Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-27/2023 01.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X11 ibarət tərkibdə, məhkəmə iclas katibi X12, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X4 müdafiəsi üzrə idarənin prokuroru, kiçik ədliyyə müşaviri X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X18 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Şəki Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 1(075)-12/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X16 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Pərviz Hacıyev) 02 noyabr 2022-ci il tarixli 1(075)- 12/2022 nömrəli hökmü ilə xx.xx.1978-ci ildə Şəki şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinməsi və ona 01 (bir) il 06 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, ona təyin olunmuş azadlıqdan məhrumetmə cəzasının məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, maddi sübut kimi tanınmış Audi Q7 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobilin Təqsirləndirilən şəxs qaytarılmasının nəzərə alınması, aparılmış ekspertiza tədqiqatının dəyəri 185 (yüz səksən beş) manatın Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinin (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X8, KOD–210005, VÖEN **********, m/h AZ41 NABZ013601**********3944, S.W.İ.F.T. Bik CTREAZ22) hesabına keçirilməsi, iş üzrə mülki iddianın və digər məhkəmə xərclərinin olmamasının nəzərə alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Belə ki, o, 08 fevral 2020-ci il tarixdə saat 10:30 radələrində özünə məxsus Audi Q7 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhəri, X29 küçəsində hərəkət edib həmin yolda işıqforda dayandıqdan sonra yaşadığı evə getmək məqsədilə sola, yəni Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsinə döndükdən sonra ünvan 2 ünvanında yerləşən “Təbəssüm” aptekin yaxınlığındakı piyada keçidində dayanıb bir neçə piyadaya yol verdikdən sonra “X30” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etmədiyinə görə, yəni hərəkətə başlama zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda qeyd olunan tələblərə əməl etməyərək idarə etdiyi avtomobili dayanıqlı yerdən hərəkətə gətirməzdən əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olmadan avtomobili idarə etməyə başlayaraq həmin vaxt piyada keçidində, yolun sol tərəfindən sağ tərəfinə istiqamətdə hərəkətdə olan Şəki şəhər sakini Zərərçəkmiş şəxs avtomobilin ön sol qanadı ilə vurub yerə yıxaraq müştərək travma, qapalı kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilməsi, soltəpə gicgah paylarında kəskin beyin daxili hematoma, sol tərəfli kəskin subdural hematoma, sol təpə sümüyünün xətti sınığı, hər iki ağciyərin əzilməsi, sağ tərəfli hemiplegiya, ənsə nahiyəsinin sıyrılmış yarası, sol ayaq pəncəsinin qançırı kimi ümumulikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yolnəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı aldığı, ölümlə birbaşa səbəbli əlaqəli olan qapalı ağır kəllə beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əziyi və beyin qişalarına qansızması nəticəsində 05 iyul 2021-ci il tarixdə ölməsi ilə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Şəki Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 1(075)-12/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X16 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs müdafiəçisi X16 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, aşağıda qeyd edilən əsas və səbəblərə görə Şəki Rayon Məhkəməsinin 1(075 )-12/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində bəraət hökmü verilməlidir. Məhkəmə hökmünü əsaslandırarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 xx.xx.2021-ci il tarixli, 261/2021 nömrəli rəyinə istinadən Zərərçəkmiş şəxs müştərək travma, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol təpə-gicgah paylarında kəskin beyin daxili hemotoma, sol tərəfli kəskin subdural hemotoma, sol təpə sümüyünün xətti sınığı, hər iki ağciyərin əzilməsi, sağ tərəfli hemiplegiya, ənsə nahiyyəsinin sıyrılmış yarası, sol ayaq pəncəsinin qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törəhmiş. qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid olduğunu qəbul etmişdir. Hökmdə istinad edilən rəyə əsasən, Zərərçəkmiş şəxs ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı aldığı qapalı ağır kəllə-beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əziyi və beyin qişalarına qansızma olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında bir başa səbəbli əlaqə mövcuddur. Məhkəmə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 14 iyun 2022-ci il tarixli. T 355/2022 nömrəli ekspert rəyində göstərilmişdir ki: Mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilən “müştərək travma, qapalı kəllə-beyin travması baş beynin əzilməsi və sıxılması, sol təpə-gicgah paylarının hemorragik əzilməsi və kəskin beyindaxili hemotaması, sol təpə nahiyəsinin kəskin epidural hematoması, sol təpə sümüyünün xətti sınığı, döş qəfəsinin küt travması hər iki ağciyərin əzilməsi, sağtərəfli hemiplegiya. ənsə nahiyyəsinin sıyrılmış yarası, sol ayaq pəncəsinin qançırı” diaqnozu tibbi kartada öz əksini tapmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli. 269 nömrəli qərarı ilə müəyyən edilmiş meyarlara əsasən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə mövcuddur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb təqdim edilən sənədlərə əsasən baş beyinin ağır dərəcəli əzivi. beyin qişalarına qansızma və kəllə sümüklərinin sınığı olmuşdur. Mərhum Zərərçəkmiş şəxs ölüm şəhadətnaməsində qeyd edilmiş ölüm səbəbinin (beyin infarktı) onun barəsində verilmiş tibbi sənədlərdə göstərilən xəsarətlərlə birbaşa əlaqəsi vardır. Belə ki, kəllə-beyin travmaları zamanı qansızma birinci növbədə baş beyinin qişalarında, sonra isə beyin maddəsində baş verir. Hemorragik insultlar zamanı isə əksinə, qansızma ilk növbədə beyin maddəsində, daha ağır hallarda isə baş beyin qişalarına yayılır. Həmçinin travma zamanı baş beyinə qansızmadan başqa qansızmaya müvafiq nahiyədə tüklü hissəsində dəridə və dərialtı toxumada qançır, kəllə sümüklərində sınıqlar olur. Hipertoniya eləcə də şəkərli diabet xəstəliyi zamanı belə ağırlaşmalar yaranmır. Zərərçəkmiş şəxs adına təqdim edilmiş tibbi sənəddə "şəkərli diabet İİ tip" diaqnozu qeyd edilsə də müayinə zamanı qanda şəkərin miqdarı norma daxilində (6.0 mmol/1) olmuşdur. Zərərçəkmiş şəxs "qapalıağır kəllə-beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əziyi və beyin qişalarına qansızma" iş materiallarında olan (lazımi qaydada təsdiq edilmiş) Respublika Neyrocərrahiyyə xəstəxanası tərəfindən təqdim edilmiş tibbi sənədlərə əsasən müəyyən edilmişdir, bu isə kəllənin KT müayinəsi və aparılmış cərrahi əməliyyat zamanı bir daha öz təsdiqini tapmışdır. Meyitin məhkəmə tibbi ekspertizası aparılmadan xəsarətlərin birbaşa ölümə səbəb olmasını konkret şəkildə demək tibbi sənədlərdə qeyd edilənlər kifayət edərsə mümkündür. Hadisədən uzun müddət keçdiyindən hal-hazırda meyitin ekshumasiyası ölümün səbəbinin konkret təyininə kömək edə bilməz. İş materiallarında olan tibbi sənədlərə əsasən hadisədən sonra Zərərçəkmiş şəxs göstərilən tibbi tədbirlər və müalicə üsulları düzgün seçilmişdir. Tərəflərindən məhkəmə baxışı zamanı iş üzrə verilmiş Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 14 iyun 2022-ci il tarixli, T 355/2022 nömrəli rəyində ekspert xəsarətlərin birbaşa ölümə səbəb olmasını konkret şəkildə demək tibbi sənədlərdə qeyd edilənlər kifayət edərsə mümkün olduğunu bildirdiyindən və ölümlə səbəbli əlaqəsinin olması dəqiq deyil, ehtimallara əsaslandığından məhkəmə tərəfindən təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir. Lakin bunu məhkəmə nəzərə almamışdır. Odur ki, Şəki rayon məhkəməsinin 1(075)-12/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünü ləğv edərək. Təqsirləndirilən şəxs barəsində bəraət verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X26 çıxışında apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək şikayətin dəlilləri əsassız olduğundan təmin edilməməsini, Şəki Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 1(075)-12/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya şikayətinin təmin edilməsini və barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət proses tərəflərinin çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs müdafiəçisi X26 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 1(075)-12/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs verdiyi ifadəsində bildirdi ki, o 1995-ci ildən Şəki şəhərindən çıxıb Çin Xalq Respublikasında işləmişdir. Hadisə 07 fevral 2020-ci il tarixdə evinin yanında M.Ə.Rəsuızadə bina 178-in yanında olmuşdur. Piyada keçidində vətəndaşlara yol verdikdən sonra hərəkət etmək istəmiş, maşınının qabaritləri böyük olduğundan o dönmə manevrini geniş etmişdir. Bu zaman piyada keçidindən 2.70 metr məsafə keçdikdən sonra onun avtomobilinin sol yan qapısına nəsə dəydiyini hiss etmişdir. Avtomobildən düşdükdə o Zərərçəkmiş şəxs yerdə uzanmış vəziyyətdə görmüşdür. O X33 zəng vurmuşdur. X36 avtomobili hadisə yerinə gələndə həkim Zərərçəkmiş şəxs tanıdığını və onlarda qeydiyyatda olduğunu insult keçirdiyini və ağır şəkər olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs həmin hadisədən 1 il 5 ay sonra rəhmətə gedib. O onun müalicəsi üçün bütün köməklikləri etmişdir. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirdi ki, onun avtomobilində heç bir xəsarət olmamışdır. Onun avtomobilini 15 gün X40 Polisində saxlayıblar. Zərərçəkmiş şəxs avtomobilin sol tərəfində güzgü ilə qapı arasındakı məsafəyə dəyib. Səki ilə avtomobilin arasında 2.70 sm ara var idi. Zərərçəkmiş şəxs ağır şəkər xəstəsi olub yerində yıxılıb və bunu ekspertdə təyin etmişdir. O Zərərçəkmiş şəxs ilkin yardım etmiş və X33 zəng vurmuşdur. Avtomobilində avtoreqistrator var idi. O avtomobili polis şöbəsindən götürəndə avtoreqistratorda həmin hissə silinmişdir. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində ona CM-in 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddətdir ki, Çin Xalq Respublikasında bizneslə məşğul olmuşdur. 2020-ci ilin yanvar ayında Bakıya, fevral ayının əvvəllərində isə Şəki şəhərinə gəlmişdir. Şəki şəhərinə gəldikdən sonra 08 fevral 2020-ci il tarixdə səhər saat 10 radələrində özünə məxsus AUDİ Q7 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək karvansara tərəfdən evinə doğru istiqamətdə getmişdir. Evi Təbəssüm aptek ilə üzbəüz olan binada yerləşir. M.Ə.Rəsulzadə küçəsində mərkəzi poctun qarşısındakı işıqforun qırmızı işığında, yolun sol kənarında, işıqfordan təxminən yarım metr məsafədə sola dönmək üçün dönmə işığını yandırmaqla dayanmış, bir qədər gözlədikdən sonra işıqforun yaşıl işığı yanmış və öz yolu ilə sola dönmə hərəkətini etmişdir. Maşının qabaritləri iri olduğundan, o, dönmə manevrini geniş etmişdir. Bu zaman piyada keçidinə daxil olan, sağ tərəfdən bir qadının və onun arxasında bir nəfər oğlanın olmasını görmüşdür. Hər iki şəxsə yol verdikdən sonra hərəkətə başlamışdır. Önə baxmış, sol tərəfini görməmişdir. Hərəkətə başladığı an avtomobilin sol yan tərəfinə, təxminən sol yan güzgü olan hissəyə nəyinsə dəydiyini hiss etmişdir. Dərhal maşını saxlamışdır. Yaşlı bir tanımadığı kişinin avtomobilin ön sol təkərinin təxminən arxa hissəsində yerdə uzanmasını görmüşdür. Ona su vermiş, yerdən qaldırmaq istəsə də gücü çatmamış, ətrafa yığılan insanlar isə ona kömək etməmişlər. Lakin qaldıranda başından qan gəldiyini görmüşdür. Yanında kompyuter sumkası olmuşdur, sonradan sumkanı zərərçəkmiş şəxsin oğluna vermişdir. X33 məlumat vermişdir. Bir qədər keçdikdən sonra hadisə yerinə TTB avtomobili gəlmiş, Nazimin qan təziqi ölçülmüş, 270-170 olduğu müəyyən olunduqdan sonra onu xəstəxanaya aparmışlar. X36ın həkimi zərərçəkmişi tanımış, onlarda qeydiyyatda olduğunu demişdir. O, isə hadisə yerinə gəlmiş polislərlə Şəki RMX-ya getmiş, həmin vaxt içkili olmağı yoxlanılmış və ayıq olduğu müəyyən edildikdən sonra polis şöbəsinə gedib izahat vermişdir. Avtomobili ondan alınıb bölmənin həyətində saxlanılmış və 16 gündən sonra ona qaytarılmışdır. Şöbədən çıxdıqdan sonra Şəki RMX-na getmiş və məlum olmuşdur həmin şəxs Şəki şəhər sakini Zərərçəkmiş şəxsdur. Zərərçəkmiş şəxs həmin vaxtadək tanımamışdır. Xəstəxanada ona deyiblər ki, Zərərçəkmiş şəxs insult keçirib, tomoqrafiya olunmalıdır. O, da hesab edib ki, Zərərçəkmiş şəxs birdəfəlik Bakı şəhərinə aparsın ki, keyfiyyətli mualicə etdirə bilsin. Bu səbəbdən də Zərərçəkmiş şəxs 10 fevral 2020-ci il tarixdə TTY maşını ilə Bakı şəhərində Neyrocərrahiyə Xəstəxanasına aparmış və həmin xəstəxanada yerləşdirmişdir. Xəstəxanada demişlər ki, Zərərçəkmiş şəxs beyninə qan sızıb, əməliyyat olunmalıdır. Nazim həmin xəstəxanada əməliyyat olunmuş və 19 mart 2020-ci il tarixədək qalmışdır. Həmin müddət ərzində bütün xərcləri ödəmişdir. Şəkiyə gələndən sonra da, yəni 19 mart 2020-ci il tarixdən təxminən 2021-ci ilin may ayınadək ona hər cür maddi köməklik göstərmişdir. Təxminən 32 000 manat xərci çıxıb və bunu insanlıq naminə etmişdir. Hətta maşını da satmağa məcbur olub. Lakin sonradan maddi vəziyyətin yaxşı olmadığına görə köməklik edə bilməmişdir. Nazimin vəfat etməsini eşitmişdir. Nazim vəfat edən vaxt xəbəri olmamışdır, çünki özüdə fiziki qüsurludur, həmin zaman xəstəxanada olmuşdur. O, avtomobil ilə Nazimi vurmamış, Nazim yıxılaraq avtomobilinə dəymişdir. Bunu birinci gündən Nazimin oğluna da, polisdə izahat verəndədə bildirmişdir. Hadisə Şəki şəhərində X22 aptekə döndükdən sonra olan piyada keçidindən təxminən 2.40 metr məsafə keçdikdən sonra baş vermişdir. Nazimin hardan gəlməsini görməmişdir. Hadisədən əvvəl və hadisə zamanı avtomobilində heç bir zədə olmamışdır. Onun avtomobilində videoreqistrator olmuşdur. Lakin çəkiliş hal-hazırda yoxdur, çünki hadisədən uzun müddət keçib və o, maşını satmışdır. Təbəssüm aptekdən video çəkilişi həmin vaxt istəmiş, lakin ona çəkilişi yalnız polisə verə biləcəklərini demişlər. Bundan başqa məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, o, piyada keçidinin qabağında dayanıb, iki nəfərə yol verdikdən sonra təxminən 7-8 metr məsafə qət edib dönməli idi. Lakin, o, avtomobili yerindən tərpədərək təxminən 5 metr getdikdən sonra, yəni piyada keçidini təxminən 2 metr 40 santimetr keçdikdən sonra hadisə baş vermişdir. Zərərçəkmiş şəxs avtomobilə dəymə anını görməmiş, yalnız yıxılmasını görmüşdür. Hadisənin baş verdiyi yerdən təxminən iki metr sonra, o, sola dönməli idi. TTY avtomobilinə yolvermək üçün öz avtomobilini hadisə yerindən kənara çəkmişdir. Şəki RMX-də Zərərçəkmiş şəxs insult olduğunu, Bakıda Neyrocərrahiyə Xəstəxanasına isə yüksək təziqdən beyninə qan sızdığını deyiblər. Qeyd etdiklərinin nəzərə alınaraq ona bəraət verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında ekspert qismində dindirilmiş X23 bildirdi ki, o 2 ekspertiza keçirmişdir. İlkin ekspertizanı onlar xəstəxananı reanimasiya şöbəsində etmişlər və zərərçəkmiş Zərərçəkmiş şəxs ənsə nahiyəsinin sıyrılmış yarası və sol ayaq pəncəsinin qançırını aşkar etmişlər. O müayinə edən zaman onunla ünsiyyətdə olmamış və onun yaxınının sözlərinə görə yazmışdır ki, zərərçəkmiş yıxılaraq avtomobilə dəymişdir. X2 cavab olaraq bildirdi ki, müayinə zamanı xəsarətləri spesifik xarakterik xəsarətlər kimi dəqiqləşdirə bilmirlər ki, xəsarətlər nədən yaranıb. Əgər ayağında bamper sınıq olardısa onlar yol nəqliyyat hadisəsi zamanı avtomobilin vurması nəticəsində yarandığını deyə bilərdilər. Lakin, burda spesifika olmadığından bunu deyə bilmirlər. Zərərçəkmişdə olan xəsarətlər yıxılma nəticəsində də əmələ gələ bilər. Burada avtomobilin vurması nəticəsində xəsarətlər yoxdur. Ənsə nahiyəsinin sıyrılmış yarası və sol ayaq pəncəsinin qançırını yıxılma nəticəsində alınan xəsarətlərdir. Sol təpə sümüyünün xətti sınığı dedikdə sol təpə sümüyü birbaşa avtomobillə təmasda ola bilməz. Təpə sümüyünün sınığı varsa birinci boyun fəqərəsinin kəllə hissəsində pərçimlənmiş sınığı olmalı idi. Əgər bu sınıq yoxdursa təpə sümüyünün sınığı hündürlükdən yerə dəymə nəticəsində yox, öz boyu hündürlükdən harasa dəymə nəticəsində əmələ gəlib. Onda müəyyən edilmiş xəsarət əzilmiş yaradır, cırılmış yara deyildir. O 2 xəsarət müəyyən etmişdir. Lakin bu xəsarətlərdə avtomobillə kontakt olmamışdır. Ağciyərlərin əzilməsi kompyuter tomoqrafiyasında çıxarılır. O bunu düzgün qiymətləndirmir. Çünki ağciyər əzilərdisə bu zaman qabırğalarda da sınıq olmalı və yaxuddə yüksək dərəcədə silkələnməyə məruz qalmalı idi. Odur ki,ağciyərlərin əzilməsinin heç bir klinik əsaslanması yoxdur. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X20 ifadəsində göstərmişdir ki, hazırda işsizdir, Zərərçəkmiş şəxs onun atasıdır. Təqsirləndirilən şəxs hadisədən sonra tanımış, münasibətləri normaldır. Zərərçəkmiş şəxs təqaüdçü olub, lakin əvvəllər avtobazada işləyib, yol-hərəkət qaydalarını bilib və çox sağlam insan olub. 08 fevral 2020-ci il tarixdə evdə olan zaman saat 10-11 radələrində hazırda xatırlamadığı bir nəfər şəxs zəng edib Şəki şəhərində, Təbəssüm aptekin yaxınlığında avtomobilin atasını vurmasını, X36 avtomobilinin atasını Şəki RMX-na aparmağını demişdir. O, dərhal Şəki RMX-yə getmişdir. Xəstəxanada, o, atasını ağır vəziyyətdə olduğunun, danışa bilməməsinin, dişlərinin olmamasının, başının bir neçə yerdən çatlamasının şahidi olmuşdur. Atası iki gün müddətində Şəki RMX-nin Reanimasiya şöbəsində qaldıqdan sonra Bakı şəhərində yerləşən Respublika Neyrocərrahiyə Xəstəxanasına aparmış və həmin xəstəxanada əməliyyat olunmuşdur. Əməliyyat təxminən 4-5 saat davam etmişdir. Atası Nazim həmin xəstəxanada 19 mart 2020-ci il tarixədək qalmış, bindan sonra isə atasının evdə yataq şəraitində müalicəsi davam etdirilmişdir. Atası yol nəqliyyat hadisəsindən sonra yataq vəziyyətində olmuş, danışıq qabiliyyətinin, hərəkət qabiliyyətini itirmişdir. Atası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs idarə etdiyi maşınla vurub. Maşında kamera olub, tələb etməsinə baxmayaraq kamera görüntülərini ona təqdim etməmişlər. Evdə mualicə olunduğu vaxtda mütəmadi olaraq X36dan gəlib atasına tibbi yardım göstərmişlər. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Elxan qısa müddətdə köməklik göstərsədə, sonradan maddi cəhətdən köməklik etməmiş, hətta yasa belə gəlməmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X20, məhkəmə iclasında verilən suallara cavab olaraq bildirmişdir ki, hadisənin şahidi olmamışdır, Şəki RMX-də xərci çıxıbsada məbləği dəqiq yadında deyil. Bakıya xəstəxanaya aparılmasının təşəbbüskarı Elxan olmuş və Neyrocərrahiyə Xəstəxanasının xərcini tamamilə Elxan ödəmişdir. Bakıda həkim deyib yaxşı olacaq, lakin atası ölənədək sərbəst hərəkət edə bilməmiş, nitq qabiliyəti bərpa olunmamışdır. Təkrar həmin xəstəxanaya müraciət etməyib, Bakıya xəstəni aparmayıb. Atasının 72-73 yaşı olsa da, hadisəyədək xəstə olmayıb, yalnız təziqi olub, hətta idman edib. Bu səbəbdən də atası özü avtomobilin üzərinə yıxıla bilməzdi. Elxan yalnız xəstəxanada olan müddətdə və evə gələndən sonra təxminən üç ay maddi köməklik göstərib, bundan sonra yardım etməkdən imtina edib. Atasının barəsində ekspertiza aparılmayıb, lakin eksqumasiya olunmasının qəti əlehinədir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X19 ifadəsində göstərmişdir ki, o, Şəki Rayon Mərkəzi Xəstəxanasının terapiya şöbəsinin nevropatoloqu vəzifəsində işləyir. Qəbul şöbəsində oturmur, yalnız xəstə daxil olanda onu çağırsalar daxil olmuş xəstəyə baxış keçirir. Uzun müddət keçdiyindən Zərərçəkmiş şəxs xəstəxanaya daxil olması yadında deyil. Məhkəmə iclasında verilən suallara cavab olaraq bildirdi ki, o, xəstə barədə polisə məlumat verməmişdir, çünki bu, onun vəzifə səlahiyyətlərinə aid deyil. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, MTE və PA Birliyinin Şəki şöbəsinin rəisi vəzifəsində işləyir. Hadisədən uzun müddət keçdiyindən yaxşı xatırlamır. Lakin verilən suallara cavab olaraq bildirdi ki, 10 fevral 2022-ci il tarixdə Şəki Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsində xəstəyə baxış keçirib qohumlarının dediklərinə və tibbi sənədlər əsasında rəy vermişdir. Xəstəni narahat etməmişdir. Təlimata əsasən xəstə reanimasiyadadirsa, emosional vəziyyəti imkan vermirsə tibbi sənədlərə əsaslanaraq rəy vermək olar. Xəstə ilə danışıb-danışmadığını xatırlamır. Xəstəyə baxarkən onun vəziyyəti ağır deyildi, danışmaqda çətinlik çəkirdi, qırıqqırıq danışırdı. Aldığı travma ilə yanaşı digər xəstəlikləri də olub. Lakin ağır vəziyyətdə olduğunu görməmiş və bilməmişdir. Həm aldığı xəsarətləri, həm də kliniki diaqnozu nəzərə almışdır. Başında və ayağında yara olub. Kəllə-beyin travmasının alması ilə bağlı ona heç bir sənəd təqdim edilməmişdir. Xəstə sonradan MRT-dən keçirilib. İkinci rəyi verərkən artıq iş materiallarında kəllə sümüyünün zədələnməsi ilə bağlı MRT sənədi var idi. Həmçinin Neyrocərrahiyyə xəstəxanasında qoyulan diaqnoz və aparılan müalicəyə istinad edərək rəy vermişdir. Birinci rəyi verərkən xəsarətləri görə bilməzdi. Çünki temoqratik əzilmə başda olan bir xəsarətdir. Xəstəliyin gedişatından asılı olaraq xəsarət yeni olanda özünü göstərmir, lakin getdikcə hemotoma artır, 1 həftəyə xəstədə ağırlaşma olur. Kəllə sınığı hətta 3 gündən sonra hiss oluna bilər. Uzun müddət keçməsinə baxmayaraq ikinci rəydə xəsarətlərin məhz hadisə zamanı yaranmasını göstərməsi Neyrocərrahiyyə xəstəxanasının sənədlərinə əsasən olmuşdur. 2-ci rəy əvvəlki rəyin davamıdır, lakin nəticə ikinci rəydə verilmişdir Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X24 bildirdi ki o, Şəki şəhərində ev alqı-satqısı ilə məşğul olur. Şəki şəhəri, mərkəzi poçtun yanında ofisi var. Təqsirləndirilən Təqsirləndirilən şəxs hadisədən sonra tanımışdır. Hadisə baş verən gün ofisin qarşısında dayanmışdır. Bu zaman Elxan idarə etdiyi maşınla gələrək sola dönmüş, zərərçəkmiş şəxs özü gəlib maşının yan tərəfinə dəyərək yıxılmışdır. O, hadisə yerinə yaxınlaşaraq zərərçəkmiş şəxsə köməklik edib. Sonra X36 maşını gəlmiş və həkim xəstənin təzyiqini ölçmüşdü. Təzyiqi yüksək olduğundan X36 maşını ilə zərərçəkmişi xəstəxanaya aparmışlar. Daha sonra verilən suallara cavab olaraq şahid X24 bildirmişdir ki, olduğu yerdən hadisə yerinə təxminən 30-35 metr məsafə olub. Elxan işıqforun yaşıl işığı yanan zaman hərəkətə başlayıb. Həmin vaxt ərazi yaşıllıq olduğundan, düşünür ki, Elxan sola dönmədən piyadanı görə bilməzdi. O, piyadanı Elxanın maşınının sol arxa qapısından dəydikdən sonra görmüşdür. Hadisə yolun ortasında baş vermişdir. Yolun kənarından maşına kimi təxminən 5-6 metr məsafə olub. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X3 bildirmişdir ki o, Elxanla qonşuluqda yaşayır. Zərərçəkmiş şəxsi tanımırdı. Hadisə baş verən gün həmin ərazidə, binanın tinində dayanıb. Elxanın maşını yavş-yavaş hərəkətdə olub. Piyada yolu keçmək istəyərkən maşının arxa qapısına dəyib yıxılmışdır. Yaxınlaşıb ona kömək edib. Sonra X36 maşını gələrək xəstənin təzyiqi yüksək olduğundan X36 maşını ilə zərərçəkmişi xəstəxanaya aparıblar. Daha sonra verilən suallara cavab olaraq şahid X3 bildirmişdir ki, Elxan piyada keçidinin qarşısında dayanan zaman zərərçəkmiş əli ilə maşının sürücü tərəfdəki arxa qapısına toxunaraq yıxılmışdır. Piyadanı əvvəldən deyil, hadisə baş verən an görmüşdür. Zərərçəmişin başının arxası qanamış, huşu özündə olub. Hətta xəstə, X36 maşınına da özü əyləşib. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X13 bildirdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Hadisənin şahidi olmamışdır. Oğlu zərərçəkmiş şəxsin mualicəsi üçün 20000 manatdan artıq xərc cəkib. Cinayət işinə əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 fevral 2020ci il tarixli protokoldan, protokola əlavə olunmuş fotoşəkillərdən və sxemdən görünür ki, Şəki ŞRPŞİ-nin TB-nin təhqiqatçısı Aqil Cəfərov həmin protokolu tərtib etmişdir ondan ötrü ki, Zərərçəkmiş şəxs yol nəqliyyat hadisəsi zamanı xəsarət alması ilə əlaqədar olaraq hal şahidləri və Təqsirləndirilən şəxs iştirakı ilə hadisə yerinə baxış keçirmişdir. Baxış zamanı müəyyən edildi: yol-nəqliyyat hadisəsinin yeri Şəki şəhəri, M.Ə.Rəsulzadə küçəsindədir. Yolun hərəkət hissəsi döngəli, örtüyün növü asfalt, örtüyün vəziyyəti normaldır, hərəkət zolaqlarının sayı 2, hərəkət hissəsinin eni 3 metrdir, hərəkət hissəyə birləşir sağdan binalar, soldan binalar, sonra sağdan aptek, soldan yaşayış evləri, hərəkətin nizamlanma üsulu nizamlanandır. Toqquşan nəqliyat vasitələrinin sayı 1, vurulan piyadanın sayı 1, piyadanın hadisədən əvvəlki hərəkət istiqaməti yandan, hadisə yerində nəqliyyat vasitəsinin vəziyyəti adi, şin izləri yoxdur, tormozlama izləri yoxdur. Baxış zamanı fotoçəkiliş aparılmış, hadisə yerinin sxemi tərtib edilmiş, fotoşəkillər və sxem baxış protokoluna əlavə edilmişdir. Cinayət işinə əlavə edilmiş Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 59A nömrəli 08 fevral 2020-ci il tarixli protokoldan görünür ki, hadisə vaxtı Təqsirləndirilən şəxs ayıq olmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən verilmiş AC seriyalı, 506402 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2014-cü ildən xx.xx.2024-cü ilədək “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir. Cinayət işinə əlavə edilmiş AD seriyalı, 274836 nömrəli “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “AUDİ Q7” minik markalı, **-NM-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Şəki Regional Qİ və TB şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ***-**** nömrəli məktubdan görünür ki, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Şəki Regional Qeydiyyat-imtahan və Texniki Baxış şöbəsinin kompüter uçot bazasının məlumatlarına əsasən xx.xx.1978-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə sürücülük hüququndan məhrum edilmiş şəxslərin siyahısında yoxdur. Cinayət işinə əlavə edilmiş xx.xx.2021-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Zərərçəkmiş şəxs 05 iyul 2021-cu ildə vəfat etmişdir. İşdə olan Şəki ŞRPŞ-nin DYPB-nin rəisi Şəhmir Uluxanov tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli raportdan və DİN BDYPİ-nin mərkəzi informasiya sisteminin çıxarışından görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İXM-in 327.1-ci maddəsi ilə İB-nin qərarı əsasında AP-0133458 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan Şəki ŞRPŞ-nin DYPB-nin rəisi Şəhmir Uluxanovun xx.xx.2021-ci il tarixli qərarından və həmin tarixli raportdan görünür ki, AP-0133458 nömrəli inzibati xəta haqqında protokola xitam verilməsi haqqında qərar qəbul edilərək, mərkəzi informasiya sistemində qeydiyyat aparılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X14 26 oktyabr 2022-ci il tarixli ərizəsindən müəyyən edilir ki, vurulmuş ziyanın ödənildiyini, bu səbəbdən təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarının pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi X7 apellyasiya şikayətindən bəlli olur ki, o, Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Halbuki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası CPM-in 397.1 və 397.2-ci maddəsinin şərh edilməsi haqqında” 12 may 2009-ci il tarixli Qərarında qeyd edilmişdir ki, həqiqətin müəyyənləşdirilməsi ədalət mühakiməsinin mütləq şərtidir və hər zaman cəmiyyət məhkəmədən həqiqəti əks etdirən ədalət mühakiməsini tələb edəcəkdir. Hər bir hakim bu vəzifəsini icra etmək üçün ilk əvvəl prosessual tələblərə hökmən riayət olunmasını təmin etməlidir, çünki bu hal cinayət işi üzrə həqiqətin müəyyənləşdirilməsinin və düzgün məhkəmə qərarının qəbul olunmasının mühüm şərtidir. Eynilə də cinayət işi üzrə araşdırmanın predmetini təşkil edən hadisənin əhəmiyyətli halları müəyyənləşdirilməmişdirsə və (və ya) bu hallara münasibətdə cinayət qanununun müddəaları düzgün tətbiq olunmamışdırsa, həmin qərara həqiqi ədalət mühakiməsi aktı kimi baxıla bilməz. Həmin akt ədalətsizliyinə səbəb olmuş hakimin qanunsuz hərəkətləri, məhkəmə səhvləri və ya qanuniliyinə və əsaslılığına təsir etmiş digər hallardan asılı olmayaraq düzəldilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd etmişdir ki, hökm çıxarıldığı zaman məhkəmə onun qanunçuluq və əsaslılıq tələblərinə cavab verə biləcəyinin təmin edilməsi üçün öz aktını bu amillərin üzərində qərarlaşdırmalıdır. Belə tələblərə cavab verməyən məhkəmə qərarlarına yenidən baxılması imkanının məhdudlaşdırılması ədalət və hüquqi müəyyənlik kimi dəyərlərin müdafiəsində tarazlığın pozulması və Konstitusiya ilə təminat verilən insan hüquq və azadlıqlarına zərər yetirilməsi ilə nəticələnə bilər. Eyni hüquqi mövqedə olan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayəti üzrə” 09 sentyabr 2005-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-nin 349.3-cü maddəsi).... Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPMnin 28.5-ci maddəsi). Göründüyü kimi qanunvericilikdə nəzərdə tutulmuş normaların, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra məsələlər üzrə verdiyi şərhlərin ədalət mühakiməsinin həyata keçirilməsi zamanı məhkəmələrin üzərinə qoyduqları əsas vəzifə ondan ibarətdir ki, əvvəla həqiqətin müəyyən edilməsi üçün məhkəmələr məhkəmə iclasında mümkün olan sübutları araşdırmalı, onlara müvafiq qaydada qiymət verməli, onları müqayisə etməklə bir sübutun digərindən üstün olmasını şərh etməli, ittiham və ya bəraət hökmünün çıxarılması zamanı yalnız məhkəmə iclaslarında araşdırılmış və kifayət edən sübutlara əsaslanmalı və məhz bundan sonra əməlin tövsifi, cəza tədbirinin seçilməsi və hökmə aid olan digər tələblər üzrə maddi və prosessual hüquq normalarının tətbiqi məsələlərini həll etməlidirlər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X21rşı” 09 dekabr 1994-cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X6rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə kollegiyasının qənaətinə görə işə baxan birinci instansiya məhkəməsi cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlamış, cinayət təqibi üzrə toplanmış sübutları düzgün qiymətləndirmiş, əməlin tövsifıni müəyyən edərkən bunu kifayət qədər əsaslandırmışdır. Bu baxımdan da, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı sayıla bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Belə ki, işdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X9 xx.xx.2021-ci il tarixli, 261/2021 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs müştərək travma, qapalı kəllə-beyin travması, baş beyinin ağır dərəcəli əzilməsi, sol təpə-gicgah paylarında kəskin beyin daxili hemotoma, sol tərəfli kəskin subdural hemotoma, sol təpə sümüyünün xətti sınığı, hər iki ağciyərin əzilməsi, sağ tərəfli hemiplegiya, ənsə nayiyəsinin sıyrılmış yarası, sol ayaq pəncəsinin qancırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törəhmiş, qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı yarana bilərdi, dərəcəsinə görə canlı şəxslərdə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. İşdə olan Tibbi sənədlərə əsasən Zərərçəkmiş şəxs ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı aldığı qapalı ağır kəllə-beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əziyi və beyin qişalarına qansızma olmuşdur. Yetirilən xəsarətlərlə ölüm arasında bir başa səbəbli əlaqə mövcuddur. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizasının 14 oktyabr 2021-ci il tarixli, 8/2499 saylı ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Audi Q7 markalı, 99NM333 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X30” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur (aparılmış ekspertizanın dəyəri 100 manatdır). İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin 14 iyun 2022-ci il tarixli, T 355/2022 nömrəli ekspert rəyində göstərilmişdir ki: - Mərhum Zərərçəkmiş şəxs adına tərtib edilmiş tibbi sənədlərdə göstərilən “müştərək travma, qapalı kəllə-beyin travması, baş beyin əzilməsi və sıxılması, sol təpə-gicgah paylarının hemorragik əzilməsi və kəskin beyindaxili hemotaması, sol təpə nahiyəsinin kəskin epidural hematoması, sol təpə sümüyünün xətti sınığı, döş qəfəsinin küt travması, hər iki ağciyərin əzilməsi, sağtərəfli hemiplegiya, ənsə nahiyəsinin sıyrılmış yarası, sol ayaq pəncəsinin qançırı” diaqnozu tibbi kartada öz əksini tapmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 269 nömrəli qərarı ilə müəyyən edilmiş meyarlara əsasən ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, yetirilən xəsarətlərlə ölüm arasında birbaşa səbəbli əlaqə mövcuddur. Mərhum Zərərçəkmiş şəxs ölümünə səbəb təqdim edilən sənədlərə əsasən baş beyinin ağır dərəcəli əziyi, beyin qişalarına qansızma və kəllə sümüklərinin sınığı olmuşdur. - Mərhum Zərərçəkmiş şəxs ölüm şəhadətnaməsində qeyd edilmiş ölüm səbəbinin (beyin infarktı) onun barəsində verilmiş tibbi sənədlərdə göstərilən xəsarətlərlə birbaşa əlaqəsi vardır. Belə ki, kəll-beyin travmaları zamanı qansızma birinci növbədə baş beyinin qişalarında, sonra isə beyin maddəsində baş verir. Hemorragik insultlar zamanı isə əksinə, qansızma ilk növbədə beyin maddəsində, daha ağır hallarda isə baş beyin qişalarına yayılır. Həmçinin travma zamanı baş beyinə qansızmadan başqa qansızmaya müvafiq nahiyədə tüklü hissəsində dəridə və dərialtı toxumada qançır, kəllə sümüklərində sınıqlar olur. Hipertoniya eləcə də şəkərli diabet xəstəliyi zamanı belə ağırlaşmalar yaranmır. - Zərərçəkmiş şəxs adına təqdim edilmiş tibbi sənəddə “şəkərli diabet İİ tip” diaqnozu qeyd edilsə də, müayinə zamanı qanda şəkərin miqdarı norma daxilində (6,0 mmol/l) olmuşdur. - Zərərçəkmiş şəxs “qapalıağır kəllə-beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əziyi və beyin qişalarına qansızma” iş materiallarında olan (lazımi qaydada təsdiq edilmiş) Respublika Neyrocərrahiyyə xəstəxanası tərəfindən təqdim edilmiş tibbi sənədlərə əsasən müəyyən edilmişdir, bu isə kəllənin KT müayinəsi və aparılmış cərrahi əməliyyat zamanı bir daha öz təsdiqini tapmışdır. - Meyitin məhkəmə tibbi ekspertizası aparılmadan xəsarətlərin birbaşa ölümə səbəb olmasını konkret şəkildə demək tibbi sənədlərdə qeyd edilənlər kifayət edərsə mümkündür. - Hadisədən uzun müddət keçdiyindən hal-hazırda meyitin ekskumasiyası ölümün səbəbinin konkret təyininə kömək edə bilməz. - İş materiallarında olan tibbi sənədlərə əsasən hadisədən sonra Zərərçəkmiş şəxs göstərilən tibbi tədbirlər və müalicə üsulları düzgün seçilmişdir. Öyrənilən işdən aydın olur ki, birinci instansiya məhkəməsi işin obyektiv həlli ilə bağlı Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə əlavə yol-nəqliyyat hadisələrinin məhkəmə ekspertizası təyin etmiş və ekspertlərin qarşısında həll edilməsi üçün aşağıdakı suallar qoyulmuşdur. 1. Sürücü Təqsirləndirilən şəxs piyada keçidini keçməkdə olan piyadalara yol verdikdən sonra keçidin üzərində olan və piyada keçidinin üzərindən keçən zaman piyada keçidinin digər iştirakçıları üçün maneə yaratmışdırmı? 2. Sürücü Təqsirləndirilən şəxs piyada keçidindən sonrakı 2.7 m məsafəni (Audi Q7 markalı avtomobil) ən tez halda neçə saniyəyə və ən gec halda neçə saniyəyə qət etməsi mümkündür? 3. Sürücü Təqsirləndirilən şəxs piyada keçidini keçdikdən sonra yolu keçən piyadanı görməsi ilə (görmə piyada keçidini keçdikdən sonra olmuşdur) qət etdiyi məsafə arasında olan zaman kəsiyində hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu, olmuşdursa hansı formada olmuşdur? 4. Piyada keçidindən 2.7 m məsafədə yolu keçən mərhum Zərərçəkmiş şəxs hərəkətlərində “X30 Qanun”un 40-cı maddəsinin tələblərinə uyğunsuzluq olmuşdurmu? 5. Hadisənin mexanizminə uyğun olaraq piyada Zərərçəkmiş şəxs avtomobilin hərəkətdə olduğu zaman avtomobilə yaxınlaşaraq sol yan tərəfinə dəyməsi və yıxılması halında sürücü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuşdurmu? 6. Hadisənin baş verdiyi şəraitdə yol nəqliyyat vasitəsinin parametrləri nəzərə alınaraq hadisə mexanizminə uyğun vəziyyətdə sürücü tərəfindən piyadanı görmək imkanı olmuşdurmu, imkanı olmadığı təqdirdə hadisənin qarşısını alıması üçün texniki imkanı olmuşdurmu? Uyğun olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 17 may 2022-ci il tarixli, 8/1082 nömrəli ekspert rəyində göstərilmişdir ki: - Sürücü Təqsirləndirilən şəxs piyada keçidini keçməkdə olan piyadalara yol verdikden sonra keçidin üzərində hərəkətdə olan piyadaları deyil, keçiddən 2,7 metr məsafədə yolu soldan sağa doğru keçməkdə olan piyadanı vurmuşdur. - Nəqliyyat vasitəsinin dayandığı yerdən hərəkətə başlaması nəzərə alınmaqla (arta təcili - hərəkət sürəti - qət olunan məsafə - sərf olunan vaxt) arasındakı asılılığı nəzərə alan nomoqrama əsasən Audi Q7 markalı avtomobil dayandığı yerdən hərəkətə başlayaraq 2,7 metr məsafəni ən tez halda 1,6 saniyəyə qət edə bilərdi. Həmin məsafənin ən gec halda qət edilmə müddəti isə sürücünün öz idarə etmə hərəkətlərindən asılıdır. - Məhkəmə tərəfindən təqdim olunmuş məlumatlara əsasən Audi Q7 markalı 99NM333 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “X30” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun hərəkətlərində həmin maddənin tələbləri təmin olunmaqla hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. - Piyada yol-nəqliyyat ekspertizasının tədqiqat obyekti olmadığından və onun hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmədiyindən yol nəqliyyat hadisələri ekspertinin səlahiyyətinə aid deyil. - Audi Q7 markalı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs dayanmış vəziyyətdə olan avtomobili hərəkətə gətirməzdən əvvəl piyadanın qarşıda yolu soldan sağa doğru keçməkdə olması nəzərə alınmaqla sürücü Təqsirləndirilən şəxs yolu keçməkdə olan piyadanı görmək imkanına malik olmuşdur. İşin müəyyən edilmiş gerçək vəziyyətindən, eləcədə təhlil olunan ekspert rəyindən aydın olur ki, piyada keçidində piyadalara yol vermək üçün dayanmış Q7 markalı avtomobilin hərəkətə başlamamışdan əvvəl piyadanın piyada keçidindən qarşıda yolu keçməkdə olması nəzərə alınmaqla qeyd edilməlidir ki, avtomobilin dayandığı yerdən piyadanın vurulma yerinə kimi qət etdiyi məsafəyə sərf olunan vaxtdan və piyadanın avtomobilin hansı hissəsi ilə vurulmasından asılı olmayaraq mövcud vəziyyətdə piyadanın vurulması sürücünün avtomobili dayandığı yerdən hərəkət etdirməsi zamanı hərəkətin təhlükəsizliyini təmin etməmişdir. Baş vermis yol-nəqliyyat hadisəsində Audio Q7 markalı avtomobilin sürücüsü Məhərrəmovun hərəkətləri tədqiq olunarkən müəyyən olunur ki, mövcud şəraitdə hərəkət təhlükəsizliyinin təmin edilməsi və hadisənin qarşısının alınması məqsədilə o ”X30 ”Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini rəhbər tutmalı idi. Həmin maddənin tələblərindən isə məlum olur ki, sürücünün hərəkətə başlayan zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün mane yaratmamalıdır. Maddənin mətnində göründüyü kimi hərəkət zamanı sürücü hər hansı formada manevr apararkən bütün hallarda təhlükəsiz hərəkət təmin olunmalıdır. İşə bu konteksdən yanaşan məhkəmə kollegiyasının fikrincə sürücü ”X30 ”Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə riayət etməməklə məlum yol nəqliyyat hadisəsini törətmişdir. Oxşar münasibətləri tənzimləyən Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 11ci bəndində göstərilir ki, nəzərə alınmalıdır ki, CM-nin 263, 263-1 və 351-ci maddələri blanket normalardır və həmin maddələrdə nəzərdə tutulmuş cinayətlərin obyektini “X30” Azərbaycan Respublikasının Qanununda, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Nizamnamələrində, digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş yol hərəkətini və ya nəqliyyat vasitələrinin istismarını, habelə döyüş, xüsusi və ya hərbi nəqliyyat maşınlarının idarə edilməsini və istismarını tənzimləyən qaydalar təşkil edir. Buna görə həmin cinayətləri törətmiş şəxslərin haqqında çıxarılan ittiham hökmlərində mütləq qaydada “X30” Qanunun, və digər normativ hüquqi aktların tələblərinə istinad edilməklə belə şəxslərin qanunvericiliyin məhz hansı tələblərini pozması göstərilməlidir. Həmin Qərarın 12-ci bəndində qeyd edilir ki, məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yolnəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. Bundan başqa, yol-nəqliyyat hadisələrinin baş verdiyi ərazi videomüşahidə vasitələrinin nəzarəti altında olduqda, müvafiq görüntülərin elektron daşıyıcıda cinayət işinə əlavə olunması təmin edilməlidir. Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «X30» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir. Öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs 08 fevral 2020-ci il tarixdə saat 10:30 radələrində özünə məxsus Audi Q7 markalı **-NM-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə Şəki şəhəri, X29 küçəsində hərəkət edib həmin yolda işıqforda dayandıqdan sonra yaşadığı evə getmək məqsədilə sola, yəni Şəki şəhəri, Məmmədşərif Həmidov küçəsinə döndükdən sonra ünvan 2 ünvanında yerləşən “Təbəssüm” aptekin yaxınlığındakı piyada keçidində dayanıb bir neçə piyadaya yol verdikdən sonra “X30” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əməl etmədiyinə görə, yəni hərəkətə başlama zamanı apardığı manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalı olduğu halda qeyd olunan tələblərə əməl etməyərək idarə etdiyi avtomobili dayanıqlı yerdən hərəkətə gətirməzdən əvvəl təhlükəsizliyin təmin olunmasına əmin olmadan avtomobili idarə etməyə başlayaraq həmin vaxt piyada keçidində, yolun sol tərəfindən sağ tərəfinə istiqamətdə hərəkətdə olan Şəki şəhər sakini Zərərçəkmiş şəxs avtomobilin ön sol qanadı ilə vurub yerə yıxaraq müştərək travma, qapalı kəllə beyin travması, baş beyin ağır dərəcəli əzilməsi, sol-təpə gicgah paylarında kəskin beyin daxili hematoma, sol tərəfli kəskin subdural hematoma, sol təpə sümüyünün xətti sınığı, hər iki ağciyərin əzilməsi, sağ tərəfli hemiplegiya, ənsə nahiyəsinin sıyrılmış yarası, sol ayaq pəncəsinin qançırı kimi ümumulikdə dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törədərək Zərərçəkmiş şəxs yol-nəqliyyat hadisəsi zamanı aldığı, ölümlə birbaşa səbəbli əlaqəli olan qapalı ağır kəllə beyin travması nəticəsində baş beyinin ağır dərəcəli əziyi və beyin qişalarına qansızması nəticəsində 05 iyul 2021-ci il tarixdə ölməsi ilə yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma cinayət əməlini törətmişdir. İşdən görünür ki, təqsirləndirilən şəxs “X30” Azərbaycan Respublikası Qanunun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, bunun nəticəsində məlum yol nəqliyyat hadisəsi baş vermiş, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqə mövcud olmuş, həmçinin təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanı olmuşdur. Məhkəmə kollegiyası gəldiyi qənaətdə həm də ona görə israrlıdır ki, təqsirləndirilən şəxsin idarə etdiyi avtomobildə videoreqistrator mövcud olsada, sonuncu həmin görüntüləri istintaqa təqdim etməmiş və bu fikrini birinci instansiya məhkəməsində verdiyi ifadəsində belə əsaslandırmışdır ki, onun avtomobilində videoreqistrator olmuşdur. Lakin çəkiliş halhazırda yoxdur, çünki hadisədən uzun müddət keçib və o, maşını satmışdır. Apellyasiya məhkəməsinin məhkəmə baxışında verdiyi ifadəsində fərqli səbəblər göstərərək bildirmişdir ki, avtomobilində avtoreqistrator var idi. O avtomobili polis şöbəsindən götürəndə avtoreqistratorda həmin hissə silinmişdir. Bu baxımdan da, kollegiya təqsirləndirilən şəxsin baş vermiş yol nəqliyyat hadisəsində təqsirinin olmaması ilə bağlı ifadələrini obyektiv gerçəkliyi əks etdirməməsi səbəbindən ianandırıcı qəbul etmir. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2000ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla (şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, eksperiza rəyləri, işdə olan digər sənədlərlə) təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 263.2-ci maddəsi ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 263.2-ci maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 263.2ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxsə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir. Belə ki, kollegiya təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 1(075)-12/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi X16 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 1(075)-12/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-27/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-27/2023
01.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver