Məhkəmə qərarları › İş №1(107)-253/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-253/2021

06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-253/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X3, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(051)-43/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 06 may 2021-ci il tarixli, 1(051)-43/2021 nömrəli hökmü ilə, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Mingəçevir şəhəri, 2-ci Təbriz döngəsi, ev 42-də qeydiyyatda olan və yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib ona CM-in 177.2.1–ci və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 234.1–ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla Təqsirləndirilən şəxs1 CM-in 177.2.1 və 177.2.3-cü maddələrii ilə təyin edilmiş 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla CM-in 66.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs1 27 iyun 2020-ci ildən 29 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 14 aprel 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməso və onun yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması, xx.xx.1992-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli 1(005)-213/2020 nömrəli hökmü ilə qəti olaraq 1 (bir) il 2 (iki) ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Mingəçevir Şəhər Məhkəməsinin 22.04.2021-ci il tarixli 7(051)-39/2021 nömrəli qərarı təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının, çəkilməmiş 8 ay 9 günü 4 ay 4 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, Mingəçevir şəhəri, 2-ci Təbriz döngəsi ev 43 -də qeydiyyatda olan və yaşayan barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib ona CM-in 177.2.1–ci və 177.2.3-cü maddələri ilə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası, CM-in 234.1-ci maddəsi ilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü bir gün azadlıqdan məhrum etməyə bərabər tutulmaqla Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 177.2.3-cü maddələrii ilə təyin edilmiş 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası 1 (bir) il azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla, CM-in 66.2 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla üzərində qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, CM-in 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 yeni hökm üzrə təyin edilmiş 1 (bir) il 6 (altı) müddətə azadlıqdan məhrum etmə cəzası, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 11.08.2020-ci il tarixli 1(005)-213/2020 nömrəli hökmü ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 8 (səkkiz) ay 9 (doqquz) günü Mingəçevir şəhər Məhkəməsinin 22.04.2021-ci il tarixli, 7(051)-39/2021 nömrəli qərarı ilə əvəz edilmiş 4 ay 4 gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaqla ona 1 (bir) il 8 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, CM-in 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 27 iyun 2020-ci ildən 29 iyun 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 03 (üç) gün müddət, azadlıqdan məhrum etmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla, təyin edilmiş cəzadan çıxılaraq, üzərində qəti olaraq, 1 (bir) il 7 (yeddi) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcının 14 aprel 2021–ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması, iş üzrə maddi sübut olub, Mingəçevir ŞPŞ-yə məsul saxlanca verilmiş, təqsirləndirilən şəxslərdən aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkiləri 0.692 qram və 0.513 qram olan narkotik vasitə-heroinlər hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Zərərçəkmiş şəxs1 məxsus evdən oğurlanmış 2 (iki) ədəd drel, 1 (bir) ədəd laqonda, 1 (bir) ədəd prefarator, 2 (iki) ədəd kəlbətin, 4 (dörd) ədəd burğac və 1 (bir) ədəd cərəyan ötürücüsünün zərərçəkmişə qaytarılmasının nəzərə alınması, Təqsirləndirilən şəxslərdən ekpertiza tədqiqatının dəyəri olan 121 manat 94 qəpik məhkəmə məsrəfi müştərək qaydada tutulub Dövlət büdcəsinə ödənilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 18.06.2020-ci il tarixdə saat 23 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs2 ilə birlikdə Zərərçəkmiş şəxs1 məxsus ünvan 1 ünvanında yerləşən yarımtikili həyət evinin hasarından aşaraq evin yerləşdiyi torpaq sahəsinə keçmiş, daha sonra hər ikisi yarımtikili vəziyyətdə olan evə pəncərədən qanunsuz daxil olub oradan vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 20 manat dəyərində, “İmpact Drill” markalı dreli, hər birinin dəyəri 5 manat olmaqla, ümumi dəyəri 10 manat olan 2 ədəd xrustal şüşə qənd qabını, hər birinin dəyəri 10 manat olmaqla, ümumi dəyəri 40 manat olan 4 ədəd xrustal şüşə meyvə qabını, bir ədədinin dəyəri 5 manat olmaqla, ümumi dəyəri 20 manat olan 4 ədəd xrustal şüşə mürəbbə qabını, 60 manat dəyərində 100 metr uzunluğunda elektrik naqili, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 20 manat dəyərində göy rəngli dreli, bir ədəd 65 manat dəyərində narıncı rəngli laqondanı, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 100 manat dəyərində “GBH 2-26 DBR” markalı perforatoru, 1 ədəd 40 manat dəyərində dreli, bir ədəd 70 manat dəyərində laqondanı, bir ədədinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 2 manat olan 2 ədəd kəlbətini, 25 manat dəyərində cərəyan ötürücüsünü, bir ədədinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 8 manat olan 4 ədəd burğacı və hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 30 manat olan 2 ədəd metrəni gizli yolla talayaraq zərərçəkmiş şəxslərə ümumilikdə 510 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 27.06.2020-ci il tarixdə saat 13 radələrində qanunsuz olaraq narkotik vasitə heroin əldə etmək üçün əmisi oğlu Təqsirləndirilən şəxs2 18 manat pul alıb 27.06.2020-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri, Nizami prospektində yerləşən “5+” supermarketin qarşısında həmin 18 manat pulu tanışı X9 verərək qarşılığında sonuncudan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd göy-ağ rəngli kağız bükümlərdə olan narkotik vasitə heroini qanunsuz olaraq alıb əldə edərək, satış məqsədi olmadan üzərində saxlayaraq daşımış, daha sonra Təqsirləndirilən şəxs2la görüşərək həmin narkotik vasitə heroinin bir hissəsini birlikdə istifadə etdikdən sonra, qalan ümumi təmiz çəkisi 1,305 qram olan narkotik vasitə heroindən Təqsirləndirilən şəxs2 şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,742 qram olan hissəsini götürdükdən sonra qalan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,563 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan üzərində saxlayıb daşımış və 27.06.2020-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində yerləşən “İspanaq” kafesinin qarşısında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən onu əynində olan boz rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci, 1772.3-cü və 234.1ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 18.06.2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Təqsirləndirilən şəxs1la birlikdə Zərərçəkmiş şəxs1 məxsus ünvan 2 ünvanında yerləşən yarımtikili həyət evinin hasarından aşaraq evin yerləşdiyi torpaq sahəsinə keçmiş, daha sonra hər ikisi yarımtikili vəziyyətdə olan evə pəncərədən qanunsuz daxil olub oradan vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs1 məxsus 1 ədəd 20 manat dəyərində, “İmpact Drill” markalı dreli, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat olan 2 ədəd xrustal şüşə qənd qabını, hər birinin dəyəri 10 manat olmaqla ümumi dəyəri 40 manat olan 4 ədəd xrustal şüşə meyvə qabını, bir ədədinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 20 manat olan 4 ədəd xrustal şüşə mürəbbə qabını, 60 manat dəyərində 100 metr uzunluğunda elektrik naqili, Zərərçəkmiş şəxs2 məxsus bir ədəd 20 manat dəyərində göy rəngli dreli, bir ədəd 65 manat dəyərində narıncı rəngli laqondanı, Zərərçəkmiş şəxs3 məxsus bir ədəd 100 manat dəyərində “GBFİ 2-26 DBR” markalı perforatoru, 1 ədəd 40 manat dəyərində dreli, bir ədəd 70 manat dəyərində laqondanı, bir ədədinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 2 manat olan 2 ədəd kəlbətini, 25 manat dəyərində cərəyan ötürücüsünü, bir ədədinin dəyəri 2 manat olmaqla ümumi dəyəri 8 manat olan 4 ədəd burğacı və hər birinin dəyəri 15 manat olmaqla ümumi dəyəri 30 manat olan 2 ədəd metrəni gizli yolla talayaraq zərərçəkmiş şəxslərə ümumilikdə 510 manat məbləğdə maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, 27.06.2020-ci il tarixdə saat 13 radələrində qanunsuz olaraq narkotik vasitə heroin əldə etmək üçün əmisi oğlu Təqsirləndirilən şəxs1 18 manat pul verdikdən sonra Təqsirləndirilən şəxs1 27.06.2020-ci il tarixdə saat 13 radələrində Mingəçevir şəhəri, Nizami prospektində yerləşən “5+” supermarketin qarşısında həmin 18 manat pulu tanışı X9 verərək qarşılığında sonuncudan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, iki ədəd göy-ağ rəngli kağız bükümlərdə olan narkotik vasitə heroini alıb satış məqsədi olmadan üzərində saxlayaraq daşımış, daha sonra onunla görüşərək həmin narkotik vasitə heroinin bir hissəsini birlikdə istifadə etdikdən sonra, qalan ümumi təmiz çəkisi 1,305 qram olan narkotik vasitə heroindən Təqsirləndirilən şəxs1 şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,563 qram olan hissəsini götürdükdən sonra o, qalan şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,742 qram olan narkotik vasitə heroini satış məqsədi olmadan üzərində saxlayıb daşımış və 27.06.2020-ci il tarixdə saat 19:25 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri, A.S.Puşkin küçəsində yerləşən “Asan” marketin qarşısında saxlanılıb Mingəçevir ŞPŞ-yə aparılaraq üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı həmin çəkidə narkotik vasitə -heroin Mingəçevir şəhər polis şöbəsinin əməkdaşları tərəfindən onun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci, 1772.3-cü və 234.1ci maddələri ilə ittiham verilmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(051)-43/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 və Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayətləri vermişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 apellyasiya şikayəti verərək Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasının verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti verərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 hüquqlarını müdafiə etdiyi şəxsə təyin olunmuş cəzanın yüngülləşdirilməsini və müdafiə etdiyi şəxsə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X10 bildirdi ki, özləri tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 da müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı fikrini bildirərək şikayətin təmin edilməsini, cəzasının yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 da özü tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(051)-43/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətlərinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslərin və müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslarla Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(051)-43/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, verilmiş apellyasiya şikayətlərində təqsirləndirilən şəxslərin CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əməllərinin CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə, düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməllərinin CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxslər və onların müdafiəçiləri birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza verilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq onlara təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Çünki, CM-in 177.2.1, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlləri az ağır cinayətlər olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, qanunsuz daxil olmaqla, gizli olaraq talamada ifadə olunan, həmin Məcəllənin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli də az ağır cinayət olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X4 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(051)-43/2021 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri cinayət əməllərinin tövsifini, onların barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətlərini, təqsirləndirilən şəxslərin himayələrində azyaşlı uşaqlarının olmasını, zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödəməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmalarını nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxslərə CM-in 177.2.1, 177.2.3 və 234.1-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(051)- 43/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Mingəçevir Şəhər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(051)-43/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar