üstünə hücum çəkib, onu vurmuşdur. İnqilab ikinci dəfə axtarışda olan vaxt Orxan müəllim onları polisə dəvət edən zaman Polis Şöbəsində onlara özü olmasa İnqılabı Tofiqgilin 25 oktyabrda tutulub təhvil verilən zaman az qala öldürəcəklərini, İnqilabı Tofiqgilin əlindən polislərin aldığını bildirmişdir. Onun oğlunu Tofiqin sifarişi ilə qardaşı oğlu Pərviz başqa adamlarla birləşib Bakıda döymüşlər. Sonra da min cür bəhanə edib, Balakənə gətirməyərək, İsmayıllıya qədər gətirmişlər. Bunlar hamısı Tofiqin sifarişi ilə olmuşdur. Tofiq qəsdən oğlu ilə birlikdə İnqilaba işgəncə vermək üçün onu qarşılamağa getmişdir. Şahid2 və İnqilabı döymüş başqa şəxslərdən şikayətçidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Balakən rayonu Talalar kəndində ailəsi ilə birlikdə yaşayır. Evdar qadındır. X16 qardaşıdır. Şahid2 isə əmisinin oğludur. 30.09.2019-cu il tarixdə, səhər radələrində qardaşı İnqilab Şahid2 oğlu Farizin əl və ayaq nahiyələrinə bıçaq vuraraq, ona az ağır xəsarət yetirmişdir. Qardaşının hansı səbəbdən Farizi bıçaqlamasını əvvəl bilməmişdir. Həmin gün hadisədən sonra qardaşı Bakıya qaçdığına görə onun Farizi hansı səbəbdən bıçaqladığının səbəbini bilməmişdir. Sonradan onlara İnqilabın dediklərindən məlum olmuşdur ki, Tofiq İnqilabın həyat yoldaşı olan keçmiş gəlinləri X1. Həmin hadisənin üzərindən uzun illər keçsə də, bu barədə İnqılaba sentyabr ayının ortalarında məlum olmuşdur. İnqilabın məqsədi Farizi yox, Tofiqi cəzalandırmaq olmuşdur. Lakin həmin gün mağazada Tofiq yox, Fariz olduğundan gözünün qarşısına Tofiqi gətirərək, Tofiqi cəzalandırmaq məqsədilə Farizin əl və qollarına bıçaq zərbələri vurmuşdur. Sentyabr ayının ortalarında İnqılab özünə dövlətdən qanuni ov silahı da almışdır. İnqılab ona söyləmişdir ki, Tofiq onsuz da Rəsmiyyəyə sataşdığını boynuna almayacaq, özünün namusuna söyəcək, “əgər eləmişəmsə arvad-uşağım beləbelə olsun” deyəcəkdir. İnqilab Tofiqin həmin qaydada alçalmağının özünə bəs edəcəyini bildirmişdir. İnqılabın Farizi bıçaqlamağının başqa heç bir səbəbi olmamışdır. 24.10.2019-cu il tarixdə İnqılabı Bakı şəhərində Tofiqin qardaşı Nazimin oğlu Pərviz 20 Yanvar metrosunun yaxınlığında Xırdalanda qaldığı evə getmək üçün taksi gözlədiyi yerdə arxadan başına vurub yıxdıraraq, 2 nəfər kim olduğunu bilmədikləri şəxslə birləşərək, döymüşlər. Həmin yerdə İnqılab xəsarətlər almışdır. Sonra İnqılab özünü həmin yerdəcə polisə təhvil vermələrini onlardan tələb etsə də, İnqılabın sözlərinə məhəl qoymayaraq, onu Şahid4 digər iki şəxslə birlikdə özünün idarə etdiyi maşına zorla mindirmişlər. Pərvizlə birlikdə onu döyən şəxs maşını sürmüşdür, o biri isə İnqılabı zorla maşina mindirməyə Pərvizə və başqa şəxsə kömək etmişdir. Həmin yerdə Pərviz İnqılabı maşının arxa oturacağına uzadaraq, zədə almış sinəsinin üstündə oturmuşdur. İnqılab onlardan nə qədər işgəncə verməmələrini, onu dərhal həmin yerdə Bakıda polisə təhvil vermələrini tələb etsə də, onun sözünə qulaq asmamışlar. Balakən polisindən Pərvizgilə zəng olunsa da, ya cavab verməmiş, ya da telefonu söndürmüşlər. Həmin yerdə DİN-in 102 xidmətinə də zəng etməmişlər. 102 xidmətinə zəng etsəydilər, bir neçə dəqiqə ərzində polis əməkdaşları gəlib İnqılabı aparacaqdılar. Tofiqin sifarişini yerinə yetirərək, Şahid4, X18 və X7 heç bir yerdə polisə təhvil verməyərək, İnqılabı İsmayıllıya qədər gətirmişlər. Tofiq də oğlu Emillə birlikdə Asif adlı şəxsin Vita maşını ilə onları qarşılamışlar. 25.10.2019-cu il tarixə keçən gecə təxminən İsmayıllı rayonu ərazisində yoldan kənara sürərək, Tofiqgil İnqılabı maşından düşürüb, həmin yerdə təzədən döyüb, xəsarət yetirib, işgəncə vermiş və əxlaqsız hərəkətlər edəcəkləri ilə qorxutmuşlar. Tofiqin oğlu Emil İnqılabın başına sidik ifraz etmişdir. Bunu da Eldəniz telefonun kamerasına çəkmişdir. Özünü də əgər onlardan şikayət edərsə, həmin görüntünü yayacaqları ilə qorxutmuşlar. Hətta kənddə həmin videonu müxtəlif adamlara da sonradan göstərmişlər. Həmin yerdə İnqılabı Eldəniz, Emil və Pərviz döymüşlər. İnqılabı döyüb, təhqir edib, işgəncə verdikdən sonra Balakənə gətirmişlər. Yolda hətta ayaqyoluna da getməyə qoymamışlar. Balakənə “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yanına çatdıqda isə onu qarşılamağa gələn polis əməkdaşlarına təhvil verdikləri zaman, Emil yenidən İnqılabı vurmuşdur. İnqilab ikinci dəfə axtarışda olan vaxt Orxan müəllim onları polisə dəvət etdikdə, özü olmasa, İnqılabı Tofiqgilin 25 oktyabrda tutulub təhvil verilən zaman az qala öldürəcəklərini, İnqilabı Tofiqgilin əlindən polislərin aldığını onlara bildirmişdir. X22 sifarişi ilə Tofiqin qardaşı oğlu Pərviz başqa adamlarla birləşib, Bakıda döymüşlər. Sonra da min cür bəhanə edib, Balakənə gətirməyərək, İsmayıllıya qədər gətiriblər. Bunlar hamısı Tofiqin sifarişi ilə olub.Tofiq qəsdən oğlu ilə birlikdə İnqilaba işgəncə vermək üçün onu qarşılamağa getmişdir. Əgər dövlətə təhvil vermək istəsəydilər, Bakının özündə hər addımda polis olmuşdur. Balakənə gəlib çatmaq üçün də bütöv Azərbaycandan keçmək lazım deyildi. Bu qədər yerdə polis tapılmadımı? Tutaq ki, polis tapılmadı. Bəs 102 xidməti də olmamışdırmı? Bütün bunlar qardaşına işgəncə vermək üçün əvvəlcədən düşünülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid10 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır. Fərdi təsərrüfatla məşğul olur. Şahid2 qaynıdır, X16 da həyat yoldaşının əmisi oğludur. Şahid2 və X16 ilə heç bir ədavəti, düşmənçiliyi yoxdur və olmamışdır. 30.09.2019-cu il tarixdə Şahid2 onun istifadəsində olan ********** mobil telefon nömrəsinə zəng edərək oğlu Farizin Təqsirləndirilən şəxs tərəfindən bıçaqlandığını və Balakən Mərkəzi Rayon Xəstəxanasında olduqlarını bildirmişdir. Xəstəxanaya getdikdə İnqılabın Farizi hansı səbəbdən bıçaqladığını soruşduqda, nə Tofiq, nədə ki digər yaxınları səbəbini bilmədiklərini demişlər. Hadisədən təxminən 2 gün keçdikdən sonra İnqilab Hacıyev hazırda nömrəsini xatırlamadığı nömrədən onun istifadəsində olan nömrəyə zəng etmişdir. İnqilab Hacıyev salamlaşaraq, ona sözünün olduğunu bildirmiş və telefonu söndürməməyini xahiş etmişdir. İnqilab ondan Farizin vəziyyətinin necə olduğunu soruşmuş, Farizi vurarkən özündə olmadığını, içkili olduğunu, Farizi yox, atasını vurmalı olduğunu, Farizə görə çox peşman olduğunu bildirmişdir. İnqilab 2 dəfə binanın üzərinə çıxıb, oradan özünü atmağa cəhd etdiyini, lakin ata bilmədiyini demişdir. İnqılabdan Tofiqi hansı səbəbdən vurmalı olduğunu dediyini soruşduqda, cavabında ona «guya bilmirsən ki? Sən bilirsən» demişdir. Bir də İnqılabdan bu barədə soruşduqda, ümumi ünvana söyüş işlətmişdir. Yəni bilməyəni söymüşdür. İnqılab elə bimişdir ki, Tofiqlə aralarında olan münaqişəni bilir, lakin özünü bilməməzliyə vurur. İnqılabın ona zəng etməsi barədə polis şöbəsinə məlumat vermişdir. Həmin gün qaynı Şahid2gilə də gedib, ona bu barədə bildirmişdir. Təqsirləndirilən şəxs bir də ona zəng etməmişdir. Şahid2 sonradan dediklərindən bilmişdir ki, İnqılab Tofiqin onun həyat yoldaşı Rəsmiyyəyə sataşdığını hesab edib. Münaqişə də bu səbəbdən baş verib. Lakin Tofiq ona İnqilabın ailəsinə qarşı heç bir lazımsız hərəkət etmədiyini, İnqilabın fikirləşdiklərinin hamısının yalan olduğunu bildirmişdir. O özü də də hesab edir ki, İnqilabın ailəsi ilə Tofiqin arasında heç bir artıq söhbət ola bilməzdi. Tofiq elə adam deyildir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid7 ifadəsində göstərmişdir ki, Balakən şəhəri Atatürk prospekti 11 ünvanında ailəsi ilə birlikdə yaşayır. Fərdi əməklə məşğul olur. Sənəddə adı Ziyafət kimi yazılsa da, qohumlar və tanışlar onu Rahilə adlandırırlar. X16 bacısı Cənnəteyin qızı Rəsmiyyənin həyat yoldaşıdır. X16 ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Həmişə yaxşı qohumluq münasibətləri olub, xətrini istəmişlər. Şahid2 üzdən tanıyır. Onun Təqsirləndirilən şəxs əmisi oğlu olduğunu bilir. Tofiqlə başqa heç bir münasibətləri yoxdur. Salam verib görüşdüyü adam deyildir. İnqilab Hacıyev tərəfindən Şahid2 oğlu Farizin bıçaqlandığını hadisədən bir neçə gün sonra rayonda eşitmişdir. İnqilabın Farizi hansı səbəbdən bıçaqladığını bilmir. Rəsmiyyə ilə Tofiq arasında İnqilabın göstərdiyi kimi hər hansı bir münasibətin olmasından xəbəri yoxdur. Bu barədə ilk dəfə eşidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ibtidai istintaqda verdiyi ifadəsi elan olunmuş Şahid9 ifadəsində göstərmişdir ki, Balakən rayonu Qazma kəndində ailəsi ilə birlikdə yaşayır. Balakən Mərkəzi Bazarında icarəyə götürdüyü mağazada mobil telefonların və onların aksessuarlarının satışı ilə məşğul olur. Şahid3 bazarda kişi paltarları mağazasında işləyir. Şahid3lə yoldaşlıq münasibətləri vardır. X9 Şahid3 qohumu olduğunu bilir, İnqilab Hacıyevin özünü şəxsən tanımır. 2019-cu ilin sentyabr ayının axırında Balakən şəhərində Emilin qardaşı Farizin işlədiyi «Emil» kişi geyimləri mağazasının yanından keçdikdə, həmin yerdə polis əməkdaşlarının olduğunu görmüşdür. Hazırda xatırlamadığı bir nəfər zəng edərək Emilin qardaşı Farizin bıçaqlandığını və xəstəxanada olduğunu ona bildirmişdir. Həmin gün Farizə baş çəkmək üçün Balakən MRX-da olmuşdur. Həmin vaxt Emil və atası Şahid2 də xəstəxanada olmuşlar. Farizin bıçaqlanması barədə Emildən soruşduqda, Emil ona Farizi bıçaqlayan İnqilab adlı şəxsin özünün qohumu olduğunu, həm İnqilabın özünün, həm də uşaqlarının onlarda qaldıqlarını, İnqilabın hansı səbəbdən Farizi bıçaqlamağından xəbərlərinin olmadığını bildirmişdir. Sonradan da Emildən bu məsələ ilə bağlı soruşduqda, işin polisdə olduğunu bildirmişdir. Başqa heç nə ona deməmişdir. X9 tutulub polisə təhvil verilməsi barədə eşitmiş, bu barədə Şahid3 ona demişdir. Emil ona polis əməkdaşları axtarsalar da, İnqilabı tuta bilmədiklərini, özləri İnqilabı axtardıqlarını, Bakıda dayısı oğlunun və ya xalası oğlunun İnqilabı tutub polisə təhvil verdiklərini bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında çağrılaraq əlavə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs işlətdyi mağaza ilə üzbəüz asfaltın qarşı tərəfində yerləşən ət dükanında işləyir. 30 sentyabr 2019cu il tarixdə səhər işə gələndə işıqforun yanında sonradan adının X16 olduğunu bildiyi şəxsin oturduğunu görmüş, ona salam verib keçmişdir. Həmin vaxt Fariz mağazasında olmuşdur. Bir azdan o, Zərərçəkmiş şəxs mağazadan qaçaraq çıxdığını, İnqilabın da onun arxasınca getdiyini görmüşdür. İlk öncə onların zarafatlaşdığını zənn etmişdir. Sonradan Fariz “kömək edin” deyə qışqırdıqdan sonra bunun zarafat olmadığını başa düşmüşdür. Asfalt yolunda İnqilab əlində bıçaq Farizi vurmağa başlamış və Farizə bir neçə zərbə vurmuşdur. Fariz qışqıraraq kömək istəyirdi. Ətrafda avtomaşınlar keçirdi və adamlar vardı. Farizin qolundan qan axırdı. Fariz İnqilabdan aralanıb mağazaya qaçmış, İnqilab da qaçıb getmişdir. Təxminən 2 dəqiqədən sonra adamlar ora yığışmışlar. O, hadisədən bərk sarsıntı keçirmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş videogörüntülərə 30 sentyabr 2019-cu il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxış Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən “Emil” kişi geyimləri mağazasında keçirilmişdir. Mağazanın qapısı ağ plastikdəndir, bir qatlıdır. Daxili və xarici qıfılla bağlanır. Qapılar şüşədəndir. Qapının yan tərəfi tərpənməz şüşədəndir. Qapıdakı asılqana paltarlar asılmışdır. Birtaylı qapıdan içəri daxil olduqda sol tərəfdə sarımtıl rəngli stol vardır. Açıq qapı ilə paralel vəziyyətdə olan stolun və qapının, eyni zamanda həmin hissədə yerləşən paltarların, ağ, sarı və mavi rəngli köynəklərin, stolun üzərində olan HP markalı notbukun üzərində qan ləkələri vardır. Qapıdan içəri daxil olduqda sağ tərəfdə sellofanı açılmamış köynəklər, onların sol tərəfində isə 3 ədəd vitrində və yerdə ayaqqabılar düzülmüşdür. Ayaqqabıların üst tərəfində isə iki rəfdə açıq vəziyyətdə maketə yığılmış köynəklər vardır. Həmin vitrinlərin solunda altı laylı və köynəkli şalvarlar yığılmaq üçün yer vardır. Qeyd edilən vitrinin arxa tərəfində isə güzgülü yer var. Həmin yer paltar dəyişmək üçün nəzərədə tutulumuşdur. Sağ vitrinlə üzbəüz olan divarda paltar asmaq uçün üç mərtəbəli hissə vardır. Həmin hissələrdə kostyumlar və kurtkalar asılmışdır. Giriş qapısı ilə üzbəüz divarda 7 pilləli vitrin vardır. Həmin vitrinin üzərində qatı açılmayan köynəklər, şalvarlar və maketə yığılmış koftalar vardır. Mağazanan döşəməsi ağ kafeldəndir. Kafelin üzərində çoxlu saylı qan ləkələri vardır. Həmçinin kafelin üzərində dağılmış vəziyyətdə paltarlar, yəni pencəklər və kurtkalar vardır. Bundan başqa mağazanın döşəməsində giriş qapısı ilə üzbəüz divarın qarşısında ağzı bağlı vəziyyətdə olan üzərində “sambo fashion” yazısı olan qara rəngli çanta vardır. Həmin çantaya baxışda iştirak edən Şahid2 çantanın içərisində silah olduğunu bildirərək, həmin çantanın Təqsirləndirilən şəxs tərəfindən gətirildiyini bildirdi. Həmin çantanın içərisi açıldıqda “Hilal 18 YD-0075” yazısı olan qara rəngli vinçester və həmin vinçesterin içərisində 3 ədəd 12 kalibrli 70 mm. patronlar aşkar edildi. Həmçinin çantanın içərisində bükülmüş vəziyyətdə və içərisi boş göy sellofan torba, 01 ədəd “Hell” enerji içkisi və 01 ədəd mavi rəngli alışqan aşkar edildi. Baxış zaman qara rəngli çanta və içərisində olan vinçester və patronlar iş üçün əhəmiyyət kəsb etdiklərindən götürülərək qablaşdırılıb üzəri möhürləndi. Cinayət işinin materiallarına əlavə edilmiş 02 oktyabr 2019-cu il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə baş verən zaman yaxınlıqdakı dükanın müşahidə kamerası tərəfindən qeydə alınmış videogörüntüyə baxış keçirilmişdir. Videogörüntü 2 fayldan ibarət olmuşdur. Birinci fayldakı videogörüntüdə Balakən şəhəri H.Əliyev prospektində Zaqatala-Balakən istitqamətində dörd yol ayrıcındakı svetoforun olduğu ərazi qeydə alınmışdır. Maşınlar hər iki istiqamətdə hərəkətdədilər. «Emil» kişi geyimləri mağazası ilə üzbəüz yolun digər tərəfindən bir nəfər əynində gödəkçə olan kişi əlində tünd rəngli çanta tutaraq svetoforun yaşıl işığının yanmasını gözləməyərək hərəkətdə olan avtomobillərin arasından yolu keçməyə çalışır. Yolun hərəkət istiqamətlərini ayıran xəttə çatdıqda ayaq saxlayaraq gödəkçənin qolunu düzəldir və sonra tələsmədən yolun qarşı tərəfinə keçir. Yolu qarşı tərəfə keçdikdən sonra palma ağacının yanında əlindəki çantanı səkinin üzərinə qoyaraq gödəkçənin qolunu yenidən düzəldir və çantanı sağ əlinə götürüb sol qolunu yarı qaldırmış vəziyyətdə saxlayaraq «Emil» kişi geyimləri mağazasına daxil olur. Həmin vaxt yoldan avtomobillər və vətəndaşlar keçirlər. Fayldakı videogörüntü 01 dəqiqə 31 saniyədən ibarətdir. İkinci fayldakı videogörüntüyə baxış keçirilmişdir. Videogörüntü başladıqda monitorda saat 09:58:51-i göstərir. 09:59:09-da «Emil» kişi geyimləri mağazasından iki nəfər şəxsin küçəyə qaçdığı görünür. Həmin şəxslərdən biri birinci fayldakı videogörüntüdə qeydə alınmış şəxsdir. 1-ci faylda qeydə alınmış şəxs mağazadan çıxıb qaçan başqa bir şəxsin paltarından yapışıb onu tutaraq, bir neçə zərbə vurur. Zərbə alan şəxs küçənin ortasına doğru, onu təqib edən şəxsdən ayrıldıqda isə geriyə mağazaya doğru qaçır. Zərbə vuran digər şəxs isə qaçaraq küçəni qarşı tərəfə keçib uzaqlaşır. Həmin vaxt küçədə bir neçə başqa şəxs və avtomobillərin olduğu görünür. Fayldakı videogörüntü 38 saniyədən ibarətdir. 01 ədəd DVD disk protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş 03 oktyabr 2019-cu il tarixli qərardan görünür ki, cinayəti törətməkdə şübhəli şəxs, Balakən rayonu Talalar kənd sakini X9 istintaqdan gizlənməsi səbəbindən cinayət işi üzrə zəruri hesab edilən istintaq hərəkətlərinin yerinə yetirilməsi mümkün olmadığından 03.10.2019-cu il tarixdə onun şübhəli şəxs qismində tutulması üçün barəsində axtarış elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 25.10.2019-cu il tarixli axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, 24.10.2019-cu il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs Bakı şəhərində zərəçəkmiş şəxsin əmisi oğlu-Balakən rayonu Talalar kənd sakini Şahid4 və istintaqa məlum olmayan digər şəxslər tərəfindən tutulmuş, 25.10.2019-cu il tarixdə Şahid4, X18 və X7 tərəfindən Balakən şəhərinə gətirilmiş, Şahid2 və Şahid3 tərəfindən Balakən RPŞ-nin əməkdaşlarına təhvil verilmiş və X4 RPŞ-yə gətirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 25.10.2019-cu il tarixli şübhəli şəxs statusundlan çıxarılma haqqında qərardan görünür ki, 25.10.2019-cu il tarixdə Balakən MRX-da stasionar müalicə olunan iş üzrə şübhəli şəxs Təqsirləndirilən şəxs dindirilməsi və onunla digər istintaq hərəkətlərinin aparılması mümkün olmadığından Təqsirləndirilən şəxs şübhəli şəxs statusundan çıxarılması haqqında 25.10.2019-cu il tarixdə qərar qəbul edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AR SN MTE və PA ET və TB-nin Balakən rayonu MTE və PA şöbəsinin eksperti Nazim Qarayev tərəfindən verilmiş 14.11.2019-cu il tarixli, 268 nömrəli ekspert rəyinin (canlı şəxsin ekspertizası) nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsini, tibbi sənədlərində qeyd edilənləri, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir: vət. Hacıyevdə müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: a) sağ dirsək büküşündə bayır səthdən sol içəri səthə dəlib keçən yara; b) sağ qasıq nahiyəsindən bayır səthdən dəlib içəri səthə keçən yara; c) sağ budun orta 1/3də ön səthdə bayır tərəfdən içəri səthə dəlib keçən yara; d) sağ sağrının orta 1/3-də iç səthdə yara; e) sol əlin 1-ci barmağının əsasının iç səthində yara; f) sol əlin ovus səthinin bayır səthində yara; g) sol saidin aşağı 1/3-də ön səthdə yara- orta sinirin hissəvi kəsilməsi, bükücü vətərlərinin kəsilməsi;h) sol əlin ovuc səthində ortada yara. Orta sinirin hissəvi kəsilməsi. 2. Vət. Hacıyevdə yuxarıda qeyd edilmiş xəsarətlər- iti-deşici-kəsici əşyanın –alətin (əşyaların-alətlərin) təsirindən törənmişlər. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.09.2020-ci ildə yetirilə bilərdilər. 3. Vət. Hacıyevdə yuxarıda qeyd edilmiş xəsarətlərin nəticəsi tam aydın olmadığına, müalicə başa çatmadığına görə hal-hazırda dəqiq sağlamlığa zərər vurmanın dərəcəsini təyin etmək mümkün deyildir. Müalicə başa çatan kimi, əlavə məhkəmə-tibbi ekspertizası keçirilərək mütəxəssis həkimlərin müayinəsindən sonra sağlamlığa zərər vurmanın dərəcəsi təyin edilərək, əlavə rəy veriləcəkdir. Cinayət işinin materiallarına əlavə edilmiş AR SN MTE və PA ET və TB-nin Balakən rayonu MTE və PA şöbəsinin eksperti Nazim Qarayev tərəfindən verilmiş 23.11.2019-cu il tarixli, 280 nömrəli ekspert rəyinin (canlı şəxsin ekspertizası) nəticə hissəsində göstərilmişdir ki, vət. Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə, tibbi sənədlərində qeyd edilənlərə, hadisə haqqında olanları nəzərə alaraq, ekspertiza qarşısında qoyulmuş suallara əsasən aşağıdakı nəticəyə gəlinir: Vət. Hacıyevdə müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: a) sol alın nahiyəsində sıyrıq, sağ gözaltıda qançır, üst və alt damaqlarda qansızmalar, sol ön döş qəfəsində şişkinlik; b) sol 3-cü qabırğa cisminin ön kənarının və sağ 9-cu qabırğa cisminin orta qoltuq xətti üzrə az yerdəyişməli sınıqlar. Vət. Hacıyevdə yuxarıda qeyd edilmiş xəsarətlər-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, özünün ilk məlumatda göstərdiyi müddətdə, yəni 24.10.2019-da əməl gələ bilərdilər, a) bəndində göstərilənlər birlikdə və ayrı-ayrılıqda onun sağlamlığına zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir; b) bəndində göstərilənlər isə birlikdə və ayrı-ayrılıqda onun sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilirlər. 2. Vət. Hacıyevdə yuxarıda qeyd edilmiş xəsarətlərin qarşılıqla dalaşma zamanı da əmələ gəlmələri inkar olunmur. Ancaq ki, həmin xəsarətlərin əmələ gəlmə şəraitlərinin istintaq yolu ilə araşdırılması daha məqsədəuyğundur. Cinayət işinin materiallarına əlavə edilmiş 11 dekabr 2019-cu il tarixli təqsirləndirilən şəxs qismində cəlb etimə barədə qərardan görünür ki, cinayət işinin istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi kifayət qədər sübuta yetirildiyindən 11 dekabr 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş qərardan görünür ki, 11.12.2019-cu il tarixdə təqsirləndirilən şəxs X9 barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Balakən rayon prokuroru, ədliyyə müşaviri X12 vəsatət verilmiş, Balakən rayon prokuroru Qoşqar Əhmədov tərəfindən 11.12.2019-cu il tarixli qərarla vəsatətin müdafiə edilməsindən imtina edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 11 dekabr 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 11 dekabr 2019-cu il tarixdə CM-in 221.3-cü maddəsilə təqsirləndirilən şəxs X9 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş AR SN MTE və PA ET və TB-nin Balakən rayonu MTE və PA şöbəsinin eksperti Nazim Qarayev tərəfindən verilmiş 18.12.2019-cu il tarixli, 01-Ə (canlı şəxsin ekspertizası) (268 nömrəli rəyə əlavə) ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsinə, tibbi sənədlərində qeyd edilənlərə, hadisə haqqında olanlara əsasən aşağıdakı nəticəyə gəlinir: vət. Hacıyevdə müəyyən edilmiş xəsarətlər aşağıdakılardır: a) sağ dirsək büküşündə bayır səthdən sol içəri səthə dəlib keçən yara; b) sağ qasıq nahiyəsindən bayır səthdən dəlib içəri səthə keçən yara; c) sağ budun orta 1/3-də ön səthdə bayır tərəfdən içəri səthə dəlib keçən yara; d) sağ sağrının orta 1/3-də iç səthdə yara;e) sol əlin 1-ci barmağının əsasının iç səthində yara; f) sol əlin ovus səthinin bayır səthində yara; g) sol saidin aşağı 1/3-də ön səthdə yara- orta sinirin hissəvi kəsilməsi, bükücü vətərlərinin kəsilməsi; h) sol əlin ovuc səthində ortada yara. Orta sinirin hissəvi kəsilməsi. 2. Vət. Hacıyevdə yuxarıda qeyd edilmiş xəsarətlər-iti-deşici-kəsici əşyanın-alətin (əşyaların-alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.09.2019cu ildə yetirilə bilərdilər. 3. Vət. Hacıyevdə yuxarıda qeyd edilmiş xəsarətlərdən a) b) c) d) e) f) bəndlərində göstərilənlər ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilirlər. G) və H) bəndində göstərilənlər isə hal-hazırda ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsi ilə nəticələnən az ağır zərər vurma kimi qiymətləndirilir. Ancaq ki, həmin xəsarətlrin gedişində proqnoza görə hər hansı bir dəyişikliklərin olması ehtimalını nəzərə alaraq, xəsarətləri alan gündən 120 gün müddətindən sonra əlavə məhkəmə-tibbi ekspertizası keçirilərək, mütəxəssis həkimlərin müayinəsi ilə daha dəqiq sağlamlığa zərər vurmanın dərəcəsi təyin edilərək, rəy veriləcəkdir. Cinayət işinin materiallarına əlavə edilmiş 19 dekabr 2019-cu il tarixli qərardan görünür ki, 19.12.2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən 02 ay, yəni 02 mart 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 19 dekabr 2019-cu il tarixli qərardan görünür ki, 19 dekabr 2019-cu il tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X13 Azərbaycan Respublikası CM-in 221.3-cü və 127.1-ci maddələrilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsininin 20 dekabr 2019-cu il tarixli qərarındın görünür ki, təqsirləndirilən şəxs X16 məhkəmə prosesindən qaçıb gizləndiyi üçün məhkəmə prosesi onun iştirakı olmadan keçirilmiş, Balakən Rayon Məhkəməsinin 20.12.2019-cu il tarixli qərarı ilə X9 barəsində 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş məhkəmə-ballistik ekspertizasının təyin edilməsi haqqında qərar üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-in X33 tərəfindən verilmiş 12.12.2019-cu il tarixli 625 nömrəli ekspert rəyinin tədqiqatın nəticəsi hissəsində göstərilmişdir ki, -tədqiqata təqdim olunmuş predmet zavod üsulu ilə istehsal olunmuş, 12 kalibrli, «18YD-0075» №-li, tək hamarlüləli, (yivsiz) pompalı ov tüfəngidir, odlu silah hesab edilir; silahın hissələri zavod üsulu ilə istehsal olunmuşdur, üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir, hissələr üzərində zavod işarələri- nişanları pozulmamışdır; İİİ Tədqiqata təqdim edilmiş 03 ədəd predmet yivsiz (hamarlülə) odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş 12 kalibrli, zavod üsulu ilə hazırlanmış, güllə ilə təchiz olunmuş patronlardır, istifadəyə yararlıdırlar. Cinayət işinin materiallarına əlavə edilmiş 02 yanvar 2020-ci iil tarixli qərardan görünür ki, 02.01.2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X9 barəsində axtarış elan edilmiş və cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks-məhkəmə-trasoloji ekspertizasının 610/2019 MTKŞ ekspert rəyinin (maddi sübutların ekspertizası) nəticə hissəsində göstərilmişdir ki, maddi sübutların məhkəmə-tibbi- kriminalistik və qərarın təsviri hissəsində olan iş haqqındakı məlumatlara əsasən aşağıdakı nəticəyə gəlinir: 1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın ön sağ yuxarı səthində dörd ədəd, tumanın arxa sağ nahiyəsində bir ədəd, şalvarın sağ ayağının ön səthində bir ədəd, şalvarın bel nahiyəsində iki ədəd, şalvarın arxa sağ cibinin üzərində bir ədəd, kəmər üzərində aşkar edilmiş bir ədəd dəlib keçən və bir ədəd kənari zədələr aşkar olundu. Bu zədələrin ülgücü və kürü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən, o cümlədən ekspertizaya təqdim edilmiş bıçağın tiyəsinin təsirindən və ya ona oxşar konstruktiv xüsusiyyətə malik digər bıçağın (bıçaqların) tiyəsinin təsirindən əmələ gəlməsi inkar olunmur; 2. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus tumanın orta tikişi üzərində bir ədəd cırılma zədəsi aşkar olundu. Bu cırılma zədəsi tumanın müvafiq nahiyyəsinə küt qüvvə tətbiq etməklə gərilib dartılması nəticəsində əmələ gəlmişdir; İİ.1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağına aiddir və soyuq silah hesab edilmir. Bıçaq istifadəyə yararlıdır. Cinayət işinin materiallarına əlavə edilmiş 01 fevral 2020-ci il tarixli qərardan görünür ki, 01 fevral 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat təzələnmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 03 fevral 2020-ci il tarixli qərardan görünür ki, 03 fevral 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən dayandırılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamə üzrə arayışdan görünür ki, X16 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 14 mart 2020-ci il tarixli qərarından görünür ki, iş üzrə təqsirləndirilən şəxs X16 14 mart 2020-ci il tarixdə tutularaq Balakən RPŞ-nin MSY-yə təhvil verildiyindən ********* nömrəli cinayət işi üzrə dayandırılmış icraat həmin tarixdə təzələnmiş və cinayət işi icraata qəbul edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 07 may 2020-ci il tarixli qərardan görünür ki, 07.05.2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə ibtidai istintaq müddəti Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Rüstəm Usubov tərəfindən 11 iyul 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 07.05.2020ci il tarixli qərarından görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 14 iyul 2020-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət işi üzrə komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərar üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PAB» PHŞin 22.04.2020-ci il tarixli, T122/2020 nömrəli ekspert rəyinin (canlı şəxsin ekspertizası) nəticə hissəsində göstərilmişdir ki, 1970-ci il təvəllüdlü Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə, adına tərtib olunmuş sənədlərə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-4. Vətəndaş Təqsirləndirilən şəxs almış olduğu xəsarətlər- alın nahiyəsində solda sıyrıq, sağ gözaltının qançırı, üst və alt damaqların qansızmaları, döş qəfəsinin şişkinliyi, sol 3-cü qabırğa cisminin ön kənarının və sağ 9-cu qabırğa cisminin orta qoltuq xətti üzrə az yerdəyişməli sınıqları-bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, özünün göstərdiyi tarixdə, yəni 24.10.2019cu il tarixdə əmələ gələ bilərdilər, sol 3-cü qabırğa cisminin ön kənarının və sağ 9-cu qabırğa cisminin orta qoltuq xətti üzrə az yerdəyişməli sınıqlarını istər ayrı-ayrılıqda, istərsə də birlikdə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir, digər xəsrətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş cinayət işi üzrə komisyon məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında qərar üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin «MTE və PAB» PHŞin 22.04.2020-ci il tarixli T123/2020 nömrəli ekspert rəyinin (canlı şəxsin ekspertizası) nəticə hissəsində göstərilmişdir ki, 1994-cü il təvəllüdlü Zərərçəkmiş şəxs adına tərtib olunmuş sənədlərə, özünün məhkəmə-tibbi müayinəsinə və qərarda göstərilən suallara uyğun komissiya nəticəyə gəlir: 1-4.Vətəndaş F. T. Hacıyevin almış olduğu xəsarətlər- sağ dirsək büküşünün, sağ qasıq nahiyəsinin, sağ budun orta 1/3nün ön səthinin dəlib-keçən yaralarının, sağ sağrının orta 1/3-nin iç səthinin, sol əlin 1-ci barmağının əsasının iç səthinin, sol əlin ovuc səthinin bayır kənarında yaranın, sol saidin aşağı 1/3-də ön səthində yaranın, orta sinirin hissəvi və bükücü vətərlərinin kəsilməsi və sol əlin ovuc səthində ortadakı yara-deşici-kəsici alətin (alətlərin) təsirindən qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 30.09.2019-cu il tarixdə qarşılıqlı dalaşma zamanı törənə bilərdilər, dərəcəsinə görə sağ dirsək büküşünün, sağ qasıq nahiyəsinin, sağ budun orta 1/3-nün ön səthinin dəlib-keçən yaraları, sağ sağrının orta 1/3nin iç səthinin, sol əlin birinci barmağının əsasının iç səthinin, sol əlin ovuc səthinin bayır kənarının kəsilmiş yaraları, istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, digər xəsarətlər isə həm ayrı-ayrılıqda, həm də ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (25%) səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarına əlavə edilmiş kompleks məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizanın təyin edilməsi haqqında qərar üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin məhkəməpsixiatriya-psixoloji ekspertizasının 22 may 2020-ci il tarixli, 264/102 nömrəli rəyində göstərilmişdir ki, komissiya bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəliklər keçirməmişdir. O, hal-hazırda da hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (AR SN-nin Respublika Psixiatriya Xəstəxanasından verilmiş 02.10.2019-cu il tarixli, 7037 saylı arayış, 23.11.2019-cu il tarixli ekspert rəyi, 22.04.2020-ci il tarixli, 122/2020 saylı ekspert rəyi), anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi və psixiatriya müəssisələrində qeydiyyatda durmaması (AR SN-nin Respublika Psixiatriya Xəstəxanasından verilmiş 02.10.2019-cu il tarixli, 7037 saylı arayış, 23.11.2019-cu il tarixli ekspert rəyi), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırki ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv əlamətlər (hallüsinasiya və sayıqlama ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması əsas verir. Aparılmış psixoloji müayinə zamanı (Spilberger, Xanin, Hans və Sibella Ayzenq, USK, LD,Lüşer testlərinə əsasən) onda neqativ əhval ruhiyyə, daxilində kəskin narahatlıq hissləri keçirilməsi aşkar olunur, əhval-ruhiyəsi qaneedicidir. Həmçinin analiz və sintez müayinələri aşağıdakı nəticələri vermişdir. Verbal qiymət -70 VQ; Qeyri-verbal qiymət-74 RQ, Ümumi qiymət-90 ZQ-dir ki, bu da intellektin orta səviyyəsinə uyğun gəlir. Şəxsiyyəti tərəfindən Təqsirləndirilən şəxs aşağıdakılar aşkar olunur: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Yuxarıda göstərilənləri nəzərə alaraq ekspert psixoloq kimi aşağıdakı nəticəyə gəlinir: 1. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma; 2. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə meyilli deyildir; 3. Təqsirləndirilən şəxs özündən uydurmağa meyilli deyildir; 4. Emosional halından asılıl olaraq Təqsirləndirilən şəxs hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur; 5-6. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixi-emosional halda olmuşdur; 7. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarına əlavə edilmiş 12 iyun 2020-ci il tarixli qərardan görünür ki, 12 iyun 2020-ci il tarixdə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X13 CMin 221.3-cü və 127.1-ci maddələrilə yeni məzmunda ittiham elan edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Balakən rayonu ƏƏSMN DSMF Balakən rayon Şöbəsi tərəfindən verilmiş 16.06.2020-ci il tarixli, 1696 nömrəli arayışdan görünür ki, X16 İİ qrup pensiyaçıdır, hər ay 233.20 manat pensiya alır. Cinayət işinin materiallarına əlavə edilmiş 19 iyun 2020-ci il tarixli qərardan görünür ki, 19 iyun 2020-ci il tarixdə CM-in 127.1 və 221.3-cü maddələrilə istintaqı aparılan ********* nömrəli cinayət işindən CM-in 127.1 və 221.2.1-ci maddələri ilə fakta görə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılaraq icraata qəbul edilərək, istintaqı aparılır. Cinayət işinin materiallarına əlavə edilmiş 19 iyun 2020-ci il tarixli qərardan görünür ki, 19 iyun 2020-cu il tarixdə iş üzrə təqsirləndirilən şəxs X13 12.06.2020-ci il tarixdə CM-in 127.1-ci və 221.3-cü maddələrilə elan edilmiş ittiham dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş 29 iyun 2020-ci il tarixli məktubdan görünür ki, 29.06.2020-ci il tarixdə X9 CM-in 127.1 və 221.3-cü maddələrilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işinin ibtidai istintaqı tamamlanaraq Balakən rayon prokurorluğu vasitəsi ilə Balakən Rayon Məhkəməsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 26.10.2020ci il tarixli qərarından görünür ki, həmin qərarla cinayət işinin baxılmasına xitam verilməsi və onun ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul etmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş 05 noyabr 2020-ci il tarixli qərardan görünür ki, 05.11.2020-ci il tarixdə ********* nömrəli cinayət işi icraata qəbul edilərək ibtidai istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş qərardan görünür ki, 09 noyabr 2020-ci il tarixdə iş üzrə təqsirləndilən şəxs X13 12.06.2020-ci il tarixdə CM-in 127.1 və 221.3-cü maddələrilə elan edilmiş ittiham dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarından həmçinin görünür ki, X16 axtarışda olan şəxs kimi 14 mart 2020-ci il tarixdə tutulmuşdur, həmin vaxtdan həbsdədir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X6 İstintaq Təcridxanasında saxlanılır. Cinayət işinin materiallarına əlavə edilmiş 19 iyun 2020-ci il tarixli və 09 noyabr 2020ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərarlardan görünür ki, iş üzrə təqsirləndirilən şəxs X13 CM-in 127.1 və 221.3-cü maddələrilə elan olunmuş ittiham dəyişdirilmədən saxlanılmış, təqsirləndirilən şəxs X9 əməlində qəsdən adam öldürməyə cəhd cinayətinin tərkibinin olması müəyyən edilmədyindən onun barəsində həmin cinayət əməli üzrə cinayət təqibinin başlanılması rədd edilmiş, o cümlədən iş üzrə əldə edilmiş videogörüntülərin köçürüldüğü DVD diski, iş üzrə əldə edilmiş məlumatların köçürüldüyü SD, DVD və Hard disklər, iş üzrə hadisə yerindən aşkarlanaraq götürülmüş Təqsirləndirilən şəxs qanuni əsaslarla məxsus olan 12 kalibrli, «18YD-0075» №-li, tək hamarlüləli, (yivsiz) pompalı ov tüfəngi və 03 ədəd 12 kalibrli patronlar, iş üzrə zərərçəkmiş şəxsin hadisə vaxtı əynində olmuş bir ədəd şalvar, bir ədəd şalvar kəməri və bir ədəd tuman, həmçinin iş üzrə təqsirləndirilən şəxsə məxsus olan bir ədəd qatlanan cib bıçağı sübut növü kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərlilidyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İnqilab Haciyev CM-in 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İnqilab Haciyevin təqsirli olması tam sübuta yetirilmişdir. Onun əməlinin cinayət olmasını aradan qaldıran hallar və ya cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. İnqilab Haciyevinin cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən CM-in 127.1 və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq İnqilab Haciyevin qeyd olunan cinayətləri törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən təqsirləndirilən və zərərçəkmiş şəxslərin, habelə şahidlərin ibtidai istintaq, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi və zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməllərini törətməsini mübahisələndirsə də, məhkəmə kollegiyаsının qənaətincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, təqsirləndirilən şəxs İnqilab Haciyevin CM-in 127.1 və 221.3-cü maddələrində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxs İnqilab Haciyevin əməli CM-in 127.1 və 221.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur. İnqilab Haciyevin məhkəmə kollegiyasının iclasında verdiyi ifadənin onun müdafiəsinə yönəlməsi şübhə doğurmamaqla, özünümüdafiə xarakteri daşıyır. Təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hadisə yerində ictimai qayda pozulmamış, baş vermiş cinayət hadisəsi zamanı hadisə yerində təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs başqa heç bir kənar şəxs olmamışdır. Ona görə də İnqilab Hacıyevə CM-in 221.3-cü maddəsi üzrə bəraət verilməlidir. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə razılaşa bilmir. Belə ki, doğruluğu məhkəmə kollegiyasında heç bir şübhə yaratmayan sübutlarla müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İnqilab Hacıyev əmisi oğlu Şahid2 təxminən 20 il əvvəl keçmiş arvadı X10 ilə intim münasibətdə olmasından şübhələnərək Şahid2 qorxutmaqla onu etiraf etdirib şəxsiyyətini alçaltmaq qərarına gəlmiş, bu məqsədlə alkoqol sərxoşluğu vəziyyətində bir ədəd soyuq silah hesab edilməyən bıçaq və qanuni əsaslarla özünə məxsus olan ov tüfəngini götürərək 30.09.2019-cu il tarixdə, səhər saat 10 radələrində ictimai yer hesab edilən, Balakən şəhəri Heydər Əliyev prospektində yerləşən Şahid2 oğlu Zərərçəkmiş şəxslə birlikdə işlətdiyi «Emil» kişi geyimləri mağazasına gəlmiş, Şahid2 mağazada olmadığından həmin vaxt orada olan Zərərçəkmiş şəxs üzərində olan bıçaqla xəsarət yetirməklə, Şahid2 qisas almaq qərarına gəlmiş, bu məqsədlə ictimai qaydanı kobud surətdə pozaraq təqsirkarın özü və ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının «tapdalanması», bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi ilə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, Balakən rayonu Talalar kənd sakini Zərərçəkmiş şəxs qarşı qeyd edilən mağazanın içərisində və həmin mağazanın qarşısında, yəni Heydər Əliyev prospektində qəsdən zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə etdiyi cib bıçağı ilə sonuncunun sağ dirsək büküşünün, sağ qasıq nahiyəsinin, sağ budun orta 1/3-nin ön səthinin dəlib keçən yaralarından, sağ sağrının orta 1/3-nin iç səthinin, sol əlin 1-ci barmağının əsasının iç səthinin, sol əlin ovuc səthinin bayır kənarının kəsilmiş yaralarından ibarət olan istər ayrı-ayrılıqda, istərsə də ümumilikdə onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən 6 ədəd və sol saidin aşağı 1/3-in ön səthində yara, orta sinirin hissəvi və bükücü vətərlərinin kəsilməsindən və sol əlin ovuc səthində ortadakı yara-orta sinirin hissəvi kəsilməsindən ibarət olan həm ayrı-ayrılıqda, həm də ümumilikdə ümumi əmək qabiliyyətinin 1/3 hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə dayanıqlı itirilməsinə (25%) səbəb olan zərərçəkmişin sağlamlığına az ağır xəsarət yetirilməsi ilə nəticələnən 2 ədəd-cəmi 8 ədəd bədən xəsarətlərini yetirib qəsən Zərərçəkmiş şəxs sağlamlığına az zərər vurmaya aid edilən xəsarətlər yetirərək qərəzli hərəkətlər etməklə xuliqanlıq etmişdir. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlmişdir ki, Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində bildirmişdir ki,”... onun əlindən qurtarıb küçəyə qaçmışdır. Bu zaman İnqilab da onun arxasınca çıxıb qaçmışdır. İnqilab Hacıyev artıq küçədə onun paltarından tutaraq bıçaq hərləməyə və onu bıçaqla vurmağa davam etmişdir... o, mağazadan İnqilabın əlindən qaçdıqdan sonra İnqilab onu Balakən şəhəri Heydər Əliyev prospektində avtomaşın yolunun ortasında haqlamış və həmin yerdə əlində bıçaqla ona zərbələr vurmağa başlamışdır. Bu zaman ətrafda çoxlu adamlar olmuş, avtomaşınlar keçmişdir. Onun mağazasının yanında olan mağaza və dükanlarda adamlar bu hadisəni görmüş və sarsıntı keçirmişlər. İnqilab küçədə olan adamlara və avtomaşınlara məhəl qoymadan onu küçədə də bıçaqla vurmaqda davam etmişdir.” Bundan başqa, məhkəmə kollegiyasının iclasında ifadə verən zərərçəkmiş şəxs həmçinin göstərmişdir ki, “...Küçədə onları heç kəs aralamamış, qonşu mağazalardan da adamlar çıxıb səs-küy salmış və təqsirləndirilən şəxs qaçıb getmişdir.” Bundan əlavə, Şahid11 birinci instansiya məhkəməsində verdiyi ifadəsində bildirmişdir ki, “... bir azdan o, Zərərçəkmiş şəxs mağazadan qaçaraq çıxdığını, İnqilabın da onun arxasınca getdiyini görmüşdür. İlk öncə onların zarafatlaşdığını zənn etmişdir. Sonradan Fariz “kömək edin” deyə qışqırdıqdan sonra bunun zarafat olmadığını başa düşmüşdür. Asfalt yolunda İnqilab əlində bıçaq Farizi vurmağa başlamış və Farizə bir neçə zərbə vurmuşdur. Fariz qışqıraraq kömək istəyirdi. Ətrafda avtomaşınlar keçirdi və adamlar vardı. Farizin qolundan qan axırdı. Fariz İnqilabdan aralanıb mağazaya qaçmış, İnqilab da qaçıb getmişdir. Təxminən 2 dəqiqədən sonra adamlar ora yığılışmışlar. O, hadisədən bərk sarsıntı keçirmişdir.” İşin qeyd edilən gerçək halları cinayət işinin materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokollar ilə də təsdiq olunur. Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur (CM-in 221-ci maddəsi). Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin qərarda daha sonra göstərilir ki, CM-in 221.3-cü maddəsi xuliqanlığın digər tövsifedici əlaməti qismində bu cinayət əməlinin silah və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədilməsini nəzərdə tutur. CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. CM-in 221.3-cü maddəsi xuliqanlıq hərəkətlərinin törədilməsi üçün əvvəlcədən hazırlanmış əşyalarla bu hərəkətlərin həyata keçirilməsi zamanı təsadüfi əldə edilmiş əşyalar arasında heç bir fərq qoymur. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyatı və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Digər tərəfdən, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenimunun 23.03.2004-cü il tarixli qərarının 1-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin mənasına görə, təqsirkar şəxsin ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətləri yalnız həmin hərəkətlər vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq ediləcəyi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayət edildiyi hallarda cinayət məsuliyyətinə səbəb olur. Həmin qərarın 2-ci bəndində isə izah olunur ki, Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur. Zor tətbiq etmə dedikdə isə döymə, sağlamlığa zərər vurma, eləcə də zərərçəkmişə fiziki təsir göstərən digər zorakı hərəkətlər başa düşülməlidir. Xuliqanlıq zamanı zor tətbiq etmə hədəsi fiziki zor tətbiq etmək niyyətinin sözlərlə və ya hərəkətlərlə ifadə olunmasıdır. Hədəyə görə məsuliyyət o zaman yaranır ki, bu hədənin həyata keçirilməsi üçün real əsaslar olsun. Özgənin əmlakının məhv edilməsi əmlakın təsərrüfat, tarixi dəyərini tam itirməsi, zədələnməsi isə əmlakın tamamilə və ya qismən öz təyinatına uyğun gəlməməsi, lakin ona bərpa edilməsi mümkün olan dərəcədə zərər yetirilməsidir. Məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zəruriyyətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası X26 Hacıyevə az ağır bədən xəsarət yetirilməsinin şəxsi münasibətlər zəminində baş verdiyi və onun əməlində CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş əməlin olmadığı barədə ifadəsində verdiyi məlumatları özünümüdafiə cəhdi kimi qiymətləndirir. Belə ki, iş materiallarında olan sübutlardan görünür ki, X16 ilə Zərərçəkmiş şəxs arasında hadisədən əvvəl hər hansı düşmənçilik və ədavət olmamış, yəni şəxsi qərəzli münasibətlər mövcud olmamışdır. Digər tərəfdən işdəki sübutlardan aydın olur ki, İnqilab Hacıyev mağazanın ictimai yer olmaqla ora hər zaman adamların gələ biləcəyinə, o cümlədən küçənin ictimai yer olmaqla ətrafda adamların olması və avtomaşınların intensiv hərəkət etməsinə baxmayaraq, bu hallara qətiyyən əhəmiyyət vermədən həm mağazanın içərisində, həm də Balakən şəhəri Heydər Əliyev pospektində zərərçəkmiş şəxsə bıçaq zərbələri vurmuş, nəticədə ona az ağır bədən xəsarətləri yetirmiş, ətrafda olan insanların mənəvi və psixoloji sarsıntı keçirməsi və nəqliyyatın hərəkətinə mane olmasını saya almamışdır. Qeyd edildiyi kimi, İnqilab Hacıyevin hərəkətlərində silah qismində bıçaqdan istifadə etməklə xuliqanlıq cinayətinin bütün əlamətləri mövcud olmuşdur. Ona görə də X26 Hacıyevi atası Şahid2 sifətində görməklə əsəbləşib onu bıçaqla vurması arqumenti tamamilə əsassız olmaqla işdəki heç bir sübutla təsdiqini tapmır. İnqilab Hacyevin mağazada Zərərçəkmiş şəxs bıçaqla vurduqdan sonra mağazadan küçəyə qaçan Farizin ardınca gedib, yolun ortasında Farizi yenidən bıçaqla vurmaqda davam etməsi onun bu söylədiklərinin tamamilə əsassız olmasına dəlalət edir. Belə ki, İnqilab Hacıyev tərəfindən əgər Zərərçəkmiş şəxs şəxsi qərəzli münasibətlərin nəticəsi olaraq mağazada bıçaqla vurulurdusa, onda Farizin küçədə insanların gözünün qabağında və buna qətiyyən əhəmiyyət verilmədən bıçaqla vurulmaqda davam edilməsi artıq əməlin şəxsi münasibətlər zəminində deyil, xuliqanlıq məqsədilə törədildiyini göstərir. Beləliklə, işin gerçək hallarına görə, təqsirləndirilən şəxs İnqilab Hacıyev ictimai asayişin pozulmasına, Zərərçəkmiş şəxs hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və orada olan digər şəxslərin həyəcanına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etmiş, ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, hadisə zamanı orada olan şəxslərin qanuni mənafelərinə toxunan hərəkətlər etmiş, eləcə də zərərçəkmiş Zərərçəkmiş şəxs qarşı etdiyi zorakı hərəkətlər nətisənində ona az ağır bədən xəsarətləri yetirmişdir. Təqsirləndirilən şəxs İnqilab Hacıyevin əməlində CM-in 221.3-cü maddəsinin tərkibinin olmaması barədə həm özünün, həm də müdafiəçisinin göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Şahidlərin və zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, zərərçəkmiş şəxsin üzrərində olan bədən xəsarətlərinin xarakteri və lokalizasiyası, baş vermə mexanizmi, inkişafı və s. kimi hallar bir-birini tamamlayır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxsin apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmamışdır. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, onun əməlində CM-in 221.3-cü maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona həmin maddə ilə bəraət verilməsi üçün heç bir əsas əsas yoxdur. Belə ki, Azərbaycan Respublikası CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs İnqilab Hacıyev ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona görə də İnqilab Hacıyevə məhkum olunduğu CM-in 221.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Kollegiya zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini iş materialları üzrə araşdırıb bu nəticəyə gəlir ki, həmin dəlillər də işin faktiki hallarına uyğun deyildir. Belə ki, apellyasiya şikayətində təqsirləndirilən şəxs İnqilab Hacıyevin əməlində CM-in 29, 120.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət tərkibinin olması göstərilsə də, lakin bu mülahizələr baş vermiş hadisə zamanı tərəflər arasında yaranan qarşılıqlı münasibətləri düzgün əks etdirmir. İş materialları İnqilab Hacıyevə qarşı CM-in 127.1 və 221.3-cü maddələri ilə irəli sürülmüş ittihamın işin həqiqi (faktiki) hallarına uyğunluğuna dəlalət edir. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, ibtidai istintaq orqanı və birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs İnqilab Hacıyevin əməlini CM-in 127.1 və 221.3-cü maddələri ilə tövsif etməkdə haqlı olmuşdur. İşdən görünür ki, təqsirləndirilən şəxs İnqilab Hacıyevin məhkum edildiyi CM-in 221.3-cü maddəsinin sanksiyasına əsasən, o, iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə, CM-in 127.1-ci maddəsinə əsasən isə iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzanlandırıla bilər. Məhkəmə kollegiyasının qənaətinə görə, birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən halı və аğırlаşdırаn hаllаrın olmasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа həmin mаddənin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini, eləcə də cəzaçəkmə müəssisəsinin növünü düzgün müəyyən etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq İnqilab Hacıyevə qarşı irəli sürülən cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətlərinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs X9 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 1(019)-2/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397-399, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs X9 müdafiəçisi Müdafiəçi3 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 1(019)- 2/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar