Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-27/2020 05.02.2020 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əliyev Rafail Əyyub oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, Səmədov İlyas Səməd oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin apelyasiya və kassasiya instansiyası məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X1, müdafiəçi-Şəki şəhər Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (sədrlik edən hakim Hüseyn Mirzəliyev) xx xxxxxx 2019-cu il tarixli hökmü ilə, xx xxxxxxxx 1969-cu ildə Yevlax rayonun Salahlı kəndində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, məhkumluğu ödənilməmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs İsrail oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbs edildiyi gündən, yəni xx xxxxxx 2019-cu il tarixdən hesablanması, narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, iş üzrə maddi sübut kimi Mingəçevir şəhər Polis Şöbəsində saxlanan 0.533 qram və 0.740 qram heroinlərin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 69.10 manat məbləğdə ekspertiza xərcinin ondan tutularaq dövlət büdcəsinə keçirilməsi müəyyən edilmişdir. işin halları: Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunmuşdur ona görə ki, o, istintaqa məlum olmayan mənbədən əldə etdiyi bir ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümünün içərisində olan 02 ədəd siqaretin gümüşü-ağ rəngli kağız bükümlərinə bükülmüş, içərisində şəxsi istehlak miqdarından artıq çəkidə, ayrı-ayrılqda təmiz çəkiləri 0.583 qram və 0.790 qram olmaqla, yəni 1.373 qram olan, narkotik vasitə hesab edilən heroini satış məqsədi olmadan götürüb qanunsuz olaraq əynindəki boz rəngli şalvarının sağ yan cibində gizlədərək saxlamış və həmin çəkidəki narkotik vasitə xx xxxxxx 2019-cu il tarixdə, saat 02 radələrində Mingəçevir şəhər Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbiri nəticəsində Mingəçevir şəhəri, Şəfa bağ massivi, 3cü küçədə saxlanılaraq Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmiş və həmin çəkidəki narkotik vasitə hesab edilən heroin polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüşdür. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apelyasiya şikayəti verilmişdir. apelyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apelyasiya şikayətində birinci instansiya məhkəməsi hökmünü ədalətli hesab etmədiyini, ona görə də yenidən apellyasiya qaydasında baxılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən apellyasiya şikayəti, dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, eləcə də təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X4 apelyasiya şikayətini müdafiə edib onun təmin olunmasını xahiş etdilər. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilir, xəstəliyi ilə əlaqədar olaraq bir neçə dəfə narkotik vasitələrdən istifadə etmişdir. Onun xəstəliyinin nəzərə alınaraq Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə ona təyin edilmiş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasının yüngülləşdirilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apelyasiya şikayətinin dəlillərinin əsassız olduğunu göstərib, həmin şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya şikayəti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Cinayət Prosessual Məcəlləsi) 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən şəxs оğlu оnа qarşı irəli sürülmüş ittihаm üzrə özünü təqsirli bilərək ifаdəsində göstərmişdir ki, əvvələr də narkotik vasitələrdən istifadə etdiyi üçün məhkumluq həyatı yaşamışdır. xx xxxxxx 2019-cu il tarixdə, saat 11 radələrində Mingəçevir şəhərinin H.Əliyev prospektində yerləşən mərkəzi poçtun yaxınlığından keçərkən yerdə 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm olduğunu görüb götürmüşdür. Siqaretin gümüşü kağızının içərisini yoxladıqda içərisində 2 ədəd digər siqaretin gümüşü kağızına bükülmüş bükümün içərisində heroin olduğunu tanımış və həmin narkotik vasitənləri istifadə etmək üçün əynindəki boz rəngli şalvarının sağ yan cibinə qoymuşdur. xx xxxxxx 2019-cu il tarixdə, saat 01:50 radələrində yaşadığı, Mingəçevir şəhəri, Şəfa bağ massivi, 3cü küçədə tanışları Ehtiram Süleymanov və Şahid4lə bir yerdə olan zaman polis əməkdaşları ona yaxınlaşmış və onu Mingəçevir şəhər Polis Şöbəsinə gətirmişlər. Polis Şöbəsində vəkilin iştirakı və videoçəkiliş vasitəsiylə üstünə baxış keçirilmişdir. Baxış zamanı polis əməkdaşları tərəfindən əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş və əlavə olaraq ona bükülmüş 2 ədəd siqaretin gümüşü kağızı bükümlərdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Həmin bükümdəki kütlələr bükümlə birlikdə tərəzidə çəkilmiş və ümumi çəkisinin 1.9 qram olduğu müəyyən edilmişdir. Daha sonra aşkar edilmiş kütlələr zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilməklə polis əməkdaşları tərəfindən götürülmüşdür. Sorğu zamanı həmin narkotik vasitəni özünə istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Əməlindən peşmandır. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Mingəçevir şəhər Polis Şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili Şahid1 oğlu ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs İsrail oğlunun narkotik vasitələrin qəbul etməsi barədə Mingəçevir şəhər Polis Şöbəsinə məlumat daxil olduğuna görə xx xxxxxx 2019-cu il tarixdə, saat 02 radələrində Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, Şəfa bağ massivi 3-cü küçədə görüb onu saxlayaraq Polis Şöbəsinə gətirmişlər. Polis şöbəsində vəkilin iştirakı ilə və videoçəkiliş vasitəsi ilə onun üstünə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs İsrail oğlunun əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş və əlavə olaraq ona bükülmüş 2 ədəd siqaretin gümüşü kağızı bükümlərdə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bükümdə olan kütlələr bükümlə birlikdə tərəzidə çəkilmiş vəümumi çəkisinin 1.9 qram olduğu müəyyən edilmişdir. Sonra aşkar edilmiş kütlələr zərfə qoyularaq qablaşdırılmış və bu barədə protokol tərtib edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs İsrail oğlu narkotik vasitəni özünə istifadə etmək üçün üstündə saxladığını bildirmişdir. Birinci instansiya məhkəməsi iclasında şahid qismində dindirilmiş Şahid2 Məhyəddin oğlu və Şahid3 oğlu da oxşar məzmunlu ifadələr verərək, Şahid1 ifadəsindəki xüsusatları təsdiq etmişlər. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmuş Şahid4 oğlu göstərmişdir ki, xx xxxxxx 2019-cu il tarixdə axşam saatlarında nisyə satdığı mürəbbələrin pulunu yığmaq üçün tanışı Süleymanov Ehtiram Şirin oğlunun idarə etdiyi Vaz-2109 markalı avtomobillə yaşadığı Qəbələ rayonundan Mingəçevir şəhərinə gəlmişdir. Mingəçevir şəhərində satdığı mürəbbələrin pulunu yığıb qurtardıqdan sonra gecə saatlarında Ehtiram Süleymanovla birlikdə dostu, Mingəçevir şəhəri, Şəfa bağ massivində yaşayan Təqsirləndirilən şəxs görməyə getmişdir. Ehtiramla birlikdə Murazın yaşadığı evin qarşısına gedərkən onun küçədə dayanıb siqaret çəkdiyini görərək avtomobildən düşüb onunla görüşmüşlər. Onlar küçədə dayanıb söhbət edən zaman gözlənilmədən polis əməkdaşları onlara yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını bildirərək onları Polis Şöbəsinə dəvət etmişlər. Polis əməkdaşlarına etiraz etmədən onlarla birlikdə Polis Şöbəsinə getmişlər. Mingəçevir şəhər Polis Şöbəsində onun üzərinə özü tərəfindən seçilmiş vəkilin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynindəki qara rəngli şalvarının sol yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş içərisində dörd ədəd kibrit qutusu olan bükümü təqdim etmişdir. Təqdim etdiyi kibrit qutularının hər birinə baxış keçirilən zaman həmin kibrit qutularının içərisindəkinin narkotik vasitə-marixuanaya oxşar kütlə olduğu müəyyən olunmuşdur. Sorğu zamanı üzərindən aşkar olunaraq götürülmüş dörd ədəd kibrit qutusunda olan narkotik vasitə-marixuananı xx.xx.2019-cu il tarixdə, saat 15 radələrində yaşadığı Qəbələ rayonu, ”yaçnayrüT“ çayının kənarında bitən yabanı çətənə kolundan qırıb qurutduğunu, daha sonra isə kibrit qutularına yığıb əynindəki şalvarın sol yan cibinə qoyaraq saxladığını səmimi etiraf etmişdir. Bütün proseslər videoçəkiliş vasitəsiylə qeydə alınmışdır. Şəxsi axtarış barədə polis əməkdaşları tərəfindən protokol tərtib olunmuş və özü də həmin protokola imza etmişdir. Eyni zamanda həmin gecə onunla bilrikdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli qismində Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmiş Təqsirləndirilən şəxs üzərinə baxış zamanı narkotik vasitə olan heroin aşkar edildiyi məlum olmuşdur. Həmçinin onlarla birlikdə Mingəçevir şəhər Polis Şöbəsinə gətirilmiş Ehtiram Süleymanovun üzərinə də baxış keçirilmiş və baxış zamanı onun üzərindən də narkotik vasitə olan marixuana aşkar olunmuşdur. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və birinci instansiya məhkəməsi iclasında ifadəsi elan olunmuş Şahid5 oğlu göstərmişdir ki, hazırda Mingəçevir şəhəri, Sanitariya və Yaşıllaşdırma idarəsində fəhlə işləyir. xx.xx.2019-cu il tarixdə DİN-nin 102 xidmətinə qonşusu Murazın öz evində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə özü məlumat vermişdir. Belə ki, həmin vaxtlar Murazın adını bilməmiş və buna görə DİN-nin 102 xidmətinə verdiyi məlumatda onun adını qeyd etməmiş, lakin sonradan qonşusunun adının Muraz olduğunu öyrənmişdir. Muraz 2019-cu ilin iyul ayının əvəllərində yaşadığı Mingəçevir şəhəri, Şəfa bağ massivində yerləşən yaşayış evinin yanındakı evə köçmüş, Murazın əvvəllər narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunduğunu bilmişdir. Özü bir dəfə Muraz ilə yaşadığı küçədə yol gedərkən rastlaşmışdır. Murazın uzaqdan siqaret çəkdiyini görmüş, lakin Muraza yaxınlaşanda həmin siqaretin tüstüsünün iyindən Muraz narkotik vasitə istifadə etdiyini hiss etmişdir. xx.xx.2019-cu il tarixdə, saat təxminən 18 radələrində yaşadığı evdə olarkən Murazın yaşadığı evin qarşısında qırmızı rəngli Vaz 2109 markalı avtomobilin dayandığını və avtomobildən iki nəfər tanımadığı şəxsin düşüb Murazın yaşadığı evə girdiyini görmüşdür. Təxminən bir saat keçdikdən sonra həmin şəxslər və Muraz yüksək səslə danışmağa və gülməyə başlamışlar. Bundan sonra Murazın yaşadığı evə gedib həmin şəxslərə sakit olmalarını demiş, lakin onlar onun sözünə məhəl qoymamışlar vəöz hərəkətlərinə davam etmişlər. Təxminən saat 22 radələrində onların hərəkətlərini davam etdirdiklərini görüb yenidən Murazın yaşadığı evə getmiş və həmin şəxslərdən sakit olmalarını tələb etmişdir. Murazın evinə qonaq gələn tanımadığı şəxslərdən biri Muraz və digər şəxsə sakit olmalarını demiş, lakin Muraz ona çıxıb getməsini, heç bir qonşunu vecinə almadığını, öz evində istədiyi kimi davranacağını demişdir. Bundan sonra Murazın evindən çıxıb onun narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması ilə bağlı DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx xxxxxx 2019-cu il tarixdə tərtib olunmuş şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, həmin tarixdə, Mingəçevir şəhər Polis Şöbəsində Təqsirləndirilən şəxs İsrail oğlunun üstünə baxış keçirilərkən, onun əynindəki boz rəngli şalvarının sağ yan cibindən 1 ədəd siqaretin gümüşü kağızına bükülmüş və əlavə olaraq ona bükülmüş 2 ədəd siqaretin gümüşü kağızı bükümlərdə narkotik vasitə olan heroin aşkar olunmuşdur. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroin elektron tərəzi ilə çəkilmiş, zərfə qoyularaq qablaşdırılmış və həmin zərf Azərbaycan Respublikası DİN-nin 76 saylı möhürü ilə möhürlənərək götürülmüşdür. Bu barədə tərtib olunmuş protokol və zərfin üzəri Təqsirləndirilən şəxs İsrail oğlu, proses iştirakçıları tərəfindən imzalanmış, video və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş məhkəmə-kimyəvi ekspertizasının xx xxxxxx 2019cu il tarixli, 483 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs İsrail oğlundan götürülmüş və tədqiqata təqdim edilmiş bir ədəd gümüşü-ağ rəngli kağız bükümün içərisində olan 02 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə ayrıayrılqda təmiz çəkiləri 0.583 qram və 0.790 qram olmaqla, ümumi təmiz çəkisi 1.373 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə hesab edilən heroindir. Ekspertiza zamanı həmin narkotik vasitələrin 0,05 qramı tədqiqata sərf olunmuş, 0.533 qram və 0.740 qramı isə qalıq qalmışdır. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-narkoloji ekspertizasının xx xxxxxxx 2019cu il tarixli, 2343 saylı rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsrail oğlunun İİ qrup əlil olması ilə əlaqədar ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2011-ci il tarixli 02 nömrəli Qərarının 3-cü bəndinə görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin Qərarın 4-cü bəndinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi anlayışının şərhi Qanunun 1.0.9-cu maddəsində verilmişdir. Qanunun həmin maddəsinin mənasına görə, qanunsuz əldə etmə dedikdə həmçinin narkotik vasitələrin satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin mənimsənilməsi, yabanı çətənə bitkisinin, xaş-xaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik vasitələr olan bitkilərin yığılması hərəkətləri də başa düşülməlidir. Törədilmiş cinayət əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 234.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli hökmü ilə ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş cəza ilə bağlı onun cəzasının yüngülləşdirilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almışdır. Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Belə ki, cinayət işinə əlavə olunmuş Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmündən və tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs İsrail oğlu Mingəçevir şəhər məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx xxxxxx 2018-ci ildə Salyan rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 01 ay 09 gün cəzadan vaxtından əvvəl azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görəqəsdən cinayət törətməyə görəəvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinin tələbinə görə az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab edilir. Həmin Məcəllənin 61.1.1-ci maddəsinin tələbinə görə cinayətlərin residivi cəzanı ağırlaşdıran hallardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs İsrail oğlunun məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs qəsdən törətdiyi cinayətə görə məhkumluğu ödənilməmiş yenidən qəsdən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaradır. Bu hal, Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə görə onun cəzasını ağırlaşdıran haldır. Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs İsrail oğluna cəza təyin edərkən Cinayət Məcəlləsinin 65.2-ci maddəsinin tələbləri nəzərə almaqla Cinayət Məcəlləsinin həmin maddəsini düzgün tətbiq etmişdir. Həmçinin Apelyasiya Məhkəməsi araşdırılması zamanı Təqsirləndirilən şəxs İsrail oğlunun cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs İsrail oğluna nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Belə ki, Təqsirləndirilən şəxs İsrail oğlunun Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, xx xxxxxx 2018-ci ildə Salyan Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərarı ilə 01 ay 09 gün cəzadan vaxtından əvvəl azad olunmasına baxmayaraq məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş müəyyən müddət keçəndən sonra yenə də cinayət törətməyə meyilənmişdir. Bu hal ona cəzanın məqsədlərinin təmin olunması baxımından daha sərt cəza təyin edilməsi zəruriliyini şərtləndirmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs İsrail oğluna nisbətən sərt (uzunmüddətli) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs İsrail oğlunun apelyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, ona təyin edilmiş cəzanın yüngülləşdirilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs İsrail oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-27/2020
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-27/2020
05.02.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver