Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-284/2021 27.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə Müdafiəçi- X2 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(051)-45/2021 saylı hömündən məhkum edilmiş şəxs Təqsirləndirilən şəxs tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(051)-45/2021 saylı hömü ilə (hakim Məhburə Kərimova), 21 iyul 1963-cü il tarixdə Ağdam rayonu Qızıllı Kəngərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Qızıllı Kəngərli kəndində qeydiyyatda olan, Mingəçevir şəhəri, Mehman Bəkirov küçəsi, ev 13 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 3000 (üç min) manat məbləğində cərimə cəzasına məhkum edilmişdir. İŞİN HALLARİ: Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilmişdir ona görə ki, o, 1993-cü ildə ünvan 2 ünvanında məskunlaşmasına və orada yaşamasına baxmayaraq 2019-cu ilin mart ayından Zərərçəkmiş şəxs məxsus və adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 29.12.2015-ci il tarixli, ******* nömrəli “Çıxarışı” ilə xüsusi mülkiyyət hüququ rəsmiləşdirilmiş ünvan 3 ünvanında yerləşən 0.2454 ha torpaq sahəsində yerləşən “Gənclər Klubu”-nun binasına köçüb orada məskunlaşaraq həmin ərazini və oradakı tikilini qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan özbaşına tutmuşdur. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü qəbul edilmişdir. Təqsirləndirilən şəxs Aslanov X1 Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(051)-45/2021 saylı hökmündən apellyasiya şikayəti vermişdir. Hökmdən apellyasiya protesti və ya zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə təqsirləndirilən şəxsin apellyasiya sikayətinə etiraz vermişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirililən şəxs Təqsirləndirilən şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Mingəçevir Şəhər Məhkəməsinin onun barəsində hökmünün qanunsuz və əsasız və qeyri-obyektiv hesab edir. İstintaq orqanı və məhkəmə yalnız zərər çəkmiş şəxsin ifadələri və işin istintaqını aparan müstəntiqin fərziyyələri əsasında guya sübutlara əsaslanmaqla hökm çıxartmışdır. Ona qarşı irəli sürülmüş ittiham sübutlarla öz əksini tapmamış, işə baxan məhkəmə buna lazımi qaydada hüquqi qiymət verməyərək , onun barəsində ittiham hökmü çıxartmışdır. Ona görə də Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(051)-45/2021 saylı hökmünün ləğv edilməsini onun barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə etirazında apellyasiya şikayəti əsassız və qanunsuz olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs məhkəmə kollegiyasına ərizə təqdim edərək ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyini, əməlindən səmimi peşman olduğunu, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmasını, özbaşına tutulmuş ərazini və tikilini boşaltdığını və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib, bunları nəzərə alaraq, onun barəsində olan iş üzrə cinayət təqibinə xitam verilməsini və cinayət məsuliyyətindən azad olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs müdafiəçisi X4 Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildiyinə, zərərçəkmiş şəxslə barışdığına, zərərçəkmiş şəxsin ondan heç bir tələb və şikayəti olmadığına görə Mingəçevir Şəhər Məhkəməsinin Təqsirləndirilən şəxs barəsində 20 may 2021-ci il tarixli 1(051)-45/2021 saylı hökmünün ləğv ediməsi və onun barəsində Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə olan cinayət işinə 20 may 2021-ci il tarixli 1(051)- 45/2021 saylı hökmüinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən xitam verilməsini və Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş şəxsin nümayəndəsi və vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xüsusi mülkiyyətində olan torpaq sahəsini və tikilini ailəsi ilə birlikdə boşaltdığını və oradan çıxdığını, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirib, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən dövlət ittihamçısı X5 çıxış edərək qanuna müvafiq qərar qəbul edilməsini xahiş etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Həmin Məcəllənin 397.2-ci maddəsinə görə birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. İş materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs ərəzəsindən məlum olur ki, ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilir, əməlindən səmimi peşmançılığını bildirir, hal-hazırda Zərərçəkmiş şəxs ilə barışmışı özbaşına tutulmuş ərazini boşaltmış və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin yoxdur. Ona görə də iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildiyinə və törədiyi əməldən əməlindən səmimi peşman olduğuna görə apellyasiya şikayətinin dəlillərini yoxlamağa lüzum qalmır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsində nəzərdətutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnаrаq bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmişvə təqsirləndirilən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxs nümayəndəsi və vəkilinin ərizəsindən məlum olur ki,Qəhraman Aslanov Zərərçəkmiş şəxs şəxsi mülkiyyətində olan torpaq sahəsini və tikilini ailəsi ilə birlikdə boşaltmışvə oradan çıxmışdır. Hazırda təqsirləndirilən Təqsirləndirilən şəxsla barışmış və ondanşikayət tələbləri yoxdur. Zərərçəkmiş şəxslə barışmaqla bağlı cinayət məsuliyyətindən azad etmənin əsaslarını müəyən edən Cinayət Məcəlləsinin 73.1-ci maddəsində qeyd edilir ki, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Azəərbayacan Respublikası Cinayət Məcəlləsinin 15.2-ci maddəsində göstərilmişdir ki, qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Həmin Məcəllənin 188.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma – səkkiz min manatdan on min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 398.1.3-cü maddəsidə isə göstərilir ki, apelyasiya şikayətinin və ya apelyasiya protestinin baxışı nəticəsində apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayət qismən təmin edilməli, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ərizəsi qəbul edilməli, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışması və onun xüsusi mülkiyyətində olan torpaq sahəsini və tikilini ailəsi ilə birlikdə boşaltması və oradan çıxması, bununla da zərərkmiş şəxsə dəymiş ziyanın aradan qalxması nəzərə alınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(051)- 45/2021 saylı hökmü ləğv edilməli, o, Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməli, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməlidir Qeyd edilənlərə əsаsən və Azərbаycаn Respublikаsı Cinayət Məcəlləsinin 73.1, Azərbаycаn Respublikаsı Cinayət-Prosesual Məcəlləsinin 397-398, 409-410-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı qərаrа аldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş şikayəti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 20 may 2021-ci il tarixli 1(051)-45/2021 saylı hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1ci maddəsi tətbiq edilərək, ona qarşı Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi Cinayət kollegiyasının vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-284/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-284/2021
27.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver