Məhkəmə qərarları › İş №1(107)-260/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-260/2021

12.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-260/2021 12.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hаkimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Şükürov İmanverdi Həşimxan oğlu və Eyvazov Akif Məhərləm oğlundаn ibаrət tərkibdə, X4 iclas katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 1(025)-28/2021 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə ilkin açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 26 may 2021-ci il tarixli 1(025)- 28/2021 saylı hökmü ilə xx xxx 1998-ci ildə Qəbələ rayon Mıxlıqovaq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, “Abşeron” oteldə texnik işləyən, Qəbələ rayon Mıxlıqovaq kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinməsi, ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi, Təqsirləndirilən şəxs 15 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 06:00dək yaşayış yerini tərk etməmək, cəza çəkdiyi müddətdə Qəbələ rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə Qəbələ rayon İcra və probasiya şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(025)-28/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, Təqsirləndirilən şəxs dünyada və ölkə ərazisində geniş yayılmış koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 30 oktyabr 2020-ci il tarixdə Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin təcili tibbi yardım şöbəsinə müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə, 02 noyabr 2020-ci il tarixdə keçirilmiş koronavirus (COVİD-19) infeksiyasının müayinə testinin nəticəsi pozitiv çıxmaqla koronavirus (COVİD19) infeksiyasına yoluxması faktının təsdiq olunması, bununla əlaqədar olaraq onun yaşayış yerini tərk etməməsi, karantin rejimini pozduğu təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilməsi barədə ona 02.11.2020-ci il tarixdə saat 09:32 radələrində ***-***-**-** saylı nömrədə işləyən mobil telefonuna İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən göndərilən mesaj vasitəsi ilə, eləcə də Qəbələ rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsindən mobil telefonla zəng edilərək şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq, koronavirus (COVİD19) infeksiyasına yoluxmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 mart 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24 mart 2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq 04 noyabr 2020-ci il tarixdə səhər saatlarında, bundan başqa təkrarən 06 noyabr 2020-ci il tarixdə günorta saatlarında yaşadığı evi tərk edib Qəbələ rayon Mıxlıqovaq kəndində Şahid1 işlətdiyi mağazaya siqaret almaq məqsədi ilə gedərək sonuncuya, həmçinin, orada olan müştərilərə koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmçinin, təkrar olaraq 07 noyabr 2020-ci il tarixdə axşamtərəfi isə açıq havaya çıxmaq bəhanəsi ilə yaşadığı evi tərk edib evindən təxminən 600 metr məsafədə yerləşən Mıxlıqovaq kənd məktəbinin futbol meydançasına çıxıb koronavirus (COVİD-19) infeksion xəstəliyinin ictimai yerdə kənar şəxslərə yayılması üçün real təhlükə yaratmış, bu zaman Qəbələ rayon polis şöbəsinin əməkdaşları tərəfindən (COVİD-19) xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində həyata keçirilən tədbirlər nəticəsində saxlanılaraq yaşayış yerinə qaytarılmışdır. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 1(025)-28/2021 saylı hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin dəlilləri Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iş üzrə yüngülləşdirici halları nəzərə almamışdır. Halbuki, onun əməlindən səmimi peşman olması, xəstə olması, ailənin yeganə qazanc gətirən şəxsi olması nəzərə alınmalı idi. Cəza humanizm prinsipinə əsaslanmalı və ədalətli olmalıdır. Qeyd edilənlərə əsasən Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(025)- 28/2021 saylı hökmünün dəyişdirilərək barəsində cərimə cəzasının tətbiq edilməsini xahiş edir. Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(025)-28/2021 saylı hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, habelə təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X7 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona CM-nin 139-1.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, etdiyi əməlindən səmimi peşmandır. Ailəsinin yeganə qazanc gətirənidir. Ona görə də Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(025)-28/2021 saylı hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(025)-28/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, Bakı şəhərində “Abşeron qrup” oteldə texnik işləyir. 2020-ci ilin oktyabr ayının sonları Bakı şəhərində işdə olan zaman atası Sərdar onun mobil telefonuna zəng edərək Vətən müharibəsi ilə əlaqədar olaraq onun Qəbələ rayonuna Səfərbərlik və hərbi Xidmət üzrə Çağırış xidmətinə çağırıldığını demişdir. 29 oktyabr 2020-ci il tarixdə saat 14 radələrində Çağırış Xidmətində olmalı olduğunu bildirmişdir. Bakı şəhərində olduğundan həmin gün gəlib çata bilməmiş, buna görə də 30 oktyabr 2020-ci il tarixdə saat 10 radələrində Çağırış xidmətinə gəlib orada qeydiyyata düşmüşdür. Səfərbərlik barədə peçat vuraraq onu Qəbələ rayon mərkəzi xəstəxanasına koronavirus testi verməsi üçün göndərmişlər. Xəstəxanada burun vasitəsilə ilə yaxma üsulu ilə koronavirus testi vermiş, 01 noyabr 2020-ci il tarixdə gündüz saatlarında hərbi komissarlıqdan mobil nömrəsinə zəng gəlmiş, ondan 02.11.2020-ci il tarixdə komissarlıqda olması tələb olunmuşdur. Həmin gün, yəni, 01 noyabr 2020-ci il tarixdə axşam nömrəsini və adını xatırlamadığı bir həkim onun mobil nömrəsinə zəng edərək Qəbələ rayon mərkəzi xəstəxanasından olduğunu bildirib “verdiyiniz “covid19” testinin nəticəsi pozitiv çıxmışdır” demiş, həkim ona özünü təcrid edərək 14 gün evdə qalmalı olduğunu bildirmişdir. Həmin həkimə komissarlığa çağırıldığını demiş, həkim isə özü əlaqə saxlayacağını bildirmiş, bundan sonra komissarlıqla danışıb onlara “mənim telefonuma xəstəxanadan zəng gəlmiş və mənim koronavirus infeksiyasına yoluxduğumu bildirmişlər” demişdir. Komissarlıqdan isə gözləməyini xahiş edərək əlaqə saxlayacaqlarını demişlər. 02.11.2020-ci il tarixdə səhər tezdən mobil telefonuna komissarlıqdan zəng gələrək koronovirus infeksiyasına yoluxduğu üçün komissarlığa gəlməməsini tapşırmışlar. Elə həmin gün, yəni, 02 noyabr 2020-ci il tarixdə saat 09:32 radələrində istifadəsində olan ***-***-**-** saylı mobil telefonuna Səhiyyə Nazirliyinin TƏBİB-in İTS.GOV.AZ saytından mesaj daxil olmuşdur. Həmin anda mesajı oxuduqda mesajda 30.10.2020-ci il tarixində COVİD-19 ilə bağlı verdiyi testin nəticəsi pozitiv olması, həmin mesajda xəstəliyə yoluxduğu üçün özünə və ailə üzvlərinin yaşayış yerini tərk etməməyi, karantin rejimini pozduğu halda Azərbaycan Respublikası İnzibati və Cinayət Məcəlləsi ilə məsuliyyət daşımağı barədə xəbərdar edilmiş, bir müddət evdə qalmışdır. Ancaq siqaret çəkən olduğundan və kimsəyə siqaret aldıra biləcəyi şəxs olmadığından koronavirus infeksiyasına yoluxduğunu bildiyi halda 04 noyabr 2020-ci il tarixdə səhər saatlarında, ikinci dəfə isə 06.11.2020-ci il tarixdə günortadan sonra Mıxlıqovaq kəndində yerləşən Şəhriyar adlı şəxsin ərzaq mağazasına gedərək oradan 2 dəfə siqaret almış, birbaşa olaraq evə gəlmişdir. 07 noyabr 2020-ci il tarixdə günortadan sonra yaşadığı evdə sıxıldığı üçün evdən təxminən 600 metr məsafəyə kənd məktəbinin futbol meydançasına çıxmışdır. Həmin vaxt kəndin sahə rəisi Şahid4 mobil telefonuna zəng edərək harada olduğunu soruşmuşdur. Yerini demiş, kənddə futbol meydanında olduğunu bildirmişdir. Oraya polis əməkdaşı Nəsir və yanında olan digər polis əməkdaşı gəlmiş, özlərini təqdim etmiş, “covid19” infeksiyasına yoluxduğunu demiş, həqiqətən də “covid19” infeksiyasına yoluxduğunu etiraf etmişdir. Ondan əvvəlki günlər də “covid 19” xəstəsi olduğu halda bayıra çıxdığını, mağazaya getdiyini bildirmişdir. Polis əməkdaşları onunla söhbət apararaq özünü təcrid edərək edərək evə qaytarmışlar. Evə qayıtmış və bir daha evdən bayıra çıxmamışdır. 16 noyabr 2020-ci il tarixdə isə mobil nömrəsinə “covid19” xəstəliyinə yoluxmağı ilə bağlı evdə özünü təcrid müddətinin bitməsi yuxarıda göstərdiyi ünvandan mesaj gəlmişdir. Bundan sonra bayıra çıxmış, 20 noyabr 2020-ci il tarixdə isə Bakı şəhərinə gedərək orada da iş yerində “covid 19” testi vermiş və 23 noyabr 2020-ci il tarixdə isə telefon nömrəsinə verdiyi testin nəticəsinin neqativ olması barədə mesaj daxil olmuşdur. Koronovirus infeksiyasına yoluxduğu halda yaşadığı Mıxlıqovaq kəndindəki Şəhriyar adlı şəxsin mağazasına 04.11.2020-ci il tarixdə tək getmişdir. Şəhriyar da mağazada tək olmuş, mağazada və kənddə həmin vaxt heç kimlə təmasda olmamışdır. Ancaq kənarda adamların olmuş, mağazaya gedərkən tibbi maska taxmışdır. 06.11.2020ci il tarixdə də yenə də koronovirus infeksiyasına yoluxmuş, bilə-bilə Şəhriyar adlı şəxsin mağazasına getmişdir. Şəhriyar mağazada tək olmuş, mağazada və kənddə həmin vaxt heç kimlə təmasda olmamışdır. Ancaq kənarda adamların olmuş, mağazaya gedərkən tibbi maska taxmışdır. 07.11.2020-ci il tarixdə kənd məktəbinə futbol meydanına çıxdığı zaman ətrafda kimsə olmamışdır. İstintaq tərəfindən təqdim edilmiş videoçəkilişlə tanış olmuş, həqiqətən də çəkilişdəki özünün olmuşdur. Mobil telefonu xarab olduğu üçün daxil olan mesajları silinmiş, silməzdən əvvəl Səhiyyə Nazirliyinin TƏBİB-in İTS.GOV.AZ saytından daxil olan mesajların ekran fotoşəklini çəkib həmin mesajların şəklini istintaqa Bakı şəhərində olan zaman “Whatsaap” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Həmin mesajların əksi çıxarılmış fotoları tanış olmuş, həqiqətən də həmin mesajlar göndərdiyi mesajlardır. 04.11.2020-ci il tarixdə, 06.11.2020-ci il tarixdə Şəhriyar adlı şəxsin mağzasına gedən zaman, 07.11.2020-ci il tarixdə evdən bayıra futbol meydanına çıxan zaman koronavirus infeksiyasına yoluxduğunu gələn xəbərdarlıq mesajından və Qəbələ rayon xəstəxanasından gələn zəngdən bilmişdir. Sonda Təqsirləndirilən şəxs törətdiyi əməldən çox peşiman olduğunu bildirmiş və məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur, Röyal Bakı şəhərində “Yeni Bakı” otelində işləyir. 2020-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan müharibəsi başlayanda ölkəmizdə elan edilən qismən səfərbərliklə bağlı kəndin icra nümayəndəsi Rauf Rəsulov mobil telefonuna zəng edərək Röyalın hərbi komissarlığa çağırıldığını bildirmişdir. Röyalın Bakı şəhərində olduğunu deyərək Röyala zəng edib bu barədə məlumat vermiş, səhəri gün Röyal Bakı şəhərindən gələrək Qəbələ hərbi komissarlığına getmişdir. Orada oğluna xəstəxanaya gedərək “covid19” testi verilməli olduğunu, onlar çağırdıqda getməli olduğunu demişlər. Röyal da buna görə 30.10.2020-ci il tarixdə komissarlıqdan mərkəzi xəstəxanaya getmiş, orada “covid19” testi vermiş, 02 noyabr 2020-ci il tarixdə Röyalın mobil telefon nömrəsinə “Təbib”dən onun “covid19” testinin pozitiv çıxması barədə məlumat gəlmişdir. Sonradan təxminən 4-5 gün sonra polis sahə rəisi həyətinə gəlib Röyalın karantin qaydasına əməl edib- etmədiyini yoxlayanda Röyalın kənd məktəbinin boş meydançasına kəndə çıxdığı məlum olmuşdur. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs doğma oğludur. Röyal Bakı şəhərində “Yeni Bakı” otelində işləyir. 2020-ci ilin sentyabr ayında Ermənistan-Azərbaycan müharibəsi başlayanda ölkəmizdə elan edilən qismən səfərbərliklə bağlı Röyal hərbi komissarlığa çağırılmışdır. Röyala zəng edərək bu barədə məlumat vermişlər. Səhəri gün Röyal Bakı şəhərindən gələrək Qəbələ komissarlığına getmişdir. Orada oğluna xəstəxanaya gedərək “covid19” testi verilməli olduğunu, onlar çağırdıqda getməli olduğunu demişlər. Röyal da buna görə 30.10.2020-ci il tarixdə komissarlıqdan mərkəzi xəstəxanaya getmiş və orada “covid19” testi vermişdir. 02 noyabr 2020-ci il tarixdə Röyalın mobil telefon nömrəsinə “Təbib”dən onun “covid19” testinin müsbət çıxması barədə məlumat gəlmişdir. Sonradan təxminən 4-5 gün sonra Röyalla bağlarında imiş. Bu zaman Röyal bağdan bayıra hava almağa çıxdığını demiş, özü isə həyətə gəlmişdir. Az sonra həyətə polis əməkdaşları kəndin icra nümayəndəsi ilə birgə gəlib ondan Röyalın harada olduğunu soruşmuş, Röyalın evdə olmadığını, bağyaxınlığına çıxdığını demişdir. Bundan sonra polislər həyətdən çıxıb getmişlər. Sonradan polis əməkdaşları Röyalı kənddə saxlayaraq “covid19” infeksiyasına yoluxduğundan bayıra çıxmasına görə videoçəkiliş aparmışlar və Röyalın bu hərəkətlərini sənədləşdirmişlər. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 07 noyabr 2020-ci il tarixdə saat təxminən 16 radələrində xidməti ərazisi olan Mıxlıqovaq kəndində Qəbələ RPŞ-nin İTB-nin sahənin polis nəfəri Şahid5 ilə birgə xidmətdə olan zaman Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxduğu halda yaşadığı evi tərk etməsi barədə məlumat daxil olmuşdur. Dərhal məlumatı yoxlamaq üçün onun yaşadığı ünvana kəndin inzibati ərazi dairəsi üzrə nümayəndəsi Rauf Rəsulovla və polis nəfəri Şahid5 ilə birgə getmiş, Təqsirləndirilən şəxs anası Şahid3 onları həyətində qarşılamış ondan oğlu Röyalın “covid19” virusuna yoluxubyoluxmadığını soruşmuşlar. Reyhan oğlu Röyalın “covid19” virusuna yoluxduğunu bildirmiş, ondan Röyalın harada olduğunu soruşduqda Reyhan oğlu Röyalın həyətdən çıxaraq kənd ərazisinə gəzməyə çıxdığını demiş, Reyhana oğlunun karonavirus infeksiyasına yoluxduğu halda karantin və özünü təcrid qaydalarını pozmasının məsuliyyətə səbəb olduğunu bildirib həyətdən uzaqlaşıb Röyalın istifadəsində olan mobil telefona zəng etmişdir. Ondan “covid19” infeksiyasına yoluxub-yoluxmadığını soruşduqda Röyal koronavirus infeksiyasına yoluxduğunu demiş, Röyaldan harada olması barədə sorğu edildikdə o, Mıxlıqovaq kənd məktəbinin futbol meydançasının yanında olduğunu, oradan həmin şəxslərlə Mıxlıqovaq kənd orta məktəbinin futbol meydançasının yanına gəlib məsafədən Röyalı görüb onunla şifahi söhbət edərək ondan nə üçün koronavirus infeksiyasına yoluxduğu halda bayıra çıxdığını soruşmuşlar. Röyal koronavirus infeksiyasına yoluxduğunu bildiyini, buna baxmayaraq hava almaq üçün darıxıb evdən bayıra çıxdığını demiş, həmçinin söhbət zamanı Röyal bundan əvvəlki günlər də iki dəfə yaşadığı kəndin mərkəzindəki mağazaya gedərək siqaret aldığını etiraf etmişdir. Röyalla aparılan söhbət tərəfindən mobil telefonla videoçəkiliş aparılaraq qeyd olunmuşdur. Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxduğu halda evdən bayıra çıxmasının, özünü təcrid qaydalarını pozmasının məsuliyyətə səbəb olması barədə bir daha xəbərdar edilərək yaşayış yerinə evinə geri qaytarılmışdır. Daha sonradan polis şöbəsinə gələrək bu barədə raportla polis şöbəsinin rəhbərliyinə məruzə edərək apardığı videoçəkilişi də raporta əlavə etmiş, Təqsirləndirilən şəxs “covid19” infeksiyasına yoluxduğunu bilə-bilə Mıxlıqovaq kəndindəki Şəhriyar adlı şəxsin işlətdiyi mağazaya iki dəfə siqaret almaq üçün getməsinə görə Şəhriyarla bu baradə mobil telefonda danışdıqda Şəhriyar Röyalın həqiqətən də 2-3 gün əvvəl onun mağzasına iki dəfə gəlib siqaret aldığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid5 Şahid4 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə kollegiyasının iclasında tədqiq edilən: 24 noyabr 2020-ci il tarixli “CD formatlı diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 07 noyabr 2020-ci il tarixdə Qəbələ RPŞ-nin İTB-nin sahə rəisi Şahid4 və sahənin polis nəfəri Şahid5 tərəfindən qeydə alınaraq raporta əlavə etdikləri video çəkilişə baxış keçirilmişdir. Baxış keçirilən video görüntü 01 ədəd DVD diskdə yerləşir. Diskdə 02 ədəd videogörüntü vardır. Onlardan biri 61,9 MB, digəri isə 562 MB həcmdədir. Videoda özünü Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs kimi təqdim edən şəxs COVİD 19 infeksiyasına yoluxmasını etiraf dərək bildirir ki, yaşadığı Mıxlıqovaq kəndinin mərkəzində yerləşən Şəhriyar adlı şəxsin işlətdiyi mağazaya əvvəlki günlər ərzində COVİD 19 infeksiyasına yoluxduğu halda gedərək siqaret almışdır. Hazırda isə hava almaq üçün yaşadığı kəndin məktəninin yanındakı meydançaya çıxdığını bildirdi. Videoda görünən yer ictimai yer olduğundan onun COVİD 19 virusunu kənar şəxslərə yoluxdurması üçün real təhlükə faktı mövcuddur. Qəbələ RPŞ-nin İTB-nin polis sahə rəisi Şahid4 tərəfindən tərtib edilmiş 07 noyabr 2020-ci il tarixli protokoldan görünür ki, Qəbələ rayonu Mıxlıqovaq kəndində xidmət apararkən koronavirus (COVİD19) infeksiyasına yoluxmuş və ev şəraitində müalicə olunan şəxsləri Qəbələ RPŞ-nin İTB-nin sahə polis nəfəri, polis baş sertjantı Şahid5, Mıxlıqovaq kənd İƏD üzrə nüayəndəsi X11 ilə birlikdə yoxlayarkən Təqsirləndirilən şəxs yaşadığı evdə olmadığı, anası ilə söhbət apararkən oğlunun evi tərk edərək kənd ərazisində gəzməyə çıxdığını, onun yerini müəyyən edərkən məktəbinin yaxınlığında olmasını, onunla qoyulmuş qadağalarla bağlı söhbət apararkən onun yaşadığı evi ilk dəfə deyil, 04.11.2020ci il və 06.11.2020-ci il tarixlərdə də tərk edərək kənd mərkəzində yerləşən mağazaya getməsini müəyyən etmiş, ondan nə üçün covid19 infeksiyasına yoluxduğu halda karantin qaydalarını pozaraq evdən çıxması şifahi sorğu edildikdə Təqsirləndirilən şəxs hava almaq məqsədi ilə evdən bayıra çıxdığını bəhanə etmiş, Təqsirləndirilən şəxs etdiyi əmələ görə məsuliyyət daşıdığı barədə xəbərdar edilərək yaşadığı evə geri qaytarılmışdır. Qəbələ RMX PHŞ-dən daxil olmuş 09 dekabr 2020-ci il tarixli 3/897 nömrəli məktubdan görünür ki, Qəbələ rayon Mıxlıqovaq kənd sakini Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin yoluxmuş şəxslər jurnalında 01.11.2020-ci il tarixdə 243 sıra nömrəsi ilə qeydiyyata alınmışdır. İşdə olan və məhkəmə baxışında tədqiq edilmiş Qəbələ RMX PHŞdən Təqsirləndirilən şəxs adına verilmiş 04.11.2020-ci il tarixli 8/1432 nömrəli arayışdan görünür ki, ondan 30.10.2020-ci il tarixdə götürülmüş yaxma nümunəsində “covid19” testinin nəticəsi Bakı Referans laboratoriyasının 01.11.2020-ci il tarixli cavabına görə pozitivdir. 16 dekabr 2020-ci il tarixli “internet vasitəsi ilə göndərilmiş məlumatların götürülülməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ilə istifadəsində olan ***-***-**-** saylı mobil telefonla ***-***-**-** saylı mobil telefonla əlaqə saxlayaraq onun koronavirus infeksiyasına yoluxub-yoluxmaması barədə verdiyi analizin nəticəsinə dair nəticə barədə mobil telefonuna TƏBİB-in İTS.GOV.AZ saytından mesaj daxil olubolmadığını şifahi olaraq soruşulmuş, Təqsirləndirilən şəxs 30 oktyabr 2020-ci il tarixdə koronavirus infeksiyasına yoluxub-yoluxmadığını yoxlamaq məqsədi ilə burnundan yaxma üsülü ilə test analizi verdiyini, 02 noyabr 2020-ci il tarixdə səhər saatlarında TƏBİB-in İTS.GOV.AZ saytından istifadəsində olan ***-***-**-** saylı nömrəyə koronavirus infeksiyasına yoluxması, verdiyi testin nəticəsinin pozitiv olması barədə mesaj daxil olduğunu, həmçinin mesajda karantin rejimin pozduğu halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edilmişdir. 16 dekabr 2020-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin “whatsapp” hesabından 055-221-71- 42 saylı nömrənin “whatsapp” hesabına göndərdiyi 01 ədəd fotoşəkilin əksini çıxarılaraq baxış keçirilmişdir. Müəyyən edilmişdir ki: 02.11.2020-ci il tarixdə saat 09:32 radələrində İTS.GOV.AZ ünvanından “Hormetli ROYAL QEDİMLİ. Sizin 30.10.2020-ci il tarixinde COVİD 19 ilə bağlı verdiyiniz testin neticesi POZİTİVDİR. Xahish olunur, siz ve aile üzvleriniz yashayish yerini terk etmeyesiniz. Karantin rejimini pozdugunuz teqdirde, Azerbaycan Respublikasinin İnzibati Xetalar və Cinayet mecellelerində nezerde tutulmush qaydada mesuliyyete celb oluna bilersiniz. tel 1542. Bundan başqa həmin şəkildə16.11.2020-ci il tarixdə saat 13:40 radələrində İTS.GOV.AZ ünvanından “Hormetli ROYAL QEDİMLİ, Siz ve sizinle eyni evdə yashayan shexslerin COVİD 19 ile baglı evde ozunutecrid muddeti bitmishdir. Saglamliginizi qoruyun. Həmçinin, həmin şəkildə 23.11.2020-ci il tarixdə saat 11:20 radələrində Hormetli ROYAL QEDİMLİ. Sizin 20.11.2020-ci il tarixində COVİD19 ilə bağlı verdiyiniz analizin nəticəsi NEQATİVDİR, virus ashkar edilmədi. tel 1542. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İnformasiya-Kommunikasiya idarəsindən daxil olmuş 26.03.2021-ci il tarixli 020- 3550-1221 nömrəli məktuba əsasən Təqsirləndirilən şəxs “covid19” virusuna yoluxduğu və 30.10.2020-ci il 15:00:17tarixdən 13.11.2020-ci il 15:00:17 tarixədək yaşayış yerini tərk etməsinə məhdudiyyət qoyulması barədə məlumat İcbari Dövlət Sığorta Agentliyinin Tibbi Ərazi X1 (TƏBİB) informasiya sistemi tərəfindən 02.11.2020-ci il 00:59:39 tarixdə Daxili İşlər Nazirliyinin müvafiq informasiya sisteminə ötürülmüşdür. Qəbələ RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Nəzər Qaragözovun 20.11.2020-ci il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Təqsirləndirilən şəxs koronavirus infeksiyasına yoluxduğunu bilə-bilə 04.11.2020-ci il tarixdə səhər saatlarında, 06.11.2020-ci il tarixdə günortadan sonra yaşadığı evi tərk edərək Mıxlıqovaq kəndinin mərkəzindəki Şahid1 işlətdiyi ərzaq və sənaye malları mağazasına getmişdir. Qəbələ RMX PHŞ-dən daxil olmuş 01 dekabr 2020-ci il tarixli 3/883 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Qəbələ RMX PHŞ-nin polikilinika şöbəsinin “narkoloji və ruhi əsəb” kabinetində qeydiyyatda deyildir. İşdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin verdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Mıxlıqovaq kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.12.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Qəbələ şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 21.12.2020-ci il tarixli, 778 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə tərkibi atası 1966-cı il təvəllüdlü X9, anası 1966-cı il təvəllüdlü Şahid3 İsfəndiyar qızı və qardaşı 1993-cü il təvəllüdlü X2 ibarətdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün ibtidai istintaq və ilkin məhkəmə baxışı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ibtidai istintaq zamanı və ilkin məhkəmə baxışı zamanı verdikləri ifadələri, digər iş materialları ilə onun koronavirus (COVİD 19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədi ilə tətbiq edilmiş xüsusi karantin rejimi dövründə xəstəliyin yayılması üçün real təhlükə yaratmaqla epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması cinayətinin törətməsi tamamilə sübuta yetirilmişdir. Qeyd olunduğu kimi, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-nin 139- 1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilib, onu 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli CM-nin 139-1.1-ci mаddələsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsi tərəfindən CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar, həmçinin onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası tərəfindən də məhkəmə araşdırılması zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(025)-28/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarının izahına əsasən “istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Qeyd olunan maddi hüquq normasının və qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Məhkəmə kollegiyası apellyasiya şikayətinə münasibət bildirərək qeyd edir ki, apellyasiya şikayəti əsaslandırılmamış və formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs apellyasiya şikayətində hökmdə onun əməlindən səmimi peşman olması, xəstə olması, ailənin yeganə qazanc gətirən şəxsi olması yüngülləşdirici hallar kimi müəyyən edilmədiyinə etiraz etsə də, məhkəmə kollegiyası onun diqqətinə çatdırır ki, CMnin 9.2-ci maddəsinə əsasən cəza təyin edilərkən bu Məcəllənin 59.1.1—59.1.14cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Normanın məzmunundan göründüyü kimi həmin halların yüngülləşdirici hal kimi müəyyən edilməsi məcburi deyildir. Ona görə də birinci instansiya məhkəməsi həmin halları yüngülləşdirici hal kimi nəzərə almamaqla haqlı olmuşdur. Lakin məhkəmə iş üzrə diqqətəlayiq halları nəzərə almış və təqsirləndirilənə azadlıqdan məhrumetməyə nisbətdə daha yüngül cəza təyin etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs hökmdə humanizm prinsiplərinin nəzərə alınmadığını və ədalətli olmadığını bildirsə də, məhkəmə kollegiyası hesab edir ki, Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(025)- 28/2021 saylı hökmü qanuni olmaqla yanaşı, həm də ədalətlidir. Belə ki, CM-nin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, birinci instansiya məhkəməsi daha ciddi cəza növü olan azadlıqdan məhrumetməni deyil, ona nisbətdə az ciddi cəza növü olan azadlığın məhdudlaşdırılması cəzasını seçmiş, habelə həmin cəza növünün yuxarı həddini deyil, onun yarsını tətbiq etmişdir ki, bu da humanizim prinsipinin də nəzərə alındığına dəlalət edir. Qeyd edilənlərə əsasən apellyasiya şikayəti əsaslı deyil. Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin: 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə görə, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Qeyd edilənlərə istinadən məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılmasının cəzasının təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Ona görə ki, məhkəmə tərəfindən Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Təqsirləndirilən şəxs düzgün olaraq həmin cəza növü və həddi təyin edilmişdir. Beləliklə, şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini əsassız sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, Təqsirləndirilən şəxs CM-nin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(025)-28/2021 saylı hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını qanuna və məqsədə uyğun hesаb edir. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirilmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli 1(025)-28/2021 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar