Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-267/2021 05.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Abbasov Gündüz Qasım oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarənin prokuroru, ədliyyə müşaviri X6, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(091)-82/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər X12 (sədrlik edən), X9 (məruzəçi) və X4 ibarət tərkibdə) 18 may 2021-ci il tarixli, 1(091)-82/2021 nömrəli hökmü ilə, 28 avqust 1974-cü il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.4.3-cü maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəli 14 mart 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədilə əldə etdiyi bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroini yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evində gizlədərək satış məqsədilə saxlamış, 13.03.2020-ci il tarixdə saat 23 radələrində bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin qarşısında Şahid1 1000 (min) manata satmış, həmin çəkidə olan 1 kiloqram 125,87 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana 14.03.2020-ci ildə saat 10:45 radələrində Şahid1 məxsus avtomobildən aşkar olunaraq götürülmüş və 14.03.2020-ci ildə saat 11:35 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirildikdən sonra 14.03.2020-ci ildə saat 13:30-dan 14:00-dək olan müddət ərzində yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahəsində yerləşən sanitar qovşağında olan su qızdırıcısının içərisində qəsdən satış məqsədilə saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(091)-82/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya şikayətlərinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(091)-82/2021 nömrəli hökmünün dəyişdirilərək Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2ci maddəsinə tövsif edilməsini və həmin maddə ilə aşağı həddə cəzanın təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(091)-82/2021 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilməsini və həmin maddənin sanksiyasının minimum həddində cəza verilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(091)-82/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 çıxışında apellyasiya şikayətini müdafiə edərək Təqsirləndirilən şəxs əməlinin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilməklə yeni hökm çıxarılmasınlı xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərib, apellyasiya şikayətlərinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(091)- 82/2021 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(091)-82/2021 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs özünü ona elan olunmuş ittihamda qismən təqsirli hesab edərək ifadəsində bildirdi ki, Şahid1 ondan 1-2 aydır narkotik maddə tələb edirmiş. O, 450 qram narkotik maddəni Həsəndən alıb Vüqara vermiş, Vüqarda həmin narkotik maddənin müqabilində ona 1000 manat pul vermişdir. O, 1000 manat pulu Həsən adlı şəxsə vermişdir. O, narkotik vasitənin alqı-satqısında vasitəçilik etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən Şahid1 ifadəsində göstərdi ki, birinci instansiya məhkəməsində verdiyi ifadəsini təsdiq edir və bildirir ki, 1000 manat müqabilində 450 qram narkotik vasitənin Təqsirləndirilən şəxs almışdır. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində verdiyi ifadəsində özünü ona elan olunmuş ittihamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 13.03.2020-ci il tarixdə gəzmək məqsədi ilə Mingəçevir şəhərinə gəlmiş, Mingəçevir şəhərində olarkən tanışı Vüqarla görüşmüşdür. Görüş zamanı Vüqar ona narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş edərək pulunu verəcəyini demişdir. Vüqarla yaşadığı Yevlax şəhərinə gəlmiş, Yevlax şəhəri F.İsayev küçəsində evlərinin qarşısında gözləməsini demiş, yaşadığı Yevlax şəhəri C.Mustafayev küçəsində tanımadığı Həsən adlı şəxsin evinin qarşısına getmiş, Həsənə 1000 manat verib 450 qram narkotik vasitə marixuana almış və Şahid1 yanına qayıtmışdır. 450 qram narkotik vasitə marixuananı Şahid1 vermişdir. 13.03.2020-ci ildə Vüqarla Mingəçevir şəhərinə gəlmiş, Vüqarın yaşadığı evin qarşısında onu gözləyən zaman polis əməkdaşları onu saxlayaraq polis şöbəsinə aparmışlar. Polis şöbəsində polis əməkdaşları tərəfindən döyülmüş və işgəncəyə məruz qalmışdır, Şahid1 verdiyi narkotik vasitə onun avtomobilindən aşkar olunmuş narkotik vasitədir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat zamanı göstərdiyi xüsusatlar arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Təqsirləndirilən şəxs göstərmişdir ki, görüş zamanı Vüqar ona narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş edərək pulunu verəcəyini demişdir. O da onda narkotik vasitə olmasını və 1000 manata satmasını bildirmiş, Yevlax şəhərinə gələrək narkotik vasitəni ona verib 1000 manatı almışdır. Narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. Vüqar ondan marixuananın çəkisinin nə qədər olduğunu və onu neçəyə satdığını soruşduqda onun çəkisini dəqiq bilmədiyini, ancaq bir sellofan ağzına qədər dolu olduğunu, həmin sellofanı min manata satdığını bildirmişdir. Vüqar da onunla razılaşmış, Vüqarla onun maşını ilə Yevlax şəhərinə getmişlər, orada evində saxladığı sellofan torbada olan qurudulmuş marixuananı götürüb saat 23 radələrində elə evinin yanında Vüqara vermiş, həmin vaxt Vüqar əlində olan gümüşü rəngli elektron tərəzi ilə sellofan torbanı çəkmək istəmiş, lakin tərəzini işlədə bilməmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 13.03.2020-ci il tarixdə Təqsirləndirilən şəxs ilə Mingəçevir şəhərində görüşmüş, həmin vaxt özünə marixuana lazım olduğunu Vaqifə bildirmiş və Vaqif də ona narkotik vasitə marixuana tapa biləcəyini bildimişdir. Daha sonra onlar 450 qram marixuana üçün 1000 manat pul müqabilində razılaşmışlar və Vaqif gedib narkotik vasitə tapıb gətirmiş, ona vermişdir. Vaqifdən aldığı sellofanı idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ tərəf ayaq altına qoymuş, həmçinin həmin qurudulmuş marixuanadan az bir hissəsini götürüb kibrit qutusuna doldurub cibinə qoymuşdur ki, gələcəkdə özü istifadə etsin. Qalanını isə gələcəkdə istifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Daha sonra Vaqif ondan ayrılmış, onun hara getdiyini bilməmişdir. Bir müddət sonra polisər onu saxlamış, avtomobilə qoyduğu narkotik vasitənin olduğu sellofan torba, həmçinin həmin torbanın içərisində olan və üzərinə “X8” yazısı yazılmış elektron tərəzi də aşkar edilmişdir. Onun Vaqifdən aldığı narkotik vasitə 450 qram olmuş, qalan narkotik vasitəni polis əməkdaşları onun avtomobilinə qoymuşlar. Şahid1 birinci instansiya məhkəməsinin istintaqı zamanı qeyd etdikləri ilə məhkəməyədək icraat zamanı göstərdiyi xüsusatlar arasında ziddiyyət olduğundan, sonuncunun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmaqla tədqiq olunmuşdur. Həmin ifadəsində Şahid1 göstərmişdir ki, 13.03.2020-ci il tarixdə əvvəldən tanıdığı Təqsirləndirilən şəxs ilə Mingəçevir şəhərində görüşərkən sonuncuya narkotik vasitə lazım olduğunu bildirmiş, Vaqif də cavabında ona yaşadığı Yevlax şəhərindəki evində narkotik vasitə qurudulmuş marixuananın olduğunu, həmin narkotik vasitəni ona sata biləcəyini demişdir. Vaqiflə razılaşmış və Vaqiflə birlikdə özünə məxsus VAZ 21011 markalı avtomobillə Yevlax şəhərinə saat 23 radələrində Vaqifin yaşadığı evə çatmışlar. Vaqif evə keçib, bir müddət sonra əlində qırmızı rəngdə olan sellofan torba ilə çıxaraq həmin torbanı ona vermiş, içində narkotik vasitə - qurudulmuş marixuananın olduğunu demişdir. Vaqifdən alacağı narkotik vasitə marixuananın çəkisini dəqiq bilməkdən ötrü evdən özü ilə elektron tərəzi də götürmüş, ancaq tərəzini işlədə bilmədiyindən onu çəkə bilməmiş, ona görə də, tərəzini narkotik vasitə marixuana olan sellofan torbanın içinə qoymuş və narkotik vasitəyə görə Vaqifə 1000 manat vermiş, daha sonra isə sellofanı idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ tərəf ayaq altına qoymuş, həmçinin həmin qurudulmuş marixuanadan az bir hissəsini götürüb kibrit qutusuna doldurub cibinə qoymuşdur ki, gələcəkdə özü istifadə etsin. Qalanını isə gələcəkdə istifadə etmək məqsədi ilə avtomobilində saxlamışdır. Daha sonra Vaqif ondan ayrılmış, onun hara getdiyini bilməmişdir. Bir müddət sonra polislər onu saxlamış, avtomobilə qoyduğu narkotik vasitənin olduğu sellofan torba, həmçinin həmin torbanın içərisində olan və üzərinə “X8” yazısı yazılmış elektron tərəzi də aşkar edilmişdir. Sonra onun və digər iştirakçıların yanında aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanalar tərəzidə çəkilmiş və cibindən aşkar edilmiş içərisində qurudulmuş marixuana olan kibrit qutusunun çəkisinin 7,77 qram, sellofanın çəkisinin isə 1,150 kq olması müəyyən olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, məlumat əsasında 14.03.2020-ci ildə saat 11 radələrində Şahid1 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasını müəyyən etmək məqsədilə o, Mingəçevir şəhəri AzQres qəsəbəsində yerləşən avtomobil ehtiyat hissələri mağazasının qarşısında görüb ona yaxınlaşaraq barəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsində məlumat olduğunu bildirib onu polis şöbəsinə dəvət etmişlər. Şahid1 əynindəki qara rəngli, yaxasında boz rəngli naxışlar olan gödəkçəsinin sağ yan cibindən bir ədəd kibrit qutusu çıxarıb stolun üzərinə qoymuş, həmin kibrit qutusu Şahid1 və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmiş. Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi videoçəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmişdir. Həmin kibrit qutusunun ümumi çəkisi 7,77 qram olmuş, həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Şahid1 13.03.2020-ci il tarixdə Yevlax rayon sakini Vaqif adlı şəxsdən 1 ədəd sellofana doldurulmuş narkotik vasitə olan qurudulmuş marixuananı 1000 manata aldığını, həmin qurudulmuş marixuanadan bir hissəsini özü kibrit qutusuna dolduraraq cibində istifadə etməsi üçün gəzdirdiyini, Vaqif adlı şəxsdən 1000 manata aldığı həmin narkotik vasitə olan qurudulmuş marixuanının qalan hissəsini isə idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilində saxladığını bildirmişdir. Bundan sonra Şahid1 idarə etdiyi «VAZ 21011» markalı avtomobilə baxış keçirilmiş, həmin vaxt avtomobilin qabaq sağ oturacağının ayaqaltı yerindən bir ədəd qırmızı rəngdə olan üzərinə “Hello Baby” yazısı yazılmış sellofan aşkar edilmiş, həmin sellofan torbanın üzərində “X8” yazısı yazılmış elektron tərəzi aşkar edilərək götürülmüşdür. Həmin sellofan torba Şahid1 və digər iştirakçıların yanında açılarkən içərisində qurudulmuş marixuanaya oxşar narkotik vasitə olan kütlə olması müəyyən edilmişdir. Həmin narkotik vasitəyə oxşar kütlənin fotoaparat vasitəsi ilə fotoşəkilləri çəkilmişdir. Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi videoçəkiliş vasitəsi ilə lentə alınmışdır. Həmçinin narkotik vasitəyə oxşar kütlə elektron tərəzidə çəkilmiş, həmin sellofan torbanın ümumi çəkisi 1 kiloqram 150 qram olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmışdır. 14.03.2020-ci ildə saat 12 radələrində Şahid3 ilə Vaqifi gətirmişlər. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən onun əynindəki göy rəngli cins gödəkçəsinin sol döş cibindən dörd ədəd yüz manatlıq, beş ədəd 10 manatlıq, bir ədəd isə bir manatlıq pul əskinazları, gödəkçəsinin iç sol cibindən bir ədəd “Nokia” markalı və bir ədəd “Samsung” markalı mobil telefonlar aşkar edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs 13.03.2020-ci il tarixdə tanışı Şahid1 adlı şəxsə 1000 manat qarşılığında sellofanda narkotik vasitə olan qurudulmuş marixuana satdığını, cibindən aşkar edilərək götürülmüş həmin puldan iki yüz manatın Şahid1 aldığı puldan olduğunu, qalan pulunu xərclədiyini, bundan əlavə yaşadığı Yevlax şəhərindəki evində özünə məxsus narkotik vasitə olduğunu və bununla əlaqədar onun yaşadığı evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evinə baxış keçirilmiş, Təqsirləndirilən şəxs həyətdən sağda yerləşən sanitar qovşağının otaqlarının birində yerləşən su qızdırıcısının içində özünə məxsus narkotik vasitə olan heroin gizlətdiyini demiş və onu təqdim etmişdir. Təqsirləndirilən şəxs dediyi otaqda yerləşən su qızdırıcısının içərisinə baxdıqda orada ağ rəngli salfet kağıza bükülmüş bir ədəd üstü ağ, içi isə gümüş rəngdə olan büküm, bir ədəd əlavə gümüşü rəngli falqa kağız və bir ədəd uzununa bükülmüş şəkildə olan bir manatlıq pul əskinazı aşkar edilmişdir. Həmin üstü ağ, içərisi isə gümüşü rəngli olan kağız büküm açıldıqda isə onun içərisində spesifik iyindən narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuş və həmin kütlə iştirakçıların iştirakı ilə tərəzidə çəkilmiş və kağızla birlikdə çəkisi 0,34 qram olması məlum olmuşdur. Həmin narkotik vasitəyə oxşar kütlə zərfə qoyularaq qablaşdırılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəni təsdiq edərək Şahid2 verdiyi ifadəyə uyğun ifadə vermiş və onun göstərmiş olduğu xüsusatları təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 14.03.2020-ci il tarixli “Şəxsi axtarış, baxış və götürmə haqqında protokol”dan görünür ki, Şahid1 üzərinə şəxsi axtarış və götürmə keçirilərkən onun əynindəki qara rəngli gödəkçənin sol iç cibindən kibrit qutusunda olan narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Həmçinin diskə baxış zamanı müəyyən olunmuşdur ki, Şahid1 məxsus VAZ 21011 markalı və 45BG-820 dövlət qeydiyyat nişanlı avtomobilin sağ qabaq oturacağının ayaqaltı yerindən qırmızı rəngli, üzərində “Hello Baby” sözləri yazılmış sellofanın içərisində narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan 14.03.2020-ci il tarixli “Baxış protokolu”ndan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında olan evinə baxış keçirilən zaman evin həyətyanı sahəsində sağda yerləşən sanitar qovşağının otaqlarının birində yerləşən su qızdırıcısının içindən narkotik vasitə – heroinə bənzər kütlə aşkar olunaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14.03.2020-ci il tarixli 17/172 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Vət. Şahid1 üzərindən aşkar olunaraq götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd kibrit qutusunda təmiz çəkisi 5,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərinə “Vət. Şahid1 avtomobilindən aşkar olunaraq götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 120 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd kibrit qutusunda və bir ədəd sellofan torbada olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işinin materiallarında olan məhkəmə-bioloji ekspertizasının 14.03.2020-ci il tarixli 17/173 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərinə “Vət. Təqsirləndirilən şəxs məxsus evin həyətində.... aşkar olunaraq götürülmüş....” sözləri və imzalar yazılmış zərfin içərisindəki bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işinin materiallarında olan məhkəmə narkoloji ekspertizasının 17.07.2020-ci il tarixli 589 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələr olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının 08 iyul 2020-ci il tarixli 357 saylı rəyinən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan Mingəçevir Şəhər Məhkəməsinin 09.10.2020-ci il tarixli hökmünün surətindən görünür ki, həmin hökmlə müəyyən edilmişdir ki, Şahid1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda - 1 (bir) ədəd sellofan torbada təmiz çəkisi 1 kiloqram 125,87 qram olan narkotik vasitə qurudulmuş marixuananı 13.03.2020-ci il tarixdə saat 23 radələrində Təqsirləndirilən şəxs sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən evin yaxınlığında 1000 manata alaraq qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitənin 5,87 qram hissəsini bir ədəd kibrit qutusunun içərisinə dolduraraq əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq üzərində saxlayaraq daşımış, qalan təmiz çəkisi 1 kiloqram 120 qram olan narkotik vasitə qurudulmuş marixuananı isə idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax şəhərindən Mingəçevir şəhərinə qədər daşımış və 14.03.2020-ci ildə saat 10:10 radələrində Mingəçevir ŞPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Mingəçevir şəhəri AzDres qəsəbəsi ərazisində olarkən saxlanılaraq şəhər polis şöbəsinə aparılıb üzərinə şəxsi axtarış, «VAZ 21011» markalı avtomobilə isə baxış keçirilərkən şəxsi axtarış zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd kibrit qutusunun içərisində təmiz çəkisi 5,87 qram olan narkotik vasitə qurudulmuş marixuana, avtomobilə baxış zamanı isə avtomobilin sağ ayaqaltı hissəsindən sellofanın içərisində təmiz çəkisi 1 kiloqram 120 qram olan narkotik vasitə qurudulmuş marixuana polis şöbəsinin əməkdaşları tərəfindən Mingəçevir şəhəri H.Əliyev prospekti 37/13 nömrəli ünvanda yerləşən Mingəçevir ŞPŞ-nin inzibati binasında aşkar edilərək götürülmüşdür. Törətdiyi əmələ görə Şahid1 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroini yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evində gizlədərək satış məqsədilə saxlamış, 13.03.2020-ci il tarixdə saat 23 radələrində bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin qarşısında Şahid1 1000 (bir min) manata satmışdır. Həmçinin həmin çəkidə olan 1 kiloqram 125,87 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana 14.03.2020-ci ildə saat 10:45 radələrində Şahid1 məxsus avtomobildən aşkar olunaraq götürülmüş və 14.03.2020-ci ildə saat 11:35 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirildikdən sonra 14.03.2020-ci ildə saat 13:30-dan 14:00-dək olan müddət ərzində yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahəsində yerləşən sanitar qovşağında olan su qızdırıcısının içərisində qəsdən satış məqsədilə saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür Hazırda Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 apellyasiya şikayətlərindən bəlli olur ki, onlar müdafiə etdiyi şəxsin CM-in 243.4.3-cü maddəsi ilə deyil, CM-in 234.2-ci maddəsi ilə təqsirli hesab edirlər. Həmçinin, şikayətlərinin əsas dəlili kimi bildirirlər ki, təqsirləndirilən şəxsin Şahid1 satdığı narkotik vasitəninin çəkisi 450 qram olmuşdur, eləcədə 1.120 qram narkotik vasitə qurudulmuş marixuananın 1000 manata alınması və satılması mümkün deyil. Halbuki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs CM-in 234.2-ci maddəsi ilə deyil, əksinə CM-in 234.4.3-cü maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Verilmiş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qəsdən satış məqsədilə əldə etdiyi bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə qurudulmuş marixuananı və bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroini yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evində gizlədərək satış məqsədilə saxlamış, 13.03.2020-ci il tarixdə saat 23 radələrində bir ədəd sellofan torbanın içərisində təmiz çəkisi 1 kiloqram 125,87 qram olan külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı yaşadığı evin qarşısında Şahid1 1000 (min) manata satmış, həmin çəkidə olan 1 kiloqram 125,87 qram külli miqdarda narkotik vasitə qurudulmuş marixuana 14.03.2020-ci ildə saat 10:45 radələrində Şahid1 məxsus avtomobildən aşkar olunaraq götürülmüş və 14.03.2020-ci ildə saat 11:35 radələrində polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri Naxçıvan küçəsində saxlanılaraq Mingəçevir ŞPŞ-yə gətirildikdən sonra 14.03.2020-ci ildə saat 13:30-dan 14:00-dək olan müddət ərzində yaşadığı Yevlax şəhəri F.İsayev küçəsi ev 67 ünvanında yerləşən yaşayış evinə baxış keçirilən zaman həyətyanı sahəsində yerləşən sanitar qovşağında olan su qızdırıcısının içərisində qəsdən satış məqsədilə saxladığı bir ədəd gümüşü-ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,208 qram olan narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirərək məlum hüquqi nəticəyə gəlmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X11rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmlıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X2rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Hazırda, məhkəmə kollegiyasının fikrinə görə təqsirləndirilən şəxsə irəli sürülmüş əməlin CM-in 234.4.3-cü maddəsindən CM-in 234.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı müdafiə tərəfinin istinad etdiyi sübutların həqiqiliyi həddindən artıq şübhə doğurur. Çünki, cinayət işinin faktiki hallarının gerçək vəziyyətindən bəlli olur ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs verdiyi ifadəsində göstərmişdir ki, “görüş zamanı Vüqar ona narkotik vasitə qurudulmuş marixuana tapmasını xahiş edərək pulunu verəcəyini demişdir. O da onda narkotik vasitə olmasını və 1000 manata satmasını bildirmiş, Yevlax şəhərinə gələrək narkotik vasitəni ona verib 1000 manatı almışdır. Narkotik vasitənin çəkisinin nə qədər olmasını bilməmişdir. Vüqar ondan marixuananın çəkisinin nə qədər olduğunu və onu neçəyə satdığını soruşduqda onun çəkisini dəqiq bilmədiyini, ancaq bir sellofan ağzına qədər dolu olduğunu, həmin sellofanı min manata satdığını bildirmişdir”. Həmçinin, ibtidai istintaq zamanı Şahid1 verdiyi ifadəsində göstərmişdir ki, “Vaqiflə razılaşmış və Vaqiflə birlikdə özünə məxsus VAZ 21011 markalı avtomobillə Yevlax şəhərinə saat 23 radələrində Vaqifin yaşadığı evə çatmışlar. Vaqif evə keçib, bir müddət sonra əlində qırmızı rəngdə olan sellofan torba ilə çıxaraq həmin torbanı ona vermiş, içində narkotik vasitə - qurudulmuş marixuananın olduğunu demişdir. Vaqifdən alacağı narkotik vasitə marixuananın çəkisini dəqiq bilməkdən ötrü evdən özü ilə elektron tərəzi də götürmüş, ancaq tərəzini işlədə bilmədiyindən onu çəkə bilməmiş, ona görə də, tərəzini narkotik vasitə marixuana olan sellofan torbanın içinə qoymuş və narkotik vasitəyə görə Vaqifə 1000 manat vermiş, daha sonra isə sellofanı idarə etdiyi «VAZ 21011» markalı, **-BG-*** dövlət nömrə nişanlı avtomobilinin qabaq sağ tərəf ayaq altına qoymuşdur”. Göründüyü kimi işin bu halları apellyasiya şikayətinin dəlillərini təkzib edir. Digər tərəfdən cinayət işinin materiallarında olan təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi haqqında 16 mart 2020-ci il tarixli qərardan görünür ki, məhz həmin məhkəmə baxışında təqsirləndirilən şəxs ittihamda göstərilən cinayət əməlini törətdiyini səmimi etiraf etmiş və əməlindən peşiman olduğunu bildirmişdir (bax cinayət işi cild İ səh.78-79). Tədqiq edilən sübutlardan bəlli olur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı daha ağır cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən, küllü miqdarda satış məqsədilə narkotik vasitə qurudulmuş marixuananı satmasından ibarət olan həqiqəti gizlətməyə çalışan ifadələr vermişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 28.09.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. «Məhkəmə hökmü haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 27 dekabr 1996-cı il tarixli 4 saylı Plenum qərarında göstərilmişdir ki, təqsirləndirilən şəxs təhqiqat və ibtidai istintaq dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəbini araşdırmalıdır. Həmin ifadələrin fiziki və ya psixi təsir göstərmə və bu kimi qanuna zidd hərəkətlər yolu ilə alınması müəyyənləşdirilərsə, onlar ittiham hökmü çıxarılarkən sübut kimi qəbul edilə bilməz. Hazırda öyrənilən işdən bəlli olur ki, Təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitələrin çəkisi ilə bağlı sərbəst ifadələr verərkən ona hər hansı fiziki və psixi təsir göstərilməmişdir (bax cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar İİİ cild səh. 127-131). Bu hallar isə təqsirkarın məhkəmə istintaqında verdiyi ifadələrinnin qeyri səmimiliyinə dəlalət edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Ona görə də ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Odur ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadə iş üzrə obyektiv nəticəyə gəlməyə imkan verən mötəbər sübut kimi qiymətləndirilə bilməz. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. CPM-in 145.1-ci maddəsini əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 09-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasina görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həmə də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbilədən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 04.10.2000-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi X7 münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxsin, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.4.3-cü maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.4.3-cü maddəsi ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.4.3-cü maddəsi ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X3 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(091)- 82/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçiləri Müdafiəçi1 və Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 18 may 2021-ci il tarixli, 1(091)-82/2021 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: İmanverdi Şükürov
Məhkəmə qərarları › İş №1(107)-267/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-267/2021
05.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver