Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-259/2021 06.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X8 və onun müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X21 iştirakı ilə, X8 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.2 və 148-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmündən xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X13 nümayəndələri və vəkilləri Nümayəndə1 Əbdürrəhim oğlu, Nümayəndə2 və təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (hakim Etibar Hümbətov) 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmü ilə, 13 oktyabr 1955-ci ildə Ağsu rayonu, Abasxanlı kəndində anadan olan, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Ağsu rayonu, Abasxanlı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş X17 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 147.2-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 04 (dörd) ay müddətə islah işləri cəzasına, CM-in 148-ci maddəsi ilə təqsirli bilinib qazancından 10 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 03 (üç) ay müddətə islah işləri cəzasına məhkum edilmiş, CM-in 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzaların qismən toplanması yolu ilə X10 qəti olaraq qazancından 10 faiz məbləğində dövlət nəfinə pul tutulmaqla 1 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzası təyin edilməsi, cəzasını iş yeri üzrə çəkməsi, cəza çəkməsinin əvvəli onun qazancından tutulmalara başlandığı gündən hesablanması, hökmün icrasına nəzarət Ağsu rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cinayət işi üzrə maddi sübut olan 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, mülkü iddianın baxılmamış saxlanılması, təqsirləndirilən şəxs X7 aparılmış ekspertiza tədqiqatının dəyəri 180 (yüz səksən manat) manat alınıb Respublika büdcəsinin müvafiq hesabına keçirilməsi hökm edilmişdir. İşin halları: Xüsusi ittiham qaydasında şikayətə əsasən X17 təqsirləndirilir оndаn ötrü ki, təqsirləndirilən şəxs tərəfindən TV-24.Az internet saytına verdiyi müsahibədə və yazmış olduğu ərizələrdə xüsusi ittihamçının barəsində şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna xələl gətirən məlumatlat qeyd etmiş və həmin məlumatlar yayılmışdır. Həmin məlumatların həqiqət olması isə məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən öz qulluq mövqeyindən sui istifadə edərək ona etibar edilmiş külli miqdarda dövlət əmlakını mənsiməsi halı müəyyən olunmamışdır. Nəticə etibarı ilə Ə.Məmmədova S.Məmmədovu kütləvi informasiya vasitələrində təhqir etmiş və ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Bununla da, kütləvi informasiya vasitəsində sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, həmçinin yalan olduğunu bilə-bilə xüsusi ittihamçının ağır cinayət törətməsinə dair böhtan xarakterli məlumatı kütləvi informasiya vasitəsində yaymaqla sonuncunun şərəf və ləyaqətini ləkələyən və nüfüzdan salan məlumatları yaymışdır. Xüsusi ittiham qaydasında şikayət vermiş X3 Əflakə Tapdıq qızının CM-in 147.2 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xüsusi ittiham qaydasında şikayətlə məhkəməyə müraciət etmişdir. Xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X22 şikayətini onunla əsaslandırmışdır ki, X17 TV-24.AZ internet saytında 22 sentyabr 2020-ci il tarixdə “Ağsuda məmurla vətəndaş arasında qalmaqal: “Uşaqları lyuks həyat yaşayır”, habelə Tək Xəbər kimi qeyd olunan hissədə “Dövlət vəsaitini talayan məmur məni həbs etdirmək istəyir” başlığı altında olan canlı çıxış etmişdir. Qeyd edilən canlı internet çıxışlarında təqsirləndirilən şəxs onun şərəf və ləyaqətini ləkələyən, alçaldan və işgüzar nüfuzunu ləkələyən, ağır cinayət hərəkətinin edilməsində təqsirləndirilməklə ona qarşı psixi terror mahiyyəti daşıyan məlumatlar yaymış və fikirlər yürütmüşdür. Belə ki, Əflakə Məmmədovanın canlı internet çıxışında qeyd olunur ki, dövlət tərəfindən bir dəfə suvarma üçün ayırılan 1.000.000 (bir milyon manat), ikinci dəfə bu məqsədlə ayırılan 2.300.000 (iki milyon üç yüz min) manat pul vəsaitini mənimsəmişdir. Bununla heç bir hüquqi əsası olmadan onu ağır cinayət hərəkəti etməyində suçlamaqla, onun işgüzar nüfuzuna ağır zərbə vurmuşdur. Bununla yanaşı canlı çıxışda Ə.Məmmədova bir daha vurğulayır ki, dövlət tərəfindən ayırılan 7.000 000 (yeddi milyon) manat pul oğlunun adına olan şirkətinin hesabına köçürdüb, nəticə etibarən həmin pul vəsaitinin ələ keçirilməsi kimi əsassız və qanunsuz tələblər irəli sürməklə, faktiki onu ağır cinayət hərəkəti etməkdə təqsirləndirmiş, onun işgüzar nüfuzuna ciddi zərbə vuraraq, mənəvi cəhətdən sarsıntı keçirmişdir. İnternet çıxışının bütövlükdə fotoşəkilinin surəti, kompüter və DVD formatında şikayət ərizəsinə əlavə etdiyindən həmin çıxış barədə müəyyən fikirləri qeyd etmək istəyir ki, qeyd olunan çıxışa əsasən onun X31nin rəisi kimi barəsində yalan və böhtan dolu məlumatlar qeyd edilmişdir. Çıxışın sonuna yaxın görünür təqsirləndirilən şəxs əsəbi soyumadığına görə ona da şər, böhtan saçan ifadələrdən istifadə etmişdir. Həmçinin 31 avqust 2020-ci il tarixdə təqsirləndirilən şəxs X17 Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizədə barəsində şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Ərizədə heç bir hüquqi əsas olmadan onun 10 nəfər şəxsdən pul alıb, birinə su verir kimi, bu sezonda 8-10 min manat pul toplamışlar, bu pul hansı büdcəyə köçürüldü, daha sonra Kazımov Kamranın adına şirkət açdırıb, həmin şirkətin hesabına hansısa yol ilə pul köçürülməsi kimi ittihamlar irəli sürüb onu vəzifəsindən istifadə edib pul vəsaitlərinin ələ keçirməsində suçlayır. Bu münasibət, yanaşma tərzi təsdiq edir ki, həqiqətən Ə.Məmmədovanın qanunsuz hərəkətlərinə himayədarlıq edən şəxslərə yalnız və yalnız şəxsi maraqlarını təmin etmək maraqlandırır. Hüquqi əsası olmadan bu cür ittiham qaydasında çıxış etməklə onu hesab edir ki, təqsirləndirilən şəxs hüquqi dövlətdə yaşadığı dərk etmədən istənilən şəxsə böhtan və təhqir yağdırmağın belə asan olduğunu düşünür. Həmin ərizədə göstərilən məlumatlar həqiqətə uyğun deyil. Belə ki, X29 çalışmağa başladığı andan hazırki tarixə kimi üzərinə düşən vəzifəni qanunla müəyyən elilmş qayda icra etmişdir. Ə.Məmmədovanın internet çıxışında və yazdığı ərizədə daimi onu iztirablara məruz qoyur. Belə ki, onun ərizələrində yazdığı və onu ittiham etdiyi məlumatlar övladlarına da çox mənfi təsir edir və ailəsinə mənəvi basqını davam edir. Bəli o rayonda vəzifə sahibi və bəlli ictimai etimadı var. Bu cür əsassız, həqiqətə uyğun olmayan məlumatlar onun ictimai etimadını zədələmək niyyəti güdür, gələcək karyerasını və ailəsini təhlükə altına qoyur. Beləliklə, yuxarıda adları qeyd olunan TV-24.AZ internet saytında canlı çıxışlarında və Prezidentə dəfələrlə ünvanlanmış ərizədə onu əxlaqsız, rüşvətxor, saxtakar, sərxoşluqla məşğul olan şəxs adlandırmaqla onu təhqir etmiş və təhrif edilmiş məlumatlarla ona böhtan atmış, mənəvi sarsıntı yaşatmış, şərəf və ləyaqətini nalayiq formada alçaltmış, işgüzar nüfuzunu ləkələmişdir. Kütləvi informasiya vasitələrində və ərizədə haqqında böhtan, şantaj, iftira və təhqir xarakterli məlumatlar yaymış X17 barəsində Azərbaycan Respublikası CM-in 147.2, 148ci maddələri ilə cinayət işinin başlanması, onun barəsində həbs qətimkan tədbirin seçilməsi və iş üzrə ibtidai araşdırma aparılmaqla təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edilərək cəzalandırılması haqqında, bundan başqa, kütləvi informasiya vasitəsi ilə yayımladığı böhtan, şantaj və iftira xarakterli məlumatlarla mənim işgüzar nüfuzuma, şərəf və ləyaqətimə xələl gətirən, mənəviyyatıma vurduğu psixoloji ziyanla bağlı X17 tərəfindən 100.000 (yüz min) manat məbləğində təzminat ödənilməsi və həmin məbləğin talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların reabilitasiyası ilə məşğul olan tibb müəssisəsinə verilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmündən xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X13 nümayəndələri və vəkilləri Nümayəndə1 Əbdürrəhim oğlu, Nümayəndə2 və təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X17 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X13 nümayəndələri və vəkilləri Nümayəndə1 Əbdürrəhim oğlu, Nümayəndə2 özləri tərəfindən verilmiş apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmünün cəzanın həddindən artıq yüngül olması əsası ilə ləğv edilərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X17 özü tərəfindən verilmiş apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)- 01/2021 nömrəli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmündən verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etirazlar verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X8 və onun müdafiəçisi X32 özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Apellyasiya məhkəməsi iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X13 nümayəndələri və vəkilləri Nümayəndə1 Əbdürrəhim oğlu və Nümayəndə2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X17 qızı Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin özləri tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X13 nümayəndələri və vəkilləri Nümayəndə1 Əbdürrəhim oğlu, Nümayəndə2 və təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs X17 ona CM-in 147.2 və 148-ci maddələrilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək bildirdi ki, əvvəllər Bakı şəhərində qalmış, daha sonra 2-ci qrup əlil bacısı olduğundan Ağsu rayonu Abasxanlı kəndinə qayıtmışdır. O, kənddə əkin-biçin və kənd təsərrüfatı işləri ilə məşğul olmağa başlamışdır. Kəndlərində su arxı olmadığından rayon Suvrama idarəsinə getmiş və həmin idarənin rəisi olan Səfər Məmmədovun qəbulunda olmuş və kəndlərinə su arxı lazım olduğunu, əkdikləri məhsulları suvara bilmədiklərini bildirmişdir. X35 bundan imtina etmişdir. Buna görədə müxtəlif orqanlara ərizələr ilə müraciət etmişdir. Lakin hər hansı kanala və ya saytlara ərizə yazmamışdır. 20 sentyabr 2020-ci il tarixdə onun mobil telefon nömrəsinə tanımadığı nömrədən zəng gəlmiş və tanımadığı şəxs ona dövlət kanalından olduğunu və şikayətini çəkmək istədiklərini bildirmişdir. Əvvəlcə o, dövlət kanalından olmaqlarına inanmamış və bundan imtina etmişdir, sonradan ona əkdiyi pambığ sahəsini də çəkəcəklərini bildirmiş, o, yalnız bunu dedikdən sonra zəng edən şəxsin dövlət kanalından zəng elədiyinə inanmışdır. Buna görədə onunla razılaşmışdır. Sentyabr ayının 22-də o, pambıq sahəsində olarkən həmin nömrədən zəng gəlmiş və yolda olduqlarını və çəkiliş üçün gəldiklərini bildirmişdir. Buna görədə o, tez evə getmişdir. Daha sonra 4 nəfər şəxs gəlmiş və vəsiqlərini göstərərək TV.24 kanalının əməkdaşları olduqlarını bildirmişdir. Daha sonra həmin əməkdaşlar kameraları quraşdırmışlar. O, ümumi kəndin suvarma problemlərində və su arxı olmamasından və buna görə Səfər Məmmədov barəsində şikayət etdiyini bildirmişdir. Bundan sonra həmin əməkdaşlar ona telefonda yazı göstərərək həmin yazıları oxumağı bildirmişlər. O, həmin yazıları oxuyarkən xəbəri olmadan kameraya çəkmişlər. O, çəkiliş zamanı həmin sözləri telefondan oxuyarkən demişdir. Təkcə onun öz sözləri X13 oğlanlarının lüks həyat yaşadığı və xarici sedan tipli maşınlar sürməkləri olmuşdur. Barəsində bəraət hökmü çıxarılmasını xahiş etdi. Birinci instansiya məhkəməsinin iclasında xüsusi ittihamçı X13 nümayəndəsi və vəkili Nümayəndə1 xüsusi ittiham qaydasında şikayət ərizəsini müdafiə edib bildirmişdir ki, X17 TV-24. AZ internet saytında 22 sentyabr 2020-ci il tarixdə “Ağsuda məmurla vətəndaş arasında qalmaqal: “Uşaqları lyuks həyat yaşayır”, habelə Tək Xəbər kimi qeyd olunan hissədə “Dövlət vəsaitini talayan məmur məni həbs etdtirmək istəyir” başlığı altında olan çanlı çıxış etmişdir. Qeyd edilən canlı internet çıxışlarında təqsirləndirilən şəxs təmsil etdiyim şəxsin şərəf və ləyaqətini ləkələyən, alçaldan və işgüzar nüfuzunu ləkələyən, ağır cinayət hərəkətinin edilməsində təqsirləndirilməklə ona qarşı psixi terror mahiyyəti daşıyan məlumatlar yaymış və fikirlər yürütmüşdür. Belə ki, Əflakə Məmmədovanın canlı internet çıxışında qeyd olunur ki, təmsil etdiyim şəxs tərəfindən dövlət tərəfindən bir dəfə suvarma üçün ayırılan 1.000.000 (bir milyon manat, ikinci dəfə bu məqsədlə ayırılan 2.300.000 (iki milyon üç yüz min) manat pul vəsaitini mənimsəmişdir. Bununla o heç bir hüquqi əsası olmadan ağır cinayət hərəkəti etməyində suçlamaqla, işgüzar nüfuzuna ağır zərbə vurmuşdur. Bununla yanaşı o canlı çıxışda Ə.Məmmədova bir daha vurğulayır ki, dövlət tərəfindən ayırılan 7.000 000 (yeddi milyon) manat pul oğlunun adına olan şirkətinin hesabına köçürdüb, nəticə etibarən həmin pul vəsaitinin ələ keçirilməsi kimi əsassız və qanunsuz tələblər irəli sürməklə, faktiki ağır cinayət hərəkəti etməkdə təqsirləndirmiş, Səfər Məmmədovun işgüzar nüfuzuna ciddi zərbə vurmuş və o mənəvi cəhətdən sarsıntı keçirmişdir. Odur ki, təqsirləndirilən X8 CM-in 147.2, 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını və onun barəsində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında xüsusi ittihamçı X13 digər nümayəndəsi və vəkili Nümayəndə2 xüsusi ittiham qaydasında şikayət ərizəsini müdafiə edib bildirmişdir ki, internet çıxışının bütövlükdə fotoşəkilinin surəti, kompyuter və DVD formatında şikayət ərizəsinə əlavə edilmiş və qeyd olunan çıxışa əsasən təmsil etdiyi şəxsin, X31nin rəisi kimi barəsində yalan və böhtan dolu məlumatlar qeyd edilmişdir. Çıxışın sonuna yaxın görünür təqsirləndirilən şəxs əsəbi soyumadığına görə ona qarşı şər, böhtan saçan ifadələrdən istifadə etmişdir. Həmçinin 31 avqust 2020-ci il tarixdə təqsirləndirilən şəxs X17 Azərbaycan Respublikası Prezidentinə ünvanladığı ərizəsində barəsində şərəf və ləyaqətini alçaldan, işgüzar nüfuzuna xələl gətirən, həqiqətə uyğun olmayan məlumatlar yazmışdır. Ərizədə heç bir hüquqi əsasə olmadan 10 nəfər şəxsdən pul alıb,birinə su verirmiş kimi, bu sezonda 8-10 min manat pul topladığını, bu pulun hansı büdcəyə köçürüldüyünü, daha sonra Kazımov Kamranın adına şirkət açdırıb,həmin şirkətin hesabına hansısa yol ilə pul köçürülməsi kimi ittihamlar irəli sürüb vəzifəsindən istifadə edib pul vəsaitlərinin ələ keçirməsində suçlayır, Bu münasibət, yanaşma tərzi təsdiq edir ki, həqiqətən Ə. Məmmədovanın qanunsuz hərəkətlərinə himayədarlıq edən şəxslərə yalnız və yalnız şəxsi maraqlarını təmin etmək maraqlandırır. Həmin ərizədə göstərilən məlumatlar həqiqətə uyğun deyil. Belə ki, X29 çalışmağa başladığı andan hazırki tarixə kimi üzərinə düşən vəzifəni qanunla müəyyən elilmiş qayda icra etmişdir. Ə. Məmmədovanın internet çıxışında və yazdığı ərizədə daimi onu iztirablara məruz qoyur. Belə ki, onun ərizələrində yazdığı və ittiham etdiyi məlumatlar Səfər Məmmədovun övladlarına da çox mənfi təsir edir və ailəsinə mənəvi basqını davam edir. Bəli rayonda vəzifə sahibi və bəlli ictimai etimadı var. Bu cür əsassız, həqiqətə uyğun olmayan məlumatlar onun ictimai etimadını zədələmək niyyəti güdür, gələcək karyerasını və ailəsini təhlükə altına qoyur. Beləliklə, yuxarıda adları qeyd olunan TV-24.AZ internet saytında canlı çıxışlarında və Prezidentə dəfələrlə ünvanlanmış ərizədə onu əxlaqsız, rüşvətxor, saxtakar, sərxoşluqla məşğul olan şəxs adlandırmaqla onu təhqir etmiş və təhrif edilmiş məlumatlarla təmsil etdiyi şəxsə böhtan atmış, mənəvi sarsıntı yaşatmış, mənim şərəf və ləyaqətimi nalayiq formada alçaltmış, işgüzar nüfuzunu ləkələmişdir. Odur ki, təqsirləndirilən X8 CM-in 147.2, 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını və onun barəsində azadlıqdan məhrumetmə növündə cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Çaparlı kəndində ailəsilə birlikdə yaşayır. X11 həmyerlisi kimi tanıyır. Dəqiq tarixini bilmədiyi vaxtda Əflakə Məmmədova yaşadığı Ağsu rayonu Çaparlı kəndindəki evinə gələrək, ona çəkiliş gələcəyini və Səfər Məmmədovun fəaliyyəti haqqında danışmağı təklif etdi. O isə Əflakə Məmmədova ilə razılaşmamışdır. Əflakə Məmmədova ona Səfər Məmmədovanın pullu adam olduğunu və ondan yaxşı pul almaq olduğunu bildirdi. Bundan ötrü təkcə Səfər Məmmədovun işlədiyi idarədəki yeyintidən, imkanından danışmaq lazım olduğunu dedi. O isə yenə Əflakə Məmmədova ilə razılaşmamış və belə hərəkət etməyəcəyini bildirmişdir. Bundan sonra Əflakə Məmmədova çıxıb getmişdir. Əflakə Məmmədova getdikdən təxminən 2 saat sonra Əfakənin ona dediyi sözlər barədə Səfər Məmmədova mesaj yazmışdır. Həmçinin bildirmişdir ki, Səfər Məmmədovun idarəsində 2 nəfər kəndçisi işləyir və Səfər Məmmədovun nömrəsini onlardan almışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X25 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu Çaparlı kəndində ailəsilə birlikdə yaşayır. X11 həmkəndlisi kimi tanıyır. Münasibətləri yaxşı deyildir. Balaca qardaşı Səfər Məmmədovun müdiri olduğu Ağsu rayonu Suvarma idarəsində işləyir. Əvvəllər qardaşı Meşə idarəsində işləyirmiş, Əflakə Məmmədova qardaşına şər-böhtan atdığı üçün o, idarədən çıxmaq məcburiyyətində qalmışdır. Əflakə Məmmədova qardaşını işdən çıxartmaq üçün Səfər Məmmədovun yanına gedərək, qardaşının işdən çıxarılmasını tələb etmiş, əgər Səfər müəllimə onu işdən çıxarmasan səndən müxtəlif orqanlara şikayət edəcəm demişdir. X30 Məmmədovaya yox cavabı vermiş, buna görədə Əflakə Məmmədova ona şər-böhtan ataraq müxtəlif orqanlara doğru olmayan məlumatlar yazmışdır. X16 şər-böhtan atan qadın olmuş, belə ki, o, müxtəlif vaxtlarda Baytarlıq idarəsinin rəisi Gülxan müəllimdən və Qeydiyyat şöbəsinin rəisi Atakişi müəllimədə şər-böhtan atmışdır. Təxminən 2009-cu il tarixdə Baytarlıq idarəsinin rəisi Gülxan müəllimə və Qeydiyyat şöbəsinin rəisi Atakişi müəllimə şər-böhtan atmış və onlardan pul tələb etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin 24 sentyabr 2020-ci il tarixli arayışından görünür ki, X6 rayonu Abasxanlı kəndində qeydiyyatda olmaqla orada yaşayır. İş materiallarında olan X31 İdarəsinin 07 oktyabr 2020-ci il tarixli 131 nömrəli arayışından görünür ki, heç bir vaxt Qazanarxının tikintisi üçün X31 idarəsinə vəsait ayrılmayıb, ümumiyyətlə “Nicat-A” müəssisəsi ilə heç bir xidməti müqavilə və yaxud bu müsəssisəyə dövlət vəsaiti köçürülməmişdir. İş materiallarında olan X31 İdarəsinin 07 oktyabr 2020-ci il tarixli 132 nömrəli arayışından görünür ki, X23 və X9 heç bir vaxt X31 İdarəsində işləməmişdir. İş materiallarında olan X31 İdarəsinin 07 oktyabr 2020-ci il tarixli 133 nömrəli arayışından görünür ki, iki milyon üç yüz min manat və buna yaxın vəsait heç bir vaxt X24 daxil olmamışdır. X31 İdarəsinin gördüyü işlər isə Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin istismar tədbirləri planına uyğun olaraq aparılır. İş materiallarında olan X31 İdarəsinin 16 oktyabr 2020-ci il tarixli 138 nömrəli arayışından görünür ki, Ağsu rayon Abasxanlı kənd sakini X1 ərazisində 2 ha pambıq sahəsi əkmişdir. Əkilmiş pambıq sahəsinin suvarılması ilə əlaqədar müqavilə bağlanmasını bir neçə dəfə Ağsu SSİ-nin işçiləri onun nəzərinə çatdırmışdır. Lakin hər dəfə, o müqavilə bağlamağdan boyun qaçırmışdır. Həmin pambıq sahəsinin suvarılması üçün istifadə etdiyi suyun pulunu iə ödəməmişdir. İş materiallarında olan Ağsu rayon Kəndoba Bələdiyyəsinin 16 oktyabr 2020-ci il tarixli 67 nömrəli məktubundan görünür ki, Abasxanlı kənd sakini X4 bələdiyyəsinin Abasxanlı kəndinin prespektiv inkişaf fonduna aid edilmiş torpaq sahəsindən öz başına olaraq 1.52 ha torpaq sahəsini öz başına şumlayaraq pambıq bitkisi əkmişdir. İş materiallarında olan X31 İdarəsinin 28 oktyabr 2020-ci il tarixli 146 nömrəli arayışından görünür ki, Ağsu rayon Abasxanlı kənd sakini X17 cari ildə 2 ha pambıq, 4.19 ha taxıl, 0.6 ha həyətyanı sahəsi üzrə suvarma suyundan istifadə etmişdir. Lakin istifadə etdiyi suvarma suyunun pulunu ödəməmişdir. İş materiallarında olan məhkəmə-linqvistik ekspertizasının 09.03.2021-ci il tarixli 4/18 saylı rəyindən görünür ki, İş materiallarına əlavə edilmiş ərizələrin mətnində işlədilmiş çoxsaylı neqativ məzmunlu söz və ifadələr ədəbi və linqvistik təhlil baxımından şəxsin şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna xələl gətirən məlumatlardır. İş materiallarına əlavə edilmiş diskdə olan X8 TV-24.Az internet saytındakı müsahibəsində işlətdiyi çoxsaylı neqativ məzmunlu söz və ifadələr öz hüquqi təsdiqini tapmadığı təqdirdə şəxsin şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna xələl gətirən məlumatlardır. Məlumatların həqiqiliyin müəyyən olunması ekspert səlahiyyətinə aid deyildir. Bir ədəd DVD markalı, bir ədəd CD markalı diskə həm birinci instansiya məhkəməsinin baxışı zamanı, həm də hazırkı məhkəmə kollegiyasının iclasında baxış keçirilmiş və tədqiq edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnfarmasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, X8 əvvəllər məhkum olunması ilə bağlı heç bir məlumat yoxdur. Öyrənilən işdən bəlli olur ki, həqiqətəndə təqsirləndirilən şəxs tərəfindən TV-24.Az internet saytına verdiyi müsahibədə və yazmış olduğu ərizələrdə xüsusi ittihamçının barəsində şərəf və ləyaqətini alçaldan, onun işgüzar nüfuzuna xələl gətirən məlumatlat qeyd etmiş və həmin məlumatlar yayılmışdır. Həmin məlumatların həqiqət olması isə məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Həmçinin məhkəmə iclasında xüsusi ittihamçı tərəfindən öz qulluq mövqeyindən sui istifadə edərək ona etibar edilmiş külli miqdarda dövlət əmlakını mənsiməsi halı müəyyən olunmamışdır. Nəticə etibarı ilə Ə.Məmmədova S.Məmmədovu kütləvi informasiya vasitələrində təhqir etmiş və ağır cinayətdə ittiham etməklə böhtan atmışdır. Bununla da, kütləvi informasiya vasitəsində sonuncunun şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmış, həmçinin yalan olduğunu bilə-bilə xüsusi ittihamçının ağır cinayət törətməsinə dair böhtan xarakterli məlumatı kütləvi informasiya vasitəsində yaymaqla sonuncunun şərəf və ləyaqətini ləkələyən və nüfüzdan salan məlumatları yaymışdır. Hazırda təhlil olunan işdən aydın olur ki, təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X17 özü tərəfindən verilmiş apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmünün ləğv edilməsini və ona bəraət verilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətlərinin bu dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə təqsirləndirilən şəxs X8 bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə onun bununla bağlı apellyasiya şikayətində gösərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Belə ki, təqsirləndirilən şəxs X17 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi Xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X13 nümayəndələri və vəkilləri Nümayəndə1 və Nümayəndə2, şahidlərin ifadələri, ekspert rəyi və digər sənədlərlə tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 46-cı maddəsinə görə insanın şərəfi, ləyaqəti və nüfuzu hüququn ən ali bəşəri dəyərlərindən hesab olunur. Eləcədə oxşar mövqeni paylaşan Birləşmiş Millətlər Təşkilatının 10 dekabr 1948-ci il tarixli Ümumdünya İnsan Hüquqları Bəyannaməsində və 16 dekabr 1966-cı il tarixli “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktda, “İnsan Hüquqlarının və X12 haqqında” Avropa Konvensiyasında təsbit edilmiş şəxsi və ailə həyatına hörmət hüququ ilə əlaqədar olaraq qeyd olunur ki, hər kəsin şərəf və ləyaqətini müdafiə etmək hüququ vardır, hər hansı hal şəxsiyyətin ləyaqətinin alçaldılmasına əsas verə bilməz. Göründüyü kimi, insanın şərəfi, ləyaqəti və nüfuzu bir-biri ilə sıx surətdə bağlı olan mənəvi, əxlaqi və sosial dəyərlər olduğuna görə bu dəyərlər dövlət tərəfindən mühavizə və müdafiə olunur. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin 21 fevral 2014-cü il tarixli Plenumunun 2-ci bəndində göstərilir ki, Məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. İqtibas edilmiş Plenum qərarının 5-ci bəndində daha sonra göstərilir ki, qeyd edilsin ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-in 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Həmin Qərarın 7-ci bəndində Məhkəmələrə tövsiyə edilb ki, xüsusi ittiham qaydasında şikayətlər əsasında işlərə baxılarkən yayılmış məlumatların təhqir və ya tənqid xarakterli olmasına, onların xüsusi ittihamçının şəxsi və ya ictimai həyatına, siyasi fəaliyyətinə müdaxilə olub-olmamasına diqqət yetirsinlər. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 147.2 və 148-ci maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 147.2 və 148-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, uyğun olaraq apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş biridigərini tamamlayan sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zəruriət görmür. Bu səbəbdən də, məhkəmə kollegiyası X8 CM-in 147.2 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmünün ləğv edilərək, iş apellyasiya şikayətlərinin dəlillərini inandırıcı qəbul etmir. Məhkəmə kollegiyası, həmçinin xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X13 nümayəndələri və vəkilləri Nümayəndə1 Əbdürrəhim oğlu, Nümayəndə2 özləri tərəfindən verilmiş apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmünün cəzanın həddindən artıq yüngül olması əsası ilə ləğv edilərək, ona həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı cəzanın təyin edilməsi ilə bağlı dəlillərini əsaslı hesab etmir. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzasını təyin etməklə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmündən xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X13 nümayəndələri və vəkilləri Nümayəndə1 Əbdürrəhim oğlu, Nümayəndə2 və təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, iş üzrə Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 42.1.3, 42.1.4, 350, 352-353, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Xüsusi ittihamçı və eyni zamanda mülki iddiaçı X13 nümayəndələri və vəkilləri Nümayəndə1 Əbdürrəhim oğlu, Nümayəndə2 və təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh X17 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Ağsu Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli, 1(016)-01/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-259/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-259/2021
06.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver