Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-289/2021 07.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3; Müdafiəçi – Müdafiəçi2 iştirаkı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(091)-137/2021 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(091)-137/2021 saylı hökmü ilə (sədrlik edən Rəşad Əliyev, məruzəçi Nahid Mirzəyev, hakim Bilal Məmmədov) xx xxxx 1989-cu il tarixdə İsmayıllı rayonunun Xankəndi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli və himayəsində üç azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Xankəndi kəndində qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutumuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və 6 (altı) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, təyin edilmiş cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və şübhəli şəxs kimi tutulduğu, həbsdə olduğu müddətin cəzasına hesablanmaqla cəzaçəkmə müddətinin əvvəlinin 04 fevral 2021-ci il tarixdən hesablanması, yaşadığı ərazi üzrə narkoloji kabinetdə qeydiyyata alınması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılması hökm edilmişdir. Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(091)-137/2021 saylı hökmündən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(091)-137/2021 saylı hökmünün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissədə dəyişdirilərək onun cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllnin 234.1-ci maddəsinə tövsif edilməklə ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, ümumilikdə təmiz çəkisi 3 kiloqram 512,94 qram təşkil edən bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib daşıyaraq yaşadığı İsmayıllı rayonunun Xankəndi kəndində yerləşən evə gətirmiş və 4 fevral 2021-ci il tarixədək olan müddət ərzində həmin narkotik vasitənin 1,65 qram hissəsini ayırıb 3 ədəd kağız bükümdə qablaşdırmaqla üzərində daşıyaraq, 3511,29 qram hissəsini isə yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə (otaqda) kardon qutu, sellofan bağlamalar və şüşə bankalarda yerləşdirib gizlədərək saxlamış, 4 fevral 2021-ci il tarixdə saat 11 radələrində İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq yaşadığı İsmayıllı rayonunun Xankəndi kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 3 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda 0,54 qram, 0,60 qram, 0,51 qram olmaqla cəmi 1,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, evə baxış keçirilərkən evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə (otaqda) kardon qutunun içərisində 2 kiloqram 105 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, həmin tikilidə 8 ədəd sellofan bağlamanın içərisində, ayrı-ayrılıqda 209,22 qram, 48,46 qram, 108,21 qram, 45,89 qram, 20,71 qram, 14,69 qram, 109,32 qram, 26,81 qram olmaqla cəmi 583,31 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana, həmin tikilidə 7 ədəd şüşə bankanın içərisində ayrı-ayrılıqda 239,45 qram, 87,59 qram, 65,26 qram, 7,49 qram, 109,43 qram, 235,31 qram, 78,45 qram olmaqla cəmi 822,98 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü çıxarılmışdır. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Müdafiəçi2 apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021ci il tarixli, 1(091)-137/2021 saylı hökmünün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair hissədə dəyişdirilərək onun cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllnin 234.1-ci maddəsinə tövsif edilməklə ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətinin təmin edilməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(091)-137/2021 saylı dəyişdirilərək Təqsirləndirilən şəxs əməlinin Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməklə ən aşağı həddə cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X4 apellyasiya şikayətinin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(091)-137/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apellyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparılmaqla müzаkirə edərək, təqsirləndirilən şəxsin və müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihаmçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apellyasiya şikayəti təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(091)-137/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs оğlu ona elаn edilmiş ittihamda özümü təqsirli bilməyərək göstərdi ki, 2020-ci ilin yay aylarında iribuynuzlu heyvanları yaşadığım kəndin meşə sahəsinə aparmışdır. Meşədə heyvanları otararkən topa şəklində narkotik vasitə olan çətənə bitkilərini görmüşdür. Həmin bitkilərdən az bir hissəsini üzərində olan selofan torbaya yığаrаq yaşadığı evə gətirmiş və yaşadığı evin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə (otaqda) gizlətmişdir. O, həmin nаrkоtik vаsitəni özü istifаdə etmək üçün meşədən yığıb gətirmişdir. Yəni оnu sаtmаmış və belə bir niyyəti də оlmаmışdır. Evindən aşkar edilmiş narkotik vasitələr özünün qoyduğu yerdən aşkar edilib. Аşkar edilmiş narkotik vasitələr tərəzidə çəkilib, ancaq narkotik maddələr bütöv vəziyyətdə, yəni yararlı və yararsız hissələrin hamısının birlikdə, istifadəyə yararsız hissələri ilə birlikdə çəkilib. Həmçinin qeyd etmək istəyir ki, evin dаmındа nаrkоtik vаsitə ilə birlikdə şüşə bаlоnlаrdа qurudulmuş təbii bitkilər də оlub və həmin bitkiləri də nаrkоtik mаddə kimi sənədləşdiriblər. Narkotik vasitə olan marixuananı özü istifadə etmək üçün yığıb gətirmiş və istifаdə etmək üçün yаrаrlı оlаnını yаrаrsız оlаndаn аyırmışdır. Sаtış məqsədi olmamış, heç kəsə narkotik maddə verməmiş, özünü narkotik vasitələrin satışında təqsirli bilmir. Mal-qara otarmağa gedəndə hər gün narkotik maddələri də üzərində aparmış və onlardan mütəmadi olaraq аncаq öz istifadə etmişdir. Əslində gətirdiyi həmin narkotik vasitənin hаmısı nаrkоtik mаddə оlmаyıb, оnun yalnız 200 qram hissəsi yararlı оlub, qalan hissələri isə yаrаrsız yarpaqlаr və bitkinin аğаcı olmaqla istifadəyə yararsız olmuşdur. Bunа bаxmаyаrаq pоlis əməkdаşlаrı оnun hаmısını, yəni həm yаrаrlı, həm də yаrаrsız hissəsini, eyni zаmаndа yardımçı tikilidə olan təbii bitkiləri də tərəzidə çəkib nаrkоtik vаsitə kimi rəsmiləşdirmişlər. Üzərində aşkar olunmuş 3 bükümün hаmısını özü istifаdə etmək üçün аyırmışdır. Nаrkоmаniyаdаn əziyyət çəkmir, аsılılığı yоxdur, lаkin təxminən 3-4 ildir ki, nаrkоtik vаsitədən hərdən bir istifаdə edir. Çətənə bitkisinin hissələrini qurutduqdan sonra onları selofan torbalara, şüşə bankalara və kаrdon qutuya yığaraq yaşadığı evin həyətində olan yardımçı tikilidə gizlətmişdir. Birinci instansiya məhkəməsinin iclasında Təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə ona elan olunan ittiham üzrə özünü qismən təqsirli bildiyini (özünü narkotik vasitələrin satışı ilə təqsirli bilmədiyini, yalnız CM-nin 234.1-ci maddəsi ilə təqsirli bildiyini) göstərərək ifadə verməkdən imtina etmiş və ona ünvanlanan suallara cavab olaraq evindən aşkar edilmiş narkotik vasitələrin özünün qoyduğu yerdən aşkar edildiyini, aşkar edilmiş narkotik vasitələrin tərəzidə çəkildiyini, ancaq çəkisinin yadında qalmadığını, narkotik maddələrin bütöv vəziyyətdə - yararlı və yararsız hissələrin hamısının birlikdə, yəni istifadəyə yararsız hissələri ilə birlikdə çəkildiyini, narkotik vasitə olan marixuananı özü istifadə etmək üçün yığıb gətirdiyini, satış məqsədinin olmadığını, heç kəsə narkotik maddə vermədiyini, özünü narkotik vasitələrin satışında təqsirli bilmədiyini, mal-qara otarmağa gedəndə hər gün narkotik maddələri də üzərində apardığını və onlardan mütəmadi olaraq istifadə etdiyini, özünün narkotik vasitələri satmaq məqsədinin olmadığını, əslində həmin narkotik vasitələrin yalnız 200 qram hissəsinin yararlı olduğunu, qalan hissələrin isə yarpaqlar olmaqla istifadəyə yararsız olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən onun yaşadığı İsmayıllı rayonunun Xankəndi kəndində yerləşən evinə getmişlər. Onlar Təqsirləndirilən şəxs yaşadığı evin qapısını döydükdə o, özü qapını açmışdır. Daha sonra onlar Təqsirləndirilən şəxs özlərini təqdim edərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan onun yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onları yaşadığı evin həyətyanı sahəsinə dəvət etmişdir. Həmin vaxt vəkil və hal şahidləri də dəvət edilmişdir. Şübhəli şəxs qismində tutulduqdan sonra Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman o, üzərində olan gödəkçənin sağ yan cibindən 3 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananı təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evində, yardımçı tikililərdə axtarış aparılan zaman qutularda, sellofan torbalarda və bankalarda olan narkotik maddələr aşkar edilmiş və qanuna müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş X6, Şahid6 və Şahid7 Şahid4 ilə eyni məzmunlu ifadələr verərək onun göstərmiş olduğu xüsusatları təsdiq etdilər. Məhkəmə istintaqı zamanı Şahid5 ibtidai istintaq zamanı verdiyi ifadəsi elan olunaraq tədqiq edilmiş və onun da Şahid4 ilə eyni məzmunlu ifadə verdiyi müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. O, işdə olan zaman kənd icra nümayəndəsi onu da Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsində hal şahidi kimi iştirak etmək üçün dəvət etmişdir. O da həmin baxışın keçirilməsində hal şahidi qismində iştirak etmiş, baxış keçirilən zaman polis əməkdaşları tərəfindən stolun üstündə olan bağlamalarda və bankalarda narkotik maddələrin aşkar edildiyinin şahidi olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid3 verdiyi ifadəyə uyğun ifadə verdi və onun göstərmiş olduğu xüsusatları təsdiq etdi. Cinayət işi materiallarında olan 04 fevral 2021-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Xankəndi kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. (cild 01, iş vər. 02) Cinayət işi materiallarında olan “əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə” 04 fevral 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs ətrafında təxirə salınmadan əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır. (cild 01, iş vər. 03) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş 04 fevral 2021-ci il tarixli “Raport”dan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü, əvvəllər məhkum olunmamış, İsmayıllı rayonunun Xankəndi kəndində qeydiyyatda olmaqla orada yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında Adgözəlov X5 rayonunun Xankəndi kəndində saxlanılmışdır. (cild 01, iş vər. 06) Cinayət işi materiallarında olan “şəxsi axtarış keçirilməsi haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir vasitənin olub-olmadığı barədə sual verildi. Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sağ yan cibində 3 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirərək həmin bükümləri təqdim etdi. Həmin bükülülər götürüldükdən sonra onlara baxış keçirildi. Bükümlərin üzərindəki kağız ağ rəngli idi. Bükümləri açdıqda hər birinin içərisində spesifik qoxuya malik narkotik tərkibli vasitəyə bənzər bitki kütləsinin olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs həmin bitki kütlələrinin ona məxsus olduğunu bildirdi. Daha sonra kağız bükülülər içərisindəki bitki kütləsi ilə birlikdə xüsusi elektron tərəzidə çəkildi və ümumilikdə çəkilərinin 3,31 (üç tam yüzdə otuz bir) qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs əynində olan paltarlarında şəxsi axtarış davam etdirilsə də, onun üzərindəki paltarlarında qadağan edilmiş hər hansı bir vasitə, cinayətin edilməsini göstərən “aşkar iz”, həmçinin başqa “əşya”, “predmet” aşkar edilmədi. Bununla şəxsi axtarış yekunlaşdırıldı. Aşkar edilmiş bitki kütlələri götürülərək qablaşdırıldı və şöbənin “74 saylı zərflər möhürü” ilə möhürləndi. (cild 01, iş vər. 23-27) Cinayət işi materiallarında olan 04 fevral 2021-ci il tarixli “Ərizə”dən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq 04.02.2021-ci il tarixdə İsmayıllı Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən üzərində, eyni zamanda yaşadığı evdə və evin həyətində axtarış aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. (cild 01, iş vər. 144) Cinayət işi materiallarında olan “Fərdi yaşayış evində və həyətyanı sahəsində axtarış keçirilməsi haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, axtarış zamanı müəyyən edildi ki, fərdi yaşayış evi İsmayıllı rayonunun Xankəndi kəndinin inzibati ərazisində, daşlı-çınqıllı yolun kənarında yerləşir. Evin həyətinə giriş boz rəngli dəmir darvaza ilə təmin edilməkdədir. Həyətyanı sahə mişar daşı, aliminium materialdan olan məftil, ağac budaqlarından istifadə edilməklə hasara alınmışdır. Darvazadan həyətyanı sahəyə daxil olduqda 30 metr irəlidə fərdi yaşayış evinin olduğu görünür. Fərdi yaşayış evi çay və mişar daşından istifadə edilməklə tikilmiş və üzəri dəmir lövhələrlə örtülmüşdür. Həyətin ümumi sahəsi 80 sot təşkil edir. Həyətyanı sahədə olan fərdi yaşayış evinin uzunluğu 15 metr, eni 6 metrdir. Fərdi yaşayış evi birmərtəbəli, 5 otaqlı olmaqla 1 mətbəx, 1 zal, 1 yataq otağı və 2 yardımçı otaqlardan ibarətdir. Axtarış zamanı evin yardımçı otaqlarından birində, döşəmənin üzərində, kortəbii şəkildə üst-üstə yığılmış, içərilərində quru halda, narkotik tərkibli vasitəyə bənzər, spesifik qoxuya malik quru bitki kütlələrinin olduğu 1 ədəd, üzərində “TİMİ KONTİ BONJOUR” sözləri yazılmış karton qutu, 8 ədəd sellofan torba, 7 ədəd şüşə banka və otağın kənarında divara söykənmiş vəziyyətdə qoşalülə, üzərində “165884” – 60 nömrəsi yazılmış ov tüfəngi aşkar edildi. Təqsirləndirilən şəxs tüfəngə aid heç bir rəsmi sənədinin olmadığını, bütün bitki kütlələrinin, o cümlədən də tüfəngin ona məxsus olduğunu bildirdi. Daha sonra bitki kütlələri olduqları karton qutu, sellofan torba və şüşə banka ilə birlikdə süni materialdan olan kisəyə qoyuldu. Sonra isə həmin kisə xüsusi elektron tərəzidə çəkildi və çəkisinin 6 (altı) kiloqram 975 (doqquz yüz yetmiş beş) qram olduğu müəyyən edildi. Axtarış davam etdirilsə də, həyətyanı sahədə, fərdi yaşayış evində və yardımçı otaqlarda cinayət xarakterli başqa iz, əlamət, predmet, əşya aşkar edilmədi. Aşkar edilmiş bitki kütlələri və tüfəng götürülərək qablaşdırıldı və şöbənin “74 saylı zərflər möhürü” ilə möhürləndi. Bununla da axtarış başa çatdı. (cild 01, iş vər. 29-36) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 04 fevral 2021-ci il tarixli 17/95 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “ ...vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş...3 (üç) ədəd kağız bükülülər...” sözləri yazılmış zərfin içərisindəki 03 (üç) ədəd kağız bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri – 0.54 qr., 0.60 qr., 0.51 qr., ümumi təmiz çəkisi - 1.65 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanalardır və həmin qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş üzərinə yapışdırılmış vərəqədə “ ...vətəndaş Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayonu Xankəndi kəndindəki fərdi yaşayış evindən aşkar edilərək götürülmüş...” sözləri yazılmış 01 (bir) ədəd sintetik kisənin içərisindəki; 01 (bir) ədəd üzərində “TİMİ KONTİ BONJOUR” sözləri yazılmış karton qutuda, təmiz çəkisi – 2 kq 105,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. 08 (səkkiz) ədəd sellofan torbada, ayrı-ayrılıqda təmiz çəkiləri – 209,22 qr., 48.46 qr., 108,21 qr., 45,89 qr., 20,71 qr., 14,69 qr., 109,32 qr., 26,81 qr., ümumi təmiz çəkisi – 583,31 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır və həmin qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. 07 (yeddi) ədəd şüşə bankalarda, ayrı-ayrılıqda təmiz çəkiləri – 239,45 qr., 87,59 qr., 65,26 qr., 7,49 qr., 109,43 qr., 235,31 qr., 78,45 qr. ümumi təmiz çəkisi – 822,98 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanalardır və həmin qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd zərfdə və 01 (bir) ədəd sintetik kisənin içərisində olan qurudulmuş marixuanalar tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş 01 (bir) ədəd zərfdə və 01 (bir) ədəd sintetik kisənin içərisində olan qurudulmuş marixuanaların ümumi təmiz çəkisi – 3 kq 512,94 qramdır. (cild 01, iş vər.48-51) Cinayət işi materiallarında olan 05 fevral 2021-ci il tarixli “Raport”dan görünür ki, 04.02.2021-ci il tarixdə İsmayıllı RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyataxtarış tədbirləri nəticəsində İsmayıllı rayonunun Xankəndi kənd sakini Təqsirləndirilən şəxs üzərindən, habelə yaşadığı İsmayıllı rayonunun Xankəndi kəndindəki fərdi yaşayış evindən narkotik tərkibli çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış ümumi çəkisi 3 kq 512,94 qram olan, qurudulmuş narkotik tərkibli marixuana bitki kütləsi və 1 (bir) ədəd sənədsiz, qoşalülə yivsiz ov tüfəngi aşkar edilərək götürülmüşdür. (cild 01, iş vər.57) Məhkəmə istintaqı zamanı tədqiq edilmiş “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X14 X1 10.02.2021-ci il tarixli 24 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonunun Xankəndi kəndində yaşayan Təqsirləndirilən şəxs Rayon Mərkəzi Poliklinikasının “Ruhi-əsəb”, “Nevraloji” və “Narkoloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. (cild 01, iş vər.125) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 Bölməsinin 24 fevral 2021-ci il tarixli 17/135 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd silah 16 kalibrli olmaqla, patronluğun uzunluğu 70 mm olan, xarici görünüşü çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş 165884 nömrəli hamar (yivsiz) qoşa-lüləli, “TOZ-63” modelli odlu ov tüfəngidir, tüfəngin üzərində sonradan hər hansı bir əlavə və dəyişiklik edilməmişdir, təyinatı dəyişdirilməmişdir. Silah texniki cəhətdən saz vəziyyətdədir və üzərindəki zavod nişanlarında sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tüfəngin lülə nömrəsi, qundaq nömrəsi və bala qundaq nömrəsi “165884”-dür və həmin hissələr təqdim edilmiş tüfəngə aiddir. (cild 01, iş vər.192-195) Cinayət işi materiallarında olan 21 aprel 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 228.1-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, həmçinin cinayət işindən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 590.2-ci maddəsi ilə inzibati materialın ayrılması qərara alınmışdır. (cild 02, iş vər. 73-84) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserinin 19 yanvar 2021-ci il tarixli, 141 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. (cild 01, iş vər.201) Cinayət işinin materiallarında olan arayışlar və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 25.03.2013, 03.05.2015 və 06.12.2017-ci il təvəllüdlü üç azyaşlı övladı da daxil olmaqla ailə üzvləri ilə birlikdə İsmayıllı rayonunun Xankəndi kəndində qeydiyyatda olmaqla yaşayır. Onun barəsində nümayəndəliyə şikayət xarakterli heç bir yazılı və şifahi müraciət daxil olmamışdır. (cild 01, iş vər. 109-111) Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 01, iş vər. 127-128) Cinayət işinin materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması barədə” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə saat 11:37-də şübhəli şəxs qismində tutulmuşdur. (cild 01, iş vər. 17) Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 05.02.2021-ci il tarixli, 4(037)-2/2021 nömrəli Qərarından görünür ki, 05.02.2021-ci tarixdə Təqsirləndirilən şəxs barəsində əvvəli şübhəli şəxs qismində tutulduğu andan – 04 fevral 2021-ci il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir. (cild 01, iş vər. 9496) Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli 234.4.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Onun əməlinin Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsində və məhkəmə kollegiyasında verdiyi ifadəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirsə də, ibtidai istintaq zamanı ifadəsində o bildirmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir. 2020-ci ilin yay aylarında fərdi təsərrüfatında olan iribuynuzlu heyvanları yaşadığı kəndin meşə sahəsinə aparmışdır. Meşədə heyvanları otararkən topa şəklində narkotik vasitə olan çətənə bitkilərini görmüşdür. Həmin bitkilərin sayı çox olmaqla hündür olmuşdur. O, həmin bitkilərin az bir hissəsini üzərində olan sellofan torbaya yığmış və yaşadığı evin həyətyanı sahəsinə gətirib onları qurutmaq məqsədilə yerə sərmişdir. Növbəti gün təkrar həmin yerə getmiş və həmin bitkilərin bir hissəsini də yığıb yaşadığı evə gətirərək qurutmaq üçün yerə sərmişdir. Çətənə bitkisinin hissələrini qurutduqdan sonra onları sellofan torbalara, şüşə bankalara, kordon qutuya yığaraq evin yardımçı otağında gizlətmişdir. Bəzi vaxtlarda özü həmin qurudulmuş marixuanadan götürərək istifadə etmişdir. 4 fevral 2021-ci il tarixdə saat 10 radələrində odun yığmaq üçün meşəyə getməyi fikirləşmişdir. Axşam saatlarına qədər meşədə olacağı üçün özü ilə birlikdə qurudulmuş marixuana götürməyi də düşünmüşdür. Bunun üçün yaşadığı evin yardımçı otağına gedərək orada olan qurudulmuş marixuanadan az miqdarda götürmüşdür. Daha sonra həmin qurudulmuş marixuananı içərisində saxlamaq üçün həmin otaqda olan dəftərin 3 vərəqini dəftərdən çıxartmışdır. 3 ədəd vərəqin içərisinə götürdüyü qurudulmuş marixuananı yerləşdirmişdir. Qablaşdırdığı 3 bükümdə olan narkotik vasitəni üzərində olan gödəkçənin sağ yan cibinə qoymuşdur. Bundan sonra həyətyanı sahədə təxminən 30 dəqiqəlik işi olduğu üçün o işi görmək qərarına gəlmişdir. Təxminən saat 11 radələrində həyətyanı sahədə iş görərkən həyətyanı sahəyə giriş darvazasının döyüldüyünü eşitmiş və qapını açaraq küçəyə çıxmışdır. Giriş qapısını açan zaman bir neçə nəfər mülki geyimdə olan şəxsləri yaşadığı evin giriş darvazasının qarşısında görmüşdür. Həmin şəxslər xidməti vəsiqələrini ona göstərib İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları olduqlarını bildirərək narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu və buna görə, barəsində şübhəli şəxs qismində tutma barədə qərar qəbul olunduğunu ona demişlər və üzərinə şəxsi axtarış keçirəcəklərini ona bildirmişlər. O etiraz etməmiş və polis əməkdaşlarını yaşadığı evin həyətinə dəvət etmişdir. Ona hüquq və vəzifələri izah olunduqdan sonra hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və ona bildirilmişdir ki, həmin müdafiəçilərdən birini seçə bilər, əgər seçməkdə tərəddüd edərsə, həmin gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısından X2 hüquqlarının dövlət hesabına müdafiə olunması üçün seçmiş və bu barədə ərizə yazmışdır. Müdafiəçi İslam İsmayılov dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi ona bildirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində narkotik vasitə və ya qanunla qadağan edilmiş hər hansı bir vasitənin olub-olmadığı barədə sual verilmişdir. O, üzərində olan gödəkçənin sağ yan cibində 3 ədəd bağlamada narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirərək həmin bükümləri təqdim etmişdir. Həmin bağlamalar polis əməkdaşları tərəfindən götürüldükdən sonra onlara baxış keçirilmişdir. Bükümlərin üzərindəki kağız ağ rəngli olmuşdur. Bükümləri açdıqda hər birinin içərisində spesifik qoxuya malik narkotik tərkibli vasitəyə bənzər bitki kütləsinin olduğu müəyyən edilmişdir. O, həmin bitki kütlələrinin özünə məxsus olduğunu bildirmişdir. Daha sonra kağız bükülülər içərisindəki bitki kütləsi ilə birlikdə xüsusi elektron tərəzidə çəkilmiş və ümumilikdə çəkisinin 3,31 qram olduğu müəyyən edilmişdir. Əynində olan paltarlarında şəxsi axtarış davam etdirilsə də, üzərindəki paltarlarında qadağan edilmiş hər hansı bir vasitə və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bitki kütlələri götürülərək qablaşdırılmış və möhürlənmişdir. Axtarış zamanı fotoşəkillər çəkilmiş, həmçinin videoçəkiliş edilmişdir. Yekunda protokol tərtib edilmiş və o, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış bitdikdən sonra polis əməkdaşları yaşadığı evdə axtarış keçirmək istədiklərini bildirmişlər və o da buna etirazının olmadığı barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları yaşadığı evdə axtarış aparmağa başlamışlar. Axtarış zamanı evin yardımçı otaqlarından birində döşəmənin üzərində kortəbii şəkildə üst-üstə yığılmış, içərilərində quru halda nakotik tərkibli vasitəyə bənzər spesifik qoxuya malik quru bitki kütlələrinin olduğu 1 ədəd, üzərində “TİMİ KONTİ BONJOUR” sözləri yazılmış karton qutu, 8 ədəd sellofan torba, 7 ədəd şüşə banka və otağın kənarında divara söykənmiş vəziyyətdə qoşalülə, üzərində “165884” – 60 nömrəsi yazılmış ov tüfəngi aşkar edilmişdir. O, tüfəngə aid heç bir rəsmi sənədinin olmadığını, bütün bitki kütlələrinin, o cümlədən də tüfəngin ona məxsus olduğunu bildirmişdir. Daha sonra bitki kütlələri olduqları karton qutu, sellofan torba və şüşə banka ilə birlikdə süni materialdan olan kisəyə qoyulmuşdur. Həmin kisə xüsusi elektron tərəzidə çəkilmiş və çəkisinin 6 kiloqram 975 qram olduğu müəyyən edilmişdir. Axtarış davam etdirilsə də, həyətyanı sahədə, fərdi yaşayış evində və yardımçı otaqlarda qadağan edilmiş hər hansı bir vasitə və ya predmet aşkar edilməmişdir. Aşkar edilmiş bitki kütlələri və tüfəng götürülərək qablaşdırılmış və möhürlənmişdir. Axtarış zamanı fotoşəkillər çəkilmiş, həmçinin videoçəkiliş edilmişdir. Yekunda protokol tərtib edilmiş və o, həmin protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan başqa iş materiallarında olan şəxsi axtarış keçirilməsi haqqında” 04 fevral 2021-ci il tarixli protokoldan görünür ki, ...şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində olan gödəkçənin sağ yan cibində 3 ədəd bükümdə narkotik vasitə olan qurudulmuş marixuananın olduğunu bildirərək həmin bükümləri təqdim etdi. Bundan başqa cinayət işi materiallarında olan 04 fevral 2021-ci il tarixli, 17/95 nömrəli ekspert rəyində qeyd edilən halların aydınlaşdırılması üçün rəy vermiş ekspertin dindirilməsinə zərurət yarandığından ekspert X10 məhkəmə iclasında dəvət edilmişdir. Məhkəmə kollegiyasının iclasında əlavə şahid qismində dindirilmiş Məhkəmə Ekspertizası X8 Bölməsinin eksperti vəzifəsində işləyən Rəşidоv Hаfiz Şаkir oğlu göstərmişdri ki, 04 fevral 2021-ci il tarixli 17/95 nömrəli rəyi o, vermiş və həmin rəyi müdаfiə edir. Tədqiqаt üçün 19 ədəd müxtəlif qablaşdırılmış qablar təqdim olunub. 3 ədəd kağız bükülülər, 1 ədəd karton qutu, 7 ədəd şüşə banka və 8 ədəd sellofon torbada olan bitki mənşəli kütlə təqdim olunub. Həmin qablarda olan bitkilərin tərkibinin müаyinəsi аpаrılıb və nəticədə müəyyən оlub ki, çətənə bitkisindən kustаr üsullа hаzırlаnаn nаrkоtik mаddədir. Həmin kütlələrin hamısının tərkibi eyni olmuşdur. Tədqiqаt üçün təqdim оlunаn bitkilər rəydə göstərilən şəkildə təqdim оlunub. Təqdim оlunаn bitkilərin qаblаşdırılmа qаydаsınа əməl оlunmuşdur. Təqdim оlunаn bitkilərin kökü və əsаs gövdəsi оlmаyıb, bitkilərin аncаq yаrpаqlаrı, çiçəkləri və gövdəsinin yuxаrı hissəsinin xırdа zоğlаrı оlub. Təqdim оlunаn zоğlаr bitkinin yuxаrı hissələri оlub və həmin bitkinin tərkibi narkotik vasitə оlаn marixuanadır. Tədqiqаt üçün təqdim оlunаn qаblаrın içərisində nаrkоtik mаddə оlub, bаşqа bitki оlmаmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 10-cu bəndində izah edilmişdir ki, məhkəmələrə izah edilsin ki, Cinayət Məcəlləsinin 234.3-cü maddəsinin dispozisiyasına əsasən, prekursorları hazırlama, əldə etmə, saxlama, göndərmə və daşıma və ya satma hərəkətlərinə görə məsuliyyət yalnız o vaxt yaranır ki, bu hərəkətlər narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz hazırlanmasında və emalında həmin prekursorların istifadə edilməsi məqsədi ilə törədilsin. Bu səbəbdən də həmin hərəkətləri etmiş şəxsin məqsədi dəqiq müəyyən edilməlidir. Şəxsin yuxarıda göstərilən hərəkətləri digər məqsədlə etməsi müəyyən olunduqda və ya həmin maddədə göstərilən məqsədin olduğu sübuta yetirilmədikdə Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə məsuliyyət yaranmır. Məhkəmələrə eyni zamanda izah edilsin ki Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə nəzərdə tutulan cinayətin tərkibinin yaranması üçün prekursorları hazırlamış, əldə etmiş, saxlamış, göndərmiş və ya daşımış şəxsin tamah niyyətinin və ya sair marağının olubolmaması əhəmiyyət kəsb etmir. Bu maddə ilə əməlin tövsifi məsələləri ilə əlaqədar məhkəmələrə həm də izah edilsin ki, hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə şəxsin özünün satış məqsədi ilə narkotik vasitə və ya psixotrop maddələri hazırlaması və ya emal etməsi bu maddələrin miqdarından asılı olaraq Cinayət Məcəlləsinin müvafiq olaraq 234.2 və 234.4.3-cü maddələrinin tərkibi ilə əhatə olunduğundan həmin maddələrlə tövsif edilməli və belə əməllərin cinayətlərin məcmusu qaydasında əlavə olaraq Cinayət Məcəlləsinin 234.3-cü maddəsi ilə tövsif olunmasına ehtiyac yoxdur. Hazırladığı, əldə etdiyi, saxladığı, göndərdiyi və ya daşıdığı prekursorlardan istifadə etməklə şəxsin satış məqsədi olmadan narkotik vasitə və ya psixotrop maddə hazırlaması, istehsal etməsi və ya emal etməsi əməli yalnız Cinayət Məcəlləsinin 234.3-cü maddəsinin tərkibini yaradır və həmin əməlin cinayətlərin məcmusu qaydasında əlavə olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməsinə ehtiyac yoxdur. X12 9-cu bəndinə əsasən, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bundan başqa Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında da qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqdini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Müdafiəçinin apellyasiya şikayətində və təqsirləndirilən şəxsin məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin tərkibi vardır. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (Cinayət Məcəlləsinin 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və həddi, habelə cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Cinayət Prosessual Məcəlləsinin 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(091)-137/2021 hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsiləndirilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin 11 iyun 2021-ci il tarixli, 1(091)-137/2021 saylı hökmü dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-289/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-289/2021
07.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver