Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-277/2021 29.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Elçin Şirin oğlu və Rəfiyev Rövşən Rafiq oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi-Şəki Regional Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(014)-73/2021 nömrəli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ağdaş Rayon Məhkəməsinin (hakim Nizam Əliyev) 02 iyun 2021-ci il tarixli, 1(014)- 73/2021 nömrəli hökmü ilə xx.xx.1986-cı ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, işləməyən, subay, əvvəllər məhkum olunmuş, Ağdaş şəhəri M.İsayev küçəsi 1 ünvanında qeydiyyatda olan və yaşayan, 14.04.2021-ci il tarixdə barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs barəsində Ağdaş Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün hissəsindən Xəzər rayon Məhkəməsinin 17 iyul 2020-ci il tarixli 7(003)-839/2020 saylı qərarı ilə şərti olaraq vaxtından əvvəl azad edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən ləğv edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Ağdaş Rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 01 (bir) il 01 (bir) ay 22 (iyirmi iki) gün hissəsi hazırki hökmlə təyin edilmiş 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək qəti cəza, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli həbsə alındığı vaxtdan yəni, 12 aprel 2021-ci il tarixdən hesablanması, Təqsirləndirilən şəxs barəsində seçilmiş «Həbs» qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə olunması, Təqsirləndirilən şəxs ərazi narkoloji kabinetdə qeydiyyata alınması, aparılmış ekspertiza tədqiqatının dəyəri 69 manat 10 qəpik (altmış doqquz manat on qəpik) Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilməsi, iş üzrə maddi sübut, Ağdaş rayon Polis Şöbəsinin MSSK-da saxlanılan, ekspertiza tədqiqatından sonra, qalan 1.006 qram olan narkotik vasitə hesab olunan heroinin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, Təqsirləndirilən şəxs göstərilmiş hüquqi yardıma görə 84 (səksən dörd) manat dövlət büdcəsindən tutularaq Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkil Müdafiəçi1 “Azərbaycan Beynəlxalq Bankı”nın Ağdaş filialındakı kodu 805409, müxbir hesabı AZ03NABZ********************, SWİFT İBAZAZ2X, müştərinin hesab nömrəsi AZ10İBAZ ******************** saylı hesabına, 120 (yüz iyirmi) manat Ağdaş rayonunda fərdi fəaliyyət göstərən vəkili Müdafiəçi2 "xxxx" ASC-nin Ağdaş filialındakı kodu 200606, müxbir hesabı AZ37NABZ********************, SWİFT AİİBAZ2X, müştərinin hesab nömrəsi AZ76AİİB410400C**********160 saylı hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötürü ki, o, Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə Ağdaş rayon Məhkəməsinin 28 iyun 2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının əvvəli 09 mart 2018-ci il tarixdən hesablanmaqla Xəzər rayon məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 01 ay 22 gününü çəkməkdən şərti olaraq vaxtından azad edilmiş, məhkumluğu ödənilmədən və ya götürülmədən 2021-ci ilin aprel ayının əvvəllərində Ağdaş şəhəri Maşad qəbirstanlığının yaxınlığından yerdən tapdığı şəxsi istehlak miqdarından artıq miqdarda 03 ədəd sellofan bükümdə ümumi təmiz çəkisi 1.156 qram heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə etmiş, həmin narkotik vasitədən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0.436 qram narkotik vasitə olan heroini üzərində daşımış, 0.720 qram heroini evində saxlamışdır. 12 aprel 2021-ci il tarixdə saat 14.00 radələrində Təqsirləndirilən şəxs ünvan 1 ünvanda yerləşən Ağdaş rayon polis şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman qanunsuz saxladığı həmin narkotik vasitələrdən 0.436 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Həmçinin həmin gün yəni, 12.04.2021-cu il tarixdə saat 14-21 radələrində Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanda yerləşən evində axtarış aparılan zaman qanunsuz saxladığı 0.720 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin məhkəmə istintaqı zamanı ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü təqsirli bilərək ifadəsində özünün və yaxın qohumlarının heç bir ruhi-əsəb xəstəliyi olmadığını narkotik vasitələrin istifadəçisi olduğunu, əvvəllər bir neçə dəfə məhkum olunduğunu, sonuncu dəfə təxminən 3 il əvvəl narkotik vasitələr satdığına görə məhkum olunduğunu, təxminən 10 ay əvvəl azadlığa çıxdığını, 12.04.2021-ci il tarixdə təxminən saat 13-30 radələrində yaşadığı binanın həyətində olarkən polis əməkdaşlarının ona yaxınlaşaraq narkotik vasitə saxlamağı barədə onlarda məlumat olmasını bildirdiklərini və onu Ağdaş RPŞ-nə dəvət etdiklərini, Ağdaş RPŞ-də ona dövlət hesabına müdafiəçi təyin edildiyini və şübhəli kimi tutulduğunu, daha sonra isə Ağdaş RPŞ-nin növbətçi hissəsində müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, cinsin arxa ciblərindən qəpik pullar və 8 ədəd bir manatlıq pul əskinasları, gödəkçənin iç sol yan cibindən 01 ədəd siqaret dənəsinin aşkar edildiyini, üzərindən aşkar edilmiş həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar olunduğunu, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını dediyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 0,48 qram olduğunu, sonra həmin maddənin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, şəxsi axtarış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özünün və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən aşakr edilmiş digər əşyalarının ona qaytarıldığını, həmçinin şəxsi axtarış zamanı yaşadığı evdə narkotik vasitə olmasını bildirdiyini, daha sonra müdafiəçinin iştirakı ilə yaşadığı evə baxış keçirildiyini, baxış zamanı yaşadığı evin yataq otağında kamodun altında iki ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar olunduğunu, bundan sonra aşkar olunmuş həmin narkotik maddələr elektron tərəzidə çəkildiyini və çəkilərinin 0,29 qram və 0,49 qram olduğunu, sonra həmin maddələrin zərfə qablaşdırıldığını, üzərinə möhür vurulduğunu, iştirakçıların həmin zərfə imza etdiklərini, baxış zamanı video çəkiliş aparıldığını, protokol tərtib olunduğunu, özünün və digər proses iştirakçılarının heç bir şikayətləri olmadığından protokola imza etdiklərini, üzərindən və yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri özü istifadə etmək üçün üzərində və evində saxladığını, həmin narkotik maddələri təxminən 10 gün əvvəl Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlığının yaxınlığında tapdığını, heç vaxt heç kimə narkotik vasitə satmadığını, üzərinə və yaşadığı evə baxış keçirilərkən orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, üzərindən və evindən aşkar olunan narkotik vasitədən başqa heç bir yerdə narkotik vasitə saxlamadığını, RPŞ-nə gətirilən zaman ona qarşı hər hansı bir təzyiq və ya zor tətbiq olunmadığını, ona ifadəsinin alınmasında hər hansı bir təzyiq və zorakılıq hərəkətləri edilmədiyini bildirdi. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 məhkəmə iclasında verdiyi ifadəsində Ağdaş rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işlədiyini, 12.04.2021-ci il tarixdə Ağdaş şəhəri M.İsayev küçəsi 1-də qeydiyyatda olan, xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs narkotik vasitələri üzərində saxlaması və qəbul etməsi barədə RPŞ-nə məlumat daxil olduğunu, həmin məlumat əsasında həmin tarixdə özü tərəfindən raportla RPŞ-nin rəhbərliyinə məruzə olunduğunu və tərəfindən müvafiq sənədləşmələr aparıldığını, həmin gün saat 13:30 radələrində CAB-nin əməliyyat müvəkkili, Şahid2 ilə birlikdə Təqsirləndirilən şəxs Ağdaş şəhəri M.İsayev küçəsində yerləşən yaşadığı binanın həyətində olmasını gördüklərini, ona yaxınlaşaraq özlərini təqdim etdiklərini və ona üzərində narkotik vasitələri saxlaması barədə özlərində məlumat olduğunu bildirdiklərini, həmçinin onu RPŞnə dəvət etdiklərini, RPŞ-nin növbətçi hissəsində müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə Ruslanın üzərində şəxsi axtarış keçirildiyini, şəxsi axtarış zamanı Ruslanın əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, həmin cins şalvarın arxa ciblərindən qəpik pullar və 8 ədəd bir manatlıq pul əskinasları, gödəkçənin iç sol yan cibindən 01 ədəd siqaret dənəsi aşkar edildiyini, Ruslanın üzərindən aşkar edilmiş həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar olunduğunu, Ruslanın həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, həmçinin Təqsirləndirilən şəxs yaşadığı evdə də narkotik vasitə olmasını bildirdiyini, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkildiyini və çəkisinin 0,48 qram olduğunu, daha sonra şəxsi axtarış zamanı Ruslanın üzərindən aşkar olunmuş 01 ədəd sellofan büküm zərfə qablaşdırıldığını, zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürləndiyini, şəxsi axtarış zamanı Ruslanın üzərindən başqa heç nə aşkar edilmədiyini, həmçinin onun üzərindən aşkar edilmiş pulların ona qaytarıldığını, şəxsi axtarışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra şəxsi axtarışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, daha sonra Təqsirləndirilən şəxs yaşadığı evinə baxış keçirilməsi barədə müvafiq sənədləşdirmələr aparıldığını və bu barədə Ağdaş rayon Məhkəməsinin də qərar alındığını, bundan sonra müdafiəçinin iştirakı ilə Ruslanın yaşadığı evə baxış keçirildiyini, baxış zamanı Ruslanın yaşadığı evin yataq otağında kamodun altında iki ədəd sellofan büküm aşkar edildiyini, həmin sellofan bükümlər açılan zaman içərilərindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar olunduğunu, bundan sonra aşkar olunmuş həmin narkotik maddələrin elektron tərəzidə çəkildiyini və çəkilərinin 0,29 qram və 0,49 qram olduğunu, sonra həmin maddələrin zərfə qablaşdırıldığını, zərfin üzərinin Azərbaycan Respublikası DİN-nin 111 nömrəli möhürü ilə möhürləndiyini, baxış zamanı Ruslanın yaşadığı evindən başqa heç nə aşkar edilmədiyini, baxışın videoçəkiliş vasitəsilə aparıldığını, protokol tərtib olunduğunu və protokol ucadan oxunduqdan sonra baxışda iştirak edən hər bir şəxsin protokollara imza etdiklərini, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı evindən aşkar olunmuş narkotik maddəni təxminən 10 gün əvvəl Ağdaş şəhərində yerləşən Maşad qəbiristanlığının yaxınlığında tapdığını və özü istifadə etmək üçün üzərində və evində saxladığını bildirdiyini, Təqsirləndirilən şəxs əvvələr narkotik maddələrin satışı ilə məşğul olması ilə əlaqədər məhkum olunduğunu, onun, cəzaçəkmə müəssisəsindən yeni çıxdığını və barəsində narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olsa da həmin məlumatı realizə etmək mümkün olmadığını, Təqsirləndirilən şəxs üzərində və evində şəxsi axtarış aparılan zaman orada müdafiəçi və polis əməkdaşlarının olduğunu, həmçinin şəxsi axtarışın videoçəkilişlə aparıldığını göstərdi. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə vermişdir. Beləliklə Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi onun özünün birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi etirafedici ifadəsindən başqa, şahid ifadələri, ekspertiza rəyləri və işin məhkəmə iclasında araşdırılmış digər materialları ilə tam sübuta yetirilir. Birinci instansiya məhkəməsi belə bir nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o törətdiyi cinayətə görə cəza almalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs himayəsində bir az yaşlı övladının olmasını, təqsirini etiraf edərək əməlindən peşman olmasını bildirməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Hökmdən Təqsirləndirilən şəxs müdafiəçisi X4 tərəfindən apellyasiya şikayəti verilmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayətində Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(014)-73/2021 nömrəli hökmünün cəzaya aid hissədə dəyişdirilərək təqsirləndirilən şəxs barəsində aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs müdafiəçisi X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin təmin edilməsini və Təqsirləndirilən şəxs barədə aşağı həddə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X1 oğlu Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinin təmin olunmamasını və Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(014)-73/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-nin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya şikayəti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(014)-73/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin 12 aprel 2021-ci il tarixli 17/267 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...01 ədəd sellofan büküm...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi -0,436 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir.Tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş...02 ədəd sellofan bükümdə...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd sellofan bükümlərdə ayrı ayrılıqda təmiz çəkiləri – 0,278 qram və 0,442 qram, ümumi təmiz çəkiləri -0,720 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.Tədqiqata təqdim edilmiş 03(üç) ədəd sellofan bükümlərdə olan heroinlər tərkiblərinə görə eyniridirlər. İş materiallarına əlavə olunmuş və birinci instansiya məhkəməsinin iclasında tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsinin rayonlararası narkoloji dispanseri tərəfindən verilmiş ambulator məhkəmə-narkoloji ekspertizasının 26.04.2021-ci il tarixli 450 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Şəxsi axtarış keçirilməsi haqqında” 12 aprel 2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş videodiskdən müəyyən edilir ki, həmin tarixdə saat 14:00-dan saat 14:10-a dək Ağdaş RPŞ-nin inzibati binasında növbətçi hissəsində Ağdaş RPŞ-nin əməliyyat müvəkilləri və müdafiəçinin iştirakı ilə iş üzrə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd sellofan büküm, cinsin arxa ciblərindən qəpik pullar və 8 ədəd bir manatlıq pul əskinasları, gödəkçənin iç sol yan cibindən 01 ədəd siqaret dənəsinin aşkar edilmiş, üzərindən aşkar edilmiş həmin sellofan büküm açılan zaman içərisindən qəhvəyi rəngli kristal və toz halında maddə aşkar olunmuş, həmin maddənin narkotik maddə olduğunu və özü istifadə etmək üçün üzərində saxladığını bildirmiş, bundan sonra aşkar olunmuş həmin narkotik maddənin elektron tərəzidə çəkilmiş və çəkisinin 0,48 qram olmuş, sonra həmin maddənin zərfə qablaşdırılmış üzərinə 111 nömrəli möhür vuruldu bütün iştirakçılar imza etmiş proses TBnın təhqiqatçısı,polis baş leytenantı Elçin Mütəllimov tərəfindən vido qeydə alınmışdır. İş materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən DİN BƏSİİ-nin tələbnaməsindən görünür ki, Ağdaş Rayon Məhkəməsinin 28.06.2018-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş cəzasının əvvəli 09 mart 2018ci il tarixdən hesablanmaqla Xəzər rayon məhkəməsinin 17 iyul 2020-ci il tarixli qərarına əsasən cəzasının çəkilməmiş qalan 01 il 01 ay 22 gününü çəkməkdən şərti olaraq vaxtından azad edilmişdir. İş materiallarına əlavə olunmuş və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən “Ağdaş Rayon Mərkəzi Xəstəxanası” X13 22 aprel 2021-ci il 551 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs “Ağdaş rayon mərkəzi xəstəxanasının” X13 poliklinika şöbəsində “Tiryək narkomaniyası” diaqnozu ilə narkoloji qeydiyyatdadır. İş materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən Ağdaş rayon İHB-nın Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Müəssisəsindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə cəlb olunmuşdur. İş materiallarında olan Ağdaş Rayon İcra Hakimiyyəti Mənzil Təsərrüfat İstehsalat İstismar Təmir Müəssisəsi tərəfindən verilmiş 27 aprel 2021-ci il tarixli 210 saylı arayışından görünür ki, Lobov X6 şəhəri, M.İsayev küçəsi 1 saylı evdə yaşamaqla ailə tərkibi X8-anası və 28.11.2009-cu il təvəlüdlü X5r İş materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən şübhəli şəxsin tutulması haqqında 12 aprel 2021-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs 12 aprel 2021-ci il tarixdə saat 13:50-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və birinci instansiya məhkəməsinin məhkəmə iclasında tədqiq edilən qətimkan tədbiri seçilməsi haqqında 14.04.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə Ağdaş Rayon Məhkəməsi tərəfindən 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirlilyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Qəsdən az ağır cinayət törətdiyinə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına baxmayaraq yenidən qəsdən az ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivini yaradır və məhkəmə bunu cəzasını ağırlaşdıran hal kimi nəzərə almışdır. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58.3-cü maddəsinə müvafiq olaraq, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Ona görə də məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, aşkar edilmiş narkotik vasitənin miqdarını, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən, habelə təyin ediləcək cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini kifayət qədər nəzərə almış, ona bu xüsusatların məcmusuna uyğun olan qanuni və əsaslı cəza təyin etmişdir. Apellyasiya şikayətinin məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirməyə əsas verən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası hesаb edir ki, Təqsirləndirilən şəxs müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(014)-73/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs müdafiəçisi X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə məhkum edilməsinə dair Ağdaş Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli, 1(014)-73/2021 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-277/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-277/2021
29.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver