Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-288/2021 15.07.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Abbasov Gündüz Qasım oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hümmətov Hümmət Həmid oğlunun katibliyi ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs tərəfindən Oğuz Rayon Məhkəməsinin hakimi X1 verilmiş etirаz məsələsinə bаxaraq, Müəyyən etdim: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi Oğuz Rayon Məhkəməsinin icraatına daxil olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclasında məhkəməyə vəsatət təqdim edərək Oğuz Rayon Məhkəməsinin hakiminə etiraz etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs etiraz ərizəsini onunla əsaslandırmışdır ki, ona qarşı bundan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı cinayət işinin baxılmasına Oğuz Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qərarı ilə xitam verilmiş və qeyd olunan cinayət işi ona başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Məhkəmənin 16.02.2021-ci il tarixli qərarı əsasında cinayət işi üzrə əlavə ibtidai araşdırma aparılaraq ona qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham irəli sürülmüş və o, həmin maddə ilə məhkəməyə verilmişdir. Oğuz Rayon Məhkəməsinin hakimi cinayət işinin ona qarşı daha ağır ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə zərər çəkmiş şəxslərin vəsatətini təmin etməklə ona qarşı daha ağır ittihama tərəfdar olduğunu açıq-aşkar surətdə nümayiş etdirmişdir. Bu səbəbdən həmin cinayət işi ona qarşı daha ağır ittiham irəli sürülməklə yenidən Oğuz Rayon Məhkəməsinə göndərildiyi halda, hakimin yeni ittiham üzrə işə baxarkən öz obyektivliyini və qərəzsizliyini qoruyacağı şübhə doğurur. Ona qarşı hazırda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə irəli sürülən ittiham, yəni əvvəlki ittihama nisbətən daha ağır ittiham məhz Oğuz Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qərarı əsasında irəli sürülmüşdür. Ona görə də barəsində olan hazırki cinayət işinin Oğuz Rayon Məhkəməsinin hakimi tərəfindən obyektiv və qərəzsiz araşdırılacağına inanmadığı üçün Oğuz Rayon Məhkəməsinin hakiminə etiraz edir. Etirazın dəlillərini iş materialları üzrə аrаşdırıb hesаb edirəm ki, etiraz əsaslı deyil. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 109.1-ci maddəsinə görə, hakimə (məhkəmə tərkibinə) edilən etiraz əsaslandırılmalıdır. Etirazda konkret əsaslar olmadıqda o, işə baxan məhkəmə tərəfindən baxılmamış saxlanılır. Hakimə etiraz o halda əsaslı sayıla və şərtsiz təmin edilə bilər ki, hər hansı şəxsin cinayət prosesində hakim qismində iştirakını istisna edən aşağıdakı hallardan heç olmasa biri olsun: 109.1.1. şəxs hakim vəzifəsinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təyin edilmədikdə; 109.1.2. hakim Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun müvafiq cinayət işinə və ya cinayət təqibi ilə bağlı digər materiala baxılması üçün lazımi səlahiyyətlərə malik olmadıqda; 109.1.3. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə zərər çəkmiş şəxs, mülki iddiaçı, mülki cavabdeh və ya onların qanuni nümayəndəsi, yaxud nümayəndəsi olduqda; 109.1.4. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə şahid qismində dindirildikdə və ya dindirilə bilərsə; 109.1.5. hakim həmin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material üzrə hal şahidi, məhkəmə iclası katibi, tərcüməçi, mütəxəssis, yaxud ekspert qismində əvvəllər iştirak etdikdə; 109.1.6. hakim birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində, həmçinin hüquq və azadlıqların pozulması ilə bağlı yeni açılmış hallar üzrə həmin cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın baxılmasında hakim qismində əvvəllər iştirak etdikdə (hakimin məhkəmə nəzarəti qaydasında cinayət işi üzrə məhkəməyədək icraatda materiallara baxması və ya işin ilkin dinlənilməsi onun müvafiq cinayət işinə birinci instansiya, apellyasiya və ya kassasiya instansiyası məhkəməsi tərkibində sonradan işə baxılması hallarını istisna etmir); 109.1.7. hakim ittiham və ya müdafiə tərəfindən cinayət prosesinin hər hansı iştirakçısı ilə, habelə belə iştirakçının qanuni nümayəndəsi və ya nümayəndəsi ilə qohumluq, yaxud şəxsi asılılıq münasibətində olduqda; 109.1.8. hakimin cinayət təqibində maraqlı olmasını təsdiq edən konkret və mötəbər sübutlar olduqda. CPM-in 109.3.3-cü maddəsinə əsasən, birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü-özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özüözünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir. Etirazın dəlillərini ayrı-ayrılıqda təhlil etdikdə müəyyən olunur ki, iş üzrə Oğuz Rayon Məhkəməsinin hakimi X1 etiraz edilməsi üçün CPM-in 109.1-ci maddəsində sadalanan əsaslardan heç biri iş üzrə mövcud deyildir. Belə ki, iş materallarından görünür ki, Təqsirləndirilən şəxs qarşı bundan əvvəl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə irəli sürülmüş ittihamla bağlı cinayət işinin baxılmasına zərərçəkmiş şəxslərin vəsatəti əsasında Oğuz Rayon Məhkəməsinin 16.02.2021-ci il tarixli qərarı ilə xitam verilmiş və qeyd olunan cinayət işi ona başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmışdır. Oğuz Rayon Məhkəməsinin hakiminin həmin qərarı qanuni və obyektiv olmaqla, hakimin işə baxarkən obyektivliyini və qərəzsizliyini qoruyacağına şübhə doğurması üçün əsas hesab edilə bilməz. Göründüyü kimi, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs hakimə etirazının dəlilləri heç bir sübuta söykənməyən ehtimal və mülahizələrə əsaslanır və hakimə etirazın təmin edilməsi üçün qanuni əsas deyildir. Ona görə də etiraz əsassız olduğundan təmin edilməməli və cinayət işi baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 109 və 321.2.3 mаddələrini rəhbər tutаrаq, Qərara aldim: Təqsirləndirilən şəxs tərəfindən Oğuz Rayon Məhkəməsinin hakimi X1 verilmiş etirаz təmin edilməsin və cinayət işi baxılması üçün Oğuz Rayon Məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərаrdаn kassasiya şikаyəti və ya protest verilə bilməz. HAKİM: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(107)-288/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-288/2021
15.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver