Məhkəmə qərarları › İş №1(107)-289/2024

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-289/2024

08.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-289/2024 08.05.2024 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin sədri Quliyev Nuru Nadir oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Qəbələ Rayon Məhkəməsinin hakimi (sədri) X2 edilmiş etirаzın təmin olunması barədə Şəki Apellyasiya Məhkəməsi hakiminin qərarını nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Qəbələ Rayon Məhkəməsinə ərizə verərək işə Qəbələ Rayon Məhkəməsinin hakimi (sədri) X4 tərəfindən baxılmasına etiraz etmiş və Qəbələ Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 1(025)-14/2024 saylı qərarı ilə etirаz məsələsinə baxılması üçün iş materialları Şəki Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şəki Apellyasiya Məhkəməsinin hakimi X1 01 may 2024-cü il tarixli, 1(107)-289/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Qəbələ Rayon Məhkəməsinin hakimi (sədri) X2 edilmiş etirаzı təmin edilmiş və həmin qərar ərazi üzrə məhkəmə aidiyyətinin dəyişdirilməsi məsələsinin həll edilməsi məqsədilə Şəki Apellyasiya Məhkəməsinin sədrinə təqdim edilmişdir. İş materiallarını araşdırıb hesab edirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 01 may 2024-cü il tarixli, 1(107)-289/2024 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs1 müdafiəçisi Müdafiəçi1 Qəbələ Rayon Məhkəməsinin hakimi (sədri) X2 edilmiş etirаzı təmin edildiyindən, ərazi üzrə məhkəmə aidiyyəti dəyişdirilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 109.3.3-cü maddəsinə əsasən birinci instansiya məhkəməsində iki hakimin və ya bütün məhkəmə tərkibinin özü özünə, yaxud onlara edilmiş etirazı, habelə cinayət işinə, yaxud cinayət təqibi ilə bağlı digər materiala təkbaşına baxan məhkəmə sədrinə, özüözünə və ya ona edilmiş etirazı apellyasiya instansiyası məhkəməsinin hakimi həll edir; 109.5-ci maddəsinə əsasən birinci, apellyasiya və ya kassasiya instansiyası məhkəməsində özü-özünə etiraz və ya etiraz təmin olunduqda işə həmin məhkəmədə başqa hakimlərin iştirakı ilə baxılır. Birinci instansiya məhkəməsində obyektiv səbəbdən bu mümkün olmadıqda, cinayət işi və ya cinayət təqibi ilə bağlı digər material apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılması üçün başqa birinci instansiya məhkəməsinə göndərilir; 76.1-ci maddəsinə əsasən cinayət işinin və ya digər materialın ərazi üzrə məhkəmə aidiyyəti bu Məcəllənin 107, 109-cu maddələrinin müddəalarına əsasən, aşağıdakı hallarda dəyişdirilə bilər: 76.1.1-ci maddəsinə əsasən bir hakimdən ibarət olan məhkəmənin fəaliyyət göstərdiyi ərazidə həmin hakimin özü-özünə verdiyi və ya ona edilmiş etiraz təmin edildikdə; 76.1.2-ci maddəsinə əsasən məhkəmənin bütün hakimləri özü-özlərinə verdikləri və ya onlara edilmiş etiraz təmin edildikdə; 76.2-ci maddəsinə əsasən bu Məcəllənin 76.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə aidiyyətinin dəyişdirilməsinə dair qərar müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən qəbul edilir. Göstərilənlərə əsasən, belə qənaətə gəlirəm ki, Şəki Apellyasiya Məhkəməsinin 01 may 2024-cü il tarixli qərarı ilə etiraz təmin olunduğundan məhkəmənin ərazi aidiyyəti dəyişdirilməli, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün ərazi baxımından Qəbələ rayonuna yaxın olan Oğuz Rayon Məhkəməsinə göndərilməlidir. Şərh оlunаnlаrı və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 109 və 76-cı maddələrini rəhbər tutаrаq, QƏRARA ALDİM: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2 və 315-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi baxılması üçün Oğuz Rayon Məhkəməsinə göndərilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar