Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-280/2021 16.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4, bəraət almış şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs və onun müdafiəçisi X3 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 177.2.4-cü maddəsi ilə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(051)-48/2021 nömrəli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakimi Məhburə Kərimova) 18 may 2021-ci il tarixli 1(051)-48/2021 nömrəli hökmü ilə, xx.xx.1994-cüildə Mingəçevir şəhərində anadan olmuş,Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, subay, işləməyən, Mingəçevir şəhəri Ş.İ.Xətai küçəsi ev 22 mənzil 5 ünvanında qeydiyyatda olan, Mingəçevir şəhəri H.Əliyev prospekti ev 80/25 mənzil 40-da yaşayan, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilməsi hökm edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə ittiham elan edilmişdir,ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 06 may 2019-cu il tarixdən 23 may 2020-ci il tarixədək olan müddət ərzində əmək müqaviləsi üzrə işlədiyi Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən "xxxx" MMCnin filialı olan“Qres Oil” adlandırılan yanacaq doldurma məntəqəsində müştərilərin yanacaq doldurmaq üçün verdiyi pulları baş mühasib Şahid1 ilə dəyişərkən və baş mühasib Şahid1la birlikdə YDM-də yanacaq satışından əldə olunan pulları sayarkən ayrıayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə "xxxx" MMC-yə məxsus 6850 (altı min səkkiz yüz əlli) manat məbləğdə pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 2019-cu ilin may ayında 2020-ci ilin may ayının 21-ə kimi "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən «Qres Oil» yanacaq doldurma məntəqəsində operator işləmişdir. Operator kimi onun işi YDM-ə gələn müştərilərə yanacaq satmaq və satışdan əldə olunan pulları Cəmiyyətin baş mühasibi Şahid1 vermək idi. Mühasib Şahid1 xahişi ilə o və digər operatorlar hərdənbir kassada olan pulların sayılmasında və dəstələnməsində mühasibə kömək edirdilər. 21 may 2020-ci il tarixdə axşam pulların sayılıb-dəstələnməsinə kömək etmək üçün mühasib Şahid1 xidmət otağına getmişdir. Həmin gün də o, pula ehtiyacı olduğu üçün Şahid1 borc pul istəmiş, lakin ona borc pul verilməmişdir. Pulların sayılması zamanı Şahid1 əvvəl ona saymaq üçün qəpikləri verdi. Qəpikləri saydıqdan sonra Şahid1 ona dəstələməyi və saymağı üçün 100 manatlıq əskinazları verdi. O, həmin 100 manatlıq əskinazları dəstələyən zaman pulların içərisindən 2 ədəd 100 manatlıq əskinazları stolun altına atdı. Sonra həmin 2 ədəd əskinazları ayaqqabısının içərisinə salaraq gizlətdi. Ona verilmiş 100 manatlıq əskinazları dəstələyib qurtardıqdan sonra pulları Şahid1 verib otaqdan çıxdı. Otaqdan çıxdıqdan sonra öz işinin icrası üçün getdi. Gecə saat 03:00-də onun istirahət vaxtı başladığı üçün istirahət otağına keçdi. Otaqda ayaqqabısının içərisində gizlətdiyi 2 ədəd 100 manatlıq əskinazları çıxardaraq özünə məxsus mobil telefonu qoyduğu qabın, telefonun arxa qapağının içərisində gizlətdi. Bundan, təxminən, bir neçə dəqiqə sonra mühasib Şahid1 Cəmiyyətin direktoru Zərərçəkmiş şəxsla birlikdə onun yatdığı otağa gəldilər. Digər operator yoldaşı Şahid2 da otağa gəldi. Direktor və mühasib onlara ciblərindəki pulları yoxlayacaqlarını bildirdilər. Ondan və Şahid2 üzərlərində şəxsi pulları olubolmadıqlarını soruşdular. Maqsud bildirdi ki, üzərində 9 manat şəxsi pulu var, o isə üzərində şəxsi pulu olmadığını bildirdi. Onların üzərində olan yanacaq satışından əldə olunan pulları saydıqdan sonra həmin pulların sayğacla uyğun gəldiyini müəyyən etdilər. Sonra onun yatdığı yeri, çantasını, ciblərini axtardılar, lakin hər hansı məbləğdə pul aşkar olunmadı. Sonra ona bildirdilər ki, əlində olan mobil telefonun arxa qapağını açsın. O, əvvəl tərəddüd etsə də, telefonun arxa qapağını açdı. Telefonun arxa qapağında gizlətdiyi 2 ədəd 100 manatlıq əskinazları aşkar edib götürdülər. Onlar həmin puldan əlavə nə qədər pul oğurladığını soruşdular, o da bildirdi ki, bundan əlavə heç vaxt pul oğurlamamışdır. Sonradan ona bildirdilər ki, kassada 6850 manat pul əskik gəlmişdir, həmin pulların hamısını sən oğurlamısan və ödəməlisən. O, etiraf etdi ki, ancaq bir dəfə pulu sayanda 200 manatı oğurlamışdır. Bundan əlavə o, müştərinin verdiyi pulları xırdalamaq üçün mühasib Şahid1 xahiş etmiş Şahid1 isə pulları xırdalayan zaman ona 1-2 dəfə 10-20 manatlıq artıq pul qaytarmışdır. Lakin bu pulları mühasibə qaytarmamış və ya bu barədə heç kimə heç nə deməmişdir. Onun YDM-dən götürdüyü pullar cəmi oğurladığı pullarla birlikdə 300-400 manat olardı. Lakin ona inanmayaraq kassada əskik gələn 6820 manat pulu o, oğurladığını bildirərək, həmin pulları ödəməyi tələb etdilər. O, həmin pulu oğurlamadığını bildirərək etiraz etdikdə bildirdikdə ona hədəqorxu gələrək gah onu öldürəcəklərini, gah da cinayət məsuliyyətinə cəlb olunması üçün polisə verəcəklərini bildirdilər. O, hərbidə işə düzəlmək arzusunda olduğuna və cinayət məsliyyətinə cəlb olunmasından ehtiyat edərək və bu səbəbdən hərbiyə işə düzəlməməsindən qorxaraq həmin puldan gücü çatana qədər qaytaracağını bildirdi. Onun atası yoxdur. Yaxın qohumlarının köməkliyi ilə, eləcə də mobil telefonunu və evlərindəki televizoru sataraq cəmi 2930 manat pul ödədi. Vətən müharibəsi başlanması ilə əlaqədar 29 sentyabr 2020ci ildə cəbhəyə getdi. 31 dekabr 2020-ci ilə kimi cəbhədə olmuşdur.Cəhbhədən qayıtdıqdan sonra ona məlum oldu ki, barəsində cinayət işi başlanılmışdır. Barəsində cinayət işi başlandığına görə də pulun qalanını ödəmədi. "xxxx" MMC-nin kasssında əskik gələn 6850 manat onun tərəfindən oğurlanmamışdır. Qeyd etdiyi kimi cəmi 200 manat pul oğurlamışdır. Bundan əlavə 1-2 dəfə pul xırdalayan zaman mühasib ona 10 və 20 manat atrtıq vermiş, lakin o, həmin pulları geri qaytarmamışdır. Qanunsuz olaraq əldə etdiyii pullar oğurladığı 200 manatla birlikdə cəmi 300-400 manat olar. Qeyd etdiyi qanunsuz olaraq əldə etdiyi cəmi 400 manata qədər pula görə əməlindən peşimandır. Barəsində bəraət hökmü çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs iş üzrə birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində bildirmişdi ki, Təqsirləndirilən şəxs 2019-cu ilin may ayından etibarən ona məxsus yanacaqdoldurma məntəqəsində operator kimi çalışmışdır. Təqsirləndirilən şəxs operator kimi vəzifəsi işdə olduğu 12 saat müddətində yanacaqdoldurma məntəqəsinə gələn avtomobillərə yanacaq doldurma və növbəti gün üçün işə gələn yoldaşına sayğacda olan gündəlik alış barədə məlumat vermək və satışdan əldə etdiyi pulu mühasibə vermək olmuşdur. Bunun müqabilində ona 250 manat aylıq maaş verirdilər. Yanacaqdoldurma məntəqəsinin baş mühasibi Şahid1 pulları hesablayan zaman Ramiz də ona kömək edirdi və o, özü buna dəfələrlə şahid olmuşdur. Qüdrət yanacağa və daşımaya pul verən zaman müəyyən qədər azalmanın olduğunu hiss etdiyini deyirdi, lakin sonra hesablamalarda səhvlərə yol verdiyini düşündüğünü bildirirdi. 21 may 2020-ci il tarixdə Qüdrət ona zəng edərək, Ramizdən şübhələndiyini, ona görə yanacaqdoldurma məntəqəsində olmağını dedi. O da yanacaqdoldurulma məntəqəsinə gəldi. Həmin gün növbədə olan Ramiz saat 00:03-da istirahət vaxtı olduğu üçün istirahət otağına getdikdən sonra o, Qüdrətlə birgə növbədə olan digər operator Maqsudun yanına getdilər və onunla bir də yanacaq doldurma aparatlarının sayğaclarını yoxladıqdan sonra Ramizin yanına getdi. İstirahət otağında Ramizə və Maqsuda üzərlərində pul olubolmamasını soruşdu və Ramiz üzərində pul olmadığını dedi. O, Ramizin əlində telefonu bərk-bərk saxladığını gördükdən sonra şübhələndi və telefonunu istədi və aldıqdan sonra telefonun arxasında olan qabına baxdı və orada 200 manat pul olduğunu gördükdən sonra əvəlki pulların da Ramiz tərəfindən oğurlandığına əmin oldular. Ramiz pul xırdalayn zaman Qüdrətdən artıq pul aldığını və oğurladığı pulların hamısını qaytaracağını dedi. Qüdrət Ramiz işə girdikdən sonra son 7-8 ay ərzində kassada olan bütün əksiklikləri hesabladı və Ramizin yanacaqdoldurma məntəqəsindən ümumilikdə 6850(altı min səkkiz yüz əlli) manat oğurladığını müəyyən etdi. Bundan sonra Ramiz oğurladığı 6850 manatın 2930 manatını müxtəlif vaxtlarda hissə-hissə qaytardı və qalan 3920 manatı isə geri qaytarmadı. Ramiz pulu qaytarmadığına görə Mingəçevir şəhər prokurorluğuna bu barədə məlumat verdilər. Təqsirləndirilən şəxs qanun daxilində cəza verilməsini xahiş etmişdir. Şahid1 Əsgər oğlu birinci instansiya məhkəməsinin məhkəmə iclasında ifadəsində bildirmişdir ki, o, 2016cı ildən "xxxx" MMC-nin baş mübasibi vəzifəsində işləyir, vəzifəsi hər ayın sonu MMC-yə daxil olan yanacaqdoldurma məntəqələrinin mühasibatını aparmaqdır. "xxxx" MMC-ə üç yanacaqdoldurma məntəqəsi daxildir ki, onlardan biri də Mingəçevir şəhərində yerləşən «Qres Oil» yanacaqdoldurma məntəqəsidir. Təqsirləndirilən şəxs 2019-cu ilin may ayında yanacaqdoldurma məntəqəsinə operator kimi işə götürmüşlər. Belə ki, o, əvvəl digər bir şirkətdə icraçı direktor kimi işləyən zaman Ramiz onun işçisi olmuşdu və yenidən onu işə götürməyini xahiş etdikdə onu işə götürdülər. İşlədiyi müddət ərzində Ramiz onun etimadını qazanmışdı. Ona görə də kassada olan pulu hesablayarkən Ramiz dəfələrlə ona kömək etmişdir. 2020-ci ilin mart ayının sonralarında pulları hesablayarkən təxminən 3250 manat pulun, 2020-ci ilin aprel ayında isə kassada pulları hesablayarkən 1680 manat pulun əksik olduğunu gördü. Yanacaq alışı üçün banka pul ödəyən zaman bir neçə dəfə əksiklər olmuşdu. 21 may 2020-ci il tarixdə Ramiz axsam saat 23:00 radələrində yenidən pulların hesablanmasında ona kömək etdi. Həmin vaxt o, Ramizin pulu hesablayan zaman ordan pul oğurlamasını hiss etdi. Ramiz pulu sayıb getdikdən sonra o, müdirləri Araz İsmayılova zəng etdi və onun iş yerinə gəlməsini dedi. Araz gəldikdən sonra digər operator Maqsudla birgə istirahət otağına getdilər. Ramizə və Maqsuda üzərlərində pul olub olmadığını soruşdular. Ramiz üzərində pul olmadığını dedi, lakin əlində telefonu bərk saxladığından Araz ondan şübhələndi və telefonu verməsini istədi. Telefonun arxa qabını açan zaman orada 200 manat pul olduğunu gördülər. Bundan sonra Ramiz məcbur olub həmin pulu oğurladığını etiraf etdi. Həmçinin Ramiz müxtəlif vaxtlarda pul hesablayarkən, eləcə də pul xırdaladan zaman pul oğurladığını bildirdi. Hesablama zaman Ramizin yanacaqdoldurma məntəqəsindən ümumilikdə 6850 manat pul oğurladığını müəyyən etdi. Ramiz 6850 manat pulun 2930 manatını ödədi və 3920 manatını isə ödəməmişdir. Şahid2 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 2011-ci ildən «Qres Oil» yanacaqdoldurma məntəqəsində operator işləyir. Təqsirləndirilən şəxs 2019-cu ilin may ayından yanacaqdoldurma məntəqəsində operator işinə qəbul edilmişdir. Onlar bir növbədə işləyirdilər. Operator kimi onların vəzifəsi işdə olduqları 12 saat müddətində yanacaqdoldurma məntəqəsinə gələn avtomobillərə yanacaq doldurmaq, satışdan əldə edilmiş pulları mühasib Şahid1 verməkdir. Yanacaqdoldurma məntəqəsinin operatorları bəzən kassada yığılmış pulların sayılmasında mühasib Şahid1 kömək edirdilər. O da, eləcə də onunla növbədə olan Təqsirləndirilən şəxs də bir neçə dəfə pulların sayılmasında Şahid1 kömək etmişlər. 21 may 2020-ci ildə o və Ramiz növbədə olmuşlar. Həmin gün ax.şam növbəsində olan zaman saat 23:00 radələrində Ramiz kömək etmək məqsədilə Şahid1 yanına getdi. Sonra Ramiz istirahət etmək üçün istirahət otağına getmişdir. Bir az sonra yanacaqdoldurma məntəqəsinin müdiri Zərərçəkmiş şəxs və mübasib Şahid1 onun yanına gəldilər, ondan Ramizin harada olduöunu soruşdular, o da Ramizin istirahət otağında olduğunu bildirdi. Sonra onlar birlikdə Ramizin yanına getdilər. Şahid1 və Zərərçəkmiş şəxs onlardan üzərlərində şəxsi pulları olub-olmadığını soruşdular. O, 9 manat pulu olduğunu, Ramiz isə pulu olmadığını bildirdilər. Üstlərinə axtarış apardılar, heç nə aşkar olunmadı. Lakin Ramizin mobil telefonunun arxa qapağında 2 ədəd 100 manatlıq aşkar edildi. Bu vaxta qədər Ramizin hər hansı bir oğurluq etməsi barədə heç eşitməmişdir. Sonra Ramiz işdən çıxarıldı, onun yanacaqdoldurma məntəqəsinə pul qaytarıb-qaytarmamasından məlumatı olmamışdır. Şahid3 birinci instansiya məhkəməsinin məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, 2016-cı ildən «Qres Oil» yanacaqdoldurma məntəqəsində operator işləyir. Təqsirləndirilən şəxs isə 2019-cu ilin may ayından yanacaqdoldurma məntəqəsində operator işinə qəbul edilmişdir. Təqsirləndirilən şəxs Şahid2 növbə yoldaşı olmuşdur, o isə Şahid4la növbə yoldaşıdır. Yanacaqdoldurma məntəqəsininn operatorları adətən pulların sayılmasında mühasib Şahid1 kömək edirdilər. O, Təqsirləndirilən şəxslə növbəni birbirlərinə təhvil verirdilər. Növbə ərzində bəzən müştərilərə verdikləri pulun qalığını artıq qaytaranda və müştərilərin çox olması ilə əlaqədar müştəridən pulun alınması yaddan çıxması səbəbindən növbələri təhvil verən zaman bəzən pulun əskik gəlməsi müəyyən edilirdi. Ramizlə növbəni dəyişən zaman ayrı-ayrı vaxtlarda pul əskik gəldiyindən ondan pul alıb əksikliyi ödəyir, növbəti gün həmin pulu ona qaytarırdı. Eləcə də əksinə, bəzən də o, Ramizdən pul alıb əksikliyi ödəyir, növbəti gün pulu Ramizə qaytarırdı. Ramizin yanacaqdoldurma məntəqəsindən pul oğurlaması barədə əvvəl hər hansı bir məlumatı olmamış və ya bu barədə heç nə eşirməmişdir. Şahid X1 ibtidai istintaq zamanı verdiyi və birinci instansiya məhkəməsinin məhkəmə iclasında elan olunan ifadəsində göstərilmişdir ki, 2014-cü ildən «Qres Oil» yanacaqdoldurma məntəqəsində operator işləyir. Təqsirləndirilən şəxs iş yoldaşı kimi tanıyırdı. İşlədikləri müddətdə münasibətləri normal olmuşdur. O da daxil olmaqla yanacaqdoldurma məntəqəsinin operatorları mühasibə pulun sayılmasınad kömək edirdilər. Ramizin pulların hesablanmasına kömək edən zaman pul oğurlamasından məlumatı olmamışdır. Bu barədə 2020-ci ilin may ayının 22-də işə gələn zaman Şahid1 Ramizin 7000 manata yaxın pul oğurlanmasını dedikdən sonra məlumatı olmuşdur. Birinci instansiya məhkəməsinin məhkəmə iclasının vaxtı və yeri barədə zərərçəkmiş şəxsin nümayəndəsinə məlumat verilmiş, o, iş üzrə əvvəlki məhkəmə iclasında iştirak etmiş, lakin sonra məhkəməyə gəlməmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(051)-48/2021 saylı hökmündən hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(051)-48/2021 saylı hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya protestinin və apellyasiya şikayətinin dəlilləri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsiri sübuta yetirilmədiyinə görə bəraət verilmişdir. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib birinci instansiya məhkəməsinə verilmişdir, ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 06 may 2019-cu il tarixdən 23 may 2020-ci il tarixədək olan müddət ərzində əmək müqaviləsi üzrə işlədiyi Yevlax rayonu, Tanrıqulular kəndində qeydiyyatda olmaqla yaşayan Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri Naxçıvan küçəsində yerləşən "xxxx" MMC-nin filialı olan“Qres Oil” adlandırılan yanacaq doldurma məntəqəsində müştərilərin yanacaq doldurmaq üçün verdiyi pulları baş mühasib Şahid1 ilə dəyişərkən və baş mühasib Şahid1la birlikdə YDM-də yanacaq satışından əldə olunan pulları sayarkən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə "xxxx" MMC-yə məxsus 6850 (altı min səkkiz yüz əlli) manat məbləğdə pulu gizli olaraq talayıb zərərçəkmiş şəxs "xxxx" MMC-yə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı dövlət ittihamçısı qismində etdiyi çıxış zamanı Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 2 il 3 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini məhkəməyə təklif etmişdir. Birinci instansiya məhkəməsi hökmünü onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs 6850 manat pulu oğurlaması sübut olunmamış, onun 21.05.2020-ci il tarixdə 200 manat pulu oğurlaması müəyyən edilmiş, öz deməsinə görə də bir-iki dəfə pul dəyişən zaman mühasib tərəfindən ona 10-20 manat artıq pul qaytarılmışdır ki, oğurlamış olduğu 200 manatla birlikdə, cəmi 300-400 manat pulu qanunsuz ələ keçirmişdir. Qeyd edilən məbləğ isə CM-nin 177-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibi yaratmır. Bundan başqa Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsini təsdiq edən digər sübutlar yoxdur. Aşağıdakılara əsasən hesab edir ki, Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021 -ci il tarixli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinməklə ona həmin maddə üzrə cinayət qanununun və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. Birinci instansiya məhkəməsinin hökmündən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini bütün sübutların məcmusu ilə müqayisəli təhlil etməyərək əmələ düzgün hüquqi qiymət verməmiş, nəticədə Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə bəraət verməkdə səhvə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda və birinci instansiya məhkəməsinin istintaqı zamanı ifadələrində 21 may 2020-ci il tarixdə operator işlədiyi "xxxx" MMC-nin filialı olan “Qres Oil” adlandırılan yanacaq doldurma məntəqəsində mühasib Şahid1 iş otağında kassadakı pulların sayılıb yığılmasında ona kömək edərkən 200 manat pulu yerə atıb sonradan götürməklə ələ keçirdiyini etiraf etmiş, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs və Şahid1 Əsgər oğlu da ifadələrində Təqsirləndirilən şəxs 21 may 2020-ci il tarixdə 200 manat pulu oğurlayıb ələ keçirdiyini göstərmişlər. Cinayət işində olan videogörüntülərin əks olunduğu diskə baxış zamanı da onun 200 manat pulu yerə atıb sonradan götürməklə ələ keçirdiyi öz əksini tapmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ibtidai istintaqda və birinci instansiya məhkəməsinin istintaqında verdiyi ifadələrində ayrı-ayrı vaxtlarda pulları mühasiblə dəyişən zaman dəfələrlə ondan artıq 10-20 manat məbləğində pulları alaraq ələ keçirdiyini etiraf etmiş, həmçinin, əvvəllər də mühasibə pulların sayılıb yığılmasında köməklik etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi hökmdə qeyd etmişdir ki, Təqsirləndirilən şəxs 21.05.2020-ci il tarixdə pulun sayılmasında mühasibə kömək edərkən birinci dəfə oğurluq etmiş, məhz həmin vaxt da özünü şübhəli aparması mühasibi şübhələndirmiş və buna görə də müdiriyyət tərəfindən araşdırma aparılmışdır. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs məhz 21.05.2020-ci il tarixdən əvvəlki tarixlərdə də müştərilərdən aldığı pulları mühasiblə xırdalayan zaman dəfələrlə ondan artıq 10-20 manat məbləğində pulları alaraq ələ keçirməsini öz ifadəsində bildirməsinə əhəmiyyət verməmiş, əsassız olaraq onun məhz 21.05.2020-ci il tarixdə ilk dəfə yanacaq doldurma məntəqəsində oğurluq etməsi qənaətinə gəlmişdir. Bundan əlavə 21.05.2020-ci il tarixdə baş vermiş oğurluq hadisəsini özündə əks etdirən videogörüntülərə baxış zamanı və Təqsirləndirilən şəxs özünün ifadəsi ilə, həmçinin, zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, mühasib Şahid1 ifadələri müəyyən edilir ki, Təqsirləndirilən şəxs mühasib Şahid1 sayıb dəstələməsi üçün ona verdiyi 100 manatlıq əskinaslardan ibarət pulları sayarkən onlardan iki əskinası diqqət çəkmədən yerə atmış, daha sonra isə ayağa qalxıb yerə doğru əyilmədən ayağı ilə pul əskinaslarını ayaqqabısının içərisinə yerləşdirdikdən sonra otağı tərk edib getmişdir. Bundan sonra MMC-nin direktoru Zərərçəkmiş şəxs və mühasib Şahid1 həmin gün gecə istirahət otağına gedib Təqsirləndirilən şəxs üzərində pul olub-olmamasını soruşduqda sonuncu üzərində pul olmadığını demiş, Ramizin əlində telefonu bərk-bərk saxladığını gördükdən sonra şübhələnərək telefonunu ondan alıb baxarkən telefonun arxasında olan qabında oğurladığı 200 manat pulu gizlətdiyini aşkar etmişlər. Bütün bunlar Təqsirləndirilən şəxs peşəkar formada hərəkət etdiyini və qeyd olunan üsulla ilk dəfə deyil, dəfələrlə pulları oğurlayıb ələ keçirdiyini göstərir. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, Təqsirləndirilən şəxs 21.05.2020-ci il tarixdə mühasibə pulları saymaqda kömək edən zaman 200 manat pulu ələ keçirməsi, öz deməsinə görə əvvəlki vaxtlarda müştərilərin verdikləri pulları xırdaladan zaman mühasibin ona 10-20 manat artıq pul qaytarması, onun əksik gələn 6850 manat pulun hamsını ələ keçirməsinə dəlalət etmir. Halbuki, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı oğurlanmış 6850 manat puldan 2930 manatını zərərçəkmiş şəxsə ödəmiş, qalan pulu isə ödəyəcəyini bildirmişdir ki, bu da 6850 manat pulun məhz onun tərəfindən oğurlanmasını göstərir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Mingəçevir şəhər məhkəməsinin 18 may 2021 -ci il tarixli hökmü ləğv edilsin, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmalıdır. Zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Mingəçevir Şəhər Məhkəməsinin 18.05.2021-ci il tarixli, 1(051)- 48/2021 saylı hökmü ilə Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.4 maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliyi sübuta yetmədiyindən bəraət verilmiş, barəsində seçilmiş polisin nəzarəti altına vermə qəti imkan tədbiri ləğv edilmişdir. Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4 maddəsi ilə təqsirləndirilərək məhkəmə məsuliyyətinə verilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə vahid niyyətlə əhatə olunan qəsdlə 06.05.2019-cu il tarixdən 23.05.2020-ci il tarixədək olan müddət ərzində əmək müqaviləsi üzrə işlədiyi ona məxsus Mingəçevir şəhəri, Naxçıvan küçəsində yerləşən "xxxx" MMC-nin filialı olan "QRES Oil" adlandırılan yanacaq doldurma məntəqəsində müştərilərin yanacaq doldurma üçün verdiyi pulları baş mühasib Şahid1 Əsgər oğlu ilə dəyişərkən və pulları sayarkən ayrı-ayrı vaxtlarda hissə-hissə olmaqla ümumilikdə MMC-yə məxsus 6850 manat məbləğində pulu gizli olaraq talayıb zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Hökmün surətini qəbzə imza etməklə 02.06.2021-ci il tarixə almışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs barəsində çıxarılmış bəraət hökmü qanunsuz, əsassız və ədalətsiz olduğundan aşağıdakı əsaslara görə ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.4 maddəsi ilə ittiham hökmü çıxarılmalı, həmin maddənin sanksiyası həddində qanunla nəzərdə tutulan ədalətli cəza təyin edilməli, "xxxx" MMC-yə vurulan maddi ziyan təqsirləndirilən şəxsdən tam həcmdə ödənilməsi tələb edilməlidir. İttiham tərəfi olaraq hesab edir ki, Təqsirləndirilən şəxs AR CM-nin 177.2.4 maddəsi ilə elan edilmiş ittiham qanuni və əsaslıdır, onun əməli qanunun müvafiq norması ilə düzgün tövsif edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi izahat və ifadələrində müştərilərdən götürdüyü pulların 2939 manatını ödədiyini, 29.09.2020-ci ildən cəbhəyə getdiyindən qalan 3920 manatı ödənilməmiş qaldığını göstərmişdir. Buna baxmayaraq məhkəmə hökmünü onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs 6850 manat pulu oğurlaması sübut olunmamış, onun 21.05.2021-ci il tarixdə 200 manat pulu oğurlaması müəyyən edilmiş, cəmi 300-400 manat pulu qanunsuz ələ keçirmişdir. Qeyd edilən məbləğ isə CM-nin 177-ci maddəsində nəzərdə tutulan cinayət tərkibini yaratmır. Birinci instansiya məhkəməsinin hökmündə təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin nümayəndəsinin, şahidlərin ifadələrini bütün sübutların məcmusu ilə təhlil etməyərək onun əməlinə düzgün hüquqi qiymət verməmiş və bəraət hökmü çıxarmaqla səhvə yol vermişdir. Belə ki, Təqsirləndirilən şəxs bütün ifadələrində 21.05.2020-ci il tarixdə 200 manat pulu oğurlayıb ələ keçirdiyini göstərmiş və cinayət işində olan videogörüntülərin əks olunduğu diskə baxış zamanı da onun 200 manat pulu yerə atıb sonradan götürməklə ələ keçirdiyi öz əksini tapmışdır. Hesab edir ki, Təqsirləndirilən şəxs növbədə olduğu vaxtlarda il ərzində göstərilən üsullarla hər dəfə 200 manat pul ələ keçirməklə 6850 manat pulu hissə-hissə oğurlamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində ayrı-ayrı vaxtlarda pulları mühasiblə dəyişən zaman dəfələrlə 10-20 manat məbləğində artıq pulları alaraq ələ keçirdiyini etiraf etmişdir. Bundan əlavə 21.05.2021-ciil tarixdə oğurluq hadisəsini əks etdirən videogörüntüyə baxış zamanı, Təqsirləndirilən şəxs ifadəsi ilə zərərçəkmiş şəxsin nümayəndəsinin və mühasibin ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs mühasibin ona verdiyi 100 manatlıq əskinazlardan ibarət pulları sayarkən onlardan 2 əskinazı yerə atmış, sonra pulları ayaqqabısının içərisinə yerləşdirərək otağı tərk edib getmişdir. Həmin gün onun telefonuna baxarkən telefonun arxasında olan qabında oğurladığı 200 manat pulu gizlətdiyini aşkar etmişlər. Bütün bunlar Təqsirləndirilən şəxs peşəkar formada hərəkət etdiyini və qeyd olunan üsulla ilk dəfə deyil, dəfələrlə oğurlayan pulları ələ keçirdiyini göstərir. Odur ki, apellyasiya şikayəti təmin olunmaqla Təqsirləndirilən şəxs barəsində olan AR CM-nin 177.2.4 maddəsi ilə təqsirliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmış Mingəçevir şəhər Məhkəməsinin 18.05.2021-ci il tarixli, 1(051)-48/2021 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməsi və MMC-yə vurulan zərərin tam ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kçik ədliyyə müşaviri X4 apellyasiya protestinin təmin edilməsini Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Mingəçevir şəhər məhkəməsinin 18 may 2021 -ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməsini xahiş etdi. Belə ki, Təqsirləndirilən şəxs bütün ifadələrində 21.05.2020-ci il tarixdə 200 manat pulu oğurlayıb ələ keçirdiyini göstərmiş və cinayət işində olan videogörüntülərin əks olunduğu diskə baxış zamanı da onun 200 manat pulu yerə atıb sonradan götürməklə ələ keçirdiyi öz əksini tapmışdır. Hesab edirəm ki, Təqsirləndirilən şəxs növbədə olduğu vaxtlarda il ərzində göstərilən üsullarla hər dəfə 200 manat pul ələ keçirməklə 6850 manat pulu hissə-hissə oğurlamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs ifadələrində ayrı-ayrı vaxtlarda pulları mühasiblə dəyişən zaman dəfələrlə 10-20 manat məbləğində artıq pulları alaraq ələ keçirdiyini etiraf etmişdir. Bundan əlavə 21.05.2021-ciil tarixdə oğurluq hadisəsini əks etdirən videogörüntüyə baxış zamanı, Təqsirləndirilən şəxs ifadəsi ilə zərərçəkmiş şəxsin nümayəndəsinin və mühasibin ifadələri ilə müəyyən edilir ki, Təqsirləndirilən şəxs mühasibin ona verdiyi 100 manatlıq əskinazlardan ibarət pulları sayarkən onlardan 2 əskinazı yerə atmış, sonra pulları ayaqqabısının içərisinə yerləşdirərək otağı tərk edib getmişdir. Həmin gün onun telefonuna baxarkən telefonun arxasında olan qabında oğurladığı 200 manat pulu gizlətdiyini aşkar etmişlər. Bütün bunlar Təqsirləndirilən şəxs peşəkar formada hərəkət etdiyini və qeyd olunan üsulla ilk dəfə deyil, dəfələrlə oğurlayan pulları ələ keçirdiyini göstərir. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs apellyasiya şikayətinin təmin edilməsini Təqsirləndirilən şəxs barəsində olan AR CM-nin 177.2.4 maddəsi ilə təqsirliyi sübuta yetirilmədiyindən barəsində bəraət hökmü çıxarılmış Mingəçevir şəhər Məhkəməsinin 18.05.2021-ci il tarixli, 1(051)-48/2021 saylı hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmaqla təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan həddə ədalətli cəza təyin edilməsi və MMC-yə vurulan zərərin tam ödənilməsini xahiş etdi. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, o, 2019-cu ilin may ayında 2020-ci ilin may ayının 21-ə kimi "xxxx" MMC-nin nəzdində fəaliyyət göstərən «Qres Oil» yanacaq doldurma məntəqəsində operator işləmişdir. Operator kimi onun işi YDM-ə gələn müştərilərə yanacaq satmaq və satışdan əldə olunan pulları Cəmiyyətin baş mühasibi Şahid1 vermək idi. Mühasib Şahid1 xahişi ilə o və digər operatorlar hərdənbir kassada olan pulların sayılmasında və dəstələnməsində mühasibə kömək edirdilər. 21 may 2020-ci il tarixdə axşam pulların sayılıb-dəstələnməsinə kömək etmək üçün mühasib Şahid1 xidmət otağına getmişdir. Həmin gün də o, pula ehtiyacı olduğu üçün Şahid1 borc pul istəmiş, lakin ona borc pul verilməmişdir. Pulların sayılması zamanı Şahid1 əvvəl ona saymaq üçün qəpikləri verdi. Qəpikləri saydıqdan sonra Şahid1 ona dəstələməyi və saymağı üçün 100 manatlıq əskinazları verdi. O, həmin 100 manatlıq əskinazları dəstələyən zaman pulların içərisindən 2 ədəd 100 manatlıq əskinazları stolun altına atdı. Sonra həmin 2 ədəd əskinazları ayaqqabısının içərisinə salaraq gizlətdi. Ona verilmiş 100 manatlıq əskinazları dəstələyib qurtardıqdan sonra pulları Şahid1 verib otaqdan çıxdı. Otaqdan çıxdıqdan sonra öz işinin icrası üçün getdi. Gecə saat 03:00-də onun istirahət vaxtı başladığı üçün istirahət otağına keçdi. Otaqda ayaqqabısının içərisində gizlətdiyi 2 ədəd 100 manatlıq əskinazları çıxardaraq özünə məxsus mobil telefonu qoyduğu qabın, telefonun arxa qapağının içərisində gizlətdi. Bundan, təxminən, bir neçə dəqiqə sonra mühasib Şahid1 Cəmiyyətin direktoru Zərərçəkmiş şəxsla birlikdə onun yatdığı otağa gəldilər. Digər operator yoldaşı Şahid2 da otağa gəldi. Direktor və mühasib onlara ciblərindəki pulları yoxlayacaqlarını bildirdilər. Ondan və Şahid2 üzərlərində şəxsi pulları olubolmadıqlarını soruşdular. Maqsud bildirdi ki, üzərində 9 manat şəxsi pulu var, o isə üzərində şəxsi pulu olmadığını bildirdi. Onların üzərində olan yanacaq satışından əldə olunan pulları saydıqdan sonra həmin pulların sayğacla uyğun gəldiyini müəyyən etdilər. Sonra onun yatdığı yeri, çantasını, ciblərini axtardılar, lakin hər hansı məbləğdə pul aşkar olunmadı. Sonra ona bildirdilər ki, əlində olan mobil telefonun arxa qapağını açsın. O, əvvəl tərəddüd etsə də, telefonun arxa qapağını açdı. Telefonun arxa qapağında gizlətdiyi 2 ədəd 100 manatlıq əskinazları aşkar edib götürdülər. Onlar həmin puldan əlavə nə qədər pul oğurladığını soruşdular, o da bildirdi ki, bundan əlavə heç vaxt pul oğurlamamışdır. Sonradan ona bildirdilər ki, kassada 6850 manat pul əskik gəlmişdir, həmin pulların hamısını sən oğurlamısan və ödəməlisən. O, etiraf etdi ki, ancaq bir dəfə pulu sayanda 200 manatı oğurlamışdır. Bundan əlavə o, müştərinin verdiyi pulları xırdalamaq üçün mühasib Şahid1 xahiş etmiş Şahid1 isə pulları xırdalayan zaman ona 1-2 dəfə 10-20 manatlıq artıq pul qaytarmışdır. Lakin bu pulları mühasibə qaytarmamış və ya bu barədə heç kimə heç nə deməmişdir. Onun YDM-dən götürdüyü pullar cəmi oğurladığı pullarla birlikdə 300-400 manat olardı. Lakin ona inanmayaraq kassada əskik gələn 6820 manat pulu o, oğurladığını bildirərək, həmin pulları ödəməyi tələb etdilər. O, həmin pulu oğurlamadığını bildirərək etiraz etdikdə bildirdikdə ona hədəqorxu gələrək gah onu öldürəcəklərini, gah da cinayət məsuliyyətinə cəlb olunması üçün polisə verəcəklərini bildirdilər. O, hərbidə işə düzəlmək arzusunda olduğuna və cinayət məsliyyətinə cəlb olunmasından ehtiyat edərək və bu səbəbdən hərbiyə işə düzəlməməsindən qorxaraq həmin puldan gücü çatana qədər qaytaracağını bildirdi. Onun atası yoxdur. Yaxın qohumlarının köməkliyi ilə, eləcə də mobil telefonunu və evlərindəki televizoru sataraq cəmi 2930 manat pul ödədi. Vətən müharibəsi başlanması ilə əlaqədar 29 sentyabr 2020ci ildə cəbhəyə getdi. 31 dekabr 2020-ci ilə kimi cəbhədə olmuşdur.Cəhbhədən qayıtdıqdan sonra ona məlum oldu ki, barəsində cinayət işi başlanılmışdır. Barəsində cinayət işi başlandığına görə də pulun qalanını ödəmədi. "xxxx" MMC-nin kasssında əskik gələn 6850 manat onun tərəfindən oğurlanmamışdır. Qeyd etdiyi kimi cəmi 200 manat pul oğurlamışdır. Bundan əlavə 1-2 dəfə pul xırdalayan zaman mühasib ona 10 və 20 manat atrtıq vermiş, lakin o, həmin pulları geri qaytarmamışdır. Qanunsuz olaraq əldə etdiyii pullar oğurladığı 200 manatla birlikdə cəmi 300-400 manat olar. Məhkəmə kollegiyasının iclasında çıxış edən bəraət almış şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi apellyasiya prtotestini və apellyasiya şikayətinin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(051)-48/2021 hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin və apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin ifadə və çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti və apellyasiya şikayəti təmin edilməməli və Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(051)-48/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4cü maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmamamışdır. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən bəraət almış şəxs və zərərçəkmiş şəxsin, habelə şahidlərin ibtidai araşdırma zamanı, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 42.1.4 və 42.2.4-cü maddələrinə əsasən əməldə cinayət tərkibi olmadığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə bəraət verilməlidir. Azərbaycan Respublikası CPM-nin Cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində göstərilir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət təkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Qanunçuluq prinsipini təsbit edən Azərbaycan Respublikası CPM-nin 10-cu maddəsinə əsasən, məhkəmələr və cinayət prosesinin iştirakçıları Azərbaycan Respublikası Konstitusiyasının bu Məcəllənin, Azərbaycan Respublikasının digər qanunlarının, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin müddəalarına ciddi əməl etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 10.5-ci maddəsinin tələbinə görə, bu Məcəllənin 10-cu maddəsində göstərilən tələblərin pozulması ilə aparılan prosessual hərəkətlərin və qəbul olunmuş qərarların hüquqi qüvvəsi yoxdur. CPM-nin 12.1-ci maddəsinin müddəalarından görünür ki, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası CPM-nin 33.1 və 32.2-ci maddələrində müəyyən edilmişdir ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətlədirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən CPM-nin 125, 144, 146-cı maddələrinin tələblərinin pozulması yolverilməzdir. Həmin Məcəllənin 125.2.1-ci maddəsinə əsasən (125.1-ci maddəsi ilə birlikdə götürülməklə) insan və vətəndaşların Konstitusiya hüquqlarının və azadlıqlarının, yaxud bu Məcəllənin digər tələblərinin pozulması ilə cinayət prosesi iştirakçılarının qanunla təminat verilən hüquqlarından məhrum etmə və onları məhdudlaşdırmaqla bu sübutların həqiqiliyinə hər hansı bir yolla təsir göstərəcəyi və göstərə biləcəyi halda əldə edilmiş məlumatların, sənədlərin və digər əşyaların cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. CPM-nin 145.3-cü maddəsinin tələbinə görə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. CPM-nin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Cinayət işi materiallarında göstərilir ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.4-cü maddəsi ilə, yəni 6850 manat oğurlamaqla xeyli miqdarda oğurluq etməkdə, özgənin əmlakını gizli olaraq talamaqda təqsirləndirilir. İttihama əsasən Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi zərəçəkmiş şəxsin,şahid kimi ifadə vermiş baş mühasib Şahid1 ifadələri, 21 may 2020-cim il tarixdə kassadakı pulların sayılmasında mühasib Şahid1 kömək edən zaman 2 ədəd 100 manatlıq əskinazları oğurlanmasının aşkar olunması, bu vaxta qədər kassadan əskik gələn pulların cəmi 6820 manat olması müəyyən edilməsi və həmin puldan Təqsirləndirilən şəxs 2930 manat ödəməsi ilə əsaslandırılmışdır ki, lakin bu əsaslar məhkəmə istintaqı zamanı mötəbər sübutlarla təsdiq olunmamışdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində ilkin olaraq şəhər prokurorluğunda aparılmış araşdırma zamanı verdiyi izahatında, şəhər polis şöbəsində araşdırma zamanı verdiyi izahatında və istintaq zamanı verdiyi ifadəsində, üzləşdirmə istintaq hərəkətləri zamanı ifadəsində və məhkəmə istintaqı zamanı verdiyi ifadəsində 6850 manat pulu oğurlamadığını, yalnız 21 may 2020-ci il tarixdə 200 manat pul oğurladığını, müştərilərin verdikləri pulu xırdaladan zaman isə mühasib bir-iki dəfə ona 10 və 20 manat artıq pul qaytarıldığını, bunlar da nəzərə alınmaqla cəmi 300- 400 manat pul oğurladığını bildirmişdir. Həmçinin, bildirmişdir ki, ondan tələb olunan 6850 manatdan 2930 manatı ona görə ödəmişdir ki, müdiriyyət, mühasib onu polisə verməklə, cinayət işi başlatmaqla hədələyirdi. O da barəsində cinayət işi başlanmasından ehtiyat edərək pulu ödəməyə məcbur oldu. Cunki hərbidə işə düzəlmək istəyirdi. Ödədiyi pulun cox hissəsini isə dayısı və digər qohumlarının verdikləri pulla ödəmiş, evdə olan televizoru və özünəməxsus mobil telefonu satmışdır. Sonra Vətən müharibəsinə getdiyi üçün pulun qalan hissəsini ödəməmişdir. Hərbi xidmətdən qayıdandan sonra məlum olmuşdur ki, o, Vətən müharibəsində olduğu zaman barəsində cinayət işi başlanılmışdır. Artıq barəsində cinayət işi başlandığına görə pulu ödəmədi. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs hərbi biletinin surətindən və ŞHXÇDX-dən verilmiş arayışdan görünür ki, o, 30.09.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilmiş və 31.12.2020-ci il tarixədək hərbi xidmətdə olmuşdur. Həmçinin, cinayət işinə əlavə edilmiş, “Cinayət işiiniun başlanmasının rədd edilməsi barədə qərarın ləğv edilməsi, material üzrə cinayət işinin başlanması və işin istintaqı aparılması üçün aidiyyəti üzrə göndərilməsi haqqında” 13.10.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsinə kifayət qədər dəlillər olduğundan onun barəsində Azərbaycan Respublikası CM-nin 177.2.4-cü ilə maddəsi ilə cinayət işi başlanılmaqla istintaq aparılmasından ötrü aidiyyəti üzrə Mingəçevir şəhər PS-nin İstintaq bölməsinə göndərilməsi qərara alınmışdır. Mingəçevir şəhər PS-nin İB müstəntiqi isə 15.10.2020-ci il tarixli qərarla cinayət işini icraatına qəbul etmişdir. Bundan əlavə iş üzrə "xxxx" MMC-nin yanacaq-doldurma məntəqəsində 6850 manat əskik pulun yaranması yalnız MMC-nin mühasibinin ifadəsi ilə əsaslandırılır. Qeyd olunan əksikliyi olmasını sübut edən mühasibatlıq sənədləri və ya digər sənəd yoxdur. Mühasib isə qeyd olunan əksikliyin mart, aprel və may aylarında yarandığı, mart ayında kassadakı pulları hesablayarkən 3250 manat, aprel ayında isə 1680 manat pulun əskik gəlməsini, may ayında isə cəmi 6850 manat pulu əskik gəlməsini müəyyən etdiyini bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən müddət ərzində Təqsirləndirilən şəxs pulları saymaqda mühasibə kömək edən zaman 6850 manat məbləğində pulu oğurlaması, ələ keçirməsi mümkün deyil. Bundan əlavə, həqiqətən də, əvvəlki aylarda yanacaqdoldurma məntəqəsinin kassasında əksiklik yaranmış olsaydı əksikliyin necə əmələ gəlməsi araşdırılar və heç olmasa kamera görüntülərinə baxılardı. Birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, Təqsirləndirilən şəxs 21.05.2020-ci il tarixdə pulun sayılmasında mühasibə kömək edərkən birinci dəfə oğurluq etmiş, məhz həmin vaxt da özünü şübhəli aparması mühasibi şübhələndirmiş və buna görə də müdiriyyət tərəfindən araşdırma aparılmışdır. Birinci instansiya məhkəməsi həmçinin hesab etmişdir ki, 21.05.2020-ci il tarixdə mühasibə pulları saymaqda kömək edən zaman 200 manat pulu ələ keçirməsi, öz deməsinə görə əvvəlki vaxtlarda müştərilərin verdikləri pulları xırdaladan zaman mühasibin ona 10-20 manat artıq pul qaytarması, onun əksik gələn 6850 manat pulun hamsını ələ keçirməsinə dəlalət etmir. Bundan əlavə iş materialları ilə müəyyən edilir ki, yanacaqdoldurma məntəqəsində Təqsirləndirilən şəxs başqa onunla eyni növbədə bir işçi , digər növbədə isə iki işçi işləmişdir. İstintaq zamanı və məhkəmə iclasında verdikləri ifadələrindən isə görünür ki, onlar da kassadakı pulların sayılmasında və dəstələnməsində mühasibə kömək edirdilər. Beləliklə birinci instansiya məhkəməsi istintaqı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsindən 21.05.2020-ci ildə 200 manat pul oğurlamışdır. Özünün deməsinə görə də müştərilərin verdikləri pulları xırladan zaman mühasib ona bir iki dəfə 10-20 manat artıq pul qaytarmışdır. Ümumilkidə o, qanunsuz olaraq 300-400 manat pul ələ keçirmişdir. Cinayət Məcəlləsinin 177-ci maddəsinin Qeyd hissəsinin 1-ci hissəsində göstərilir ki, bu Məcəllənin 177.1, 178.1 və 179.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə beş yüz manatdan yuxarı, lakin beş min manatdan artıq olmayan məbləğdə ziyan vurulduğu hallarda yaranır. Bu Məcəllənin 177.2.1-177.2.3-2, 177.2.5 və 177.3.1-ci maddələrində nəzərdə tutulmuş məsuliyyət əmlakın mülkiyyətçisinə və ya digər sahibinə yüz manatdan yuxarı məbləğdə ziyan vurulduğu hallarda yaranır. Cinayət Məcəlləsinin 177-ci maddəinin Qeyd hissəsinin 2-ci hissəsində göstərilir ki, bu Məcəllənin 177-182-ci, 185-187-ci və 189-1-ci maddələrində “xeyli miqdar” dedikdə, beş min manatdan yuxarı, lakin əlli min manatdan artıq olmayan məbləğ, “külli miqdar” dedikdə əlli min manatdan yuxarı, lakin beş yüz min manatdan artıq olmayan məbləğ, “xüsusilə külli miqdar” dedikdə beş yüz min manatdan yuxarı olan məbləğ başa düşülür. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməllərini törətməməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını, qanunvericiliyin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq, məhkəmə baxışında ittihamın baxılması nəticələrinə əsaslanaraq, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilməyən şübhələri onun xeyrinə şərh edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübut olunmadı. Beynəlxalq insan hüquqları konsepsiyasının tərkib hissəsindən biri kimi insan hüquqlarına dair əsas sənədlərdə, o cümlədən İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsində, İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsində, Mülki və Siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsində öz əksini tapan, Azərbaycan Respublikasının Konstitusiyasında və Cinayət-Prosessual Məcəlləsində təsbit edilmiş təqsirsizlik presumpsiyası nəzərdə tutur ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri qanunvericilikdə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxs yalnız o halda cinayəti törətməkdə təqsirli hesab edilə bilər ki, onun konkret əməli törətməkdə təqsiri səlahiyyətli subyektlər tərəfindən qanunla müəyyən edilmiş prosessual qaydada toplanmış və məhkəmədə qiymətləndirilmiş sübutlar əsasında məhkəmənin müvafiq ittiham hökmü ilə təsdiq edilsin və bu hökm qanuni qüvvəyə minmiş olsun. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» şikayətlə bağlı Avropa Məhkəməsinin qərarında göstərilir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikası CPM-nin 350.2-ci maddəsi təsbit edir ki, bu Məcəllənin 42.1ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Həmin halların arasında CPM-nin 42.1-ci maddəsi məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirliliyinin sübuta yetirilmədiyini nəzərdə tutur. Cinayət Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikası adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Birinci instansiya məhkəməsinin ibtidai araşdırma zamanı toplanmış və məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış sübutlara, cinayət işinin materiallarına qanuna müvafiq qaydada qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.4-cü maddəsilə ona istinad edilən ittihamda təqsirliliyi sübuta yetirilmədiyi üçün ona həmin maddə ilə bəraət hökmü çıxrılmalıdır. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа protestinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(051)-48/2021 hökmü isə baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. nəticəvi hissə Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və zərərçəkmiş şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Mingəçevir Şəhər Məhkəməsinin 18 may 2021-ci il tarixli 1(051)-48/2021 hökmü isə baxılmış apellyasiya protestinə və apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-280/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-280/2021
16.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver