Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-26/2023 11.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X8, müdafiəçi-Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022ci il tarixli 1(091)-222/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər B.Məmmədov və N.Mirzəyevdən ibarət tərkibdə) 15 noyabr 2022-ci il tarixli 1(091)-222/2022 nömrəli hökmü ilə xx xxxxxx 1999-cu ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən, Şəki Apellyasiya Məhkəməsinin 13 noyabr 2020-ci il tarixli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilərək 03 (üç) il 04 (dörd) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti ilə şərti olaraq tətbiq edilən, hazırda məhkumluğu ödənilməyən, İsmayıllı şəhəri, H.Z.Tağıyev küçəsi, ev 19-da qeydiyyatda olmaqla, İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3-də yaşayan və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcının həbsə alındığı 15 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbirinin seçilməsi və onun, məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs əlavə cəza kimi təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzasının ona təyin edilmiş əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə hökmlə müəyyən edilmiş 03 (üç) il 06 (altı) ay müddətə şamil edilməsi, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinib məhkum olunduğu 03 (üç) il 04 (dörd) ay 07 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edildiyi 02 (iki) il sınaq müddətinin başa çatmasının nəzərə alınması, iş üzrə məhkəmə məsrəfi olan 135 (yüz otuz beş) manat ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış “Mersedes Benz C320” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin saxlanılması üçün faktiki sahibi X20 təhvil verilməsinin nəzərə alınması, İsmayıllı Rayon Polis Şöbəsinin saxlanc anbarında saxlanılan Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 X32 09 nömrəli möhürü ilə möhürlənmiş vəziyyətdə 01 (bir) ədəd sellofan bağlamada qablaşdırılmış 02 (iki) ədəd kağız zərflərdə hava yastığının kəsiklərinin və 01 (bir) ədəd zərfdə steril pambıqlı çöpün məhv edilməsi hökm edilmişdir. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan avtomobili idarə edərkən yol hərəkəti qaydalarını pozub, ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə, bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, bir nəfər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına, bir nəfər şəxsin sağlamlığına yüngül zərər vurulmasına, bir nəfər şəxsin isə əmlakının zədələnməsinə səbəb olmuşdur. Belə ki, o xx.xx.2022-ci ildə, saat 22:30-da “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair tələbini pozaraq, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi Mercedes Benz C320 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 25-ci kilometrliyində, yolun İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsindən keçən hissəsi ilə Göyçay rayonunun Qaraməryəm qəsəbəsi istiqamətində, saatda 100 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və həmin Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin yol hərəkəti iştirakçılarının yol hərəkəti üçün təhlükəsiz şərait yaratmaları, öz hərəkətləri və ya hərəkətsizlikləri ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı, nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələblərini pozaraq, yəni diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayırmamalı, yol şəraitini nəzərə alaraq avtomobili hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi sürətlə idarə etməli, avtomobilin dayanıqlı hərəkətini təmin etmək üçün avtomobilin idarə olunması ilə əlaqədar hərəkətləri vaxtında yerinə yetirməli olduğu halda bunları etməyərək, yaşayış məntəqəsi daxilində avtomobili saatda 60 kilometrdən artıq sürətlə idarə edib hərəkətin intensivliyini, hərəkət istiqamətində görmə şəraitini nəzərə almamaqla, habelə hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuş, qeyd olunan tələblərin pozulması nəticəsində avtomobil yoldan sağ tərəfə çıxaraq, “Əyirçay” adlanan çayın üzərindəki yolun sağ kənarındakı qoruyucu betona, bundan sonra isə X1rşısındakı daş sütuna çırpılaraq dayanmış, yol nəqliyyat hadisəsi nəticəsində o, ehtiyatsızlıqdan avtomobilin arxa oturacağında əyləşmiş X7 daxili qanitirmə ilə müşayiət edilən sağ ağ ciyərin cırılması, sağ körpücük sümüyünün, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğaların və çanaq sümüyünün qapalı yerdəyişən sınıqları, baş-beyinə qansızma, bədənin sıyrıq və qançırları kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aid bədən xəsarətləri alaraq xx.xx.2022-ci il tarixdə, saat 03:00-da aldığı xəsarətlərlə əlaqədar ağır travma nəticəsində daxili qanaxmadan İsmayıllı RMX-da ölməsinə, avtomobilin qabaq oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs2 Qismət oğlunun müştərək travma, açıq kəllə-beyin travması, başbeynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın sümüyünün, burun sümüyünün və sağ körpücük sümüyünün yerdəyişən sınığı, sağ üz sinirinin travmatik neyropatiyası, sol gözün travmatik amovrozu, göz qapaqlarının dərialtı hematoması və göz alması konyuktivasının xemozu kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid bədən xəsarəti almasına, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Zərərçəkmiş şəxs1 L5 fəqərə cisminin sağ yan çıxıntısının, oma sümüyünün və S5 fəqərə qövsünün sınıqları kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, avtomobilin arxa oturacağında əyləşmiş sərnişin Şahid sağ tərəfli Vİİİ qabırğanın yerdəyişməyən sınığı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarəti almasına, eləcə də idarə etdiyi “Mercedes Benz C320” markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə avtomobilin sahibi X14 on bir min manat maddi ziyan vurulmasına səbəb olmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində işə yenidən baxılmasını və ona Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 1(091)-222/2022 nömrəli hökmü ilə ona təyin edilmiş cəzanın Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təyin edilmiş həmin cəzanın Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, o cümlədən verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X12 apelyasiya şikayətlərini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X17 apelyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətlərin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxslər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası məhkəmə iclasına onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 1(091)-222/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Birinci instansiya məhkəmə iclası zamanı Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, qəza zamanı avtomaşında olan şəxslər sinif yoldaşları olmuşlar. O, işdən gəlmiş, axşam vaxtı olduğu üçün atasına məxsus avtomaşını götürərərək idarə etmişdir. “Kəpənək” adlanan yerdə dostlarını görmüş və onları maşına götürmüşdür. Maşınla bir qədər gəzəndən sonra yolnəqliyyat hadisəsi baş vermişdir. Həmin gün hava yağışlı, avtomaşının sürəti isə yüksək - təxminən 100 km/saat olmuşdur. Hərəkətdə olarkən maşının qabağına it çıxmış, sürət yüksək sürət olduğundan əyləcdən istifadə etmiş, lakin maşın oynamağa başlamış, sonra isə maşın Əyirçay çayının sağ tərəfində olan körpüyə çırpılmış, avtomaşının hava yastığı açılmışdır. Daha sonra isə baş verənləri xatırlamır. Törətdiyi əməldən peşmandır. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bağlı şikayət və tələbi yoxdur. Bununla əlaqədar yazılı ərizə də vermişdir. Təqsirləndirilən şəxs həbs olunmasını istəmir. Təqsirləndirilən şəxs və onun ailə üzvləri yas mərasimi ilə əlaqədar ona maddi yardım göstərmiş və barışıq əldə olunmuşdur. Təqsirləndirilən şəxs tutulmasını istəmir. X4 ibtidai istintaq zamanı isə ifadəsində göstərmişdir ki, İsmayıllı rayonu, 2-ci Yeniyol kəndində qeydiyyatdadır və İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi 3, mənzil 17 ünvanında yaşayır. X3 onun oğludur. Yunis Məmmədov ikinci Qarabağ müharibəsində iştirak etmişdir. Əri Mirzəağa xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 əvvəllər tanımış, sonuncular onun oğlu ilə bir yerdə məktəbdə oxumuşlar və münasibətləri yaxşı olmuşdur. 26 fevral 2022-ci il tarixdə, saat 21:30 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng edərək harada olduğunu soruşduqda, Yunis ona “ana kafedəyəm 30 dəqiqəyə evdəyəm” deyə bildirmişdir. Həmin gün, saat 22:08-də bir daha Yunisə zəng edərək harada olduğunu soruşduqda, Yunis ona 10 dəqiqəyə evdə olacağını bildirmişdir. Yunisə məxsus “Naz Lifan” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin binanın qarşısında olduğunu görmüşdür. 27 fevral 2022-ci il tarixdə saat 01 radələrində bacısı oğlu X16 onun mobil telefonuna zəng edərək Yunisin yol qəzasına düşdüyünü və xəstəxanada olduğunu bildirmiş, o da xəstəxanaya getmişdir. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında ona məlum olmuşdur ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm- İsmayıllı yolunun İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində hərəkətdə olarkən avtomobili aşırmış, nəticədə Yunis, sürücü Təqsirləndirilən şəxs və maşında olan digər sərnişinlər Zərərçəkmiş şəxs2, Şahid və Zərərçəkmiş şəxs1 xəsarət alaraq İsmayıllı RMX-ya daxil olmuşlar. Həkimlər tərəfindən Yunis Məmmədova tibbi yardım göstərilməsinə baxmayaraq, Yunis 27 fevral 2022-ci il tarixdə, saat 03 radələrində ölmüşdür. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 3-4 ildir ki, tanıyır. X3 ilə də münasibəti yaxşı olmuş, boş vaxtlarında görüşüb bir yerdə vaxt keçirmişlər. Zərərçəkmiş şəxs1 isə onun qonşusudur, Mətinlə də münasibəti yaxşı olmuşdur. X19 şəhəri, “Kəpənək” adlanan yerə getdiyini görüb, Qismətə evə qayıdanda ona 1 qutu siqaret almasını bildirmişdir. Təxminən 1 saat sonra saat 22 radələrində o evdə olarkən Qismət onun mobil telefonuna zəng edərək qapıdan siqaret qutusunu götürməyi bildirmişdir. O, qapıya çıxmış və Toğrulun idarə etdiyi Mersedes Benz markalı avtomobili qapının yaxınlığında saxladığını görmüşdür. Maşına yaxınlaşdıqda Qismət arxa pəncərədən ona 1 qutu siqaret vermişdir. Maşının arxa oturacağında Zərərçəkmiş şəxs1 və mərhum Yunis Məmmədov oturmuşlar. Həmin vaxt Toğrul və Yunis də ona bildirmişdir ki, “sən də otur maşına rayonda gəzib qayıdaq”. O da vaxt keçirmək üçün maşının qabaq oturacağına əyləşmişdir. Qismət Toğrulun arxasında, mərhum X25 sağ tərəfində, Mətin isə Yunisin sağ tərəfində əyləşmişdir. Toğrul avtomobili idarə edib ara küçə ilə gedib İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsinə çıxmış və həmin küçə ilə sürəti artırıb şəhərin cənub istiqamətində hərəkət etməyə başlamışdır. Toğrula avtomobili asta sürməsini bildirsələr də, o, əhəmiyyət verməyərək sürətini azaltmadan hərəkətini davam etdirirmişdir. Mərkəzi xəstəxananın yanını keçdikdən sonra Toğrul yenə də avtomobillə 100 km/saat və daha artıq sürətlə hərəkət etdikdə, onlar Toğrula maşını yavaş sürməyi desələr də, Toğrul buna əhəmiyyət verməyərək maşının sürətini azaltmadan hərəkətinə davam etmişdir. Qəflətən Toğrul idarəetməni itirmiş və maşın sağa-sola istiqamətlənib, əvvəl Əyriçay çayının üstündəki daş sütuna çırpılmış və o, zərbədən huşunu itirmişdir. Təxminən 3 gün sonra Bakı şəhəri ərazisində müalicə olunduğu Neyrocərrahiyə xəstəxanasında ayılmış və tədricən hadisəni xatırlamağa başlamışdır. Hadisə Toğrulun avtomobili 100 km və daha artıq sürətlə idarə etməsi və idarəetməni itirməsi səbəbindən baş vermişdir. Hadisədən əvvəl yola it qaçmamış, o, yolda it görməmiş, hadisə zamanı asvalt yaş olmuşdur. Hadisə baş verən zaman avtomobilin qabaq oturacağında o, arxa sol oturacaqda qardaşı Qismət, ortada mərhum Yunis, arxa sağ tərəfdə isə Mətin əyləşmişdir. Hadisə Toğrulun avtomobili yüksək sürətlə idarə etməsi səbəbindən baş vermişdir. Məhkəmə kollegiyasının iclasında ifadə verən digər Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, X3 onun sinif yoldaşı olmuş, Yunislə münasibəti yaxşı olmuşdur. Yunisə məxsus “Naz Lifan” markalı 31BE-629 dövlət qeydiyyat nişanlı avtomobili olmuşdur. xx.xx.2022-ci il tarixdə Yunisin idarə etdiyi avtomaşınla rayon ərazisinə bir neçə yerlərə gedib vaxt keçirmişlər. 26 ferval 2022-ci il tarixdə saat 21 radələrində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən ara küçəyə keçib maşını Yunisin yaşadığı binanın qarşısında saxlamaq və sonra yaxınlıqdakı Mürsəli adlı şəxsə məxsus kafeyə gedib pivə içmək fikirləri olmuş, onlar əsas yoldan ara küçəyə keçərkən onun və Yunisin tanışı Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes Benz markalı avtomobilin işıqlarını yandırıb söndürərək maşını saxlamağı işarə vermiş, maşını saxladıqdan sonra Toğrul hara getdiklərini soruşduqda, o və Yunis maşını binanın qarşısında saxlayıb pivə içməyə getmək istədiklərini demişlər. Toğrul isə onlara demişdir ki, “maşını binanın qarısında saxlayın, gəlib sizi götürürəm”. Onlar yaxınlıqda maşını binanın qarşısında saxladıqdan sonra Toğrul idarə etdiyi maşınla binanın qarşısına getmişdir. O maşının qabaq oturacağında, mərhum Yunis isə arxa oturacaqda əyləşmiş və birlikdə kafeyə getmişlər. Toğrul maşın sürdüyü üçün duşes sifariş vermiş, o və Yunis isə hər biri pivə sifariş verib içməyə başlamışlar. O, tanışı Şahid telefonuna zəng atmış, Qismət mobil telefonuna zəng edərək danışıb hal-əhval etmiş və harada olduqlarını soruşduqda, o, Qismətə kafedə olduqlarını, gəlmək istəyirsə gəlməyini bildirmişdir. Təxminən 5-10 dəqiqə sonra Qismət də kafeyə getmiş və sonucu da pivə sifariş verib içməyə başlamışdır. Bir qədər sonra Yunisin mobil telefonuna zəng gəlmiş və o, “Kəpənək” adlanan yerə getmiş, gedərkən isə onlara “maşınla çıxanda məni də götürərsiz” demişdir. Onlar təxminən 30 dəqiqə oturduqdan sonra maşınla rayon ərazisində hərəkət etməyi qərara almışlar. Qismət maşının qabaq oturacağında, o isə arxa oturacaqda əyləşmişdir. Onlar “Kəpənək” adlanan yerə getmişlər və Yunis də maşının arxa oturacağına əyləşmişdir. Qismət qardaşı Taleyə siqaret qutusu aldığı üçün qapıda aparıb verməyi xahiş etmiş, Qismətin yaşadığı evin qarşısına çatanda Toğrul Qismətə demişdir ki, “sən keç arxaya böyük qardaşın Tale də bizimlə gedəcək, sən arxada otur”. Tale qapıdan çıxanda artıq Qismət arxa sol qapıdan maşının arxa oturacağına Toğrulun arxasında əyləşmişdir. Tale siqaret qutusunu Qismətdən almış, Toğrul da Taleyə maşına oturmasını, rayon ərazisində hərəkət edib vaxt keçirməyi demiş, Tale də qabaq oturacaqda əyləşmişdir. Tale qabaq oturacaqda, Qismət arxa sol oturacaqda, o arxa sağ tərəfdə, Yunis isə ortada əyləşmişdir. Həmin gün artıq saat 22 radələrində Toğrul avtomobili idarə edib ara küçə ilə gedərkən onlar Toğrula əsas yola çıxmamağı, ara küçə ilə hərəkət edib birlikdə vaxt keçirməyi demişlər. Toğrul isə heç nə deməyib İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsinə çıxmış və həmin küçə ilə sürəti artırıb şəhərin cənub istiqamətində hərəkət etməyə başlamışdır. Mərkəzi xəstəxananın yanını keçdikdən sonra Toğrul avtomobillə 100 km/saat və daha artıq sürətlə hərəkət etdikdə o və avtomaşında olan digərləri Toğrula maşını yavaş sürməyi desələr də, Toğrul buna əhəmiyyət verməyərək maşının sürətini azaltmadan hərəkətinə davam etmişdir. Həmin vaxt hava çiskinli və asfalt yol yaş olmuşdur. Qaraməryəm-İsmayıllı-Şəki yolunun Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində yanacaqdoldurma məntəqəsinin yanını keçdikdən sonra Toğrul qəflətən idarəetməni itirmiş, maşın sağa-sola istiqamətlənib əvvəlcə Əyirçay çayının üstündəki daş sütuna, sonra isə fırlanaraq “Məhsul” istirahət komleksinin qarşısındakı daş sütuna çırpılmışdır. Hava şarı açıldığı üçün zərbədən qoruna bilmişdir. Maşın çevrilmiş vəziyyətdə çırpıldığı yerdə dayandıqdan sonra Yunisdən xırıltı səsinin gəldiyini eşitmişdir. Maşının qapısı açılmadığı üçün sınmış şüşədən çölə güclə çıxmış və maşının qabaq tərəfinə çatanda özünü itirib yerə yıxılmışdır. Orada olan 2-3 nəfər tanımadığı şəxs yaxınlaşıb ona köməklik etmişlər və o, maşının mator hissəsinin yandığını orada olan şəxslərə deyərək su gətirmələrini bildirmişdir. Həmin şəxslər yaxınlıqdan su gətirib maşının mator hissəsini söndürmüşlər. O, maşında sərnişinlərin olmasını və köməklik göstərmələrini xahiş etmişdir. Sürücü Toğrul da öz qapısından yerə düşmüşdür. Qısa müddət sonra İsmayıllı Rayon Dövlət X10 əməkdaşları hadisə yerinə gəlmişlər və sağ arxa qapını kəsib Yunisi maşından çıxartmışlar. Yunisi təcili tibbi yardım maşınına əyləşdirib İsmayıllı RMX-ya aparmışlar. Daha sonra isə qabaq sağ qapını kəsib Taleyi maşından çıxarmışlar. Qismət də arxa sağ qapı açıldığı üçün maşından yerə düşmüşdür. Taleyi hadisə yerində xərəyə qoyub hadisə yerində olan Mersedes markalı sürücüsünü tanımadığı şəxsin avtomobilinə mindirmişlər. Tale və Qismət Mersedes markalı maşınla xəstəxanaya getmişlər. O və sürücü Toğrul isə Məhsul istirahət komleksini işlədən Elman adlı şəxsin avtomaşını ilə xəstəxanaya aparılmışlar. Xəstəxsanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. Sonradan müayinə zamanı onurğasında fəqərə sümüyünün çıxıntılarında sınıq aşkar edilmişdir. Hadisə zamanı Toğrul avtomobili 100 km və daha artıq sürətlə idarə etmişdir. Hadisədən əvvəl yola it qaçmamış və hər hansı bir maneə olmamışdır, O, yolda it görməmiş, hadisə zamanı asfalt yaş olmuşdur. Hadisə Toğrulun avtomobili yüksək sürətlə idarə etməsi və idarəetməni itirməsi səbəbindən baş vermişdir. Hadisədən sonra omba sümüyündən, qabırğasından və onurğasından müxtəlif dərəcəli bədən xəsarətləri almışdır. Təqsirləndirilən şəxslə barışmışdır və ondan heç bir şikayəti yoxdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid Zərərçəkmiş şəxs1 ilə eyni məzmunlu ifadə verərək, hadisə zamanı yüngül dərəcəli bədən xəsarəti aldığını və Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Göstərilənlərlə yanaşı, cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 22:45də İsmayıllı Rayon Polis Şöbəsinin DYPB-nın yol patrul xidməti inspektoru, polis baş serjantı Pünhan Mahmudov növbətçi hissəyə zəng edərək, İsmayıllı şəhərində “Məhsul” restoranının yanında yol nəqliyyat-hadisəsinin olmasını, xəsarət alanların olduğunu bildirərək, həmin əraziyə əməliyyat qrupunun göndərilməsini xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 fevral 2022-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci kilometrliyində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində baş vermişdir. Mersedes Benz C230 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil “Məhsul” restoranının qarşısında beton dirəyə çırpılmış vəziyyətdə dayanmışdır. Avtomobilin sağ tərəfdi əzilmiş və deformasiyaya uğramış vəziyyətdədir. Hava çiskin olduğundan asfalt yaş örtüklüdür. Baxış zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 22:30 radələrində idarə etdiyi həmin avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci kilometrliyində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsində Qaraməryəm istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi nəticəsində Əyriçay çayının üzərindəki körpünün kənarındakı qoruyucu betona çırpılmış və “Məhsul” restoranının qarşısındakı daş sütuna çırpılaraq dayanmış, nəticədə sürücü Təqsirləndirilən şəxs, avtomobilin qabaq oturacağında sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2, avtomobilin arxa oturacağında əyləşmiş Şahid, X15, Zərərçəkmiş şəxs1 müxtəlif bədən xəsarətləri alaraq İsmayıllı RMXya daxil olmuşlar. Hadisə yerində yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun sağ və sol ehtiyat hissələrinin eni 2 metrdir. Avtomobilin ilk olaraq beton qoruyucuya çırpıldığı yerdən dayandığı yerə qədər olan məsafə 33 metrdir. Yolun hərəkət hissəsinin kənarından avtomobilin qabaq sağ təkərinə qədər olan məsafə 6,6 metrdir. Avtomobilin daş sütuna çırpıldığı yerdə avtomobilin plasmas kontruksiyaları tökülüb qalmışdır. Avtomobilin salonunda sükan arxasından, qabaq sağ oturacağın qarşısındakı şitdən və salonunun yuxarı sağ ban hissəsindəki hava yastıqları çıxmışdır. Avtomobilin sükanı arxasından çıxmış üzərində qanabənzər ləkə olan hava yastığı 1 rəqəmi ilə işarələnərək 1 ədəd ağ zərfdə qablaşdırılıb üzəri İsmayıllı RPŞ-nın 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa, avtomobilin qabaq sağ oturacağındakı şitdən çıxmış hava yastığı 2 rəqəmi ilə işarələnərək 1 ədəd ağ zərfdə qablaşdırılıb üzəri İsmayıllı RPŞ-nın 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Bundan başqa, avtomobilin arxa sağ oturacağının yanında qanabənzər ləkə aşkar edilərək 1 ədəd steril pambıqlı çöpə hopdurulmuş və 1 ədəd ağ zərfdə qablaşdırılıb üzəri İsmayıllı RPŞ-nın 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. Restoranın daş sütünuna və digər hissələrə baxış keçirilmiş və hər hansı ziyanın dəyməsi müəyyən edilməmişdir. Hadisə yaşayış məntəqəsi daxilində baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 26 fevral 2022-ci il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 22:30 radələrində nəqliyyat vasitəsini idarə etmə hüququ və etibarnaməsi olmadan idarə etdiyi X14 məxsus Mersedes Benz C320 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci km-də, İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsi ilə Qaraməryəm istiqamətində hərəkətdə olarkən idarəetməni itirmiş, avtomobil yoldan çıxaraq ilk əvvəl “Əyriçay” adlanan çayın üzərindəki yolun sağ kənarında qoruyucu betona çırpılmış daha sonra “Məhsul” restoranının qarşısındakı daş sütuna çırpılaraq orada dayanmış, hadisə nəticəsində qabaq oturacaqda əyləşmiş İsmayıllı şəhəri, M.Ə.Sabir küçəsi ev 34-də yaşayan Zərərçəkmiş şəxs2 qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, döş qəfəsinin qapalı travması kimi, arxa oturacaqda sərnişin qismində əyləşmiş İsmayıllı şəhəri, F.Əhmədzadə küçəsində yaşayan 1998-ci il təvəllüdlü Şahid qapalı kəllə beyin travması, boynun qapalı travması kimi, İsmayıllı rayonu, 2-ci Yeniyol kəndində yaşayan 1999-cu il təvəllüdlü X15 döş qəfəsinin, boynun, çanağın qapalı travması, travmatik şok İV dərəcə kimi, İsmayıllı şəhəri, M.Hüseyin küçəsində yaşayan 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 onurğanın və çanağın qapalı travması kimi və sürücü Təqsirləndirilən şəxs onurğanın qapalı travması kimi bədən xəsarətləri alaraq İsmayıllı RMX-ya daxil olmuşlar. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 fevral 2022-ci il tarixli spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu əlamətləri yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 27 fevral 2022-ci il tarixli raportdan görünür ki, həmin tarixdə İsmayıllı RMX-dan həkim Fövqiyə Məcidova zəng edərək baş vermiş yol nəqliyyat hadisəsi zamanı xəsarətlə xəstəxanaya daxil olmuş İsmayıllı rayonu, 2-ci Yeniyol kəndində yaşayan 1999-cu il təvəllüdlü X7 öldüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan 13 aprel 2022-ci il tarixli barədə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barədə polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilmişdir. Cinayət işinin materiallarında olan 13 aprel 2022-ci il tarixli avtomaşına baxış keçirilməsi haqqında protokoldan görünür ki, həmin avtomobil Mersedes Benz C320 markalıdır, minik modellidir, 2001-ci il buraxılışlıdır. Avtomobilin sağ yan hissəsi və ban hissəsi deformasiya uğramış, qabaq bufer yerindən çıxmış, qabaq alın şüşəsi sınmışdır. Baxış zamanı iştirak edən X11 Mərkəzinin icraçı direktoru Rövşən Abdullayev bildirmişdir ki, Mersedes Benz C320 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi nəticəsində ciddi zədələnməyə məruz qaldığından təmirdən sonrakı istismarı qeyri-mümkündür. Avtomobilə baxış zamanı nəqliyyat vasitəsinin tormoz, sükanlı idarəetmə və digər sistemlərində nasazlıq müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X18 X32 İsmayıllı rayon şöbəsindən daxil olmuş mərhum məhkəmə-tibbi ekspertizasının xx.xx.2022 ci il tarixli 09 nömrəli rəyindən görünür ki:
1. X2 meyitində aşkar edilmiş xəsarətlər – daxili qanitirmə ilə müşayiət edilən sağ ağ ciyərin cırılması, sağ körpücük sümüyünün, sağdan İİ, İİİ, İV, V, Vİ, Vİİ, Vİİİ qabırğalarının və çanaq sümüyünün qapalı yerdəyişən sınıqları, baş-beyinə qansızma, bədənin sıyrıq və qançırları bərk küt əşya (əşyalar) təsirindən törənmişlər, yəni xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində mərhum Y.M.Məmmədovda əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər.
2. X2 ölümünə səbəb aldığı travma nəticəsində daxili qanaxma olmuşdur.
3. X2 ölümü xx.xx.2022-ci il tarixdə, saat 03:00-da İsmayıllı RMX-da baş vermişdir (İsmayıllı RMX-nın tərtib etdiyi ******* saylı stasionar xəstənin tibbi kartasında qeyd edilənlərə əsasən).
4. X2 meyitindən götürülmüş qanda metil, etil, propil, butil və amil spirtləri, barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1.4 benzodiazepin törəmələri və salisilatlar aşkar edilməmişdir. (Məhkəmə kimyəvi müayinə aktı N 753/K,xx.xx.2022-ci il). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş həmin şöbə tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022 ci il tarixli 146 nömrəli rəyindən görünür ki, 1998-ci il təvəllüdlü Şahid məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər – sağ tərəfli Vİİİ qabırğanın yerdəyişməyən sınığı bərk küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022 ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş həmin şöbə tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022 ci il tarixli 147 nömrəli rəyindən görünür ki, 1996 -cı il təvəllüdlü Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - müstərək travma, açıq kəllə-beyin travması, baş beynin yüngül dərəcəli əzilməsi ilə müşayiət olunan alın sümüyünün, burun sümüyünün və sağ körpücük sümüyünün yerdəyişən sınığı, sağ üz sinirinin travmatik neyropatiyası, sol gözün travmatik amovrozu, göz qapaqlarının dərialtı hematoması və göz alması konyuktivasının xemozu bərk küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş həmin şöbə tərəfindən verilmiş məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 148 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü Zərərçəkmiş şəxs1 məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər -1.5 fəqərə cisminin sağ yan çıxıntısının, oma sümüyünün və S5 fəqərə qövsünün sınıqları bərk küt, əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs bildirmişdir ki, istintaqa verdiyi ifadəni tam təsdiq edir, hazırda dayandıqları yer Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci kilometrliyində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsidir. Hadisə yerində yolun hərəkət hissəsinin eni 7 metrdir. Yolun sağ və sol hərəkət zolaqlarının eni 3,5 metrdir. xx.xx.2022-ci il tarixdə, saat 21 radələrində sürücülük vəsiqəsi olmadan idarə etdiyi Mercedes Benz C320 markalı **-SZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə qabaq sağ oturacaqda sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2, arxa sağ oturacaqda əyləşmiş Zərərçəkmiş şəxs1, arxa oturacaqda ortada əyləşmiş X3 və arxa sol oturacaqda əyləşmiş Şahid ilə birlikdə 100 km/saat sürətlə Qaraməryəm-İsmayıllı-Şəki yolunun 25-ci kilometrliyində İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsindən keçən hissəsi ilə Qaraməryəm istiqamətində hərəkətdə olarkən qəflətən təxminən 20-30 metr məsafədən qarşısına bir it çıxmış və həmin iti vurmamaq üçün avtomobilin sükanını sağa döndərib yoluna davam etmək istəsə də, idarəetməni itirmiş və avtomobil əvvəlcə yolun sağ kənarında beton sütuna, sonra isə “Məshul” restoranının qarşısındakı daş sütuna çırpılmış və avtomobil dayanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 18 aprel 2022-ci il tarixli 1796 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs atası, anası və bacısı ilə birlikdə İsmayıllı şəhəri, Ü.Hacıbəyov küçəsi, ev 3 ünvanında yaşayır. Həmin nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə əmtəəşünaslıq ekspertizasının 22 iyun 2022 il tarixli 9/3773 nömrəli rəyindən görünür ki, 2001- ci il buraxılışlı Mercedes Benz markalı C320 modelli 99-SZ -872 dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 11000.00 (on bir min) manat müəyyən olunur. Sözügedən avtomobil avtoservis şəraitdə söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirirldikdən sonra qalıq dəyəri müəyyən edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş İsmayıllı RPŞ-nın xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, İsmayıllı RPŞ-nin müvəqqəti saxlama duracağında saxlanılan Mersedes Benz C320 markalı 99SZ- 872 dövlət qeydiyyat qeydiyyat nişanlı avtomobil maddi sübut kimi tanınmış və saxlanılması üçün faktiki sahibi X20 təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji anatomiya X31 şəxsindən alınmış məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 314/2022 MTBŞ nömrəli rəyindən görünür ki:
1. X7 ABO sistem üzrə qan qrupu–A/ İİ/ (şəxsiyyəti təsdiq edən sənədlər üzrə axtarış vərəqinin kserosürətinə əsasən).
2. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu – A/İİ/.
3. Zərərçəkmiş şəxs2 ABO sistemi üzrə qan qrupu - O/İ/.
4. Şahid ABO sistemi üzrə qan qrupu – O/İ/.
5. Zərərçəkmiş şəxs1 ABO sistemi üzrə qan qrupu – A/ İİ/.(sonuncuların şəxsiyyət vəsiqələrini kserosürətlərinə əsasən).
6. Ekspertizaya təqdim olunan Mercedes Benz C320 markalı 99–SZ–872 dövlət qeydiyyat nişanlı avtomaşının sükanından, Mercedes Benz C320 markalı 99–SZ–872 dövlət qeydiyyat nişanlı avtomaşının qabaq sağ oturacağından çıxmış hava yastıqları (təhlükəsizlik yastıqları), üzərindəki ləkələrdə və Mercedes Benz C320 markalı 99-SZ– 872 dövlət qeydiyyat nişanlı avtomaşının arxa oturacağından sağ hissədən çubuqlu pambıq üzərinə hopdurulub götürülmüş ləkədə insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrində qrup antigenləri ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri alındı.
7. Beləliklə, bu qan ləkələri Abeta (H)/İİ/ qruplu şəxsə, o cümlədən X3na, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs1 məxsus ola bilər (əgər onların qanlarında müşayiətçi “H” antigeni varsa). Lakin göstərilən ləkələrdə qanın qarışıq olduğu halında– O/İ/ qruplu Zərərçəkmiş şəxs2 və Şahid qarışmış qanlarının olması da ABO sistemi ilə inkar olunmur (ləkələrin ölçü və intensivliyini nəzərə alsaq qarışıq qanın olması az ehtimal olunur). Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş İsmayıllı RPŞ-nın xx.xx.2022-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından görünür ki, Səhiyyə Nazirliyi Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya X31 şəxsin 09 nömrəli möhürü ilə möhürlənmiş vəziyyətdə 1 ədəd sellofan bağlamada qablaşdırılmış 2 ədəd kağız zərflərdə hava yastığının kəsikləri və 1 ədəd zərfdə steril pambıqlı çöp maddi sübut kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarından və Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 05 ay 28 gün müddətinə məhkum edildiyi azadlıqdan məhrum etmə cəzasından onun 28 fevral 2020-ci il tarixdən 01 mart 2020-ci il tarixə və 23 sentyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək həbsdə qaldığı, ümumilikdə 01 ay 23 gün çıxılmış və üzərində qalan 03 il 04 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş və hazırda məhkumluğu ödənilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası mərkəzindən alınmış məhkəmə yol nəqliyyat hadisələri ekspertizasının 27 iyul 2022 ci il tarixli 8/ 1889 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş Mercedes Benz C320 markalı ** SZ *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında“ Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. X26 Benz C320 markalı avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkət haqqında“ Qanunun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Hacıyev avtomobili yaşayış məntəqəsində maksimum icazə verilən 60 km /saat sürətindən yüksək, 100 km /saat sürətlə idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında“ Qanunun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 09 avqust 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı hadisənin necə və hansı şəraitdə baş verməsini söyləməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 09 avqust 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs üzünə qarşı hadisənin necə və hansı şəraitdə baş verməsini söyləməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 22 avqust 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs üzünə qarşı hadisənin necə və hansı şəraitdə baş verməsini söyləməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilmiş 23 avqust 2022-ci il tarixli üzləşdirmədə dindirmə protokolundan görünür ki, Şahid Təqsirləndirilən şəxs üzünə qarşı hadisənin necə və hansı şəraitdə baş verməsini söyləməklə ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 263.1.3-cü mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində işə yenidən baxılmasını və ona Cinayət Məcəlləsinin 70-ci maddəsinin tətbiq edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 1(091)-222/2022 nömrəli hökmü ilə ona təyin edilmiş cəzanın CM-in 62-ci maddəsi tətbiq edilməklə təqsirləndirilən şəxsə 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təyin edilmiş həmin cəzanın CM-in 70-ci maddəsinə əsasən şərti olaraq tətbiq edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən, CM-in 59-cu maddəsinə əsasən, Təqsirləndirilən şəxs ölmüş zərər çəkmiş şəxsin anası olan hüquqi varisi ilə, eləcə də digər zərərçəkmiş şəxslərlə barışıq əldə etməsini, həmçinin avtomobilə dəymiş zərərin əvəzinin ödənilməsini, yaşayış yeri üzrə müsbət səciyyələndirilməsini, əməlindən peşman olduğunu bildirməsini onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə almış, həmçinin onun əməlində onun cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Cinayət Məcəlləsinin 263.-1-ci maddəsinə əsasən: 263-1.1. Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilməsi ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə altı min manatdan səkkiz min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına, yaxud ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda dörd ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 263-1.3. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqdabeş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasını işin faktiki hallarına uyğun, təqsirləndirilən şəxsin şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs təyin edilmiş cəza onun təqsirli bilindiyi maddə üzrə təyin edilə biləcək aşağı həddə olan cəzadır. Qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi hazırkı nəticəyə gələrkən zərərçəkmiş şəxslərin də mənafeyini nəzərə almış, onların təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələblərinin olmaması nəzərə alınaraq barəsində təqsirli bilindiyi maddə üzrə yüngül cəza təyin edilmişdir. Həmçinin məhkəmə kollegiyası təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrumetmə cəzasının şərti hesab edilməsi barədə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı qeyd edir ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-in 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 03 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, lakin Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə həmin onun 28 fevral 2020-ci il tarixdən 01 mart 2020-ci il tarixə və 23 sentyabr 2020-ci il tarixdən 13 noyabr 2020-ci il tarixədək həbsdə qaldığı, ümumilikdə 01 ay 23 gün çıxılmış və üzərində qalan 03 il 04 ay 07 gün müddətə azadlıqdan məhrum etmə cəzası iki il sınaq müddəti ilə şərti olaraq tətbiq edilmiş və hazırda məhkumluğu ödənilməmişdir. Yəni, o, barəsində olan cəza şərti olaraq tətbiq edildiyi müddətdə yenidən ehtiyatsızlıqdan ağır cinayət törətmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi apelyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022-ci il tarixli 1(091)- 222/2022 nömrəli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 15 noyabr 2022ci il tarixli 1(091)-222/2022 nömrəli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov