Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-249/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X3 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2 iştirakı ilə, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(091)-110/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rəşad Əliyev, Bilal Məmmədov, Nahid Mirzəyev) 03 may 2021-ci il tarixli, 1(091)-110/2021 nömrəli hökmü ilə, xx xxxx 1963-cü ildə Balakən rayonun Püştətala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 oktyabr 2013-cü il tarixli hökmü ilə AR CM-nin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməyən, Balakən rayonu Kortala kəndində qeydiyyatda olan və həbs edilənə kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X1 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs təyin edilmiş cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 05 sentyabr 2020-ci ildən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 70,52 (yetmiş manat əlli iki qəpik) AZN ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan və Balakən Rayon Polis Şöbəsində saxlanılan 26 (iyirmi altı) ədəd təmiz çəkiləri 2 kiloqram 170 qram, 27 (iyirmi yeddi) ədəd təmiz çəkiləri 4 kiloqram 250 qram, 1 (bir) ədəd təmiz çəkisi 595,00 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin məhv edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(091)-110/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 237.2.3-cü maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, 2019-cu ildə Katex çayının kənarından tapdığı yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin toxumlarını yığaraq Balakən rayonu Kortala kəndində yerləşən yaşadığı evdə gizlətməklə saxlamış, həmin toxumları qəsdən, qanunsuz olaraq tamah niyyətilə 2020-ci ilin iyun ayının axırlarında Balakən rayonu Kortala kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsinin dirrik hissəsində lobya cərgəsinin arasında əkərək həmin toxumlardan bitmiş 26 (iyirmi altı) ədəd hündürlüyü 11 sm-dən 130 sm-dək, ümumi təmiz çəkiləri 2 kiloqram 170 qram narkotik tərkibli çətənə (kannabis) bitkilərinin, həmin yerdən 20 metr aralıda yerləşən lobya cərgəsinin arasında bitmiş 27 (iyirmi yeddi) ədəd hündürlüyü 61 sm-dən 184 sm-dək, ümumi təmiz çəkiləri 4 kiloqram 250 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkilərinin və həyətyanı sahədəki digər dirrikdə daha əvvəl, yəni 2020-ci ilin mart ayının sonlarında qəsdən, qanunsuz olaraq tamah niyyəti ilə əkdiyi 1 (bir) ədəd hündürlüyü 197 sm olan, ümumi təmiz çəkisi 595,00 qram narkotik tərkibli çətənə (kannabis) bitkisinin, ümumilikdə 54 (əlli dörd) ədəd, yəni külli miqdarda narkotik tərkibli çətənə (kannabis) bitkilərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə kultivasiya etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(091)-110/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Belə ki, o, 2013-cü ilin mart ayında başqa cinayət əməlinə görə 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 2015-ci ilin mart ayında isə prezidentin sərəncamı ilə əfv olunmuşdur. 5 il 6 ay azadlıqda olduqdan sonra isə yeni cinayətə görə həbs edilmişdir. Onun 59 yaşı var, 2-ci qrup əlildir, səhhətində problemlər var. Qarabağ müharibəsi veteranıdır. Lakin birinci instansiya məhkəməsi həmin yüngülləşdirici halları nəzərə almamışdır. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(091)-110/2021 nömrəli hökmündən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(091)-110/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2019-cu ildə Katex kəndinə çay kənarına balıq tutmaq üçün getdiyi zaman tapdığı bir ədəd yabanı halda bitmiş çətənə bitkisinin üzərindən yığıb gətirib evdə gizlətdiyi toxumları iyun ayının axırında cücərdərək 26 ədədini həyətyanı torpaq sahəsinin bir yerinə, ondan bir qədər aralıda isə 27 ədədini əkmişdir. Bir ədəd isə əvvəldən əkdiyi şitillərdən qalmışdır. 05.09.2020-ci ildə polis əməkdaşları yaşadığı evə gələrək əkib becərdiyi 26 ədəd narkotik tərkibli çətənə bitkisi, dirriyin yuxarı hissəsində əkdiyi 27 ədəd çətənə bitkisi və dirriyin ortasında əkdiyi Xalidin ona verdiyi 350 ədəd narkotik tərkibli çətənə şitilindən qalmış bir ədəd çətənə bitkisi polis əməkdaşlarının və aqronomun iştirakı ilə kökündən çıxarılaraq ayrı-ayrılıqda 3 sintetik kisəyə qablaşdırılıb götürülmüşdür. Həmin bir ədəd, dirriyin ortasında qalmış narkotik tərkibli çətənə bitkisinin hündürlüyü 197 sm, 26 ədəd bitkilərin hündürlükləri 11 sm-dən 130 sm-dək, 27 ədəd bitkilərin hündürlükləri isə 61 sm-dən 184 sm-dək olmuşdur. Yaşadığı evdən və həyətyanı torpaq sahəsindən başqa heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Baxış zamanı fasiləsiz olaraq videoçəkilişdən istifadə edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, məlumat əsasında Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsinə 05 sentyabr 2020-ci ildə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı lobya cərgələrinin arasından 26 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmin bitkilərin hündürlüyü 13 sm-dən 130 smdək olmuşdur. Aqronom Şahid4 həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin yerdən 20 metr aralıda hündürlüyü 61 sm-dən 184 sm-dək olan 27 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitkilər aşkar edilmişdir. Həmin yerdən xeyli aralıda dirrik sahəsində bir ədəd hündürlüyü 197 sm olan narkotik tərkibli çətənə bitkisinə oxşar bitki aşkarlanmışdır. Aqronom həmin bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Həmin bitkilər kökündən çıxarılıb qablaşdırılaraq götürülmüşdür. Protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində ifadə vermiş Şahid2, Şahid3 və X4 şahid E.E.Göyüşovun ifadəsinə uyğun ifadə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 05 sentyabr 2020-ci il tarixdə polis əməkdaşları ilə Balakən rayonu Kortala kənd sakini Təqsirləndirilən şəxs evinə və həyətyanı torpaq sahəsinə baxış keçirilməsində mütəxəssis kimi iştirak etmişdir. Baxış zamanı 54 ədəd narkotik tərkibli bitklər aşkar edilmişdir. Həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 05.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həyətində lobya cərgəsinin arasında 2x4m sahədə hündürlüyü 11 sm-dən 130 sm-dək olan 26 ədəd narkotik tərkibli çətənə bitkisi, həmin yerdən sol tərəfə 20 metr getdikdə lobya cərgəsinin arasında 2x5m sahədə hündürlüyü 61 sm-dən 184 sm-dək olan 27 ədəd narkotik tərkibli çətənə bitkisi, həmin yerdən 9 metr dirrik sahəsinin ortasına tərəf hündürlüyü 197 sm olan bir ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki kolu kökündən çıxarlmış və elektron tərəzidə çəkilmişdir. Məhkəmə bioloji ekspertizasının 05 sentyabr 2020-ci il tarixli 17/531 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Kortala kənd sakini Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş maddi sübut” sözləri yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 11 sm-dən 130 sm-dək, ümumi təmiz çəkiləri – 2 kiloqram 170 qram olan 26 (iyirmi altı) ədəd bitkilər əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilərək götürülmüş maddi sübut... bitki hissələri” sözləri yazılmış sintetik kisənin içərisindəki hündürlükləri 61 sm-dən 184 sm-dək, ümumi təmiz çəkiləri - 4 kiloqram 250 qram olan 27 (iyirmi yeddi) ədəd bitkilər əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “Təqsirləndirilən şəxs yaşadığı evin dirrik sahəsindən aşkar edilmiş maddi sübut...” sözləri yazılmış sintetik kisənin içərisindəki hündürlüyü 197 sm, təmiz çəkisi – 595,00 qram olan 01 (bir) ədəd bitki əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisidir. Aqronom mütəxəssis Şahid4 05 sentyabr 2020-ci il tarixli rəyinə əsasən 54 (əlli dörd) ədəd çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Məhkəmə bioloji ekspertizasının 08 yanvar 2021-ci il tarixli 17/8 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, Təqsirləndirilən şəxs evinin yaxınlığındakı dirrik sahəsindən aşkar edilmiş 01 (bir) ədəd çətənə bitkisi inkişaf əlamətlərinə görə, həmin şəxsin həyətyanı sahəsinin dərinliyində (50-60 metr aşağı hissəsindən) ayrı-ayrı yerlərdən aşkar edilmiş 26 (iyirmi altı) ədəd və 27 (iyirmi yeddi) ədəd çətənə bitkilərindən daha öncə əkilmişdir. 01 (bir) ədəd çətənə bitkisinin və digər 26 (iyirmi altı) ədəd, 27 (iyirmi yeddi) ədəd çətənə bitkilərinin əkilmə vaxtlarını və yaşlarını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-narkoloji ekspertizasının 13 oktyabr 2020-ci il tarixli 913 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında 05 sentyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Balakən rayon Məhkəməsinin 06 sentyabr 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun təqdim etdiyi 040860 nömrəli vəsiqənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ümumi xəstəlik səbəbindən müddətsiz İİ qrup əlildir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi tam sübuta yetirilmişdir. Əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona cəza təyin edilməlidir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası verilməlidir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 237.2.3-cü maddəsi ilə təqsirli bilib 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-nin 237.2.3-cü maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 237.2.3cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021ci il tarixli, 1(091)-110/2021 nömrəli hökmü isə baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd olunan maddi hüquq normasının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, təqsirləndirilən şəxs məhkumluğunun ödənildiyini, ona görə də barəsində təhlükəli resdivin müəyyən edilməsini qanunsuz hesab etdiyini bildirsə də, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş tələbnamə və Şəki Ağır Cinayətlər Məhkəməsinin 23.10.2013-cü il tarixli hökmündən görünür ki, həmin hökm ilə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 04 (dörd) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Prezidenitinin 18.03.2015-ci il tarixli “Əfv” sərəncamına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Daha sonra isə 2020-ci ilin mart və iyun aylarında müvafiq narkotik tərkibli bitkiləri kultivasiya edərək növbəti cinayəti törətmişdir. Cinayət Məcəlləsinin 83.3.4-cü maddəsinə əsasən, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Hazırkı halda isə Təqsirləndirilən şəxs əvvəlki cinayətə görə cəzadan azad edildiyi vaxtdan (18.03.2015) növbəti cinayəti törədənədək (2020-ci il) cəmi 5 il keçmişdir. Deməli hazırkı cinayət əməlinə görə məhkumluğun ödənilməsini şərtləndirən 6 il keçməmiş və məhkumluq ödənilməmişdir. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsi Təqsirləndirilən şəxs barəsində təhlükəli residiv müəyyən edərkən haqlı olmuşdur. Bundan başqa təqsirləndirilən şəxs 59 yaşının olmasını və Qarabağ müharibəsi veteranı olmasının yüngülləşdirici hal kimi nəzərə alınmamasından da narazı qalmışdır. Bununla bağlı məhkəmə kollegiyası onun diqqətinə çatdırır ki, həmin halların yüngülləşdirici hal qismində nəzərə alınması məhkəmə üçün imperativ göstəriş deyildir, diskresion səlahiyyətdir və məhkəmə haqlı olaraq həmin halları yüngülləşdirici hal hesab etməmişdir. O cümlədən, təqsirləndirilən şəxsin Qarabağ müharibəsi veteranı olması haqqında işdə sübut yoxdur. Bundan əlavə apellyator səhhətindəki problemlərin yüngülləşdirici hal kimi nəzərə alınmadığını da bildirmişdir. Həmin hal ilə bağlı qeyd edilməlidir ki, şəxsin 2-ci qrup əlil olması onun səhhətində, sağlamlığında müəyyən problemlərin olmasından xəbər verir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs 2-ci qrup əlil olmasını yüngülləşdirici hal kimi nəzərə almaqla, dolayısı ilə onun səhhətindəki problemləri də yüngülləşdirici hal kimi nəzərə almışdır. Qeyd edilənlərə əsasən kollegiya apellyasiya şikayətinin dəlillərini əsassəz hesab edir. CM-in 61.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal cinayətlərin təhlükəli residivir. CM-in 65.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin olunan cəzanın müddəti ona təyin olunacaq CM-in 237.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulan cəzanın son həddinin üçdə ikisindən az ola bilməz. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin: 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq olunmuş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılara» əsasən çətənə bitkisi kolları 15 ədəddən çox olduqda külli miqdarı təşkil edir. Təqsirləndirilən şəxs aşkar edilən çətənə bitkisi kolları 54 ədəd olmuşdur ki, bu da külli miqdar təşkil edir. Birinci instansiya məhkəməsi tədqiq edilən sübutların məcmusuna, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci hissəsində, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldıra bilməyən şübhələri onun xeyrinə şərh edərək, məhkəmədə ittihamın baxılması nəticələrinə əsaslanaraq, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə uyğun olaraq hər kəsin ona qarşı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasını nəzərə almaqla, sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirməklə yekun məhkəmə aktı qəbul etmişdir. Bundan əlavə hazırkı iş üzrə əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs əməli CM-in 237.2.3-cü maddəsinə düzgün olaraq tövsif edilmişdir. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə ona haqlı olaraq həmin cəza növü və həddi təyin edilmişdir. Beləliklə, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs düzgün olaraq həmin cəza növü və həddi təyin edilmişdir. Göründüyü kimi, şəxs məhkumluğu ödənilməmiş yenə də cinayət törətməyə meyillənmiş, yəni hazırkı cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(091)-110/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407-410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 03 may 2021-ci il tarixli, 1(091)-110/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilərlər.
Məhkəmə qərarları › İş №1(107)-249/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-249/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver