Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-25/2020 17.06.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Şəki şöbəsinin Şəki Apelyasiya məhkəməsi üzrə prokuroru, İ dərəcəli hüquqşünas X22 iştirakı ilə, müdafiəçi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim H.Səlimov) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, xx xxxx 1986-cı ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində pasport qeydiyyatında olmaqla yaşayan və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, onun xx xxxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı və həbsdə olduğu 04 (dörd) ay müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən azadlıqdan məhrumetmə cəzasının 1 (bir) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılması və onun üzərində qəti olaraq 2 (iki) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin dəyişdirilməsi, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi, onun məhkəmə iclas zalından həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılması; xx xxxxxx 1982-ci ildə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşayan Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, onun xx xxxxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixə kimi şübhəli şəxs qismində tutulub saxlandığı 02 (iki) gün müddətin bir günü Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 2 (iki) gününə bərabər hesablanmaqla həmin cəzadan çıxılması və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir ) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, üzərinə yaşayış yerini gecə saat 23:00-dan növbəti gün səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Balakən və Zaqatala rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, onun cəza çəkmə müddətinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılması, eləcə də təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmaları, onların narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmaları üçün hökmün surəti daimi yaşayış yeri üzrə Balakən rayon Mərkəzi Xəstəxanasına göndərilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 31.78 (otuz bir manat yetmiş səkkiz qəpik) manat Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub Az.MEM;VÖEN**********;AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005,VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs2 evindən aşkar edilərək götürülmüş bir ədəd sellofan torbada ekspert rəyindən sonra təmiz çəkisi 29.99 qram, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş iki kibrit qutusunda ekspert rəyindən sonra təmiz çəkisi 7.27 qram narkotik vasitə olan qurudulmuş marixuanalar hökm qanuni qüvvəsini aldıqdan sonra tam həcmdə məhv edilməsi, Təqsirləndirilən şəxs1 aid hissədə hökmün icrası Balakən rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. işin halları: Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(019)-62/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 37.56 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə rayonun Mahamalar kəndində yaşadığı evin otağında saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində həmin narkotik vasitənin bir hissəsini, yəni iki ədəd kibrit qutusunun hər birində təmiz çəkiləri 3.97 və 3.50 qram narkotik vasitə olan qurudulmuş marixuananı Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 75 manata satmış, xx.xx.2019-cu il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq üzərindəki gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd kibrit qutularında təmiz çəkiləri 3.97 və 3.50 qram, ümumi təmiz çəkisi 7.47 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman sonuncunun satış məqsədilə saxladığı narkotik vasitə qurudulmuş marixuananın geri qalan hissəsi, yəni təmiz çəkisi 30,09 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Eləcə də həmin hökm ilə Təqsirləndirilən şəxs1 məhkum olunmuşdur, ona görə ki, o, xx xxxxxx 2019-cu il tarixdə Balakən rayonu Mahamalar kəndi ərazisində həmin kənd sakini olan Təqsirləndirilən şəxs2 75 manata qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 7.47 qram olan narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi olmadan üzərində saxlamışdır. xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq üzərindəki gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd kibrit qutularında təmiz çəkiləri 3.97 və 3.50 qram, ümumi təmiz çəkisi 7.47 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 1(019)-62/2019 iş nömrəli hökmü qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 2019-cu ilin yanvar ayının əvvəllərində tanıdığı Mahamalar kənd sakini Sahib adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə axşam saat təxminən 17 radələrində zəng edərək Gürcüstandan qonağı gəldiyini deyərək narkotik tapa bilib-bilməyəcəyini ondan soruşduqda Sahibə narkotik tapa bilməyəcəyini demişdir. Bir neçə dəfə Sahib ona zəng edərək narkotik istədiyini bildirsə də o, yenə də eyni cavabı verərək narkotik tapmaq onun işi olmadığını bildirmişdir. Bir müddət keçdikdən sonra evdən ona zəng gələrək polislərin yaşadığı evə gəldiklərini və onu axtardıqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları yaşadığı evə gedərək orada da axtarış aparmış və oradan 30 qram narkotik vastə çıxdığını bildirmişlər. Amma onun həmin narkotik vasitədən heç bir məlumatı olmamışdır. Daha sonra evdə valideynlərinə polis şöbəsinə gəlməli olduğunu bildirmişlər. Həmin vaxt Zaqatala RPŞ-nin istintaq bölməsində barəsində istintaq olunan cinayət işi üzrə müdafiəçisi Müdafiəçi2la əlaqə saxlayaraq polis şöbəsinə onunla birlikdə gəlmək istəsə də müdafiəçisinin vaxtı olmadığından polisə gəlməmişdir. 3 gün sonra isə könüllü olaraq Balakən RPŞ-nə müdafiəçisi Müdafiəçi2la birlikdə gəlmişdir. Həmin vaxt Balakən RPŞ-nin istintaq bölməsində barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin istintaq olunduğunu bilmişdir. Təqsirləndirilən şəxs1 yalan deyir, həmin vaxt ona narkotik vasitə satmamış və ya verməmişdir. Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımış, Sahibin ona pul borcu olmuş və həmin borca görə də Sahib qisas almaq üçün onun əleyhinə ifadə vermişdir. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təzyiqi nəticəsində onun üzünə durur və ona şər atır.Yaşadığı evdən aşkar olunmuş narkotik vasitə ona aid olmamışdır. O, ümumiyyətlə həmin evdə son aylarda yaşamamış, gecələr həmin valideynlərinin yaşadığı evdə yatmamış, başqa bir qadınla Balakən şəhərindəki evlərdən birində kirayədə yaşamışdır. Əvvəllər yaşadığı evdəki çarpayının altından tapılmış narkotik vasitə onlara aid deyildir, o, narkotik vasitə tapılan gündən əvvəl sonuncu dəfə həmin evdə nə vaxt olmasını dəqiq xatırlamır, lakin təxminən hadisədən bir ay əvvəl həmin evdə olmuşdur. Narkotik vasitənin evdəki çarpayının döşəyinin altına polis əməkdaşları tərəfindən qoyulmasını ehtimal edir. Çünki, hadisə günü Balakən RPŞnin əməkdaşları həmin evə 2 dəfə gəlmiş, 1 -ci dəfə axtarış etsələr də heç bir narkotik vasitə tapa bilməmiş, 2-ci dəfə isə özlərinin qoyduğu narkotiki tapmışlar. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarından da göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 2(iki) əsasa görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı ittiham elan edilmişdir:
1. Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə Balakən rayonu Mahamalar kəndi ərazisində 75 manata qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 7.47 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı satması;
2. 30,09 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı saxlaması. Lakin, cinayət işinin materillarından da göründüyü kimi, hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 xx xxxxxx 2019-cu il tarixdə Balakən rayonu Mahamalar kəndi ərazisində 75 manata qanunsuz olaraq əldə etdiyi, şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 7.47 qram olan narkotik vasitə olan qurudulmuş marixuananı satmasının əsası kimi məhkəmə yalnız Təqsirləndirilən şəxs1 ifadəsinə istinad etmişdir. Təqsirləndirilən şəxs1 qardaşının da Balakən Rayon Polis Şöbəsinin əməkdaşı olması nəzərə alınarsa hesab edir ki, sonuncunun başqa cür ifadə verməsi də qeyri-mümkün idi. Çünki, tədbiri həyata keçirmiş polis şöbəsi Balakən Rayon Polis Şöbəsi olmuşdur. Bununla yanaşı, qeyd olunan gün ərzində tərəflər arasında olmuş zənglərdən və mobil telefonu vasitəsi ilə göndərilmiş məktublardan da göründüyü kimi, Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 bu işlə məşğul olmadığını bildirmişdir. Digər bir tərəfdən isə, Təqsirləndirilən şəxs2 valideyinlərinin yaşadığı evdə narkotik vasitənin aşkarlanması və həmin narkotik vasitənin Təqsirləndirilən şəxs2 aid edilməsi də başqa bir müəmmadır. Belə ki, bundan əvvəl də Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat zamanı, Təqsirləndirilən şəxs2 avtomobilində və valideyinlərinin yaşadığı evdə narkotik vasitə aşkarlanmış, lakin, qeyd olunan sübutlar qanunsuz yolla əldə edildiyi üçün onun barəsində aparılan cinayət işinə həmin hissədə xitam verilmişdir. Yuxarıda qeyd olunduğu kimi uyğunsuzluqlar həddən artıq çoxdur. Bütün bunlar isə onu deməyə əsas verir ki, hüquqlarını müdafiə etdiyi şəxsə verilmiş ittihamın heç bir hüquqi əsası olmamaqla yanaşı, qanunsuz və qərəzli olmuş və məhkəmə tərəfindən bütün bu qeyd olunanlar nəzərə alınmadan ədalətsiz və qanunsuz hökm qəbul edilmişdir. Şərh edilənlərdən də göründüyü kimi, barəsində şikayət verilən hökmü qəbul etmiş məhkəmə maddi və prosessual qanunvericiliyin tələblərini açıq-aşkar kobud surətdə pozmuşdur ki, bu da həmin hökmün apellyasiya qaydasında ləğv edilməsi üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş əsaslar yaratmışdır. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxslər tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə yazılı etiraz verərək Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən qüvvəsində saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi-fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi2 apellyasiya şikayətinin dəlillərini müdafiə edən, əsaslandıran izahat verərək və çıxış edərək, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün Təqsirləndirilən şəxs2 münasibətdə ləğv edilməsini, Təqsirləndirilən şəxs2 barəsində verilmiş ittiham üzrə bəraət hökmünün çıxarılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X40 Təqsirləndirilən şəxs2 müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün Təqsirləndirilən şəxs1 münasibətdə dəyişdirilmədən saxlanılmasını xahiş etdi
hüquqi məsələlər:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər və onların müdafiəçiələrinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi ilə əlaqədar bəraət verilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 оğlu ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2019-cu ilin yanvar ayının əvvəllərində tanıdığı Mahamalar kənd sakini Sahib adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə axşam saat təxminən 17 radələrində zəng edərək Gürcüstandan qonağı gəldiyini deyərək narkotik tapa bilib-bilməyəcəyini ondan soruşduqda Sahibə narkotik tapa bilməyəcəyini demişdir. Bir neçə dəfə Sahib ona zəng edərək narkotik istədiyini bildirsə də o, yenə də eyni cavabı verərək narkotik tapmaq onun işi olmadığını bildirmişdir. Bir müddət keçdikdən sonra evdən ona zəng gələrək polislərin yaşadığı evə gəldiklərini və onu axtardıqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları yaşadığı evə gedərək orada da axtarış aparmış və oradan 30 qram narkotik vastə çıxdığını bildirmişlər. Amma onun həmin narkotik vasitədən heç bir məlumatı olmamışdır. Daha sonra evdə valideynlərinə polis şöbəsinə gəlməli olduğunu bildirmişlər. Həmin vaxt Zaqatala RPŞ-nin istintaq bölməsində barəsində istintaq olunan cinayət işi üzrə müdafiəçisi Müdafiəçi2la əlaqə saxlayaraq polis şöbəsinə onunla birlikdə gəlmək istəsə də müdafiəçisinin vaxtı olmadığından polisə gəlməmişdir. 3 gün sonra isə könüllü olaraq Balakən RPŞ-nə müdafiəçisi Müdafiəçi2la birlikdə gəlmişdir. Həmin vaxt Balakən RPŞ-nin istintaq bölməsində barəsində Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işinin istintaq olunduğunu bilmişdir. Təqsirləndirilən şəxs1 yalan deyir, həmin vaxt ona narkotik vasitə satmamış və ya verməmişdir. Təqsirləndirilən şəxs1 taksi sürücüsü kimi tanımış, Sahibin ona pul borcu olmuş və həmin borca görə də Sahib qisas almaq üçün onun əleyhinə ifadə vermişdir. Təqsirləndirilən şəxs1 polis əməkdaşlarının təzyiqi nəticəsində onun üzünə durur və ona şər atır. Yaşadığı evdən aşkar olunmuş narkotik vasitə ona aid olmamışdır. O, ümumiyyətlə həmin evdə son aylarda yaşamamış, gecələr həmin valideynlərinin yaşadığı evdə yatmamış, başqa bir qadınla Balakən şəhərindəki evlərdən birində kirayədə yaşamışdır. Əvvəllər yaşadığı evdəki çarpayının altından tapılmış narkotik vasitə onlara aid deyildir, o, narkotik vasitə tapılan gündən əvvəl sonuncu dəfə həmin evdə nə vaxt olmasını dəqiq xatırlamır, lakin təxminən hadisədən bir ay əvvəl həmin evdə olmuşdur. Narkotik vasitənin evdəki çarpayının döşəyinin altına polis əməkdaşları tərəfindən qoyulmasını ehtimal edir. Çünki, hadisə günü Balakən RPŞ-nin əməkdaşları həmin evə 2 dəfə gəlmiş, 1-ci dəfə axtarış etsələr də heç bir narkotik vasitə tapa bilməmiş, 2-ci dəfə isə özlərinin qoyduğu narkotiki tapmışlar. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ifadəsində iş üzrə hazırda heç bir şeyi xatırlamadığını, iş materialarında mövcud olan ifadə və izahatlarını təsdiq elədiyini bildirdi. Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsi zamanı vermiş olduğu ifadəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, özünə məxsus olan “GEELY MK” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşınla taksi kimi fəaliyyət göstərərək ailəsini dolandırır. Mahamalar kənd sakini olan Təqsirləndirilən şəxs2 tanımış, onunla bir kənd sakini kimi münasibəti olmuşdur. Təxminən 3 ay olar ki, başında onkoloji şiş olduğundan kəskin baş ağrıları olur. Eyni zamanda eşitmişdir ki, narkotik vasitədən istifadə etdikdə insanın başında və bədənində olan ağrılar azalır. Buna görə də narkotik vasitə alaraq istifadə etmək qərarına gəlmişdir. Bununla bağlı Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs2 maraqlanmış, Fərrux narkotik vasitənin olmasını bildirmişdir. Fərrux ondan narkotik vasitəni hansı məqsədlə aldığını soruşduqda başında şiş olduğundan ağrılarını azaltmaq üçün almaq istədiyini bildirmişdir. xx.xx.2019-cu il tarixdə təxminən günorta saatlarında özünə məxsus olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə əlaqə saxlamış, sonuncu onda narkotik vasitə olduğunu bildirdikdən sonra həmin gün axşam saat 18 radələrində yenidən Təqsirləndirilən şəxs2 onun ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək Mahamalar kəndi ərazisinə gəlməyini bildirmişdir. Daha sonra o, Mahamalar kəndi ərazisinə getmiş və Təqsirləndirilən şəxs2 ona 75 manat müqabilində 2 kibrit qutusu narkotik vasitə olan qurudulmuş marixuananı vermişdir. Sonra oradan uzaqlaşaraq Balakən şəhəri ərazisinə siqaret almaq üçün gəlmişdir. Balakən şəhəri ərazisindəki “Bayraq” meydanının yaxınlığına çatdığı zaman Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanılmışdır. Narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində müdafiəçisi və hal şahidlərinin iştirakı ilə ona üzərində cinayət xarakterli əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. O, da əynindəki isti gödəkçənin sağ yan cibində saxladığı 2 ədəd kibrit qutusundakı narkotik vasitəni təqdim etmişdir. Üzərində saxladığı narkotik vasitə onun, müdafiəçinin və dəvət edilmiş hal şahidlərinin iştirakı ilə elektron tərəzidə çəkilmiş, 02 ədəd kibrit qutularında olan narkotik vasitənin qutu ilə birlikdə ümumi çəkisi 13.23 qram olmuşdur. Sonra aşkar edilmiş narkotik vasitə 1 ədəd ağ rəngli kağız zərfdə qablaşdırılaraq möhürlənib polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra idarə etdiyi “GEELY MK” markalı **-GD-*** dövlət qeydiyyat nişanlı avtomaşına hal şahidləri və müdafiəçinin iştirakı ilə baxış keçirilmiş, avtomaşından hər hansı qanunsuz əşya, predmet aşkarlanmamışdır. Baxışın nəticələrinə dair protokol tərtib olunmuş, o da həmin protokola imza etmişdir. Əvvəllər narkotik vasitələrin alqı-satqısı və əkilib-becərilməsi ilə məşğul olmamışdır. Əməlindən çox peşimandır. Gələcəkdə heç vaxt belə əməllərə yol verməyəcəkdir. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, sözügedən vaxtlarda Balakən RPŞ-də əməliyyat müvəkkili işləmiş, hazırda Yexlax RPŞ-də əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2019-cu il tarixdə ona bildirmişdirlər ki, əməliyyat işi var. Xatırladığı qədəri ilə həmin əməliyyat barədə məlumat Şahid1 daxil olmuşdur. Həmin gün təxminən saat 18 radələrində o, Şahid3, Şahid1 və Şahid4 Balakən şəhəri ərazisindəki Bayraq meydanının yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs1 saxlanılaraq Balakən rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində ona təklif olunmuşdu ki, üstündə olan bütün əşyalar, o cümlədən hərhansı qanunazidd nəsə varsa çıxartsın. Təqsirləndirilən şəxs1 da 2 kibrit qutusunda olan narkotikə oxşar maddəni onlara təqdim etmişdir. Ondan həmin narkotik vasitənin haradan, kimdən əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs1 onu Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs1 həmin narkotikin hansı məbləğə almasını deməsini xatırlamır. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı Balakən Rayonu Mahamalar kəndindəki evə getmişlər. Həmin vaxt evdə Təqsirləndirilən şəxs2 olmamışdır. Onlara qapını onun atası və anası açmışlar. Onlara bildirmişlər ki, evə baxış keçirməlidirlər, onlar da icazə vermişlər. Xatırladığı qədəriylə Təqsirləndirilən şəxs2 yatdığı otaqda çarpayının altında selofanda bükülmüş narkotiki tapmışlar. Onun çəkisini dəqiq xatırlamır. Xatırladığı qədəri ilə orada hal şahidləri ilə birlikdə axtarış aparmışlar. Narkotik vasitə tapılandan sonra onu götürüb qablaşdırmışlar. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid3 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkili vəzifəsində işləyir. xx xxxxxx 2019cu il tarixdə Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında təxirəsalınmadan baxış keçirmək üçün şöbə rəhbərliyinin göstərişi əsasında saat 18 radələrində Balakən RPŞ-nin CAB-ın əməliyyat müvəkkilləri Şahid3, Şahid4 və Şahid2lə birlikdə Balakən şəhəri ərazisindəki “Bayraq meydanı”nın yaxınlığına getmiş, orada Təqsirləndirilən şəxs1 saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçinin və dəvət olunmuş iki nəfər hal şahidinin iştirakı ilə üzərində axtarış aparılmağa başlanmışdır. Axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs1 üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutularının içərisinə baxılarkən içərisində spesifik iyi olan tünd yaşıl rəngli narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar quru bitki hissəciklərinin olması müəyyən olunmuşdur. Həmin kibrit qutuları elektron tərəzidə çəkilərkən qutularla birlikdə bitki kütləsi 13.23 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus avtomaşına baxış keçirlməyə başlanmış, baxış zamanı avtomaşından cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni haradan əldə etməsi barədə soruşulduqda həmkəndlisi Təqsirləndirilən şəxs2 adlı şəxsdən 75 manat müqabilində özü istifadə etmək üçün aldığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı Mahamalar kəndindəki evinin qarşısına getmişlər. Həmin vaxt kənd ərazisindən keçən iki nəfəri hal şahidi qismində dəvət edərək onlara hüquq və vəzifələrini izah etdikdən sonra Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan yaşadığı evə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs2 məxsus evin giriş qapısından onu səsləmişlər. Bu zaman Fərruxun anası Mominat və atası Şahid9 yaxınlaşaraq Fərruxun evdə olmadığını bildirmişlər. Onlar Fərruxun anası Mominat və atası Şahid9 oğulları Təqsirləndirilən şəxs2 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirərək evdə də narkotik vasitə saxlamasından şübhəli olduğuna görə evə baxış keçirəcəklərini bildirmişlər. Şahid10 və atası Şahid9 buna heç bir etiraz etməmişlər. Bundan sonra dəvət olunmuş hal şahidlərinin iştirakı ilə Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirməyə başlamışlar. Evin otaqlarına ayrı-ayrılıqda baxış keçirmişlər. Baxış zamanı qapalı yerləri Təqsirləndirilən şəxs2 anası açmış, onlar da baxmışlar. Şahid10 oğlu Fərruxa məxsus olduğunu bildirdiyi yataq otağına baxış keçirərkən Şahid10 çarpayının üstündəki döşəyi qaldırarkən döşəyin altından 01 ədəd şəffaf rəngli sellofan torba aşkar edilmişdir. Torbanın içərisinə baxış keçirildikdə torbada kəskin iyi olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar quru bitki hissəciklərinin olması müəyyən edilmişdir. Həmin torba elektron tərəzidə çəkildikdə 34,96 qram olmuşdur. Bundan sonra evə və həyətyanı sahəyə baxış keçirlərkən əlavə hər hansı bir cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Hər üç baxışın nəticələrinə dair təhqiqatçı tərəfində protokol tərtib edilmiş, o da həmin protokollara imza etmişdir. Həmin ünvana qeyd olunan gün yalnız bir dəfə getmiş və Təqsirləndirilən şəxs2 valideynlərinin şəxsən iştirakı ilə baxış keçirmişlər. Baxışı təhqiqatçı aparmış, onlar isə təhqiqatçının göstərişi əsasında baxışda iştirak etmişlər. Təqsirləndirilən şəxs2 anası və atası Fərruxun hər gün evə gələrək onlara baş çəkdiyini, göstərdikləri otaqdakı çarpayıda yatıb istirahət etdiyini bildirmiş heç bir polis əməkdaşı həmin ünvana narkotik vasitə aparmamış, orada gizlətməmişdir. Təqsirləndirilən şəxs2 məsuliyyətdən yayınmaq üçün onlara böhtan atır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Balakən RPŞ-nin əməkdaşları Şahid4, Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərdi ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində rayonun Mahamalar kəndində olduğu zaman rayon polis şöbəsinin əməkdaşları onu kənd sakini olan Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi üçün hal şahidi qismində dəvət etmişlər. Ondan başqa digər kənd sakini Şahid6 da hal şahidi qismində dəvət etmişlər. Onlar həyətə daxil olan zaman Təqsirləndirilən şəxs2 evdə olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 anası Şahid10 və atası Şahid9 evdə olmuşdur. Polis əməkdaşları Şahid10 oğlu Təqsirləndirilən şəxs2 yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğundan yaşadığı evə və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Lakin, həmin zaman evin otaqlarına axtarışı sadəcə polis əməkdaşları özləri aparmışlar. Polislər qabaqda, onlar, yəni hal şahidləri və Təqsirləndirilən şəxs2 valideynləri isə arxada dayanıb baxmışlar. Bir qədər sonra polis əməkdaşları narkotik vasitə tapdıqlarını bildirmişlər. O, həmin narkotikin evin hansı hissəsindən çıxmasını görməmişdir. Ona və oradakı digər şəxslərə polis əməkdaşları həmin narkotik vasitəni göstərmişlər ki, onu çarpayının üstündəki döşəyin altından aşkar etmişlər. Həmin narkotik vasitə sellofan torbada olmuşdur. Sədrlik edənin suallarına cavab olaraq Şahid5 bildirdi ki, polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi üçün hal şahidi qismində dəvət edilərkən ona heç bir hüquq və vəziflər izah olunmamış. Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunan narkotik vasitə götürüldükdən sonra o və digər hal şahidi Şahid6 Balakən Rayon Polis şöbəsinə aparılaraq orada müxtəlif sənədlərə imza etdirilmişlər. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilən Şahid9 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində arvadı Mominat ilə birlikdə yaşayır. Təqaüdçü olduğu üçün vaxtını evdə keçirir. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında evdə televizora baxan zaman tanımadığı 5 nəfər şəxs evin giriş qapısını açmış, onlardan biri ondan oğlu Fərruxun harada olduğunu soruşmuşdur. Həmin şəxslər mülki geyimdə olmuşlar. Fərruxun evdə olmadığını, onun rayon ərazisində qeyri-rəsmi yaşadığı qadın ilə birlikdə ola biləcəyini onlara bildirmişdir. Həmin şəxslər ondan soruşmuşlar ki, Təqsirləndirilən şəxs2 evdə olduğu zaman hansı otaqda yatır. O, da bildirmişdir ki, oğlu onların yanında yaşamır. Hərdənbir gələndə də 1-2 saatlıq onları görməyə gəlir. Sonra polis əməkdaşları evin baş hissəsində olan çarpayını göstərmişlər ki, həmin çarpayıda kim yatır. O, da polislərə demişdir ki, orada heç kəs yatmır. Ümumi olaraq istifadə etdikləri çarpayıdır. Bundan sonra həmin şəxslər evdən çıxaraq getmişlər. Daha sonra polislərin onların evinə gəlməsi ilə bağlı arvadı Mominata zəng edərək evə çağırmışdır. Sonra həmin şəxslərin evə hansı səbəb gəlmələri ilə bağlı evdə oturub söhbət etmişlər. Bir müddət sonra çoxlu sayda, yəni ən azı 20-30 nəfər polis əməkdaşları yaşadıqları evə gələrək evdə axtarış aparmalı olduqlarını bildirərək, evin otaqlarını axtarmağa başlamışlar. Axtarış zamanı Fərruxun yatdığı çarpayının üzərindəki döşəyin altından sellofan torba aşkar edildiyini polis əməkdaşları bildirmişlər. Həmin sellofan torba tərəzidə çəkildikdən sonra polislər götürüb getmişlər. Torbanın kim tərəfindən qoyulmasınə görməsə də, evlərindən tapıldığı iddia edilən narkotik vasitə olan sellofan torbanı bir nəfər polis əməkdaşı öpərək onun işinin tamamlandığını bildirmişdir. Həmin gündən 15-20 gün qabaq da Zaqatala RPŞ-nin əməkdaşları onların evində axtarış etmiş, lakin qanunazidd heç bir şey evdən aşkarlanmamışdır. Şahid9 əlavə olaraq ifadəsində göstədi ki, həmin gün Balakən RPŞ-nin əməkdaşları evdə axtarış edərkən, evin otaqlarını, oradakı yorğan-döşəyi, çarpayın üst-başını polislər özləri qaldırıb axtarmışlar, özü, arvadı və polislərin özləri ilə gətirdikləri 2 nəfər şəxs polis əməkdaşlarından arxa tərəfdə durmuş, sakitcə dayanaraq polislərin işlərinə qarışmamışlar. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid10 ifadəsində göstərmişdir ki, Balakən rayonu Mahamalar kəndində əri Şahid9 və oğlu Fərruxla birlikdə yaşayır. xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında qızıgildə olan zaman əri Umaxan zəng edərək evə polislər gəldiyini deyərək onu evə çağırmışdır. Bundan sonra o, evə getmiş, yoldaşı ilə birlikdə evi axtarmış, lakin heç nə tapa bilməmişlər. Bir müddət sonra çoxlu sayda polis əməkdaşları yaşadıqları evə gələrək evdə axtarış aparmalı olduqlarını bildirmişlər. Polis əməkdaşları onunla birlikdə otaqlara baxmışlar. O, hər otaqdakı əşyaları, örtülü yerləri açmış, polislər də baxmışlar. Fərrux yatdığı çarpayının üzərindəki döşəyi qaldırdıqda döşəyin altından sellofan torba aşkar edilmişdir. Torbada kəskin iyi olan və polis əməkdaşlarının deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar quru bitki hissəciklərinin olması müəyyən edilmişdir Həmin sellofan torba tərəzidə çəkildikdən sonra polislər götürüb getmişlər. Oğlu Fərrux subay olduğundan bəzi vaxtlar gecəni başqa yerdə qalsa da, hər gün gündüz evə gələrək onlara baş çəkir və öz otağındakı çarpayıda yataraq istirahət edir. Hadisədən əvvəlki gün də Fərrux evə gəlmişdir. Lakin, Fərruxun evə narkotik vasitə gətirməsini görməmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid11 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-in TQ-da təhqiqatçı vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ilkin araşdırma hərəkətləri onun tərəfindən aparılmışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilərkən iştirak etmiş və baxış protokolunu o tərtib etmişdir. Evə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 valideynləri iştirak etmişlər. Baxış keçirilməsinə onların heç bir etirazları olmamışdır. Baxış zamanı əşyaları, örtülü yerləri Fərruxun anası Möminat açıb göstərmiş, onlar da baxmışlar. Şahid10 oğlu Fərruxa məxsus olduğunu bildirdiyi yataq otağına baxış keçirərkən Şahid10 çarpayının üstündəki döşəyi qaldırarkən döşəyin altından 01 ədəd şəffaf rəngli sellofan torba aşkar edilmişdir. Torbanın içərisinə baxış keçirildikdə torbada kəskin iyi olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar quru bitki hissəciklərinin olması müəyyən edilmişdir Həmin torba elektron tərəzidə çəkildikdə 34,96 qram olmuşdur. Həmin bitki kütləsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Onlar həmin evdə heç bir axtarış aparmamışlar. Baxış protokolunda axtarış və götürmə sözlərinin yazılması texniki səhvdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid12 ifadəsində göstərmişdir ki, Balakən RPŞ-in İB-də müstəntiq vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq onun tərəfindən aparılmışdır. Cinayət işindəki materiallardan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş, anası Şahid10 oğlu Fərruxa məxsus olduğunu bildirdiyi yataq otağına baxış keçirərkən Şahid10 çarpayının üstündəki döşəyi qaldırarkən döşəyin altından 01 ədəd şəffaf rəngli sellofan torba aşkar edilmişdir. Torbanın içərisinə baxış keçirildikdə torbada kəskin iyi olan narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar quru bitki hissəciklərinin olması müəyyən edilmişdir Həmin bitki kütləsi iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Polis əməkdaşları ifadələrində səhvən baxış əvəzinə axtarış sözündən istifadə etdiklərindən o da mexaniki olaraq qərarda və ittiham aktında baxış əvəzinə axtarış yazmışdır. Halbuki istintaq materiallarından tam aydın görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş, heç bir axtarış aparılmamışdır. Birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid8 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 18 radələrində Balakən şəhəri ərazisində olduğu zaman rayon polis şöbəsinin əməkdaşları onu adını sonradan bildiyi Təqsirləndirilən şəxs1 narkotik vasitələri qanunsuz olaraq üzərində saxlaması ilə bağlı üzərində şəxsi axtarış aparılması üçün hal şahidi qismində dəvət etmişlər. Ondan başqa Şahid7 da hal şahidi qismində dəvət etmişlər. Onlara hal şahidlərinin hüquq və vəzifələri izah edildikdən sonra Balakən RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs1 müdafiəçisinin iştirakı ilə üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs1 əynindəki gödəkcənin sağ yan cibindən 2 ədəd kibrit qutusu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutularının içərisinə baxılarkən içərisində spesifik iyi olan tünd yaşıl rəngli, polis əməkdaşlarının deməsinə görə narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar quru bitki hissəciklərinin olması müəyyən olunmuşdur.Həmin kibrit qutuları elektron tərəzidə çəkilərkən qutularla birlikdə bitki kütləsi 13.23 qram olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus avtomaşına baxış keçirilməyə başlanmışdır. Baxış zamanı avtomaşından cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs1 həmin narkotik vasitəni haradan əldə etməsi barədə soruşulduqda həmkəndlisi Təqsirləndirilən şəxs2 adlı şəxsdən 75 manat müqabilində özü istifadə etmək üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 üzərindən aşkar oluunmuş həmin kibrit qutuları bir ədəd ağ zərfdə qablaşdırılaraq möhürlənmiş və polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülmüşdür. Baxışın nəticələrinə dair baxışda iştirak edən təhqiqatçı tərəfindən protokol yazılmış, o, da həmin protokola imza etmişdir. Şahid qismində dindirilmiş Şahid7 ibtidai istintaq zamanı Şahid8 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə olunmuş baxış protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs1 üst geyim paltarlarına baxış keçirilərkən Təqsirləndirilən şəxs1 əynindəki isti gödəkçənin sağ yan cibində saxladığı 2 ədəd kibrit qutusundakı təmiz çəkisi 7.47 qram narkotik vasitə qurudulmuş marixuananı təqdim etmişdir. Bu barədə protokol tərtib olunub foto-şəkillər çəkilməklə iş materialına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş baxış protokolundan görünür ki, xx.xx.2019-cu il tarixdə Balakən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən, evin sonuncuya məxsus otağındakı çarpayıdakı döşəyin altından 01 ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 30.09 qram narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib olunub foto-şəkillər çəkilməklə iş materialına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzindən alınmış xx xxxxxx 2019-cu il tarixli 27 nömrəli rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar bitki kütləsindən..." sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri – 3.97, 3.50, ümumi təmiz çəkisi 7.47 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanalardır.Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş sellofan torbada..." sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan torbada təmiz çəkisi 30.09 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır.Tədqiqata təqdim olunmuş, üzərində "Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar bitki kütləsindən..." sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda olan qurudulmuş marixuanalar ilə üzərində "...Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş sellofan torbada..." sözləri yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01 (bir) ədəd şəffaf rəngli sellofan torbada olan qurudulmuş marixuana tərkibinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş X37 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasının xx xxxx 2018-ci il tarixli 359 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan çətənə bitkisi preparatlarından epizodik istifadə etmə halları olubdur. Narkomanlıq xəstəliyindən əzab çəkmir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkloji kabinetdə proflaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş X37 Gəncə şəhər ambulator məhkəmə-narkoloji ekspertizasından alınmış xx xxxx 2019-cu il tarixli 230 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitədən istifadə edir. Narkotik vasitə olan çətənə bitkisi preparatlarından suiistifadə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Narkomanlıq xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin verdiyi təkrar ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2019-cu il tarixli 2353 nömrəli rəyindən görünür ki, müayinə zamanı narkotik vasitələrə qarşı asılılıq müəyyən edilmədi. Təqsirləndirilən şəxs1 çətənə bitkisi preparatlarından istifadə etmə halları istisna olunmur. Halhazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmayır. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş xx xxxx 2019-cu il tarixli cinayət işinə aid məlumatın ələ keçirilməsinə dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** mobil nömrəsi arasında xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixə kimi mütamadi əlaqə olmuşdur. Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək xx.xx.2019-cu il tarixdə 13:54-də 24 saniyə, 14:06da 88 saniyə, 14:44-də 45 saniyə, 17:56-da 31 saniyə telefon əlaqəsi saxlamışlar. Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi ilə Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək xx.xx.2019-cu il tarixdə 16:42-də 90 saniyə, 18:23-də 10 saniyə telefon əlaqəsi saxlamışlar. İş materiallarına əlavə olunmuş “Cinayət törətməkdə şübhə edilən şəxsin cinayət işi başlananadək tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2019-cu ildə saat 18:45-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 (üç) ay müddətə həbs qətimkan tədbiri seçilmiş, həbs müddətinin əvvəli xx xxxxxx 2019-cu il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş xx xxxxxx 2019-cu il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs1 barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli həbsdə saxlama müddətinin uzadılması barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 01 ay müddətinə uzadılmışdır. İş materiallarına əlavə olunmuş Balakən Rayon Məhkəməsininin xx xxx 2019-cu il tarixli həbsdə saxlama müddətinin uzadılması barədə qərardan görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmişdir. İş materiallarına əlavə olunmuş Balakən şəhər inzibati ərazi dairəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 ünvan 2 ünvanında qeydiyyatdadır, himayəsində arvadı və xx.xx.2013-cü il təvəllüdlü qızı Aksana və xx.xx.2015-ci il təvəllüdlü qızı Aysel vardır. İş materiallarına əlavə olunmuş Balakən şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs1 müsbət cəhətdən xarakterizə olunur, barəsində nümayəndəliyə şikayət daxil olmadığı göstərilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Xəlilov X27 rayonu Mahamalar kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Balakən rayonu Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs2 müsbət cəhətdən xarakterizə olunur, barəsində şikayət daxil olmadığı göstərilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Zaqatala RPŞ-nin istintaq bölməsində Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi Cinayət-Prosessual Məcəlləsinin 49-cu maddəsinə əsasən Balakən RPŞ-nin İB-yə göndərilmiş, xx xxxxxx 2019-cu il tarixdə ********* nömrəli cinayət işi Balakən RPŞ-nin İB-nin müstəntiqi Şahid12 tərəfindən icraata qəbul edilərək ********* nömrəli cinayət işinə birləşdirilmiş və cinayət işinin ********* nömrəsi saxlanılaraq istintaq aparılmışdır. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilmişdir. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham sübuta yetmədiyindən Zaqatala RPŞ-nin istintaq bölməsindən aidiyyatı üzrə göndərilmiş və Balakən RPŞ-nin İB-nin müstəntiqi Şahid12 icraatında olan ********* nömrəli cinayət işinə birləşdirilmiş Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. İş materiallarından görünür ki, xx.xx.2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuşapellyasiya məhkəməsinin sorğusuna əsasən Balakən Rayon Polis Şöbəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli 109-4625-1220 saylı məktubdan görünür ki, vətandaş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 2019-cu il ərzində əməliyyat-qeydiyyat işi olmuş, həmin əməliyyat qeydiyyat işi realizə olunaraq saxlanılması üçün Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə göndərilmişdir. Lakin, buna baxmayaraq əməliyyatqeydiyyat işi “tam məxfi” qrifli olduğu üçün məhkəməyə təqdim edilməsi mümkün deyildir. Məhkəmə kollegiyаsı ilk olaraq onu qeyd edir ki, birinci instansiya məhkəməsi işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün sübutları Cinayət-Prosessual Məcəlləsinin 143-146-cı maddələrində göstərilən qaydada tədqiq etməmiş, qiymətləndirməmiş, sübutların hansına üstünlük verilməsi məhkəmə hökmündə göstərməmiş, Təqsirləndirilən şəxs2 bаrəsində olаn cinаyət işinin ibtidаi аrаşdırmаsı zаmаnı kobud səhvlərə yol verilmiş, ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmış, birinci instansiya məhkəməsi də bu səhvləri aradan qaldırmağa çalışmamış və sonda mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlar əsasında Xəlilov X28 Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarmışdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxlərin, şahidlərin ifadələrini tədqiq edərək hesab edir ki, Təqsirləndirilən şəxs2 təqsirləndirilməsinə dair cinayət işi üzrə ibtidai araşdırma zamanı kobud səhvlərə yol verilmiş, Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham mümkün hesab edilə bilməyən və qeyri-mötəbər sübutlarla əsaslandırılmışdır. Qeyd olunanlara və həmçinin aşağıda sadalanan əsaslara görə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən ona aid hissədə barəsində bəraət hökmü çıxarılmalıdır. Belə ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 37.56 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə rayonun Mahamalar kəndində yaşadığı evin otağında saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində həmin narkotik vasitənin bir hissəsini, yəni iki ədəd kibrit qutusunun hər birində təmiz çəkiləri 3.97 və 3.50 qram narkotik vasitə olan qurudulmuş marixuananı Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 75 manata satmış, xx.xx.2019-cu il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq üzərindəki gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd kibrit qutularında təmiz çəkiləri 3.97 və 3.50 qram, ümumi təmiz çəkisi 7.47 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman sonuncunun satış məqsədilə saxladığı narkotik vasitə qurudulmuş marixuananın geri qalan hissəsi, yəni təmiz çəkisi 30,09 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Cinayət-Prosessual Məcəlləsinin 33-cü maddəsində təsbit edilmiş cinayət mühakimə icraatında sübutların qiymətləndirilməsi prinsipi hakimlərdən tələb edir ki, cinayət-mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları Cinayət-Prosessual Məcəlləsinin tələblərinəəsasən qiymətləndirsinlər. Cinayət mühakimə icraatı həyata keçirlərkən Cinayət-Prosessual Məcəlləsinin 125, 144, 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir (CPM-nin 33.2-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 125.2.1-ci maddəsinəəsasən (Cinayət-Prosessual Məcəlləsinin 125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət-Prosessual Məcəlləsinin 137-ci maddəsində nəzərdə tutulmuşdur ki, əməliyyataxtarış fəaliyyəti nəticəsindəəldə edilmiş materiallar “Əməliyyat axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamağı tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinəəsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinəəsasən qiymət verilməlidir. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsi). Məhkəmə Kollegiyası ilk növbədə Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittihamla bağlı aşağdakıları qeyd etməyi zəruri hesab edir. Göründüyü kimi verilmiş ittihama görə Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 37.56 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə rayonun Mahamalar kəndində yaşadığı evin otağında saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində həmin narkotik vasitənin bir hissəsini, yəni iki ədəd kibrit qutusunun hər birində təmiz çəkiləri 3.97 və 3.50 qram narkotik vasitə olan qurudulmuş marixuananı Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 75 manata sаtmışdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 оğlu ona qarşı Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki,2019-cu ilin yanvar ayının əvvəllərində tanıdığı Mahamalar kənd sakini Sahib adlı şəxs onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə axşam saat təxminən 17 radələrində zəng edərək Gürcüstandan qonağı gəldiyini deyərək narkotik tapa bilib-bilməyəcəyini ondan soruşduqda Sahibə narkotik tapa bilməyəcəyini demişdir. Bir neçə dəfə Sahib ona zəng edərək narkotik istədiyini bildirsə də o, yenə də eyni cavabı verərək narkotik tapmaq onun işi olmadığını bildirmişdir. Bir müddət keçdikdən sonra evdən ona zəng gələrək polislərin yaşadığı evə gəldiklərini və onu axtardıqlarını bildirmişlər. Həmin vaxt polis əməkdaşları yaşadığı evə gedərək orada da axtarış aparmış və oradan 30 qram narkotik vastə çıxdığını bildirmişlər. Amma onun həmin narkotik vasitədən heç bir məlumatı olmamışdır. Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona verilmiş ittihamı nə ibtidai istintaq zamanı, nə də birinci intansiya məhkəmə istintaqı zamanı qəbul etməmiş və Sahibə narkotik vasitə satmadığını qeyd etmişdir. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, sözügedən vaxtlarda Balakən RPŞ-də əməliyyat müvəkkili işləmiş, hazırda Yexlax RPŞ-də əməliyyat müvəkkili işləyir. xx xxxxxx 2019-cu il tarixdə ona bildirmişdirlər ki, əməliyyat işi var. Xatırladığı qədəri ilə həmin əməliyyat barədə məlumat Şahid1 daxil olmuşdur. Həmin gün təxminən saat 18 radələrində o, Şahid3, Şahid1 və Şahid4 Balakən şəhəri ərazisindəki Bayraq meydanının yaxınlığına getmişlər. Orada Təqsirləndirilən şəxs1 saxlanılaraq Balakən Rayon polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində ona təklif olunmuşdu ki, üstündə olan bütün əşyalar, o cümlədən hər hansı qanunazidd nəsə varsa çıxartsın. Təqsirləndirilən şəxs1 da 2 kibrit qutusunda olan narkotikə oxşar maddəni onlara təqdim etmişdir. Ondan həmin narkotik vasitənin haradan, kimdən əldə etməsi soruşulduqda, Təqsirləndirilən şəxs1 onu Təqsirləndirilən şəxs2 aldığını bildirmişdir. Hazırda Təqsirləndirilən şəxs1 həmin narkotikin hansı məbləğə almasını deməsini xatırlamır. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı Balakən Rayonu Mahamalar kəndindəki evə getmişlər. Həmin vaxt evdə Təqsirləndirilən şəxs2 olmamışdır. Onlara qapını onun atası və anası açmışlar. Onlara bildirmişlər ki, evə baxış keçirməlidirlər, onlar da icazə vermişlər. Xatırladığı qədəriylə Təqsirləndirilən şəxs2 yatdığı otaqda çarpayının altında selofanda bükülmüş narkotiki tapmışlar. Onun çəkisini dəqiq xatırlamır. Xatırladığı qədəri ilə orada hal şahidləri ilə birlikdə axtarış aparmışlar. Narkotik vasitə tapılandan sonra onu götürüb qablaşdırmışlar. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərmişdir ki, həmin gün Balakən RPŞ-nin əməkdaşları evdə axtarış edərkən, evin otaqlarını, oradakı yorğandöşəyi, çarpayın üst-başını onlar özləri qaldırıb axtarmışlar, özü, arvadı və polislərin özləri ilə gətirdikləri 2 nəfər şəxs polis əməkdaşlarından arxa tərəfdə durmuş, sakitcə dayanaraq polislərin işlərinə qarışmamışlar. Məhkəmə kollegiyası iclasında şahid qismində dindirilən Şahid5 ifadəsində göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə saat təxminən 20 radələrində rayonun Mahamalar kəndində olduğu zaman rayon polis şöbəsinin əməkdaşları onu kənd sakini olan Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi üçün hal şahidi qismində dəvət etmişlər. Ondan başqa digər kənd sakini Şahid6 da hal şahidi qismində dəvət etmişlər. Onlar həyətə daxil olan zaman Təqsirləndirilən şəxs2 evdə olmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs2 anası Şahid10 və atası Şahid9 evdə olmuşdur. Polis əməkdaşları Şahid10 oğlu Təqsirləndirilən şəxs2 yaşadığı evdə qanunsuz olaraq narkotik vasitə saxlamasında şübhəli olduğundan yaşadığı evə və həyətyanı sahəyə baxış keçirəcəklərini bildirmişlər. Lakin, həmin zaman evin otaqlarına axtarışı sadəcə polis əməkdaşları özləri aparmışlar. Polislər qabaqda, onlar, yəni hal şahidləri və Təqsirləndirilən şəxs2 valideynləri isə arxada dayanıb baxmışlar. Bir qədər sonra polis əməkdaşları narkotik vasitə tapdıqlarını bildirmişlər. O, həmin narkotikin evin hansı hissəsindən çıxmasını görməmişdir. Ona və oradakı digər şəxslərə polis əməkdaşları həmin narkotik vasitənin göstərmişlər ki, onu çarpayının üstündəki döşəyin altından aşkar etmişlər. Həmin narkotik vasitə sellofan torbada olmuşdur. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilməsi üçün hal şahidi qismində dəvət edilərkən ona heç bir hüquq və vəziflər izah olunmamış. Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunan narkotik vasitə götürüldükdən sonra o və digər hal şahidi Şahid6 Balakən Rayon Polis şöbəsinə aparılaraq orada müxtəlif sənədlərə imza etdirilmişlər. İş materiallarına əlavə olunmuş apellyasiya məhkəməsinin sorğusuna əsasən Balakən Rayon Polis Şöbəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli 109-4625-1220 saylı məktubdan görünür ki, vətandaş Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində 2019-cu il ərzində əməliyyat-qeydiyyat işi olmuş, həmin əməliyyat qeydiyyat işi realizə olunaraq saxlanılması üçün Daxili İşlər Nazirliyinin müvafiq idarəsinə göndərilmişdir. Lakin, buna baxmayaraq əməliyyatqeydiyyat işi “tam məxfi” qrifli olduğu üçün məhkəməyə təqdim edilməsi mümkün deyildir. Göründüyü kimi, xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs1 Balakən RPŞ-nin əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə gətirilmiş, orada üzərində iki ədəd kibrit qutusunun hər birində təmiz çəkiləri 3.97 və 3.50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, Təqsirləndirilən şəxs1 da həmin narkotik vasitəni Balakən Rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs2 aldığını bildirmiş, daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı Balakən Rayonu Mahamalar kəndindəki evə polis əməkdaşları tərəfindən “baxış” keçirilmiş (faktiki olaraq axtarış istintaq hərəkəti), evdən də əlavə olaraq təmiz çəkisi 30,09 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmiş, (Təqsirləndirilən şəxs1 üzərində aşkar edilən narkotik vasitə ilə Təqsirləndirilən şəxs2 yaşadığı Balakən Rayonu Mahamalar kəndindəki evindən aşkar edilmiş narkotik vasitə eyni tərkiblidir) daha sonra Təqsirləndirilən şəxs2 hazırkı ittiham elan edilmiş, yəni Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilmişdir. İşin faktiki hallarından görünür ki, həmin cinayət işi xx xxxxxx 2019-cu il tarixdə Balakən RPŞ-nin İTQ-nun təhqiqatçısı polis kapitanı Şahid11 tərəfindən fakta görə Cinayət Məcəlləsinin 234.1 və 234.2-ci maddələri ilə başlanmışdır. Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli kifayət qədər sübuta yetirildiyi üçün o, xx xxxxxx 2019-cu il tarixdə Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs qismində cəlb edilmiş, lakin istintaqdan yayındığından ona həmin maddə ilə nəzərdə tuttulan ittihamı elan etmək mümkün olmamışdır. Ona görə də barəsində həmin tarixdə axtarış elan edilmişdir. xx xxxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 könüllü olaraq Balakən RPŞ-yə gəlmiş, həmin gün Balakən RPŞ-nin MSY-nə təhvil verilmişdir. Cinayət-Prosessual Məcəlləsinin 207.4-cü maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında məlumatlara baxarkən təhqiqatçı, müstəntiq və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror ərizəçilərdən əlavə sənədləri, onlardan və digər şəxslərdən izahatları tələb edə, bu maddə ilə nəzərdə tutulmuş istintaq və digər prosessual hərəkətlərini apara və ekspertiza təyin edə bilər. Hadisə yerinə baxış və ekspertizanın təyin edilməsi, bu Məcəllənin 177.3.6-cı maddəsində nəzərdə tutulmuş istintaq hərəkətinin aparılması, habelə cinayət törətməkdə şübhələnildiyinə görə tutulmuş şəxsə münasibətdə bu Məcəllənin 90.11.2-90.11.5-ci maddələrində müəyyən edilmiş vəzifələrin yerinə yetirməsi ilə bağlı həyata keçirilən prosessual hərəkətlər istisna olmaqla cinayət işinin başlanmasından əvvəl digər istintaq hərəkətlərinin aparılması, habelə tutulma istisna olmaqla digər prosessual məcburiyyət tədbirlərinin tətbiqi qadağandır. Apelyasiya məhkəməsi hesab edir ki, Balakən RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs2 ata və anasının yaşadığı Balakən rayonu Mahamalar kəndində yerləşən evdə keçirdikləri “baxış” istintaq hərəkəti adı altında faktiki olaraq “axtarış” istintaq hərəkətini etmişlər. Halbuki, hazırkı cinayət-prosessual qanunvericilik cinayət işi başlanmadan “axtarış” istintaq hərəkətini keçirməyi istisna edir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilən Şahid12 ifadəsində göstərmişdir ki, “Polis əməkdaşları ifadələrində səhvən baxış əvəzinə, axtarış sözündən istifadə etdiklərindən o, da mexaniki olaraq qərarda və ittiham aktında baxış əvəzinə axtarış yazmışdır. Halbuki istintaq materiallarından tam aydın görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilmiş, heç bir axtarış aparılmamışdır.” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilən Balakən Rayon Polis Şöbəsində müstəntiq vəzifəsində işləyən Şahid12 ifadəsinə tənqidi yanaşır. Belə ki, Polis əməkdaşlarının isə narkomaniya ilə mübarizə sahəsində fəaliyyətlərinin müsbət qiymətləndirilməsində, apardıqları əməliyyat-axtarış tədbirlərinin uğurlu hesab edilməsində xidməti maraqları vardır. Buna görə də onların Təqsirləndirilən şəxs2 ilə bağlı həyata keçirdikləri “baxış” istintaq hərəkətinin qanuniliyini əsaslandırmaq səyləri başa düşüləndir. Bu zaman onun verdiyi ifadənin qeyri-səmimi və məqsədyönlü olması da istisna edilə bilməz. Ona görə də məhkəmə kollegiyası şahid qismində dindirilmiş Şahid12 ifadəsini obyektiv və işin faktiki hallarına uyğun olmayan, ittihamın müdafiəsinə yönəlmiş ifadə hesab edir. Bundan əlavə məhkəmə kollegiyası hesab edir ki, iş materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixli vəsatətdən görünür ki, Balakən RPŞ-nin müstəntiqi, polis baş leytenantı Şahid12 ibtidai araşdırmaya prosesual rəhbərliyi həyəta keçirən Balakən rayon prokurorluğuna müraciət edərək ********* saylı cinayət işi üzrə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 Balakən şəhərində yerləşən evində, evinin həyətyanı sahəsinə və yardımçı tikililərə baxış keçirilməsi, axtarış və götürülmə kimi istintaq hərəkətlərinin edilməsini xahiş etmişdir. Halbuki, iş materiallarından görünür ki, hazırkı cinayət işinin başlanması üçün olmuş ilkin əsaslar elə məhz Təqsirləndirilən şəxs1 üzərində iki ədəd kibrit qutusunun hər birində təmiz çəkiləri 3.97 və 3.50 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilməsi ilə bağlı olmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli olduğu üçün xx xxxxxx 2019-cu il tarixdə saat 18:45-də Balakən RPŞ-də şübhəli şəxs qismində tutulub Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. Daha sonra Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli kifayət qədər sübuta yetirildiyi üçün xx xxxxxx 2019cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmiş, xx xxxxxx 2019-cu il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətiimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 yaşadığı evdə aparılmalı olan müvafiq təxirəsalınmaz istintaq hərəkətləri, onun şübhəli şəxs qismində tutulduğu müddətdən 48 saat sonra aparılması, lakin Təqsirləndirilən şəxs2 münasibədə dərhal “baxış” istintaq hərəkətinin aparılması işin ibtidai istintaq orqanı tərəfindən obyektiv həqiqətin üzə çıxarılması zamanı kobud pozuntular edilməsini istisna etmir. Yuxarıda qeyd edilənlərdən əlavə məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində Balakən RPŞ tərəfindən Cinayət Məcəlləsinin 234.2ci maddəsi cinayət işinin istintaqı aparılmamışdan əvvəl həmin müddət ərzində Zaqatala RPŞ tərəfindən onun barəsində cinayət işi başlanmış, Təqsirləndirilən şəxs2 valideynlərinə məxsus Balakən rayonu Mahamalar kəndindəki evə Zaqatala RPŞ-nin əməkdaşları tərəfindən axtarış keçirilmiş, həmin axtarış zamanı qanunazidd hər hansı narkotik vasitə aşkar edilməmişdir. Ona görə də Təqsirləndirilən şəxs2 barəsində Zaqatala RPŞ tərəfindən aparılmış cinayət işinə onun təqsiri sübuta yetirilməməsi ilə bağlı xitam verilmişdir. Bundan sonra xx xxxxxx 2019-cu il tarixdə Balakən RPŞ tərəfindən onun evində “baxış” keçirilmiş və hazırkı ittiham üzrə qeyd edilən narkotik vasitə onun valideynlərinə məxsus evdən aşkar edilmişdir. Buna görə də məhkəmə kollegiyası xx xxxxxx 2019-cu il tarixdə Balakən RPŞ tərəfindən Təqsirləndirilən şəxs2 valideynlərinə məxsus evdə “baxış” istintaq hərəkəti adı altında faktiki olaraq “axtarış” istintaq hərəkətinin keçirilməsi nəticəsində aşkar olunan narkotik vasitə olan qurudulmuş marixuananı satış məqsədi ilə saxlanmasını işin faktiki hallarına uyğun hesab etmir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, xx xxxxxx 2019-cu il tarixdə tərtib edilmiş «hadisə yerinə baxış keçirilmək, axtarış və götürmə barədə» protokol kobud pozuntularla aparıldığından mötəbər sübut kimi qəbul edilməməli və etibarsız hesab edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamdan görünür ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 37.56 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə rayonun Mahamalar kəndində yaşadığı evin otağında saxlamış, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində həmin narkotik vasitənin bir hissəsini, yəni iki ədəd kibrit qutusunun hər birində təmiz çəkiləri 3.97 və 3.50 qram narkotik vasitə olan qurudulmuş marixuananı Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 75 manata satmış, xx.xx.2019-cu il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq üzərindəki gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd kibrit qutularında təmiz çəkiləri 3.97 və 3.50 qram, ümumi təmiz çəkisi 7.47 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman sonuncunun satış məqsədilə saxladığı narkotik vasitə qurudulmuş marixuananın geri qalan hissəsi, yəni təmiz çəkisi 30,09 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 elan edilmiş ittihamın mövqeyinə görə Xəlilov X2 yaşadığı evin otağında saxlamış olduğu ümumi təmiz çəkisi 37.56 qram narkotik vasitə qurudulmuş marixuananın bir hissəsini, yəni 3.97 və 3.50 qram olmaqla Təqsirləndirilən şəxs1 75 manata satmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2019-cu il tarixli, 1 saylı bülletenində qeyd edilmişdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2017-ci il tarixli hökmü ilə X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İbtidai istintaq orqanı tərəfindən T.L.Məmmədova qarşı irəli sürülmüş ittihama əsasən, o, istintaqa məlum olmayan mənbədən külli miqdarda - 4856,70 qram çəkidə narkotik vasitə olan «qurudulmuş marixuananı» satış məqsədi ilə qanunsuz olaraq əldə edib, iki ədəd ayrı-ayrı hissələrə bölmüş, bir hissəsini üzərində, ikinci hissəsini isə parçadan olan idman əl çantasına yığaraq üzərində saxlayaraq daşımış, xx xxxxxx 2016-cı il tarixdə saat 19:00 radələrində Səbail RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı Bakı şəhəri Səbail rayonu, Parlament prospekti 4 ünvanının qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilmiş, burada üzərində gəzdirdiyi idman çantasına və üzərinə baxış keçirilmiş, baxış zamanı əlində saxladığı qara rəngli parçadan olan idman çantasının içərisində 4840,0 qram çəkidə küllü miqdarda narkotik vasitə - «qurudulmuş marixuana», əynindəki qəhvəyi rəngli qolsuz kürkgödəkcənin sağ üst cibindən isə içərisində 16,70 qram çəkidə narkotik vasitə - «qurudulmuş marixuana» olan bir ədəd sellofan büküm aşkar edilərək götürülmüşdür. Hökmə əsasən isə, T.L.Məmmədov istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, bir ədəd sellofan bükümdə ümumi təmiz çəkisi - 16,70 qram çəkidə narkotik vasitə - «qurudulmuş marixuana»nı əldə edib daşıyaraq üstündə saxlamaqla gəzdirmiş və xx xxxxxx 2016-cı il tarixdə saat 19:30 radələrində Səbail RPİ-nin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 8 saylı evin qarşısında saxlanılaraq Səbail RPİ-nin inzibati binasına gətirilərək, üzərinə baxış keçirilərkən əynindəki qəhvəyi rəngli qolsuz kürk-gödəkcənin sağ üst cibindən bir ədəd sellofan bükümdə 16,70 qram çəkidə narkotik vasitə - «qurudulmuş marixuana» aşkar edilərək götürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarı ilə hökmdən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti, habelə məhkum və onun müdafiəçisi tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin T.L.Məmmədovun barəsində olan xx xxxx 2017-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarından məhkum T.L.Məmmədov kassasiya şikayəti verərərk həmin şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr tərəfindən sübutlar və sübutetməyə dair cinayət-prosessual qaydalar pozulmuş, nəticədə polis orqanının ondan götürülmüş narkotik vasitə kimi rəsmiləşdirdiyi narkotik vasitəyə - 16,70 qram qurudulmuş marixuanaya aidiyyatı olmadığı, həmin narkotik vasitənin onun tərəfindən əldə edilib, üzərində saxlanılması sübuta yetirilmədiyi halda, əsassız və qanunsuz olaraq törətmədiyi cinayətə görə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmişdir. T.L.Məmmədov kassasiya şikayətində göstərilənlərə əsasən Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının ləğv edilməsini və cinayət işi üzrə icraata bəraətverici əsasla xitam verilməsini xahiş etmişdir. Kassasiya instansiyası məhkəməsinin məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının xx xxxxxx 2017-ci il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd etmişdir. Birinci instansiya məhkəməsinin hökmünə və hökmün dəyişdirilmədən saxlanılmasına dair apellyasiya instansiyası məhkəməsinin qərarına baxdıqda, aydın olur ki, T.L.Məmmədovun narkotik vasitəyə - 16,70 qram qurudulmuş marixuanaya görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinməsinə və buna aid işin faktiki hallarının yuxarıda təsvir edilmiş qaydada müəyyən edilməsinə, yəni Taləddin Məmmdovun üzərində 16,70 qurudulmuş marixuananı saxlayarkən xx xxxxxx 2016-cı ildə saat 19.30 rədələrində Yasamal rayonunun ərazisində İ.Qutqaşınlı küçəsi, 8 ünvanının qarşısında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq Səbail RPİ-nə gətirilməsinin və orada üzərinə baxış keçirilərkən əynindəki qolsuz kürkgödəkçənin cibindən bir ədəd sellofan bükümdə 16,70 qram qurudulmuş marixuananın aşkar edilərək götürülməsinin müəyyən edilmiş sayılmasına Taləddin Məmmədovun özünün “ibtidai istintaq zamanı verdiyi ifadəsi, baxış və götürmə barədə protokollar, əməliyyatı keçirmiş polis əməkdaşlarının və iş üzrə heç bir marağı olmayan hal şahidlərinin ifadələri, məhkəməkimyəvi ekspertizasının rəyi” əsas olmuşdur. Lakin, cinayət işinin materiallarından görünür ki, ittihamın məhkəmədə təsdiqini tapmayan hissəsi də, yəni 16,70 qram narkotik vasitə ilə eyni zamanda Taləddin Məmmədovun əlindəki çantadan 4840,0 qram qurudulmuş marixuananın aşkar edilib götürülməsi cinayət təqibi orqanı tərəfindən eyni sübutlarla əsaslandırılmış, bununla belə, birinci instansiya məhkəməsi 4840,0 narkotik vasitənin Taləddin Məmmədova aidiyyatının olmaması, o, xx xxxxxx 2016-cı ildə saat 19.30 rədələrində İ.Qutqaşınlı küçəsi, 8 ünvanının qarşısında Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıldıqda onun əlində çantanın olmasının, polis idarəsində keçirilən baxış zamanı ondan həmin çantanın və 4840,0 qram qurudulmuş marixuananın götürülməsinin inkar olunması haqqında nəticəyə gəlmiş və bu nəticə ilə apellyasiya instansiyası məhkəməsi də razılaşmışdır. Belə nəticəyə gəlməsini məhkəmə yalnız əlavə şahidlər X7, X20, X12, X13, X8 və X4 ifadələrində İ.Qutqaşınlı, 8 ünvanındakı evin qarşısında polislər tərəfindən tutulub aparılarkən Taləddin Məmmədovun əlində hər hansı bir çantanın olmaması haqqında məlumat vermələri ilə deyil, həm də həlledici şəkildə cinayət işi üzrə şahid qismində dindirilmiş (Taləddin Məmmədovun saxlanılıb Səbail Rayon Polis İdarəsinə gətirilməsini və orada onun üzərinə baxışın aparılmasını həyata keçirmiş) Səbail RPİ-nin əməkdaşları X23, X9, X30 və X21 maraqlı şəxslər olmaqla düzgün ifadə verməmələri; xx xxxxxx 2016-cı il tarixli baxış və götürmə protokolunun nə vaxt tərtib olunmasının göstərilməməsi, ümumiyyətlə T.Məmmədovun barəsində polis əməliyyatının lazımınca keçirilməməsi, o cümlədən əməliyyat işinin açılmaması; Taləddin Məmmədovun məhkəməyədək icraatda Xızı rayonunda meşədə çətənə kollarından yığıb qurutduğu marixuananın əsas hissəsini çantada, ondan ayıraraq bir bükümə qablaşdırdığı hissəni isə əynindəki gödəkçənin cibində saxlaması və həmin narkotik vasitələrin baxış zamanı ondan götürülməsi haqqında etirafedici ilkin izahat və ifadəni Səbail Rayon Polis İdarəsinə gətirildikdən sonra xx xxxxxx 2016-cı il saat 19.30 rədələrindən xx xxxxxx 2016cı il saat 08.45 radələrinədək fasiləsiz olaraq məruz qaldığı təzyiqlər nəticəsində verməsi, yəni əldə edilməsi üsullarına görə həmin materialların Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 125-ci maddəsinin tələblərinə cavab verməməklə sübut kimi etibarsız olması, məzmununa görə işin həqiqi hallarını əks etdirməməklə inandırıcı olmaması kimi dəlillərlə əsaslandırmışdır. Məhkəmənin çanta və bu çantanın içərisindəki 4840,0 qram qurudulmuş marixuana ilə əlaqədar gəldiyi qənaəti onun həmin narkotik vasitə ilə bağlı olan ittihamı təsdiq edən sübutlar kimi qəbul etməkdən imtina etdiyi materiallarla müqayisə etdikdə, məlum olur ki, məhkəmə Taləddin Məmmədovun ittihamda göstərildiyi yerdə - Səbail rayonu, Parlament prospekti, 4 ünvanının qarşısında deyil, Yasamal rayonunun ərazisində, özünün yaşadığı İ.Qutqaşınlı küçəsi, 8 ünvanında yerləşən evin qarşısında saxlanıldığını, saxlanılarkən onun əlində hər hansı bir çantanın, müvafiq olaraq da 4840,0 qram narkotik vasitənin olmadığını qəti şəkildə müəyyən etdiyi halda, şahid qismində dindirilmiş polis əməkdaşları - X41, X24, X43 və X34 israrla X11 prospekti, 4 ünvanının qarşısında saxlanılması, onun əlində çantanın olması, Səbail Rayon Polis İdarəsində keçirilən baxış zamanı əlindəki çantadan həmin 4840,0 qram narkotik vasitənin aşkar edilib götürülməsi haqqında ifadələr vermişlər. Eynilə xx xxxxxx 2016-cı il tarixli baxış və götürmə barədə protokolda baxış zamanı Taləddin Məmmədovun “əlindəki” çantadan sözügedən narkotik vasitənin aşkar edilməsi və götürülməsi, T.Məmmədovun həmin narkotik vasitəni Xızı rayonundan öz istehlakı üçün gətirməsini bildirməsi əks olunmuş və həmin prtokolu qeydşərtsiz hal şahidləri X14 və X10 da imzalamışlar. İbtidai istintaq zamanı dindirilərkən də Mircəfər Cəfərov və Elman Əhmədov xx xxxxxx 2016-cı ildə təsadüfən polis tərəfindən Səbail Rayon Polis İdarəsinə baxışda iştirak etməyə dəvət olunduqlarını, baxış zamanı Taləddin Məmmədovun “əlindəki” çantadan narkotik vasitənin aşkar olunduğunu, onun həmin narkotik vasitəni Xızı rayonundan gətirməsini etiraf etməsi barədə ifadələr vermişlər. Göründüyü kimi, məhkəmə qeyd olunan şahidlərin, baxış və götürmə protokolunun aşkar surətdə həqiqəti gizlətdiyini, təhrif etdiyini müəyyən etdiyi, məhkəmədə dindirilmiş əlavə şahidlərdən X13 və X7 Taləddin Məmmədovun İ.Qutqaşınlı küçəsi, 8 ünvanındakı evinin qarşısından tutulub aparılmasında X5 da (hal şahidinin) iştirak etməsini göstərdikləri halda ziddiyyətli nəticələrə gəlib onları çantadan aşkar olunmuş 4080,0 qram qurudulmuş marixuanaya münasibətdə qərəzli, qeyri-mötəbər, gödəkçədən aşkar edilmiş 16,70 qram marixuanaya münasibətdə isə mötəbər, tərəfsiz, inandırcı mənbələr kimi qiymətləndirmişdir. Qeyd olunanlar eyni dərəcədə Taləddin Məmmədovun ibtidai istintaqda verdiyi etirafedici ifadələrinin qiymətləndirilməsinə də aiddir. Bu məsələdə də məhkəmə ziddiyyətli mövqe nümayiş etdirmiş, bir tərəfdən Taləddin Məmmədov etirafedici izahat və ifadələrini Səbail Rayon Polis İdarəsində məruz qaldığı “fasiləsiz təzyiqlər” nəticəsində verdiyi üçün, onları ittihamın 4080,0 qram qurudulmuş marixuanaya aid hissəsini təsdiq edən sübut kimi qəbul etməkdən imtina etmiş, gödəkçədən aşkar olunmuş 16,70 qram narkotik vasitəyə gəldikdə isə Taləddin Məmmədovun “fasiləsiz təzyiqlərə” məruz qalması (CPM-nin 125-ci maddəsinə görə sübutun yolverilməzliyinə dəlalət edən hal) ona həmin etiarfedici ifadələri ittihamı qismən təsdiq edən sübut kimi qəbul etməyə əngəl olmamışdır. Məhkəmə gödəkçənin cibindən götürülmüş 16,70 qram narkotik vasitə ilə bağlı bir cür, çantadan götürülmüş 4080,0 qram narktik vasitə ilə əlaqədar başqa cür nəticəyə gəlməsini (birinci ilə bağlı ittihamı qismən sübut olunmuş saymasını) onunla izah etmişdir ki, məhkəmədə dindirilmiş əlavə şahidlər X25, X35, X31, X32, X26 və X15 ifadələrində İ.Qutqaşınlı, 8 ünvanındakı evin qarşısından polislər tərəfindən tutulub aparılarkən Taləddin Məmmədovun əlində hər hansı bir çantanın olmaması haqqında ifadələr verdikləri halda, onun gödəkçəsinin cibində narkotik vasitənin olub-olmaması barədə məlumat verməmişlər. Amma, hər bir halda əlavə şahidlər “Taləddin Məmmədovun cibində narkotik vasitənin olub-olmadığını görməmişik” desələr də, “narkotik vasitənin olduğunu görmüşük” də deməmişlər. Yəni, məhkəmə 16,70 qram narkotik vasitə üzrə ittihamın qismən sübut olunması haqqında qənaətini əsaslandırarkən adları çəkilən əlavə şahidlərə istinad etsə də, əslində həmin şəxslər 16,70 qram qurudulmuş marixuana ilə bağlı hər hansı məlumata malik olmadıqlarına görə, bu hissədə ittihamın qismən sübut olunması barədə mövqeyini müstəsna olaraq 4080,0 qram narkotik vasitə ilə bağlı qəbul etmədiyi yuxarıda şərh olunmuş sübutlar vasitəsi ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin və onunla razılaşan apellyasiya məhkəməsinin sübutların qiymətləndirilməsi məsələsində ziddiyyətli yanaşma sərgiləmələri həm də ondan görsənir ki, məhkəmələrin ittihamı qismən təsdiq edən sübut kimi qəbul etdikləri Taləddin Məmmədovun ibtidai istintaqda verdiyi etirafedici ifadələrinə və məhkəmə-bioloji ekspertizasının xx xxxxxx 2016cı il tarixli 1621 nömrəli rəyinə, hətta T.Məmmədova qarşı irəli sürülmüş ittihamda cinayətin təsvirinə görə çantadan aşkar edilmiş 4840,0 qram qurudulmuş marixuana və gödəkçədən aşkar olunmuş 16,70 qram narkotik vasitə tərkiblərinə görə eyni olmaqla ümumi çəkisi 4856,70 qram olan qurudulmuş marixuananın ayrılmış tərkib hissələridir. Məhkəmələr çantanın və onun içərisindəki 4840,0 qram narkotik vasitənin Taləddin Məmmədova məxsus olduğunu qəbul etməkdən imtina etmişlər (birinci instansiya məhkəməsi həmin narkotik vasitənin aidiyyatının müəyyən edilməsi və onunla bağlı cinayət təqibinin aparılması üçün hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq materialların prokurora gönrəilməsini qərara almışdır). Belə olan halda, yəni çanta və onun içərisindəki narkotik vasitə (əsas kütlə) Taləddin Məmmədova aid olmadığı vəziyyətdə,T.Məmmədovun həmin kütlədən (malik olmadığı bir predmetdən) 16,70 qramını ayırıb üzərində saxlaması necə mümkün ola bilərdi – bu suala birinci və apellyasiya instansiyası məhkəmələri cavab axtarmamışlar. Məhkəmə kollegiyası hazırkı iş üzrə bağlı qeyd edir ki, yuxarıda qeyd edilənlər birinci instansiya məhkəməsi tərəfindən sübutların yoxlanılmasını, tam, hərətəfli və obyektiv araşdırılmasını, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməsini, işin mühüm halları üzrə məhkəmə qənaətinin sübutetmə predmeti barədə mötəbər və yekun nəticəyə gəlməyə imkan verən (kifayət edən) sübutların üzərində qurulmasını tələb edən cinayət-prosessual qaydalara əməl olunmadığını göstərir. Cinayət-prosessual qaydalara əməl olunmadan əldə edilmiş – Təqsirləndirilən şəxs2 ümumi təmiz çəkisi 37.56 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə rayonun Mahamalar kəndində yaşadığı evin otağında saxlaması, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində həmin narkotik vasitənin bir hissəsini, yəni iki ədəd kibrit qutusunun hər birində təmiz çəkiləri 3.97 və 3.50 qram narkotik vasitə olan qurudulmuş marixuananı Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 75 manata satması, bununla əlaqədar olaraq onun Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirliliyinin sübuta yetirilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə də mötəbər sayıla, inandırıcı qənaət kimi qiymətləndirilə bilməz. Ona görə də hazırkı iş üzrə də məhkəmə kollegiyası hesab edir ki, xx xxxxxx 2020-ci il tarixdə tərtib edilmiş «hadisə yerinə baxış keçirilmək, axtarış və götürmə barədə» protokol kobud pozuntularla aparıldığından mötəbər sübut kimi qəbul edilmədiyi və etibarsız hesab edildiyindən onun evindən “aşkar edilmiş” narkotik vasitə də sübut qismində istifadə oluna bilməz. Ona görə də Təqsirləndirilən şəxs2 3.97 və 3.50 qram olmaqla satmış olduğu ehtimal edilən narkotik vasitə olan marixuana ilə bağlı ona verilmiş ittiham da əsassızdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 1996-cı il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyyə edilir ki, məhkəmələrin diqqəti məhkəmə hökmünün qanuni, əsaslı, ədalətli və inandırıcı olması tələbinə cəlb edilsin. Hökmün inandırıcı olması o deməkdir ki, burada forma və məzmun etibarilə hökmün qanuni, əsaslı və ədalətli olması aydın və mötəbər şəkildə əks etdirilir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun V.Bayramov və qeyrilərinin şikayətləri üzrə xx xxxxxxxx 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyatı əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət-Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 351.3-cü maddəsinə əsasən məhkəmə bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə təsdiqedici cavab verdikdə, təqsirləndirilən şəxsin cinayətin törədilməsində təqsiri aşağıdakılar nəzərə alınmaqla sübuta yetirilmiş hesab edilə bilər: təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq; bu Məcəllədə nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihamın baxılması nəticəsinə əsaslanaraq; məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslanaraq; təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək. Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinin mənasına görə cinayət təqibi üzrə toplanmış sübutlar cinayətin hər hansı başqa şəxs tərəfindən deyil, məhz şübhəli və ya təqsirləndirilən şəxs tərəfindən törədildiyini təsdiq etməlidir. Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutların məcmusuna hərtərəfli və obyektiv qiymət verərək, daxili inama əsaslanaraq Cinayət-Prosessual Məcəlləsinin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirliliyi sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsi üçün ibtidai istintaq orqanının istinad etdiyi sübutlar Cinayət- Prosessual Məcəlləsinin 125-ci maddəsində sadalanan tələblərə cavab vermir, mötəbər sübutlar sayıla bilməz və belə sübutlar əsasında onun barəsində ittiham hökmünün çıxarılması mümkün deyildir. Cinayət-Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. Cinayət-Prosessual Məcəlləsinin 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. Cinayət-Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə görə ittihamın subut olunmasında yaranan şübhələr digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin 1-ci hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır; Həmin maddənin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; Həmin maddənin İV hissəsinə əsasən ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. X49 Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 21.1-ci maddəsinin tələbinə görə cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır; Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda Cinayət-Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən Cinayət- Prosessual Məcəlləsinin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Cinayət-Prosessual Məcəlləsinin 42.1 və 42.1.4-cü maddələrinin tələblərinə görə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsin təqsirliliyi sübuta yetirilmədikdə təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Cinayət-Prosessual Məcəlləsinin 42.2-ci və 42.2.4-cü maddəsində qeyd edilir ki, bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə həmin şəxs barəsində bəraət hökmü çıxarılır. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs2 verilmiş ittiham öz təsdiqini tapmamışdır. Məhkəmə tərkibi hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən mötəbər sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Həmçinin iş materiallarından görünür ki, xx xxxxxx 2019-cu il tarixdə Balakən rayon Məhkəməsinin qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətiimkan tədbiri seçilmiş, xx xxxxx 2019-cu il tarixdə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti həmin məhkəməsinin qərarı ilə bir ay həddində, yəni xx xxxxx 2019-cu il tarixdən xx xxx 2019-cu il tarixədək uzadılmış, lakin həmin məhkəmənin xx xxx 2019-cu il tarixli qərarı ilə Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddətinin uzadılmaması qərara alınmışdır. Cinayət-Prosessual məcəlləsinin 448.7-ci maddəsinə əsasən təqsirləndirilən şəxs məhkəmənin iclasında iştirak etdikdə və məhkəmə onun barəsində həbs qismində qətimkan tədbiri seçilməsinə (həbsdə saxlama müddətinin uzadılmasına) imtina barədə qərar çıxardıqda təqsirləndirilən şəxs dərhal məhkəmə iclası zalında həbsdən azad edilir. Lakin, birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd edilən tələbinə nəzərə almamış, şəxsi həbsdən azad etməməklə onun hüquqlarının kobud şəkildə pozulmasına, Təqsirləndirilən şəxs2 qanunsuz olaraq həbsdə saxlanılmasına səbəb olmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 56.0.1-ci maddəsinə əsasən bəraət almış şəxs cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququna malikdir. Beləliklə, ibtidai istintaq zamanı toplanmış materiallarla, həmçinin məhkəmə istintaqı zamanı dindirilmiş şəxslərin ifadələrilə, tədqiq edilmiş sübutlarla Təqsirləndirilən şəxs2, istintaqa məlum olmayan vaxtda və mənbədən tamah niyyəti ilə qanunsuz olaraq əldə etdiyi ümumi təmiz çəkisi 37.56 qram narkotik vasitə qurudulmuş marixuananı satış məqsədi ilə rayonun Mahamalar kəndində yaşadığı evin otağında saxlaması, xx xxxxxx 2019-cu il tarixdə saat 18 radələrində Balakən rayonu Mahamalar kəndi ərazisində həmin narkotik vasitənin bir hissəsini, yəni iki ədəd kibrit qutusunun hər birində təmiz çəkiləri 3.97 və 3.50 qram narkotik vasitə olan qurudulmuş marixuananı Balakən şəhər sakini Təqsirləndirilən şəxs1 75 manata satması, xx.xx.2019-cu il tarixdə Balakən rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq üzərindəki gödəkçənin sağ yan cibində saxladığı 02 ədəd kibrit qutularında təmiz çəkiləri 3.97 və 3.50 qram, ümumi təmiz çəkisi 7.47 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilib götürülmüş, həmin tədbirin davamı olaraq Təqsirləndirilən şəxs2 yaşadığı evə baxış keçirilən zaman sonuncunun satış məqsədilə saxladığı narkotik vasitə qurudulmuş marixuananın geri qalan hissəsi, yəni təmiz çəkisi 30,09 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunaraq götürülməsi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilərkən onun həmin əməli törətməsinə dəlalət edən sübutlar mövcud olmamışdır. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilərək barəsində ittiham hökmü çıxarmaq qanunun ədalət prinsipinə ziddir, odur ki, onun barəsində təqsirliliyi sübuta yetirilməməsi əsası ilə bəraət hökmü çıxarılmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs”qətimkan tədbiri ləğv edilməli və dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 357.0.1-ci maddəsinə əsasən məhkəmənin hökmü ilə bəraət verildikdə şəxs məhkəmənin hökmü elan edildikdən dərhal sonra məhkəmə iclası zalında həbsdən azad edilməlidir. Cinayət-Prosessual Məcəlləsinin 399.1.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Cinayət-Prosessual Məcəlləsinin 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikаyətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərаr çıxarmağa haqlıdır. Odur ki, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilməli, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi ilə əlaqədar bəraət verilməli, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunmalı, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
hökm etdi:
Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü Təqsirləndirilən şəxs2 aid hissədə ləğv edilsin. Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə verilmiş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi ilə əlaqədar bəraət verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş «həbs» qətimkan tədbiri ləğv edilərək məhkəmə iclas zalında həbsdən dərhal azad olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə bəraət verilməsi ilə əlaqədar cinayət prosesini həyata keçirən orqanın səhvi və ya sui-istifadəsi nəticəsində vurulmuş ziyanın ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəmədə iddia qaldırmaq hüququ izah edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü qalan hissədə dəyişdirilmədən saxlanılsın. Hökm elan olunduğu andan qanuni qüvvəyə minir. Hökmdən Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
İş üzrə sədrlik edən hakim: Akif Eyvazov