Məhkəmə qərarları › İş №1(107)-250/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-250/2021

12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-250/2021 12.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X6, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X5, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 181.3.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (B.M.Məmmədov (sədrlik edən), hakimlər N.N.Mirzəyev və R.İ.Hüseynovdan ibarət tərkibdə) 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmü ilə xx xxx 1995-ci ildə Ucar rayonu Bağman kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, fərdi əməklə məşğul olan, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ucar rayonu Bağman kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X3 saxlanılan Təqsirləndirilən şəxs CM-in 181.3.3-cü mаddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, 11 (on bir) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının tutulduğu vaxtdan, yəni 09 noyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 181.3.3-cü maddəsində nəzərdə tutulan əməllərin törədilməsinə görə ittiham olunaraq məhkəməyə verilmişdir ona görə ki, o, özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zoraklılıq tətbiq edəcəyi hədəsi ilə 08 noyabr 2019-cu il tarixdə saat 06 radələrində Bakı-Qazax yolunun Ucar rayonu Müsüslü kəndi ərazisindən keçən hissəsində yerləşən yol qovşağında quraşdırılmış körpünün altında Ucar rayonu Məlikballı kənd sakini 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən zərbələr vuraraq sonuncuya sol əlin ovuc səthinin, İV və V barmaqlarının, dırnaq falanqasının ovuc səthinin, sol əlin kəsilmiş yaraları, sol kürəkaltı nahiyyənin daxilə keçməyən yaralarından ibarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sağ qabırğaaltı nahiyyənin daxilə keçərək böyük piyliyi zədələyən deşilmişkəsilmiş yarası ilə nəticələnən və yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə sonuncuya məxsus 120 manat dəyərində "Samsung J2 Prime markalı" mobil telefonu tamah məqsədi ilə ələ keçirib quldurluq cinayətini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o soyğunçuluq törətməmişdir. Həmin bıçaq da ona məxsus deyil, sürücüyə məxsus olmuşdur. O əvvəlcədən 5 manat yol pulunu da verib oturmuşdur. Yol gələrkən də ona adını və ünvanını demişdir. Əgər onun soyğunçuluq etmək fikri olsaydı adını və ünvanını düzgün deməzdi. Bundan başqa o zəng etməsin deyə telefonunu alaraq yandırmışdır, satmamışdır. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)- 49/2020 nömrəli hökmünün ləğv edilərək barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi X10 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs ifadə verərək göstərdi ki, o, 08 noyabr 2019-cu il tarixdə saat 01 radələrində işini yekunlaşdırdıqdan sonra Ucar rayonu Bağman kəndinə getmək məqsədi ilə Lökbatan qəsəbəsində “Lökbatan dairəsi” deyilən yerdə körpünün yanında maşın gözləyərkən Zərərçəkmiş şəxs avtomobili ilə ona yaxınlaşaraq hara getdiyini soruşmuş o da Ucar rayonuna getdiyimi bildirmişdir. Bu vaxt digər sərnişin də yaxınlaşaraq Hacıqabul rayonuna getmək istədiyini bildirdikdə Zərərçəkmiş şəxs onada əyləşməyini bildirmişdir. O arxa oturacaqda oturub yuxuya getmişdir. Yuxudan Hacıqabulun benzin doldurma məntəqəsində ayılmışdır. Digər sərnişin getdiyi üçün sürücü ona qabaqda əyləşməyini bildirmişdir. O da qabaqda əyləşmişdir. Hacıqabulda ona çay içməyi təklif etmişdir. O çay içməyə razılaşsa da ancaq orada saxlamamış və ona Kürdəmirdə Çıraq kafesində çay içməyi təklif etmişdir. Çıraq kafesinə çatanda kafe hələ tam açılmamışdır. O xadimədən ayaq yolunu soruşmuşdur. Ayaq yoluna gedəndə Kamran həmin kafedə video kamera olduğunu görmüş və ona burda çay içmək istəmədiyini demişdir. Lökbatandan düşdüyü yerə qədər də o, onunla heç bir söhbət etməmişdir. Yenidən maşına oturaraq getmişlər. Ucar rayonu Müsülü kəndi ərazisinə Ucar rayonu Bağman və Bərgüşad kəndlərinə gedən körpüyə yaxınlaşanda Kamrandan saxlamağı xahiş etmişdir. Kamran maşını saxlayandan sonra o 5 manatı verib düşmək istəyəndə onun boynundan tutaraq qarın nahiyəsinə bıçağı dirəyərək hara düşürsən gözlə görək demişdir. Həmin zaman Kamranın üzrərində təhlükəsizlik kəməri taxılı vəzəiyyətdə olmuşdur. Bu zaman qəflətən Kamranın sol əlini buraraq bıçağı əlindən almaq istəyəndə bıçaq Kamranın qarın nahiyəsinə batmışdır. Kamran ona müqavimət göstərib əyilərək onun ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman əsəbləşib Kamranın kürək nahiyyəsindən əli ilə vurmaq istəyəndə əlinin göydə qaldığını görmüşdür. Bu zaman başa düşmüşdür ki, bıçaq onun kürək nahiyəsinə girmişdir. Kamran yerə düşmək istəyəndə o onun köynəyindən tutub yenidən maşının içərisinə salmış ki, yoldan keçən maşın onu vurmasın. Bu an Kamran elə fikirləşdi ki, o onu yenidən vurmaq istəyəyir. Kamran bıçağı əlindən almaq istəyəndə əli kəsilmişdir. Maşın keçəndən sonra onu buraxmışdır. Lakin Kamranı üstü qanlı görüb heç bir maşın saxlamırdı. O maşından telefonu götürüb qaynatasına zəng vurub gəlib onu Bərşaddakı stansiyadan götürməsini demişdir. Qaynatası onu gəlib götürəndən sonra benzin doldurma məntəqəsinə getmişlər, geri qayıdanda yolda maşının olmadığını görmüşdür. Başa düşmüşdür ki, Kamran çıxıb gedib. O evə gedib anasına və arvadına hadisə haqqında danışıb sonra yatmışdır. Anası atasına zəng vuraraq hadisəni deyib. Sabahı gün evə təhqiqatçı gəlib və onu polis şöbəsinə aparmışdır. Polis şöbəsində ondan izahat alınanda o soyğunçu olmadığını bildirmişdir. Ona 5 manat yol pulu vermiş, ona bıçaq çıxartdığından o da ehtiyyatsızlıqdan onu vurmuşdur. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, o, Bakıdan gələrkən yolda yuxlamaması və yolda həmsöhbət olmaları üçün Qaradağ rayonu Lökbatan dairəsində 2 nəfər şəxsi götürmüşdür. Haciqabul rayonunda onlardan biri düşmüşdür. Yolda onlar qərar gəlmişlər ki, Çıraq kafesində çay içsinlər. Çıraq kafesinə çatanda kafenin tam açılmadığını görərək orada dayanmamışlar. Yolda gələrkən o ondan harda düşəcəyini soruşduqda ona körpünün alt tərəfində düşəcəyini bildirmişdir. O da həmin yerdə maşını saxlamışdır. Maşından düşəndə isə onu vurmağa başlamış və ondan pul istəmişdir. Pulunun olmadığı bildirdikdə isə onu bıçaqla vurmağa başlamışdır. Ona nə üçün vurduğunu soruşanda onu yenidən bıçaqla vurmağa başlamışdır. Özünü bir təhər Ucar Rayon Xəstəxanasına çatdırmışdır. Yol boyu o, qaydalara uyğun olaraq təhlükəsizlik kəmərindən istifadə etmişdir. Hadisə vaxtı da təhlükəsizlik kəməri taxılı vəzəiyyətdə olmuşdur. Gələrkən aralarında heç bir narazılıq olmamışdır. Onun iki övladı olduğuna görə şikayətçi deyildir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında ona CM-in 181.3.3-cü maddəsi ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 07 noyabr 2019-cu il tarixdə Bakı şəhərində işdə olmuş 08 noyabr 2019-cu il tarixdə saat 01 radələrində işini yekunlaşdırdıqdan sonra yaşadığı Ucar rayonu Bağman kəndinə getmək məqsədilə iş yerindən çıxaraq yemək yedikdən sonra saat 02 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində "Lökbatan dairəsi" deyilən yerdə körpünün yanına gəlmişdir. Təxminən 1 saatdan bir qədər artıq müddətdə gözlədikdən sonra qara rəngli VAZ 21154 markalı **-SN- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil oraya yaxınlaşaraq sürücü ondan haraya getdiyini soruşmuşdur. Sürücüyə Ucar rayonuna gedəcəyini dedikdən sonra sonradan adının Zərərçəkmiş şəxs olduğunu bildiyi sürücü ona avtomobilə əyləşməyini demişdir. Elə həmin anda da təxminən 35-40 yaşlarında olan bir nəfər şəxs sürücüyə yaxınlaşıb Hacıqabul rayonuna gedəcəyini dedikdə Kamran həmin şəxsə də avtomobilə əyləşməsini demişdir. Lakin sürücü Kamranla aralarında gediş haqqı barədə heç bir söhbət olmamışdır. O, Kamranın idarə etdiyi avtomobilin arxa oturacağında, Hacıqabul rayonuna gedən şəxs isə avtomobilin qabaq oturacağına əyləşdikdən sonra yola çıxmışlar. Yorğun olduğundan həmin vaxt yatmış, ayıldıqda Hacıqabul rayonu ərazisində yerləşən yanacaq doldurma məntəqəsində olduqlarını görmüşdür. Kamran avtomobilə yanacaq vurduqdan sonra yenidən yoluna davam etmiş, təxminən yarım saat sonra digər adını bilmədiyi müştəri Hacıqabul rayonunun ərazisində yol kənarında düşərək Kamrana pul vermişdir. Bundan sonra o, avtomobilin arxa sərnişin oturacağından düşərək qabaq sərnişin oturacağında əyləşmişdir. Bir qədər yol getdikdən sonra Kürdəmir rayonu ərazisində Kamran ona çay içmələrini təklif etmiş, Kamrana etiraz etməyərək razılaşmışdır. Lakin münasib yer olmadığından Kamran avtomobili saxlamayıb yoluna davam etmişdir. Həmin anda Kamranın istifadəsində olan mobil telefonun enerji şarjı bitmiş, Kamran avtomobil idarə etdiyindən ondan avtomobilin şit yerində olan külqabıdan yaddaş kartını çıxarıb verməsini xahiş etmişdir. Həmin vaxt külqabını açdıqda orada açılıb-qatlanan xırda cib bıçağı olduğunu görmüş, bıçağa dəyməyərək külqabını yenidən bağlamışdır. Kamranla birlikdə avtomobildə söhbət zamanı sonuncuya Ucar rayonu Bağman-Bərgüşad kəndinə gedəcəyini, həmçinin işlədiyi yer barəsində məlumat vermişdir. Kamran da ona Ucar rayonu Məlikballı kəndindən olduğunu demişdir. Kürdəmir postunu keçdikdən sonra "Çıraq" adlı restorana yaxınlaşdıqda Kamran yenə də ona çay içməyi təklif edərək avtomobili "Çıraq" restoranının qarşısında saxladıqdan sonra hər ikisi aşağı düşmüşlər. O, ayaqyoluna getmək istəmiş, restoranda müştərilərin oturduğu yerə yaxınlaşmaq istədikdə Kamran yolçu yolunda gərək deyərək gedib evilərində rahat çay içəcəklərini bildirmişdir. Bundan sonra da avtomobilə əyləşib yola davam etmişlər. Ucar rayonu Müsüslü kəndi ərazisində Ucar rayonu Bağman və Bərgüşad kəndlərinə gedən körpüyə yaxınlaşdıqda Kamrandan avtomobili saxlamasını və körpünün altında düşəcəyini demiş, cibindən 5 manat pul çıxarıb Kamrana vermişdir. Kamran avtomobili həmin körpünün altında saxlayıb ondan harada qaldığını soruşduqda yaşadığı kəndin istiqamətini əli ilə Kamrana göstərmişdir. Həmin vaxt hər ikisi avtomobildə oturaq vəziyyətdə olmuş, Kamran qəflətən sol, yəni avtomobilin sürücü tərəfdən qabaq qapısı istiqamətindən ümumi uzunluğu təxminən 22-25 sm olan bıçağı çıxarıb onun qarın nahiyyəsinə dirəmişdir. Kamranın hərəkəti ani olduğundan nə baş verdiyini bilməmiş, Kamranın onun üzərinə bıçaq çıxarmaqda məqsədinin nə olduğunu bilməmişdir. Bu zaman qəflətən Kamranın sol əlini buraraq bıçağı sonuncunun əlindən almış və Kamranın qarın nahiyəsinə həmin bıçaqla bir dəfə zərbə vurmuşdur. Kamran ona müqavimət göstərib əyilərək onun ünvanına nalayiq ifadələr işlətmiş, bu zaman əsəbiləşib Kamranın bel nahiyyəsindən yenidən bir dəfə bıçaq zərbəsi vurmuşdur. Kamran əlləri ilə bıçağı tutub onun əlindən almaq istədikdə bıçaq Kamranın sol əlini kəsmiş, artıq onun yenidən Kamranı vurmaq fikri olmamışdır. Kamran ona iki övladının olduğunu, onu vurmamasını demişdir. Bu zaman avtomobildə Kamrana məxsus olan qara rəngli "Samsung J 2 Prime" markalı mobil telefonunu və bıçağı da özü ilə götürmüşdür. Əvvəlcə Kamran qapını açıb aşağı düşmüş və o da qapını açıb aşağı düşərək avtomobilin arxa oturacağında çirkli paltarlarını yığdığı əl çantasını götürdükdən sonra körpüyə qalxaraq yaşadığı kənd istiqamətində getmişdir. Mobil telefonla qayınatasının istifadəsində olan mobil telefona zəng vuraraq Bərgüşad kənd ərazisində yerləşən stansiyanın yanından onu götürməsini xahiş etmiş və özü piyada həmin yerə getmişdir. Təxminən 30 dəqiqədən sonra qaynatası Ələkbər idarə etdiyi avtomobillə həmin yerə gəlib onu götürmüşdür. Qaynatası Ələkbər onun həyəcanlı olduğunu görüb nə baş verdiyini soruşduqda sonuncuya heç bir söz deməmişdir. Qayınatası Ələkbər onu evə düşürüb getmiş, həmin evdə olan və yatmış anası Nazxanım və arvadı Şəfanəni yuxudan qaldırmışdır. Anası onun həyəcanlı olduğunu görüb ondan nə baş verdiyini soruşduqda sonuncuya Lökbatandan gəldiyi taksidən düşən zaman körpünün yanında taksi sürücüsünün ona bıçaq dirədiyini və həmin bıçağı alıb sürücünü bıçaqla vurduğunu dedikdən sonra ürək xəstəsi olan atasına bu barədə heç bir söz deməməsini bildirmişdir. Daha sonra yerinə girib yatmış bir qədər keçmiş anası onu yuxudan qaldıraraq mobil telefonla atası ilə danışıb baş vermiş hadisəni sonuncuya da bildirmişdir. Atası Məlikməmməd ona Bakı şəhərinə gəlməməsini, 1-2 günə kəndə gəlib özü onunla söhbət edəcəyini demişdir. Saat 12 radələrində yuxudan duraraq evlərinin arxa tərəfində Kamrana məxsus olan qara rəngli "Samsung J 2 Prime" markalı mobil telefonu üzərində olan sim kartı ilə birlikdə və bıçağı yandıraraq həmin əşyaları yanmış şəkildə sellofan torbaya qoyub evin arxa tərəfindən keçən kanala atmışdır. 09 noyabr 2019-cu il tarixdə saat 22 radələrində evdə olarkən polis əməkdaşları onlara gələrək onu Ucar rayon Polis Şöbəsinə dəvət etmişlər, polis əməkdaşlarına etiraz etməyərək şöbəyə gəlmişdir. Şöbədə sorğu-sual zamanı törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Törətdiyi əməldən peşmandır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2008-ci ildən Bakı şəhərinin müxtəlif yerlərində fəhlə işləməklə ayda bir-iki dəfə yaşadığı Ucar rayonu Məlikballı kəndinə gələrək ailə üzvülərinə baş çəkmişdir. 08 noyabr 2019-cu ildə saat 02 radələrində Bakı şəhərində işlərini yekunlaşdırdıqdan sonra saat 0215 -də Ucar rayonuna getmək üçün yola çıxmışdır. Qaradağ rayonu Lökbatan dairəsinə çatdıqda yuxusunun gəlməməsi üçün özünə yol yoldaşı götürmək məqsədilə dairədə idarə etdiyi VAZ 21154 markalı, **-SN-*** dövlət qeydiyyat nişanlı avtomobili saxlayarkən sonradan adının Təqsirləndirilən şəxs olduğunu bildiyi şəxs avtomobilə yaxınlaşmış, avtomobilin şüşəsini aşağı salaraq həmin şəxsdən haraya getdiyini soruşduqda sonuncu ona Ucar rayonu Bağman kəndinə gedəcəyini, Ucar rayonu Müsüslü kəndi ərazisində Bərgüşad-Bağman kəndlərinə gedən körpünün altında düşəcəyini bildirmişdir. Gediş haqqına görə həmin şəxslə aralarında heç bir pul söhbəti olmamış, təxminən bir dəqiqə sonra təqribən 40 yaşlarında olan daha bir nəfər şəxs avtomobilə yaxınlaşıb ona Hacıqabul rayonu Padar kəndinə gedəcəyini demişdir. Təqribi 40 yaşlarında olan şəxs avtomobilin qabaq sərnişin yerində, Rəşad isə avtomobilin arxa sərnişin yerində əyləşdikdən sonra yola çıxmışdır. Magistral yolun Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində avtomobili saxladıqda qabaq sərnişin yerinə oturan şəxs aşağı düşüb yol pulu olaraq 5 manat pul vermişdir. Həmin vaxt arxa sərnişin yerində oturan Rəşad adlı şəxs arxa sərnişin yerindən düşərək qabaq sərnişin yerində əyləşmişdir. Kürdəmir rayonu ərazisində Rəşadla çay içmək qərarına gəlmiş, Kürdəmir rayonu "Çıraq" restoranında idarə etdiyi avtomobili saxlamış, hər ikisi avtomobildən aşağı düşmüşlər. Restorana daxil olmaq istəyərkən artıq gec olduğundan Ucar rayonu ərazisinə az məsafə qaldığına görə çayı gedib evlərində içməyi fikirləşmişlər. Yenidən avtomobilə əyləşib yola düzəldikdən sonra saat 0555 -də Ucar rayonu Müsüslü kəndi ərazisində yerləşən körpünün altına çatdıqda təxminən 1-2 metr keçib avtomobili saxlamışdır. Rəşad öz tərəfindən avtomobilin qapısını açmış, lakin yerə düşməyərək qəflətən yumruqla onun baş nahiyyəsinə zərbə endirib pulu olmadığından yol haqqı olaraq pul verməyəcəyini bildirmişdir. Rəşada pul istəmədiyini və düşüb getməsini demiş, bu zaman Rəşad gözlənilmədən şalvarından bıçaq çıxarıb oturacağın yan hissəsinə dirəyib ondan pul istəmişdir. Həmin vaxt bıçağı tutmaq istədikdə bıçaq onun sol əlini kəsmiş, avtomobilin təhlükəsizlik kəməri taxılı vəziyyətdə olmuş, Rəşada müqavimət göstərib sonuncudan yayınmaq istəmişdir. Həmin anda Rəşad onun kürək nahiyyəsindən 01 dəfə bıçaqla vurmuşdur. Rəşada onu vurmamasını desə də, sonuncu ondan pul tələb etməkdə davam etmişdir. Bundan sonra Rəşad onun qarın nahiyyəsindən yenidən 1 dəfə bıçaq zərbəsi vurmuşdur. O, təhlükəsizlik kəmərini birtəhər açıb avtomobildən aşağı düşmüşdür. Bu zaman Rəşad da avtomobildən aşağı düşüb avtomobilin arxa sərnişin yerində olan özünə məxsus əl çantasını götürüb ona yaxınlaşıb yenidən pul tələb etdikdə, əynində olan şalvarın cibində olan özünə məxsus qara rəngli "Samsung J2 Prime" markalı mobil telefonu Rəşada vermişdir. Rəşad mobil telefonu ondan alıb Bərgüşad-Bağman kəndlərinə gedən yol istiqamətində qaçmışdır. O da avtomobilinə əyləşib Ucar rayon Mərkəzi Xəstəxanasına gəlib cərrahiyyə şöbəsinə qalxmış, həkimlər ona tibbi yardım göstərib əməliyyata götürmüşlər. Təqisləndirilən şəxsi vurmamış, sonuncu onun avtomaşınından bıçaq götürməmiş, həmin bıçaq Rəşadın üzərində olmuşdur. Onun avtomaşınında özünə məxsus bıçaq olmuş, həmin bıçağı istintaqa təqdim etmişdir. Təqsirləndirilən şəxslə barışmamışdır. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid4 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, 08 noyabr 2019-cu il tarixdə saat 07 radələrində evdə olduğu zaman kürəkəni Rəşad onun mobil telefonuna zəng vuraraq Bakı şəhərindən rayona gələrək Müsüslü kəndində yerləşən körpüdə düşüb kənd istiqamətində gəldiyini və sonuncunu stansiyanın yanından götürməsini xahiş etmişdir. Bundan sonra özünə məxsus avtomaşınla Ucar rayonu Bərgüşad kəndinə gedərək stansiyanın yanından Rəşadı götürmüşdür. Rəşad avtomobilə əyləşdikdə sonuncunun həyəcanlı olduğunu hiss edib nə baş verdiyini, nə səbəbə həyəcanlı olduğunu soruşmuş, lakin Rəşad ona heç bir söz deməmişdir. Rəşadı gətirib yaşadığı evə düşürüb oradan öz evlərinə qayıtmışdır. 09 noyabr 2019-cu il tarixdə axşam saatlarında qızı Şəfanə ona zəng vuraraq əri Rəşadın polis əməkdaşları ilə birlikdə Polis Şöbəsinə getdiyini bildirmişdir. Bundan sonra Ucar rayon Polis Şöbəsinə getdikdən sonra Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdə saat 06 radələrində Ucar rayonu Müsüslü kəndi ərazisində körpünün altında əvvəllər tanımadığı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirib sonuncuya məxsus mobil telefonu götürdüyü məlum olmuşdur. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid2 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma oğlu olmaqla təxminən iki ildir ki, Bakı şəhərində müxtəlif yerlərdə işləyərək fərdi əməklə məşğul olmuş, ayda təxminən 1-2 dəfə gələrək ailəsinə baş çəkmişdir. Əri Məlikməmməd isə Bakı şəhərində olan daş karxanalarında traktorçu kimi işləmişdir. 08 noyabr 2019-cu il tarixdə saat 07 radələrində Rəşad yaşadıqları Ucar rayonu Bağman kəndində yerləşən evlərinə gəlmiş, həmin vaxt oğlunun həyəcanlı olduğunu hiss edib nə baş verdiyini soruşduqda sonuncu ona gecə saatlarında Lökbatan dairəsindən tanımadığı avtomobilə əyləşdiyini, yaşadıqları kəndə gəlmək üçün Ucar rayonu Müsüslü kəndində Bərgüşad kəndinə gedən körpünün altında avtomobildən düşdükdə həmin avtomobilin sürücüsünə pul verdikdən sonra gözlənilmədən sürücü bıçaq çıxarıb ondan cibində olan digər pulları tələb etdiyini, özü isə həmin bıçağı sürücüdən alaraq bir dəfə həmin sürücünü bıçaqla vurub xəsarət yetirdiyini demişdir. Rəşad bu barədə ona bildirdikdən sonra həyəcanlanmış, Rəşad həmçinin ona baş vermiş hadisə barədə ürək əməliyyatı keçirdiyinə görə atası Məlikməmmədə heç bir söz deməməsini bildirmişdir. Buna baxmayaraq Rəşad yatmağa getdikdən sonra həmin günü saat 10 radələrində əri Məlikməmmədə zəng vuraraq Rəşadın ona dediklərini bildirmiş, Məlikməmməd də ona Rəşadı Bakı şəhərinə getməyinə imkan verməməsini, özü 9-10 noyabr tarixlərdə rayona gəlib Rəşadla bu barədə söhbət edib hüquq-mühafizə orqanlarına xəbər verəcəyini bildirmişdir. Məlikməmmədin təkidi ilə Rəşadı oyadıb telefonu sonuncuya vermiş, həmin vaxt əri Rəşaddan kimi, nə üçün vurduğunu soruşduqda Rəşad yenə də əvvəlki qaydada baş vermiş hadisə barədə atasına məlumat vermişdir. Bundan sonra Rəşad heç bir yerə getməmiş, 09 noyabr 2019-cu il tarixdə polis əməkdaşları gəlib Rəşadı rayon Polis Şöbəsinə aparmışlar. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid1 və Şahid3 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid5 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun oğlu olmaqla Bakı şəhərində fərdi əməklə məşğul olmuş, ayda bir-iki dəfə yaşadıqları Ucar rayonu Məlikballı kəndinə gələrək ailəsinə baş çəkmişdir. 08 noyabr 2019-cu il tarixdə saat 07 radələrində bir nəfər şəxs mobil telefonla ona zəng vuraraq Ucar rayon Mərkəzi Xəstəxanasının işçisi olduğunu deyib oğlu Zərərçəkmiş şəxs bıçaq xəsarəti ilə xəstəxanaya daxil olduğunu bildirmişdir. Buna görə də təcili olaraq yaşadığı evdən çıxaraq Ucar Mərkəzi rayon Xəstəxanasına gəlmişdir. Həmin vaxt oğlu Kamran əməliyyatda olmuş, orada ona oğlu Kamranın idarə etdiyi avtomobil ilə Bakı şəhərindən yaşadıqları kəndə gələn zaman Ucar rayonu Müsüslü kəndi ərazisində avtomobildə sərnişin qismində əyləşən bir nəfər tərəfindən bıçaqlandığını və həmin şəxsin oğlunun istifadəsində olan "Samsung" markalı mobil telefonu apardığı məlum olmuşdur. Oğlu Kamran da əməliyyatdan sonra onunla söhbəti zamanı 07 noyabr 2019-cu il tarixdə gecə saatlarında Bakı şəhərindən çıxaraq Ucar rayonuna gələrkən Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində sərnişin kimi götürdüyü və Ucar rayonu Bağman kəndinə getdiyini bildirdiyi Rəşad adlı şəxsin Ucar rayonu Müsüslü kəndində yerləşən körpünün yanına çatdıqda oğlundan pul tələb etdiyini, Kamran pulunun olmadığını dedikdə Rəşad adlı şəxs üzərindən bıçaq çıxararaq Kamrana 3 dəfə zərbə vurduğunu, daha sonra Kamrana məxsus olan mobil telefonu götürərək oradan uzaqlaşdığını, Kamran da yaralı halda avtomobili idarə edərək özünü xəstəxanaya çatdırdığını demişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin cinayət-axtarış bölməsində baş əməliyyat müvəkkili işləyən Şahid6 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, 08 noyabr 2019-cu il tarixdə saat 07 radələrində Ucar rayon X4 şöbəsinin X9 rayonu Məlikballı kənd sakini Zərərçəkmiş şəxs qarın boşluğunun daxilə keçən və sol kürək nahiyəsinin bıçaq yaraları diaqnozu ilə xəstəxanaya müraciət etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumatdan sonra digər polis əməkdaşları ilə birlikdə Xəstəxanaya gedərkən orada ona məlum olmuşdur ki, Zərərçəkmiş şəxs həmin günü saat 06 radələrində Ucar rayonu Müsüslü kəndi ərazisində körpünün altında şəxsin özünün dediyinə görə Ucar rayonu Bağman kənd sakini Rəşad adlı şəxs tərəfindən bıçaqlanmış, Rəşad adlı şəxs Zərərçəkmiş şəxs məxsus olan olan "Samsung J2 Prime" markalı mobil teleonu götürmüşdür. Tərəflərindən keçirimiş əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan cinayəti törətməkdə 1995-ci il təvəllüdlü Ucar rayonu Bağman kənd sakini Təqsirləndirilən şəxs şübhəli olduğu müəyyən edilmişdir. 08 noyabr 2019-cu il tarixdə saat 22 radələrində Ucar RPŞ-nin cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili Oxan Umudovla birlikdə Ucar rayonu Bağman kəndinə Təqsirləndirilən şəxs yaşadığı evə gedib qapını döydükdə Təqsirləndirilən şəxs bayıra çıxmışdır. Təqsirləndirilən şəxs Ucar rayonu polis şöbəsinə getməli olduqlarını bildirdikdə sonuncu etiraz etməyərək onlarla birlikdə rayon Polis Şöbəsinə gəlmişdir. Təqsirləndirilən şəxsla şifahi sorğu-sual edilən zaman törətdiyi cinayəti səmimi olaraq etiraf etmişdir. Daha sonra Təqsirləndirilən şəxs Şöbənin İstintaq Bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməsi üçün polis əməkdaşları tərəfindən ona hər hansı bir fiziki zor tətbiq edilməmişdir. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Ucar rayon Polis Şöbəsinin Cinayət-axtarış bölməsinin baş əməliyyat müvəkkili işləyən Şahid7 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının 21 noyabr 2019-cu il tarixli, 354 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər-sol əlin ovuc səthinin, İV və V barmaqlarının, dırnaq falanqasının ovuc səthinin, sol kürəkaltı nahiyyənin daxilə keçməyən və sağ qabırğaaltı nahiyyənin daxilə keçərək böyük piyliyi zədələyən deşilmişkəsilmiş, sol əlin kəsilmiş yaraları deşici-kəsici alətin, ola bilsin bıçağın təsirindən törənmişdir, törənmə müddəti 08.11.2019-cu il tarixə uyğun gəlir. Adətən kənar şəxs tərəfindən yetirilən zaman törənir. Sol əlin ovuc səthinin, İV və V barmaqlarının, dırnaq falanqasının ovuc səthinin, sol kürəkaltı nahiyyənin daxilə keçməyən yaraları səhhətin qısa müddətə pozulmasına səbəb olmuş və bu əlamətə görə adətən sağlamlığa yüngül zərər vuran xəsarətlərə aid edilir. Sağ qabırğaaltı nahiyyənin daxilə keçərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası yetirilən anda həyat üçün təhlükəli olmuş və bu əlamətə görə dərəcəsi sağlamlığa ağır zərər vuran xəsarətlərə aid edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi kriminalistik ekspertizasının 21 noyabr 2019-cu il tarixli, 586-MKTŞ/2019 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sağ yarısının aşağı hissəsində bir ədəd və gödəkçənin arxa səthinin sol yarısının yuxarı hissəsində bir ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə ülgücü, qabırğaları özünü kafi biruzə verən küpü və kafi itilikdə ucu olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gəlmişdirlər. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin ön səthinin sağ yarısının aşağı hissəsində və arxa səthinin sol yarısının yuxarı hissəsində aşkar edilmiş iki ədəd deşilmiş-kəsilmiş zədələrin ekspertizaya təqdim edilmiş 1 №-li bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətli alətin tiyəsi ilə törənməsi inkar olunmur. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus gödəkçənin sol yan və sol qolun daxili tikişi, sağ yan və sağ qolun daxili tikişi və sağ yan cibinin tikişi üzərində küt yaranma mexanizminə malik, gödəkçənin müvafiq nahiyyələrinin kəskin gərilib dartılması nəticəsində əmələ gəlmiş cəmi üç ədəd sökülmə izləri vardır. Ekspertizaya təqdim edilmiş və Zərərçəkmiş şəxs məxsus şalvar üzərində əhəmiyyət kəsb edən heç bir zədə aşkar olunmadı. Ekspertizaya təqdim edilmiş 1 №-li bıçaq məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab olunmur. Ekspertizaya təqdim edilmiş 2 №-li bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-tibbi bioloji ekspertizasının 25 noyabr 2019-cu il tarixli, 875/2019-MTBŞ nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qrup göstəricisi: A/İİ/ (şəxsiyyət vəsiqəsinin ksero surətinə əsasən). Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus cins gödəkçə, cins şalvar, Təqsirləndirilən şəxs məxsus cins şalvar, oturacaq hissələri, N1,2 üzərində olan ləkələrdə insan qanı aşkar olundu. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə yalnız antigeni alındı. Belə olan halda bu qan ləkələri Abeta (İİ) qruplu Zərərçəkmiş şəxs məxsus ola bilər. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, qısaqol köynək, oturacaq hissələri № 3,4 üzərində qana şübhəli ləkələr aşkar olunmadı. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməəmtəəşünaslıq ekspertizasının 10 dekabr 2019-cu il tarixli, 29875 nömrəli rəyindən görünür ki, 1 ədəd Samsung J2 Prime markalı mobil telefonun satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasınını və istifadə olmasını nəzərə alaraq, nəzəri hesablama 2019-cu ilin noyabr ayına olan orta bazar qiyməti təxminən 120,00 manat müyyən olunur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş kompleks məhkəməpsixiatriya və məhkəmə-psixoloji ekspertizasının 21 dekabr 2019-cu il tarixli, 680/274 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək, hərəkətlərini idarə etmək qabliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1.-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək qabliyyətindədir. Təqsirləndirilən şəxs səciyyələndirən əsas fərdipsixi xüsusiyyətlər aşağıdakılardır: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur. Əqli və psixi inkişafının xüsusiyyətlərinə görə Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdə cinayət əməlini törədərkən öz hərəkətlərinin mahiyyətini tam dərk edə bilərdi. O, öz hərəkətlərini idarə etmək qabliyyətində olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, həmin cinayət əməlini törədərkən onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlər mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs 08 noyabr 2019-cu il tarixdə cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq olunmuş 10 noyabr 2019-cu il tarixli şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, təqsiriləndirilən şəxs Təqsirləndirilən şəxs Məlikməməd oğlunun (şübhəli şəxs qismində) ifadəsi yerində yoxlanılan zaman hadisə vaxtı zərərçəkmiş şəxsi vurduğu bıçağı və sonuncuya məxsus olan "Samsung J2 Prime" markalı mobil telefonu yanmış vəziyyətdə yaşadığı Ucar rayonu Bağman kəndinin ərazisində olan kanala atdığı yeri göstərmiş və dəstəyi yanmış vəziyyətdə olan bıçaq və ağ sellofan torbada yanmış vəziyyətdə olan "Samsung J2 Prime" markalı mobil telefon və onun batareyası həmin yerdən götürülmüş, həmçinin qeyd olunan maddi sübutlara Şöbənin inzibati binasında baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunduqdan sonra müvafiq qaydada qablaşdırılmışdır. Cinayət işinə əlavə olunmuş və məhəkəmə iclasında tədqiq olunmuş Ucar rayon Mərkəzi Xəstəxanasının 27 noyabr 2019-cu il tarixli, 1744 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın polikilinka şöbəsinin narkoloji və ruhiəsəb xəstəlikləri kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işinə əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olub-olmaması barədə əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş Ucar rayon İcra Hakimiyyəti Başçısının Boyat kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 12 noyabr 2019cu il tarixli 453 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Ucar rayonu Bağman kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxs kənddə yaşadığı müddət ərzində müsbət səciyyələndirilmiş, himayəsində 2017-ci ildə anadan olmuş Məlik Oruclu və 2019-cu ildə anadan olmuş Sirac Oruclu adlı azyaşlı uşaqları vardır. Cinayət işi materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması haqqında 09 noyabr 2019-cu il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 2240 -da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işi materiallarına əlavə olunmuş təqsirləndirilən şəxsin barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında Ucar rayon Məhkəməsinin 11 noyabr 2019-cu il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində əvvəli 09 noyabr 2019-cu il tarixdən hesablanmaqla 3 (üç) ay 29 (iyirmi doqquz) gün müddənə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs оğlu CM-in 181.3.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli 1 №-li Qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin Qərarın 5-ci bəndinə görə oğurluq edilərkən, təqsirli şəxsin hərəkətləri mülkiyyətçi və ya əmlakın digər sahibi, yaxud da digər şəxs tərəfindən aşkar edilərsə, təqsirli şəxs bunu dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərsə və ya həmin əmlakı saxlamağa çalışarsa, o zaman belə hərəkətlər soyğunçuluq, həyat və ya sağlamlıq üçün təhlükəli zorakılıqla, yaxud da belə zorakılıq tətbiq ediləcəyi hədəsi ilə müşayət edildiyi hallarda isə quldurluq kimi tövsif edilməlidir. Öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə hücuma məruz qalmış şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zoraklılıq tətbiq edəcəyi hədəsi ilə 08 noyabr 2019-cu il tarixdə saat 06 radələrində Bakı-Qazax yolunun Ucar rayonu Müsüslü kəndi ərazisindən keçən hissəsində yerləşən yol qovşağında quraşdırılmış körpünün altında Ucar rayonu Məlikballı kənd sakini 1982-ci il təvəllüdlü Zərərçəkmiş şəxs üzərində gəzdirdiyi soyuq silah hesab olunmayan məişət təyinatlı mətbəx bıçağı ilə qəsdən zərbələr vuraraq sonuncuya sol əlin ovuc səthinin, İV və V barmaqlarının, dırnaq falanqasının ovuc səthinin, sol əlin kəsilmiş yaraları, sol kürəkaltı nahiyyənin daxilə keçməyən yaralarından ibarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sağ qabırğaaltı nahiyyənin daxilə keçərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət yetirməklə sonuncuya məxsus 120 manat dəyərində "Samsung J2 Prime markalı" mobil telefonu tamah məqsədi ilə ələ keçirib quldurluq cinayətini törətmişdir. Hazırda Təqsirləndirilən şəxs оğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməsə də, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə onun bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Məhkəmə kollegiyasə, eyni ilə zərərçəkmiş şəxsin ifadələri arasında olan ziddiyyətli məqamlara görə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin quldurluq niyyəti ilə deyil, məhz şəxsi münasibətlər zəmnində zərərçəkmiş çəxsə ağır xəsarət yetirməsi nəticəsinə gəlmək üçün səbəb bilmir. Çünki, məhkəmə kollegiyası ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, təqsirləndirilən şəxsə dəfələrlə zərərçəkmiş şəxsin məhz hansı səbəbdən ona xəsarət yetirmək istəməsi barədə suallar verilməsinə baxmayaraq, sonuncu bununla bağlı hərhansı bir səbəb göstərə bilməmişdir. Həmçinin, təqsirləndirilən şəxs özü də etiraf edir ki, zərərçəkmiş şəxsin üzərində təhlükəsizlik kəməri olub. Yəni zərərçəkmiş şəxs təqsirləndirilən şəxsin iddia etdiyi kimi onu vurmaq istəsə idi, ilk növbədə bunun üçün yetərli imkana malik olmaq üçün təhlükəsizlik kəmərini açmalı idi. Avtomobildə aşkar olunmuş beş manatlıq pul əskinazının təqsirkar şəxs tərəfindən verilməsi məsələsinə gəldikdə isə kollegiya bunu inandırıcı qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs hazırkı ifadəsində avtomobildə aşkar olunmuş beş manatın özünün avtomobildən düşərkən verdiyi pul olduğunu iddia etsədə, verdiyi apellyasiya şikayətində özü də etiraf edir ki, “O əvvəlcədən 5 manat yol pulunu da verib avtomobilə oturmuşdur”. Öyrənilən işdən o da aydın olur ki, təqsirləndirilən şəxs zərəçəkmişə məxsus mobil telefonu götürməkdə məqsədinin sonuncunun başqa yerə zəng etməsinin qarşısını almaq üçün etməsi ilə izah edir. Halbuki, təqsirləndirilən şəxs telefonu zərərçəkmiş şəxsin başqa yerə zəng etməsinin qarşısını almaq üçün götürdüyünü bildirsə də, məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir. Belə ki, şəxs həmin vaxtı telefonu alaraq nömrəni çıxara və ya telefonu ata bilərdi. Hazırki halda isə o telefonu özü ilə evə aparmış, həmçinin qeyd edilən telefonu hadisə baş verdiyi gün də deyil, hadisənin səhəri günü, yəni “Saat 12 radələrində yuxudan duraraq evlərinin arxa tərəfində Kamrana məxsus olan qara rəngli "Samsung J 2 Prime" markalı mobil telefonu üzərində olan sim kartı ilə birlikdə və bıçağı yandıraraq həmin əşyaları yanmış şəkildə sellofan torbaya qoyub evin arxa tərəfindən keçən kanala atmışdır”. dır. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin sonradan telefonu məhv etməsi sonuncunun onu gözləyən ağır məsuliyyətdən yayınmaq, əməlinin quldurluq niyyəti olmadan törətməsi və məsuliyyətdən azad olmaq məqsədi ilə etdiyi hərəkətlərdir. Bundan başqa tərəflərin özlərinin də etiraf etdiyi kimi zərərçəkmiş şəxs təhlükəsizlik kəmərindən istifadə etmişdir. Şəxsin təhlükəsizlik kəmərindən istifadə etdiyi halda, yəni təhlükəsizlik kəmərini açmadan digər şəxsi təhdid etməsi və ya üzərinə bıçaq çəkməsi inandırıcı görünmür. Belə ki, bu vəziyyətdə təhlükəsizlik kəmərinin şəxsin hərəkət etmə qabiliyyətini məhdudlaşdırması məlum reallıqdır. Məhkəmə kollegiyası göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsin özünü müdafiə edərkən zərərçəkmiş şəxsin xəsarət alması ilə bağlı dəlilinə də qiymət verərək hesab edir ki, həmin dəlil də əsaslı sayıla bilməz. Çünki, işdən məlum olduğu kimi zərərçəkmiş şəxsin üzərində ikidən artıq xəsarət, yəni sonuncunun sol əlin ovuc səthinin, İV və V barmaqlarının, dırnaq falanqasının ovuc səthinin, sol əlin kəsilmiş yaraları, sol kürəkaltı nahiyyənin daxilə keçməyən yaralarından ibarət sağlamlığın qısa müddət pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, həmçinin sağ qabırğaaltı nahiyyənin daxilə keçərək böyük piyliyi zədələyən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən və yetirilən anda insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurmaya aid xəsarət aşkar edilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsin quldurluq niyyəti olmasaydı zərərçəkmiş şəxsə ikinci, üçüncü xəsarətləri yetirməzdi. Belə ki, zərəçəkmiş şəxsin təhlükəsizlik kəmərindən istifadə etməsi və təhlükəsizlik kəmərinin şəxslərin hərəkət etmə qabiliyyətini məhdudlaşdırması nəzərə alınarsa, bu halda təqsirləndirilən şəxs avtomobili çətinlik çəkmədən tərk edə bilərdi və sonda belə bir cinayət hadisəsi də baş verməzdi. Digər tərəfdən təqsirləndirilən şəxs özü də etiraf edir ki, o özü haqqında olan məlumatları zərəçəkmiş şəxsə söyləmişdir. Belə olan halda təqsirləndirilən şəxsin telefonu zərərçəkmiş şəxsin başqa yerə zəng etməsinin qarşısını almaq üçün götürməsi ilə bağlı söylədiyi fikirlər tamamilə inadırıcı gəlmir. Çünkü zərərçəkmiş təqsirkar şəxsin adı, yaşayış yeri ilə bağlı məlumatları bildiyindən sonuncu istənilən şəxsə bu məlumatı verə bilərdi. Öz növbəsində, təqsirləndirilən şəxsin yolda gələrkən özü haqqında məlumatların zərərçəkmiş şəxsə bildirməsi təqsirləndirilən şəxsin cinayət əməlinin quldurluq niyətindən kənar məqsədlərlə törətməsi anlamına gəlmir. Çünki, təqsirləndirilən şəxsin quldurluq niyyəti ilə zərəçəkmiş şəxsin əmlakını talamaq istəməsi ideyası sonradan da yarana bilərdi və bu istisna olunmur. Bu baxımdan da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin verdiyi ifadəsini, uyğun olaraq bununla bağlı apellyasiya şikayətinin dəlillərini obyektiv gerçəkliyi əks etdirməməsi, özünü müdafiə xarakteri daşıması səbəbindən iandırıcı qəbul etmir. Bununla da, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs оğlunun CM-in 181.3.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, uyğun olaraq apellyasiya şikayətlərinin bu dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş biri-digərini tamamlayan sübutlarla təqsirləndirilən şəxslərin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs оğlunun CM-in 181.3.3-cü maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, Təqsirləndirilən şəxs оğlunun CM-in 181.3.3-cü maddəsi ilə ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası, həmçinin cəza təyini ilə bağlı təqsirləndirilən şəxs barəsində birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə də razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 sentyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxslərə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdikləri cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs оğluna CM-in 181.3.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs CM-in 181.3.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2020-ci il tarixli 1(091)-49/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar