Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-264/2021 31.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şükürov İmanverdi Həşimxan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, Mabudov Faiq Ələşrəf oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X17, zərərçəkmiş şəxsin hüquqi varisi X7, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(091)-121/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X24 (sədrlik edən), X21 və X9 ibarət tərkibdə) 26 may 2021-ci il tarixli, 1(091)-121/2021 nömrəli hökmü ilə, xx xxxx 1984-cü il tarixdə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, 2-ci qrup əlil, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və 15 (on beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və cəzaçəkmə müddətinin başlanğıcı 12 yanvar 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(091)-121/2021 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum edilmişdir ona görə ki, o, 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində sərxoş halda yaşadığı Şəki şəhəri Bağbanlar küçəsi ev 59V mənzil 32 ünvanındakı evə gəlmiş, evin qonaq otağında yemək süfrəsi qurulmuş stolun ailə üzvləri tərəfindən otağın künc hissəsinə qoyulmasını görüb bundan qəzəblənərək əvvəlcə həmin yemək süfrəsi qurulmuş stolu və otaqda olan stulları təpiklə vuraraq üzərindəki əşyalarla birlikdə dağıdıb sındırmaqla yerə tökmüş, daha sonra evin yataq otağında həmin gün onlara qonaq gəlmiş qayınX5nın ona evə sərxoş vəziyyətdə gəlməsi, evdəkilərə qarşı nalayiq ifadələr işlətməsi, evdəki əşyaları dağıtması, qızı Nuranə Cəlilovanın ad günündə dava salması ilə bağlı iradlar bildirməsindən əsəbiləşərək aralarında yaranmış mübahisə zamanı Ruqiyə Əhmədovanı qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə onunla mübahisə etdikdən sonra mətbəxdən soyuq silah hesab olunmayan mətbəx bıçağını götürüb yataq otağına qayıdarkən həmin anda otaqdan dəhlizə doğru çıxmış Ruqiyə Əhmədovanın əvvəlcə əli ilə boğazından tutub sıxaraq onun müqavimət göstərməsinin qarşısını almış, həmçinin sonuncunun doğma qızı X14, azyaşlı nəvələri xx.xx.2008-ci il təvəllüdlü Şahid2 və 12.01.2014-cü il təvəllüdlü X11 onların yaxınlığındakı qapıları açıq otaqlarda olmalarını, baş verən mübahisəni görüb eşitmələrini, evin sahəsinin kiçik olması səbəbindən dəhliz və yataq otaqlarının bir-birinə çox yaxın olmasını və evdə olan digər şəxslərin də bu hərəkətləri müşahidə edə biləcəklərini bilməsinə baxmayaraq, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməklə sonuncuların gözləri qarşısında xüsusi iztirab və əzab verəcəyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə əlindəki mətbəx bıçağı ilə X10 qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona həyat üçün təhlükəli olan qarının ön divarının epiqastral nahiyəsindən daxilə keçən, böyük piyliyi, kiçik piyliyi, nazik bağırsaq müsariqələrinin qan damarlarını zədələyən və kəskin daxili qanitirməyə səbəb olan deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığa ağır zərərvurmaya aid olan bir ədəd xəsarət yetirərək Ruqiyə Əhmədovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(091)-121/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o hazırki hökmlə razı deyildir. Belə ki, o ilkin olaraq CM-in 120.1-ci maddəsilə təqsirləndirildiyi halda, sonradan onun əməli CM-in 120.2.4-cü maddəsinə tövsif edilmişdir. O qaynanasını qəsdən öldürməmişdir. Özünə xəsarət yetirmək istədiyi halda qaynanası gəlmiş və bıçaq təsadufən ona dəymişdir. O könüllü olaraq təslim olmuşdir. Himayəsində iki azyaşlı övladı vardır, özü epilepsiya xəstəsidir, 2-ci qrup əlildir. Yoldaşı zərərçəkmiş kimi ondan şikayətçi deyil. Odur ki, törətdiyi əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, cinayət əməlinin xüsusi amansızlıqla adam öldürmə kimi tövsifi zamanı söhbət hər hansı bir amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhimsizliyindən, qəddarlığından gedir. Eyni zamanda nəzərə alınmalı idi ki, qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndir. Məsələn, xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi halda öldürməsində ifadə oluna bilər. Yaxın adamlar zərərçəkmiş şəxsi özlərinə əziz sayan, onu dəyərli insan kimi özünün yaxını hesab edən şəxslərdir. Belə halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir. Xüsusi amansızlıqla adam öldürmə niyyəti ilə hərəkət edən təqsirkarın ilk zərbəsindən zərərçəkmiş şəxsin həyatdan məhrum olmasına baxmayaraq, təqsirkar onu ölmüş hesab etməyərək, meyitin üzərində təhqiredici hərəkətlərini davam etdirərsə, onun əməli xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmiş olur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə ağrılar yetirilməsi hallarında mövcud olur. Hazırki işdə qeyd olunanlara münasibətdə Təqsirləndirilən şəxs nə düzünə, nə də ki, dolayı qəsdi müəyyən olunmamışdır. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) CM-in yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin CMin 120.2.4-cü maddəsi ilə tövsifini istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməni cinayət olaraq məhz CM-nin 120.1-ci maddəsi nəzərdə tutmuşdur. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli 1 (091 )-121/2021 saylı hökmü Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinib 15 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissədə dəyişdirilməyini, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllnin 124.1-ci maddəsinə tövsif edilməklə həmin maddənin sanksiyasında nəzərdə tutulan ən aşağı həddə cəza təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X25 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(091)- 121/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin hüquqi varisi X14 az yaşlı uşaqlarını, ailə vəziyyətini və şikayətinin olmadığını nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs bildirdi ki, hadisə ehtiyyatsızlıq nəticəsində baş verdiyindən özünü CM-in 124.1-ci maddə ilə təqsirli bildiyini və ədalətli qərar çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 399.1 və 399.1.2-ci maddəsinə görə məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. CPM-in 399.1.4-cü maddəsinə görə apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiya məhkəməsi birinci insatansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul edə bilər. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, hadisə baş verən gün içkili olmuşdur. Dəfələrlə qaynanası tərəfindən onun ailəsinə müdaxilələr edilib. Qayınanası tərəfindən dəfələrlə ona qızını ondan boşatdıracağını və onu başqa kişiyə ərə verəcəyini demişdir. Dəfələrlə onu polis şöbəsinə verib. Bacanağı Fuad dəfələrlə qaynanasına zəng vuraraq ondan Türanə Cəlilovaya ər olmaz, onu başqa adama ərə verək deyərək ailəsini dağıtmaq istəmişdir. Onu o öldürməmişdir, onun özü qabağa tullanaraq bıçağa dəyib və ölüb. O onu qəsdən öldürməmişdir. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin hüquqi varisi X14 bildirdi ki, Təqsirləndirilən şəxs onun əridir. Şəki Ağır Cinayətlər Məhkəməsində verdiyi ifadəsini təsdiq edir. Hadisə vaxtı evdə olsa da nə özü, nə də uşaqları anasının bıçaqlandığını görməmişdir. Həmin vaxt uşaqlar da başqa otaqda olmuşlar. Onun heç bir şikayət və tələbi yoxdur. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində CM-in 120.2.4-cü maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü qismən (CM-in 120.1-ci maddəsi ilə) təqsirli bilərək ifadəsində göstərmişdir ki, hadisə baş verən gün işini qurtardıqdan sonra evə qayıtmış, uşağının doğum günü olduğuna görə yeyib-içmək üçün spirtli içki olan araq almış və bir az araq içmişdir. Oğlu zəng edərək evə nə vaxt gələcəyini soruşduqda o da oğluna evə gəldiyini, yolda olduğunu, o gələnə qədər özlərinin oturub yeyib-içmələrini demişdir. Evə çatdıqda içəri girdiyi zaman stolun yerinin dəyişdiyini görüb buna iradını bildirmiş, stolu nə üçün əvvəlki yerindən götürüb başqa yerə qoyduqlarını soruşaraq həmin stolun öz yerində qalmasını bildirmişdir. Həmin vaxt içkili olmuşdur. Eyni zamanda onun psixoloji problemləri də var. Həmçinin böyrəyinin biri olmadığına görə İİ qrup əlildir. Anası və qayınanası stolu evin ortasına qoyanda isə özü deyəndən sonra daha nə üçün stolu ortaya çəkdiklərini deyib yenə də onlara irad bildirmiş, stola təpik vurmuşdur. Həmin vaxt stolun üstündə olan konfet və kompot şüşəsi dağılmışdır. O, həmin vaxt əsəbiləşərək çölə çıxıb evə qayıtmışdır. O, qayınanasına demişdir ki, belə olmaz. Qayınanası da ona qızını ondan boşatdıracağını və onu başqa kişiyə ərə verəcəyini demişdir. Həmin vaxt arvadı da anasına etiraz edərək dünyaya bir dəfə gəldiyini və bir dəfə də ərə getdiyini, danışığına fikir verməsini bildirmişdir. O, qayınanasına onların ailə işlərinə qarışmamasını, onun qonaq olduğunu və yerini bilməsini demişdir. Qayınanası isə yenə də həmin sözü təkrar edəndə o da qayınanasına digər qızı olan baldızı Yeganənin ölmüşünə and içməsini demişdir. Qayınanası da Yeganənin yox, onun ölməsini deyəndə artıq həddindən artıq əsəbiləşib özünü öldürəcəyini bildirmişdir. Sonra o, mətbəxdən bıçağı götürüb özünü öldürmək üçün ayaqyolu tərəfə getmək istəyən zaman qayınanası qarşısına çıxmışdır. Orada qayınanası qarşısına gələn zaman əlində olan bıçaq birdən qayınanasına dəymişdir. O, baş vermiş hadisədən çox peşman olmuş və orada ağlamışdır. Bundan sonra həyətə düşmüş, evə təcili yardım avtomobilinin gəldiyini görmüşdür. Onun arxasınca isə polis avtomobilləri gəlmişdir. O da törətdiyi əməlindən peşman olaraq polis əməkdaşına təslim olmuşdur. Bir şəxsin ölümünə səbəb olduğundan özünü CM-in 120.1-ci maddəsi ilə təqsirli bilir. Halhazırda törətdiyi əməldən peşmandır. Odur ki, barəsində ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi X14 ifadəsində göstərmişdir ki, hadisə baş verən axşam qızının 12 yaşı tamam olmuş və onun doğum gününü qeyd etmişlər. Oğlu Nurlan əri Təqsirləndirilən şəxs zəng edəndə Rahim onların yeyibiçmələrini, özünün də bir azdan gələcəyini bildirmişdir. Rahim evə gələn zaman onların stolun yerini dəyişdiklərini görüb əsəbiləşmişdir. X5 ilə əri Təqsirləndirilən şəxs arasında mübahisə yaranmış, daha sonra Rahim mətbəxə getmiş, ancaq o, həmin vaxt Rahimin bıçaq götürdüyünü bilməmişdir. X33 yerə yıxılanda səs eşitmiş, nə isə baş verdiyini bilib onun üstünə qaçmış, anasını yerdən qaldırmaq istəyəndə onun üstünün qan olduğunu görmüşdür. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 məhkəmə istintaqının gedişində əvvəlcə təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirsə də, çıxışlar mərhələsində təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək onun barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün nəvəsinin doğum günü olmuş, qudası X20 ilə masa ətrafında oturub yemək yemişlər. Oğlu Təqsirləndirilən şəxs sərxoş halda evə gələndə onlar həmin stolu otağın kənarına tərəf çəkmişlər. Oğlu da onu görüb onlara nə üçün stolun yerini dəyişdiklərini deyərək irad bildirmişdir. O da oğluna otaqda genişlik olsun deyə stolu kənara qoyduqlarını deyib ona acıqlanmışdır. Oğlu X18 ilə mübahisə etməyə başlamışdır. X4 xoşagəlməz söz dediyinə görə oğlu əsəbiləşərək evdən çölə çıxmışdır. O, qudası Ruqiyə Əhmədova ilə yataq otağına keçəndə oğlu da oraya gələrək yenə də qayınanası ilə mübahisə etməyə başlamışdır. Sonra oğlu otaqdan çölə çıxmışdır. X18 da onun dalınca getmişdir. Bir qədər sonra o, tappıltı səsini eşitmiş və qaçıb baxanda qudası Ruqiyənin yerə yıxıldığını görmüşdür. Onu yerdən qaldırmaq üçün çəkəndə qan olduğunu görmüş, qışqıraraq ağlamağa başlamışlar. Ancaq həmin vaxt oğlu Təqsirləndirilən şəxs əlində bıçaq görməmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun atasıdır. Hadisə baş verən gün bacısının ad günü olduğundan süfrə açaraq oturub yeyib-içmişlər. O, atası Təqsirləndirilən şəxs zəng edib onun harada olduğunu soruşduqda atası ona yolda olduğunu və evə gəldiyini demişdir. Stolun ayağı narahat olduğundan həmin stolun yerini dəyişmişlər. Atası evə gəlib bunu gördükdə stolun yerini nə üçün dəyişdiklərini deyərək mübahisə etməyə başlamış, stolu dağıtmışdır. Həmin vaxt nənəsi Şahid1 öz otağına keçmiş, digər nənəsi Ruqiyə Əhmədova isə atası ilə mübahisə etmişdir. Bundan sonra da qeyd edilən hadisə baş vermişdir. O, hadisəni görməmişdir, səs eşidib dəhlizə çıxanda nənəsinin yerdə uzandığını və üstünün qan olduğunu görmüşdür. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş birinci instansiya məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X12 ifadəsində göstərdi ki, o, baş vermiş hadisəni görməmiş, sonradan ona bu barədə məlumat verilmişdir. Əvvəllər də bacısının əri Təqsirləndirilən şəxsla anasının arasında söz-söhbət olduğunu eşitmişdir. Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş 12 yanvar 2021-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə yeri Şəki şəhəri, Bağbanlar küçəsindəki 5 mərtəbəli binanın 4-cü mərtəbəsindəki ev 59V, mənzil 32 ünvanında yerləşən 3 otaqlı mənzildir. Həmin mənzilə giriş 85x200 sm ölçüdə dəmir materialdan olan ağ rəngli, bir taylı qapıdandır və giriş qapısı dəhlizə açılır. Giriş qapısının sağ tinindən sağ tərəf istiqamətdə 220 sm məsafədə mərhum Ruqiyə Əhmədovanın meyiti vardır. Meyitin əynində boz-qara-ağ rəngli çərçivəli naxışlı uzunqol, öndən düymə ilə bərkidilən kofta, ağımtıl-süd rəngli uzunqol vadalaska, qara rəngli yubka və qara rəngli retuz görünür. Ağımtıl-süd rəngli uzunqol vadalaskaya baxdıqda üzərində gözlə görünən zədə və qanabənzər ləkələr olması müəyyən edildi. Meyitin sol tərəf istiqamətində kovralitin üzərində 10x13 sm ölçüdə qanabənzər ləkə aşkar olundu. Həmin qanabənzər ləkədən 480 sm sağ tərəf məsafədə mətbəxdə masanın üzərində bıçaq aşkar olundu. Həmin bıçağa baxdıqda tutacağının plastmas materiallı, ağ, göy və qırmızı rəngli, tiyəsi 19 sm, dəstəyi isə 11,5 sm, ümumi uzunluğu 31,5 sm olduğu müəyyən olundu. Həmin bıçaqdan sağ tərəfdə 14 sm məsafədə masanın üzərində dəstəyi açıq qəhvəyi rəngdə və taxta materialdan olan tiyəsi 12 sm, dəstəyi 11,5 sm, ümumi uzunluğu isə 23,5 sm olan bıçaq görünür. Qeyd olunan bıçaqdan 45 sm məsafədə masanın üzərində qara və boz rəngli dəstəyi olan tiyəsi 12 sm, dəstəyi 11 sm, ümumi uzunluğu isə 33 sm olan bıçaq vardır. Həmin bıçaq şərti olaraq 5 rəqəmi ilə işarələndi. Mətbəxə baxış keçirilərkən mətbəx mebelinin siyirtmələrinin yerindən çıxarılmış və yerə düşmüş, siyirtmələrin içərisindəki əşyaların isə döşəmə üzərinə dağılmış vəziyyətdə olması müəyyən olundu. Giriş qapısının sağ tinindən sağ tərəf istiqamətdə 330 sm məsafədə qonaq otağı vardır. Qonaq otağının ölçüləri 300x580 sm olmaqla hündürlüyü 270 sm-dir. Həmin otağın qapısının sol tinindən 145 sm məsafədə yerə aşmış vəziyyətdə stul və 180 sm məsafədə qırılmış taxta masanın hissələri vardır. Qonaq otağının qapısının sol tinindən sol tərəf istiqamətdə 215 sm məsafədə divanın üzərində 01 ədəd qara rəngli gödəkçə və 01 ədəd papaq vardır. Bundan başqa meyitin sol ayağından 80 sm məsafədə 570x300 sm ölçüdə yataq otağı vardır. Həmin otaqda yerləşən 180x200 sm ölçüdə olan çarpayının üzərində qara rəngli əl çantası vardır. Baxış iştirakçısı Ruqiyə Əhmədova bildirdi ki, həmin çanta və çantanın içərisindəki əşyalar mərhuma məxsus olmuşdur. Çantaya baxış keçirilərkən ağ rəngli «Samsung» markalı smartfon tipli mobil telefon aşkar olundu. Meyitin sağ ayağının pəncəsindən sağ tərəf istiqamətdə 60 sm məsafədə 70x140 sm ölçüdə sanitar qovşağı yerləşir. Sanitar qovşağına giriş 60x180 sm ölçüdə olan taxta qapıdandır. Sanitar qovşağına bitişik formada 60x180 sm ölçüdə hamam yerləşir. Hamama giriş 60x180 sm ölçüdə olan taxta qapıdandır. Sanitar qovşağının və hamamın hündürlüyü 230 sm-dir. Hadisə yerinə baxış keçirilməsi zamanı hadisə yerindən bir ədəd üzərində qanabənzər ləkələr olan kovralit hissəsi, Təqsirləndirilən şəxs məxsus 1 ədəd gödəkçə, 1 ədəd papaq, 3 ədəd mətbəx bıçağı, bir ədəd «Samsung» markalı smartfon tipli mobil telefon müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. (cild 01, iş vər. 04-15) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş “Meyitə baxış keçirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, meyit təşrih masası üzərində arxası üstə uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: Boz-qara-ağ rəngli çərçivəli naxışlı uzunqol, öndən düymə ilə bərkidilən kofta. Ağımtıl-süd rəngli uzunqol vadalaska. Vadalaskanın aşağı kənarı qanla bulaşıqdır, aşağı kənarından 14.5 sm yuxarıda sol yan tikişdən 21.5 sm sağda 2.5x0.7 sm ölçüdə boylama çəp istiqamətli, kənarlarından sapları düzxətli trayektoriya üzrə kəsilmiş dəlib keçən zədə vardır. Zədənin ətrafında qırmızımtıl rəngli qanabənzər maddə ilə çirklənmələr vardır. Ağ qolsuz mayka. Maykanın aşağı kənarında 19.5 sm yuxarıda sol yan tikişdən 21 sm sağda 2.5x0.7 sm ölçüdə boylama-çəp istiqamətli, kənarlarındakı sapları düzxətli trayektoriya üzrə kəsilmiş dəlib keçən zədə vardır. Zədənin ətrafında qırmızımtıl rəngli qanabənzər maddə ilə çirklənmələr vardır. Ağ qolsuz maykanın altında bənövşəyi-ağ naxışlı büstqalter vardır. Qara rəngli yubka. Qara rəngli retuz. Mavi rəngli corab. Qəhvəyi rəngli trusik. Paltarlar əvvəllər istifadə olunmuşdur. Yuxarıda qeyd edilən zədələrdən başqa digər zədə aşkar edilmədi. Meyit qadın cinslidir. Düzgün bədən quruluşlu, kafi qidalı, boyunun uzunluğu 165 sm-dir. Meyit əllədikdə soyuqdur. Meyit qacıması yalnız çeynəmə əzələsində zəif inkişaf etmişdir. Meyit ləkələri meyitin arxa səthində zəif büruzə olunur və barmaqla təzyiq etdikdə rəngi itir, 30 saniyə sonra öz əvvəlki rəngini bərpa edir. Meyitin saçları qırmızımtıl-qəhvəyi rənglidir, uzunluğu 15-20 smdir. Kəllə-tağı sümükləri əllədikdə tamdırlar, burnu, gözləri və qulaq seyvanları adi quruluşdadır, gözləri qapalıdr. Bəbəklər bərabər-simmetrik genəlmişlər. Diametri 0.4 smdir. Hər iki gözün ağlı qişasında qansızma yoxdur. Xarici qulaq seyvanlarında sırğalıq hissədə 01 cüt sarı rəngli metaldan sırğa, 01 ədəd sarı rəngli metaldan üzük və sol əldə 01 ədəd qol saatı vardır. Ağzı yarımaçıqdır, dişləri protezdir, dil diş xəttindən arxada yerləşmişdir. Burunu adi quruluşdadır. Xarici qulaq keçəcəkləri, burnu və ağız boşluqları təmizdir, sərbəstdir. Üz-skelet sümükləri əllədikdə tamdırlar. Boyunu adi quruluşdadır, adi hərəkətlidir, krepitasiya yoxdur. Döş qəfəsi silindrikdir. Əllədikdə körpücük sümükləri, döş sümüyü, qabırğalar, yuxarı və aşağı ətraflar, çanaq və əllənən digər sümüklərdə patoloji hərəkətlilik (krepitasiya)-sınıq müəyyən edilmədi. Qarın yumuşaqdır. Xarici cinsiyyət üzvləri qadın tiplidir. Böyük cinsiyyət dodaqları kiçik cinsiyyət dodaqlarını örtür. Uşaqlıq yolu ifrazatsızdır, zədəsizdir. Arxa keçəcək şüavari büküşlüdür. Sfinkter bir qədər boşalıb, ətrafı təmizdir, zədəsizdir. XƏSARƏT: Qarının ön divarında, epiqastral nahiyədə, orta xəttdən 1.6 sm solda, göbəkdən 14.5 sm yuxarıda bir qədər boylama-çəp istiqamətli, 2.4x0.9 sm ölçüdə, kənarları hamar, qırmızımtıl rəngli qansızmalı, əllə müayinə etdikdə qarın boşluğuna nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yara vardır. Meyitin xarici müayinəsi zamanı yuxarıda qeyd edilən xəsarətdən başqa digər xəsarət müəyyən olunmadı. X2 meyitinə baxış keçirilməsi zamanı onun əynində olmuş bir ədəd boz-qara-ağ rəngli uzunqol kofta, bir ədəd ağımtıl-süd rəngli uzunqol vadalaska, bir ədəd ağ rəngli qolsuz mayka, bir ədəd bənövşəyi-ağ naxışlı büstqalter, bir ədəd qara rəngli yubka, bir ədəd qara rəngli retuz, bir cüt mavi rəngli corab, bir ədəd qəhvəyi rəngli trusik, bir cüt sarı rəngli metaldan sırğa, bir ədəd sarı rəngli metaldan üzük, bir ədəd qol saatı, həmçinin dırnaq və tük nümunələri götürülmüşdür. (cild 01, iş vər. 17-25) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə”yə dair tərtib olunmuş 12 yanvar 2021-ci il tarixli, 06 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs orta dərəcəli sərxoş vəziyyətdə olması aşkar edilmişdir. (cild 01, iş vər. 30-31) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş 13 yanvar 2021-ci il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” protokolundan görünür ki, Təqsirləndirilən şəxs ifadələrində göstərdiklərini bir daha təsdiq edərək əyani şəkildə göstərmişdir. (cild 01, iş vər. 68-75) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş 13.01.2021-ci il tarixli “əşyaların tanınması haqqında” protokoldan görünür ki, hadisə baxış keçirilməsi zamanı götürülmüş 01 ədəd bıçağı tanınma üçün şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edildi. Təqsirləndirilən şəxs cinayətin törədilməsində istifadə etdiyi 01 ədəd bıçaq şərti olaraq 3 rəqəmi ilə nömrələnərək şərti olaraq 1, 2 və 4 rəqəmləri ilə nömrələnmiş, həmin bıçaqdan görünüşü ilə kəskin fərqlənməyən digər 3 ədəd bıçaqla birlikdə şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim edildi və ünvan 2 ünvanda qeydiyyatda olduğu və yaşadığı evdə istifadə edilmiş bıçağı göstərməsi Təqsirləndirilən şəxs təklif edildi. Şübhəli şəxs Təqsirləndirilən şəxs tanınmaya təqdim olunmuş bıçaqlar barəsində ona heç bir məlumat verilmədiyini bildirərək 4 ədəd bıçağı nəzərdən keçirib göstərdi ki, şərti olaraq 3 rəqəmi ilə nömrələnmiş bıçaq onun ailə üzvləri tərəfindən ünvan 2 ünvanda yerləşən evdə istifadə edilmiş və həmin bıçağın haradan və nə vaxt alındığını xatırlamır. Bundan sonra Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin bıçağı məhz hansı əlamətlərinə görə tanıdığını izah etmək təklif olunduqda sonuncu həmin bıçağı ölçüsünə, dəstəyində ağ-qırmızı-göy rənglərinə, tiyəsinin gümüşü rəngdə olmasına və çörək kəsmək üçün istifadə edildiyinə görə görə tanıya bildiyini bildirdi. (cild 01, iş vər. 76-79) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş 12.01.2021-ci il tarixli “Raport”dan görünür ki, 12.01.2021-ci il tarixdə Şəki MRX-nin 103 xidmətindən İ.Abbasov telefonla məlumat verərək Şəki şəhəri Bağbanlar küçəsi bina 59 mənzil 32-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdə qaynX5nı bıçaqla qətlə yetirməsini bildirmişdir. Məlumat yoxlanılan zaman Şəki şəhəri Bağbanlar küçəsi bina 59 mənzil 32-də Təqsirləndirilən şəxs yaşadığı evdə qaynX5nı bıçaqla qətlə yetirməsi faktı öz təsdiqini tapmışdır. (cild 01, iş vər. 148) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X19 X37 13.02.2021-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, “X1 meyitinin məhkəmətibbi ekspertizası zamanı aşağıdakılar aşkar olunmuşdur: qarnın ön divarının epiqastral nahiyəsindən daxilə keçən, böyük piyliyi, kiçik piyliyi, nazik bağırsaq müsariqələrinin qan damarlarını zədələyən və kəskin daxili qanitirməyə səbəb olan deşilmiş-kəsilmiş yara. X1 ölümünə səbəb qarnın ön divarının epiqastral nahiyəsindən daxilə keçən, böyük piyliyi, kiçik piyliyi, nazik bağırsaq müsariqələrinin qan damarlarını zədələnməsi nəticəsində baş vermiş daxili qanaxma olmuşdur və ölüm meyitin müayinəsindən 3-4 saat əvvəl olmaqla qərarda qeyd edilən tarix və müddətə uyğundur. Bu xəsarətlər həyatidirlər, ölümündən az əvvəl iti deşici-kəsici əşyanın(alətin) təsirindən törənmişdir, hadisə yerindən götürülmüş bıçağın təsirindən törənməsi istisna edilmir, dərəcəsinə görə, ölümünə səbəb olduğundan Ağır zərər vurmanın əlamətlərinə malikdir. X1 meyiti üzərində olan xəsarətlər ekspertizanın təyin edilməsi haqqında qərarın təsviri hissəsində göstərilən şəraitdə əmələ gəlməsi mümkündür. X1 cinsiyyət orqanlarında hər hansı xəsarət və həmçinin zorlamaya xarakterik əlamətlər aşkar edilmədi. X3 hamilə deyildir. X3 ölməmişdən əvvəl spirtli içki, narkotik vasitə və yaxud psixotrop maddə qəbul etməmişdir”. (cild 01, iş vər. 162-166) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin 16 fevral 2021-ci il tarixli 83/25 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz, acıqlı və kobud olması, onda əsəbiliyə və konfliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa güclü nevrotik reaksiya ilə cavab verməsi, əvvəllər əsəbilik zamanı özünə təkrari xəsarətlər yetirməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusuiyyətlərə (şəxsiyyətin psixopatik cizgiləri) baxmayaraq o, hazırki cinayət əməlini törədərkən, yəni 12.01.2021-ci il tarixdə öz əməlinin faktiki xarakterini dərk etmək, hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-nin 21.1-ci madddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. (cild 02, iş vər. 10-12) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 26 fevral 2021-ci il tarixli, 6/396 №-li rəyindən görünür ki, “Tədqiqata təqdim edilmiş, X16 məxsus olduğu qeyd edilən 01 ədəd köynəyin, 01 ədəd sviterin, 01 ədəd maykanın, 01 ədəd yubkanın, 01 ədəd büstqalterin, 01 ədəd retuzun, 01 ədəd alt tumanının, 01 ədəd corabın; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın, 01 ədəd sviterin və hadisə yerindən götürülmüş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş, X16 məxsus olduğu qeyd edilən 01 ədəd yubkanın səthi üzərindən aşkar edilmiş tünd göy rəngli təbii pambıq lifləri cins əlamətlərinə görə Təqsirləndirilən şəxs oğluna məxsus qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, 01 ədəd bıçağın səthində kənar lif mikrohissəcikləri həmçinin, X16 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, X16 məxsus olduğu qeyd edilən sağ və sol əlinin dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintiləri üzərində Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən sağ və sol əlinin dırnaqlarından kəsilərək götürülmüş dırnaq kəsintiləri üzərində X16 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur”. (cild 02, iş vər. 19- 26) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X19” X37 10.03.2021-ci il tarixli, 91/2021-MTKŞ №-li rəyindən görünür ki, İ.1. Ekspertizaya təqdim edilmiş X16 məxsus vodolazka və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşicikəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın tiyəsi ilə törənməsi inkar olunmur. 2. Ekspertizaya təqdim edilmiş X16 məxsus büstqalterin sağarxa nahiyəsində, qarmaqlar tikilmiş köbə yerindən tam sökülmüş ayrılmışdır. Bu sökülmə küt yaranma mexanizmə malikdir, büstqalterin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. 3. Ekspertizaya təqdim edilmiş X16 məxsus tuman, bir cüt corab, kolqotka, yubka və jaket üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. 4. Ekspertizaya təqdim edilmiş X16 məxsus vodolazkanın və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin qarnının ön divarında olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. 5. Ekspertizaya təqdim edilmiş X16 məxsus vodolazkanın və maykanın ön hissəsinin orta-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədəyə görə zərbənin yetirilmə istiqaməti barədə mühakimə yürütmək mümkün olmadı. 6. Xəsarət alan zaman zərərçəkmiş və ona qəsd edən müxtəlif qarşılıqlı vəziyyətdə, həmçinin qərarda göstərilən qarşılıqlı vəziyyətdə ola bilərdilər. 7. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, sviter və şalvarın üzərində hər hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmadı. İİ. 1. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağına aiddir və soyuq silah hesab edilmir. Bıçağın üzərində sonradan təyinatının dəyişdirilməsi üçün heç bir əlavə və dəyişiklik edilməmişdir. (cild 02, iş vər. 27-34) Cinayət işinə əlavə olunmuş və məhkəmə kollegiyasının iclasında elan edilərək tədqiq olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X19” X37 10.03.2021-ci il tarixli, 132/2021-MTBŞ №-li rəyindən görünür ki, 1. X10 təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu - A/İİ/ 2. Təqsirləndirilən şəxs təqdim olunan şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrupu - O/İ/. 3.Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus cins şalvar, R.Əhmədovaya məxsus vodolazka, alt mayka, kalqotka, yubka, lifçik, jaket, onun sağ gicgah nahiyəsindən götürülmüş tük nümunəsi, sağ və sol əl-barmaq dırnaq kəsikləri yatağında və kovralit kəsiyi üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta/H/(İİ) qruplu şəxsə, o cümlədən X16 məxsus ola bilər. /əgər onun qanında müşayiətçi H antigeni varsa/ 4. Tədqiqata təqdim olunan Təqsirləndirilən şəxs məxsus sviter, qısa palto, onun tük və dırnaq nümunələri, R.Əhmədovaya məxsus trusik, 01 cüt corab və onun digər tük nümunələri üzərində qana şübhəli ləkələr, mətbəx bıçağı üzərində isə qan aşkar olunmadı. (cild 02, iş vər. 35-41) Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin olunmaması barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(091)- 121/2021 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 120.2.4cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif olunaraq, ona həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin məzmunundan görünür ki, onlar əməlin CM-in 120.1-ci maddəsinə tövsif edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iş materiallarına və qanunvericiliyin müvafiq norma və müddəlarına əsaslanaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlinə birinci instansiya məhkəməsi tərəfindən düzgün hüquqi qiymət verilməmiş, onun əməlində CM-in 120.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığı halda ona bu maddə ilə ittiham irəli sürülmüşdür. Bu baxımdan da, məhkəmə kollegiyası gəldiyi bu mövqeyini əsaslandıraraq bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Hazırda öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxsə verilmiş ittihama görə “o, 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində sərxoş halda yaşadığı Şəki şəhəri Bağbanlar küçəsi ev 59V mənzil 32 ünvanındakı evə gəlmiş, evin qonaq otağında yemək süfrəsi qurulmuş stolun ailə üzvləri tərəfindən otağın künc hissəsinə qoyulmasını görüb bundan qəzəblənərək əvvəlcə həmin yemək süfrəsi qurulmuş stolu və otaqda olan stulları təpiklə vuraraq üzərindəki əşyalarla birlikdə dağıdıb sındırmaqla yerə tökmüş, daha sonra evin yataq otağında həmin gün onlara qonaq gəlmiş qayınX5nın ona evə sərxoş vəziyyətdə gəlməsi, evdəkilərə qarşı nalayiq ifadələr işlətməsi, evdəki əşyaları dağıtması, qızı Nuranə Cəlilovanın ad günündə dava salması ilə bağlı iradlar bildirməsindən əsəbiləşərək aralarında yaranmış mübahisə zamanı Ruqiyə Əhmədovanı qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə onunla mübahisə etdikdən sonra mətbəxdən soyuq silah hesab olunmayan mətbəx bıçağını götürüb yataq otağına qayıdarkən həmin anda otaqdan dəhlizə doğru çıxmış Ruqiyə Əhmədovanın əvvəlcə əli ilə boğazından tutub sıxaraq onun müqavimət göstərməsinin qarşısını almış, həmçinin sonuncunun doğma qızı X14, azyaşlı nəvələri xx.xx.2008-ci il təvəllüdlü Şahid2 və 12.01.2014-cü il təvəllüdlü X11 onların yaxınlığındakı qapıları açıq otaqlarda olmalarını, baş verən mübahisəni görüb eşitmələrini, evin sahəsinin kiçik olması səbəbindən dəhliz və yataq otaqlarının bir-birinə çox yaxın olmasını və evdə olan digər şəxslərin də bu hərəkətləri müşahidə edə biləcəklərini bilməsinə baxmayaraq, öz əməlinin ictimai təhlükəli olduğunu dərk edərək onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol verməklə sonuncuların gözləri qarşısında xüsusi iztirab və əzab verəcəyini dərk edərək müstəsna dərəcədə rəhmsizlik göstərib, xüsusi amansızlıq nümayiş etdirməklə əlindəki mətbəx bıçağı ilə X10 qarın nahiyəsinə qəsdən bir dəfə vuraraq ona həyat üçün təhlükəli olan qarının ön divarının epiqastral nahiyəsindən daxilə keçən, böyük piyliyi, kiçik piyliyi, nazik bağırsaq müsariqələrinin qan damarlarını zədələyən və kəskin daxili qanitirməyə səbəb olan deşilmiş-kəsilmiş yarası xarakterli sağlamlığa ağır zərərvurmaya aid olan bir ədəd xəsarət yetirərək Ruqiyə Əhmədovanı xüsusi amansızlıqla qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Eyni zamanda birinci instansiya məhkəməsi də yuxarıda sadalanan sübutları qiymətləndirərək belə qənaətə gəlmişdir ki, təqsirləndirilən şəxsin cinayət əməli düzgün olaraq CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilmişdir. Lakin, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə yəni istinad edilən cinayət əməlinin bilavasitə xüsusi amansızlıqla törədilməsi hissəsi ilə razılaşa bilmir və bu fikirdədir ki, o təqsirləndirilən şəxsin əməlinin CM-in 120.2.4-cü maddəsi ilə düzgün tövsif edilməsi nəticəsinə gələrkən haqlı olmamışdır. Çünki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, zərərçəkmişin hüquqi varisinin və şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə Təqsirləndirilən şəxs haqqında CM-in 120.2.4-cü maddəsi ilə ittiham hökmü çıxarmış, hansı ki, kollegiyanın fikrincə bu sübutlara əsasən sonuncunun CM-in 120.2.4-cü maddəsi ilə cinayət əməli törətməsini söyləmək faktiki olaraq mümkün deyil. Məhkəmə kollegiyasının xatırlatmasına görə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsi insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi olduğunu təsbit edir. Konstitusiyanın 26-cı maddəsinin İİ hissəsinə görə, dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən Konstitusiya müddəaları, həmçinin cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yol verilməz olduğunu ehtiva edir. CM-in cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qanunçuluq prinsipi təsbit edilmiş CPM-in 10.1-ci maddəsinin tələblərinə görə, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının, bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. CPM-in 12.1 və 12.3-cü maddələnndə təsbit edilmişdir ki, cinayət prosesini həyaıa keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1- ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materiallarından görünür ki, ona qarşı irəli sürülmüş itiham (CM-in 120.2.4) tamamilə fərziyyələrə və ehtimallara (zərərçəkmişin doğma qızı X14, azyaşlı nəvələri xx.xx.2008-ci il təvəllüdlü Şahid2 və 12.01.2014-cü il təvəllüdlü X11 onların yaxınlığındakı qapıları açıq otaqlarda olmalarını, baş verən mübahisəni görüb eşitmələrini, evin sahəsinin kiçik olması səbəbindən dəhliz və yataq otaqlarının bir-birinə çox yaxın olmasını və evdə olan digər şəxslərin də bu hərəkətləri müşahidə edə biləcəklərini bilməsinə baxmayaraq) söykənərək verilmiş, öz növbəsində faktları araşdırmaq və müəyyən etməksəlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirmədən məlum hüquqi nəticəyə gəlmişdir. Halbuki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X22rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmlıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X8rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasında baş vermiş mübahisə nəticəsində sonuncunun həyatdan məhrum olması mübahisələndirilməsə də, təqsirləndirilən şəxsin zərərçəkmişi xüsusi amansızlıqla həyatdan məhrum etməsi ilə bağlı birinci instansiya məhkəməsinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. Belə ki, həm ibtidai istintaq orqanı, həm də birinci instansiya məhkəməsi nəzərə almalı idi ki, cinayət əməlinin xüsusi amansızlıqla adam öldürmə kimi tövsifi zamanı söhbət hər hansı bir amansızlıqdan deyil, xüsusi amansızlıqdan, yəni təqsirkarın müstəsna dərəcədə rəhimsizliyindən, qəddarlığından gedir. Eyni zamanda nəzərə alınmalı idi ki, qanun xüsusi amansızlıq anlayışını həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın xüsusi amansızlıq göstərməsini sübut edən digər hallarla əlaqələndir. Məsələn, xüsusi amansızlıq təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında, onların gözü qarşısında bu şəxslərə xüsusi əzab verdiyini dərk etdiyi halda öldürməsində ifadə oluna bilər. Yaxın adamlar zərərçəkmiş şəxsi özlərinə əziz sayan, onu dəyərli insan kimi özünün yaxını hesab edən şəxslərdir. Belə halda təqsirkar seçdiyi üsulla zərərçəkmiş şəxsin yaxın adamlarına xüsusi əzab verdiyini dərk etməlidir. Xüsusi amansızlıqla adam öldürmə niyyəti ilə hərəkət edən təqsirkarın ilk zərbəsindən zərərçəkmiş şəxsin həyatdan məhrum olmasına baxmayaraq, təqsirkar onu ölmüş hesab etməyərək, meyitin üzərində təhqiredici hərəkətlərini davam etdirərsə, onun əməli xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilməlidir. Təqsirləndirilən şəxsin əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmiş şəxsi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmiş olur. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə ağrılar yetirilməsi hallarında mövcud olur. Hazırki işdə qeyd olunanlara münasibətdə Təqsirləndirilən şəxs nə düzünə, nə də ki, dolayı qəsdi müəyyən olunmamışdır. Cinayət tərkibinin subyektiv cəhətinə aid həmin zəruri əlamətin müəyyən edilməməsi isə (tövsifedici hala münasibətdə) CM-in yuxarıda təsvir olunan normalarına, o cümlədən 3-cü maddəsinə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarında ifadə olunmuş hüquqi mövqeyə görə Təqsirləndirilən şəxs cinayətkar hərəkətlərinin CMnin 120.2.4-cü maddəsi ilə tövsifini istisna edir. Qeyd olunan və digər ağırlaşdırıcı (tövsifedici) əlamətlər olmadan qəsdən adam öldürməni cinayət olaraq məhz CM-in 120.1-ci maddəsi nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 saylı qərarının 8-ci bəndində qeyd edilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-in 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Plenum qərarının həmin müddəalarına və CM-in 120.2.4-cü maddəsinin mənasına görə qəsdən adam öldürmə cinayətinin törədilməsi zamanı mənzilin sahəsinin kiçik olması səbəbindən mənzildə olan digər şəxslərin törədilən cinayət əməlini müşahidə edə biləcəkləri ehtimalı özü-özlüyündə cinayətin xüsusi amansızlıqla törədilməsinə dəlalət etmir. Burada vacibdir ki, təqsirkar şəxsin niyyəti məhz zərərçəkmiş şəxsi bu üsulla xüsusi iztirab və ağrılar yetirməklə öldürmək olsun (xüsusi iztirab və ağrılar yetirməyi arzu etsin) və yaxud bunu arzu etməsə də seçdiyi üsulun zərərçəkmiş şəxsə xüsusi iztirab və ağrılar yetirməsini dərk etdiyi halda şüurlu surətdə buna yol versin, yəni xüsusi amansızlığı səciyyələndirən bu kimi hallara münasibətdə onun birbaşa və ya dolayı qəsdlə hərəkət etməsi müəyyən olunsun. Bu baxımdan da məhkəmə kollegiyası yuxarıda göstərilən qanun normasının mənası, həm Konstitusiya Məhkəməsinin, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumlarının qərarlarının izahı baxımından, həmçinin cinayət işinin faktiki hallarının gerçək vəziyyətinə əsasən bu fikirdədir ki, təqsirləndirilən şəxsin əməlinə düzgün hüquqi qiymət verilməsi üçün iş üzrə müəyyən edilmiş bütün faktiki hallar məcmu halında qiymətləndirilməli, həmçinin belə işlərdə cinayətin motivinə dair məsələnin araşdırılması xüsusi əhəmiyyət kəsb etdiyindən, cinayətin törədilmə halları ilə yanaşı, təqsirləndirilən şəxsin əvvəlki davranışı, onun şəxsiyyəti ilə bağlı xüsusatların aydınlaşdırılması vacib şərtdir. Hazırda, cinayət işinin müəyyən edilmiş, həm də reallığı əks etdirən gerçək vəziyyətindən görünür ki, Təqsirləndirilən şəxs hərəkətlərinin CM-in 120.2.4-cü maddəsi ilə tövsifi istisna edilir. Digər tərəfdən zərərçəkmiş şəxin yaxınları (mərhum zərərçəkmiş şəxsin qızı və nəvələri) ibtidai istintaqda, həm birinci instansiya, həm də hazırkı məhkəmə iclasında verdikləri ifadələrdən görünür ki, onlar ümumiyyətlə təqsirləndirilən şəxsin zərərçəkmişi bıçaqla vurmasını görməmişlər. Belə olan halda isə baş verən hadisə xüsusi amansızlıqla adam öldürmə kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirməmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmamışdır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarların hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009-cu il, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarında qeyd edilir ki, hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı, məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Yuxarı məhkəmələrin hüquqi qərarları ləğv etmə gücü məhz ciddi səhvlərin düzəldilməsində özünü göstərməlidir. Bu güc elə tətbiq edilməlidir ki, fərdi maraqlarla mühakimə sisteminin effektivliyinin təmin edilməsi arasında ədalətli balans yaratmaq maksimal dərəcədə mümkün olsun. Bir sıra məhkəmə qərarlarında “ciddi səhv” anlayışının təhlili zamanı Məhkəmə vurğulamışdır ki, işin “natamam və qərəzli” olması, yanlış nəticəyə səbəb olması, məhkəmə prosesinin ciddi pozuntuları, hakimiyyətdən sui-istifadə, hüququn tətbiqi dairəsindəki səhvlər və ədalət mühakiməsi maraqlarına təsir edən digər ağır nöqsanlar ciddi səhvin mövcudluğu kimi göstərilir. Göstərilənlərlə bağlı Konvensiya prinsipial olaraq dövlətin cinayət mühakimə icraatı zamanı səhvlərin aradan qaldırılması imkanına malik olması üçün yekun məhkəmə qərarlarının yenidən baxılmağa açılmasına icazə verir. Belə səhvlərin aradan qaldırılmadan qalması ədalət mühakiməsinin ədalətliliyinə, obyektivliyinə və ictimai nüfuzuna ciddi təsir edir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs zərərçəkmişi məhz xüsusi amansızlıqla qəsdən öldürməsi cinayətini törətməsi barədə nəticəyə gələrkən sübutların Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada qiymətləndirilməsini təmin etməmişdir. CPM-in 8.0.5-ci maddəsinə görə cinayət mühakimə icraatının əsas vəzifələrindən biri məhz şəxsiyyəti qanunsuz və əsassız mühakimə edilməkdən, onun hüquqlarının və azadlıqlarının qanunsuz və əsassız məhdudlaşdırılmalardan qorumaqdan ibarətdir. Cinayət prosessual qanunvericiliyin tələbləri baxımından cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə yekun qərar o halda ədalətli hesab edilir ki, iş üzrə bütün hallar, o cümlədən şəxsi cinayət törətməkdə ifşa edən və onun məsuliyyətini ağırlaşdıran hallarla yanaşı, ona bəraət verən və ya onun vəziyyətini yüngülləşdirən hallar da aydınlaşdırılmış olsun. CPM-in 33.1 və 33.2-ci maddələrinə görə, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və biri-biri ilə müqayisə edilir, yenisübutlar toplanır, əldə olunmuş sübutların mötəbərliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinin məzmununa görə hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv araşdırılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə, bütün toplanmış sübutların məcmusuna isə cinayət işinin (və ya digər materialın) həlli üçün kifayət etməsi nöqteyi-nəzərindən qiymət verir. CPM-in 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİİ hissəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir; CPM-in 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Eyni zamanda CPM-in 21.3-cü maddəsinə görə cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Oxşar məsələni bölüşən CPM-in 145.3-cü maddəsində göstərilir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Oxşar hüquqi mövqedə olan İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege, Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumsiyası prinsi digər məsələlərlə yanaşı tələb edir ki, öz vəzifəsini yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Sadalanan hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, iş materiallarında olan sübutlar Təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə təqsirli bilinməsi üçün kifayət etmir. Məhkəmə kollegiyası iş üzrə əldə olunmuş sübutlar məcmusuna hərtərəfli və obyektiv qiymət verərək CPM-in 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə, yəni onun CM-in 120.2.4-cü maddəsi ilə ittiham olunaraq, həmin maddə ilə təqsirli bilinib məhkum edilməsini əsaslı saymır. Çünki, birinci instansiya məhkəməsi tamamilə fərziyyələrə və ehtimallara əsaslanmaqla təqsirləndirilən şəxsin CM-in 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətdiyi qənaətinə gəlmişdir. Halbuki, CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Göründüyü kimi birinci instansiya məhkəməsinin hazırkı cinayət işi üzrə gəldiyi qənaət cinayət mühakimə icraatının obyektivliyi, qərərəzsizliyi və ədalətliliyindən bəhs edən CPM-in 28.5-ci maddəsi ilə daban-dabana ziddiyyət təşkil edir. Belə ki, öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxsin əməlində xüsusi amansızlıqla adam öldürməni təsdiq edən hər-hansı bir sübut yoxdur. Ona görə də məhkəmə kollegiyası bu fikirdədir ki, təqsirləndirilən şəxs CM-in 120.2.4-cü maddəsi ilə deyil, məhz əsas niyyətinə görə cinayət məsuliyyətinə cəlb edilməlidir. Bu baxımdan da, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 120.2.4cü maddəsi ilə deyil, CM-in 120.1-ci maddəsi ilə cinayət törətdiyini deməyə əsas verir. Sadalananlarla yanaşı məhkəmə kollegiyası həm təqsirləndirilən şəxsin, həm də onun müdafiəçisinin təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 120.2.4-cü maddəsindən həmin Məcəllnin 124.1-ci maddəsinə tövsif edilməsi ilə bağlı hazırkı məhkəmə kollegiyasının iclasında səsləndirdikləri fikirlərli qeyri səmimi bilir və bu qənaətdədir ki, bu fikirlər təqsirləndirilən şəxsi özünü müdafiə xaraktari daşıdğından, mötəbər hesab edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şiakyətinin dəlillərini qismən inandırıcı hesab edir və bu fikirdədir ki, onun əməli CM-in 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif edilməli və təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməlidir. Məhkəmə kollegiyası həmçinin Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə təyin ediləcək cəzanın növünü və həddini müzakirə edərək, bu qənaətdədir ki, sonuncunun törətdiyi hazırkı cinayət əməlinin xarakteri, ictimai təhlükəlilik dərəcəsi təqsirkarın şəxsiyyəti nəzərə alınmaqla təqsirli bilindiyi CM-in 120.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş daha yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs və müdafiəçisinin apellyasiya şikayəti təmin edilməli Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(091)-121/2021 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif olunmalı, Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, həmin maddənin sanksiyası həddində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, Təqsirləndirilən şəxs cəzasını xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, hökm qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 may 2021-ci il tarixli, 1(091)-121/2021 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs cinayət əməli CM-in 120.2.4-cü maddəsindən CM-in 120.1-ci maddəsinə tövsif olunsun. Təqsirləndirilən şəxs CM-in 120.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılasın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Şəki Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyаsı vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-264/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-264/2021
31.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver