Məhkəmə qərarları › İş №1(107)-263/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-263/2021

16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-263/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X4 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(091)- 125/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər Rafail Əliyev, Nahid Mirzəyev və Bilal Məmmədov) 17 may 2021-ci il tarixli 1(091)-125/2021 nömrəli hökmü ilə xx xxxx 1998-ci il tarixdə Yevlax rayonu Xaldan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Yevlax rayonu Xaldan kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.2.4 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməsi və CM-in 126.2.4-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına, CM-in 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, CM-in 66.3-cü maddəsinə əsasən təyin olunan cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə və ev dustaqlığında olduğu müddətin cəzasına hesablanması və cəzaçəkmə müddətinin başlanğıcının 02.10.2020-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsə alınması, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin X3 yerləşdirilməsi üçün X2 mühafizəsini həyata keçirən Mühafizə Taboruna təhvil verilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Yevlax rayonu Xaldan kəndində yerləşən ictimai yer sayılan Real Səlimova məxsus çayxanada əmisi Şahid4 ilə domino oynayan Zərərçəkmiş şəxs domino daşını stolun üstünə bərk vurmasını bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan sonuncu ilə çayxananın qarşısında qəsdən mübahisə edərək öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə orada olan digər şəxslərin gözü qarşısında qəsdən yumruqla İlyas Ağakərimovun sifət nahiyəsinə bir dəfə vuraraq ona zor tətbiq etmiş, orada olan şəxslərin onu aralamasından sonra xuliqanlıq hərəkətlərini dayandırmayaraq davam etdirib çayxananın qarşı hissəsindəki yolun əks tərəfində yerləşən «Sərfəli» adlı gündəlik tələbat mallarının satışı mağasına daxil olub soyuducuda olan içərisi içki ilə dolu “Xırdalan” pivə butulkasını baş hissəsindən götürüb qəsdən arxa hissəsini yerə vurub sındırmaqla butulkanın sınmış halda olan baş hissəsindən tutub əlində saxlayaraq heç bir əsaslı səbəb olmadan qəsdən xuliqanlıq niyyəti ilə İlyas Ağakərimovu cəzalandırmaq məqsədi ilə onunla mübahisəsini davam etdirib ona qarşı nalayiq söyüşlər söyüb təhqir edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə qəsdən istintaqla müəyyən edilməyən butulkanın sınmış halda olan kəsici hissəsi ilə sonuncunun sifət nahiyəsinə bir dəfə qəsdən vurmaqla ona sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan sol yanaqdan aşağıda qurtaran vertikal istiqamətli kəsilmiş-çapılmış yara xəsarətləri ilə müşayiət edilən sağlamlığa yüngül zərər vuran və sifətin sol yarısında alın nahiyəsindən başlayaraq sol göz alması və almacıq nahiyəsindən keçməklə sol göz almasını, sol almacıq sümüyünün zədələnməsi ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sifətinin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs İlyas Ağakərimova zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cinayət işinin materiallarından müəyyən olunur ki, ibtidai istintaq zamanı dindirilən Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs, şahidlər Şahid1 və Şahid4 ifadələrində göstərmişlər ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı mübahisəyə səbəb Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin əmisi Şahid4 domino oynayan zaman Zərərçəkmiş şəxs domino daşını stola bərk vurması nəticəsində domino daşlarının bir qisminin Şahid4 üstünə tökülməsi, bu zaman Təqsirləndirilən şəxs buna görə Zərərçəkmiş şəxs irad bildirdikdə isə sonuncunun təqsirləndirilən şəxsə “yeri çıx get, sənlik deyil” deməsi olmuşdur. İbtidai istintaq orqanı toplanmış sübutlara əsasən hesab etmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı silah qismində istifadə olunan əşyadan istifadə edib xuliqanlıq niyyəti ilə cinayət törətməklə Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Birinci instansiya məhkəməsi də ibtidai istintaqın gəldiyi bu nəticə ilə razılaşmışdır. Hesab edir ki, ibtidai istintaqın və birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə tamamilə yanlışdır. Xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qovması, ona (onlara) qarsı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumi qəbul edilmis davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı sərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Hazırkı cinayət işində isə həm ibtidai istintaq orqanı, onun ardınca da birinci instansiya məhkəməsi yuxarıda qeyd edilənləri nəzərə almamış, nəticədə əsassız olaraq Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini CM-in 126.2.4 və 221.3-cü maddələri ilə tövsif etmişdir. Halbuki cinayət işinin materialları ilə sübut olunur ki, Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasındakı mübahisənin səbəbkarı məhz sonuncunun özü olmuşdur. Belə ki, Zərərçəkmiş şəxslə təqsirləndirilən şəxsin əmisi Şahid4 domino oynayan zaman Zərərçəkmiş şəxs domino daşını stola bərk vurmuş, nəticədə domino daşlarının bir qismi Şahid4 üstünə tökülmüş, təqsirləndirilən şəxs öz subyektiv qiymətləndirməsində Zərərçəkmiş şəxs bu hərəkətini özünə və əmisinə qarşı hörmətsizlik kimi qəbul edib, özünü alçaldılmış, təhqir olunmuş hesab etmiş, ona görə də Təqsirləndirilən şəxs irad bildirmiş, Təqsirləndirilən şəxs isə qeyri-etik hərəkətinə görə üzr istəmək əvəzinə öz şəxsiyyətini Təqsirləndirilən şəxs şəxsiyyətindən üstün tutmaqla təqsirləndirilən şəxsə “yeri çıx get, sənlik deyil” deməklə daha da mübahisənin yaranmasına zəmin yaratmışdır. Nəticədə mübahisə dərinləşmiş və təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə az ağır zərərvurmaya aid olan xəsarət yetirmişdir. Hal-hazırda zərərçəkiş şəxs təqsirləndirilən şəxslə barışmış, onu bağışlamış, ona qarşı hər hansı bir şikayət və tələbi qalmamışdır. Müdafiə tərəfi hesab edir ki, belə vəziyyətdə təqsirləndirilən şəxsin əməli CM-in 127.1 -ci maddəsi ilə tövsif edilməli idi. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Ona görə də Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(091)- 125/2021 nömrəli hökmü ləğv edilməli, təqsirləndirilən şəxsin əməli CM-in 127.1-ci maddəsinə tövsif edilməli, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Proses iştirakçılarının ifadələri Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsini təsdiq etdiyini bildirdi və göstərdi ki, özünü qismən təqsirli hesab etsə də, ona qarşı irəli sürülmüş ittihamla razı deyil. Belə ki, zərərçəkmiş şəxslə əmisi çayxanada domino oynamış, İlyas dominonu bərk vurduğuna görə domino daşları əmisinin üstünə dağılmış, o da buna görə Zərərçəkmiş şəxs iradını bildirməklə onunla mübahisə etmiş, İlyasın üzünə bir yumruq zərbəsi vurmuşdur. Həmin vaxt yanlarında həmkəndliləri olmuşlar. Sonra isə oradan çıxaraq marketə gedib lazımi əşyaları aldıqdan sonra evə getmək istəmiş, həmin vaxt İlyasın onun arxasınca marketə gəldiyini, onun əlində çay daşı olduğunu görmüşdür. İlyas ona demişdir ki, “gəl bura səni vuracam”. O da həmin vaxt İlyas qorxub getsin deyə bir ədəd şüşə «Xırdalan» pivə butulkasını götürüb sındırmışdır. Ancaq İlyas yenə də onun üstünə gəlmiş, onlar orada dalaşmışlar. Həmin vaxt bilmədən şüşəni İlyasın üzünə vurmuşdur. Vurduğu şüşə İlyasın göz nahiyəsinə dəymişdir. Hadisə yerindən uzaqlaşaraq evə gəlmişdir. Butulkanı qırmaqla İlyası qorxutmaq istəmiş, onu vurmaq niyyəti olmamışdır. İlyas da onu vurmaq istəmiş, əgər onun belə niyyəti olmasaydı, əlində daşla arxasınca marketə gəlməzdi. Həmin vaxt nə özü, nə də İlyas içkili olmamışdır. Zərərçəkmiş şəxs hərəkətini özünə və əmisinə qarşı hörmətsizlik kimi qəbul etmiş, özünü alçadılmış hiss etmişdir. Xahiş edir ki, bütün göstərdikləri nəzərə alınaraq ona təyin edilən cəzanın şərti hesab edilməsi haqqında qərar çıxarılsın. Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasında ifadəsində göstərdi ki, onlar 4 nəfər, o cümlədən Təqsirləndirilən şəxs əmisi İsrafil Mustafayevdə olmaqla yemək yeyib 0,7 litr araq içmişlər. Daha sonra yemək yediyi şəxslərlə, o cümlədən İsrafil Mustafayevdə olmaqla domino oynamışlar. Oyunun gedişində domino daşını masaya bərk vurduğuna görə domino daşları dağılaraq bir qismi İsrafil Mustafayevin üstünə tökülmüşdür. Onun təqsirləndirilən şəxsin əmisi ilə mübahisəsi olmamışdır. Təqsirləndirilən şəxs həmin vaxt çayxanada olduğundan bunları görüb onun üstünə gələrək iradını bildirmişdir. Həmin vaxt Elvinə “yeri çıx get, sənlik deyil” demişdir. Elvinlə olan mübahisəsi barədə İsrail ona heç nə deməmişdir. Elvin isə onu gözlənilmədən yumruqla vurmuşdur. Bundan sonra aralarında mübahisə yaranmış və orada olan adamlar onları ayırmışlar. Sonra Elvin oradan çıxaraq yolun digər tərəfində olan marketə getmişdir. O da nə üçün onu vurduğunu aydınlaşdırmaq üçün onun dalınca marketə getmiş, əlində çay daşı olsa da, lakin Elvini vurmaq məqsədi olmamış, Elvinin onu vuracağını gözləməmişdir. Lakin Elvin qəflətən əlində olan butulka sınığı ilə onun sifət nahiyəsindən vurub yaralamışdır. Sonra atası onu xəstəxanaya aparmış və əməliyyat olunmuşdur. Əməliyyat xərclərini Elvinin valideynləri çəkmişlər. Üzündəki yaraları sağalıb və heç bir narahatçılığı qalmayıb. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayəti və tələbi yoxdur. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş edir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021ci il tarixli 1(091)-125/2021 nömrəli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin Cinayət Məcəlləsinin 127.1-ci maddəsinə tövsif edilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasının nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X8 çıxış edərək apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında müdafiə tərəfinin vəsatəti əsasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, hadisə baş verən gün Fəxri adlı şəxsin çayxanasında onlar bir neçə nəfər birlikdə domino oynamış, qardaşı oğlu Elvin də onların yanlarında olmuş, domino oynayanda Zərərçəkmiş şəxs domino daşlarını masaya çırpmış, bu zaman bir neçə domino daşı onun üstünə düşmüş, həmin vaxt Elvin İlyasa demişdir ki, “niyə dominonu tulladın”, İlyas isə demişdir ki, “səni bura çağıran olmadı, çıx get burdan”. Bu vaxt Elvin İlyasa bir yumruq zərbəsi vurmuşdur. Onları aralamışlar, o Evinə acıqlanmış və Elvin siqaret almaq üçün yolun əks tərəfində olan mağazaya tərəf getmişdir. Elvin gedəndən sonra İlyas əlinə daş götürüb həmin mağaza tərəfə getmişdir. Mağaza ilə çayxananın arası 50-60 metr olar. İlyasin Elvinlə dalaşmaq üçün mağazaya getdiyini bilməmiş, onlar mağazada dalaşmışlar. Mağazadan birinci Elvin çıxmış, daha sonra İlyas mağazadan çıxanda onun üzündən qan axdığını görmüşdür. İlyası maşınla xəstəxanaya aparmışlar. Elvinin İlyası vurduğunu görməsə də, ancaq Elvinin İlyası şüşə butulkanın sınığı ilə vurduğunu bilmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid4 ilə eyni məzmunlu ifadə verdi. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti qismən təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(091)- 125/2021 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadə verərək göstərmişdir ki, onlar çayxanada domino oynadıqları zaman domino daşını masaya bərk vurduğuna görə daşlar dağılmış və onların bir qismi Təqsirləndirilən şəxs əmisinin üstünə tökülmüşdür. Təqsirləndirilən şəxs Elvin də həmin vaxt çayxanada olduğundan bunları görüb onun üstünə gələrək iradını bildirmiş, o, həmin vaxt Elvinə “yeri çıx get, sənlik deyil” demişdir. Elvin isə onu gözlənilmədən yumruqla vurmuşdur. Bundan sonra aralarında mübahisə yaranmış və orada olan adamlar onları ayırmışlar. Sonra Elvin oradan çıxaraq yolun digər tərəfində olan marketə getmişdir. O da nə üçün onu vurduğunu aydınlaşdırmaq üçün onun dalınca marketə girmişdir. Həmin anda Elvinin onu vuracağını gözləməmişdir. Lakin Elvin qəfildən onu əlində olan butulka sınığı ilə vurmuşdur. Sonradan onu xəstəxanaya aparmışlar və əməliyyat olunmuşdur. Hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Ona dəyən ziyan Təqsirləndirilən şəxs qohumları tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, çayxanada oturaraq orada olan adamlarla domino oynayan zaman Elvinin əmisi və İlyasgil də orada olmuşlar. X12 domino daşlarının dağılması üstündə mübahisə etmişlər. Orada olan adamlar onları aralaşdırdıqdan sonra onlar çayxanadan çölə çıxmışlar. Sonra isə onlar marketə tərəf getmişlər. Hadisə marketdə baş verdiyindən o, hadisənin necə baş verdiyini görməmişdir. İlyas marketdən çıxanda üstünün qan olduğunu görmüşdür. O, hadisədən sonra İlyası xəstəxanaya aparmışdır. Birinci instansiya məhkəməsinin iclasında Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuş və onun da Şahid1 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə zərərçəkmiş şəxs olan oğlu İlyasın oyun üstündə mübahisə edib dalaşdıqlarını eşitmişdir. O, işdən gələn zaman oğlu İlyasın Elvini qovduğunu görmüşdür. Belə ki, hadisə yerinə yaxın başqa bir marketdən alış-veriş edərkən orada olan satıcı çöldə nə isə hadisə baş verdiyini dedikdən sonra o, oradan çıxanda oğlu İlyası qanlı vəziyyətdə görmüşdür. O, Təqsirləndirilən şəxs oğlunu butulka ilə vurduğu anı görməmişdir. Hazırda təqsirləndirilən şəxslə və onun ailəsi ilə barışmışlar və münasibətləri normaldır. Birinci instansiya məhkəməsinin iclasında Şahid2 məhkəməyədək icraat dövründə şahid qismində verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Şahid2 həmin ifadəsində göstərmişdir ki, Yevlax rayonu Xaldan kəndində yerləşən «Sərfəli» ərzaq mağazasında satıcı işləyir. Həmkəndliləri Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, ikisi ilə də münasibəti yaxşı olmuşdur. 02.10.2020-ci il tarixdə saat 17 radələrində mağazada olarkən Elvin mağazaya girərək soyuducudan şüşə «Xırdalan» pivəsini götürmüş və yerə vuraraq sındırmış, ona iradını bildirdikdə Elvin pulunu ödəyəcəyini demiş və həmin vaxt mağazaya daxil olan İlyasın sifət nahiyəsinə şüşənin sınmış hissəsi ilə vurmuş, Elvin mağazanın içərisindən qaçıb çölə çıxdığına görə İlyas onu tuta bilməmişdir. İlyas xəsarət aldığına görə onu xəstəxanaya aparmışlar. Mağazaya müştəri gəldiyinə görə o, mağazanın içərisinə tökülmüş qan izlərini və sınmış şüşənin hissələrini yaxınlıqda yerləşən zibilliyə atmışdır. Cinayət işinin materiallarında olan və məhkəmələr tərəfindən tədqiq edilən: “Raport”dan görünür ki, Yevlax Rayon Polis Şöbəsinə 02.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs tanıdığı Təqsirləndirilən şəxs tərəfindən döyülərək Mingəçevir ŞMX-yə müraciət etməsi barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 3) “Raport”dan görünür ki, 02.10.2020-ci il tarixdə saat 18:30-da Mingəçevir şəhər X6 şöbəsinin tibb bacısı Babayevanın verdiyi məlumata əsasən Yevlax rayonu Xaldan kəndində yaşayan 1991-ci ildə anadan olmuş Zərərçəkmiş şəxs sol üz nahiyəsinin kəsilmiş-çapılmış yarası və almacıq sümüyünün açıq sınığı xəsarəti ilə Mingəçevir ŞMX-yə daxil olmuşdur. (cild 01, iş vər. 4) “Hadisə yerinə baxış keçirilməsi haqqında” 02 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, hadisə yerinin Yevlax rayonu Xaldan kəndində yerləşən ictimai yer olan Real Səlimova məxsus olan çayxananın qarşısı və çayxananın qarşı hissəsindəki yolun əks tərəfində yerləşən «Sərfəli» adlı gündəlik tələbat mallarının satışı mağazasının içərisi olduğu müəyyən edilmişdir. Hadisə yerinə dair müvafiq fotoşəkillər, həmçinin hadisə yeri olan «Sərfəli» marketdə quraşdırılan videokameranın hadisəni qeydə alan görüntülərinin əks olunduğu CD disk protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 06-13) “İfadənin yerində yoxlanması haqqında” 03 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində ifadəsi hadisə yerində bir daha yoxlanılmış və Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha hadisə yerində əyani şəkildə göstərməklə təsvir etmişdir. Müvafiq fotoşəkillər çəkilməklə protokola əlavə olunmuşdur. (cild 01, iş vər. 40-46) Məhkəmə-tibb ekspertizasının 16 noyabr 2020-ci il tarixli 710 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs «sol yanağın, sol qaşın kəsilmiş yaraları, sol gözün travmatik kataraktası (OS-0,09), sol almacıq sümüyünün sınığı» iti kənarları olan alətin təsirindən əmələ gəlmişdir. Əmələ gəlmə müddəti 02.10.2020-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlər səhhətin uzun müddət pozulmasına səbəb olmuş və bu əlamətlərə görə dərəcəsi sağlamlığa az ağır zərərvuran xəsarətlərə aid edilir. (cild 01 iş vər. 94-95.) Komisyon məhkəmə-tibb ekspertizasının 08 fevral 2021-ci il tarixli 21/2021 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sifətin sol yarısında alın nahiyəsindən başlayaraq sol göz alması və almacıq nahiyəsindən keçməklə sol göz almasını, sol almacıq sümüyünü zədələyərək sol yanaqdan aşağıda qurtaran vertikal istiqamətli kəsilmiş-çapılmış yara olmuşdur. Qeyd edilən xəsarəti iti uclu və ya kənarlı əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi kimi sınmış şüşə qabla yetirilən zərbə nəticəsində yarana bilərdi, yetirilmə müddəti 02.10.2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə kəsilmişçapılmış yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol göz alması və sol almacıq sümüyünün zədələnməsi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs sifətində olan çapıq hal-hazırda sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz hesab edilir. (cild 01 iş vər. 124-128) Hadisə baş vermiş Yevlax rayonu Xaldan kəndində yerləşən “Sərfəli” mağazada olan müşahidə kamerasından götürülmüş videoyazıya baxış keçirən zaman müəyyən olunmuşdur ki, videoyazıda 01-ci dəqiqənin 04-cü saniyəsində Təqsirləndirilən şəxs marketə girməsi və soyuducudan şüşə butulkanı götürməsi və 01-ci dəqiqənin 12-ci saniyəsində ardınca içəri daxil olan Zərərçəkmiş şəxs vurması uzaqdan müşahidə olunur. Bundan sonra isə Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs təqib edərək kameranın qarşısından keçərək marketi tərk etmələri müşahidə olunur. (Cild 01, iş vər. 46) 31.03.2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə aparılmış ibtidai istintaq nəticəsində Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.1 və 126.2.2-ci maddələri ilə, o cümlədən Zərərçəkmiş şəxs barəsində CM-in 221.1-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. (cild 02, iş vər. 170-179) Birinci instansiya məhkəməsi hesab etmişdir ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələrində nəzərdə tutulan cinayəti təqsirli olaraq törətməsi tam sübuta yetirilmişdir. Bu isə onu göstərir ki, ibtidai istintaq orqanı əsaslı olaraq onun əməlini CM-in 126.2.4 və 221.3-cü maddələrinə tövsif etmişdir Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(091)-125/2021 nömrəli hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsin əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsini, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasının nəzərə alınaraq Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Apellyasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qismən əsaslıdır. Apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlində CM-in 221.3-cü maddəsinin tərkibinin olmaması barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədildikdə və zərərçəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda həmin Məcəllənin 221.3-cü maddəsində nəzərdə tutulan məsuliyyətə səbəb olur (CM-in 221-ci maddəsi). Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəmənin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, CM-in 221.1-ci maddəsinə görə xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Cinayət qanunvericiliyində xuliqanlıq cinayəti ictimai təhlükəsizlik əleyhinə olan cinayətlər kateqoriyasına aid edilmiş, onun əsas obyekti kimi ictimai qayda, əlavə obyekti qismində isə insanların sağlamlığının, şərəf və ləyaqətinin, habelə mülkiyyətin mühafizəsi ilə bağlı olan ictimai münasibətlər çıxış edir. İctimai təhlükəsizlik əleyhinə olan cinayətlər ictimai qaydanın, şəxsiyyətin təhlükəsizliyinin və sağlamlığının, şərəf və ləyaqətinin, şəxsi və dövlət əmlakının qorunmasını, eləcə də insanların əmək və istirahətini, müəssisə və təşkilatların normal fəaliyyətini təmin etmək üçün qanunvericilikdə müəyyən edilmiş qaydaları pozan ictimai təhlükəli əməllərdir. Xuliqanlıq obyektiv cəhətdən CM-in 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, məhkəmələrin diqqəti xuliqanlıq cinayətinin digər oxşar cinayətlərdən fərqləndirilməsi zərurətinə cəlb edilsin. İzah edilsin ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Məhkəmə kollegiyasının tədqiq etdiyi sübutlardan görünür ki, Təqsirləndirilən şəxs 02 oktyabr 2020-ci il tarixdə saat 17 radələrində Yevlax rayonu Xaldan kəndində yerləşən ictimai yer sayılan Real Səlimova məxsus çayxanada əmisi Şahid4 ilə domino oynayan Zərərçəkmiş şəxs domino daşını stolun üstünə bərk vurmasını bəhanə edərək əslində isə heç bir əsaslı səbəb olmadan sonuncu ilə çayxananın qarşısında qəsdən mübahisə edərək öz şəxsiyyətini başqa şəxslərin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə orada olan digər şəxslərin gözü qarşısında qəsdən yumruqla İlyas Ağakərimovun sifət nahiyəsinə bir dəfə vuraraq ona zor tətbiq etmiş, orada olan şəxslərin onu aralamasından sonra xuliqanlıq hərəkətlərini dayandırmayaraq davam etdirib çayxananın qarşı hissəsindəki yolun əks tərəfində yerləşən «Sərfəli» adlı gündəlik tələbat mallarının satışı mağasına daxil olub soyuducuda olan içərisi içki ilə dolu “Xırdalan” pivə butulkasını baş hissəsindən götürüb qəsdən arxa hissəsini yerə vurub sındırmaqla butulkanın sınmış halda olan baş hissəsindən tutub əlində saxlayaraq İlyas Ağakərimovla mübahisəsini davam etdirib ona qarşı nalayiq söyüşlər söyüb təhqir edərək öz şəxsiyyətini digərinin şəxsiyyətindən üstün tutmaqla ictimai qaydaya, insanlar arasında təşəkkül tapmış adətlərə, davranış, ictimai, birgəyaşayış qaydalarına etinasızlıq göstərib, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə qəsdən istintaqla müəyyən edilməyən butulkanın sınmış halda olan kəsici hissəsi ilə sonuncunun sifət nahiyəsinə bir dəfə qəsdən vurmaqla ona sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan sol yanaqdan aşağıda qurtaran vertikal istiqamətli kəsilmiş-çapılmış yara xəsarətləri ilə müşayiət edilən sağlamlığa yüngül zərər vuran və sifətin sol yarısında alın nahiyəsindən başlayaraq sol göz alması və almacıq nahiyəsindən keçməklə sol göz almasını, sol almacıq sümüyünün zədələnməsi ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sifətinin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan qəsdən sağlamlığına ağır zərər vurmuş və silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxs İlyas Ağakərimova zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlərlə qəsdən xuliqanlıq etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs ifadəsində bildirmişdir ki, “... Onlar orada dalaşmışlar. Həmin vaxt bilmədən şüşəni İlyasın üzünə vurmuşdur. Vurduğu şüşə İlyasın göz nahiyəsinə dəymişdir...” Müdafiəçinin apellyasiya şikayətində təqsirləndirilən şəxsin əməlində CM-in 221.3-cü maddəsinin tərkibinin olmaması ilə bağlı qeyd etdikləri və təqsirləndirilən şəxsin verdiyi ifadəsində göstərdiyi xüsusatlar məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsinin tərkibi vardır. Apellyasiya şikayətinin digər bir dəlili Təqsirləndirilən şəxs əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsindən ibarətdir. Belə ki, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə istintaq orqanının gəldiyi və birinci instansiya məhkəməsinin onu təqsirli bilməsi barədə gəldikləri qənaətlə, yəni istinad edilən cinayət əməlinin bilavasitə heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyəti ilə törədilməsi hissəsi ilə razılaşmır və bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməli CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif edilməlidir. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, zərərçəkmişin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs barəsində CM-in 126.2.4 və 221.3-ci maddələri ilə ittiham hökmü çıxarmaqda düzgün hüquqi nəticəyə gəlməmişdir. Belə ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentyabr 2001-ci il, “X7rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan İnsan hüquqları üzrə Avropa Məhkəməsinin “Barbera, Messegue və Habardo İspaniyaya qarşı” iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. “Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı” 11 yanvar 2007-ci il tarixli, “X1rşı” 18 yanvar 1978-ci il tarixli qərarlarında, o cümlədən bir sıra digər qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxsin zərərçəkmişə xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığına ağır zərər vurması ilə ittiham tərəfinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 6-cı bəndində qeyd edilir ki, “Qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə, yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ona görə də kollegiya hesab edir ki, ilk növbədə şəxsin əməlinin xuliqanlıq niyyəti ilə törətməsini dəqiqləşdirmək üçün, təqsirkarın davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədib-törətməməsi (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə) aydınlaşdırılmalıdır. Hazırkı işin gerçək halları ilə mübahisəsiz şəkildə müəyyən olunur ki, çayxanada baş vermiş mübahisədən sonra təqsirləndirilən şəxs oradan uzaqlaşaraq yolun əks tərəfində yerləşən marketə getmiş, zərərçəkmiş şəxs isə aralarında yaranan mübahisəyə aydınlıq gərirmək məqsədi ilə əlinə daş götürərək onun dalınca gəlmiş, təqsirləndirilən şəxs isə yenidən yaranmış mübahisənin nəticəsində butulkanın sınmış halda olan kəsici hissəsi ilə zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir. Göründüyü kimi, Zərərçəkmiş şəxs sağlamlığına ağır zərər vurmaqla nəticələnmiş mübahisə çayxanada Təqsirləndirilən şəxs tərəfindən başlanılsa da, sonradan həmin mübahisə zərərçəkmiş şəxsin mübahisəyə aydınlıq gətirməsi məqsədi ilə təqsirləndirilən şəxsin arxasınca əlinə daş götürərək getməsi ilə daha da kəskinləşmiş, nəticədə təqsirləndirilən şəxs arxasınca əlində daş gələn zərərçəkmişin onu vuracağından ehtiyat edərək özünü qorumaq məqsədi ilə qeyd edilən cinayət əməlini törətmişdir. Belə olan halda, təqsirləndirilən şəxsin əməlində CM-nin 221.3-cü maddəsinin tərkibi yaransa da, verilmiş ittihama uyğun olaraq CM-nin 126.2.4-cü maddəsinin tərkibinin olması qənaətinə gəlmək mümkün deyildir. Yuxarıda şərh olunanlardan, aydın olur ki, təqsirkarın zərərçəkəni şüşə butulkanın sınığı ilə vurmaqda ifadə olunan hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarına, əxlaq normalarına etinasızlığı deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən (onda etiraz doğuran) davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət kimi qiymətləndirilməməlidir. Qanunun mənasına əsasən xuliqanlıq niyyətinin mahiyyəti ondan ibarətdir ki, onu törədən şəxs özünün şəxsiyyətini, başqa şəxsin və digər, onun ətrafından olan şəxslərin şəxsiyyətinin fövqündə qoyur, cəmiyyətə aşkar hörmətsizlik və laqeydlik nümayiş etdirir, ictimai qaydaları, ictimai maraqları, habelə əxlaq normalarını pozan, bunlara etinasızlıq göstərən hərəkətlər edir. Məhkəmə kollegiyası bu arada qeyd etməyi zəruri hesab edir ki, xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır və ya ağır zərər vurma, habelə həmin niyyətlə qəsdən adam öldürmə əməlləri çox vaxt heç bir səbəb olmadan, yaxud cüzi səbəbi bəhanə etməklə törədilir və bu halda digər motivlər ya olmamalıdır, yaxud da cinayətin törədilməsi motivi xuliqanlıq hissinin yaranması üçün əsas hərəkətverici qüvvə kimi deyil, onun təzahür forması kimi çıxış etməlidir. Buna görə də əməlin xuliqanlıq niyyəti ilə törədilən əməl kimi qiymətləndirilməsi üçün təqsirkarın davranışını müəyyən edən digər motivlər istisna edilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normasının mənası, həm Konstitusiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumlarının qərarlarının izahı baxımından, o cümlədən cinayət işinin faktiki hallarının gerçək vəziyyətinə əsasən bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməli, belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, cinayətin törədilmə halları ilə yanaşı, təqsirləndirilən şəxsin əvvəlki davranışı, onun şəxsiyyəti ilə bağlı xüsusatların aydınlaşdırılması vacib şərtdir. Hazırda, həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmişin və şahidlərin ifadələrindən görünür ki, mübahisə onların arasında olan şəxsi münasibətlər zəminində baş vermiş və nəticədə mübahisə zamanı təqsirləndirilən şəxs istintaqla müəyyən edilməyən butulkanın sınmış halda olan kəsici hissəsi ilə zərərçəkmiş şəxsin sifət nahiyəsinə bir dəfə qəsdən vurmaqla ona sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan sol yanaqdan aşağıda qurtaran vertikal istiqamətli kəsilmiş-çapılmış yara xəsarətləri ilə müşayiət edilən sağlamlığa yüngül zərər vuran və sifətin sol yarısında alın nahiyəsindən başlayaraq sol göz alması və almacıq nahiyəsindən keçməklə sol göz almasını, sol almacıq sümüyünün zədələnməsi ilə müşayiət edilən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs sifətinin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Belə ki, təqsirləndiirlən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək göstərmişdir ki, “... sonra isə oradan çıxaraq marketə gedib lazımi əşyaları aldıqdan sonra evə getmək istəmişdir. Həmin vaxt İlyasın onun dalınca marketə gəldiyini görmüşdür. Onun əlində çay daşı olub. Ona deyirdi ki, gəl bura səni vuracam. O da həmin vaxt İlyas qorxub getsin deyə bir ədəd şüşə «Xırdalan» pivə butulkasını götürüb sındırmışdır. Ancaq İlyas yenə də onun üstünə gəlmiş, onlar orada dalaşmış, həmin vaxt bilmədən şüşəni İlyasın üzünə vurmuş, vurduğu şüşə İlyasın göz nahiyəsinə dəymişdir. Hadisə yerindən uzaqlaşaraq evə gəlmişdir. Butulkanı qırmaqla İlyası qorxutmaq istəmişdir. İlyas da onu vurmaq istəmiş, əgər belə niyyəti olmasaydı, dalınca əlində daşla marketə gəlməzdi. Onun isə İlyası vurmaq niyyəti olmamışdır.” Göründüyü kimi, tədqiq edilmiş sübutlarla hadisənin bu cür inkişaf etməsi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs münasibətdə cinayətkar əməlinin xuliqanlıq niyyətindən irəli gəlmədiyini, şəxsi münasibətlər zəmnində törədildiyini göstərir. Xuliqanlıq niyyətinin olmaması təqsirkarın ictimai təhlükəli qəsdinin ictimai qaydanın kobud şəkildə pozulmasına və cəmiyyətə qarşı açıq-aydın hörmətsizliyin ifadə olunmasına deyil, müstəsna olaraq zərərçəkmişə qarşı, onun sağlamlığına ağır zərərin vurulmasına yönəldiyini, yəni xuliqanlıq cinayətinin tərkibi ilə ehtiva olunan əsas obyektə zərərin vurulmadığını göstərir. Hazırkı işin müəyyən edilmiş gerçək vəziyyətindən bəlli olur ki, məlum cinayət əməli təqsirləndirilən şəxs tərəfindən xuliqanlıq motivi ilə deyil, aralarında olan münasibətləri zəminində baş vermiş və təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yuxarıda şərh edilən cinayət əməlini onun sonuncu ilə aralarında olan şəxsi münasibətə, aralarında baş vermiş mübahisəyə görə etmiş, bu motiv törədilmiş cinayətin əsas motivi kimi çıxış etmiş və bu halda əməlin xuliqanlıq niyyətilə törədilməsi istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir.” Həmin Qərarda nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər.” Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, lakin cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhz xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa ağır xəsarət yetirmə cinayətini törətməsi barədə nəticəyə gələrkən sübutların Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini təmin etməmişdir. Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə görə, cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalarından qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144- 146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə görə, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. 146.1-ci maddəsinə görə, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Cinayət-Prosessual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-nin 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Barbara, Messege, Habardo İspaniyaya qarşı” işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bütün yuxarıda qeyd edilən hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar ittiham aktında qeyd edildiyi kimi Təqsirləndirilən şəxs CMin 126.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin CM-in 126.2.4-cü maddəsindən CM-in 126.1-ci maddəsinə tövsif olunaraq, onun həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini əsaslı sayır. Çünki, ibtidai istintaq orqanı tamamilə fərziyyələrə və ehtimallara əsaslanmaqla təqsirləndirilən şəxsin CM-in 126.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi qənaətinə gəlmişdir. Halbuki, CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Bu baxımdan da, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 126.2.4cü maddəsi ilə deyil, CM-in 126.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verməmişdir . Məhkəmə kollegiyası işdə olan sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 126.1-ci maddəsi ilə nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkiblərinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, habelə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu baxımdan, məhkəmə kollegiyası apellyasiya şikayəti ilə qismən razılaşsa da, təqsirləndirilən şəxsin əməlinin CM-in 127.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı dəlilləri əsaslı hesab etmir. Çünki, CPM-in 140.0.1-ci maddəsinə əsasən, ölümün səbəbi, bədən xəsarətinin ağırlıq dərəcəsi və xarakteri tibb sahəsində ekspertin rəyi ilə müəyyən edilə bilər. Cinayət işinin materiallarında olan komisyon məhkəmə-tibb ekspertizasının 08 fevral 2021-ci il tarixli 21/2021 saylı rəyi ilə müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs sifətin sol yarısında alın nahiyəsindən başlayaraq sol göz alması və almacıq nahiyəsindən keçməklə sol göz almasını, sol almacıq sümüyünü zədələyərək sol yanaqdan aşağıda qurtaran vertikal istiqamətli kəsilmiş-çapılmış yara olmuşdur. Qeyd edilən xəsarəti iti uclu və ya kənarlı əşyanın təsirindən törənmiş, qərarda göstərildiyi kimi sınmış şüşə qabla yetirilən zərbə nəticəsində yarana bilərdi, yetirilmə müddəti 02.10.2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə kəsilmiş-çapılmış yara sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya, sol göz alması və sol almacıq sümüyünün zədələnməsi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs sifətində olan çapıq hal-hazırda sifətdə asimmetriya və mimika pozğunluğu yaratdığından silinməz hesab edilir. CM-in 126.1-ci maddəsində isə göstərilmişdir ki, insan həyatı üçün təhlükəli olan və ya görmə, eşitmə, nitq qabiliyyətinin və ya hər hansı bir orqanın, yaxud bu orqanın funksiyasının itirilməsinə, psixi pozuntuya və ya sağlamlığın başqa cür pozulmasına, əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmamaqla uzun müddətə itirilməsi ilə və ya təqsirkar üçün aşkar surətdə zərərçəkmiş şəxsin peşəkar əmək qabiliyyətinin tam itirilməsi ilə əlaqədar olan və ya hamiləliyin pozulmasına, şəxsin narkomanlıqla və ya toksikomanlıqla xəstələnməsinə səbəb olan, yaxud sifətin silinməz dərəcədə eybəcərləşdirilməsində ifadə olunan zərərvurma qəsdən sağlamlığa ağır zərər vurmanı ehtiva edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 avqust 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Ağır, az ağır və yüngül xəsarət növlərinin Siyahısı”nda həyat üçün təhlükəli olmayan, lakin nəticələrinə görə ağır hesab edilən xəsarətlər sadalanmış və həmin xəsarətlərə həmçinin sifətdə bərpa olunmayan xəsarətlər də aid edilmişdir. Sözügedən qərarın qeyd hissəsində göstərilmişdir ki, sifətdə bərpa olunmayan xəsarətlər dedikdə sifətdə, eləcə də qulaq seyvanında vaxt keçdikcə bərpa olunmayan və onların aradan qaldırılması üçün cərrahi müdaxilə (plastik və rekonstruktiv əməliyyatlar) tələb olunan patoloji dəyişikliklər (çapıqlar, burnun və qulağın hissəvi, eləcə də tam amputasiyaları, deformasiya, mimika və çeynəmə pozuntuları, kəskin nəzərə çarpan asimmetriya və s.) nəzərdə tutulur. Cinayət işində olan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına faktiki olaraq az ağır zərər vurmuşdur. Lakin yetirilən xəsarət az ağır olsa da, qeyd edilən xəsarət zərərçəkmiş şəxsin sifətində silinməz dərəcədə eybəcərləşdirmə yaratdığından və gələcəkdə həmin xəsarətlərin aradan qaldırılması üçün cərrahi müdaxiləyə ehtiyac olduğundan, ibtidai istintaq orqanı haqlı olaraq onun əməlini qəsdən sağlamlığa ağır zərərvurmanı nəzərdə tutan CM-nin 126-cı maddəsi ilə tövsif etmişdir. Təqsirləndirilən şəxsə CM-in 70-ci maddəsinin tətbiq edilməsi məsələsinə gəlincə, CM-in 70.1-ci maddəsinə əsasən, islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır (CM-in 70.2-ci maddəsi). Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini, ağırlıq və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən halları və аğırlаşdırаn hаllаrın olmamasını nəzərə alaraq hesab edir ki, onun cəza çəkmədən islah olunması mümkün sayıla bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(091)-125/2021 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs CM-in 126.2.4-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilməli, Təqsirləndirilən şəxs CM-in 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən CM-in 126.1ci maddəsi ilə təyin olunan 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-nin 398.1.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397-399, 407-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4 və 221.3-cü maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 17 may 2021-ci il tarixli 1(091)-125/2021 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 126.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası CM-in 66.3-cü maddəsinə əsasən CM-in 126.1-ci maddəsi ilə təyin olunan 05 il müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılmaqla Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 03 (üç) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Hökm baxılmış apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar