Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-262/2021 20.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin prokuroru, kiçik-ədliyyə müşaviri X1, müdafiəçilər-Şəki Regional Vəkil Bürosunun vəkili X6, Zaqatala Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1, Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (hakim Tural Həsənov) 05 may 2021-ci il tarixli hökmü ilə, xx xxx 1983-cü ildə Zaqatala rayonu Maqov kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Maqov kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs1 cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması; xx xxxx 1992-ci ildə Zaqatala rayonu Sabunçu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Zaqatala rayonu Lahıc kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirli bilinərək, 1 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan mərhum edilməklə, 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməsi, Təqsirləndirilən şəxs2 cəzasının əvvəli onun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, iş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət büdcəsinə keçirilməsi, Zərərçəkmiş şəxs vurulmuş ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilməsi, hökmün icrası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Zaqatala Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, iş üzrə maddi sübutun, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmaması nəzərə alınması müəyyən edilmişdir. işin halları: Təqsirləndirilən şəxs2 30 avqust 2020-ci il tarixdə, saat 21 radələrində etibarnamə əsasında idarə etdiyi və faktiki mülkiyyətində olan «VAZ-21063» markalı, 62BK-064 dövlət nömrə nişanlı avtomobillə “X13” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələbinə əsasən eyni əhəmiyyətli olmayan yolların kəsişdiyi yolayrıcında, ikinci dərəcəli yolla hərəkət edən nəqliyyat vasitəsinin sürücüsü baş yolla yolayrıcına yaxınlaşan nəqliyyat vasitələrinə, onların sonrakı hərəkət istiqamətindən asılı olmayaraq yol verməli olduğu halda bu tələbi pozaraq, yəni Zaqatala şəhəri, Faiq Əmirov küçəsində “Azpetrol” yanacaq doldurma məntəqəsinin yaxınlığında baş yolla Balakən rayonu istiqamətində hərəkətdə olan – Təqsirləndirilən şəxs1 idarə etdiyi “VAZ-21099” markalı, **- BL-*** dövlət nömrə nişanlı avtomobilə yol vermədən (gəlib keçməsini gözləmədən) olduğu ikinci dərəcəli yoldan həmin baş yola daxil olması nəticəsində sonuncu avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Təqsirləndirilən şəxs1 idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, subaraxnoidal qansızma, alın nahiyəsinin və sağ dizin əzilmiş-cırılmış yarası, hər iki göz ətrafında qançırlar (eynək simptomu), sağ bazusunda və sol baldırında qançırlar, sağ milbilək oynağının əziyi xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər almasına və Zərərçəkmiş şəxs məxsus “VAZ-21099” markalı, 62BL-082 dövlət nömrə nişanlı avtomobili zədələməklə sonuncuya 1559 manat məbləğində maddi zərər vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs1 30 avqust 2020-ci il tarixdə, saat 21 radələrində “X13” Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 1-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olmadan idarə etdiyi, anası Zərərçəkmiş şəxs məxsus “VAZ-21099” markalı, **- BL-*** dövlət nömrə nişanlı avtomobillə Zaqatala şəhəri, Faiq Əmirov küçəsində baş yolla Balakən rayonu istiqamətində hərəkətdə olarkən “X13” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə əsasən nəqliyyat vasitəsini yaşayış məntəqəsi daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etdirməli olduğu halda həmin tələbi pozub avtomobili yaşayış məntəqəsi daxilində 60 km/saat surətdən artıq, yəni 70-80 km/saat surətlə idarə edərək “Azpetrol” yanacaqdoldurma məntəqəsinin yaxınlığında ikinci dərəcəli yoldan həmin baş yola daxil olmuş - Təqsirləndirilən şəxs2 idarə etdiyi “VAZ-21063” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan onun idarə etdiyi avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, subaraxnoidal qansızma, alın nahiyəsinin və sağ dizin əzilmiş-cırılmış yarası, hər iki göz ətrafında qançırlar (eynək simptomu), sağ bazusunda və sol baldırında qançırlar, sağ milbilək oynağının əziyi xarakterli, dərəcəsinə görə həyat üçün təhlükəli olub sağlamlığa ağır zərər vurmaya aid, Təqsirləndirilən şəxs2 sol budunda qançır xarakterli, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər almasına, Zərərçəkmiş şəxs məxsus “VAZ-21099” markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobili zədələməklə sonuncuya 1559 manat məbləğində, Təqsirləndirilən şəxs2 faktiki mülkiyyətində olan “VAZ-21063” markalı, **-BK-*** dövlət nömrə nişanlı avtomobili zədələməklə isə sonuncuya 1408 manat məbləğində maddi zərər vurulmasına səbəb olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 tərəfindən apellyasiya şikayətləri verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 verdikləri apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmünün ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X11 apellyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı İlham Cəfərzadə apellyasiya şikayətlərinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxsin habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o avtomobillə Kebeloba kənd yolundan deyil, Zaqatala şəhəri Azərbavean prospekti ilə hərəkət etmiş, prospektin qurtaracagındakı dairədən 1 -ci dərəcəli yola çıxaraq 30-35 metr hərəkət etdikdən sonra sola dönmə işığını yandıraraq dayanmış və bu zaman arxadan gələn VAZ- 21099 markalı avtmobil onu soldan ötmək istəyərkən toqquşma baş vermişdir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək, yazılı izahatını da məhkəməyə təqdim edərək ifadəsində göstərdi ki, o, Kebeloba yolu ilə hərəkət etməmişdir. Orada torpaq yolu yoxdur. O, Azərbaycan prospekti ilə gələrək dairədən magistral yola çıxmış, yəni birinci dərəcəli yola çıxmışdır. Toqquşmadan əvvəl o, birinci dərəcəli yolda olmuşdur və sola dönmək üçün dönmə işıqlarını yandıraraq dayanmışdır ki, qarşıdan gələn avtomobil ötdükdən sonra sola dönərək hərəkət etsin. Bu zaman arxadan gələn VAZ-21099 markalı avtomobil onun idarə etdiyi avtomobili onun solundan ötmək istəmişdir. Bu zaman toqquşma baş vermişdir. Həmin yerdə ötmə əməliyyatı etmə qadağandır. Arxadan gələn VAZ-21099 markalı avtomobil onun sola dönmək üçün dönmə işıqlarını yandırıb dayandığını görmüşdür. Buna görə də, o, sağından keçərək yoluna davam etməli idi. Onu da bildirdi ki, dairədən birinci dərəcəli yola çıxarkən birinci dərəcəli yolda ona yaxınlaşan heç bir avtomobil yox idi. Havanın qaranlıq vaxtı olduğuna görə yaxınlaşan avtomobil olmuş olsa idi, o ən azından həmin avtomobilin işıqlarını görərdi. O, dairədən baş yola çıxmış, baş yolla hərəkət etmiş və sola dönmək üçün dönmə işığını yandırıb dayanmışdır. Bu zaman da toqquşma baş vermişdir. Bundan sonra o və VAZ 21099 markalı avtomobildə olan sərnişin Şamsu adlı qadın xəsarət aldığı üçün hər ikisi ilk tibbi yardım almaq məqsədi ilə Zaqatala rayon mərkəzi xəstəxanasına daxil olmuş, idarə etdiyi avtomobilin qabaq sağ otaracağında oturmuş qardaşı Nahid isə heç bir xəsarət almamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş, o Təqsirləndirilən şəxs1 və anası Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onun və ailə üzvlərinin Tahir və Şamsu ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Baş vermiş yol nəqliyyat hadisəsində onun günahı olmadığını qeyd edərək təqsirləndirildiyi maddə üzrə bəraət verilməsini xahiş etmişdir. İbtidai istintaq zamanı isə Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zaqatala rayon Lahıc kəndində valideynləri ilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur, 30 avqust 2020ci il tarixdə, təxminən saat 20:30 radələrində etibarnamə əsasında idarə etdiyi VAZ-21063 markalı, **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala rayonu Kebeloba kəndi tərəfdən Zaqatala-Bakı magistral yoluna çıxıb həmin yolun sağ tərəfinə dönmək istəmiş, idarə etdiyi avtomobildə qardaşı Şahid1 da olmuş, avtomobili o idarə etmiş, qardaşı Nahid isə qabaq sağ oturacaqda oturmuş, o idarə etdiyi avtomaşınla magistral yola yaxınlaşıb idarə etdiyi avtomobili saxlayıb yolun sağ və sol tərəfinə baxmış, həmin vaxt magistral yolda Zaqatala şəhəri tərəfdən Balakən rayonu istiqamətində VAZ-21099 markalı avtomobilin yolun sağ tərəfi ilə hərəkətdə olmasını görmüş, o həmin avtomobilin uzaqda olduğunu güman edərək idarə etdiyi avtomobili hərəkət etdirərək magistral yolun sol tərəfinə keçmək istədikdə qeyd etdiyi VAZ-21099 markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobilin qabaq sağ tərəfi idarə etdiyi avtomobilin sol qabaq qapı tərəfi ilə toqquşmuş, bundan sonra o və VAZ 21099 markalı avtomobildə olan sərnişin Şamsu adlı qadın xəsarət aldığı üçün hər ikisi ilk tibbi yardım almaq məqsədi ilə Zaqatala rayon mərkəzi xəstəxanasına daxil olmuş, idarə etdiyi avtomobilin qabaq sağ otaracağında oturmuş qardaşı Nahid isə heç bir xəsarət almamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, yol nəqliyyat hadisəsi baş verməmişdən əvvəl spirtli içki qəbul etməmiş, o Təqsirləndirilən şəxs1 və anası Zərərçəkmiş şəxs əvvəllər tanımamış, onun və ailə üzvlərinin Tahir və Şamsu ilə əvvəllər heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, axşam saat 9-10 radələrində anasını xəstəxanaya gətirmiş, dərmanları aldıqdan sonar evə getmək üçün yola düşmüşdür. Zaqatala şəhəri istiqamətindən yaşadığı Maqov kəndi istiqamətində Bakı-Balakən maqistral yolunun sağ tərəfi ilə hərəkətdə olarkən yolun sağ tərəfində azpetrol yanacaq doldurma məntəqəsinin döngəsindən yəni Kebeloba kəndi istiqamətindən qarşısına sonradan tanıdığı Ümid adlı şəxsin idarə etdiyi VAZ-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşın çıxmış, o avtomobilin əyləcini basmasına baxmayaraq idarə etdiyi avtomobilin sağ tərəfi qeyd etdiyi avtomobilin sol tərəfi ilə toqquşmuşdur. Maşın üçün 15.000 min manat xərc çəkmişdir. Həmin pula görə torpaq sahəsini satmışdır. Təqsirləndirilən şəxs2 heç bir köməklik göstərməmişdir. Təqsirləndirilən şəxs1 verilmiş suallara cavab olaraq 60 km/saat sürətlə hərəkət etdiyini, özünün əsas yola çıxan zaman maşınla toqquşduğunu, həmin maşını 3-4 metr qalmış gördüyünü, tormoza basdığını, maşını hadisədən qaçırtmaq istəyiyini, onun maşını özünün maşının şofer tərəfdən qabaq küncünə dəydiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zaqatala rayon Maqov kəndində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur, VAZ- 21099 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobil anası Şamsuya məxsusdur, həmin avtomobili idarə etmək üçün etibarnaməsi və sürücülük vəsiqəsi yoxdur. 30 avqust 2020-ci il tarixdə, təxminən saat 20:00 radələrində idarə etdiyi VAZ21099 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala şəhəri istiqamətindən yaşadığı Maqov kəndi istiqamətində Bakı-Balakən maqistral yolunun sağ tərəfi ilə hərəkətdə olarkən yolun sağ tərəfində azpetrol yanacaq doldurma məntəqəsinin döngəsindən yəni Kebeloba kəndi istiqamətindən qarşısına sonradan tanıdığı Ümid adlı şəxsin idarə etdiyi VAZ-2106 markalı **-BK-*** dövlət qeydiyyat nişanlı avtomaşın çıxmış, o avtomobilin əyləcini basmasına baxmayaraq idarə etdiyi avtomobilin sağ tərəfi qeyd etdiyi avtomobilin sol tərəfi ilə toqquşmuş və bundan sonra idarə etdiyi avtomobildə olan sərnişin-anası Şamsu xəsarət aldığı üçün Zaqatala rayon mərkəzi xəstəxananın təcili yardım avtomaşını ilə ilk tibbi yardım almaq məqsədi ilə Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. O, isə hadisə yerində qalmış və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində göstərdi ki, idarə etdiyi avtomaşınla Zaqatala şəhəri istiqamətindən Maqov kəndi istiqamətində hərəkətdə olarkən idarə etdiyi avtomobili saatda 70-80 km sürətlə hərəkət etdirmiş, idarə etdiyi avtomobilin yoluna çıxan VAZ-2106 markalı avtomobili 20-25 metrdən görmüş, o həmin avtomobilə siqnal verməsinə baxmayaraq avtomobil bir başa onun idarə etdiyi avtomobilin hərəkət istiqamətinə çıxması nəticəsində avtomobillər bir-birləri ilə toqquşmuşlar. Baş vermiş hadisədə təqsirsiz olduğunu və yeganə xətası avtomobili sürücülük hüququ olmadan idarə etməsi olmuşdur ki, bunun da cinayət məsuliyyətinə yox, inzibati məsuliyyətə səbəb olmasını bilir. Zərərçəkmiş şəxs onun anası olmasını və yol nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən ömrü boyu şikəst qalacağını diqqətə alaraq, anasının onun himayəsində olması ilə yanaşı himayəsində iki azyaşlı uşağın da olmasını məhkəmə tərəfindən nəzərə alınmasını xahiş edir. Təqsirləndirildiyi maddə ilə özünü təqsirli bilmədiyini qeyd edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin gün həkimdən çıxaraq evlərinə gəlirmişlər. Ürəyi ağrıdığından oğlunun surətlə maşın sürməsinə heç vaxt razı olmamışdır. Birdən başqa bir maşın onların maşınına toqquşmuş, bununla huşu başından getmişdir. Hadisəni tam görməmişdir. Lakin Ümid tərəfdən heç kim onlara baş çəkməmiş, halını soruşmamış, xərclərini ödəməmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsinin təsdiq edərək göstərdi ki, özünə məxsus VAZ-21099 markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobili var, özü avtomobil idarə edə bilmir, həmin avtomobili ona lazım olduqda oğlu Təqsirləndirilən şəxs1 idarə etmişdir. 30 avqust 2020-ci il tarixdə, saat 16 radələrində o yenə oğlu Təqsirləndirilən şəxs1la birlikdə özünə məxsus VAZ-21099 markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobillə Zaqatala rayonu, Muxax kəndinə qonaq getmiş, həmin gün saat 19 radələrinə qədər qonaq olduğu evdə olmuşdur. 30 avqust 2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı Zaqatala rayonu Maqov kəndinə getmək üçün çıxmış, həmin vaxt avtomobili oğlu Təqsirləndirilən şəxs1 idarə etmiş, o isə arxa sol oturacaqda oturmuşdur. Oğlu Tahir avtomobili aşağı surətlə idarə etmişdir. Onlar Zaqatala şəhəri ilə Maqov kəndi istiqamətində hərəkət etmiş, həmin vaxt o arxa oturacaqda oturub başı ağrıdığı üçün sol əlini başına tutub başını qabaq oturacağa tərəf söykəmişdir. Həmin vaxt qəflətən idarə etdiyi avtomobilə zərbə dəymiş və zərbədən onun burnundan qan gəlməyə başlamış, bundan sonra onu Zaqatala rayon mərkəzi xəstəxanasına aparmışlar. Onun olduğu avtomobili oğlu Təqsirləndirilən şəxs1 idarə edərək Zaqatala şəhərindən Maqov kəndi istiqamətində hərəkət etdirmiş, həmin vaxt o toqquşmanı görməmiş, sonradan Ümüd Hacıəhmədovun idarə etdiyi avtomobilin onların olduğu avtomobilin qabaq tərəfindən dəyməsini bilmişdir. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamış və onunla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Oğlu Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsi olmadığını əvvəllər bilmişdir. O oğlu olan Təqsirləndirilən şəxs1 ilə barışmış və onu bağışlamış ancaq cinayət işi üzrə digər Təqsirləndirilən şəxs2 ilə barışmamışdır və təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənilməmişdir. Təqsirləndirilən şəxs1 barəsində bəraət hökmü çıxarılmasını, Təqsirləndirilən şəxs2 barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə ən ağır cəzanın verilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, hadisə vaxtı o, maşının içində olmuşdur. O zaman onlar Azərbaycan prospketi tərəfdən gəlib, dairəyə çıxıb, ordan yenidən yola düzəlib lisey tərəfə dönmək istəyən zaman qəza baş vermişdi. O hadisəni tam şəkildə görmüşdür. Hadisə sənədlərdə elə qeyd edilmişdir ki, guya onlar Kebeloba yolu tərəfdən gəlirmişlər. Maşında olan ziyana diqqətlə fikir verilsə onların hansı tərəfdən hərəkət etdiyi məlum olar. İşdə olan sxem cədvəl səhvdir. Müstəntiq qəza baş verən dairənin yerini dəyişdirmişdir. Kebeloba yolunda torpaq yol yoxdur. Müstəntiq ora hansı səbəbə görə Kebeloba yolundan gəldiklərini qeyd edib bilmir. İbtidai istintaq zamanı verilmiş ifadələr onun tərəfindən yazılıb və imza edilib. Qardaşının yerinə ona görə imza çəkmişdir ki, qardaşı o vaxt həyəcanlı idi. Azərbaycan prospektindən dairəyə çıxmışlar, dairədən yola düzələn zaman qarşıda heç bir maşın olmamışdır. Yola çıxan zaman sağ tərəfə dönmək istəyəndə qəza hadisəsi baş vermişdir. O heç bir maşın görməmişdir. Qəza baş verən zaman sadəcə siqnal səsi eşitdim. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, Zaqatala rayon Lahıc kəndində valideynləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 30 avqust 2020-ci il tarixdə, saat təxminən saat 20:30 radələrində qardaşı Təqsirləndirilən şəxs2 etibarnamə əsasında idarə etdiyi VAZ-21063 markalı, 62BK-064 dövlət qeydiyyat nişanlı avtomaşınla Zaqatala rayonu Kebeloba kəndi tərəfdən Zaqatala-Bakı maqistral yoluna çıxıb həmin yolun sağ tərəfinə dönmək istəmişdir. Həmin vaxt o avtomobildə qabaq sağ oturacaqda oturmuşdur. Qardaşı Təqsirləndirilən şəxs2 idarə etdiyi avtomaşınla magistral yola yaxınlaşıb avtomobili saxlayıb yolun sağ və sol tərəfinə baxmış, həmin vaxt magistral yolda Zaqatala şəhəri tərəfdən Balakən rayonu istiqamətində VAZ-21099 markalı, avtomobilin yolun sağ tərəfi ilə hərəkətdə olmasını görmüşdür. VAZ-21099 markalı avtomobil uzaqda olduğu üçün qardaşı Ümid avtomobili hərəkət etdirərək magistral yolun sol tərəfinə keçmək istədikdə həmin VAZ-21099 markalı, **-BL-*** dövlət nömrə nişanlı avtomobil qabaq sağ tərəfi ilə onların avtomobilinin qabaq sol qapı tərəfindən vurmuş, bundan sonra qardaşı xəsarət aldığı üçün tibbi yardım avtomaşını ilə Zaqatala rayon mərkəzi xəstəxanasına getmiş, həmin vaxt o heç bir xəsarət almamışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərdi ki, 2005-ci ildən DİO-da, 2020-ci ilin iyun ayından isə Zaqatala RPŞ-nin DYPB-nin YPX təcrübə üzrə inspektoru vəzifəsində işləyir. DYPB-nin inspektoru kimi vəzifəsi küçələrdə hərəkəti tənzimləmək, sürücülərin yol hərəkət qaydalarına riayət etmələrinə nəzərət etməkdən ibarət olmuşdur. O, əməliyyat qrupunda olduğu günlərdə isə vəzifə borcu baş vermiş yol-nəqliyyat hadisəsi haqqında məlumat alan kimi dərhal hadisə yerinə getmək və hadisə yerini mühafizə etməklə bərabər, hadisə yerində bütün mexanizim və incəliklərə diqqət yetirib qorumaq olmuşdur. 30 avqust 2020-ci il tarixdə, saat təxminən 21 radələrində Zaqatala şəhəri, Faiq Əmirov küçəsi «Azpetrol» yanacaq doldurma məntəqəsinin yaxınlığında yol nəqliyyat hadisəsi olması və sərnişinin xəsarət alaraq rayon mərkəzi xəstəxanasına gətirilməsi barədə məlumat almışdır. Buna görə də iş yoldaşı DYPB-nin inspektoru Şahid2 ilə hadisə baş verən yerə-Zaqatala şəhəri, F.Əmirov küçəsinə getmişdir. Hadisə yerinə çatdıqda, Balakən rayonu istiqamətində yolda VAZ-21063 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobil ilə VAZ-21099 markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobillərin toqquşması müşahidə edilmişdir. VAZ-21099 markalı avtomobilin qabaq sağ tərəfi, VAZ-21063 markalı avtomobilin isə qabaq sol qapısı və qabaq sol qanadı əzilmiş vəziyyətdə olmuşdur. Hadisə yerinə baxış zamanı hadisə yerində Zaqatala şəhəri istiqamətindən Balakən rayonu istiqamətində 22,7 metr uzunluğunda tormoz izi aşkar edilmişdir. Bundan sonra hadisə yerinə Zaqatala rayon polis şöbəsinin istintaq bölməsinin müstəntiqi gələrək hadisə yerini müayinə etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid3 ifadəsinə uyğun ifadə verərək onun göstərdiyi xüusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş X3 ifadəsində göstərmişdir ki, 2016-cı ildən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi MEM-nin yol nəqliyyat hadisələri ekspertizaları şöbəsinin eksperti vəzifəsində çalışır, Zaqatala rayon polis şöbəsi tərəfindən daxil olmuş yol nəqliyyat hadisələri ekspertizası haqqında qərara əsasən 15.10.2020-ci il tarixdə 8/1601 nömrəli rəy yazmış, rəyin birinci səhifəsində «ekspertizanın icraçısı» qrafasının qarşısında texniki səhv olaraq digər ekspert, yəni ekspert X2 icraçı olması göstərilmiş, həmçinin yol nəqliyyat hadisəsi zamanı ekspert tərəfindən səbəbli əlaqə iki halda, yəni nəqliyyat vasitəsinin hadisə baş verən yolda yaşayış məntəqəsində icazə veriləndən artıq surətlə hərəkətdə olması ilə əlaqədar və nəqliyyat vasitəsinin texniki vəziyyəti ilə əlaqədar müəyyən edilmiş, yəni mövcud metodikanın tələblərinə əsasən nəqliyyat vasitəsinin icazə veriləndən artıq surətlə hərəkətdə olması ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası yolu ilə müəyyən edilir, mövcud hadisə mexanizmində sürücü Təqsirləndirilən şəxs1 nəqliyyat vasitəsini hadisə baş verən yolda icazə veriləndən artıq surətlə idarə etdiyindən onun hərəkətlərində «X13» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə olan uyğunsuzluq ilə hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq tədqiqat aparılmış və sürücü Təqsirləndirilən şəxs1 avtomobili yaşayış məntəqəsində icazə verilən 60 km/saat sürətlə hərəkət etdirməsi şəraitində toqquşma yerinə çatmadan avtomobili dayandırmağa texniki imkanının olması nəticəsinə gəlinmiş, sürücü Təqsirləndirilən şəxs2 isə ikinci dərəcəli yoldan baş yol ilə hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədən onun hərəkəti üçün təhlükə yaradaraq avtomobili yolayrıcına daxil etdiyindən həmin şərait üzərində onun hərəkətləri tədqiq olunmuş və onun hərəkətlərində «X13» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanının olması nəticəsinə gəlinmiş, hər iki sürücünün əməlində «X13» Azərbaycan Respublikası Qanununa uyğunsuzluq olmuş, hər iki sürücünün əməlində hadisənin baş verməsi ilə səbəbli əlaqə mövcud olmuş, hər iki sürücü qanuna əməl etdiyi halda hadisənin qarşısını almaq imkanına malik olmuşdur. İşdə olan 30 avqust 2020-ci il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi Zaqatala şəhəri Faiq Əmirov küçəsi Azpetrol yanacaq doldurma məntəqəsinin yanında baş vermişdir. Yolun hərəkət hissəsi-döngə, örtüyün növü-asfalt, örtüyün vəziyyəti-quru, yol örtüyünün eni 12,80 metr, hərəkət zolağının sayı 2, hərəkət hissəsinin eni 6,4 metr. Hərəkət hissəsinə birləşirsağdan Zaqatala şəhəri Azərbaycan prospekti, Zaqatala rayonu Kebeloba kəndinə qalxan yol, soldan Zərifə Əliyeva adına liseyin yanı, sonra sağdan Azpetrol yanacaq doldurma məntəqəsi, sonra soldan Zərifə Əliyeva adına Lisey. Toqquşan nəqliyyat vasitələrinin sayı 2, toqquşan nəqliyyat vaitələrinin hadisədən əvvəlki hərəkət istiqamətləri VAZ-21099 markalı avtomobil Balakən rayonu istiqamətində, VAZ -21063 markalı avtomobil Kebeloba kəndindən Zərifə Əliyeva adına Lisey istiqamətində. Hadisə yerində nəqliyyat vasitələrinin vəziyyəti VAZ-21099 markalı avtomobilin qabaq sağ tərəfi əzilmiş vəziyyətdədir, Vaz21063 markalı avtomobilin sol tərəfi əzilmiş vəziyyətdədir.Tormozlama izləri Vaz-21099 markalı avtomobilin sol arxa təkərinə məxsus dairənin yanından başlayaraq avtomobilin toqquşmasından sonra dayanma vəziyyətinədək 22,78 metr uzunluqda tormoz izi aşkar edilmişdir. Nəqliyyat vasitələrinin hərəkət istiqaməti əlamətləri VAZ-21099 markalı avtomobil Balakən rayonu istiqamətində VAZ-21063 markalı avtomobil Z.Əliyeva adına lisey istiqamətində, Nəqliyyat vasitələrinin sınmış və itirilmiş hissələrinin mövcudluğu VAZ21099 markalı avtomobilin qabaq sağ tərəfi Vaz-21063 markalı avtomobilin sol tərəfi əzilmiş vəziyyətdə. Nəqliyyat vaitələrin ətrafdakı əşyalara toxunma izləri və digər izlər yoxdur. Hadisə yerində toqquşmuş avtomobillərə hər hansı nasazlıq və texniki qüsur aşkar edilməmişdir. Toqquşmuş avtomobillər hadisə yerindən götürülərək, evakuatorla daşınmaqla Zaqatala Rayon Polis Şöbəsinin müvəqqəti dayanacağına yerləşdirilmişdir. İştirakçıların, o cümlədən sürücülərin baxış protokolunun tərtibi, habelə nəqliyyat vasitələrinin nasazlığı haqda ərizə və qeydləri daxil olmamışdır. Protokol müstəntiq X4 tərəfindən tərtib edilmiş və oxunmuşdur. İşdə olan Azərbaycan Respublikası Ədliyya Nazirliyinin Məhkəmə Ekspertiza mərkəzi tərəfindən verilmiş 15.10.2020-ci il tarixli 1/1601 nömrəli ekspert rəyindən görünür ki, 1a, 2a istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21063 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs2 hərəkətlərində «X13» Azərbaycan Respublikasının Qanununun 77-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 1b2b istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21099 markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 hərəkətlərində «X13» Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanını olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyya Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 107 nömrəli 03 fevral 2021-ci il tarixli məktubundan görünür ki, 15.10.2020-ci il tarixli 8/1601 rəyin icraçısı Yol-nəqliyyat hadisələri ekspertizaları şöbəsinin aparıcı eksperti Təhmasib Bağırov olmuş, rəy Təhmasib Bağırov tərəfindən imzalanmışdır. Rəyin birinci səhifəsində "ekspertizanın icraçısı” qrafasında texiniki səhv olaraq “Təhmasib Bağırov” əvəzinə “İntiqam Babayev” yazılmışdır. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ-21099 markalı, 62BL082 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs1 avtomobili hadisə baş verdiyi yerdə maksimum icazə verilən sürətdən yüksək sürətlə idarə etmişdir. Bu halda sürücünün hərəkətlərində Qanunun müvafiq tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olub-olmaması metodikaya uyğun olaraq hesablama yolu ilə müəyyən olunur. Ekspert tərəfindən hesablama aparılmaqla sürücünün hərəkətlərində Qanunun tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin olması və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olması nəticəsinə gəlinmişdir. Digər sürücü, yəni Təqsirləndirilən şəxs2 baş yolla hərəkətdə olan nəqliyyat vasitəsinə yol vermədən yol ayrıcına daxil olmuş, onun hərəkətlərində Qanunun müvafiq tələblərinə uyğunsuzluq olmuş və həmin tələblərə riayət etməklə onun hadisənin qarşısını almağa birbaşa texniki imkanı olmuşdur. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X15 tərəfindən 18 sentyabr 2020-ci l tarixdə verilmiş 454 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, subaraxnoidal qansızma, alın nahiyyəsinin və sağ dizin əzilmiş-cırılmış yarası, hər iki göz ətrafında qançırlar (eynək simptomu), sağ bazusunda və sol baldırında qançırlar, sağ mil-bilək oynağının əzniyi xəsarətləri olmuş və həmin xəsarətlər 30.08.2020ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilərdilər, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa Ağır zərər vurmaya aid edilirlər. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X5” X15 tərəfindən 14 sentyabr 2020-ci l tarixdə verilmiş 473 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində sol budun qançırı xəsarəti olmuş və həmin xəsarət 30 avqust 2020-ci il tarixdə yol nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilər, sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İşdə olan 30 avqust 2020-ci il tarixli 263 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs2 hadisə vaxtı ayıq olmuşdur. İşdə olan 30 avqust 2020-ci il tarixli 264 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı ayıq olmuşdur. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin 05 dekabr 2020-ci il tarixli, 016-300-143-1220 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 sürücülük vəsiqəsi almamışdır. İşdə olan Azərbaycan Respublikası DİN BDYPİ-nin Şəki Regional Qİ və TB şöbəsinin 05 dekabr 2020-ci il tarixli, 016-300-144-1220 nömrəli məktubundan görünür ki, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olan “B C” kateqoriyalı AE 734566 nömrəli sürücülük vəsiqəsi almış Təqsirləndirilən şəxs2 sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında adı aşkar edilməmişdir. İşdə olan 27 noyabr 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İşdə olan 09 dekabr 2020-ci il tarixli başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir İşdə olan Zaqatala rayonunda fəaliyyət göstərən «Avtomobillərə texniki xidmət sexi» tərəfindən verilmiş 10 sentyabr 2020-ci il tarixli 171 nömrəli arayışdan görünür ki, hadisə nəticəsində Zərərçəkmiş şəxs Musa qızına məxsus VAZ-21099 markalı **-BL-*** dövlət nömrə nişanlı avtomobilə 1559 manat maddi ziyan dəymişdir. İşdə olan Zaqatala rayonunda fəaliyyət göstərən «Avtomobillərə texniki xidmət sexi» tərəfindən verilmiş 10 sentyabr 2020-ci il tarixli 172 nömrəli arayışdan görünür ki, hadisə nəticəsində Təqsirləndirilən şəxs2 məxsus VAZ-21063 markalı **-BK-*** dövlət nömrə nişanlı avtomobilə 1408 manat maddi ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 07 dekabr 2020-ci il tarixli tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışlar. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Maqov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində valideynlərindən dəfələrlə şikayət daxil olmuşdur. Atası İ qrup əlildir, iki azyaşlı uşağı var. İşdə olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Maqov kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 2007-ci ildə doğulmuş X7 adında və 2010-cu ildə doğulmuş Zərərçəkmiş şəxs Tahir qızı adında iki azyaşlı uşağı vardır. Məhkəmə kollegiyasına göndərilmiş Azpetrol MMC-nin 29 sentyabr 2021-ci il tarixli 09-721 nömrəli cavab məktubunda qeyd edilmişdir ki, yanacaqdoldurma məntəqələrində quraşdırılmış videomüşahidə sistemləri çəkilmiş videogörüntüləri təqribən 15-17 gün müddətində yaddaşda saxlamaq qabiliyyətinə malikdirlər. Bundan sonra onlar avtomatik olaraq yenilənir və əvəzlənirlər. Odur ki, 30 avqust 2021-ci il tarixinə aid olan videogörüntülərin sizə təqdim edilməsi yuxarıda qeyd edilən səbəbdən mümkün deyildir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi əməldə Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi,Təqsirləndirilən şəxs1 törətdiyi əməldə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onlar tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi1 verdikləri apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmünün ləğv edilməsini, əməlində cinayət tərkibi olmadığına görə barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 ibtidai istintaq zamanı alınmış ifadələrin sonunda yazılmış sözlərin və imzaların Təqsirləndirilən şəxs2 aid olmaması və xətşünaslıq ekspertizasını təyin edilməsi ilə bağlı fikirlərinə tənqidi yanaşan məhkəmə kollegiyası qeyd edir ki, ibtidai istintaq zamanı iş materialları ilə tanış edilən zaman Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 heç bir vaxt məhdudiyyəti qoyulmadan cinayət işinin materialları ilə tanış edilmiş, cinayət işinə dair heç bir vəsatəti olmadığını qeyd etmişdir. İbtidai istintaqdan sonra işə birinci instansiya məhkəməsinin iclasında baxılan zaman da nə müdafiəçi nə də Təqsirləndirilən şəxs2 tərəfindən həmin vaxtda imzaların ona məxsus olmaması ilə bağlı vəsatətlə müraciət etməmişlər. Bundan başqa Təqsirləndirilən şəxs2 həm birinci instansiya məhkəməsində həm də məhkəmə kollegiyasının iclası zamanı verdiyi ifadəsində o, Kebeloba yolu ilə hərəkət etmədiyini, o, Azərbaycan prospekti ilə gələrək dairədən magistral yola çıxdığını, yəni birinci dərəcəli yola çıxdığını, sola dönmək üçün dönmə işıqlarını yandıraraq dayandığını, bu zaman arxadan gələn VAZ-21099 markalı avtomobil onun idarə etdiyi avtomobili onun solundan ötmək istədiyini və bu zaman toqquşma baş verdiyini bildirmişdir. Həmçinin, havanın qaranlıq vaxtı olduğuna görə yaxınlaşan avtomobil olmuş olsa idi, o ən azından həmin avtomobilin işıqlarını görməli olduğunu, baş yolla hərəkət etdiyini və sola dönmək üçün dönmə işığını yandırıb dayandığını və bu zaman da toqquşma baş verdiyini bildirmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, eyni zamanda onun özünün və digər təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı verdikləri ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs2 ifadəsində bu xüsusatla bağlı göstərdikləri iş materiallarında olan ekspertiza rəyləri, fotoşəkillər, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir. Məhkəmə onu da qeyd edir ki, hadisə Təqsirləndirilən şəxs2 məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərdiyi kimi olmuş olsa idi, VAZ21099 markalı avtomobilin qabaq sağ tərəfi, VAZ-21063 markalı avtomobilin isə qabaq sol qapısı və qabaq sol qanadı əzilmiş vəziyyətdə olmazdı. Ona görə də, o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Bundan başqa müdafiəçinin hadisəni görməsi ilə bağlı məhkəmə iclasında yeni şahidin dindirilməsi ilə bağlı çıxışına gəldikdə məhkəmə kollegiyası qeyd edir ki, Təqsirləndirilən şəxs2 və ibtidadi istintaq zamanı iştirak edən müdafiəçisi ifadə və izahatlarında hadisəni görən başqa bir şahidin olması vəya onun dindirilməsi ilə bağlı izahat verməməklə yanaşı vəsatət də qaldırmamışlar. Məhkəmə kollegiyasının iclasında digər təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs1 isə məhkəmə iclası zamanı verdiyi ifadəsində göstərir ki, baş vermiş hadisədə təqsirsizdir və yeganə xətası avtomobili sürücülük hüququ olmadan idarə etməsi olmuşdur ki, buna görə də, cinayət məsuliyyətinə yox, inzibati məsuliyyətə səbəb olunmalıdır. Məhkəmə kollegiyası onun ifadəsinə də hüquqi qiymət verərək, zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdikləri ifadələrini, eyni zamanda onun özünün istintaq zamanı verdiyi ifadələrini və digər sübutları qiymətləndirərək hesab edir ki, təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs1 ifadəsində bu xüsusatla bağlı göstərdikləri iş materiallarında olan ekspertiza rəyləri, fotoşəkillər, məhkəmə istintaqı zamanı tədqiq edilən digər sübutlarla təkzib edilir və o, belə bir ifadə verməklə törətdiyi cinayət əməlinə görə ala biləcəyi cəzadan yayınmağa çalışır. Beləliklə, aparılmış araşdırmanın nəticələrinə əsasən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 onlara qarşı irəli sürülən cinayət əməlini törətməməsi barədə həm özünün, həm də müdafiəçisinin göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında öz təsdiqini tapmamışdır. Şahidlərin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri və s. kimi hallar bir-birini tamamlayır. Bütün bunlar onu göstərir ki, təqsirləndirilən şəxslərin apellyasiya şikayətlərində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Əksinə, həmin sübutlara əsasən, məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, Təqsirləndirilən şəxs1 əməlində Cinayət Məcəlləsinin 263-1.2- Təqsirləndirilən şəxs2 əməlində isə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin tərkibi vardır, apelyasiya şikayətinin təmin edilməsi üçün heç bir əsas yoxdur. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxslər onlara qarşı irəli sürülən cinayət əməlini törətmişlər. Ona görə də, Təqsirləndirilən şəxs1 məhkum olunduğu Cinayət Məcəlləsinin 263-1.2-ci Təqsirləndirilən şəxs2 məhkum olunduğu Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə onlara bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Cinayət Məcəlləsinin 263-1.2-ci Təqsirləndirilən şəxs2 əməli isə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 apellyasiya şikayətlərinin dəlillərini qəbuledilməz sayır, onlara təqsirli bilindiyi maddələr üzrə barəsində bəraət hökmünün çıxarılmasına əsas görməyərək həmin şikayətlərin təmin edilmədən, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs2, onun müdafiəçisi Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 263-1.2-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə məhkum edilmələrinə dair Zaqatala Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli, 1(033)-22/2021 saylı hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-262/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-262/2021
20.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver