Məhkəmə qərarları › İş №1(107)-25/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-25/2021

12.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-25/2021 12.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.4.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə CM-in 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər N.Mirzəyev (sədrlik edən), R.Hüseynov və B.Məmmədovdan ibarət tərkibdə) xx xxxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxx 1985-ci il tarixdə Şamaxı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Balakən rayonunun Püştətala kəndində qediyyatda olmaqla, faktiki olaraq ünvan 1 mənzil 14 ünvanında yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib, bir il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən, onun xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddətin cəzasına hesablanmaqla çıxılması və üzərində bir il beş ay iyirmi səkkiz gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının xx xxxx 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması, iş üzrə maddi sübut olan və Balakən RPŞ-nin saxlanc anbarında saxlanılan xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş, Təqsirləndirilən şəxs3 isə üzərindən aşkar edilmiş ekspert rəyindən sonra ümumi təmiz çəkisi 2,085 qram olan narkotik vasitə-heroinlər, xx xxxx 2020ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilmiş ekspert rəyindən sonra təmiz çəkisi 1,339 qram olan narkotik vasitə-heroin və ekspert rəyindən sonra təmiz çəkisi 10,06 qram narkotik vasitə qurudulmuş marixuana, xx xxxxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs3 isə üzərindən aşkar edilmiş ekspert rəyindən sonra təmiz çəkisi 6,73 qram olan narkotik vasitə qurudulmuş marixuana və Təqsirləndirilən şəxs2 yaşadığı evə xx.xx.2020-ci il tarixdə keçirilmiş baxış zamanı götürülmüş üzərində qara yanıq ləkəsi olan gümüşü rəngli kağız, qırmızı rəngli qələmin şüşə gövdəsi, qırmızı rəngli alışqan, Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar edilərək götürülmüş 01 ədəd elektron tərəzi və Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş 02 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, Təqsirləndirilən şəxs2 yaşadığı evə xx.xx.2020-ci il tarixdə keçirilmiş baxış zamanı götürülmüş bir ədəd F04596201 nömrəli 1 manatlıq pul əskinası isə Təqsirləndirilən şəxs2 qaytarılması, iş üzrə 429.58 AZN ekspertiza xərcinin Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrı-ayrılıqda 143,19 AZN olmaqla tutularaq dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Təqsirləndirilən şəxs2 apellyasiya şikayətində himayəsində iki azyaşlı övladının olmasını və ailə vəziyyətini nəzərə alaraq ona təyin edilmiş cəzanın qolbağla əvəz edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, bundan əvvəl məhkəməyə ünvanladığı apellyasiya şikayətindən imtina barədə ərizəsini təsdiq edir və apellyasiya şikayəti üzrə apellyasiya baxışına xitam verilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs müdafiəçisi Dəyanət Mustafayev bildirmişdir ki, müdafiə etdiyi şəxs apellyasiya şikayətindən imtina etdiyi üçün onun apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Telman Əhmədov bildirmişdir ki, Azərbaycan Respublikası CPM-in 396-cı maddəsinə əsasən, belə vəziyyətdə apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 390.4-cü (Apellyasiya şikayətinin və ya apellyasiya protestinin geri götürülməsi, dəyişdirilməsi və onlara əlavə edilməsi) maddəsinə əsasən, bu Məcəllənin 390.5 və 390.6cı maddələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, apellyasiya şikayəti və ya apellyasiya protesti vermiş şəxs apellyasiya instansiyası məhkəməsində məhkəmənin yekun qərarı çıxarılanadək öz şikayətini və ya protestini geri götürmək hüququna malikdir. CMP-in 91.5.33-cü maddəsində göstərilir ki, təqsirləndirilən şəxs özünün və ya müdafiəçisinin verdiyi hər bir şikayətdən imtina edə bilər. Həmin Məcəllənin 396-cı (Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi) maddəsinə əsasən, apellyasiya şikayətini və ya apellyasiya protestini vermiş şəxslər öz tələblərindən imtina etdiyi və cinayət prosesinin digər iştirakçılarının apellyasiya şikayətləri olmadığı halda apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarmalıdır. CPM-in 391.3-cü maddəsində göstərilir ki, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq aşağıdakı qərarlardan birini qəbul edir: 391.3.10. apellyasiya şikayətinə və ya apellyasiya protestinə baxılmasına xitam verilməsi haqqında. İşdən görünür ki, Təqsirləndirilən şəxs2 verdiyi apellyasiya şikayətindən imtina edərək, onu geri götürmüş və apellyasiya şikayətinin baxılmasına xitam verilməsi haqqında qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinə baxılmasına xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyаsı şərh edilənlərə əsаsən və CPM-in 390, 391.3.10, 396 və 410-cu mаddələrini rəhbər tutаrаq, QƏRARA ALDİ: Təqsirləndirilən şəxs2 apellyasiya şikayətindən imtinası qəbul edilsin və onun apellyasiya şikayətinə baxılmasına xitam verilsin. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar