Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-257/2021 01.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi ilə, məhkum Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X6 oğlunun iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunması barədə Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarından məhkum Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Cahid İmanov) 18 oktyabr 2019-cu il tarixli hökmü ilə xx.xx.1991-ci ildə Şəki rayonu Aşağı Göynük kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər Gəncə Hərbi Məhkəməsinin 02.04.2015-ci il tarixli hökmü ilə CM-in 177.2.2, 177.2.3, 177.2.4, və 29, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 04 il 06 ay müddətində azadlıqdan məhrum etmə və 800 manat cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə azadlıqdan məhrum etmə cəzasının müddəti 3 il 6 aya endirilmiş, Şabran Rayon Məhkəməsinin 25 dekabr 2017-ci il tarixli qərarı ilə Gəncə Hərbi Məhkəməsinin 02.04.2015-ci il tarixli hökmündən CM-in 177.2.2, 177.2.4, 29, 177.2.3-cü maddələri xaric edilmiş, əməli CM-nin 177.2.2, 177.2.3, 177.2.4 və 29, 177.2.3-cü maddələrindən CM-in 177.2.3-cü maddəsinə tövsif edilmiş, təyin edilmiş 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 6 ay azaldılmış və həmin tarixdə həbsdən azad edilmiş, cərimə cəzasını ödəmiş, Şəki Rayon Məhkəməsinin 25.06.2018-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Şəki Rayon Məhkəməsinin 03.09.2019cu il tarixli qərarı ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası 11 ay 01 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, məhkumluğu ödənilməmiş və qanunla müəyyən edilmiş qaydada götürülməmiş, Şəki rayonu Aşağı Göynük kəndində pasport qeydiyyatında olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək iki il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 20 iyun 2019-cu il tarixdən 22 iyun 2019-cu il tarixədək şübhəli şəxs qismində tutulduğu iki gün müddət azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə ona təyin edilmiş iki il altı ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılaraq üzərində qəti olaraq iki il beş ay iyirmi səkkiz gün azadlıqdan məhrum etmə cəzasının saxlanılması, Şəki Rayon Məhkəməsinin 03.09.2019cu il tarixli qərarı ilə ona Şəki Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli hökmü ilə təyin olunmuş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 (bir) il 10 (on) ay 02 (iki) gün hissəsinin azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş, 11 (on bir) ay 01 (bir) günün çəkilməmiş qalan 09 (doqquz) ay 16 (on altı) günü CM-in 67.1-ci maddəsinə əsasən hazırkı hökmlə ona təyin edilmiş iki il beş ay iyirmi səkkiz gün müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirməklə ona qəti olaraq iki il səkkiz ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi və cəza çəkmə müddətinin əvvəlinin 18 sentyabr 2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, iş üzrə 505 (beş yüz beş) manat maddi ziyanın ödənilməsinin nəzərə alınması, iş üzrə maddi sübut kimi tanınaraq Şəki ŞRPŞ-nin Təminat Hissəsinə təhvil verilmiş 01 ədəd dəmir ucluq (sverdlo), 01 ədəd dəmir kəsən mişar, 01 ədəd “Güvən” markalı su mühərriki və 01 ədəd dəftərin Zərərçəkmiş şəxs qaytarılması, 50.00 (əlli) manat məbləğində ekspertiza xərcinin hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs alınıb Dövlət büdcəsinə AZ.MEM VÖİN **********; X1, kod 210005, VÖİN **********, müxbir hesab AZ41NABZ******************** SWİFT. Bik CTREAZ22 hesaba köçürülməsi, iş üzrə mülki iddianın olmamasının nəzərə alınması müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs 13.07.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə vəsatət verərək Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Bundan sonra məhkum Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsi haqqında 05.05.2021-ci il tarixdə yenidən vəsatət vermişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, savadsızlığından və qanunu bilmədiyinə görə apellyasiya şikayətini verə bilməmişdir. Ona görə də apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsini məhkəmədən xahiş edir. Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2020-ci il tarixli hökmündən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Bundan sonra məhkum Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarından narazı qaldığından apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən məhkum Təqsirləndirilən şəxs bildirmişdir ki, hüquqi savadsızlığı ilə bağlı barəsində olan hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən məhkumun müdafiəçisi Emil Əliyev bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxs məhkum Təqsirləndirilən şəxs hüquqi savadsızlığı ilə bağlı barəsində olan hökmdən vaxtında apellyasiya şikayəti verə bilməmişdir. Ona görə də müdafiə tərəfi hesab edir ki, apellyasiya şikayəti vermək üçün buraxılmış müddət bərpa edilməlidir. Odur ki, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, cinayət işi üzrə 18 oktyabr 2019-cu il tarixli məhkəmə iclas protokolundan görünür ki, (cild 2, i. v. 123-129) məhkəmə iclaslarında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 91-ci maddəsində nəzərdə tutulan hüquqları, o cümlədən hökmdən və məhkəmənin digər qərarlarından apellyasiya şikayəti vermək hüququ ona izah edilmiş, eyni zamanda Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 1(075)-72/2019 nömrəli hökmünün surəti Şəki penitensiar müəssisəsində cəza çəkən Təqsirləndirilən şəxs rəsmi qaydada təqdim edilərək, hökmdə ondan apellyasiya şikayəti vermək hüququ ona izah edilmişdir. Eyni zamanda, birinci instansiya məhkəməsində ifadə verən Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 1(075)-72/2019 nömrəli hökmünün surətini təxminən 2019-cu ilin noyabr ayının sonu-dekabr ayının əvvələrində aldığını etiraf etmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 1(075)-72/2019 nömrəli hökmünün surətinin ona rəsmi qaydada verildiyi vaxtdan xeyli müddət keçəndən sonra apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpa edilməsi haqda vəsatət vermişdir. Məhkumun cinayət işinə əlavə edilmiş prosessual müddətin bərpa olunması barədə vəsatətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs barəsində olan hökmün surətini vaxtında almış, lakin qanunla müəyyən edilmiş müddət ərzində apellyasiya şikayəti verməmişdir. Eyni zamanda, məhkum Təqsirləndirilən şəxs bundan əvvəl də, yəni 13.07.2020-ci il tarixdə birinci instansiya məhkəməsinə apellyasiya şikayəti vermək üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə müraciət etmiş, Şəki Rayon Məhkəməsinin 05 avqust 2020-ci il tarixli qərarı ilə həmin ərizə təmin edilməsə də, məhkum qeyd olunan qərarla razılaşaraq ondan apellyasiya şikayəti verməmişdir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Belə ki, cinayət işinin materiallarından və məhkum Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 1(075)- 72/2019 nömrəli hökmünün surəti ona təqdim edilmiş və bu müddət ərzində onun apellyasiya şikayəti verməsi üçün kifayət qədər vaxtı və imkanı olmuşdur. CPM-in 384.2-ci maddəsinə əsasən, həbsdə saxlanılan məhkum tərəfindən ittiham hökmündən apellyasiya şikayəti hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Məhkəmə kollegiyası məhkum Təqsirləndirilən şəxs 18 oktyabr 2019-cu il tarixli hökmünün surətini aldıqdan xeyli vaxt keçdikdən sonra məhkəməyə müraciət etməsini, vəsatətdə və apellyasiya şikayətində apellyasiya şikayəti vermə müddətinin ötürülməsini hər hansı bir üzrlü səbəblə əlaqələndirə bilməməsini nəzərə alaraq hesab edir ki, məhkum tərəfindən həmin hökmdən apellyasiya şikayəti verilməsi müddəti üzrsüz səbəbdən ötürülmüşdür. Birinci instansiya məhkəməsi düzgün olaraq ötürülmüş prosessual müddəti bərpa etməkdən imtina etmişdir. Ona görə də iş üzrə apellyasiya şikayəti təmin olunmamalı və Təqsirləndirilən şəxs CM-in 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunması barədə Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. CPM-in 391.3.3-cü maddəsinə əsasən, apellyasiya şikayətinə və ya apellyasiya protestinə ilkin baxılması zamanı apellyasiya instansiyası məhkəməsi bu Məcəllənin müddəalarına müvafiq olaraq apellyasiya şikayətinin və ya apellyasiya protestinin verilməsi üçün müəyyən edilmiş müddətin bərpa edilməsi və ya bərpanın rədd edilməsi haqqında qərаr qəbul еdə bilər. Məhkəmə kollegiyası göstərilənlərə əsаsən və CPM-in 391.3-cü mаddəsini rəhbər tutаrаq, QƏRАRА АLDİ: Apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 1(075)-72/2019 nömrəli hökmündən apellyasiya şikayəti vermə müddətinin bərpa olunmasından imtina olunması barədə Şəki Rayon Məhkəməsinin 21 may 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-257/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-257/2021
01.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver