Məhkəmə qərarları › İş №1(107)-256/2020

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-256/2020

30.11.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-256/2020 30.11.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunmasına dair Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(019)-35/2019 saylı qərarından Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclаsındа bаxaraq müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (sədrlik edən hakim Hümbət Səlimov) xx xxxx 2019cu il tarixli hökmü ilə xx xxxxxx 1999-cu ildə Balakən rayonu, Katex kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, mahkumluğu ödənilmiş, işləməyən, Balakən rayonu, Katex kəndində qeydiyyatda olmaqla, hazırda X6 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2-ci maddələri təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin xx xxxxxxx 2018-ci il tarixdən hesablanması müəyyən edilmişdir. Məhkum Mamedov X7 Rayon Məhkəməsinin 1(019)- 35/2019 nömrəli, xx xxxx 2019cu il tarixli hökmündən apellyasiya şikayəti vermiş, eyni zamanda ərizə verərək hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini xahiş etmişdir. Məhkum Mamedov X7 Rayon Məhkəməsinin 1(019)- 35/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının qanunlarını və hüquqlarını bilməməsi səbəbindən apellyasiya şikayəti verə bilməmişdir. Eyni zamanda X2 1 saylı cəzaçəkmə müəssisəsinə köçürüldüyündən psixoloji cəhətdən özünə gəlməmişdir. Maddi cəhətdən də vəkil ilə müqavilə bağlaya bilməmişdir. Balakən Rayon Məhkəməsinin (hakim Hümbət Səlimov) xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə məhkum Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 1(019)- 35/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməmişdir. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarından narazı qalmış məhkum Təqsirləndirilən şəxs həmin qərardan apellyasiya şikayəti vermişdir. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayətini belə əsaslandırmışlar ki, Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli hökmü hal-hazırdək ona təqdim edilməmişdir. Bu səbəbdən də Şəki Apellyasiya Məhkəməsinə müraciət etmək hüququnu, 21 gün müddət çekdiyinə görə itirilmiş hesab olunur. İtirilmiş hüququnun bərbası üçün birinci instansiya məhkəməsinə müraciət etsə də, onun apellyasiya şikayəti vermək hüququ bərpa edilməmişdir. Ona görə də Azərbaycan Respublikası Konstitusiyası ilə ona verilmiş hüquqlarının bərpa olunmasına-yəni apellyasiya müraciəti hüququnun bərpa olunmasında ona hümanist mövqedən yanaşılaraq köməklik edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilərək həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin icraata qəbul edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X10 iş materiallarında Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixli hökmünü almasına dair qəbzin olmamasını bildirərək, bu səbəbdən apellyasiya şikayəti vermə müddətini buraxmadığını qeyd edərək Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarının ləğv edilərək həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayətinin icraata götürülməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi və Zərərçəkmiş şəxs lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası apellyasiya şikayətləri üzrə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, məhkum, onun müdafiəçisi və dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişini dinləyərək hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Azərbaycan Respublikası CPM-in 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. İşdə olan X3 xx xxxxxxx 2020-ci il tarixli 4445 nömrəli, məktubundan görünür ki, Balakən Rayon Məhkəməsinin 1(019)-35/2019 nömrəli, 13 mart 2019-cu il tarixli hökmünün surəti xx xxxx 2019-cu il tarixdə məhkum Təqsirləndirilən şəxs oğluna verilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş materiallarından görünür ki, Balakən Rayon Məhkəməsinin 1(019)-35/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli hökmü xx xxxx 2019-cu il il tarixli 1(019)-35/2019 nömrəli məktubla Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin X5 poçt vasitəsi ilə göndərilmişdir. Hökmün sürəti xx xxxx 2019-cu il tarixdə məhkum Təqsirləndirilən şəxs verilmişdir. O, hökmün surətini aldığı vaxtdan bir il beş ay sonra apellyasiya şikayəti vermişdir. O, apellyasiya şikayəti vermə müddətinin ötürülməsini Azərbaycan Respublikası Qanunlarının və hüquqlarını bilməməsi ilə əsaslandırmışdır. Ona görə də birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkum Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 1(019)-35/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayətini hökmün surətini aldığı vaxtdan 1 il beş ay sonra verməsini, apellyasiya şikayəti vermə müddətini üzürsüz səbəbdən buraxmasını, cinayət prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq bu nəticəyə gəlir ki, məhkum Təqsirləndirilən şəxs Balakən Rayon Məhkəməsinin 1(019)-35/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpasına dair vəsatəti təmin edilməməlidir. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi vəsatəti təmin etməməkdə haqlı olmamışdır. Belə ki, birinci instansiya məhkəməsi qərarında qeyd edildiyi ki, Balakən Rayon Məhkəməsinin 1(019)-35/2019 nömrəli, xx xxxx 2019-cu il tarixli hökmü xx xxxx 2019-cu il tarixli 1(019)-35/2019 nömrəli məktubla Təqsirləndirilən şəxs təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin X5 poçt vasitəsi ilə göndərilmişdir. Lakin iş materiallarında məhkum Təqsirləndirilən şəxs həmin hökmün sürətini almasını təstiq edən məhkəmə qəbzi mövcud deyildir. Cinayət Prosessual Məcəlləsinin 384.2-ci maddəsinə əsasən həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində verilir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən olunmuş prosessual müddət məhkum Təqsirləndirilən şəxs tərəfindən ötürülməmişdir. Onun apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməməsi qənaətinə gəlmək üçün yetərlidir. Digər tərəfdən, məhkum tərəfindən verilmiş apellyasiya şikayətinin prosessual müddət ötürülməklə verilmiş hesab edilməsi, ona görə də onun şikayət vermə hüququndan məhrum edilməsi məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin stabilliyinə xələl gətirmiş, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərini pozmuş olar. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, hökmdən apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vermiş olduğu vəsatət isə apellyasiya şikayətinin verilmə müddəti ötürülmədiyindən təmin edilməməli, Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(019)-35/2019 saylı qərarı ləğv edilərək həmin məhkəmənin xx xxxx 2019-cu il tarixli hökmündən verilmiş apellyasiya şikayəti ilə bağlı CPM-nin 381-389-cu maddələrinin tələblərinin yetirilməsi məqsədi ilə cinayət işi birinci instansiya məhkəməsi qaytarılmalıdır. Şərh edilənləri və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 386, 387, 391 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Məhkum Təqsirləndirilən şəxs apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vermiş olduğu vəsatət apellyasiya şikayətinin verilmə müddəti ötürülmədiyindən təmin edilməsin. Balakən Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(019)-35/2019 saylı qərarı ləğv edilsin. Balakən Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 1(019)-35/2019 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti CPM-nin 381- 389-cu maddələrinin tələblərinin yetirilməsi məqsədi ilə cinayət işi birinci instansiya məhkəməsi qaytarılsın. Hazırkı qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya qaydasında şikаyət və yа protest verilə bilməz. İş üzrə sədrlik edən hakim Akif Eyvazov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar