Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-26/2020 05.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apellyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, müdafiəçi- Şəki şəhər Vəkil Bürosunun vəkili X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilmələrinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim İ.Fəttahov) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, xx.xx.1986-cı ildə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşaqları olan, orta təhsilli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilən azadlıqdan məhrum etmə cəzasına Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə təyin edilmiş 02 il müddətində azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 01 il 06 ay 20 gün hissəsi CM-nin 68.1.11-ci maddəsinə uyğun hesablandıqda 9 ay 10 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına hesablanaraq qismən birləşdirilərək Təqsirləndirilən şəxs 1 il 6 ay müddətin azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs məhkəmə baxışınadək həbsdə saxlandığı bir gün müddət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlqıdan məhrum etmə cazasından çıxılaraq, üzərində qəti cəza olaraq 1 il 5 ay 29 gün müddətinə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının əvvəli həbsə alındığı vaxtdan, yəni xx.xx.2019-cu il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, məhkəmə zalından həbsə alınması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, ona Azərbaycan Respublikası CM-nin 93.1.2-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktik qeydiyyata alınması, iş üzrə maddi sübut olan Göyçay RPŞ-da saxlanılan 0.266 qram olan heroinin məhv edilməsi, iş üzrə məhkəmə xərci 69.10 manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, hökmün icrası maddi sübuta aid hissədə Göyçay rayon İcra və Probasiya Şöbəsinə tapşırılması müəyyən edilmişdir. işin halları: Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan, şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 0.366 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üstündə saxlamış, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Göyçay şəhər M.Hüseynzadə küçəsində həmin narkotik vasitəni üstündə daşıyarkən Göyçay rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, orada üzərinə baxış keçirilmiş, baxış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən, bir ədəd göy rəngli kağız bükümün içərisində 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.174 və 0.192 qram olmaqla, ümumi 0.366 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmünün ləğv edilməsini, onun işinə humanist və ədalətli baxılaraq şikayətinin təmin edilməsini xahiş etmişdir. Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, himayəsində az yaşlı övladları vardır. Ona görə də Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs оğlu оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, o, xx.xx.2019-cu il tarixdə saat 19 radələrində Göyçay şəhər M.Hüseynzadə küçəsi ilə “köhnə bazar” istiqamətində gedərkən Göyçay Rayon Polis Şöbəsinin əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim etmişlər, ona üzərində narkotik vasitələrin qanunsuz saxlamağında şübhələndiklərini bildirərək Göyçay Rayon Polis Şöbəsinə getməyi təklif etmişlər, həmin vaxtı polis əməkdaşları ilə şöbəyə gəlmiş, polis şöbəsində ona hüquq və vəzifələri izah edilmiş, dövlət hesabına Müdafiəçi ilə təmin edilmiş, onun üzərində narkotik maddə, eləcə də, cinayət xarakterli digər əşya və predmetlər olduğu halda təqdim etməyi təklif olunmuş, üzərində heç bir narkotik maddə və ya cinayət xarakterli əşya və predmetlər olmadığını bildirmiş, lakin üzərində olan göy rəngli cins şalvarın sağ yan cibində, öz istifadəsi üçün saxladığı, bir ədəd göy rəngli kağız bükülünün içərisində 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə narkotik vasitə olan heroin olmuşdur. Bundan sonra ona üzərinə baxış keçiriləcəyi bildirilmiş, etiraz etməmiş, şöbənin növbətçi hissəsində polislər iki nəfər dəvət olunmuş hal şahidinin və vəkilin iştirakı ilə üzərinə baxış keçirmişlər. Baxış zamanı cibində saxladığı həmin bir ədəd göy rəngli kağız bükülüdə olan narkotik vasitə polis əməkdaşları tərəfindən aşkar edilmiş, həmin bir ədəd göy rəngli kağız bükülü açıldıqda içərisində 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər olması məlum olmuş, həmin 02 ədəd bükümlər də açıldıqda isə içərisində qəhvəyi rəngli maddə olmuş, həmin 02 ədəd kağız bükümlərdə olan maddələrin nə olduğu ondan soruşulduqda həmin 02 ədəd kağız bükümdə olan maddələrin heroin olduğunu və həmin heroini xx.xx.2019-cu il tarixdə saat 10:00 radələrində yaşadığı ünvanı yaxınlığında yerləşən “Göyçay” çayının sahilində daşlıq ərazidə yerdən tapdığını etiraf etmişdir. Bundan sonra həmin 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə narkotik vasitə olan heroinə baxış keçirilmiş, baxış zamanı həmin heroin kağız bükümlər ilə tərəzidə çəkildi, hər biri ayrı-ayrılıqda 0.3 qram olmaqla, ümumi çəkisi 0.6 qram olmuşdur. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olumuş, üzərindən aşkar edilmiş həmin 02 ədəd kağız bükümdə olan heroin maddələr bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Göyçay RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili vəzifəsində işləyir, ünvan 2 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatına malik olduğundan xx.xx.2019-cu il tarixdə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş, Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almış və əməliyyataxtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilərək əməliyyat tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Qeyd olunan tarixdə, saat 19 radələrində Təqsirləndirilən şəxs Göyçay şəhəri M.Hüseynzadə küçəsi ilə “köhnə bazar” istiqamətində gedərkən onunla rastlaşmışlar, yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim edərək üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğuna görə onlarla birlikdə Göyçay RPŞnə getməli olduğunu bildirmişlər. Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs Müdafiəçi ilə təmin olunaraq hüquq və vəzifələri ona izah edilmiş və şübhəli şəxs kimi tutularaq protokol tərtib olunmuşdur. Həmçinin qeyd olunan vaxt polis şöbəsinə iki nəfər hal şahidləri də dəvət edilmiş, onlara da hüquq və vəzifələri izah edildikdən sonra, Müdafiəçi Təqsirləndirilən şəxs üzərində baxış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs da buna heç bir etirazının olmadığını bildirmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuş, lakin Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşyanın olmadığını deyərək könüllü təqdim etməkdən imtina etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli kağız bükülü aşkar edilmiş, həmin bir ədəd göy rəngli kağız bükülü açıldıqda isə içərisində 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər olması və həmin 02 ədəd bükümlər də açıldıqda isə içərisində qəhvəyi rəngli maddə olması məlum olmuş, sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərin içində olan maddənin heroin narkotik vasitə olduğunu, həmin heroini xx.xx.2019-cu il tarixdə təxminən saat 10 radələrində Göyçay şəhər Z.Bünyadov küçəsi yaxınlığında yerləşən Göyçay çayının sahilində, daşlıq ərazidə yerdən tapdığını, narkotik istifadəçisi olduğu üçün tapdığı həmin narkotik vasitəsini cibinə qoyaraq özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir ədəd göy rəngli kağıza bükülmüş, içərisində olan 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan maddəyə baxış keçirilmiş, baxış zamanı həmin maddələr kağız bükülü ilə birlikdə tərəzidə çəkilmiş, hər biri 0.3 qram olmaqla ümumi çəkiləri 0.6 qram olmuş, sonra həmin bir ədəd göy rəngli kağıza bükülmüş, 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan maddələr bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzəri hal şahidləri və Təqsirləndirilən şəxs tərəfindən imzalanmış, tərkibinin və çəkisinin dəqiq müəyyən edilməsi üçün ekspertiza tədqiqatına təqdim edilməsi məqsədilə götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2, Şahid4 və Şahid3 ifadələrində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadələr vermişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, xx.xx.2019-cu il tarixdə saat 18:30-da Göyçay rayon polis şöbəsinin yanından keçərkən, polis şöbəsindən bir neçə əməkdaş ona yaxınlaşmış və özlərini ona təqdim etmişlər, həmçinin ona polis şöbəsində bir nəfər şəxsin üzərində narkotik vasitələr gəzdirməsində şübhələr olduğunu, həmin şəxsin şübhəli şəxs kimi saxlanıldığını və üzərinə baxış keçirəcəklərini bildirərək onun da həmin işdə hal şahidi kimi iştirak etməyini xahiş etmişlər. Həmin vaxt könüllü olaraq baxışda iştirak etmək üçün polis işçiləri ilə birlikdə Göyçay rayon polis şöbəsinə gəlmiş, polis şöbəsinin növbətçi hissəsində ona, həmçinin dəvət olunmuş digər bir nəfər hal şahidinə hüquq və vəzifələri izah edilmiş, sonra vəkilin iştirakı ilə Təqsirləndirilən şəxs oğlunun üzərinə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl polislər tərəfindən Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuş, lakin Təqsirləndirilən şəxs üzərində cinayət xarakterli əşyanın olmasını inkar etmiş, bundan sonra onun üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs əynində olmuş göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd göy rəngli kağız bükülü aşkar edilmiş, həmin bir ədəd göy rəngli kağız bükülü açıldıqda isə içərisində 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlər olması və həmin 02 ədəd bükümlər də açıldıqda isə içərisində qəhvəyi rəngli maddə olması məlum olmuş, polis əməkdaşları sorğu edən zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, həmin 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərin içində olan maddənin heroin narkotik vasitəsi olduğunu, həmin heroini xx.xx.2019-cu il tarixdə təxminən saat 10 radələrində Göyçay şəhər Z.Bünyadov küçəsi yaxınlığında yerləşən Göyçay çayının sahilində, daşlıq ərazidə yerdən tapdığını, narkotik istifadəçisi olduğu üçün tapdığı həmin narkotik vasitəsini cibinə qoyaraq özü istifadə etməsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin bir ədəd göy rəngli kağıza bükülmüş, içərisində olan 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan maddəyə polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı həmin maddələr kağız bükülü ilə birlikdə tərəzidə çəkilmiş, hər biri 0.3 qram olmaqla ümumi çəkiləri 0.6 qram olmuş, sonra həmin bir ədəd göy rəngli kağıza bükülmüş, içərisində 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə olan maddələr bir ədəd zərfdə qablaşdırılmış, zərfin üzərini o, digər hal şahidi və Təqsirləndirilən şəxs imzaladıqdan sonra polis əməkdaşları tərəfindən götürülmüşdür. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, protokol ucadan oxunmuş, baxışda iştirak etmiş iştirakçılar kimi o, da protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində Şahid5 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək eyni məzmunda ifadə vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019-cu il tarixli 466 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Ədilov Elşin Şöhrət oğlunun əynindəki göy rəngli cins şalvarın cibindən..” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd göy rəngli kağız bükümün içərisində olan 02 (iki) ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri -0.174 qram və 0.192 qram, ümumi təmiz çəkisi -0.366 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Hər iki bükülüdən təhqiqata sərf olundu 0.05 qram və 0.05 qram, qalıq 0.124 qram və 0.142 qram. Aparılmış ekspertizanın dəyəri 69.10 manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxxx 2019cu il tarixli 669 №-li rəyində görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 1(046)23/2019 nömrəli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay rayon İcra və Probasiya Şöbəsindən alınmış xx.xx.2019-cu il tarixli məktubdan görünür ki, Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 1(046)23/2019 saylı hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 23:00-dan 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Göyçay rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmuşdur. Bununla əlaqədar olaraq, Göyçay Rayon Məhkəməsinin 1(046)-23/2019 saylı xx xxx 2019-cu il tarixli hökmü xx xxxx 2019cu ildə Şöbəyə daxil olmuş və həmin tarixdə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyatı kitabında 24 saylı nömrə altında qeydiyyata alınmışdır. xx.xx.2019-cu il tarixə məhkum Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 1(046)-23/2019 saylı xx xxx 2019-cu il tarixli hökmünə əsasən ona təyin edilən 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd ) ay 19 (on doqquz) gün hissəsini çəkmiş və çəkilməmiş 01 (bir) il 07 (yeddi) ay 11 (on bır) gün müddət qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Göyçay rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2019-cu il tarixli 2433 saylı məktubda göstərilmişdir ki, Təqsirləndirilən şəxs Göyçay rayon mərkəzi xəstəxanasının Konsultativ poliklinikasının narkoloji və psixonevroloji kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş cinayət törətməlkdə şübhəli bilinən şəxsin tutulması barədə xx.xx.2019-cu il tarixli protokoldan görnür ki, Təqsirləndirilən şəxs xx.xx.2019cu il tarixdə saat 18:30-da tutulmuş, xx.xx.2019-cu il tarixdə saat 17:00-da barəsində “polisin nəzarəti altına vermə qətimkan tədbiri” seçilərək həbsdən azad edilmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti etiraf etməklə səmimi peşiman olması, himayəsində iki azyaşlı uşağın olması onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmış, həmçinin onun cəzasını ağırlaşdırılan halları müəyyən edilməmişdir. Həmçinin apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü üzrə CM-nin 177.2.1-ci və 177.2.3-cü maddələri ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza yəni 02 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmiş, yəni hazırkı cinayət əməlini törətmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza, azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019cu il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-26/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-26/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver