Məhkəmə qərarları › İş №1(107)-283/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-283/2021

13.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-283/2021 13.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, dövlət ittihаmçısı- X10, Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 və Zərərçəkmiş şəxs iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315 və 127.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında bаxaraq müəyyən etdi: Şəki Rayon Məhkəməsinin (sədrlik edən hakim P.Hacıyev) 09 iyun 2021-ci il tarixli hökmü ilə, xx xxx 1977-ci ildə Şəki rayonu Baş Şabalıd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Şəki rayonu Baş Şabalıd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 315-ci maddəsi xaric edilməsi, Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsindən 127.1-ci maddəsinə tövsif edilməsi, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməsi, cinayət işinin onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair hissəsinə xitam verilməsi və o, həmin hissədə cinayət məsuliyyətindən azad edilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermək qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə maddi sübutun, məhkəmə xərclərinin, mülki iddianın, maddi ziyanın olmaması nəzərə alınması müəyyən edilmişdir. İşin halları: İbtidai istintaq orqanının mövqeyinə görə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. İttiham aktına əsasən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları” haqqında qərarın istehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtlərinin 9.10-cu bəndinin tələblərini, yəni istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməli olduğu halda həmin tələbi pozaraq, 12.11.2018-ci il tarixdə X17 Cəmiyyətinin Şimal Qərb X8 və Satışı İdarəsinin X18nin əməkdaşları tərəfindən yaşadığı Şəki rayonu Baş Şabalıd kəndində yerləşən fərdi yaşayış evində sayğacdan kənar xətt vasitəsilə X2yə görə 117872 №li, həmin tarixli Aktla rəsmiləşdirilmiş 684.20 manat cəriməni, yeni quraşdırılan sayğaca görə 5.25 manat və X2yə görə 29.62 manat olmaqla, ümumilikdə 719.07 manat məbləğində borcunu ödəmədiyi üçün, 27 fevral 2020-ci il tarixdə, saat 13 radələrində hakimiyyət nümayəndəsi, "xxxx" ASC-nin Şimal-Qərb RETSİnin Şəki EŞ-nin Balans şöbəsinin nəzarətçi-mühəndisi Zərərçəkmiş şəxs vəzifə təlimatına uyğun olaraq elektrik enerjisinə olan borcların ödənişinin, kəsim ilə bağlı məsələlərin təşkili və nəzarətdə saxlanılması, ödəniş etməyən abonentlərə enerji verilişinin dayandırılması, tərtib olunmuş aktlar üzrə enerjinin haqqının yığılmasını təmin etmək üçün onun yaşadığı evin qarşısında xidməti vəzifələrini icra edib elektrik enerjisinin verilişini dayandırdığı zaman Zərərçəkmiş şəxs yaxınlaşıb öz etirazını bildirərək onun xidməti vəzifələrinin icrası ilə bağlı qanuni tələblərinə qəzəblənərək qəsdən sifət nahiyəsinə yumruqla zərbə endirməklə, sonradan isə yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmaqla ona burun sümüyünün yerdəyişən qəlpəli sınığı, burun tənəffüsünün hər iki tərəfdə pozulması xarakterli, dərəcəsinə görə sağlamlığa az ağır zərər vurmaya aid xəsarət yetirərək xidməti vəzifələrini yerinə yetirərkən hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs zor tətbiq etməklə müqavimət göstərmiş və xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Cinayət-Prosessual Qanunun 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq daxildir (maddə 8.0.3). Həmin Məcəllənin 349.3-cü maddəsinə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 349.5-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmənin hökmü əsaslı hesab edilir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 315 və 127.2.1-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxsla qohumdur. Münasibətləri hər zaman yaxşı olmuşdur və etdiyi əməldən utanır. Təxminən 2018-ci ildə onun yaşadığı evdə quraşdırılmış sayğac işləmədiyindən, o, bir neçə dəfə bu barədə işıq idarəsinə şifahi məlumat vermişdir. Lakin müvafiq tədbir görülmədiyindən və onlar işıqsız qaldığından evə sayğacdan kənar xətt çəkmişdir. Bundan sonra “X18”nin işçiləri yaşadığı evə gəlib bu faktı aşkar etmiş və onlara təxminən 700 manat cərimə yazmışlar. Maddi vəziyyəti ağır olduğundan o və yaşlı anası həmin borcu tam olaraq ödəməkdə çətinlik çəkmiş, lakin hər ay yaranmış borcdan əlavə cərimədən 5-10 manat ödəniş etmişdir. 27 fevral 2020-ci il tarixdə günorta saatlarında o, qonşudan dizel yanacağı alıb evə gələn zaman anası Sümayə Məmmədovanın həyətdə işıq idarəsinin işçilərinə “işığı kəsməyin” deyə yalvardığını, lakin onların buna məhəl qoymayaraq elektrik montyoru Şahid2 yaşadığı evin qarşısında – əmisigilin həyətində olan işıq dirəyinə çıxdığını və evə gələn elektrik xəttini kəsmək istədiyini görmüşdür. İlk növbədə o, şalmanda olan elektrik mütəxəssisinə yaxınlaşıb dirəkdən düşməsini xahiş etmişdir. Lakin montyor məsələnin ondan asılı olmadığını, Vaqifin tapşırığı ilə icra etdiyini bildirmişdir. Həmin vaxt Vaqif və Nizami bir qədər kənarda olmuşlar. O da Vaqifə yaxınlaşıb qohum olduqlarını, onsuz da hər pensiya vaxtı borclarını az-az ödədiyini, əgər ödəməsə gəlib kəsə biləcəklərini bildirərək iki gün vaxt vermələrini xahiş etmişdir. Vaqif göstərişi Nizami verdiyini deyəndə əsəbindən onu sifət nahiyəsindən vurmuşdur. Daha sonra anası onu evə aparmışdır. Əlavə olaraq bildirdi ki, “balta ilə maşınınızı toz kimi dağıdacağam” ifadəsini işlətsə də, balta götürməmiş, maşına yaxın belə getməmişdir. Vaqifi də bir dəfə sifət nahiyəsindən vurmuşdur. Şahid1 fürsətdən istifadə edib “şikayətçi olacam” deyərək maşınının əvvəlcədən sınıq olan stopunun pulunu alıb. Hadisə nəticəsində bir ay işıqsız qalmışlar. Bundan başqa qeyd etmişdir ki, işıq idarəsinin işçiləri onlara iki ay olar ki gəlməmiş, bildiriş və yaxud hər hansı bir xəbərdarlıq verməmişlər. Qeyd olunanları, işıq idarəsi işçilərinin hərəkətlərinin qanunsuz olmasını, himayəsində azyaşlı uşağının olmasını, əməlindən peşmançılığını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alıb ona yüngül cəza verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Şimal-Qərb RETSİ-nin X9 Balans şöbəsində nəzarətçimühəndis vəzifəsində işləyir. Əslində onun işi abonentə bildiriş verməkdir və bildiriş verdikdə pul almağa ixtiyarı yoxdur. Lakin kənd ərazisində poçt olmadığından bəzi abonentlər pulu ona verir və o, ödənişi edib qəbzləri sahiblərinə təqdim edir. ünvan 2 ünvanın 719 manat borcu olmuşdur. Belə ki, bildiyi qədərilə 2017-ci ilin sonlarında Habilin borcu olmamış, lakin onun kənar xətt işlətdiyi aşkar olunduğundan 700 manata qədər itirilmiş enerjinin bərpası üçün cərimə yazılmışdır. 27 fevral 2020-ci il tarixdə şöbənin işçiləri olan Şahid2 və Şahid1 ilə birlikdə abonentin yaşadığı ünvana getmişlər. Ayın sonunda Göynük zonasının aparıcı mühəndisi Şahid1 planı yığmaqla əlaqədar ona kömək üçün təyin edilmişdir. Həmin ünvanda qapını Habilin anası açmış, hazırda imkanı olmadığını bildirmiş və borcu ödəmək üçün onlardan iki gün vaxt istəmişdir. Lakin Nizami razılaşmamış, iki gün sonra artıq növbəti ay olacağını bildirərək elektrik mütəxəssisinə işığın kəsilməsi göstərişini vermişdir. Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən və ya göndərildikdən sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Xəqani işıq dirəyinə çıxaraq işığı ayırmaq istədikdə Habil gələrək səs-küy salmışdır. Mütəxəssisə işığı kəsməməsini deyən Habilə məsələni elektrik mütəxəssisi ilə deyil, o və Nizami ilə aydınlaşdırmalı olduğunu söyləmişdir. Söhbət əsnasında Habil gözlənilmədən onun sifət nahiyəsindən yumruqla vurmuşdur. Ehtimal edir ki, Habil özündən aslılı olmayaraq onu vurmuşdur. Bundan sonra Habil onu yenidən vurmamışdır. Bu halın baş verdiyini ona Nizami demişdir. Əlavə olaraq bildirdi ki, Habil onu vurandan sonra evlərinə getmiş, balta ilə Nizaminin avtomobilini əzməsini görməmişdir. Ümumiyyətlə düşünür ki, bu mümkün deyil, çünki avtomobil onların olduğu yerdən əks istiqamətdə və kənarda olmuşdur. Hadisə barədə polisə məlumat verməmiş, ümumiyyətlə, Təqsirləndirilən şəxs ilə barışmışdır, şikayət və tələbi yoxdur və bu barədə təsdiq olunmuş ərizəni məhkəməyə təqdim etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Şimal-Qərb RETSİ-nin X9 Balans şöbəsində nəzarətçimühəndis vəzifəsində çalışır. Hadisə baş verən ayın sonunda yığım planı, debitor borcları olan abonentlərin borc və işığın kəsilməsi ilə bağlı Göynük zonasında aparıcı sahə rəisi olmuşdur. Vəzifəsinə əsasən əvvəlcədən borcu olan abonentlərin siyahısı tərtib olunmuş, daha sonra o, nəzarətçi Vaqif və elektrik avadanlıqları mütəxəssisi Xəqani Əliyev abonentlərin mənzillərinə baş çəkmişlər. 27 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs evində olmuşlar. Qapıya çıxan yaşlı qadına və daha sonra Habilə üç aydır ödəniş etmədiyini bildirmişlər. Lakin Habil hal-hazırda da ödəniş edə bilməyəcəyini söyləmişdir. Əslində onun həmin anda abonentdən pul almağa ixtiyarı yoxdur. Habil ondan ödəniş üçün vaxt verilməsini istəməmişdir. Daha sonra o, elektrik verilişinin dayandırılması ilə bağlı göstəriş vermişdir. Onlar qonşunun həyətində olarkən Habil onlara yaxınlaşmış, ona qarşı heç bir zorakı hərəkət və yaxud təhqiredici ifadə işlətməmişdir. Lakin Vaqiflə mübahisə etmiş, burun nahiyəsinə zərbə endirmişdir. Qarışıqlıq olduğu üçün dəqiq xatırlamasa da Habilin Vaqifə təpik zərbəsi vurduğunu, sonra “maşınınızı da götürüb rədd olun yoxsa, maşını dağıdacam” ifadəsini işlətdiyini, lakin onun avtomobilin yaxınlığına getdiyini görmədiyini, avtomobilin stopunun pulunu Habilin qardaşından almasını əlavə etmişdir. Daha sonra o, avtomobilin arxa sağ stopunun sınıq olduğunu və avtomobilin ön hissəsində palçıq izlərinin olduğunu görüb polis şöbəsinə məlumat vermişdir. Əlavə olaraq bildirdi ki, 25 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs borcunun olması ilə bağlı xəbərdarlıq olunmuşdur. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən 3 gün ərzində ödəniş etməsə verilən elektrik enerjisinin dayandırılması mümkündür. Etiraf edir ki, 27 fevral 2020-ci il tarixdə Təqsirləndirilən şəxs evinə verilən elektrik enerjisinin dayandırılması barəsində göstəriş verə bilməzdi. Lakin qeyd edir ki, satış rəisi bu haqda qərar vermək üçün ona şifahi qaydada tam səlahiyyət vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Azərişıq ASC-nin Şimal-Qərb RETSİ-nin X9 elektrik montyoru vəzifəsində işləyir. 27 fevral 2020-ci il tarixdə günorta saatlarında o, nəzarətçimühəndis Zərərçəkmiş şəxs və aparıcı mühəndis Şahid1 ilə birlikdə ünvan 5 ünvana getmişlər. Orada yaşlı bir qadın qarşılarına çıxmışdır. Onlar qadına X2yə görə yaranmış borclarının olmasını bildirib ödəmələrini xahiş etmişlər. Həmin şəxs pulu həmin vaxtı ödəyə bilməyəcəyini bildirdikdə Şahid1 ona dirəkdən işığın kəsilməsinə dair göstəriş vermişdir. Buna görə də, o, işıq dirəyinə çıxaraq işığı ayırmaq istəmişdir. Lakin bu zaman Habil adlı şəxs ona yaxınlaşaraq dirəkdən aşağı enməsini istəmişdir. O da öz növbəsində onun həll etdiyi məsələ olmadığını bildirmiş, Vaqif və Nizamiyə müraciət etməli olduğunu demişdir. Təqsirləndirilən şəxs Vaqifə tərəf getmişdir. Dirəklə Vaqifgilin arasında 30-40 metr məsafə olduğundan Habilin Vaqifi vurmasını görməmişdir. Lakin dirəkdən düşəndən sonra Vaqifin burnunun qanamasını görmüş və Habilin onu vurmasını bilmişdir. Habilin əlində balta ilə onları hədələməsini, o, cümlədən maşını zədələməsini görməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə qonşuluqda yaşayır və Habili mübahisəyə meyilli insan kimi tanımır. 27 fevral 2020-ci il tarixdə o, evdə olmuşdur. Lakin,hadisə barədə məlumatı olmamış, heç nə görməmişdir. Şahid qismində çağırıldığı üçün ibtidai istintaqda heç nə bilmədiyini söyləmiş, yazmaqda çətinlik çəkdiyi üçün ifadəsini şifahi şəkildə bildirmiş və imzalamışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur və Habil qonşuluqda yerləşən evində yaşlı və xəstə anası, həyat yoldaşı və bir azyaşlı uşağı ilə birlikdə yaşayır. O da oğlu Şahid4 kimi hadisəni görməmiş, şahid olmadığı halda şahid kimi göstərilmişdir. Hadisə barədə sonradan məlumatı olmuş, Habilin anasının xahişi əsasında Zərərçəkmiş şəxs zəng edərək üzr istəmiş, Habili bağışlamasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilən Məmmədkərimov Nahid Şahid oğlu ifadəsində göstərdi ki, vətəndaşın enerji təchizatına dörd halda məhdudiyyət qoyula bilər ki, onlardan da biri abonentin ödənilməmiş borcunun olmasıdır. Belə olan halda abonentə üç gün qabaqdan xəbərdarlıq olunmalıdır, yalnız bundan sonra enerji təchizatı dayandırıla bilər. Bununla yanaşı bir ay qabaqdan borcla bağlı bildiriş də verilməlidir. İşığın kəsilməsi kəsim siyahısının əsasında aparılır. Ehtimal edir ki, Təqsirləndirilən şəxs işığı kəsim siyahına əsasən kəsilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş: məhkəmə-tibbi ekspertizasının 67 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: burun sümüyünün yerdəyişən qəlpəli sınığı, burun tənəffüsünün hər iki tərəfdə pozulması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 27 fevral 2020-ci il tarixə uyğundur, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və xəsarətin ağırlıq dərəcəsi təkrarı məhkəmə tibbi və müayinədən və LOR həkiminin müayinəsindən sonra məlum olacaqdır. Məhkəmə-tibbi ekspertizasının 67/02 nömrəli rəyində göstərilir ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər: burun sümüyünün yerdəyişən qəlpəli sınığı, burun tənəffüsünün hər iki tərəfdə pozulması bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda qeyd edilən 27 fevral 2020-ci il tarixə uyğundur, xəsarətlərin döyülmə zamanı əmələ gəlməsi istisna edilmir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddir. “Azərişıq ASC” X9 25 fevral 2020-ci il tarixli, 739 nömrəli xəbərdarlığından müəyyən olunur ki, Bəşarət Alıyevə bildirilib ki, 25.12.2020-ci il tarixə elektrik enerjisinə görə yaranmış 719.07 manat borcu 3 gün ərzində ödənilməsə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 yanvar 2010-cu il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQnin 9.13.2-ci bəndinə əsasən verilən elektrik enerjisi dayandırılacaq. “Azərişıq ASC” X15 tərəfindən verilmiş 03 aprel 2020-ci il tarixli 123-01/092 nömrəli məktubdan müəyyən olunur ki, istelakçıların enerji ilə təchiz olunması və istifadəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunan “X2 Qaydaları” ilə tənzimlənir. Həmin Qaydaların “İstehlakçıların məsuliyyəti və onlara elektrik enerjisinin verilişinin dayandırılması şərtlərinin” 9.13 və 9.13.2-ci bəndlərinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya ekektrik enerjisinin verilməsini dayandıra bilər. "xxxx" ASC-nin Enerji Satış Departamentinin 01 fevral 2020-ci il tarixli, G-20/004 nömrəli fevral hesabat ayının qısa olduğu nəzərə alınmaqla faydalı elektrik enerjisinin yığının tam təmin edilməsi üçün satış işinin təşkili, o cümlədən aktlar da daxil olmaqla debitor borclarının təmin edilməsi üçün tədbirlərin gücləndirilməsi məqsədilə RETSİ və ETSİ rəislərinə verilən 10 bəndən ibarət göstərişdən görünür ki, təhkimçilər təyin olunmuş ərazilər üzrə iş bölgüsünün yaradılması, yığılmayan məbləğlərin ödənişinin təmin edilməsi, israfçılıq və itkilərlə mübarizə məqsədilə xüsusi reydlərin keçirilməsi və kəsimlə əlaqədar istismar şöbələri ilə iş təşkil edilərək qruplar yaradılaraq avadanlıqlarala təmin edilməsi, tərtib edilmiş aktların icrasına nəzarətin gücləndirilməsi və abonentlər tərəfindən ödənişlərin təmin edilməsi üçün tədbirlərin görülməsi, oxunan və ödəniş etməyən əhali abonentləri ilə tədbirlərin gücləndirilməsi, fevral ayının birinci ongünlüyündə yanvar ayından qalan realizasiyanın ödənişi təmin edilməsi və s. müəyyən olunmuşdur. "xxxx" ASC-nin Şimal Qərb X8 və Satış İdarəsi tərəfindən Şəki Rayon Məhkəməsinə təqdim olunmuş sorğuya cavabdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinə 27 fevral 2020-ci il tarixdən əvvəlki dövr üçün sonuncu bildiriş 15.09 2019-cu il tarixdə verilmişdir. Həmin bildirişə əsasən 15.07.2019-cu ul tarixinə abonentin borcu 729 manat 07 qəpik olmuş və borc bildirişdə öz əksini tapmışdır. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin enerji təchizatının dayandırılması üçün hər hansı bir əmr və ya göstəriş olmamış, enerji təchizatı “X2 Qaydaları”-nın 9.13.2-ci bəndinə əsasən dayandırılmışdır. "xxxx" ASC-nin X8 və Satış İdarələrinin Rayon Elektrik Şəbəkələrində çalışan Balans şöbəsinin nəzarətçi-mühəndisin vəzifə təlimatından görünür ki, nəzarətçi mühəndisin 40 bənddə göstərilən əsas vəzifələri, 06 bənddə göstərilən məsulliyət halları müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Energetika Nazirliyinin Enerji Məsələlərinin X3 Rayon Məhkəməsinə təqdim olunmuş sorğuya cavabından müəyyən olunur ki, ...27.02.2020-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs məxsus Şəki rayonu Baş Şabalıd kəndində yerləşən fərdi yaşayış evinə elektrik enerjisinin verilişinin dayandırılması zamanı “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin dördüncü və beşinci hissələrinin, habelə “X2 Qaydaların”ın 8.2-ci, 8.33-cü, 9.13-cü, 9.13-1-ci bəndlərinin, 9.13.2-ci yarımbəndinin və həmin Qaydalara 4 nömrəli əlavədə verilmiş “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli müqaviləsi”nin 6-1-ci bəndinin tələbləri pozulmuşdur. 06 may 2020-ci il tarixli qərardan və axtarışda olan şəxsin tutulması haqda 22 iyun 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin qərara əsasən 22 iyun 2020-ci il tarixdə tutularaq Şəki ŞRPŞ-nin MSY-ə təhvil verilmişdir. Şəki Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsinə dair təqdimat təmin olunmamış və təqsirləndirilən şəxs məhkəmə iclas zalından həbsdən azad olunub. 23 iyun 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Şəki Rayonlararası Psixatriya Xəstəxanasının 11.04.2020-ci il tarixli, 221 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Şəki rayon psixatriya Xəstəxanasının dispanser müşahidəsində yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 17.04.2020-ci il tarixli tələbnaməsindən və Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 15 dekabr 2008-ci il tarixli 1(101) 1399/2008 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Şəki Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmuş və 11.06.2003-cü il tarixdə CPM-in 39.1.3, 41.1, 175, 280 və 281-ci maddələrinə əsasən işin icraatına xitam verilmiş, Nizami Rayon Məhkəməsinin 14.11.2003-cü il tarixli hökmü ilə CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası Prezidentinin 20.06.2005-ci il tarixli, 253 saylı əfv fərmanına əsasən azad olunmuş, Şəki Rayon Məhkəməsinin 02.06.2006-cı il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 4 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və daha sonra Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 15.12.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 120.1ci maddəsi ilə təqsirli bilinib 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş cəzaya Şəki Rayon Məhkəməsinin 02.02.2006-cı il tarixli hökmü ilə təyin edilmiş 4 il 6 ay azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 1 il 7 ay, 12 gününü qismən birləşdirməklə qəti olaraq 7 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 05.02.2016-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Şəki şəhər İHB-nin Baş Göynük İƏD üzrə nümayəndəliyinin 15 aprel 2020-ci il tarixli arayış və xasiyyətnamələrindən görünür ki, Təqsirləndirilən şəxs Şəki rayonu Baş Şabalıd kəndində anası X4 və həyat yoldaşı X7 ilə birlikdə yaşayır. 2020-ci il təvəllüdlü X5 adlı bir azyaşlı övladı var, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi üzrə Zərərçəkmiş şəxs Şəki Rayon Məhkəməsinə verdiyi 24 avqust 2020-ci il tarixli ərizəsindən müəyyən olunur ki, təqsirləndirilən şəxslə barışmışdır, ona qarşı heç bir şikayəti yoxdur. Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı, kiçikədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 315 və 127.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyalarında nəzərdə tutulan həddə cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni hökmünün çıxarılması xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apellyasiya protestinin təmin edilməsini və iş üzrə Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-nin 315 və 127.2.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddənin sanksiyalarında nəzərdə tutulan həddə cinayətlərin məcmusu üzrə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə yeni hökmün çıxarılması xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs apellyasiya protestinin təmin edilməməsini və iş üzrə Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi1 apellyasiya protestinin təmin edilməməsini və iş üzrə Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin ifadə və çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya protesti təmin edilməməli və Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, X1 əməlində Azərbaycan Respublikası CM-nin 213.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibi olmamamışdır. Göründüyü kimi ibtidai araşdırma orqanı cinayət işi üzrə toplanmış sübutlar əsasında təqsirləndirilən şəxsin əməlini zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun həyatı üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaqla hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmək kimi müvafiq olaraq CM-nin 127.2.1 və 315-ci maddələri ilə tövsif edib, ona həmin maddələrlə ittiham vermişdir. Birinci instansiya məhkəmə hesab etmişdir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsi ilə əhatə olunduğundan ona qarşı irəli sürülmüş CM-nın 315-ci maddəsi ilə ittiham ittihamdan xaric olunmalı, CM-nin 127.2.1-ci maddəsi isə CM-nin 127.1-ci maddəsinə tövsif olunmalıdır. İlk növbədə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iş araşdırılarkən müəyyən olunur ki, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin ifadələrinin müəyyən hissəsi dindirmə protokollarında doğru əks etdirilməmiş, onlar məhkəmə baxışında verdikləri ifadələri ilə ibtidai istintaq zamanı verdikləri ifadələr arasında ziddiyətlər var, ifadələr arasındakı fərqi izah edərək istintaq zamanı da məhkəmə baxışındakı kimi ifadə verdiklərini bildirmişlər, verilmiş ittiham işin faktiki hallarını olduğu kimi əks etdirməmişdir. Belə ki, təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bir dəfə sifət nahiyəsindən vurduğunu etiraf etsədə, əlavə olaraq onu vurmadığını, balta ilə heç kimi hədələmədiyini, Şahid1 avtomobilinə ümumiyyətlə yaxın getmədiyini bildirmişdir. Qeyd olunanları Zərərçəkmiş şəxs, Şahid2 də təsdiq etmişdir. Şahidlər Şahid3 və Şahid4 ümumiyyətlə hadisəni görmədiklərini, bir müddət sonra xəbər tutduqlarını bildirmişlər. Şahid1 hərəkətləri hadisənin baş verməsinə zəmin yaradan şəxs kimi ümumiyyətlə sübuta yetməyən ziddiyətli ifadələr verir, avtomobilinə ziyan dəyməsi şübhəli olduğu halda və faktiki olaraq şahid statusunda ibtidai istintaq dövründə ziyanın əvəzini tələb edir və alır. Qeyd olunduğu kimi, təqsirləndirilən şəxsə verilmiş şişirdilmiş ittihamda göstərilir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar qəsdən sağlamlığa az ağır zərər vurmaqla hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmişdir. Məhkəmə kollagiyası qeyd etməyi zəruri hesab edərək nəzərə catdırır ki, ayrı-ayrı dispozitiv əlamətləri olan CM-nin 315 və 127-ci maddələri ilə ittihamın bir epizod formasında verilməsi CPM-nin 223-cü maddəsinin tələblərinə uyğun olmayan qanun pozuntusu hesab edilir və qanunvericiliyin tələbinə görə təqsirləndirilən şəxsə verilən ittiham aydın olmalıdır. Hazırkı işdə ittihamın qarışıq halda verilməsi ilə ibtidai araşdırma orqanı hansı hərəkətin hansı cinayət hadisəsi ilə bağlı olduğunu göstərməmiş, mücərrəd, aid olmayan, uyğun gəlməyən fikirləri daha ağır ittiham yaratmaq niyyətilə istifadə etmişlər. CPM-nin 223.5-ci maddəsinin tələblərinə görə əgər şəxs bir neçə cinayətin törədilməsində ittiham olunursa, qərarda CPM-nin 223.3-cü maddəsində göstərilmiş hallar barədə məlumatlar törədilmiş cinayətlərdən hər biri üzrə ayrılıqda öz ifadəsini tapmalıdır. Təqsirləndirilən şəxs cinayət qanununun müxtəlif maddələri ilə tövsif edilən bir neçə cinayətin törədilməsinə görə məsuliyyətə cəlb edildikdə qərarın təsviri-əsaslandırıcı hissəsində məhz hansı cinayətlərin törədildiyi, nəticə hissəsində isə cinayət qanununun həmin cinayətlərə görə məsuliyyət nəzərdə tutan maddəsi göstərilməlidir. Lakin buna baxmayaraq istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsin Zərərçəkmiş şəxs burun nahiyəsindən vuraraq ona az ağır xəsarət yetirməsi hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə müqavimət göstərmə və eyni zamanda xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyat üçün təhlükəli olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurma kimi qiymətləndirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurmaqla ona xəsarət yetirməsindən başqa, nəinki şahidlərin hətta zərərçəkmiş şəxsin belə görmədiyi və təsdiq etmədiyi, onu əlavə olaraq yenidən vurması, balta ilə hədələməklə qovması, avtomobili zədələməsi kimi digər hərəkətləri verilən şişirdilmiş ittihamı bərkitmək üçün nəzərdə tutulmuşdur. Halbuki, Təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsə sifət nahiyəsindən bir dəfə vurmaqla ona az ağır xəsarət yetirilməsi, Zərərçəkmiş şəxs hadisə vaxtı vəzifəsini icra edən hakimiyyət nümayəndəsi kimi qiymətləndirməklə təqsirləndirilən şəxsə faktiki olaraq bir əmələ görə CM-nin 315 və 127.2.1-ci maddələri ilə ittiham verilmişdir. Törədilən cinayətə münasibətdə zərərçəkmiş şəxsin statusunun təqsirləndirilən şəxsin əməlinin tövsifində ağırlaşdırıcı hal kimi iki dəfə nəzərə alınması məhkəmə kollegiyası tərəfindən ədalətli və əsaslı hesab olunmur. Birinci instansiya məhkəmə düzgün hesab etmişdir ki, baş vermiş hadisədə bir tərəf Təqsirləndirilən şəxs, əks tərəfdə isə Zərərçəkmiş şəxs olmuşdur ki, bunlardan heç biri hakimiyyət nümayəndəsi statusunda olmamışdır. Məlum olduğu kimi hakimiyyət nümayəndəsi dedikdə, təşkilati-hüquqi formasından, tabeliyindən, idarə mənsubiyyətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlar, habelə ayrı-ayrı şəxslər üçün icrası məcburi olan tələblər irəli sürmək və qərarlar qəbul etmək üçün hakimiyyət səlahiyyətlərinə malik olan şəxs başa düşülür. Hakimiyyət nümayəndəsinin statusu hər şeydən əvvəl hakimiyyət səlahiyyətləri ilə əlaqədardır. Hakimiyyət səlahiyyətləri dedikdə, xidməti vəzifəsinin yerinə yetirilməsi zamanı idarə etmə sahəsində müxtəlif qərarlar qəbul etmək, icrası vətəndaşlar və hüquqi şəxslər üçün məcburi olan tələblər irəli sürmək hüququ başa düşülür. Halbuki, iş materiallarından da göründüyü kimi, təqsirləndirilən şəxslə "xxxx" ASCnin arasında müqavilə öhdəlikləri olmuşdur ki, zərərçəkmiş şəxs də ASC-nin nümayəndəsi kimi Təqsirləndirilən şəxs həmin müqavilədən irəli gələn öhdəliklərin icrasına nəzarət etməli idi. Zərərçəkmiş şəxsin vəzifə təlimatından onun xidməti tabeliyində olubolmamasından aslı olmayaraq şəxslər üçün icrası məcburi olan qərarlar qəbul etmək, tələblər irəli sürmək səlahiyyətinin olması müəyyən olunmur. Təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihama əsasən cinayət əməlini törədərkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları” haqqında Qərarın istehlakçıların məsuliyyəti və onlara elektrik enerjisi verilişinin dayandırılması şərtlərinin 9.10-cu bəndinin tələblərini, yəni istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməli olduğu halda həmin tələbi pozmuşdur. Lakin belə təəssürat yaranır ki, ibtidai araşdırma orqanı qərarın yalnız qeyd olunan bəndini rəhbər tutaraq zərərçəkmiş şəxsin həmin Qərara və təlimata uyğun vəzifəsini icra edib-etməməsini araşdırmamışdır. Belə ki, Qərarın 8.2-ci maddəsi hesablaşma dövrünün 1 ay olduğunu müəyyən edir və elə həmin bəndə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qərarın 9.13 və 9.13.2-ci bəndləri enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə, müəssisəyə elektrik enerjisinin verilməsini dayandırmaq hüququnu verir. Qərarın 9.13-1-ci bəndinə əsasən isə elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Göründüyü kimi, enerjitəchizatı müəssisəsi elektrik enerjisi istehlakçısı arasında olan münasibətləri tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları” haqqında Qərar hər ay istehlakçıya borcla bağlı məlumat (hesab) təqdim edilməsini zəruri edir və yalnız bundan sonra hesablaşma üçün istehlakçıya bir ay möhlət müəyyən edir. Belə olan halda fevral ayı üçün elektrik enerjisi borcuna görə bildirişin ümumiyyətlə təqdim olunub-olunmaması və təqdim olunmuşdursa hansı tarixdə abonentə təqdim olunması mühüm əhəmiyyət kəsb edir. "xxxx" ASC-nin məlumatına əsasən hadisədən öncə sonuncu borcla bağlı bildiriş 15 iyul 2019-cu il tarixdə təqsirləndirilən şəxsə təqdim olunmuşdur. Deməli, nəinki fevral ayı üçün ondan da 06 ay öncəyədək müddətdə abonentə borcla bağlı bildiriş verilməmişdir. Bundan başqa nəzərə alınmalıdır ki, iş materiallarında "xxxx" ASC-nin 25 fevral 2020-ci il tarixli xəbərdarlıq məktubu var ki, məktubda yaranmış tam borcun məbləği göstərilməklə üç gün ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə tətbiq olunan məhdudiyyət barədə xəbərdarlıq olunmuşdur. Xəbərdarlıq məktubunda 25 fevral 2020-ci il tarixədək yığılan 719.07 manat borcun ödənilməsi tələb olunmuşdur. 25 fevral 2020-ci il tarixli xəbərdarlıq məktubunda isə abonentə borcunun ödənilməsi üçün üç gün vaxt verilsə də bu müddətə də riayət olunmamış, iki gün sonra enerji verilişi dayandırılmışdır. Göründüyü kimi ittihamda Nazirlər Kabinetinin Qərarına istinad olunsa da nədənsə elə həmin Qərarın zərərçəkmiş şəxs tərəfindən pozulması hallarına diqqət yetirilməmiş, qiymət verilməmişdir. Araşdırılmalı olan digər mühüm məsələ isə zərərçəkmiş şəxsin ümumiyyətlə elektrik enerjisinin verilişinin dayandırılmasına dair qərar qəbul etmək üçün hüququnun olması ilə bağlıdır. Azərbaycan Respublikası Energetika Nazirliyinin Enerji Məsələlərinin Tənzimləmə Agentliyi tərəfindən verilən sorğuya cavabda görünür ki, mövcud qanunvericilikdə enerji təchizatı müəssisəsinin işçiləri tərəfindən müxtəlif aktlarla rəsmiləşdirilmiş pul vəsaitlərinin və ya yeni quraşdırılan sayğacların dəyərinin ödənilməməsinə görə istehlakçıya elekrtik enerjisinin verilməsinin dayandırılması ümumiyyətlə nəzərdə tutulmamışdır və göstərilən əsaslarla elektrik enerjisinin verilməsinin dayandırılması halları qanun pozuntusu olmaqla yanaşı, inzibati məsuliyyətə səbəb olur. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kəsim ilə bağlı məsələlərin təşkili və nəzarətdə saxlanılması birbaşa vəzifə təlimatında göstərilmişdir və zərərçəkmiş şəxsin belə bir səlahiyyətinin olması qeyri-şərtsiz qəbul olunur. Lakin kəsim ilə bağlı məsələlərin təşkili hələ işığın kəsilməsi qərarının qəbul edilməsi səlahiyyətinə malik olması demək deyil. Belə ki, zərərçəkmiş şəxsin özünün də qeyd etdiyi kimi enerjinin verilməsinin dayandırılması müvafiq əmr və ya göstəriş əsasında icra edilə bilər ki, belə bir əmrin və ya göstərişin olmaması işin mübahisəsiz halıdır. "xxxx" ASC-nin sorğuya cavabından açıqaşkar görünür ki, X2 edilməsindən məhdudlaşma ilə bağlı 27 fevral 2020-ci il tarixdə aparılmış elektirik sayğacının şəbəkədən ayrılması tədbiri hər hansı bir hüquqi sənəd, əmr və göstəriş əsasında icra olunmamış, yalnız nəzarətçi-mühəndis olan zərərçəkmiş şəxsin istəyi ilə həyata keçirilmişdir. İş materiallarına ibtidai araşdırma orqanı tərəfindən əlavə olunan 01 fevral 2020-ci il tarixli, G-20/004 nömrəli göstərişdə də konkret kəsimlə bağlı məsələlərə münasibət bildirilmir. Başqa sözlə, ödəniş etməyən abonentlərin enerji verilişinin dayandırılması kimi səlahiyyətinin olması vəzifə təlimatında olması müəyyən olunmadığı kimi, səlahiyyətli şəxs tərəfindən belə bir göstərişin verilməsi sübuta yetmir. Beləliklə, ödəniş etməyən abonentlərə enerji verilişinin dayandırılması səlahiyyəti Zərərçəkmiş şəxs işlədiyi nəzarətçi-mühəndisin və yaxud onunla birlikdə olan Şahid1 işlədiyi aparıcı mühəndisin vəzifə təlimatlarında mövcud deyil. Bu şübhəli səlahiyyət Zərərçəkmiş şəxs ibtidai istintaq orqanı tərəfindən vəzifə təlimatında olduğu kimi göstərilməklə verilmişdir. Təqsirsizlik prezumpsiyasını nəzərə alaraq, təqsirləndirilən şəxsin təqsiri heç bir şübhə doğurmayan sübutlarla təsdiq olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin əsas Qanunda və digər normativ-hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəaları Azərbaycan Respublikasının ərazisində müvafiq surətdə tətbiq edilməlidir. “İnsan Hüquqlarının və X6 haqqında” Konvensiyanın (bundan sonra, Avropa Konvensiyası) 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən, Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət işinə baxarkən ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı “İnsan hüquqlarının və X6 haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. “Kondraşinanın Rusiya Federasiyasına qarşı” işində Avropa Məhkəməsi qeyd edir ki, məhkəmələr qərar qəbul edərkən hüququn aliliyinə riayət etməlidirlər. Hüququn aliliyinin əsas aspektlərindən biri hüquqi müəyyənlik prinsipidir ki, onun tələbinə görə məhkəmələr yekun qərarı elə qəbul etməlidirlər ki, o mübahisə edilməsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Korbely Macarıstana qarşı” iş üzrə 19 sentyabr 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Konvensiyanın 7-ci maddəsi ittiham olunan şəxsin maraqlarının ziyanına cinayət hüquqi normaların geriyə qüvvəsi ilə məhdudlaşmır. Bununla bərabər həmin maddə özündə daha ümumi prinsipləri ethiva edir. Həmin prinsiplərə əsasən qanun cinayətin tərkibini və buna görə cəzanı müəyyən etməklə yanaşı o, cümlədən ittiham olunan şəxsin ziyanına cinayət hüquq normalarının genişləndirici şərh olunmasını qadağan edir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin qəsdən sağlamlığa az ağır zərər vurma əməlini zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar törətməsi hissəsində şübhəli olması qənaətindədir. Göründüyü kimi baş vermiş hadisə xidməti vəzifənin dairəsinə daxil olan hərəkətlərlə bağlı olmamışdır. Zərərçəkmiş şəxsin hadisənin baş verdiyi zaman səlahiyyətlərindən kənara çıxdığı açıq-aşkar olduğundan məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə aralarında yaranmış şəxsi qərəzli münasibətlər zəminində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Ona görə də təqsirləndirilən şəxsin əməlində CM-nın 127.2.1-ci maddəsinin tövsifedici əlaməti olmadığından həmin maddə üzrə verilən ittihamı birinci instansiya məhkəməsi düzgün olaraq əsaslı hesab etməmişdir. Birinci instansiya məhkəməsi Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid bədən xəsarəti almasını, həmin xəsarətin ona Təqsirləndirilən şəxs tərəfindən yetirilməsini işin faktiki hallarına uyğun təsdiqini tapmış hal kimi qəbul edir. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüqüqlarının və X6 haqqında” Avropa Konvensiyasında da öz əksini tapmışdır. Konvensiyanın 6-cı maddəsinin tələbinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Xüsusilə vurğulanmalıdır ki, Konvensiyanın 6-cı maddəsini tətbiq edərkən məhkəmələr hüquq pozuntularının müvafiq orqanlar tərəfindən düzgün tövsif olunubolunmadığını, pozuntunun xarakterini və təqsirli bilinən şəxsə tətbiq edilə bilən cəzanın ağırlığını araşdırmalıdırlar. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Cinayət məsuliyyətinin əsaslarına dair CM-nin 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Bu normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə isnad edilən əməlin Cinayət Məcəlləsinin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, ibtidai araşdırma orqanı topladığı sübutlara əsasən müəyyən etdiyi Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığına az ağır zərər vurmaya aid bədən xəsarəti yetirməsi təsdiqini tapsa da, bu hərəkətin zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar olması ilə törədilən əməl kimi CM-nin 127.2.1-ci maddəsi ilə tövsif etməklə səhvə yol vermişdir. Ona görə də təqsirləndirilən şəxsin əməli CM-nın 127.2.1-ci maddəsindən CMnın 127.1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirlən şəxsin CM-nın 127.1-ci maddəsində nəzərdə tutulan əməli özünün etirafı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, sənədlər və iş üzrə qanuni üsullarla toplanmış, məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılaraq hüquqi qiymət verilmiş digər sübutların məcmusu ilə tam təsdiq edilir. Beləliklə birinci instansiya məhkəməsi toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir. Lakin birinci instansiya məhkəməsi törətdiyi cinayətə görə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsasların olub-olmamasını müzakirə edib belə qənaətə gəlmişdir ki, onun Аzərbаycаn Respublikаsı CM-nin 127.1-ci maddəsi ilə cinayət cəzası tətbiq edilmədən cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar vardır. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyə yazılı ərizə verərək göstərmişdir ki, zərərçəkmiş şəxslə barışmışdır, barəsində cinayət təqibinə xitam verilməsini xahiş edir. Bununla bağlı Zərərçəkmiş şəxs da ərizə ilə məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ilə barışdığını, hazırda təqsirləndirilən şəxsdən heç bir şikayətinin və tələbinin olmadığını və onun cinayət məsuliyyətindən azad edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsə hadisə nəticəsində maddi ziyan dəyməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 127.1-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməlidir. Belə ki, 01 dekabr 2017-ci il tarixdə qüvvəyə minmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156,1 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad olunur. Həmin Məcəllənin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs CM-nin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. İş materiallarından görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs qeyd olunan maddələr üzrə əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа protestinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, dövlət ittihamçısı, kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilmədən, Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü isə baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. nəticəvi hissə Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Dövlət ittihamçısı kiçik-ədliyyə müşaviri Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Şəki Rayon Məhkəməsinin 09 iyun 2021-ci il tarixli hökmü isə baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və məhkəmə zalından dərhal azad edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar