Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-261/2021 01.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X9, Təqsirləndirilən şəxs1, onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakları ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 133.2.3 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 133.2.3-cü maddəsi ilə məhkum edilmələrinə dair Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(051)-9/2021 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Ələkbər Hüseynov) 04 may 2021-ci il tarixli 1(051)-9/2021 nömrəli hökmü ilə xx xxxxxx 2001-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Mingəçevir şəhəri Zərərçəkmiş şəxs2 küçəsi ev 12 mənzil 38 ünvanında qeydiyyatda olan və orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 133.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, CM-in 66.2 və 69.3-cü maddələrinə əsasən azadlığın məhdudlaşdırılmasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər tutulmaqla 1 (bir) il 3 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi və məhkəmə iclası zalından dərhal həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının 04 may 2021-ci il tarixdən hesablanması, xx xxxx 2001-ci ildə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 133.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının həbs edildiyi gündən, yəni 27.10.2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi tanınmış 1 ədəd avtomobil motoru qalovkası, 1 ədəd avtomobil mostu, 2 ədəd danqrat, 2 ədəd radiator üçün boru və 1 ədəd avtomobil kollektorunun Zərərçəkmiş şəxs1 qaytarılmasının nəzərə alınması, iş üzrə maddi sübut kimi Mingəçevir Şəhər Polis Şöbəsində saxlanan 1 ədəd köynəyin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizasının xərci olan 50 manat məbləğində pulun Təqsirləndirilən şəxs1 tutularaq dövlət nəfinə ödənilməsi, vəkil X4 132 manat və X6 228 manat ibtidai istintaqda göstərdikləri hüquqi yardımın ödənilməsinin Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməsi və göstərilən hüquqi yardıma görə göstərilən məbləğində pulun dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZ 34İBAZ******************** saylı hesabına köçürülməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 tanışı Zərərçəkmiş şəxs2 onun barəsində 2017-ci ildə xoşagəlməz və nalayiq ifadələr işlətməsi səbəbindən ondan qisas almaq qərarına gəlmiş və əvvəldən tanıdığı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək, 09.09.2019-cu il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs2 qardaşı Amil Məmmədovun vasitəsilə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti ev 80/25 saylı binanın qarşısına çağırmış, orada çay içmək adı ilə Zərərçəkmiş şəxs2 Mingəçevir şəhəri Kür çayı sahilində yerləşən “Yaşıl Məkan” restoranının yaxınlığına aparmış, orada ilkin olaraq üzərində olan vintaçanla Zərərçəkmiş şəxs2 baş nahiyəsindən vuraraq sonuncunu yerə yıxmış, sonra Təqsirləndirilən şəxs2lə birlikdə üzərlərində olan vintaçanla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən vuraraq ona kürək nahiyəsində, sağ budunda, sağ bazu nahiyəsində, başın tüklü hissəsində kiçik ölçülü 14 ədəd deşilmiş sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan səthi yaralar xəsarətini yetirib CM-nin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan Zərərçəkmiş şəxs2 zorakı hərəkətlərlə güclü fiziki ağrılar yetirməklə ona əzab vermişdir. Bundan başqa o, 20.02.2020-ci il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhəri Xan Şuşinski küçəsində yerləşən avtomobil təmiri mərkəzinin həyətinə dəmir hasardan aşdıqdan sonra orada olan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan təmir sexinə hasardan aşıb qanunsuz daxil olaraq, sexdə yerləşən bir ədəd 20 manat dəyərində avtomobil radiatorunu, bir ədəd 60 manat dəyərində avtomobil mühərriki qalovkasını, bir ədəd 80 manat dəyərində avtomobil mostunu, iki ədəd ümumi dəyəri 30 manat olan danqratı, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat olan iki ədəd radiator üçün boruları və bir ədəd 15 manat dəyərində avtomobil kollektorunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 215 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 09.09.2019-cu il tarixdə saat 15 radələrində əvvəldən tanıdığı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək tanışı Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs1 barəsində 2017-ci il tarixdə nalayiq ifadələr işlətməsi səbəbindən ondan qisas almaq məqsədilə sonuncunu qardaşı Amil Məmmədov vasitəsilə yaşadığı Mingəçevir şəhəri H.Əliyev prospekti ev 80/25 saylı binanın qarşısına çağırmış, daha sonra Zərərçəkmiş şəxs2 çay içməyə dəvət etdiklərini bildirib Mingəçevir şəhəri, Kür çayı sahilində yerləşən “Yaşıl Məkan” restoranının yaxınlığına aparmış, orada ilkin olaraq Təqsirləndirilən şəxs1 üzərində olan vintaçanla Zərərçəkmiş şəxs2 baş nahiyəsindən vuraraq sonuncunu yerə yıxmış, daha sonra hər ikisi üzərlərində olan vintaçanla Zərərçəkmiş şəxs2 bədəninin müxtəlif nahiyələrindən vuraraq ona kürək nahiyəsində, sağ budunda, sağ bazu nahiyəsində, başın tüklü hissəsində kiçik ölçülü 14 ədəd deşilmiş sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin olunmayan səthi yaralar xəsarətini yetirib CM-in 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan Zərərçəkmiş şəxs2 zorakı hərəkətlərlə güclü fiziki ağrılar yetirməklə ona əzab vermişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən apellyasiya şikayətləri vermişdir. Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(051)-9/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, verilmiş apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətində humanizim prinsipinin nəzərə alınaraq işə yenidən baxılmasını apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətində Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmünün ləğv edilərək ona təyin edilmiş cəzanın daha yüngülü ilə əvəz edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərini müdafiə edən Təqsirləndirilən şəxs1 özünü təqsirli bilərək ona daha yüngül cəzanın təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа apellyasiya şikayətinin dəlillərini müdafiə edən Təqsirləndirilən şəxs2 gənc olmağının nəzərə alınmasını və ona daha yüngül cəzanın təyin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 müdafiəçisi X7 Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi X1 Abdullayevin apellyasiya şikayətinin təmin edilməsini və ona təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı Telman Əhmədov təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-in 133.2.3-cü maddəsi ilə cinayət təqibindən imtina etdiyini, eyni zamanda Təqsirləndirilən şəxs1 barədə CM-in 177.3.3-cü maddəsi ilə verilmiş ittihamı müdafiə etdiyini bildirərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-in 133.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsini, onlara bu maddə ilə təyin edilmiş cəzadan azad edilmələrini, Təqsirləndirilən şəxs1 CM-in 177.2.3-cü maddəsi təyin edilmiş cəzanın qüvvədə saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 CM-in 133.2.3 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 133.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli hökmü CM-in 133.2.3-cü maddəsi ilə cəza təyin edilməsi hissədə ləğv edilməlidir. Belə ki, məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 133.2.3-cü maddəsi ilə verilmiş ittihamdan imtina edərək təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində CM-in 133.2.3-cü maddəsi ilə cinayət təqibinə xitam verilməsini, onlara bu maddə ilə təyin edilmiş cəzadan azad edilmələrini, Təqsirləndirilən şəxs1 CM-in 177.2.3-cü maddəsi təyin edilmiş cəzanın qüvvədə saxlanılmasıni xahiş etdi. “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin 4-cü bəndinə əsasən, toplanmış sübutlarla ittiham təsdiq edilmirsə və imtinaya əsaslar varsa, prokuror ittihamı müdafiə etməkdən tam və ya qismən imtina edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Prokurorluğunun sorğusuna əsasən “Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 43.1.1, 314.2-ci maddələrində nəzərdə tutulmuş «dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə» müddəasının şərh edilməsinə dair” 15 fevral 2008-ci il tarixli qərarında göstərilir ki, prosessual qanunvericiliyin keyfiyyətcə yeni hüquqi təbiətə malik institutlarının, həmçinin cinayət mühakimə icraatının məhkəmə baxışı mərhələsində prokurorun dövlət ittihamçısı kimi rolunu müəyyənləşdirən normalar sisteminin təhlili belə qənaətə gəlməyə əsas verir ki, prokuror ittiham tərəfinin irəli sürdüyü ittihamın sonrakı aqibətinə təsir edə biləcək mühüm səlahiyyətlərə malik olan müstəqil prosessual şəxsdir. CPM-in 32.2.8-ci maddəsinə əsasən, dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibini həyata keçirir və cinayət təqibindən imtina edir. Bu Məcəllənin 41.3-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, dövlət ittihamçısı məhkəmədə cinayət təqibini istisna edən halları aşkar edərsə, təqsirləndirilən şəxs barəsində cinayət təqibindən imtina edilməsini bildirməlidir. Xüsusi ittihamçı ittihamı müdafiə etməkdə davam edərsə, təqsirləndirilən şəxsin cinayət təqibindən imtina edilməsi barədə dövlət ittihamçısının mövqeyi cinayət işinə və ya cinayət təqibilə bağlı digər materiala məhkəmədə baxılmasının davam etdirilməsinə mane olmur. CPM-in 43.1.1-ci və 314.2-ci maddələrində nəzərdə tutulan dövlət ittihamçısının və xüsusi ittihamçının ittihamın müdafiəsindən (cinayət təqibindən) imtina etməsi ittihamdan həm tam, həm də qismən imtina edilməsini ehtiva edir. CPM-in 43.1.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində dövlət ittihamçısı və xüsusi ittihamçı cinayət təqibindən imtina etdikdə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Ona görə də dövlət ittihamçısının Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 133.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi ilə bağlı ittihamın müdafiəsindən imtina etməsi qəbul edilməli, həmin hissədə cinayət təqibinə icraata xitam verilməlidir. Dövlət ittihamçısı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 CM-in 133.2.3-cü maddəsi ilə verilmiş ittihamdan imtina etdiyi və Təqsirləndirilən şəxs2 başqa maddə ilə ittiham verilmədiyi üçün, kollegiya sonuncunun apellyasiya şikayəti üzrə hüquqi dəyərləndirmə aparılmasını zəruri hesab etmir. Digər Təqsirləndirilən şəxs1 apellyasiya şikayətinin dəlillərinə gəlincə, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs1 CM-in 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs1 əməli CM-in 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuş, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması növündə cəza cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və onun şəxsiyyətinə uyğun olmuşdur. Apellyasiya şikayətindən və təqsirləndirilən şəxsin apellyasiya şikayətinin dəlillərinə münasibətindən görünür ki, o birinci instansiya məhkəməsinin ona təyin etdiyi cəzanı ağır hesab edir, həmin cəzanın yüngülləşdirilməsini istəyir. Bununla bağlı məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlili üzrə iki aspektdən, həm CM-in ədalətlilik prinsipi, həm də cəzanın islah təsiri baxımından hüquqi qiymətləndirmə aparılmasını məqsədəuyğun hesab edir. İlk növbədə qeyd olunmalıdır ki, CM-in 41.1-ci maddəsinin məzmununa görə, cəza sitəm оlmayıb, cinayət-hüquqi xarakterli tədbirdir. Cəza bir tərəfdən törədilən cinayətlərə görə dövlətin reaksiyasıdır, digər tərəfdən cinayət əməlini törədən şəxs üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və hərəkətsizliyə görə təyin edilə bilər (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli qərarı). Cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır (CM-in 8.1-ci maddəsi). Eyni zamanda, CM-in 58.1-ci maddəsində qeyd olunmuşdur ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Qeyd olunan hüquq normalarının məna və mahiyyətinə, habelə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin hüquqi mövqeyinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət işinin materiallarından görünür ki, 20.02.2020-ci il tarixdə saat 23:30 radələrində Mingəçevir şəhəri Xan Şuşinski küçəsində yerləşən avtomobil təmiri mərkəzinin həyətinə dəmir hasardan aşdıqdan sonra orada olan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri olan təmir sexinə hasardan aşıb qanunsuz daxil olaraq, sexdə yerləşən bir ədəd 20 manat dəyərində avtomobil radiatorunu, bir ədəd 60 manat dəyərində avtomobil mühərriki qalovkasını (başlığını), bir ədəd 80 manat dəyərində avtomobil mostunu (körpüsünü), iki ədəd ümumi dəyəri 30 manat olan danqratı, hər birinin dəyəri 5 manat olmaqla ümumi dəyəri 10 manat olan iki ədəd radiator üçün boruları və bir ədəd 15 manat dəyərində avtomobil kollektorunu gizli olaraq talayaraq Zərərçəkmiş şəxs1 215 (iki yüz on beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. CM-in 177.2.3-cü maddəsinin sanksiyasına əsasən, oğurluq yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Ona görə də məhkəmə kollegiyası CM-in ədalət prinsipi baxımından Təqsirləndirilən şəxs1 CM-in 177.2.3-cü maddəsi ilə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin təqsirləndirilən şəxsə təyin etdiyi cəzanı islah təsiri baxımından da əsaslı hesab edir. Belə ki, CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini təmin etməlidir. Belə olan halda birinci instаnsiyа məhkəməsi CM-in 58.3-cü mаddəsinə uyğun оlаrаq, cinаyətin xаrаkteri və ictimаi təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzаnı yüngülləşdirən hаllаrın (törətdiyi oğlurluq əməlinə görə peşmançılıq hissi keçirməsi) olması, ağırlaşdıran halların olmamasını, hаbelə təyin olunmuş cəzаnın onun islаh olunmаsınа və аiləsinin həyаt şərаitinə təsirini nəzərə аlаrаq, onа CM-in 177.2.3-cü mаddəsinin sаnksiyаsındа nəzərdə tutulаn qаnuni və ədalətli cəzа təyin etmiş, cəzаnın növünü və həddini düzgün müəyyən etmişdir. Qeyd olunanlarla yanaşı, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı və ibtidai istintaq zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Təqsirləndirilən şəxs1 CM-in 133.2.3 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə CM-in 133.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli CM-in 133.2.3-cü maddəsi ilə cəza təyin edilməsi hissədə ləğv edilməli, dövlət ittihamçısı CM-in 133.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, həmin hissədə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilərək ona qarşı cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müddət ona CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzadan CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə çıxılaraq üzərində qəti olaraq 1 il 8 ay 4 gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılmalı, dövlət ittihamçısı CMin 133.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilərək ona qarşı cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclası zalında həbsdən azad edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxarmağa haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43, 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 04 may 2021-ci il tarixli 1(051)-9/2021 nömrəli hökmü CM-in 133.2.3-cü maddəsi ilə cəza təyin edilməsi hissədə ləğv edilsin. Dövlət ittihamçısı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs1 verilmiş ittihamdan imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, həmin hissədə Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin və ona qarşı cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs1 azadlıqdan məhrumetmə növündə cəza çəkdiyi müddət ona CM-in 177.2.3-cü maddəsi ilə təyin edilmiş 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzadan CM-in 69.3-cü maddəsinə əsasən bir günə iki gün hesabı ilə çıxılaraq üzərində qəti olaraq 1 (bir) il 8 (səkkiz) ay 4 (dörd) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Azadlığın məhdudlaşdırılması cəzasının müddətinin əvvəli Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 оğlunun üzərinə Mingəçevir şəhərinin ərazi hüdudlarını tərk etməmək, yaşayış yeri оlаn Mingəçevir şəhəri Zərərçəkmiş şəxs2 küçəsi ev 12 mənzil 38 ünvanında yerləşən evi axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Dövlət ittihamçısı CM-in 133.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs2 verilmiş ittihamdan imtina etdiyi üçün CPM-in 43.1.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin və ona qarşı cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 dərhal məhkəmə iclası zalında həbsdən azad edilsin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-261/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-261/2021
01.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver