Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-285/2021 23.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi – Əhmədli Mətin Əsgər oğlunun katibliyi; Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli qərarından Zərərçəkmiş şəxs2 və Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli qərarından Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(091)-58/2021 saylı hökmü ilə (sədrlik edən Nahid Mirzəyev, hakimlər Rəşid Hüseynov və Bilal Məmmədov) xx xxxxxxxx 1989-cu il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 6 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, şübhəli şəxs qismində tutulduğu və həbsdə olduğu müddət cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin başlanğıcının 18 avqust 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməsi, zərərçəkmiş şəxslər (mülki iddiaçılar) Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 tərəfindən ayrı-ayrılıqda verilmiş mülki iddiaların tam təmin edilməsi, cinayət əməli nəticəsində vurulmuş və ödənilməmiş qalan maddi ziyana görə 52500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 30,40 manat pulun tutularaq zərərçəkmiş şəxs - mülki iddiaçı Zərərçəkmiş şəxs1, cinayət əməli nəticəsində vurulmuş və ödənilməmiş qalan maddi ziyana görə 10500 manat məbləğində pul və ödənilmiş dövlət rüsumu məbləği olan 30,40 manat pulun isə tutularaq zərərçəkmiş şəxs – mülki iddiaçı Zərərçəkmiş şəxs2 ödənilməsi, ibtidai istintaqın gedişində Mingəçevir şəhəri H.Əliyev küçəsi ilə Samux küçəsinin kəsişdiyi yerdə yerləşən obyekt də olmaqla üzərinə həbs qoyulan, saxlanılması üçün Şahid3 təhvil verilən və real bazar dəyəri 4035 manat təşkil edən 56 adda avtomobil ehtiyyat hissələrinin xüsusi qaydada müsadirə edilməsi, həmin əmlakın təşkil etdiyi dəyərin cinayət əməli nəticəsində vurulmuş maddi ziyana mütənasib qaydada zərərçəkmiş şəxslərə ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(091)-58/2021 saylı hökmündən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişlər. Zərərçəkmiş şəxs2 vəsatərini belə əsaslandırmışdır ki, sözügedən hökmün surətini almamışdır. Bu səbəbdən də prosessual müddət üzürlü səbəbdən ötürülmüşdür. Zərərçəkmiş şəxs1 isə ərizəsində göstərmişdir ki, 29 mart 2019-cu il tarixdə almışdır. Apellyasiya şikayəti verilmə müddəti qeyri iş günlərinə düşdüyündən üzürlü səbəblərdən vaxtında şikayət verə bilməmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli qərarı ilə Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(091)-58/2021 saylı hökmündən apellyasiya şikayətinin verilmə müddətinin bərpa olunmasına dair Zərərçəkmiş şəxs2, Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(091)- 58/2021 nömrəli qərarı ilə Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş vəsatət təmin edilməmişdir. Zərərçəkmiş şəxs2 Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli qərarından, Zərərçəkmiş şəxs1 isə Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli qərarından apellyasiya şikayəti vermişlər. Zərərçəkmiş şəxslər apellyasiya şikayətlərində də buraxılmış prosessual müddətin bərpa olunmasına dair vəsatətlərdə göstərilənlərə istinad etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən təqsirləndirilən Təqsirləndirilən şəxs apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Eyni zamanda işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası, məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını və zərərçəkmiş şəxslərin apellyasiya şikayətlərini öyrənərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli qərarları ləğv edilməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddət bərpa edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 384.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protesti apellyasiya şikayəti və ya apellyasiya protesti vermək hüququna malik olan şəxslər tərəfindən hökm və ya məhkəmənin digər qərarının elan olunduğu andan 20 (iyirmi) gün müddətində verilir. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən, apellyasiya şikayəti və ya apellyasiya protestinin verilməsi müddəti üzrlü səbəblərə görə buraxıldıqda, bu Məcəllənin 383-cü maddəsində göstərilən şəxslər hökm və ya qərarı çıxarmış birinci instansiya məhkəməsi qarşısında buraxılmış müddətin bərpa edilməsi haqqında vəsatət qaldırmaq hüququna malikdirlər. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(091)-58/2021 saylı hökmündən apelyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş müddəti üzürsüz səbəblərdən keçirdikdən sonra həmin hökmdən apelyasiya şikayəti və apelyasiya şikayəti vermə müddətinin bərpa edilməsinə dair vəsatət vermiş, vəsatətdə hökmdən nə üçün vaxtında apelyasiya şikayəti vermədiklərini sübutlara istinad etməklə əsaslandırmamışdırlar. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi vəsatətləri təmin etməməkdə haqlı olmamışdır. Belə ki, cinayət işi materiallarından görünür ki, zərərçəkmiş şəxslər apellyasiya şikayətini vermə müddətini 2 gün ötürmüşlər ki, bunu da 2021-ci ilin 16 mart-06 aprel zaman kəsiyində qeyri iş günlərinin çox olması ilə əlaqəndirirlər. Cinayət işi üzrə çıxarılmış hökmlə mülki iddialar da tam təmin edilmiş cinayət əməli nəticəsində vurulmuş və ödənilməmiş qalan maddi ziyana görə 52500 manat məbləğində pulun Zərərçəkmiş şəxs1 və 10500 manat məbləğində pulun isə Zərərçəkmiş şəxs2 ödənilməsi, ibtidai istintaqın gedişində üzərinə həbs qoyulan, saxlanılması üçün Şahid3 təhvil verilən və real bazar dəyəri 4035 manat təşkil edən 56 adda avtomobil ehtiyyat hissələrinin xüsusi qaydada müsadirə edilməsi, həmin əmlakın təşkil etdiyi dəyərin cinayət əməli nəticəsində vurulmuş maddi ziyana mütənasib qaydada zərərçəkmiş şəxslərə ödənilməsinə yönəldilməsi hökm edilmişdir. Zərərçəkmiş şəxs1 apellyasiya şikayətində cinayət işinin ibtidai araşdırması zamanı üzərinə həbs qoyulmuş “VAZ”-21074 markalaı avtomobilin də müsadirə edilərək həmin əmlakın təşkil etdiyi dəyərin cinayət əməli nəticəsində vurulmuş ziyana mütanasib qaydada zərərçəkmiş şəxs olaraq ona ödənilməsini xahiş edir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, hökmdən apellyasiya şikayətinin verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddət cinayət işi materiallarından görünür ki, tərəfindən üzrlü səbəbdən ötürülmüşdür. Onların apellyasiya şikayətində göstərdiyi dəlillər prosessual müddətin ötürülməsinin üzrlü səbəbdən baş verməsi qənaətinə gəlmək üçün yetərlidir. Digər tərəfdən, kifayət qədər üzürlü səbəblər olduğu halda buraxılmış prosessual müddətlərin bərpası məhkəmə aktlarının və bu aktlarla müəyyən olunan hüquq münasibətlərinin bərpa olunmasına, demokratik cəmiyyətdə qanunun aliliyi və hüquqi müəyyənlik prinsiplərinin işlək olmasına gətirib çıxaracaqdır. Həmçinin, məhkəmə aktları qanuni qüvvəyə mindikdən sonra onların mübahisələndirilməsi yolverilməz olsa da, istifadə edilməmiş mübahisələndirmə (şikayət) imkanının yenidən verilməsi (yəni ötürülmüş müddətin bərpası) üçün kifayət qədər tutarlı (təkzib olunmaz) əsaslar mövcud olmalıdır. Məhkəmə kollegiyası da təqsirləndirilən şəxsin istər ibtidai araşdırma müddətində, istərsə də cinayət işinə birinci instansiya məhkəməsində baxılan zaman zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı heç bir ödəniş etmədiyinə görə zərərçəkmiş şəxslərin qanunla müəyyən edilmiş qaydada apellyasiya şikayəti vermə müddətinin bərpa edilməsi üçün üzürlü səbəb olması qənaətinə gəlir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 386.3-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayəti və ya apellyasiya protestinin verilmə müddətini bərpa etdikdə öz qərarını icra üçün birinci instansiya məhkəməsinə göndərir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri təmin edilməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli qərarları ləğv edilməli, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddət bərpa edilməli və cinayət işinin materialları Azərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 381-390-cı mаddələrinin tələblərinə əməl edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Şərh olunаnlаrа əsаsən və Azərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 381-390-cı mаddələrini rəhbər tutаrаq məhkəmə kollegiyаsı Qərara aldı: Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 aprel 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli və Şəki Ağır Cinayətlər Məhkəməsinin 06 may 2021-ci il tarixli, 1(091)-58/2021 nömrəli qərarları ləğv edilsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin 16 mart 2021-ci il tarixli, 1(091)-58/2021 saylı hökmündən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddət üzrlü hesab edilərək bərpa edilsin. Cinayət işinin materialları Azərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 381-390-cı mаddələrinin tələblərinə əməl edilməsi üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Qərardan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində göstərilən müddətlərdə, Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-285/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-285/2021
23.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver