Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-272/2021 07.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hаkimlər – Rəfiyev Rövşən Rafikoğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Dövlət ittihаmçısı - Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, ədliyyə müşaviri X3; Müdafiəçilər – X2, Müdafiəçi2 və Müdafiəçi1 Əbdürəhman oğlunun Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 iştirаkı ilə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum edilmələrinə dair Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq Müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (hakim Elçin Mehdiyev) 03 iyun 2021-ci il tarixli, 1(075)- 18/2021 saylı hökmü ilə, xx xxxx 1986-cı il tarixdə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, orta ixtisas təhsilli, ailəli, əvvəllər məhkum olunmamış, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanda yaşayan, bаrəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs1 10 sentyabr 2020-ci il tarixdən 08 dekabr 2020-ci il tarixədək həbsdə, 08 dekabr 2020-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 08 ay 24 gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması, onun üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməsi, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs1 üzərində saxlanılmış 1 (bir) il 06 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcının yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, xx xxxx 1986-cı il tarixdə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, аzərbаycаnlı, ali təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanda yaşayan, bаrəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs2, Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 10 sentyabr 2020-ci il tarixdən 16 sentyabr 2020-ci il tarixədək həbsdə, 16 sentyabr 2020-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 08 ay 24 gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması və onun üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs2 üzərində saxlanılmış 1 (bir) il 06 (altı) ay 12 (on iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə icra və probasiya şöbəsinin həyata keçirməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, xx xxxxxxx 1981-ci il tarixdə Şəki şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı,аzərbаycаnlı,оrtаtəhsilli,ailəli, işləməyən, İİ qrup əlil, pensi Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs3 Əlsəyər oğlunun 11 sentyabr 2020-ci il tarixdən 29 sentyabr 2020-ci il tarixədək həbsdə, 29 sentyabr 2020-ci il tarixdən 03 iyun 2021-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 08 ay 23 gün müddət Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasından çıxılması, onun üzərində qəti olaraq 1 (bir) il 06 (altı) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs3 Əlsəyər oğlunun barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğv edilməsi, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi, Təqsirləndirilən şəxs3 Əlsəyər oğlunun barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs3 Əlsəyər oğlu üzərində saxlanılmış 1 (bir) il 06 (altı) ay 14 (on dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yeri üzrə çəkməsi, cəza çəkdiyi müddətdə üzərinə axşam saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşayış yerini tərk etməmək, Şəki rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, Təqsirləndirilən şəxs3 Əlsəyər oğlunun cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirməsi, Təqsirləndirilən şəxs3 Əlsəyər oğluna təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə icra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanması, iş üzrə maddi sübut olan ümumilikdə 7000 ABŞ dollarının, 3300 manatın 05 ədəd qızıl sikkənin, 01 ədəd qızıl üzüyün, 02 ədəd qızıl sırğanın, 01 ədəd qızıl üzüyün, 01 ədəd sepi ilə birlikdə qızıl saatın zərərçəkmiş şəxsə, 01 ədəd Vaz-21013 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibinə qaytarılması, iş üzrə ümumilikdə 31993 manat maddi ziyanın Zərərçəkmiş şəxs ödənilməsi, mülki iddianın olmamasının nəzərə alınması, iş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd qara rəngli əl çantası hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs qaytarılması, iş üzrə maddi sübut olan və Şəki Şəhər-Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ağ rəngli sellofan, 01 ədəd plastik materialdan hazırlanmış əlçək, 01 ədəd parça, 02 cüt müxtəlif rəngli əlçəklər, 03 cüt ağ rəngli plastik materialdan hazırlanmış əlçəklər, 01 ədəd qırmızı taxta dəstəkli açılıb bağlanan bıçaq hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, iş üzrə 120,60 manat ekspertiza xərci hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Əlsəyər oğlundan müştərək qaydada tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməsi müəyyən edilmişdir. Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 1(075)-18/2021saylı hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı apellyasiya protesti verərək həmin hökmün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər və digər proses iştirakçıları tərəfindən apellyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs1 оğlu təqsirli bilinmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib, fərdi yaşayış evinə qanunsuz daxil olmaqla xeyli miqdarda əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq cinayətini həyata keçirmək üçün əvvəlcədən əlçək, fanar və bıçaq əldə etməklə hazırlıqlar görmüş, 03 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ailə üzvlərinin qonaq getdiyinə görə evdə olmadıqlarına dair məlumat əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 atasına məxsus olmaqla özünün idarə etdiyi Vaz-21013 markalı **- BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs işlədiyi, ünvan 5 ünvanında yerləşən "xxxx" MMC-nin İnsan Resursları Departamentinin yaxınlığından həmin gün saat 19:30 radələrindən başlamaqla ünvan 6 ünvana daxil olduğunu görüb həmin evdən çıxaraq yaşadığı evə geri qayıtmasını nəzarətdə saxlayaraq məlumat vermək məqsədi ilə Təqsirləndirilən şəxs2 həmin evin yaxınlığında gözləmiş, o, isə Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 4 ünvanına gedib təxminən saat 21 radələrində evin hasarından keçməklə həyətə qanunsuz daxil olduqdan sonra əvvəlcədən götürdükləri əlçəkləri geyinmiş, Təqsirləndirilən şəxs3 plastik materialdan hazırlanmış evin giriş qapısın qıfıl hissəsinin kənarını üzərindəki bıçaqla kəsməklə qapını açmış, evə qanunsuz daxil olduqdan sonra birlikdə pul və qiymətli əşyalar axtaran zaman o, yataq otağındakı çarpayının alt hissəsində olan 10 manat dəyərindəki əl çantası ilə birlikdə içərisində 8000 AZN pul əskinazı, həmin dövr üçün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 13600 manat dəyərində 8000 ABŞ dolları, 8.55 qram çəkidə, 900 əyarda olan 1250 manat dəyərində 01 ədəd pul sikkəsini, 8.51 qram çəkidə, 900 əyarda olan 1250 manat dəyərində 01 ədəd pul sikkəsini, 8.57 qram çəkidə, 900 əyarda olan 1250 manat dəyərində 01 ədəd qızıl pul sikkəsini, 7.13 qram çəkidə, 916 əyarda olan 900 manat dəyərində 01 ədəd pul sikkəsini, 7.23 qram çəkidə, 916 əyarda olan 870 manat dəyərində 01 ədəd qulplu pul sikkəsini, 26.95 qram çəkidə, 583/585 əyarda olan 1200 manat dəyərində qızıl qol saatını, 14.52 qram çəkidə, 750 əyarda olan 2974 manat dəyərində brilyant qaşlı 1 dəst sırğa cütü - üzüyü, 9.19 qram çəkidə, 583/585 əyarda olan 689 manat dəyərində qızıl üzüyü olmaqla ümumilikdə 10383 manat dəyərində qızıl-zinət əşyalarını olmaqla ümumilikdə 31993 manat dəyərində xeyli miqdarda əmlakı götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs 31993 manat məbləğində maddi ziyanlıq vuraraq xeyli miqdarda oğurluq cinayətini törətmişdir. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs2 оğlu təqsirli bilinmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib, fərdi yaşayış evinə qanunsuz daxil olmaqla xeyli miqdarda əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq cinayətini həyata keçirmək üçün əvvəlcədən əlçək, fanar və bıçaq əldə etməklə hazırlıqlar görmüş, 03 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ailə üzvlərinin qonaq getdiyinə görə evdə olmadıqlarına dair məlumat əldə etdikdən sonra atasına məxsus olmaqla Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz-21013 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs işlədiyi, ünvan 7 ünvanında yerləşən "xxxx" MMCnin İnsan Resursları Departamentinin yaxınlığından həmin gün saat 19:30 radələrindən başlamaqla ünvan 6 ünvana daxil olduğunu görüb həmin evdən çıxaraq yaşadığı evə geri qayıtmasını nəzarətdə saxlayaraq məlumat vermək məqsədi ilə o, həmin evin yaxınlığında gözləmiş, Elgun Rəsulov isə Təqsirləndirilən şəxs3 ilə birlikdə ünvan 4 ünvanına gedib təxminən saat 21 radələrində evin hasarından keçməklə həyətə qanunsuz daxil olduqdan sonra əvvəlcədən götürdükləri əlçəkləri geyinmiş, Təqsirləndirilən şəxs3 plastik materialdan hazırlanmış evin giriş qapısın qıfıl hissəsinin kənarını üzərindəki bıçaqla kəsməklə qapını açmış, evə qanunsuz daxil olduqdan sonra birlikdə pul və qiymətli əşyalar axtaran zaman Təqsirləndirilən şəxs1 yataq otağındakı çarpayının alt hissəsində olan 10 manat dəyərindəki əl çantası ilə birlikdə içərisində 8000 AZN pul əskinazı, həmin dövr üçün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 13600 manat dəyərində 8000 ABŞ dolları, 8.55 qram çəkidə, 900 əyarda olan 1250 manat dəyərində 01 ədəd pul sikkəsini, 8.51 qram çəkidə, 900 əyarda olan 1250 manat dəyərində 01 ədəd pul sikkəsini, 8.57 qram çəkidə, 900 əyarda olan 1250 manat dəyərində 01 ədəd qızıl pul sikkəsini, 7.13 qram çəkidə, 916 əyarda olan 900 manat dəyərində 01 ədəd pul sikkəsini, 7.23 qram çəkidə, 916 əyarda olan 870 manat dəyərində 01 ədəd qulplu pul sikkəsini, 26.95 qram çəkidə, 583/585 əyarda olan 1200 manat dəyərində qızıl qol saatını, 14.52 qram çəkidə, 750 əyarda olan 2974 manat dəyərində brilyant qaşlı 1 dəst sırğa cütü - üzüyü, 9.19 qram çəkidə, 583/585 əyarda olan 689 manat dəyərində qızıl üzüyü olmaqla 10383 manat dəyərində qızıl-zinət əşyaları olmaqla ümumilikdə 31993 manat dəyərində xeyli miqdarda əmlakı götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs 31993 manat məbləğində maddi ziyanlıq vuraraq xeyli miqdarda oğurluq cinayətini törətmişdir. Həmin hökmə əsasən Təqsirləndirilən şəxs3 оğlu təqsirli bilinmişdir ona görə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib, fərdi yaşayış evinə qanunsuz daxil olmaqla xeyli miqdarda əmlakı gizli yolla talamaqla oğurluq cinayətini törətmişdir. Belə ki, o, qəsdən, tamah niyyəti və özgənin əmlakını gizli yolla talama məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs qismində birləşərək cinayət əlaqəsinə girib ünvan 4 ünvanında yaşayan Zərərçəkmiş şəxs evindən oğurluq cinayətini həyata keçirmək üçün əvvəlcədən əlçək, fanar və bıçaq əldə etməklə hazırlıqlar görmüş, 03 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ailə üzvlərinin qonaq getdiyinə görə evdə olmadıqlarına dair məlumat əldə etdikdən sonra Təqsirləndirilən şəxs2 atasına məxsus olmaqla Təqsirləndirilən şəxs1 idarə etdiyi Vaz- 21013 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Zərərçəkmiş şəxs işlədiyi, ünvan 7 ünvanında yerləşən "xxxx" MMC-nin İnsan Resursları Departamentinin yaxınlığından həmin gün saat 19:30 radələrindən başlamaqla ünvan 8 ünvana daxil olduğunu görüb həmin evdən çıxaraq yaşadığı evə geri qayıtmasını nəzarətdə saxlayaraq məlumat vermək məqsədi ilə Təqsirləndirilən şəxs2 həmin evin yaxınlığında gözləmiş, o, isə Təqsirləndirilən şəxs1 ilə birlikdə ünvan 4 ünvanına gedib təxminən saat 21 radələrində evin hasarından keçməklə həyətə qanunsuz daxil olduqdan sonra əvvəlcədən götürdükləri əlçəkləri geyinərək o, plastik materialdan hazırlanmış evin giriş qapısın qıfıl hissəsinin kənarını üzərindəki bıçaqla kəsməklə qapını açmış, evə qanunsuz daxil olduqdan sonra birlikdə pul və qiymətli əşyalar axtaran zaman Təqsirləndirilən şəxs1 yataq otağındakı çarpayının alt hissəsində olan 10 manat dəyərindəki əl çantası ilə birlikdə içərisində 8000 AZN pul əskinazı, həmin dövr üçün ABŞ dollarının Azərbaycan manatına olan məzənnəsi ilə 13600 manat dəyərində 8000 ABŞ dolları, 8.55 qram çəkidə, 900 əyarda olan 1250 manat dəyərində 01 ədəd pul sikkəsini, 8.51 qram çəkidə, 900 əyarda olan 1250 manat dəyərində 01 ədəd pul sikkəsini, 8.57 qram çəkidə, 900 əyarda olan 1250 manat dəyərində 01 ədəd qızıl pul sikkəsini, 7.13 qram çəkidə, 916 əyarda olan 900 manat dəyərində 01 ədəd pul sikkəsini, 7.23 qram çəkidə, 916 əyarda olan 870 manat dəyərində 01 ədəd qulplu pul sikkəsini, 26.95 qram çəkidə, 583/585 əyarda olan 1200 manat dəyərində qızıl qol saatını, 14.52 qram çəkidə, 750 əyarda olan 2974 manat dəyərində brilyant qaşlı 1 dəst sırğa cütü - üzüyü, 9.19 qram çəkidə, 583/585 əyarda olan 689 manat dəyərində qızıl üzüyü olmaqla ümumilikdə 10383 manat dəyərində qızıl-zinət əşyalarını olmaqla ümumilikdə 31993 manat dəyərində xeyli miqdarda əmlakı götürməklə gizli yolla talayaraq Zərərçəkmiş şəxs 31993 manat məbləğində maddi ziyanlıq vuraraq xeyli miqdarda oğurluq cinayətini törətmişdir. Hökmdən Azərbаycаn Respublikаsı Bаş Prokurorluğunun dövlət ittihаmının müdаfiəsi üzrə idаrəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Hökmdən apellyasiya şikayəti və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apelyasiya protestinin dəlilləri və proses iştirakçılarının izahatları: Apelyasiya protesti onunla əsaslandırılmışdır hökm üzrə təyin edilmiş cəzalar cinayətin ağırlığına, xarakterinə, ictimai təhlükəliliyinə və təqsirləndirilən şəxslərin şəxsiyyətlərinə uyğun olmamışdır. Hökm cəza hissəsində ədalətsiz və əsassız olduğundan dəyişdirilməli, apellyasiya instansiyası məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərin barələrində qanuna nnüvafiq qaydada onların təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Çünki məhkəmənin təyin etdiyi cəza törədilmiş cinayət nəticəsində baş vermiş nəticəyə münasibətdə uyğun deyildir. Belə ki, məhkəmə, təqsirləndirilənlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Anar Adbulhəmidova cəza təyin edərkən onların əməllərində CM-in 61-ci maddəsində göstərilən cəzalarını ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən cəzalarını yüngülləşdirən hallar kimi himayələrində az yaşlı uşaqlarının olmasını, zərər çəkmiş şəxslə barışıq əldə etmələrini, cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəmələrini nəzərə almaqla, CM-inn 59.2-ci maddəsinə istinad edərək onların təqsirlərini ilk gündən etiraf etməklə əməllərindən peşman olduqlarını, yaşayış yerlərindən müsbət xarakterizə olunmalarını onlara təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirmişdir. Lakin, məhkəmə təqsirləndirilənlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Anar Adbulhəmidova cəza təyin edilməsi məsələsinə baxaraq, onların nəsuliyyətini yüngülləşdirən hallarla yanaşı, CM-nin 58-ci maddəsinin tələbinə uyğun təqsirkar şəxslərin yaşayış yerindən müsbət xarakterizə olunmalarını, şəxsiyyətlərini nəzərə alan hallar kimi göstərsə də, onların hansı cəhətlərinə görə müsbət xarakterizə olunmalarını və bunun nədə ifadə olunduğunu, şəxsiyyətlərini əhəmiyyətli dərəcədə müsbət mənada ehtiva edən hansı cəhətlərin olmasını və hansı səbəbdən cəzanı yüngülləşdirən hal kimi nəzərə almasını ittiham lökmünün təsviri-əsaslandırıcı hissəsində göstərməmişdir. CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Cəzanı yüngülləşdirən hallar Azərbaycan Respublikası CPM-nin 139-cu maddəsinə görə sübut edilməli hallardır və məhkəmə tərəfindən toplanmış sübutlar əsasında qəbul edilə bilər. Azərbaycan Respublikası Cinayət-Prossesual Məcəlləsinin 353.3.3-cü maddəsinə əsasən məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar hökmdə göstərilməlidir. Bundan başqa, ‘Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarı ilə hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılması, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin həyata keçirilməsinin sözsüz təmin edilməsi tövsiyyə edilmişdir. Həmin Qərarın 1-ci bəndinin 2 və 3-cü abzasına görə cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilmə şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Habelə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əmə in CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Lakin məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən yuxarıda qeyd olunan qanunun, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarlarının tələblərinə əməl etməyərək, əsassız və ədalətsiz hökm çıxarmışdır. Göstərilənlərə əsasən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və X1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə məhkum olunmalarına dair Şəki Rayon Məhkəməsinin 03.06.2021-ci il tarixli, 1(075)-18/2021 saylı hökmü onlara təqsirli bilindikləri maddələrin sanksiyalarında nəzərdə tutulan həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apellyasiya protestinin təmin edilməsini, Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 1(075)- 18/2021 saylı hökmünün dəyişdirilməsini, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X6, təqsirləndirilən Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi Müdafiəçi2 və təqsirləndirilən Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi Müdafiəçi1 Əbdürəhman oğlu apellyasiya protestinin təmin edilməməsi və Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 1(075)-18/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apellyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpelyаsiyа protestinin dəlillərini müzаkirə edərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apellyasiya protesti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 1(075)-18/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işinin birinci cild 59-60-cı vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 10.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin tarixdə saat 21:10 radələrində Azərbaycan Respulikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin birinci cild 83-84-cü vərəqələrində olan şübhəli şəxsin tutulması haqqında 10.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin tarixdə saat 23:50 radələrində Azərbaycan Respulikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin birinci cild 107-108-ci vərəqələrində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan şübhəli şəxsin tutulması haqqında 11.09.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs3 həmin tarixdə saat 01:30 radələrində Azərbaycan Respulikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin birinci cild 123-136-cı vərəqələrində olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 11 sentyabr 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 03 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq etdiyi şəraiti və oğurladığı pulları gizlətdiyi yeri könüllü olaraq təsvir etmişdir. Cinayət işinin birinci cild 137-142-ci vərəqələrində olan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 11 sentyabr 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs2 03 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluqda iştirak etdiyi şəraiti və oğurladığı pulları gizlətdiyi yeri könüllü olaraq təsvir etmişdir. Cinayət işinin birinci cild 144-157-ci vərəqələrində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 11 sentyabr 2020-ci il tarixli protokol və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs3 03 sentyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs evindən oğurluq etdiyi şəraiti və oğurladığı pulları gizlətdiyi yeri könüllü olaraq təsvir etmişdir. Cinayət işinin ikinci cild 9-cu vərəqəsində olan Şəki şəhər İcra Hakimiyyəti “Qışlaq” məhəllə nümayəndəsi tərəfindən verilmiş 14.09.2020-ci il tarixli arayışdan və cnayət işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində 2008 və 2011-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin ikinci cild 10-cu vərəqəsində olan Şəki şəhər İcra Hakimiyyəti “Qışlaq” məhəllə nümayəndəsi tərəfindən verilmiş 14.09.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşadığı məhəllə sakinləri arasında böyük hörmət qazanmış, tərəflərindən ona verilmiş tapşırıqları layiqincə yerinə yetirmiş, ərazidə keçirilən ictimai işlərdə fəal iştirak etmiş, yaşadığı ərazidə nizam-intizam qaydalarına ciddi riayət edir, halhazıra kimi onun barəsində ərizə və şikayət daxil olmamışdır. Beləliklə Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin ikinci cild 11-ci vərəqəsində olan 17 saylı Tibbi Sosial Ekspert Komissiyasının 14 yanvar 2016-cı il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs3 İİ dərəcə əlillik təyin edilmişdir. Cinayət işinin ikinci cild 13-cü vərəqəsində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan Şəki şəhər İcra Hakimiyyəti “Qurcana” məhəllə nümayəndəsi tərəfindən verilmiş 14.09.2020-ci il tarixli arayışdan və cnayət işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 12 noyabr 2010 və 21 avqust 2020-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin ikinci cild 14-cü vərəqəsində Şəki şəhər İcra Hakimiyyəti “Qurcana” məhəllə nümayəndəsi tərəfindən verilmiş 14.09.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 orta məktəbi əla qiymətlərlə qurtardıqdan sonra ali məktəbə daxil olmuş, tələbə olduğu müddətdə tələbə yoldaşları ilə mehriban münasibətlərdə olmuş, yaşadığı müddətdə qohum-qonşularla yaxşı münasibətdə olub, xeyirdə-şərdə yaxından iştirak etmiş, haqqında məhəllə nümayəndəliyinə bu günə kimi heç bir şikayət daxil olmamışdır. Beləliklə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin ikinci cild 16-cı vərəqəsində olan Şəki şəhər İcra Hakimiyyəti “Qurcana” məhəllə nümayəndəsi tərəfindən verilmiş 16.09.2020-ci il tarixli arayışdan və cnayət işində olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində 26 iyul 2009 və 28 aprel 2011-ci il təvəllüdlü iki azyaşlı uşağı vardır. Cinayət işinin ikinci cild 17-ci vərəqəsində olan Şəki şəhər İcra Hakimiyyəti “Qurcana” məhəllə nümayəndəsi tərəfindən verilmiş 16.09.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 orta məktəbi bitirdikdən sonra X4 daxil olub, tələbə olduğu müddətdə tələbə yoldaşları ilə mehriban münasibətlərdə olmuş, yaşadığı müddətdə qohum-qonşularla yaxşı münasibətdə olub, xeyirdə-şərdə yaxından iştirak etmiş, haqqında məhəllə nümayəndəliyinə bu günə kimi heç bir şikayət daxil olmamışdır. Beləliklə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Cinayət işinin ikinci cild 26-cı vərəqəsində olan Azərbaycan Respubliası DİN BƏSİİ tərəfindən 18.09.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin ikinci cild 27-cı vərəqəsində olan Azərbaycan Respubliası DİN BƏSİİ tərəfindən 18.09.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin ikinci cild 28-ci vərəqəsində olan Azərbaycan Respubliası DİN BƏSİİ tərəfindən 18.09.2020-ci il tarixdə verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkum olunmamışdır. Cinayət işinin ikinci cild 32-ci vərəqəsində olan məhkəmə istintaqında elan edilməklə tədqiq olunan, Kapital Bank ASC-nin 15.09.2020-ci il tarixli 126 nömrəli məktubundan görünür ki, 03.09.2020-ci il tarixli X12 Məzənnəsinə əsasən 1 ABŞ dolları 1.7000 AZN ekvivalentində təşkil edib. Cinayət işinin ikinci cild 39-cu vərəqəsində olan Şəki RMX-nın 18.09.2020-ci il tarixli, 2399 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanda yaşayan Zərərçəkmiş şəxs, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs1, ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs2 və ünvan 3 ünvanda yaşayan Abdulhəmidov X10 RMX-nın publik hüquqi şəxsin Narkologiya kabinetinə müraciət etməmiş və qeydiyyatda yoxdurlar. Cinayət işinin ikinci cild 64-cü vərəqəsində olan Şəki Rayon Psixatriya Xəstəxanasının 15.09.2020-ci il tarixli, 528 nömrəli məktubundan görünür ki, ünvan 4 ünvanda yaşayan Zərərçəkmiş şəxs, Şəki şəhəri, M.F.Axundov küçəsi ev 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs1, ünvan 10ayan Təqsirləndirilən şəxs2 və Şəki şəhəri, İ.Osmanlı küçəsi ev 1/5 ünvanında yaşayan Abdulhəmidov X10 Rayon Psixatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdurlar. Apellyasiya protestində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmələri mübahisələndirilməsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci (Sübutların mümkünlüyü), CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edərək cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərini Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin cinayət əməllərinin Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs1 cəza təyin edərkən məhkəmə onun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini nəzərə almış, CM-in 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs1 təqsirini ilk gündən səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs2 cəza təyin edərkən məhkəmə onun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini nəzərə almış və CM-in 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs2 təqsirini ilk gündən səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs3 Əlsəyər oğluna cəza təyin edərkən məhkəmə onun əməlində CM-in 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdıran halların olmamasını, həmin Məcəllənin 59.1.4-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi himayəsində iki azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.1.12-ci maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsini, həmin Məcəllənin 59.1.13-cü maddəsində göstərilən cəzanı yüngülləşdirən hal kimi cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini nəzərə almış, CM-in 59.2-ci maddəsinə istinad edərək Təqsirləndirilən şəxs3 Əlsəyər oğlunun təqsirini ilk gündən səmimi etiraf etməklə əməlindən peşmançılıq çəkməsini, yaşayış yerindən müsbət xarakterizə olunmasını ona təyin ediləcək cəzanın yüngülləşdirici halları kimi qiymətləndirmişdir. Birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki, CM-in 58.3 maddəsinin tələblərinə əməl etməklə cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, ittiham olunduqları maddələrin sanksiyasında azadlıqdan məhrum etmə cəzasına alternativ cəza olduğunu, azadlıqdan məhrum edilmədən islah olunmalarının mümkünlüyünü, habelə təyin olunacaq cəzanın onların islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onlara təqsirləndikləri maddələrin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin etmədən, cəzanın məqsədinə nail olmaq mümkündür. Ona görə də birinci instansiya məhkəməsi məhkəməsi onlara təqsirləndirildikləri CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab etmişdir. Hazırda araşdırılan işdən bəlli olur ki, dövlət ittihamçısı birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, təqsirləndirilən şəxslərə daha ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya protestinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxslərin törətdikləri cinayətin ictimai təhlükəli xarakterini, nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında onun əməlinə uyğun həddə (177.2.1, 177.2.3 və 177.2.4cü maddələrinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 oktyabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyası qeyd edir ki, şəxslərin törətdikləri cinayət əməllərini etiraf edib əməlindən peşman olmaları həmin şəxsləri belə davranış nümayiş etdirməyərək törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Digər tərəfdən məhkəmə kollegiyasının xatırlatmasına görə təqsirləndirilən şəxslərin vurduğu zərər tam şəkildə ödənilmişdir Belə olan halda, məhkəmə kollegiyası Şəki Rayon Məhkəməsinin məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya protestinin dəlillərini əsaslı hesab etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Eyni zamanda, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilənlər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Anar Adbulhəmidovun əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, oların təqsirləndirildikləri CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyalarında azadlığın məhdududlaşdırılması cəzası da nəzərdə tutulduğu halda, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Anar Adbulhəmidovun azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilər. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 1(075)-18/2021 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. X13 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hüquqlarının müdafiəsi müvafiq olaraq dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki regional Vəkil Bürosunun vəkilləri X6, Müdafiəçi2 və Müdafiəçi1 Əbdürəhman oğlu tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxslərə göstərilmiş 8 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkillər X6, Müdafiəçi2 və Müdafiəçi1 Əbdürəhman oğlunun hər birinin hesabına 48 manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun dövlət İttihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair Şəki Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 1(075)- 18/2021 saylı hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. X13 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 göstərilən hüquqi yardımla bağlı Şəki regional Vəkil Bürosunun vəkillləri X6, Müdafiəçi2 və Müdafiəçi1 Əbdürəhman oğlunun hər birinin "xxxx" ASC-də olan AZ81UBAZ**********0090AZN001 saylı ("xxxx" ASC-nin Şəki filialının bank rekvizitləri: Bank müxbir hesabı AZ46NABZ**********0000015944; KOD 502531; VÖEN **********, SWİFT: UBAZAZ22) hesabına ayrı-ayrılıqda 48 manat köçürülsün. Qərarın icrası göstərdiyi hüquqi yardımla bağlı vəkilə əmək haqqının ödənilməsi hissəsində Azərbaycan Respublikası Vəkillər X5 və Tədris Mərkəzinə həvalə edilsin. Hökm baxılmış apelyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-272/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-272/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver