Məhkəmə qərarları › İş №1(107)-269/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-269/2021

03.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-269/2021 03.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3; Müdafiəçi - Müdafiəçi2 Novruz oğlunun iştirаkı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-116/2021 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-116/2021 saylı hökmü ilə (sədrlik edən Rəşad Əliyev, hakimlər Bilal Məmmədov (məruzəçi), Nahid Mirzəyev) xx.xx.2002-ci il tarixdə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, işləməyən, İsmayıllı şəhəri, M.Füzuli küçəsi, ev 7-də qeydiyyatda olan və İsmayıllı şəhəri, M.F.Axundov küçəsi, bina 21, mənzil 9-da yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X2 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 16 (on altı) il, 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 dekabr 2020-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 292,10 AZN (iki yüz doxsan iki manat on qəpik) ekspertiza xərcinin tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan və İsmayıllı rayon prokuroluğunda saxlanılan bir ədəd içərisində bir ədəd Sim danışıq kartı olan “Samsung Galaxy J2 Grand Prime” markalı mobil telefon, qara rəngli gödəkçə, tünd qırmızı rəngli sviter, göy rəngli köynək, qara rəngli mayka, belində yaşıl kəmərlə olan qarışıq rəngli hərbi tipli şalvar, boz rəngli istilik tumanı, göy rəngli alt tumanı zərərçəkmiş şəxsin hüquqi varisi X9, bir ədəd içərisində bir ədəd Sim danışıq kartı və bir ədəd mikro SD xarici yaddaş kartı olan “Xiaomi Redmi 6” markalı mobil telefon, qara rəngli cins şalvar, qara rəngli gödəkçə və qara rəngli sviter Təqsirləndirilən şəxs qaytarılsın, hadisə yerinə baxış zamanı qanabənzər ləkələrin olduğu pambığa hopdurulmaqla götürülmüş nümunələr, bir ədəd bıçaq dəyəri olmadığına görə məhv edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ona görə ki, o, 15 dekabr 2020-ci il tarixdə Sumqayıt şəhərində olan tanışı və qonşusu X17 ilə «WhatsApp» mobil telefon tətbiqi proqramı vasitəsi ilə yazışarkən sonuncunun ona əvvəllər barəsində danışdığı, Sumqayıt şəhərində bacısı ilə qonşuluqda yaşayan qızla münasibət qurduğuna görə onu qısqanıb-qısqanmaması barədə sual verməsi səbəbindən həmin suala görə aralarında yaranmış narazılıq zamanı Fərid Musayevin ona «peysər» sozünü yazmasını bəhanə edərək, bunun üçün heç bir əsaslı səbəb olmadan 19 dekabr 2020-ci il tarixdə X15 şəhəri ərazisində görüşüb söhbəti aydınlaşdırmağı təklif etmiş, Fərid Musayev koronavirus pandemiyası ilə əlaqədar karantin rejimi ilə bağlı SMS icazə müddətinin başa çatmasını söyləyərək onunla 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində İsmayıllı şəhərinin Babək küçəsində yerləşən H.Əliyev adına parkın ərazisində görüşəcəyini demiş, görüş zamanı Fərid Musayevin onu təhqir etdiyi üçün ondan üzr istəməyəcəyi təqdirdə sonuncunu öldürəcəyini qərara alıb bu məqsədlə yaşadığı evdən kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağını özü ilə götürüb danışdıqları kimi 20 dekabr 2020-ci il tarixdə, saat 17 radələrində İsmayıllı şəhərinin Babək küçəsində yerləşən H.Əliyev adına parka gələrək Dövlət ittihamçısılə görüşmüş, təqribən iki saat ərzində söhbət etdikdən sonra o, Fərid Musayevin ondan üzr istəməməsini bəhanə edərək, bunun üçün heç bir əsaslı səbəb olmadan özünü sonuncunun şəxsiyyətinin fövqündə qoymaqla, habelə həyatına və yaşamaq hüququna, ictimai, o cümlədən, insanlar arasında təşəkkül tapmış davranış və birgə yaşayış qaydalarına qarşı müstəsna dərəcədə etinasızlıq göstərməklə, üzərində olan mətbəx bıçağı ilə Dövlət ittihamçısı sinə nahiyəsindən bir dəfə qəsdən vuraraq sonuncuya dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid ürək kisəsinin (perikardın) və ürəyin sol mədəciyinin zədələnməsi və kəskin qanitirmə ilə müşayiət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən bir ədəd deşilmiş-kəsilmiş yarası xəsarətini yetirmiş və Fərid Musayev parkın giriş pilləkənlərinin qarşısında yıxılaraq ürək kisəsinin (perikardın) və ürəyin sol mədəciyinin zədələnməsi nəticəsində törənmiş kəskin qanitirmə nəticəsində ölmüş, bununla da o, X10 xuliqanlıq niyyəti ilə qəsdən həyatdan məhrum edərək öldürmüşdür. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü çıxarılmışdır. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Təqsirləndirilən şəxs Fərid Musayevi öldürmək məqsədi ilə vurduğu iş materialları ilə müəyyən edilmir. Fərid Musayevi vurmağa heç bir əsaslı səbəb olmamışdırsa, onda Təqsirləndirilən şəxs barəsində keçirilmiş kompleks ambulator məhkəmə-psixoloji və psixiatirik ekspertizasının 12.01.2021-ci il tarixli, 17/03 nömrəli rəyi şübhə altına alınmalıdır. Hadisə törədilən vaxt Təqsirləndirilən şəxs sərxoş olmamış, anlaqlı olmuşdur. Ona görə də, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-116/2021 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif edilməsini, onun Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs özünü Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bildiyini və ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cəzanın təyin edilməsini, son sözündə isə ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 Novruz oğlu apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-116/2021 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs əməlini Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsindən Cinayət Məcəlləsinin 126.3-cü maddəsinə tövsif edilməsini, onun Cinayət Məcəlləsinin 126.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib məhkum edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X6 apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rаyon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-116/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа şikayətinin dəlillərini məhkəmə istintaqı aparılmadan müzаkirə edərək, təqsirləndirilən şəxsin və müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihаmçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rаyon Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-116/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsinə uyğun ifadə verərək və özünü ona CM-in 120.2.2-ci maddəsi ilə elan edilmiş itthamda qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, mərhum Fərid Musayev onunla bir binada yaşamaqla sonuncu ilə yaxın münasibətləri olmuş, çox vaxt çayxanaya və digər yerlərə bir yerdə getmişlər. 2020-ci ilin dekabr ayının təxminən 10-da Fərid ona Sumqayıt şəhərində yaşayan bacısının qonşuluğunda olan bir qızı istədiyini və həmin qızla danışaraq qızın da fikrini öyrənəcəyini demiş, 12 dekabr 2020-ci il tarixdə Fərid Sumqayıta getmişdir. 15 dekabr 2020-ci il tarixdə evdə olarkən Fərid ona whatsapp proqramı vasitəsi ilə mesajla bacısıgilin qonşuluğunda yaşayan qızla tanış olduğunu, həmin qıza sonuncudan xoşu gəldiyini etiraf etdiyini və qızın da ona “hə” dediyini yazmışdır. Sonra Fərid ona mesaj yazıb ki, bir-iki günə qayıdacağını bildirmiş, ardınca isə ona «məni qısqanmırsan ki» məzmunlu mesaj yazmışdır. Fəridə belə söhbətlər etməməsini, onların dost olduğunu, aralarında belə söhbətlər ola bilməyəcəyini yazmış, Fərid yenə də “məni qısqanırsan” mətnli mesaj yazmışdır. Fəridə yenə belə danışmaması barədə mesaj yazmış, Fərid isə ona mesajla «peysər» sözünü yazmışdır. Fəridə İsmayıllı rayonuna gəldikdən sonra danışacaqlarını yazmış, Fərid də onu telefonda bloka atmışdır. 19 dekabr 2020-ci il tarixdə İsmayıllı rayonu Füzuli küçəsində yaşayan nənəsigilə gedərkən Fəridi «Adəm market»in qarşısında tək dayandığını görmüş, sonuncuya yaxınlaşaraq salam verib danışmaq istədiyini bildirmişdir. Fərid ona SMS icazəsinin vaxtı bitdiyini, sabah saat 1630-da H.Əliyev adına parkda görüşüb söhbət etmələrini demişdir. 20 dekabr 2020-ci il tarixdə saat 1630-da İsmayıllı şəhərində yerləşən H.Əliyev adına parka getmiş, həmin vaxt Fərid artıq orada olmuşdur. Parkın içərisində fəvvarə olan yerin yanında dayanıb təxminən 2 saat söhbət edərək Fəridin ona «peysər» yazması ilə bağlı sözlə xeyli mübahisə etmişlər. Fəridin həmin “peysər” sözünə görə ondan üzr istəməsini gözləsə də axırda Fərid ondan üzr istəməmiş, saat 19 radələrində artıq gec olduğunu deyərək, söhbətlərinə sabah davam edəcəklərini bildirmişdir. Söhbəti sabaha saxlamamalarını, yerində elə indi söhbəti aydınlaşdırmağı bildirmiş, Fərid ona sabah da danışsalar onun Fəridə heç nə edə bilməyəcəyini demişdir. Fəridə yenə də üzr istəməsini, hərəsinin öz yoluna getmələrini demiş, Fərid ondan üzr istəməyəcəyini bildirərək yenidən orada da ona peysər demişdir. Fəridin yaxasından tutaraq kənara itələmiş, Fərid onun üstünə gələrək sinəsindən yumruqla vurmuşdur. Bundan sonra o, parka gedərkən evdən götürdüyü və kəmərinin altına keçirərək qoyduğu qara sapı olan kiçik bıcağı sağ əli ilə çıxarıb Fəridin çiyni istiqamətində vurmuş, sonuncu bıçaqdan yayındığına görə bıçaq Fəridin ürəyinin üstündən dəymişdir. Fəridi öldürmək məqsədi olmamış, bıçaqla vurulduqdan sonra Fərid ona «bağışla, üzr istəyirəm» demişdir. Fərid, pilləkənlərə tərəf təxminən 20 metr qaçandan sonra pilləkənin qarşısında yerə yıxılmış, Fərid yerə yıxılandan sonra 103-ə, təcili yardıma zəng edərək H.Əliyev parkında yaralı olduğunu bildirmişdir. Sonra parkın içərisində olan mühafizəçiyə yaxınlaşaraq bıçaqla adam vurduğunu bildirərək 102–yə zəng etməsini xahiş etmişdir. Həmin mühafizəçi də polisə zəng edərək məlumat vermiş, az sonra polis əməkdaşları gəlmişlər. Gələn polis əməkdaşlarından birinə Fəridi vurduğu bıçağı təhvil vermiş, həmin polis işçiləri onu oradan İsmayıllı rayon polis şöbəsinə aparmışdır. Törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsinin iclasında ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X18 ifadəsində göstərmişdir ki, X17 onun doğma oğlu olmaqla Təqsirləndirilən şəxs ilə orta məktəbdə bir yerdə oxumuş və dostluq münasibətləri olmuşdur. 20 dekabr 2020-ci il saat 19 radələrində qohumları ona zəng edərək Fəridin Səxavət tərəfindən qətlə yetirdiyini bildirmişlər. Fəridin Təqsirləndirilən şəxs Sumqayıt şəhərində bacısıgilin qonşuluğunda qız istədiyini deməsi barədə heç bir məlumatı olmamış, Səxavətin Fəridi hansı səbəbdən qətlə yetirməyi barədə də heç bir məlumatı olmamışdır. Təqsirləndirilən şəxslə barışmamış, sonuncuya ən ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında dindirilmiş Şamaxı rayonlararası Regional mühafizə şöbəsində mülki mühafizəçi işləyən Şahid1 ifadəsində göstərmişdir ki, 20 dekabr 2020-ci il tarixdə saat 19 radələrində H.Əliyev parkında yerləşən Diyarşünaslıq muzeyində xidmətdə olarkən Təqsirləndirilən şəxs gəlib onun olduğu otağının qapısını döyərək dostunu bıçaqla vurduğunu, bu barədə 102 xidmətinə məlumat verməsini demişdir. Bundan sonra o, komandiri Tariyel Qasımova zəng edərək bu barədə məruzə etmiş, sonuncu polisə məlumat verdikdən sonra polis əməkdaşları Fərid, Səbuhi və Mansur muzeyin qarşısına gəlmişlər. Onlar gələnə kimi Səxavət pilləkən tərəfə gedib bıçaqla vurduğu adamın vəziyyətinə baxmış, polis əməkdaşları gəldikdən sonra Səxavət bıçağı sonunculara təqdim etmişdir. Polislər gələndən sonra artıq Fəridin vəfat etdiyini bilmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şamaxı Regional mühafizə şöbəsində manqa komandiri işləyən X7 ifadəsində göstərmişdir ki, 20 dekabr 2020-ci il tarixdə saat 19 radələrində Diyarşünaslıq muzeyində xidmətdə olan Şahid1 ona mobil telefonla zəng edərək bir nəfərin yaxınlaşaraq parkın ərazisində adam bıçaqladığını polisə zəng etməsini dediyini bildirmişdir. Eminin zəngindən dərhal sonra o, İsmayıllı rayon X30 patrul xidmətində komandir işləyən Şahid3 zəng edərək hadisə barədə məlumat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İsmayıllı rayon X25 Patrul Xidməti Bölüyündə manqa komandiri işləyən Şahid3 ifadəsində göstərmişdir ki, 20 dekabr 2020-ci il tarixdə xidmətdə olarkən iş yoldaşları Şahid4lə və birlikdə patrulluq etdikdən sonra təhvil-təslim etmək üçün İsmayıllı rayon polis şöbəsinin inzibati binasına getmiş, həmin vaxt növbəyə çıxacaq Şahid5 da şöbəyə gəlmişdir. Onlar şöbədə olan zaman isə mühafizə polisinin komandiri Tariyel mobil telefonla ona zəng edərək İsmayıllı şəhəri Babək küçəsində yerləşən parkın ərazisində bıçaqlanma hadisəsinin olduğunu bildirdiyindən Mansur, Səbuhi və o, dərhal Mansurun idarə etdiyi Fiat-Doblo avtomaşını ilə parkın ərazisində mühafizə polisinin dayandığı muzeyin yanına getmişlər. Onlar parka həmin yerə çatanda orada olan mühafizəçi onlara yaxınlaşıb parkın girişində bıçaqlanma hadisəsi baş verdiyini bildirmişdir. Onlar parkın girişinə gələn zaman orada pilləkənin üzərində yerdə meyit olduğunu görmüş, sonradan adının Səxavət olduğunu bildikləri şəxs də parkın girişində meyitin yanında dayanmışdır. Mansur dərhal təcili yardıma zəng etmiş, Səxavətə yaxınlaşıb nə hadisə baş verdiyini soruşanda sonuncu Fərid adlı dostunu bıçaqla vurduğunu deyərək kəmərinin altından bıçaq çıxarıb Mansura vermişdir. Bundan sonra növbətçi hissəyə zəng edərək baş vermiş hadisə barədə məlumat vermiş, növbətçi hissədən əməliyyat qrupu üzvləri gələndən sonra isə Mansur Səxavəti polis şöbəsinə aparıb növbətçi hissəyə təhvil vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş İsmayıllı rayon X25 Patrul Xidməti Bölüyündə polis nəfəri işləyən Şahid4 və Şahid5 eyni məzmunlu ifadələr verərək Şahid3 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2017-ci ildə Sübhan Məsimovla evlənərək sonuncu ilə birgə yaşamış, Sübhanın birinci nikahdan olan oğlu Səxavət də onlarla birlikdə yaşamışdır. Fəridi Səxavətin dostu kimi tanımış, sonuncuların arasında narazılığın olması barədə məlumatı olmamışdır. 20 dekabr 2020-ci il tarixdə saat 17 radələrində Səxavət evdən çıxaraq getmiş, mətbəxə keçib bıçaq götürmək istəyərkən bıçağın yerində olmadığını görüb bu barədə əri Sübhana demişdir. Sübhan da bir neçə dəfə zəng etsə də Səxavət telefona cavab verməmiş, Sübhan işə gedəndən sonra Səxavət qayıtdıqdan sonra sonuncudan bıçağı almasını tapşırmışdır. Bir qədər sonra qapı döyülərək polis əməkdaşları onlara gəlmiş, bundan sonra Səxavətin Fəridi bıçaqla vurub öldürdüyünü bilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, mərhum Fərid onun qardaşı olmaqla Səxavəti də Fəridin dostu kimi tanımış, lakin sonuncunu heç vaxt görməmişdir. 20 dekabr 2020-ci il tarixdə gecə radələrində ona zəng edərək Fəridin Səxavət tərəfindən bıçaqlandığını bildirmişlər. Fəridin Təqsirləndirilən şəxs Sumqayıt şəhərində onlarla qonşuluqda yaşadığını bildirdiyi bir qızı istədiyini deməsi barədə onun heç bir məlumatı olmamış, ümumiyyətlə belə bir şəxs tanımamışdır. İş materiallarına əlavə edilmiş məhkəmə-tibb ekspertizasının 12 yanvar 2021-ci il tarixli, 35 nömrəli rəyindən görünür ki, X1 meyitində aşkar olunmuş xəsarət- ürək kisəsinin (perikardın) və ürəyin sol mədəciyinin zədələnməsi və kəskin qanitirmə ilə müşaiyət olunan döş qəfəsinin ön səthinin sol yarısının daxilə nüfuz edən 01 ədəd deşilmiş-kəsilmiş yara. Bu xəsarət həyati olub, mərhum Dövlət ittihamçısı ölümündən az əvvəl deşici-kəsici alət(əşya) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən 20.12.2020-ci il tarixə və şəraitə uyğun gəlir, dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdir, həyatidir, baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidir. X1 ölümünə bilavasitə səbəb ürək kisəsinin (perikardın) və ürəyin sol mədəciyinin zədələnməsi nəticəsində törənmiş kəskin qanitirmə olmuşdur. X1 meyitinin bədənində döş qəfəsinin ön səthinin sol yarısındakı xəsarətdən başqa digər xəsarət və əlbəyaxa mübarizəyə xarakterik xəsarət aşkar edilmədi. X1 meyitində aşkar edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, xəsarət yetirilən vaxtı Dövlət ittihamçısı ayaq üstə olması istisna edilmir. X1 meyitində aşkar edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət ekspertizaya təqdim edilmiş bıçaqla və buna bənzər tipli digər bıçaqla yetirilməsi istisna edilmir. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm X1 meyitinin meyitxanada müayinəsindən təxminən 1-2 saat əvvəl baş vermişdir. X1 meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 3509/K, 30.12.2020). İş materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizasının 22.12.2020-ci il tarixli, 495 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilmədi. İş materiallarına əlavə edilmiş kompleks ambulator məhkəmə-psixoloji və psixiatrik ekspertizasının 12.01.2021-ci il tarixli, 17/03 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (İsmayıllı RMX PHŞ tərəfindən verilmiş 24.12.2020-ci il tarixli 2152 saylı arayış), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə baxmayaraq o, hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, baş vermiş hadisəni düzgün qavramaq və öz hərəkərlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli CM-in 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması (İsmayıllı RMX PHŞ tərəfindən verilmiş 24.12.2020-ci il tarixli 2152 saylı arayış), istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, hazırkı ekspertiza zamanı onda qavrama, yaddaş, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, onda psixoproduktiv simptomatika (hallüsinasiya və sayıqlamı ideyaları) müəyyən olunmaması, tənqidi funksiyaların saxlanılması, onda müşahidə edilən emosiya pozğunluğunun (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, bir qədər hövsələsiz olması, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s.) az ifadəli olması əsas verir. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs əsəbi emosional vəziyyətdə olmuşdur və bunun yaranması səbəblərindən biri zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs hadisə vaxtı fizioloji (psixoloji) affekt halında olmamışdır. Təqsirləndirilən şəxs emosional vəziyyətindən asılı olaraq öz hərəkətlərini tam dərk və idarə etmək qabiliyyətinə malik olmuşdur. İş materiallarına əlavə edilmiş məhkəmə-balllistik və trasoloji ekspertizasının 18.02.2021-ci il tarixli, 3/135, 3/136 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq kustar üsulla hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş üzərində “X12 məxsus…” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçənin, sviterin, uzunqol köynəyin, qolsuz maykanın, üzərində “Təqsirləndirilən şəxs məxsus….” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş şalvarın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Tədqiqata təqdim edilmiş üzərində “X12 məxsus….” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçənin, sviterin, uzunqol köynəyin, qolsuz maykanın səthində olan zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin, (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində yaranmağa xarakterik deşilib-kəsilmə zədələridir. Lakin, təqdim edilmiş üzərində “X12 məxsus… ” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçənin, sviterin, uzunqol köynəyin, qolsuz maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “X12 məxsus…” yazı qeydləri olan bağlamadan aşkar edilmiş gödəkçənin, sviterin, uzunqol köynəyin, qolsuz maykanın səthində olan zədələr qərarın təsviri hissəsində göstərilmiş bədəndə yerləşən “döş qəfəsinin ön səthinin sol yarısında ” xəsarəti ilə yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs məxsus….” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş şalvarın səthindəki zədə isə ilişmə nəticəsində yaranmağa xarakterik cırılma zədəsidir. Təqdim edilmiş üzərində “X12 məxsus….” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş şalvarın, istilik alt şalvarının, alt tumanının, üzərində“Təqsirləndirilən şəxs məxsus…” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş gödəkçənin, sviterin səthində trasoloji zədə yoxdur. İş materiallarına əlavə edilmiş məhkəmə lifli materialların kriminalistik ekspertizasının 19.02.2021-ci il tarixli, 6/313 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, X12 məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd sviterin, 01 ədəd sviterin, 01 ədəd maykanın. 01 ədəd alt tumanın, 01 ədəd alt geyim şalvarının; Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin, 01 ədəd şalvarın, 01 ədəd sviterin səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 nömrəli cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş, X12 məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın səthi üzərindən aşkar edilmiş qara rəngli təbii pambıq lifləri rənginə və təbiətinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən 01 ədəd gödəkçənin səthi üzərindən aşkar edilmiş tünd qırmızı rəngli matiraolunmuş uzununa zolaqlı kimyəvi iifləri X12 məxsus olduğu qeyd edilən 01 ədəd sviterin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş bıçağın metal hissələri dəmir əsaslı ərintidən hazırlanmışdır. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarından qara rəngli gödəkçə, tünd qırmızı rəngli sviter, göy rəngli köynək və qara rəngli maykanın üzərlərindəki zədələr dəmir əsaslı ərintidən hazırlanmış əşya ilə təmasdan qalmışdır. Lakin, aşkar edilmiş dəmir mikrohissəciklərinin izləri hər hansı əşyanın formasını daşımadığına görə həmin izlərin təqdim olunmuş bıçaqdan və ya digər dəmir əsaslı ərintidən hazırlanmış əşyadan qalmasını demək mümkün olmadı. İş materiallarına əlavə edilmiş məhkəmə-bioloji ekspertizasının 11.03.2021-ci il tarixli, 29/2021-MTBŞ nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu B /İİİ/-dir. X8 ABO sistemi üzrə qan qrupu A /İİ/-dir. (təqdim olunan sənədlərin kserourətinə əsasən) Ekspertizaya təqdim edilmiş pambıq topası, mərhum X12 məxsus gödəkçə, uzunqol sviter, şalvar(alt paltar), tuman, qolsuz mayka, şalvar(kəmər ilə), uzunqol köynək üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda A və H antigenləri alındı. Bu qan ləkələri Abeta(H)/İİ/ qruplu şəxsə, o cümələdən mərhum X12 məxsus ola bilər (əgər onun qanında müşayiətçi H antigeni vardırsa). Ekspertizaya təqdim edilmiş bıçaq üzərində insan qanı ləkələri aşkar edildi. Bu ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda, qrup antigenləri və aqqlyutininləri alınmadığı üçün onların qrup mənsubiyyətini təyin etmək mümkün olmadı. Ekspertizaya təqdim edilmiş bıçaq üzərində hər hansı bir yararlı hüceyrə və toxuma elementi(bioloji mənşəli material) aşkar olunraadı. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus gödəkçə, uzunqol sviter, şalvar üzərində qana şübhəli ləkə aşkar olunmadı. İş materiallarına əlavə edilmiş məhkəmə-kompyuter texnikası ekspertizasının 10.02.2021-ci il tarixli, 5/47 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd sensor ekranlı «Android» əməliyyat sistemi ilə təchiz olunmuş “Samsung Galaxy J2 Grand Prime” markalı arxa markalanma göstəricisinə görə “SM-G532F/DS” modelli “357953/08/960130/5, 357954/08/960130/3” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Təqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təchiz olunmuş “Xiaomi Redmi 6” markalı arxa markalanma göstəricisinə görə “M1804C3DG” modelli mobil smartfon hal- hazırda işlək vəziyyətdədir. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy J2 Grand Prime” markalı “SM-G532F/DS” modelli və “Xiaomi Redmi 6” markalı “M1804C3DG” modelli mobil smartfonlara istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi qrafik təsvirli şifrələrlə (parolpassword) mühafizə olunan ekran kilidindən keçidi həmin smartfonların yaddaşından məlumatları silmədən ləğv etmək mümkün olmadı. Təqdim edilmiş “Xiaomi Redmi 6” markalı arxa markalanma göstəricisinə görə “M1804C3DG” modelli mobil smartfona istifadəçi tərəfindən xüsusi qrafik təsvirli (parol-password) şifrələr tətbiq edildiyi üçün onun “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından, arxa tərəfindəki markalanma göstəricisində və “SİM” danışıq kartının yerləşdiyi yuvada «imei» kodunun göstərilməməsi səbəbindən həmin mobil telefonun «imei» kodunu müəyyən etmək mümkün olmadı. Rəyin tədqiqi hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Samsung Galaxy J2 Grand Prime” markalı “SM-G532F/DS” modelli və “Xiaomi Redmi 6” markalı “M1804C3DG” modelli smartfonların yaddaşında hər hansı bir (daxil olan, çıxan və buraxılmış zənglər, qəbul olunmuş, göndərilmiş “SMS” mesajlar, “WhatsApp” proqram təminatı və sosial şəbəkələr vasitəsi ilə daxil olan, çıxan və buraxılmış zənglər, aparılan məlumat mübadiləsi, foto, audio, video fayllar və sairə) məlumatların olub-olmaması, eləcə də həmin mobil smartfonların yaddaşından hər hansı bir məlumatların pozulubpozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. Təqdim edilmiş “Samsung Galaxy J2 Grand Prime” markalı “SM-G532F/DS” modelli mobil smartfonun daxilindəki üzərində “Azercell” loqosu və “Xiaomi Redmi 6” markalı “M1804C3DG” modelli smartfonun daxilindəki üzərində “Bakcell” loqosu olan “SİM” danışıq kartlarının yaddaşlarında məlumatlar müəyyən olundu (bax rəyə əlavə olunmuş DVD-R diskə). Təqdim edilmiş “Samsung Galaxy J2 Grand Prime” markalı “SMG532F/DS” modelli mobil smartfonun daxilindəki üzərində “Azercell” loqosu və “Xiaomi Redmi 6” markalı “M1804C3DG” modelli smartfonun daxilindəki üzərində “Bakcell” loqosu olan “SİM” danışıq kartlarının yaddaşlarından pozulmuş məlumat müəyyən olunmadı (bax rəyə əlavə olunmuş «hesabat»a). İş materiallarına əlavə edilmiş 539 nömrəli spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin tibbi müayinə aktından görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs spirtli içki qəbul etməyib. İş materiallarına əlavə edilmiş İsmayıllı şəhər İnzubati Ərazi Dairəsi üzrə nümayəndəlikdən daxil olmuş 21.12.2020-ci il tarixli 3501 nömrəli arayışdan görünür ki, Məsimli X4 şəhəri, M.Füzuli küçəsi ev 7-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri, M.F.Axundov küçəsi bina 21 mənzil 9-da yaşayır və ailə üzvləri atası X13, analığı X14 və bacısı X5 ibarətdir, yaşayış yeri üzrə müsbət səciyyələndirilir. İş materiallarına əlavə edilmiş İsmayıllı RMX PHŞ-dən daxil olmuş 24.12.2020-ci il tarixli, 2152 nömrəli məktubdan görünür ki, Məsimli X4 RMX PHŞ-nin Poliklinika şöbəsinin ruhi-əsəb, narkoloji və nevroloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. Lakin, 17.03.2018-ci və 28.03.2018-ci il tarixində Təqsirləndirilən şəxs Uşaq Poliklinikasının nevroloji kabinetində nevroloq müayinəsində olmuşdur və ona «vegetativ damar distoniyası. Paroksizmlər» diaqnozu qoyulmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş könüllü gəlib təqsirini boynuna alma haqqında 20 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə İsmayıllı rayon Polis Şöbəsinə gələrək törətdiyi əməli etraf etmiş və cinayətin aləti olan bir ədəd bıçağı təqdim etmişdir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 20 dekabr 2020-ci tarixdə saat 2225-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş İsmayıllı Rayon Məhkəməsinin təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə 22 dekabr 2020-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirli bilmişdir. Məhkəmənin qənaətincə, Təqsirləndirilən şəxs xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxs X10 öldürmüş, bununla bağlı ibtidai istintaq orqanının gəldiyi nəticə doğru və əsaslı olmuşdur. Birinci instansiya məhkəməsinin hökmündən verilmiş apellyasiya şikayətində isə müdafiə tərəfi məhkəmənin mövqeyi ilə razılaşmayaraq Təqsirləndirilən şəxs əməlinin ibtidai istintaq orqanı və məhkəmə tərəfindən tövsifinin səhv və əsassız olduğunu hesab etmişdir. Göründüyü kimi, apelyasiya baxışının nəticələrinə dair məhkəmə kollegiyasının qərarı ilk növbədə Təqsirləndirilən şəxs əməlinin düzgün tövsifini və bununla bağlı mübahisənin həllini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi – törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət-hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir... Məhkəmə kollegiyаsının qənaətincə, birinci instаnsiyа məhkəməsi tərəfindən Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 143-146-cı mаddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsilə düzgün tövsif edilmişdir. Belə ki, "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı Qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü biruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli, 3 saylı Qərarının 6-cı bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, Qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Xuliqanlıq niyyətilə qəsdən adam öldürməni mübahisə və dalaşma zəminində adam öldürmədən fərqləndirərkən dalaşma hadisəsinin təşəbbüskarının kim olmasını, təqsirkarın zərərçəkmişi öldürmək məqsədilə qəsdən münaqişə yaradıb-yaratmamasını aydınlaşdırmaq lazımdır. Mübahisə və dalaşmanın zərərçəkmişin təşəbbüsü ilə başlanması, yaxud münaqişənin zərərçəkmişin hüquqa zidd hərəkətləri səbəbindən baş verməsi təsdiq olunarsa, təqsirkar xuliqanlıq niyyətilə adam öldürmə cinayətində təqsirli bilinə bilməz. Ali Məhkəmənin istinad olunan Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Fərid Musayevi sonuncunun ona «WhatsApp» proqramı vasitəsilə nalayiq ifadə yazmasına görə öldürdüyünü göstərsə də, həmin halı təsdiq edən hansısa bir dəlil təqdim etməmiş, eyni zamanda həmin halı təsdiq edən şahid göstərə bilməmişdir. Belə olan halda Təqsirləndirilən şəxs hərəkətlərini konkret olaraq zərərçəkmiş şəxs Fərid Musayevlə onun arasında olan şəxsi münasibətlər şərtləndirdiyini, yəni münaqişənin zərərçəkmiş X24 təşəbbüsü ilə başladığı, yaxud münaqişəyə zərərçəkmiş şəxsin özünün hüquqazidd hərəkətlərinin səbəb olduğu sübuta yetmir. Birinci instansiya məhkəməsi haqlı olaraq Təqsirləndirilən şəxs bu hissədə olan ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün özünü müdafiə xarakterli ifadə kimi qəbul etmişdir. Şərh olunanlara əsasən, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi əməllərin Azərbaycan Respublikası CM-in 120.2.2-ci maddəsinə tövsif edilməsi ilə bağlı gəldiyi nəticəni düzgün, qanuni və əsaslı hesab edir. Bu baxımdan məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız və qəbulolunmaz sayır. Məhkəmə kollegiyası həmçinin birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 120.2.2-ci maddəsinin sanksiyası üzrə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qənaətbəxş və cəzanın məqsədlərinə uyğun hesab etməsi barədə mövqeyi ilə razılaşır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CMin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini səciyyələndirən halları, əməlindən səmimi peşiman olmasını, könüllü gəlib təqsirini boynuna almasını, «vegetativ damar distoniyası. Paroksizmlər» diaqnozu ilə dispanser qeydiyyatda olmasını cəzanı ağırlaşdıran halın olmamasını, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına və həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa nail olmaq üçün Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş аzаdlıqdan məhrum etmə növündə cəzanı təyin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41 və 58-ci maddələrinin tələblərini lazımınca nəzərə almış, həmin tələblər baxımından ona əsaslı və ədalətli cəza təyin etmişdir. Ona görə də, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)- 116/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin 20 may 2021-ci il tarixli, 1(091)-116/2021 saylı hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar