Məhkəmə qərarları › İş №1(107)-29/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-29/2021

13.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-29/2021 13.04.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, onu müdafiəçisi – Şəki Regional Vəkil Bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 221.3-cü maddəsi ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin (hakim T.Həsənov) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxxxx 1992-ci il tarixdə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən, CM-in 221.1-ci maddəsi ilə təqsirli bilinərək beş ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, hazırda cəza çəkən, Zaqatala rayonunun Aşağı Tala kəndində daimi qeydiyyatda olmaqla həbs olunanadək orada yaşamış, xx xxxx 2020-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə ona əsas cəza kimi qəti olaraq təyin edilmiş beş ay müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilmiş müddətinin CM-in 66.5-ci maddəsinə əsasən qəti cəza müddətinə hesablanmaqla və həmin hökmlə təyin edilmiş cəzanı həmin hökmlə təyin edilən cəza ilə qismən toplanmaqla onun üzərində qəti olaraq üç il doqquz ay müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəlinin tutulduğu xx xxxx 2020-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəsini alana kimi qüvvədə saxlanılması, iş üzrə maddi sübutlar – Zaqatala Rayon Polis Şöbəsinin saxlanc yerində saxlanılan təqsirləndirilən şəx Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynəyin sahiblərinə təhvil verilməsi, hadisə yerindən götürülmüş 1 və 2 nömrəli qan nümunələrinin hopdurulduğu parçaların cinayət işinin materiallarında saxlanılması, iş üzrə məhkəmə xərcinin, xüsusi müsadirə olunmalı əmlakın və mülki iddianın olmamasının nəzərə alınması, Zərərçəkmiş şəxs vurulmuş ziyan tələbi ilə bağlı mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olmasının izah edilməsi müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxxx 2020ci il tarixdə, saat 18:30 radələrində Zaqatala şəhərindəki Eldar Ağayev küçəsində yerləşən “Remart 2” adlı marketin içərisində olan zaman keçmiş arvadı Zərərçəkmiş şəxs ondan ayrıldıqdan sonra başqa şəxslərlə tanışlıq qurmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan həmin marketin içərisində ictimai qaydanı kobud surətdə pozan, сəmiyyətə açıqсa hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli şəkildə pozan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin marketin yaxınlığından tapdığı, silah qismində istifadə edilən şüşə parçası ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif hissələrindən vurub, sonuncunun sağlamlığına boyununun arxa yuxarı şöbəsinin orta səthində kəsilmiş yara, boyununun arxa aşağı şöbəsinin orta səthində, boyununun sol yan səthinin aşağı şöbəsində və döş qəfəsinin sol aşağı tış hissəsində səthi kəsilmiş yaralar kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə sonuncunun üzərində zor tətbiq etməklə qərəzli hərəkətlər ilə xuliqanlıq etmişdir. Hökmdən təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Dövlət ittihamçısı apellyasiya şikayətinə qarşı etiraz vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 1(033)-55/2020 nömrəli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs əməlinin CM-in 128-ci maddəsinə tövsif edilərək, ona həmin maddədə nəzərdə tutulmuş həbslə əlaqədar olmayan cəzanın təyin edilməsinə dair hökm çıxarılması və ya hökmü dəyişdirərək təyin edilmiş cəzanın yüngülləşdirilməsinə dair qərar qəbul edilməsi ilə əsaslandırılmışdır. ETİRAZİN DƏLİLLƏRİ Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM- in 66.5-ci maddəsinə əsasən qəti olaraq 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi apellyasiya şikayətində Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini, əməlin tövsif olunmasını və təqsirləndirilən şəxsə yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməsi toplanmış sübutlarla tam təsdiq edilmiş, məhkəmə işin hallarını nəzərə alaraq ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin etmişdir. Odur ki, təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayətində göstərdiyi xüsusatlar əsassız olduğu üçün təmin olunmamalı və Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib, CM-in 66.5-ci maddəsinə əsasən, qəti olaraq 3 il 9 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü qüvvəsində saxlanılmalıdır. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ona qarşı CM-in 221.3-cü maddəsi ilə irəli sürülən ittihamda özünü qismən təqsirli bilən Təqsirləndirilən şəxs ifadəsində demişdir ki, xx xxxx 2020-ci il tarixdə, saat 16:30 radələrində Zaqatala şəhərindəki “Büllur” marketin qarşısından keçib asma körpüdən evə gedən zaman Qumrunun telefonla danışaraq getdiyini görmüşdür. Məhkəmə tərəfindən uşağı ilə görüşməsi barədə qətnamə qəbul edilsə də, Qumru uşağı ona göstərməmişdir. O, taksidən düşüb uşağı götürmək üçün Qumruya yaxınlaşmış, Qumru ilə söhbət edərək ona uşaqla görüşmək istədiyini demişdir. Qumru isə ona uşağı verməkdən imtina etmiş, ona qıcaqlandırıcı sözlər deyərək telefon danışıqları barədə məlumat vermiş, sözləri ilə onu incitmişdir. Birlikdə söhbət edərək təxminən 1 km yol getdikdən sonra Qumru yolun kənarında olan mağazaya daxil olduğundan onun ardınca o, da mağazaya daxil olmuş, Qumruya yaxınlaşıb “uşağı ver gedim” demiş, Qumru isə uşağı verməyəcəyini deyib, söyüş söymüş, təhqiredici sözlər demişdir. O, isə buna dözə bilməyib mağazadan çıxıb mağazanın alt tərəfindən yolun kənarından şüşə taparaq geri qayıdıb təkrarən mağazanın içərisinə daxil olmuşdur. Mağazada bir satıcı və kassada oturan mağazanın sahibi olmuşdur. Həmin şəxslər hiss etmədən sakitçə mağazaya daxil olub Qumrudan uşağı tələb etmiş, Qumru isə ona uşağı vermədyini bildirib təhqiredici sözlər demişdir. Satıcı Qumrudan təxminən 2 metr aralıda dayanmış, həmin vaxt o, həm təhqiredici sözlərə görə, həm də qısqandığında görə Qumrunun boyun nahiyəsindən sol tərəfdən şüşə ilə iki dəfə vurmuş, Qumru yıxılmışdır. Mağazada aralarında mübahisə 2-3 dəqiqə davam etmiş, satıcılar mübahisələrini eşitməmişdir. İctimai asayişi pozmamış, heç kimə hörmətsizlik etməmişdir. Oradakı şəxslərlə dava etməmiş, söyüş söyməmişdir. Mağazada işləyən oğlan ona “lazım deyil, bura mağazadı, neynirsən, çıx çölə” demiş, o, da mağazadan çıxıb taksi ilə Zaqatala rayonunun Aşağı Tala kəndində yerləşən evimə getmiş, evdəkilərlə görüşüb polis şöbəsinə gedərək təslim olmuşdur. Hal-hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəyərək barışmışdır, əməlinin CM-in 128-ci maddəsinə tövsif olunaraq barəsində cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında ifadə verən Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin gün o, işdə problem yarandığından işdən gec çıxıb evə gedərkən yanımda taksi dayanmış, Həmzə taksidən düşüb yanına gəlmişdir. Həmin vaxt o, qardaşı ilə telefonla danışmış, Həmzə ondan kiminlə danışdığını soruşmuş, o, isə cavab verməmişdir. Yolda danışa-danışa birlikdə gedən zaman Həmzə “biz belə olmamalı idik” və sair kimi sözlər işlətmiş, bazarda olan hadisədən peşman olduğunu bildirmişdir. Marketin qarşısında olanda Həmzə ondan həyatında kimsə olub-olmadığını maraqlandıqda bunun ona aidiyyəti olmadığını bildirmiş, aralarındakı münasibətin bitdiyini demişdir. Həmzə isə ona demişdir ki, “mən bunu qəbul edə bilmərəm”. O, artıq Həmzənin aqressivləşdiyini görüb sakit şəkildə marketə daxil olmuşdur. Həmzə soruşduqda isə anasının tapşırığı ilə almalı şeylər olduğunu demişdir. Mağazada satıcı qız və kassir oğlan olmuşdur. O, marketə daxil olduqdan iki-üç dəqiqə sonra Həmzə qapını açıb içəri daxil olub ona “Qumru nə alırsansa al, çıxaq gedək” demiş, o, isə Həmzəyə işinin çox olduğunu onun getməsini demişdir. Sonradan yenidən Həmzə içəri daxil olub ona “atana zəng elə gəlsin səni aparsın, səni öldürəcəm” demiş və yaxınlaşıb anidən boyun nahiyəsindən, sifət nahiyəsindən və bədənindən bir neçə dəfə zərbə endirib çıxıb getmişdir. Həmin vaxt mağazada işləyən qız onun yanında təmizlik edərək onunla söhbət etmişdir, oğlan isə Həmzənin onu vurduğunu görüb onu aralaşdırmışdır. Sonradan atası da mağazaya gəlmişdir. Həmzənin vuraraq ona xəsarət yetirməsinin səbəbi onu qısqanması olmuşdur. Hadisə qısa zaman ərzində baş vermişdir. Əvvəllər də aralarında belə hallar baş vermişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır, ondan hər hansı şikayət və tələbi yoxdur. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Cavid Qədimov apellyasiya şikayətinin dəlillərini müdafiə edərək hadisənin şəxsi münasibətlər zəminində baş verdiyini bildirib, təqsirləndirilən şəxsin əməlinin CM-in 221.3-cü maddəsindən CM-in 128-ci maddəsinə tövsif edilməsini və barəsində cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov təqsirləndirilən şəxsin əməlinin CM-in 221.3-cü maddəsi ilə düzgün tövsif edildiyini, apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirib, apellyasiya şikayətinin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbаycаn Respublikаsı Cinаyət-Prosessuаl Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apelyasiya tələbi ilə bağlı olan hissədə, yəni apelyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apelyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apelyasiya şikayəti və apelyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apelyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını və apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olаn sübutları tədqiq edib, tərəfləri dinləyib hesаb edir ki, аşаğıdа qeyd edilən əsаslаrа görə, apellyasiya şikayət təmin edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ləğv olunmalı, Təqsirləndirilən şəxs cinayət əməli CM-in 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməli və o, zərərçəkmiş şəxslə barışdığına görə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək bildirmişdir ki, o, Zaqatala şəhəri, Eldar Ağayev küçəsində yerləşən “Remart 2” adlı mağazada satıcı kimi işləyir. xx xxxx 2020-ci il tarxidə, saat 18:30 radələrində mağazada işdə olan zaman bir nəfər qadın içəri daxil olmuş, həmin qadın içəri daxil olduqdan sonra mağazanın orta hissəsində vitrinlərin arasında dayanıb mağazada satıcı işləyən Qəmərlə söhbət etməyə başlamışdır. Onların aralarında hansı söhbət olmasından xəbəri olmamış, həmin vaxt təxminən 5 dəqiqə sonra onun arxası ilə əvvəllər tanımadığı bir nəfər cavan oğlan içəri daxil olub, həmin qadına alış-verişini edib onunla getməsini demişdir. Həmin vaxt onların aralarında mübahisə yaranmış, onların aralarında mübahisənin hansı səbəbdən yaranmasını bilməmişdir. Oğlan özü mağazadan çıxmış, mağazadan çıxdıqdan 2-3 dəqiqə sonra geri qayıtmışdır. O, normal şəkildə mağazaya daxil olmuş, həmin vaxt orta hissəyə daxil olduqdan sonra həmin qadına yaxınlaşaraq dəqiq sayını bilməsə də onu bir neçə dəfə vurmuşdur. Həmin vaxt qadın yerə yıxılmış, oğlan öz hərəkətlərini dayandırıb qırağa çəkilmişdir. O, oğlana yaxınlaşıb mağazadan çıxmasını istəmiş, onu qolundan tutub mağazadan çıxarmışdır. O, mağazadan çıxdıqdan sonra onun hara getməsindən məlumatı olmamışdır. O, qadına yaxınlaşan zaman onun boyun hissəsində qan olduğunu görmüş, həmin qadın oğlanın onu nə iləsə vurduğunu demişdir. Qadın əlini boyun nahiyəsinə atdıqda qan gəldiyini görmüş, onlar ona kömək edib su vermiş, təcili tibbi yardım xidmətinə müraciət edib məlumat vermişdir. Təxminən beş dəqiqə keçməmiş qızın atası həmin yerə gəlmiş, o gəldikdən sonra təcili tibbi yardım avtomobili gəlmiş, onlar həmin qadını xəstəxanaya aparmış, bundan başqa baş vermiş hadisə barədə hər hansı məlumatı olmamışdır. Həmin vaxt mağazada o və Qəmər olmuş, oğlanın qızı vurması və onların aralarında olan mübahisə təxminən 10 dəqiqə çəkmişdir. Belə ki, ilk olaraq qadın içəri daxil olmuş, o, içəri daxil olduqdan təxminən iki-üç dəqiqə sonra bir nəfər kişi içəri daxil olmuş, qadından alış-verişini edib onunla getməsini tələb etmiş, qadın sakit səslə aralarında nəsə danışsa da onların nə danışdığını eşitməmişdir. Oğlan mağazadan çıxmış, mağazadan çıxdıqdan sonra təxminən iki dəqiqə sonra təkrarən geri qayıtmış, geri qayıtdıqdan sonra qıza sakit şəkildə yaxınlaşıb anidən onu bir neçə dəfə vurmuş, qadın yerə yıxıldıqdan sonra kənara çəkilib dayanmış, ona yaxınlaşıb onu qolundan tutub mağazadan çıxarmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək ifadəsində göstərmişdir ki, Həmzə tərəfindən qızının döyülməsi barədə məlumatı xəstəxanaya o vermişdir. O həmin məlumat əsasında bildirmək istəyir ki, qızı Qumru 2012-ci ilin noyabr ayında Həmzə ilə ailə həyatı qurmuşdur. Qızı Həmzə ilə təxminən 7-8 il ailəli olmuşdur. 2020-ci ilin fevral ayından başlayaraq onların ailədaxili münaqişələri baş vermişdir. Onlar tez-tez dalaşmışlar. Bununla əlaqədar olaraq onlar bir neçə dəfə polisə müraciət etmişlər. Onlar təxminən 2020-ci ilin fevral ayında boşanmışlar. Onların aralarında münaqişə baş vermiş, hətta Həmzənin barəsində etmiş olduğu qanunsuz əməllərə görə cinayət işi başlanılaraq məhkəməyə göndərilmişdir. xx xxxx 2020-ci il tarixdə qızı Qumru ona zəng edib Həmzənin onun arxası ilə gəldiyini, bələdiyyənin binasının yaxınlığında olan mağazanın içində olduğunu demiş və ondan əgər yaxındadırsa kömək etmək üçün gəlməyini istəmişdir. O, Qumrudan mağzanın içərisində başını qatmasını istəmişdir. Təxminən 5-10 dəqiqəyə o, mağazaya çatdıqda artıq orada hadisə olmuşdur. O, çatdıqda Qumrunun boğaz nahiyəsinin qan içində olduğunu, ona su verdiklərini görmüşdür. O, həmin vaxt ona yaxınlaşıb kömək etmişdir. Orada olan şəxslər artıq təcili tibbi yardım üçün xəstəxanaya müraciət etdiklərini bildirmişlər. Təxminən 5-10 dəqiqə ərzində təcili tibbi yardım gəlmiş və onlar birlikdə xəstəxanaya getmişlər. Orada qızı Qumruya tibbi yardım göstərilmişdir. Həmzə əvvəllər də qızı Qumrunu döymüş, bununla əlaqədar olaraq onun barəsində cinayət işi başlanılaraq Zaqatala rayon məhkəməsinə verilmişdir. Məhkəmənin hökmü ilə Həmzə 05 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Şahid2 ibtidai istintaq zamanı göstərmişdir ki, Zaqatala şəhəri, Eldar Ağayev küçəsində yerləşən “Remart 2” adlı mağazada satıcı kimi işləyir. xx xxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində mağazada işdə olan zaman bir nəfər qadın içəri daxil olmuş, həmin qadın içəri daxil olduqdan sonra mağazanın orta hissəsində vitrinlərin arasında dayanıb onunla söhbət etməyə başlamışdır. O, həmin qızı əvvəlcədən tanıdığı üçün onunla salamlaşıb hal-əhval tutmuşdur. Həmin qız Qumru olmuş, Qumrunun valideynlərinin yaşadığı ev ilə onların evi eyni ərazidə yerləşmiş, onlarla qonşu olmuşlar. Həmin vaxt qızın arxası ilə bir nəfər əvvəlcədən tanımadığı oğlan daxil olmuş, həmin oğlan qıza nə alırsan al, alışverişini elə çıx demiş, o, əvvəlcədən həmin qızın boşandığını eşitdiyi üçün oğlanın ondan nə istədiyini soruşmuşdur. Həmin vaxt qız ona oğlanın ondan geri qayıtmasını, yəni barışmasını tələb etdiyini demişdir. O, onunla söhbət edərək mağazanı silmiş, bundan sonra öz işini görməyə davam etmişdir. Təxminən iki dəqiqə keçməmiş qız tərəfə baxan zaman orta hissədə oğlanın onun yanında olduğunu görmüş, oğlan onu iki dəfə boyun nahiyəsindən vurmuşdur. Qumru həmin vaxt yerə yıxılmış, yerə yıxıldıqdan sonra oğlan kənara çəkilib dayanmışdır. Oğlan dayandıqdan sonra digər satıcı işləyən iş yoldaşı Şahmur oğlana yaxınlaşıb onu qolundan tutub mağazadan çıxarmışdır. O mağazadan çıxdıqdan sonra onun hara getməsindən məlumatı olmamışdır. O, həmin qadına yaxınlaşan zaman onun boyun hissəsində qan olduğunu görmüşdür. Qumru oğlanın onu nə iləsə vurduğunu demiş, əlini boyun nahiyəsinə atdıqda qan gəldiyini görmüşlər. Onlar kömək edib qıza su vermiş, Şahmur təcili tibbi yardım xidmətinə müraciət edib məlumat vermişdir. Təxminən beş dəqiqə keçməmiş qızın atası həmin yerə gəlmiş, o, həmin yerə gəldikdən sonra təcili tibbi yardım avtomobili gəlmişdir. Onlar həmin qadını xəstəxanaya aparmış, bundan başqa baş vermiş hadisə barədə hər hansı məlumatı olmamışdır. Həmin vaxt mağazada o və Şahmur olmuş, təxminən oğlanın qızı vurması və onların aralarında olan mübahisə 10 dəqiqə çəkmiş, ilk olaraq Qumru içəri daxil olmuş, içəri daxil olduqdan təxminən iki-üç dəqiqə sonra bir nəfər kişi içəri daxil olmuş, Qumrudan alış verişini edib onunla getməsini tələb etmiş, qadın sakit səslə aralarında nəsə danışsa da onların nə danışdığını tam eşitməmişdir. Oğlan mağazadan çıxmış, mağazadan çıxdıqdan təxminən iki dəqiqə sonra təkrarən geri qayıtmış, geri qayıtdıqdan sonra onu Qumrunun yanında görmüş, Qumrunu iki dəfə boyun nahiyəsindən vurmuşdur. Qumru yerə yıxıldıqdan sonra oğlan kənara çəkilib dayanmış, Şahmur ona yaxınlaşıb onu qolundan tutub mağazadan çıxarmışdır. Bunlardan əlavə, cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli hadisə yerinə baxış protokolu ilə müəyyən edilmişdir ki, hadisə yeri Zaqatala şəhəri, Eldar Ağayev küçəsində yerləşən “Remart-2” adlı mağazadır. Mağazanın giriş hissəsində soyuducular vardır. Giriş qapısı plastik materiallardan olmaqla əlavə olaraq dəmir barmaqlıqları vardır. Həmin mağazaya daxil olduqda giriş qapısı ilə üzbəüz müxtəlif növ ərzaq məhsulları yığılmış rəflər vardır. Həmin hissədə orta hissədə iki sıra ərzaq məhsullarının yığıldığı rəflər vardır. Mağazanın satıcısı Şahmur adlı şəxs həmin rəflərin orta hissəsində olan yeri göstərərək hadisənin həmin hissədə baş verdiyini bildirmişdir. Hadisə baş verən gün, saat 18:30 radələrində bir nəfər qadın mağazaya daxil olmuş, həmin hissədə digər satıcı qızla söhbət etmişdir. Bundan sonra onun tanımadığı bir nəfər kişi qadının ardı ilə mağazaya daxil olmuş, onlar bir qədər söhbət etdikdən sonra kişi mağazadan çıxmışdır. Təxminən iki-üç dəqiqə sonra kişi təkrarən mağazaya daxil olmuş, rəflər olan hissədə ara yerdə qadına yaxınlaşmışdır. Həmin kişi anidən iki dəfə həmin qadını vurmuş, qadın yerə yıxılmış, bundan sonra kişi hərəkətlərini dayandırıb qırağa çəkilmişdir. O isə kişiyə yaxınlaşaraq onu mağazadan kənara çıxarmışdır. O, qadının yanına qayıtdıqda boyun hissəsindən qan axdığını görmüş, mağazanın içərisində bir neçə yerə qan damcısı düşmüşdür. Qadın daha sonra təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılmışdır. Hadisə yerinə baxış zamanı yerdə olan qanabənzər ləkələr şərti olaraq “1 nömrəli” nümunə və “2 nömrəli” nümunə olaraq qeyd edilərək parçaya hopdurularaq götürülmüşdür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığına xəsarət yetirdiyi şüşə parçasını onun görmədiyi yerdə atdığını bildirmişdir. Hadisə yerinə baxış zamanı mağazanın içərisində və ətrafında şüşə parçasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza və X4” X10 Zaqatala rayon şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 308 nömrəli ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər-boyununun arxa yuxarı şöbəsinin orta səthində kəsilmiş yara, boyununun arxa aşağı şöbəsinin orta səthində, boyununun sol yan səthinin aşağı şöbəsində və döş qəfəsinin sol aşağı tış hissəsində səthi kəsilmiş yaralar-iti kənara malik bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə sınmış şüşə qırığının təsirindən əmələ gələ bilərdilər, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin yerləşdiyi yerdə həyati əhəmiyyətli orqanlar yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “MəhkəməTibbi Ekspertiza cə X4” X10 Zaqatala rayon şöbəsi tərəfindən xx xxxx 2020-ci il tarixdə verilmiş 309 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ ovuc səthində 6 (altı) ədəd kəsilmiş yaralar-iti kənara malik bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, eləcə də onun xəstəxanaya daxil olduğu vaxtdan az əvvəl olmaqla xx.xx.2020-ci il tarixdə şüşə qırığının təsirindən əmələ gəlmişlər, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertizası və X5 X10 Gəncə şəhər şöbəsinin xx xxxxxx 2020-ci il tarixli 31 nömrəli tibbi bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A(İİ) betadır. Təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Hadisə yerindən götürülmüş 1 və 2 nömrəli zərflərdəki qana bənzər nümunələrdə insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin materiallarında olan xx xxxx 2020-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs saat 22:15-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 4(033)-49/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə, yəni xx xxxx 2020-ci il tarixdən hesablanmaqla xx xxxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2020-ci il tarixli tələbnamədən görünür ki, Həmzəyev X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 05 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək, 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının əvvəli hökm çıxarıldığı gündən, yəni xx xxxxxx 2020-ci il tarixdən hesablanmış, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs barəsində digər cinayət işi üzrə xx xxxx 2020-ci il tarixdən həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti Başçısının Aşağı Tala kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Prosessual Məcəllənin 39.1.2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 228.4 və 29,120-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, işdən görünür ki, Təqsirləndirilən şəxs ona görə CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinmişdir ki, o xx xxxx 2020-ci il tarixdə, saat 18:30 radələrində Zaqatala şəhərindəki Eldar Ağayev küçəsində yerləşən “Remart 2” adlı marketin içərisində olan zaman keçmiş arvadı Zərərçəkmiş şəxs ondan ayrıldıqdan sonra başqa şəxslərlə tanışlıq qurmasını bəhanə edərək, heç bir əsaslı səbəb olmadan həmin marketin içərisində ictimai qaydanı kobud surətdə pozan, сəmiyyətə açıqсa hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli şəkildə pozan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək həmin marketin yaxınlığından tapdığı, silah qismində istifadə edilən şüşə parçası ilə Zərərçəkmiş şəxs bədənin müxtəlif hissələrindən vurub, sonuncunun sağlamlığına boyununun arxa yuxarı şöbəsinin orta səthində kəsilmiş yara, boyununun arxa aşağı şöbəsinin orta səthində, boyununun sol yan səthinin aşağı şöbəsində və döş qəfəsinin sol aşağı tış hissəsində səthi kəsilmiş yaralar kimi dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilən xəsarətlər yetirməklə sonuncunun üzərində zor tətbiq etməklə qərəzli hərəkətlər ilə xuliqanlıq etmişdir. Birinci instansiya məhkəməsi isə bu ittihamla razılaşmış və hesab etmişdir ki, təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi xuliqanlıq cinayətinin nəzərdə tutulduğu CM-in 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünnəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2004-cü il tarixli qərarında da müdafiə edilir. Həmin qərarın 3-cü bəndinə görə «zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir.» Elə bu mövqedən yanaşsaq, deyə bilərik ki, hadisənin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə məhkəmədə dindirilmiş şəxslərin ifadələrində göstərilənlər birmənalı olaraq onu deməyə əsas verir ki, cinayət hadisəsinin başlanmasına cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş vermişdir. Yəni, Təqsirləndirilən şəxs insanlar arasında uzun müddətdən bəri bərqərar olmuş və mövcud olan etik davranış qaydalarını pozmaqla, ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeyidlik və etinasızlıq nümayiş etdirməklə heç bir əsaslı səbəb olmadan mübahisə edərək zərərçəkmiş şəxsə zor tətbiq etməklə xuliqanlıq etmişdir. CPM-in tələblərinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir (mad. 143.1). Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir (mad. 144). Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir (mad. 145). Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi bu nəticə ilə razılaşa bilməyən məhkəmə kollegiyası cinayət təqibi üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və bir-biri ilə müqayisə edib, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirib, qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirib belə qənaətə gəlir ki, apellyasiya şikayətinin təqsirləndirilən şəxsin əməlinin CM-in 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməli olması barədə dəlilləri əsaslıdır. Məhkəmə kollegiyası ona görə bu qənaətə gəlir ki, Təqsirləndirilən şəxs elan olunmuş ittihama görə, o xx.xx.2020-ci il tarixdə, saat 18 radələrində marketin içərisində olan zaman keçmiş arvadı Zərərçəkmiş şəxs ayrıldıqdan sonra başqa şəxslərlə tanışlıq qurmasını bəhanə edərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydlarını qərəzli şəkildə pozan, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər edərək silah qismində istifadə edilən şüşə parçası ilə Zərərçəkmiş şəxs sağlamlığına qısa müddətə pozula bilən yüngül zərərvurmaya aid xəsarətlər yetirərək qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Ancaq məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirən zaman, bundan əvvəl və sonra hər hansı ictimai qaydanı pozan, cəmiyyətə hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını pozan hərəkətlər etməsini sübuta yetirilmiş hesab edə bilmir. Əksinə, təqsirləndirilən və zərərçəkmiş şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrdən, habelə iş üzrə şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində verdikləri ifadələrdən təsdiq olunur ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə əvvəllər evli olmuş, ailəni bərpa etmək istəyi üstündə Zərərçəkmiş şəxs başqa şəxslərlə (ittihamda qeyd edildiyi kimi) tanışlıq qurması səbəbindən, yəni ailəni bərpa etmək istəyi üstündə şəxsi münasibətlər zəminində intiqam hissi ilə mübahisə gedişində sağlamlığına zərər yetirmişdir. Bu hərəkət isə xuliqanlıq kimi qiymətləndirilə bilməz. Cinayət işinin materiallarından və cinayət işinin məhkəmə istintaqı zamanı aparılmış araşdırmalardan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs keçmiş arvadı ilə şəxsi münasibətlər zəminində mübahisə etmiş (bu mübahisəni heç kim eşitməmiş) intiqam hissi ilə zərərçəkmiş şəxsin sağlamlığna zərər vurmuşdur. Şəxsi münasibətlər zəminində və yaxud da intiqam hissi ilə törədilən mübahisə gedişində sağlamlığa zərər vurmaya dair hərəkətlər xuliqalıq kimi qiymətləndirilmir. Təqsirləndirilən şəxs əməlinin xuliqanlıq kimi qiymətləndirilməsinə əsas səbəb onun mağazada Zərərçəkmiş şəxs xəsarət yetirməsi olmuşdur. Lakin onların mağazada olan sakit söhbəti şahidlərin ifadələri ilə təsdiq olunur ki, təxminən 2-3 dəqiqə çəkmiş və onların öz aralarında nə danışdıqları belə şahidlər tərəfindən eşidilməmiş, hətda onların mübahisə edib-etmədiklərini mağazada olan satıcı belə hiss etməmişdir. Onların bu hərəkəti, yəni mağazada 2-3 dəqiqəlik öz aralarında heç kimin eşitmədiyi səviyyədə söhbət etmələri ictimai qaydanı kobud surətdə pozmaq, cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarını qərəzli şəkildə pozma kimi qiymətləndirilə bilməz. Təqsirləndirilən şəxsdən, zərərçəkmiş şəxsdən, şahidlərdən alınmış ifadələr, işin müəyyən edilmiş sayılan hallarını Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 221.3-cü maddəsinin dispozisiyası, xuliqanlıq cinayətinin tərkibinin əlamətləri ilə müqayisə etdikdə, həmin sübutların işin müəyyən edilmiş sayılan (sözügedən cinayət tərkibinin əlamətləri ilə şərtləndirilən) halları ilə uzlaşmadığı aydın olur. Belə ki, CM-in 221.1-ci maddəsinin dispozisiyasında xuliqanlıq cinayəti “ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər” kimi təsbit edilmişdir. Təsvir edilən normada cinayət məsuliyyətinin yaranması şəxs (şəxslər) üzərində zor tətbiq edilməsi, zor tətbiq etmə hədəsi və yaxud özgə əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan qərəzli hərəkətlərin şəxsi münasibətlər zəminində törədilməklə konkret şəxsə qarşı deyil, xuliqanlıq motivi ilə şərtləndirilməklə cəmiyyət və ictimai qayda əleyhinə yönəlməsi ilə əlaqələndirildiyindən, ictimai qaydanın kobud şəkildə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə olunması bu cinayətin obyektiv cəhətinin, xuliqanlıq motivi isə (o cümlədən, şəxsin qəsdi ilə hərəkətlərinin cəmiyyətə qarşı yönəlməsinin, ictimai qaydanı kobud şəkildə pozmasının əhatə olunması) subyektiv cəhətinin zəruri əlamətləri, müvafiq olaraq da sübutetmə predmetinə daxil olan mühüm hallar kimi çıxış edirlər. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli qərarına müvafiq olaraq xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud şəkildə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyillilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilir ki, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsi Plenumunun həmin qərarına görə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxx 2004-cü il tarixli 1 saylı qərarında da (3-cü bəndində) qeyd olunduğu kimi, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə açıqca hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlamış mübahisə və ya dava-dalaş gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud da başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Ali Məhkəmənin Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” qərarında həmçinin izah olunmuşdur ki, məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fəqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda, xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır (qərarın 5-ci bəndi). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “xuliqanlıq niyyəti”nə dair hüquqi mövqeyi isə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx xxxxxx 2002-ci il tarixli Qərarında əksini tapmışdır. Həmin Plenum qərarının 6-cı bəndində deyilir: “qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək)”. İstinad olunan qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Odur ki, CM-in cinayət məsiliyyətinin əsaslarını təsbit edən 3-cü maddəsinə, Cinayət-Prosessual Məcəllənin 21-ci maddəsində təsbit edilmiş təqsirsizlik prezumpsiyası prinsipinə, sübutetməyə dair normaları əks etdirən 139, 143-146-cı maddələrinin tələblərinə əsasən şəxsi Cinayət Məcəlləsinin 221-ci və yaxud xuliqanlıq niyyəti ilə törədilən həyat və sağlamlıq əleyhinə cinayətləri nəzərdə tutan maddələri ilə təqsirli bilmək üçün yuxarıda qeyd olunan (cinayət tərkiblərinin obyektiv və subyektiv əlamətləri olub müvafiq ittihamlar üzrə sübutetmə predmetini təşkil edən) hallar onların mövcud olması barədə yekun nəticəyə gəlmək üçün kifayət edən, lazmınca yoxlanılmış, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilmiş sübutların məcmusu ilə təsdiq olunmalıdır. Lakin Təqsirləndirilən şəxs əməllərində CM-in 221.3-cü maddəsində nəzərdə tutulmuş xuliqanlıq cinayətinin obyektiv əlamətlərinin olması sübuta yetirilməmiş, o cümlədən onun hərəkətlərinin xuliqanlıq motivi ilə şərtləndirilməsi, ictimai qaydanın pozulmasına yönəlməsi və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, ictimai qaydanı kobud surətdə pozan xarakterdə olması müəyyən edilməmişdir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məsələyə bu aspektdən yanaşanda Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsinin deyil, 128-ci maddəsinin tərkibinin olması müəyyən olunur. Təqsirləndirilən şəxs əməli CM-in 221.3-cü maddəsi ilə tövsif olunsa da, onun xuliqanlıq əməllərində, ictimai qaydanın kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli şəkildə pozan hərəkətlərinin nədən ibarət olması konkret olaraq göstərilməmiş, ona qarşı irə sürülən ittihamda bu əməllərin nədə və necə təzahür etməsi müəyyən edilməmişdir. Cinayət işinin materiallarında (i. v. 155) olan ƏƏSMN-nin Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, Təqsirləndirilən şəxs “Müştərək travmasının qapalı kəllə beyin travmasının baş beyin əziyin qalıq əlamətləri. Termiki və kimyəvi yanıqların travmaların nəticələri. Postravmatik ensefalopatiya, generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindromlar, tez-tez təkrarlanan qıcolma tutmaları ayda 7-8 dəfə” diaqnozu ilə ümumi xəstəliklə ikinci dərəcəli əlildir. Məhkəmə kollegiyasının qənaətinə görə, belə vəziyyətdə xuliqanlıq cinayətinin və xuliqanlıq niyyəti ilə törədilən cinayətlərin subyektiv cəhətinə aid olub belə cinayətlər üçün zəruri əlamət kimi çıxış edən “xuliqanlıq niyyəti” Təqsirləndirilən şəxs əməlində ümumiyyətlə movcud olmamış, təqsirləndirilən şəxsin şüuru ilə ictimai qaydaya qəsd edilməsi, cəmiyyətə qarşı açıqca hörmətsizliyin göstərilməsi əhatə olunmamış, onun hərəkətləri konkret olaraq zərərçəkmiş şəxslə arasında olan şəxsi münasibətlərdən irəli gəlmiş, lakin buna baxmayaraq, Təqsirləndirilən şəxs əməli xuliqanlıq niyyəti ilə törədilən cinayət kimi tövsif edilmişdir. Halbuki, Təqsirləndirilən şəxs xuliqanlıq cinayət əməlini deyil, zərərçəkmiş şəxs, keçmiş arvadı Zərərçəkmiş şəxs yüngül bədən xəsarəti yetirmişdir. Ona görə də Təqsirləndirilən şəxs cinayət əməli CM-in 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxslə barışdığını, Həmzənin etdiyi hərəkəti bağışladığını, ondan heç bir şikayətinin olmadığını bildirdiyindən və bu barədə yazılı ərizə təqdim etdiyindən, eyni zamanda təqsirləndirilən şəxs də onunla barışdığından, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ləğv edilməli, cinayət işi üzrə icraata xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə ona əsas cəza kimi qəti olaraq təyin edilmiş və cəzaçəkmənin əvvəli xx xxxxxx 2020-ci ildən hesablanan beş ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığından o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Belə ki, Zərərçəkmiş şəxs yazılı formada ərizə təqdim edərək Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslə barışdığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirib, onun əməlinin CM-in 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Eyni zamanda, Təqsirləndirilən şəxs də məhkəmə kollegiyasına yazılı ərizə ilə müraciət edərək, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödədiyini və onunla barışdığını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmadığını bildirib əməlinin CM-in 221.3-cü maddəsindən 128-ci maddəsinə tövsif edilməsini və cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. CM-in 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. CPM-in 40.3-cü maddəsinə görə, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən isə 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışmasını təsdiq edən və iş üzrə icraata xitam verilməsinə dair məhkəməyə ünvanlanmış ərizəsini, prosessual qanununvericiliyin yuxarıda sadalanan müddəalarını nəzərə alıb hesab edir ki, CM-in 73.2ci maddəsi tətbiq olunmaqla Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və cinayət işi üzrə icraata CPM-in 43.1.2-ci maddəsinə əsasən xitam verilməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə ona əsas cəza kimi qəti olaraq təyin edilmiş və cəzaçəkmənin əvvəli xx xxxxxx 2020-ci ildən hesablanan beş ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığından, o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməli, iş üzrə maddi sübutlar – Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək sahiblərinə təhvil verilməli və hadisə yerindən götürülmüş 1 və 2 nömrəli qan nümunələrinin hopdurulduğu parçalar məhv edilməlidir. Apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını ləğv edərək və cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraat və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi barədə qərar qəbul etməyə haqlıdır (CPM-in 398.1.3cü maddəsi). Qeyd edilənlərə əsаsən və CM-in 73.3, CPM-in 39.1.11 və 409-cu mаddələrini rəhbər tutаrаq, məhkəmə kollegiyаsı QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib üç il altı ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə tövsif edilmiş cinayət əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin, barəsində CM-in 73.2-ci maddəsi tətbiq olunsun və o, cinayət məsuliyyətindən azad edilərək, cinayət təqibi üzrə icraata xitam verilsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs əsas cəza kimi qəti olaraq təyin edilmiş və cəzaçəkmənin əvvəli xx xxxxxx 2020-ci ildən hesablanan beş ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddəti başa çatdığından, barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. İş üzrə maddi sübutlar – Zaqatala RPŞ-nin saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd qısaqol köynək sahiblərinə təhvil verilsin, hadisə yerindən götürülmüş 1 və 2 nömrəli qan nümunələrinin hopdurulduğu parçalar məhv edilsin. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar