Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-276/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X1; Müdafiəçi – X5 iştirаkı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(019)-36/2021 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(019)-36/2021 saylı hökmü ilə (hakim Hümbət Səlimov) xx.xx.1994-cü ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, onun 30 yanvar 2021-ci il tarixdən 01 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub saxlandığı 2 (iki) gün müddətin Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən cəza müddətinə daxil edilməklə həmin cəzadan çıxılması və onun üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin 19 may 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək onun barəsində həbs qətimkan tədbiri seçilməsi, o məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən qüvvəsində saxlanılması, iş üzrə 51.06 manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutulub Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iş üzrə maddi sübut kimi tanınmış və Balakən rayon polis şöbəsində saxlanılan Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36 ünvanından aşkarlanaraq götürülmüş bir ədəd nömrəsi silinmiş, 9 mm kalibrli, istifadəyə yararlı, odlu və yivli döyüş silahı hesab edilən BHP modelli, Belçikada zavod üsulu ilə istehsal olunmuş tapança, DİN-in KTİ-də eksperimental atəş keçirilən zaman 2 ədəd patrondan istifadə edildikdən sonra geriyə qalmış bir ədəd 9 mm kalibrli, həmin kalibrə malik avtomatik konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab edilən patron və bir ədəd tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqça hökm qanuni qüvvəsini aldıqdan sonra Azərbaycan Respublikasının DİN-in silah sursat anbarına təhvil verilməsi, iş üzrə maddi sübut olan iki ədəd DVD diski cinayət işinin materiallarında saxlanılması, Təqsirləndirilən şəxs məhkəmə icraatı zamanı göstərilən hüquqi yardımla bağlı Azərbaycan Respublikası Dövlət büdcəsinin vəsaiti hesabından 66 manat tutulub vəkil Müdafiəçi ödənilməsi üçün Balakən rayon Vəkil Bürosunun hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ona görə ki, 2020-ci ilin dekabr ayının sonlarında Balakən şəhəri ərazisindən keçən Balakən çayın kənarından tapıb qəsdən qanunsuz olaraq əldə etdiyi bir ədəd nömrəsi silinmiş, 9 mm kalibrli, istifadəyə yararlı, odlu və yivli döyüş silahı hesab edilən BHP modelli, Belçikada zavod üsulu ilə istehsal olunmuş tapançanı, üç ədəd 9 mm kalibrli, həmin kalibrə malik avtomatik konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab edilən patronları və bir ədəd tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçanı üzərində daşıyaraq yaşadığı ünvan 2 ünvanda yerləşən otaqdakı dolabın içərisində saxlamışdır. 30 yanvar 2021-ci il tarixdə saat 15 radələrində Balakən RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs öz könüllü razılığı və iştirakı ilə yaşadığı evə keçirilən baxış zamanı qəsdən, qanunsuz olaraq əldə edərək daşıyıb yaşadığı evin otağındakı dolabın içərisində saxladığı bir ədəd nömrəsi silinmiş, 9 mm kalibrli, istifadəyə yararlı, odlu və yivli döyüş silahı hesab edilən BHP modelli, Belçikada zavod üsulu ilə istehsal olunmuş tapança, üç ədəd 9 mm kalibrli, həmin kalibrə malik avtomatik konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış istifadəyə yararlı döyüş sursatı hesab edilən patronlar və bir ədəd tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqça aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü çıxarılmışdır. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətində məhkumluğunun olmamasını, ata və anasının olmamasını, aztəminatlı ailə olmasını nəzərə alaraq cəzasının azaldılmasını və ya ona cərimə cəzasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(019)-36/2021 saylı hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rаyon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(019)-36/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа şikayətinin dəlillərini məhkəmə istintaqı aparılmadan müzаkirə edərək, təqsirləndirilən şəxsin və müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihаmçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rаyon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(019)-36/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş 30 yanvar 2021-ci il tarıxli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış 30.01.2021-ci il tarixdə Balakən RPŞ-nin inzibati binasında saat 14:50-dən 15:20-dək olan müddət ərzində keçirilmişdir. Şəxsi axtarış aparılan zaman müəyyən olunmuşdur:30.01.2021-ci il tarixdə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36-da yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq odlu silah saxlaması barədə RPŞ-yə daxil olmuş məlumat əsasında Balakən RPŞ-yə dəvət edilmiş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutularaq onun üzərində vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-də nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Daha sonra Təqsirləndirilən şəxs əgər üzərində hər hansı bir qanunsuz əşya, vasitə, odlu silah varsa təqdim etməsi bildirilmişdir. Şəxsi axtarış zaman Təqsirləndirilən şəxs üzərində deyil, yaşadığı Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil 36-da yerləşən evində markasını bilmədiyi tapança silahının olduğunu, saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən hər hansı bir qanunsuz əşya, vasitə, odlu silah aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evində saxladığı tapançanı bir ay əvvəl çaylağa dəmir yığmağa getdiyi zaman tapdığını bildirmişdir. Şəxsi axtarış “Sony” markalı videokamera vasitəsi ilə qeydə alınmışdır. Protokol tərtib olunmuşdur, doğruluğu imzalarla təsdiq edilmişdir. Şəxsi axtarışın qeydə alındığı videogörüntülərin köçürüldüğü DVD disk protokola əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş 30 yanvar 2021-ci il tarixli ilkin araşdırma zamanı baxış keçirilməsi barədə protokoldan görünür ki, baxış 30.01.2021-ci il tarixdə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36 ünvanına saat 15:50-dən 16:30-dək olan müddət ərzində keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir: 30.01.2021-ci il tarixdə Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil 36-da yaşayan Təqsirləndirilən şəxs üzərində və yaşadığı evində qanunsuz olaraq odlu silah saxlanılması barədə RPŞ-yə daxil olmuş məlumat əsasında sonuncu Balakən RPŞ-yə dəvət edilmiş, təhqiqatçı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutularaq onun üzərində şəxsi axtarış aparılarkənTəqsirləndirilən şəxs üzərindən qanunsuz əşya, vasitə, odlu silah aşkar edilməmişdir.Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı yaşadığı evdə odlu silah hesab edilən tapança saxladığını bildirmişdir. Bununla bağlı Təqsirləndirilən şəxs yaşadığı Balakən şəhəri Ə.Ansuxski küçəsi ev-1 mənzil-36-da yerləşən yaşayış evinə, onun vəkillər siyahısından seçdiyi vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Balakən RPŞ-yə ərizə ilə müraciət edərək polis əməkdaşlarının onun yaşadığı evə baxış keçirmələrinə icazə verdiyini, etirazının olmadığını bildirmişdir.Təqsirləndirilən şəxs məxsus ev binanın 4-cü mərtəbəsində yerləşmişdir, 2 otaq, 1 mətbəx və 1 hamam otağından ibarətdir. Təqsirləndirilən şəxs evdə tək yaşadığını bildirərək evin istifadəsiz otağında dolabın içərisindəki çantanın içərisində qırmızı ağ zolaqlı şərfə bükərək saxladığı bir ədəd odlu silah hesab edilən qara rəngli tapança, bir ədəd tapança sandığı və 3 ədəd patronu təqdim edərək saxladığı tapança, sandıq və 3 ədəd patronu bir ay əvvəl çaylaqda dəmir yığmağa getdiyi zaman sellofan bükümdə tapdığını, tapdığı tapançanın markasını bilmədiyini, tapdığı tapança, sandıq və patronları polisə təqdim etmək istədiyini, lakin qorxduğundan onları evində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi, üzərində əcnəbi dildə “Orique Nationale oarkiesde GUFREE Herstal Belgique” yazısı həkk olunmuş markası bilinməyən bir ədəd qara rəngli odlu silah hesab edilən tapançaya oxşar silah, 3 ədəd patron və bir ədəd qara rəngli tapança sandığı təhqiqatçı Natiq Muradov tərəfindən bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmışdır, üzəri möhürlənərək iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evinin digər otaqlarına baxış keçirilən zaman başqa qanunsuz əşya, vasitə aşkar edilməmişdir. Baxış “Sony” markalı videokamera vasitəsi ilə qedə alınmışdır. Protokol tərtib olunmuşdur və doğruluğu imzalarla təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X6 Bölməsinin 30 yanvar 2021-ci il tarixli 17/81 nömrəli ekspert rəyində göstərilmişdir: Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd nömrəsi silinmiş silah 9 mm kalibrli olmaqla, BHP modelli, Belçikada zavod üsulu ilə istehsal olunmuş tapançadır, yivli odlu döyüş silahıdır, istifadəyə yararlıdır. Tədqiq edilən 3 (üç) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik avtomatik konstruksiyalı tapançalarda istifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilirlər, istifadəyə (atəşə) yararlıdırlar. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet tapançanın funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibrli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasə DİN-in Kriminalistik Tədqiqatlar İdarəsindən daxil olmuş 20 aprel 2021-ci il tarixli 011-3598-1221 nömrəli məktubda göstərilmişdir ki, DİN-in Kriminalistik Tədqiqatlar İdarəsinə təqdim edilmiş 01 ədəd 9x19 mm kalibrli, nömrəsi silinmiş Brauninq konstruksiyalı tapançadan eksperimental qaydada atılmış güllə və giliz nümunələri idarənin “güllə-giliz” kartotekasında “ARSENAL” avtomatlaşdırılmış ballistik sistemi vasitəsi ilə yoxlanılmışdır. Müqayisəli tədqiqat zamanı eynilik aşkar edilməmişdir. Təqdim edilmiş 03 ədəd 9x19 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. İş materiallarına əlavə edilmiş 30 yanvar 2021-ci il tarixli şübhəli şəxsi tutma protokolundan görünür ki, 30 yanvar 2021ci ildə saat 14:30-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İş materiallarına əlavə edilmiş Balakən Rayon Məhkəməsinin 01.02.2021-ci il tarixli qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsində imtina edilmişdir. İş materiallarına əlavə edilmiş 01 fevral 2021-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, həmin qərara əsasən Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 19 mart 2021-ci il tarixli 656 nömrəli arayışdan görünür ki, Həsənov X4 şəhəri, Ə.Ansuxski küçəsi, ev-1 mənzil-36 ünvanında yaşayır. İş materiallarına əlavə edilmiş Balakən rayon İHB-nın şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Barəsində nümayəndəliyə heç bir şikayət daxil olmadığı göstərilir. İş materiallarına əlavə edilmiş DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş tələbnamədən görünür ki, Həsənov X4 Rayon Məhkəməsinin 10.08.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.1, 234.1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il 04 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25.07.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi mübahisələndirilməsə də, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnаrаq bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olması barədə dövlət ittihamçısının mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CMin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran hallların olmamasını, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda Təqsirləndirilən şəxs əvvəllər məhkum olunub cəza çəkməsini, buna baxmayaraq yenidən hazırkı cinayət əməlini törətməsini, Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri və azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə bilməyəcəyini nəzərə alaraq, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına nail olmaq üçün Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş аzаdlıqdan məhrum etmə növündə cəzanı təyin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41 və 58-ci maddələrinin tələblərini lazımınca nəzərə almış, həmin tələblər baxımından ona əsaslı və ədalətli cəza təyin etmişdir. Ona görə də, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(019)-36/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 1(019)-36/2021 saylı hökmü dəyişdirilmədən saxlanılsın. X9 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şəki regional Vəkil Bürosunun vəkili X5 "xxxx" ASC-də olan AZ81UBAZ**********0090AZN001 saylı ("xxxx" ASC-nin Şəki filialının bank rekvizitləri: Bank müxbir hesabı AZ46NABZ********************; KOD 502531; VÖEN **********, SWİFT: UBAZAZ22) hesabına 36 manat köçürülsün. Qərarın icrası göstərdiyi hüquqi yardımla bağlı vəkilə əmək haqqının ödənilməsi hissəsində Azərbaycan Respublikası Vəkillər X2 və Tədris Mərkəzinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-276/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-276/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver