Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-26/2021 27.01.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İİ dərəcəli hüquqşünas X1, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) xx xxxxxx 2020-ci il tarixli hökmü ilə, xx xxxxxx 1970-ci ildə Ağdaş rayonu Pirəzə kəndində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, subay, orta təhsilli, ünvan 1 mənzil 36 ünvanında qeydiyyatda olmaqla, tutulana kimi ünvan 2 ünvanında yaşamış, X12 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib CM-nin 66.3-cü maddəsinə əsasən qəti olaraq 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib 04 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs X12 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 09 (doqquz) il 05 (beş) ay 02 (iki) gün hissəsi hazırkı hökmlə ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 09 (doqquz) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, cəzasını ciddi rejimli çəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli hökm elan edildiyi gündən, yəni 06 avqust 2020-ci il tarixdən hesablanması, iş üzrə maddi sübut olan 01 (bir) ədəd deşici xassəyə malik olan əldəqayırma üsulu ilə hazırlanmış biz hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə ekspertiza xərci olan 30.60 (otuz manat altmış qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə - Az. MEM, VÖEN **********, Hesab AZ34CRTE**********0002088501, Dövlət Xəzinədarlığı Agentliyi KOD 210005 VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT Bik CTREAZ22 hesabına keçirilməsi, iş üzrə mülki iddianın və maddi ziyanın olmaması nəzərə alınması müəyyən edilmişdir. işin halları: Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, qəsdən cinayət törətdiyinə görə məhkum edilib X3 cəza çəkərkən yenidən qəsdən cinayət törədərək şəxsi marağı naminə, istintaqa məlum olmayan mənbədən əldə etdiyi «Cəzaçəkmə müəssisələrinin X11» ilə məhkumlara qadağan olunmuş əşya sayılan əldəqayırma üsulu ilə hazırlanmış, deşici xassəyə malik olan bir ədəd bizi əldə edərək özündə saxlamış, gəzdirmiş, daşımış, xx.xx.2020-ci il tarixdə, saat 09:10 radələrində X4 əməkdaşları tərəfindən üzərinə axtarış-baxış keçirilərkən əynindəki şalvarının sağ yan cibindən həmin biz aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti daxil olmuşdur. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X5 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsinin) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəməsi iclası zamanı Təqsirləndirilən şəxs CM-nin 317-2.1-ci maddəsilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, X12 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 29,120.2.4 və 228.4-cü maddələri ilə təqsirli bilinib həmin məcəllənin 66.3-cü maddəsinə əsasən qəti olaraq 15 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Cəzasını X3 cəkmişdir, hal-hazırda isə cəzasını X7 çəkir. xx xxxx 2020-ci il tarixdə X4 əməkdaşları müəssisədə səhər düzülüşü zamanı üzərinə axtarış-baxış tədbirləri keçirərkən onun cibində olan 01 (bir) ədəd bizi aşkar edərək götürmüşlər. Həmin bizi müəssisənin ərazisindən bir müddət əvvəl tapmış və özündə saxlamışdır. Müəssisəyə daxil olarkən qadağan edilmiş əşyaların siyahısı ilə tanış edilmiş və bu cür əşyaların məhkumlar üçün qadağan edilmiş əşya olduğunu, onun saxlanılması və istifadəsinin cinayət məsuliyyətinə səbəb olduğunu bilmişdir. Törətdiyi əməldən peşmandır, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilən X4 əməliyyat şöbəsinin baş inspektoru Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs X3 saxlanılan şəxs kimi tanıyır, onunla qərəzçiliyi, ədavəti və düşmənçiliyi yoxdur. Daxil olmuş əməliyyat məlumatı əsasında xx xxxx 2020-ci il tarixdə, saat 09:10 radələrində müəssisənin digər əməkdaşları ilə birlikdə, hal şahidlərinin iştirakı ilə məhkumların səhər düzülüşü vaxtı müəssisənin ciddi rejimli 1-ci korpusunda qəfləti axtarış-baxış tədbirləri keçirmişlər. Tədbir zamanı məhkum Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən «Cəzaçəkmə müəssisələrinin X11» ilə qadağan olunmuş bir ədəd deşici xassəyə malik olan biz aşkar edərək götürmüşlər. Faktla bağlı müvafiq protokol tərtib edilmiş, aşkar edilən biz qablaşdıraraq protokola əlavə edilmiş və möhürlənmişdir. Birinci instansiya məhkəməsi iclası zamanı şahid qismində dindirilmiş X4 əməkdaşı Şahid3 Şahid1 ifadəsinə məzmunca eyni olan uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsi iclası zamanı ifadəsi elan olunmaqla tədqiq olunmuş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs X3 saxlanılan məhkum kimi tanıyır, onunla qərəzçiliyi, ədavəti və düşmənçiliyi yoxdur. xx xxxx 2020-ci il tarixdə X3 rəisin növbətçi köməkçisi kimi xidmətdə olmuşdur. Xidmətdə olduğu zaman saat 09:10 radələrində müəssisənin digər əməkdaşları ilə birlikdə, hal şahidlərinin iştirakı ilə məhkumların səhər düzülüşü vaxtı müəssisənin ciddi rejimli 1-ci korpusunda qəfləti axtarış-baxış tədbirləri keçirmişlər. Tədbir zamanı həmin korpusun 3-cü mərtəbə 6cı kamerada saxlanılan məhkum Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibindən «Cəzaçəkmə müəssisələrinin X11» ilə qadağan olunmuş bir ədəd deşici xassəyə malik olan biz aşkar edərək götürmüşlər. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş bizin ona məxsus olduğunu, müəssisənin ərazisindən tapdığını və onun əynindəki şalvarının cibində saxlayıb gəzdirməkdə hər hansı məqsədinin olmadığını bildirmişdir. Faktla bağlı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən müvafiq protokol tərtib edilmiş, aşkar edilən biz qablaşdıraraq protokola əlavə edilmiş və möhürlənmişdir. Protokolla tanış olub onun doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan X4 Əməliyyat şöbəsinin rəisi, ədliyyə mayoru Şahid1 tərəfindən tərtib olunmuş xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, xx.xx.2020-ci il tarixdə, saat təxminən 09:10 radələrində X4 1-ci ciddi rejimli korpus 3-cü mərtəbə 6-cı kamerada saxlanılan 1970-ci il təvəllüdlü Ağdaş rayonu Pirəzə kəndində anadan olmuş, X12 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə CM-nin 29,120.2.4, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 15 (on beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zaman əynindəki şalvarının sağ cibindən bir ədəd deşici alət olan biz aşkar edilərək götürülmüşdür. İş üzrə təyin edilmiş məhkəmə-ballistik ekspertizasının xx xxx 2020-ci il tarixli 17/303 nömrəli rəyindən görünür ki, “tədqiqata təqdim edilmiş bir ədəd predmet əldəqayırma üsulu ilə hazırlanmış, deşici xassəyə malik olan alət – bizdir, kоnstruksiyasına görə soyuq silah hesab edilmir”. Aparılmış tədqiqatın dəyəri 30.60 (otuz manat altmış qəpik) manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən xx xxx 2020ci il tarixdə verilmiş tələbnamədən, X12 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmünün və Şəki Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli, 7(075)-93/2020 saylı qərarının surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Ağdaş Rayon Məhkəməsinin xx xxxxxx 2012-ci il tarixli hökmünə əsasən CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, lakin CPM-nin 40.2.2-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. Daha sonra X12 Məhkəməsinin xx xxxxxx 2014-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 29,120.2.4, 228.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3cü maddəsi tətbiq edilməklə 15 (on beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının əvvəli xx xxxx 2014-cü ildən hesablanmaqla, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi qərara alınmışdır. Şəki Rayon Məhkəməsinin xx xxxxx 2020-ci il tarixli 7(075)-93/2020 saylı qərarına əsasən cəzasının 01 (bir) il 06 (altı) ay hissəsini həbsxanaya keçirilməsi qərara alınmışdır. İş materiallarında olan X4 rəhbərliyi tərəfindən xx xxxxx 2020-ci il tarixdə verilmiş xasiyyətnamə ilə Təqsirləndirilən şəxs mənfi xarakterizə olunmuşdur. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Apellyаsiyа məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən, onun əməlində Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən təqsirini boynuna almaqla peşmançılıq çəkməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə almışdır. Apellyasiya Məhkəməsi araşdırması zamanı Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində əlavə yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edillmədi. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs hansı cəza növünün təyin edilməsi məsələsinə baxaraq cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq, hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir, ona görə də ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 317- 2.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzalar qismən toplanmalıdır. Məhkəmə hesab edir ki, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs tərəfindən yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayətlərin törədilməsi Azərbaycan Respublikası CM-nin 18.4.1-ci maddəsinə əsasən cinayətin residivini yaratmır Apelyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi CM-nin 317-2.1-ci maddəsi üzrə Təqsirləndirilən şəxs təyin edilmiş cəza işin faktiki hallarına, onun şəxsiyyətinə uyğun olmuşdur. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində yenidən cinayət əməli törətməsi onun barəsində cinayət qanunvericiliyi ilə nəzərdə tutulmuş digər yüngülləşdirici hallarına tətbiqinə lüzum yoxdur. Elə işə bu mövqedən yanaşaraq məhkəmə kollegiyası qeyd edir ki, hadisənin ümumi mənzərəsi və Təqsirləndirilən şəxs davranışı və niyyəti barədə birinci instansiya məhkəməsi zamanı dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsi cəzaçəkmə müəssisəsinin rejim qaydalarının kobud şəkildə pozulması, cəzəçəkmə müəssəsinin tərbiyedici funkasiyalarına hörmətsizlik kimi ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən hazırkı cinayət əməli üzrə Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddə üzrə sanksiyanın minimum həddində təyin edilmiş cəzanı onun şəxsiyyətinə uyğun və əsaslı olması qənaətindədir. Ona görə də onun barəsində Cinayət Məcəlləsinin 62-ci və 70-ci maddələrinin tətbiqinə, yəni təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cəzadan daha yüngül cəzanın təyin edilməsinə və ya ona təyin edilmiş cəzanın şərti hesab edilməsini məqsədə müvafiq hesab etmir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində müəyyən edilmiş müddətdə və qaydada Şəki Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-26/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-26/2021
27.01.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver