Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-28/2023 25.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Şükürov İmanverdi Həşimxan və X7 ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X1 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-219/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər B.Məmmədov (məruzəçi) və N.Mirzəyevdən ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli 1(091)-219/2022 nömrəli hökmü ilə xx.xx.1982-ci ildə Zaqatala rayonu Lahıc kəndində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Zaqatala rayonu Lahıc kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 23 iyun 2022-ci il tarixdən 25 iyun 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddətin ona təyin olunan azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasının ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 20 oktyabr 2022-ci il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 34,55 AZN (otuz dörd manat, əlli beş qəpik) ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan–Zaqatala rayon Polis Şöbəsində saxlanılan 02 (iki) ədəd kibrit qutusunda təmiz çəkiləri 5.22 qram qurudulmuş marixuananın və 01 (bir) ədəd sintetik torbanın içərisində təmiz çəkisi 6324.95 qram qurudulmamış marixuananın məhv edilməsi, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas iclasında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs ğlunun narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkdiyinə görə barəsində narkomaniyadan məcburi müalicə məqsədilə tibbi xarakterli məcburi müalicənin təyin edilməsi və ərazi narkoloji kabinetində qeydiyyata alınması hökm edilmişdi. işin halları: İstintaq orqanının mövqeyinə görə Təqsirləndirilən şəxs 15 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Zaqatala rayonu Lahıc kəndində yerləşən meşə ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığmaqla satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 6325 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmayan marixuana, habelə yuxarıda qeyd edilən yerdə yabanı halda bitmiş həmin narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını toplayıb sonradan qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,26 qram, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana əldə etmiş, həmin narkotik vasitələrdən 5,26 qram çəkidə olan hissəsini iki ədəd kibrit qutusunda üzərində, qalanını isə yaşadığı Zaqatala rayonu Lahıc kəndində yerləşən fərdi yaşayış evində satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 23 iyun 2022-ci il tarixdə, saat 1430 radələrində yaşadığı həmin kənddə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin gün saat 1547 radələrində Zaqatala rayon Polis Şöbəsində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindəki iki ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, yəni ümumi çəkiləri 5,26 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 5(033)-41/2022 nömrəli qərarı əsasında yaşadığı Zaqatala rayonu Lahıc kəndindəki evinə baxış keçirilərkən evin yataq otağında çarpayının altında 01 ədəd torbanın içərisində külli miqdarda, yəni təmiz çəkisi 6325 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-219/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətlərinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-219/2022 nömrəli hökmünün ləğv edilməsini və barəsində daha ədalətli qərar qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, o cümlədən verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X6 apellyasiya şikayətinin təmin olunmasını, Şəki Ağır Cinayətlər Məhkəməsinin Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-219/2022 nömrəli hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilməsini xahiş etdilər. Təqsirləndirilən şəxs bildirdi ki, Bu hadisədən qabaq məni bir dəfə polis əməkdaşları tutaraq AR CM-nin 234.4.3-cü maddəsi ilə ittiham etmişlər. xx.xx.2019-cu il tarixdə yaşadığı evin zirzəmisinə 4.5 kq narkotik vasitə ataraq onu şərləmişlər. Sonradan apellyasiya məhkəməsi onun əməlini düzgün olaraq tövsif edərək əməlini AR CM-nin 234.1-ci maddəsi ilə müvafiq cəza vermişlər. İndi də bu hadisə baş vermişdir. xx.xx.2022ci il tarixdə səhər küçəyə çıxanda görmşüdür ki, bir dənə cavan oğlan qaz durbasının üzərində oturub. Salam verərək adını sual eləmişdir. Ondan soruşmuşdur ki, onlarda tarktorçu Hafis var. Dedimişdir ki, xeyr. Bəs kombaynçı? Demişdir ki, xeyr. Onu tutan şəxs Narkomaniyaya qarşı mübarizə bölməsinin rəisi Fərid adlı polis əməkdaşı idi. O bu hadisədən qabaq iki dəfə ona təklif etmişdir ki, rəis onları sıxır. Ona qarşı AR CM-nin 234.1-ci maddəsi ilə iş açdırmaq istədiyini xahiş etmişdir. O, isə bildirdi ki, o, bu işə razı deyil. Evə qayıtmışdır və anasına demişdir ki, bu polislər deyəsən onu yenə şərləmək istəyirlər. Bunu deyib yenidən evdən çıxmışdır. Bunun şəxsin arxası ilə getmişdir. Görmüşdür ki, telefonla kimləsə danışa-danışa gedir. Onun arxası ilə getdim. Bu yoxa çıxdı. Qayıdaraq həmin qaz durbasının üstündə oturdu. Xalamoğlu bayram yaxınlaşıb ona salam deyən an polis əməkdaşları onu tutdular. Onun iş materiallarında veridiyi etirafediçi ifadələr hamısı ona içirdikləri koladan sonra baş verib. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X8 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)- 219/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)- 219/2022 nömrəli hökmü apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə günorta saatlarında yaşadığı Zaqatala rayonu Lahıc kəndində küçələrindən keçən qaz borusunun üstündə oturan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun adını öyrəndikdən sonra kənddə traktorist işləyən Hafiz adlı şəxsin olub-olmamasını soruşmuş, elə bir şəxsin olmadığını bildirdikdən sonra polis əməkdaşları çıxıb getmişlər. Bundan sonra yaşadığı evə gedərək anasına polis əməkdaşlarını əvvəllər də olduğu kimi onu tutmaq istədiklərini bildirmişdir. Sonra evdən çıxaraq həmin polis əməkdaşının arxasınca getmək istəmiş, lakin polislər artıq getdiklərinə görə yenidən qayıdıb qaz borusunun üstündə oturmuşdur. Həmin vaxt Hyundai markalı avtomaşın onun yanında saxlayaraq Fərid, İlkin və adını bilmədiyi digər polis əməkdaşları ona təzyiq edərək avtomaşına otuzdurmuş, avtomaşında onun qoluna qandal vurmuşlar. Polis Şöbəsində polislər onun cibinə iki ədəd kibrit qutusu qoymuş, polis şöbəsində həmin kibrit qutusunda olan narkotik vasitəni boynuna alması üçün ona təzyiq göstərmişlər. Həmin vaxt polislərdən su istəmiş, polislərin ona verdiyi coca-colanı içdikdən sonra hansı ifadə verməsini və hansı sənədlərə imza etməsindən xəbəri olmamışdır. Evində aşkar olunmuş narkotik vasitə də polis əməkdaşları tərəfindən onun evinə qoyulmuşdur. Məhkəmədə elan olunaraq tədqiq edilmiş məhkəməyədək icraat zamanı verdiyi ifadasində Təqsirləndirilən şəxs göstərmişdir ki, 15 iyun 2022-ci il tarixdə saat 11 radələrində yaşadığı Zaqatala rayonu Lahıc kəndi ərazisində olan meşəlik sahədə gəzərkən meşə ərazisində gördüyü yabanı halda yetişmiş çətənə bitkilərinin yarpaqlarını qoparıb sellofan torbaya yığaraq evə gətirmiş, həmin çətənə bitkilərini qurudaraq bir hissəsini kibrit qutularına yığıb üzərində özünə lazım olduqda istifadə etməsi üçün gəzdirmişdir. Qalan narkotik vasitəni isə yaşadığı evdə yatdığı çarpayın altında gizlətmişdir. 23 iyun 2022-ci il tarixdə saat 1440 radələrində yaşadığı evin qarşısında olan zaman bir neçə polis əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə Zaqatala rayon Polis Şöbəsinə dəvət etmiş, polis şöbəsində şübhəli şəxs kimi tutulduqdan sonra dəvət edilmiş müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan boz rəngli şalvarın sağ yan cibindən iki ədəd kibrit qutusunu çıxardaraq təqdim etmiş və içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqdim edilən iki ədəd kibrit qutuları hər biri ayrılıqda elektron tərəzi ilə çəkilərək birinin 5.4 və digərinin isə 4.9 qram çəkidə olduğu müəyyən edilmişdir. Kibrit qutuları çəkildikdən sonra zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Yaşadığı mənzildə yatdığı çarpayının altında da narkotik tərkibli maddənin olduğunu bildirdiyinə görə Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli qərarı ilə müdafiəçinin iştiraki ilə yaşadığı Zaqatala rayonu Lahıc kəndindəki evinə baxış keçirilərkən evdə olan çarpayının altında saxladığı bir ədəd üzərində şahmat bəzəyi olan torbanın içərisindən çəkisi 6535 qram olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Zaqatala rayon X3 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili işləyən Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Zaqatala rayonu, Lahıc kəndində yaşayan xx.xx.1982-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və yaşadığı evdə narkotik vasitə saxlamaqda və istifadə etməsi barədə daxil olmuş məlumat əsasında saat 1430 radələrində əməliyyat müvəkkili Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs Zaqatala rayonu Lahıc kəndində saxlayaraq Zaqatala rayon Polis Şöbəsinə gətirmiş və rayon Polis Şöbəsində şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində dəvət edilmiş müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs şalvarının sağ cibindən iki ədəd kibrit qutusunu çıxardıb təhvil verərək, kibrit qutusunun içərisində qurudulmuş marixuana olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərində olan marixuananı öz istifadəsi üçün üzərində daşıdığını bildirmiş, həmin iki ədəd kibrit qutuları hər biri ayrılıqda elektron tərəzidə çəkilərək birinin 5.4 və digərinin isə 4.9 qram çəkidə olduğu müəyyən edildikdən sonra zərfə qoyularaq qablaşdırılıb götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə çarpayının altında narkotik vasitə olduğunu bildirdikdən sonra həmin gün saat 1745-də Zaqatala rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs yaşadığı Zaqatala rayonu, Lahıc kəndındəki mənzilinə müdafiəçisinin iştirakı ilə baxış keçirilən zaman mənzildə çarpayının altında işərisində 6536 qram çəkidə marixuana olan bir ədəd üzərində şahmat bəzəyi olan torba aşkar olunmuşdur. Torba qablaşdırılaraq götürülmüş, bu barədə protokol tərtib edilərək iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsi istintaqı zamanı şahid qismində dindirilmiş Zaqatala rayon X4 Tədqiqatlar Qrupunun baş inspektoru işləyən Şahid2, Cinayətaxtarış Bölməsinin əməliyyat müvəkkili işləyən Şahid3 oğlu və X9 polis nəfəri işləyən Şahid4 eyni məzmunlu ifadələr verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-bioloji ekspertizasının 24 iyun 2022-ci il tarixli 17/519 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2 ədəd.....» sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 02 (iki) ədəd kibrit qutusunda, ayrı-ayrılıqda təmiz çəkiləri-2.90 qram və 2.36 qram, ümumi çəkiləri 5.26 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Tədqiqata tədim olunmuş, üzərində «Təqsirləndirilən şəxs yaşadığı qonaq otağında çarpayının altından aşkar edilmiş.....» sözləri, adlar və imzalar yazılmış sintetik torbanın içərisindəki, təmiz çəkisi - 6325,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmamış marixuanadır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 03 avqust 2022-ci il tarixli 1094 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli şəxsi axtarış keçirilməsı haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış zamanı əynində olan şalvarın sağ yan cibindən çəkiləri 5,4 qram və 4,9 qram olan kibrit qutusunda narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 23 iyun 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edimiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilən zaman yataq otağndakı çarpayının altında üzərində şahmat bəzəyi olan torbanın içərisində çəkisi 6 kq 535 qram olan narkotik vasitə olan marixuanaya oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 3000 manat cərimə cəzasına məhkum edilmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə CM-in 234.1-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Qax rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə CMin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə CM-in 76-cı maddəsinə əsasən cəzasından 01 ay 16 gün vaxtından əvvəl azad edilmiş, Zaqatala rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-in 67-ci maddəsinə əsasən 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında belə nəticəyə gəlmişdir ki, CM-in 83.3 və 83.4-cü maddələrinin mənasına görə şəxs cinayətlərin və ya hökmlərin məcmusu üzrə məhkum olunduqda, məhkumluğun ödənilmə müddətinin axımı cinayətlərin və ya hökmlərin məcmusu üzrə təyin edilmiş qəti cəzanın çəkilib qurtarması və ya cəzadan azad edilməsi anından başlayır. Odur ki, CM-in 18.2.2-ci maddəsinə əsasən məhkumluğu ödənilmədən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqdan sonra yenidən qəsdən ağır cinayət törətdiyinə görə Təqsirləndirilən şəxs əməlində cinayətlərin təhlükəli residivi müəyyən edilir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş Zaqatala rayon İcra Hakimiyyəti başçısının Lahıc kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayonu Lahıc kəndində yaşamaqla yaşayış yerindən müsbət səciyyələndirilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş “Zaqatala rayon Mərkəzi Xəstəxanası” X12 alınmış 01 iyul 2022-ci il tarixli 856 nömrəli arayışda göstərilmişdir ki, Təqsirləndirilən şəxs poliklinika şöbəsinin psixiatrik kabinetində qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş 23 iyun 2022-ci il tarixli cinayət törətməkdə şübhəli şəxsi tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 1510-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş qətimkan tədbirinin seçilməsi haqqında 25 iyun 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Apellyasiya məhkəməsi araşdırması zamanı iş materiallarına əlavə edilmiş Zaqatala Rayon Polis Şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-13-118/2-1305/2023 saylı məktubdan görünür ki, Zaqatala rayonu Lahıc kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olması barədə daxil olmuş əməliyyat məlumatları əsasında xx.xx.2022-ci il tarixdə 20955 nömrəli Əməliyyat işi açılaraq müvafiq tədbirlər həyata keçirilmişdir. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. İbtidai istintaq orqanı və birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində hökmün ləğv edilməsini və daha ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini işin müəyyən olunmuş halları ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, həmin şikayətin dəlilləri birinci instansiya məhkəməsinin hökmünün ləğv edilərək Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddəsi üzrə bəraət verilməsi qədər əsaslı deyildir. Cinayət Prosessual-Məcəlləsinin 399.3-cü maddəsinə görə, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 28-ci bəndində məhkəmələrin diqqətinə çatdırılır ki, Azərbaycan Respublikası CPM-nin 246.2.1ci maddəsinə əsasən məhkəmənin qərarı olmadan şəxsi axtarış şübhəli şəxs tutulduqda və polis və ya digər hüquq-mühafizə orqanına gətirildikdə aparıla bilər. Azərbaycan Respublikası CPM-nin 153-cü maddəsinin mənasına görə isə tutulmuş şəxs təxirə salınmadan polis və digər təhqiqat orqanlarının müvəqqəti saxlama yerinə gətirilməli və onun tutulması müvafiq protokolla rəsmiləşdirilməlidir. Qanunun bu normalarının düzgün tətbiqi məsələsini nizama salmaq məqsədi ilə məhkəmələrə izah edilir ki, şəxsi axtarışın şübhəli şəxs qismində tutma protokolu tərtib olunmazdan əvvəl (şəxsi axtarış barədə məhkəmə qərarı olmadan) aparılması halı müəyyən edildikdə məhkəmə buna münasibətini bildirməli və bu yolla əldə olunmuş sübutların mümkünlüyü məsələsini Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinə uyğun olaraq həll etməlidir. Bununla bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd etməyi lazım bilir: İş materiallarından görünür ki, 15 iyun 2022-ci il tarixdə, saat 11 radələrində Zaqatala rayonu Lahıc kəndində yerləşən meşə ərazisində yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını yığmaqla satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda, yəni 6325 qram, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmayan marixuana, habelə yuxarıda qeyd edilən yerdə yabanı halda bitmiş həmin narkotik tərkibli çətənə bitkisinin yarpaqlarını toplayıb sonradan qurutmaqla satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,26 qram, tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuana əldə etmiş, həmin narkotik vasitələrdən 5,26 qram çəkidə olan hissəsini iki ədəd kibrit qutusunda üzərində, qalanını isə yaşadığı Zaqatala rayonu Lahıc kəndində yerləşən fərdi yaşayış evində satış məqsədi olmadan qanunsuz olaraq saxlamış, 23 iyun 2022-ci il tarixdə, saat 1430 radələrində yaşadığı həmin kənddə Zaqatala rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış və həmin gün saat 1547 radələrində Zaqatala rayon Polis Şöbəsində şəxsi axtarış aparılarkən əynində olan şalvarın sağ yan cibindəki iki ədəd kibrit qutusunda şəxsi istehlak miqdarından artıq, yəni ümumi çəkiləri 5,26 qram narkotik vasitə olan qurudulmuş marixuana, eləcə də Zaqatala Rayon Məhkəməsinin 10 iyun 2022-ci il tarixli, 5(033)-41/2022 nömrəli qərarı əsasında yaşadığı Zaqatala rayonu Lahıc kəndindəki evinə baxış keçirilərkən evin yataq otağında çarpayının altında 01 ədəd torbanın içərisində külli miqdarda, yəni təmiz çəkisi 6325 qram narkotik vasitə olan qurudulmamış marixuana aşkar edilərək götürülmüşdür. Götürülmüş maddələr materialların məhkəmə ekspertizasına təqdim olunaraq müvafiq rəylər alınmışdır. Azərbaycan Respublikası CPM-nin 125.1, 125.2.1 və 125.2.7-ci maddələrinin tələblərinə görə, məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. İnsan və vətəndaşların konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrumetmə və ya onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı yolla təsir göstərəcəyi və ya göstərə biləcəyi halda, həmçinin istintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Qeyd olunan məsələlərə qiymət verən məhkəmə kollegiyası hesab edir ki, cinayət işi başlamamışdan əvvəl həyata keçirilən əməliyyat axtarış tədbirləri zamanı, o cümlədən narkotik vasitələrin aşkar edilməsi zamanı cinayət-prosessual qanunvericiliyinin müddəalarına əməl olunmuşdur. Bu səbəbdən sübutların mümkünlüyü haqqında Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən məhkəmə təhqiqat orqanının hazırkı iş üzrə əldə etdiyi sübutları əsaslı hesab edir. Həmçinin Cinayət-Prosessual Məcəlləsinin 125.8-ci maddəsinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Şəxsin əməlində cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" 04 mart 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, əvvəllər CM-in 234.2 və 234.3-cü maddələri ilə cinayət törətmiş təqsirkar tərəfindən təkrarən bu maddələrlə nəzərdə tutulan cinayət və ya CM-in 234.4.1-ci yaxud 234.4.3-cü maddəsi nəzərdə tutulan cinayətlərin hər hansı biri törədildikdə, şəxsin hərəkətlərinin hamısı CM-in 234.4.2-ci maddəsi və ya CM-in 234.4.1, 234.4.2 yaxud 234.4.3-cü, 234.4.2-ci maddələri ilə tövsif edilməli, belə olan halda əməlin əlavə olaraq CM-in 234.2 və 234.3-cü maddələri ilə tövsif edilməsinə ehtiyac yoxdur (bu maddələrdə nəzərdə tutulan cinayətlər başqa ardıcıllıqla törədildikdə də əməllər yuxarıda göstərilən qaydada tövsif edilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, kolegiya hesab edir Təqsirləndirilən şəxs təqsiri sübuta yetirildiyindən təqsirli bilinməli və ona qanunla müəyyən edilmiş qaydada ədalətli cəza təyin edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onun cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiklərinə gəldikdə isə məhkəmə kollegiyası həmin ifadələri müdafiə xarakterli ifadələr kimi qəbul edir və hesab edir ki, Təqsirləndirilən şəxs bu formada ifadə verməklə cinayət məsuliyyətindən yayınmağa çalışmışdır. Belə ki, Təqsirləndirilən şəxs polis əməkdaşlarının narkotik vasitəni onun üzərinə və evinə polis əməkdaşları tərəfindən qoyulmasına dair ifadəsinə tənqidi yanaşaraq qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı videoçəkilişlə və müdafiəçisinin iştirakı ilə üzərinə keçirilən şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş narkotik vasitənin özünə məxsus olmasını, həmçinin yaşadığı evdə də narkotik vasitə olduğunu bildirmiş, yenə də videoçəkilişlə yaşadığı evə baxış keçirilən zaman da heç bir təsir olmadan aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən ona qarşı zor tətbiq olunduğunu bildirsə də bu barədə heç bir orqana, həmçinin həmin dövrdə hansısa xəsarət alması barədə hər-hansı tibb müəssisəsinə müraciət etməmişdir. Bundan başqa məhkəmə tərkibi Təqsirləndirilən şəxs polis əməkdaşlarının ona Coca-cola içkisi verdikdən sonra üzərinə şəxsi axtarış və evinə baxış keçirilən zaman nə dediklərini bilməməsinə dair ifadəsini də inandırıcı olmayan, özünü müdafiə məqsədilə məsuliyyətdən yayınmaq üçün verdiyi ifadə kimi qəbul edir. Belə ki, iş materiallarından görünür ki, şəxsi axtarış və evinə baxış keçiriləndən 2 gün sonar, yəni 25 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs ifadənin yerində yoxlanması zamanı evindən aşkar olunmuş narkotik vasitənin haradan yığmağını müdafiçisinin iştirakı ilə özü göstərmiş və ifadənin yerində yoxlanılması zamanı aparılmış videoçəkilişin göründüsü CD diskə köçürülmüşdür. Odur ki, təqsirləndirilən şəxsin qeyd etdikləri öz təsdiqini tapmadığından, məhkəmə şəxsin məhkəmə istintaqı zamanı həmin xüsusatla bağlı qeyd etdiklərinə tənqidi yanaşır. Əksinə təqsirləndirilən şəxsin ibtidai istintaq zamanı müdafiəçinin də iştirakı ilə verdiyi ifadəsi heç bir şübhə doğurmadığından, iş materiallarında yer alan sübutlarla üst-üstə düşüb biri digərini tamamladığından, məhkəmə həmin ifadələri əsaslı sayır və ona görə təqsirləndirilən şəxsə elan olunan ittihamın əsasına məhz həmin ifadələri qoyur. Məhkəmə kollegiyası məhkəmənin gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi tam sübuta yetirilmişdir. Odur ki, birinci instansiya məhkəməsi ona təqsirli bilindiyi maddələr üzrə cəza təyin etməkdə haqlı olmuşdur. Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Cinayət Məcəlləsinin 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Birinci instansiya məhkəməsi Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hal, həmçinin CM-nin 61-ci maddəsinə əsasən cinayətlərin təhlükəli residivi olmasını onun cəzasını ağırlaşdıran hal olmaması qənaətinə gəlmişdir. Həmçinin apelyasiya məhkəməsi araşdırılması zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilib 5 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni daha uzun müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Həmçinin məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində kifayət qədər əsaslar olmadan barəsində həbs ilə əlaqədar olmayan cəza növünün tətbiqini əsaslı və ədalətli hesab etmək olmaz. Ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Buna görə də X5 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971 ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt (azadlıqdan məhrumetmə növündə) cəza təyin edilməsinə haqq qazandırır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 234.1-1-ci maddəsi üzrə barəət verilməsinə əsas görməyərək həmin şikayətin təmin edilmədən, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022ci il tarixli 1(091)-219/2022 nömrəli hökmünün baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-219/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-28/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-28/2023
25.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver