Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-29/2023 17.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X14 ibarət tərkibdə, məhkəmə iclas katibi X15, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X6, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X2, Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onların müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-in) 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmalarına dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəki Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən R.Əliyev, hakimlər B.Məmmədov (məruzəçi) və N.Mirzəyevdən ibarət tərkibdə) xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmü ilə xx.xx.1995-ci ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə X5 saxlanılan Təqsirləndirilən şəxs1 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 13 fevral 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicənin təyin edilməsi, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. xx.xx.1998-ci ildə Yevlax şəhərində doğulmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işləməyən, orta təhsilli, ünvan 3 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs4 CM-in 234.4.1, 234.4.2 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 31 iyul 2021-ci il tarixdən 02 avqust 2021-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddətin ona təyin olunan cəzadan çıxılmaqla qəti olaraq 05 (üç) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının şübhəli şəxs kimi tutulduğu 30 yanvar 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs4 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicənin təyin edilməsi, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. xx xxxx 1991-ci ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 4 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddətin ona təyin olunan cəzadan çıxılmaqla 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 20 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs3 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicənin təyin edilməsi, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. xx xxxxxx 1989-cu ildə Yevlax şəhərində doğulmuş, evli, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, təhsilsiz, Yevlax şəhər Neft Kəməri küçəsində qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 69.3-cü maddəsinə əsasən 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 (iki) gün müddətin ona təyin olunan cəzadan çıxılmaqla qəti olaraq 06 (altı) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin başlanğıcının həbsə alındığı 20 oktyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilərək məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkməsinə görə barəsində narkomaniyadan məcburi müalicə şəklində tibbi xarakterli məcburi müalicənin təyin edilməsi, yaşadığı yer üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınması hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs4 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 3 ədəd sеllоfаn, 1 ədəd kаğız bükümlərdə ümumi çəkisi 1,031 qrаm miqdarda nаrkоtik vаsitə оlаn hеrоin, 2 ədəd sеllоfаn bükümlərdə ümumi çəkisi 3.830 qram miqdаrındа аsеtilə еdilən tiryək və 2 ədəd sеllоfаn bükümlərdə külli miqdаrdа ümumi çəkisi 8.901 qram miqdаr çəkidə psiхоtrоp mаddə оlаn mеtаmfеtаmini əldə edərək aralarında olan razılaşmaya əsasən Təqsirləndirilən şəxs4 əynindəki büstqalterin içəri tərəfində saxlamış, Yevlax rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Həmidə Dərvişоvа narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyinə görə 30 yаnvаr 2022-ci il tarixdə saat 2350 radələrində Yevlax şəhəri Bаkıхаnоv küçəsində saxlanılıb Yevlax rayon Polis Şöbəsinə gətirilərək üzərində 31 yаnvаr 2022-ci il tаriхdə saat 0045 -dən sааt 0110 -dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, video çəkilişlə aparılmış şəxsi axtarış zamanı əri Təqsirləndirilən şəxs1la birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki büstqalterin içəri hissəsində 1 ədəd sellofan bükümdə, 3 ədəd kağız bükümdə saxladığı ayrı-ayrılıqda çəkiləri 0,715 qram, 0,065 qram, 0,074 qram və 0,177 qram olmaqla ümumi çəkisi 1,031 qram miqdarda narkotik vasitə olan heroin, 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,139 qram, 0,413 qram və 3,278 qram olmaqla ümumi çəkisi 3,830 qram miqdarında asetilə edilən tiryək, 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 0,077 qram və 8,824 qram olmaqla ümumi çəkisi 8,901 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 530,766 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək həmin psixotrop maddə olan metamfetamindən 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 məxsus olan “Tofaş Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 üzərində, 2.475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs3 üzərində saxlamış, qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda psixotrop maddələri Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşıyaraq orada istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə 13 fevral 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri ərazisindən Təqsirləndirilən şəxs2 məxsus olan və sonuncunun idarə etdiyi avtomobilə əyləşərək 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 üzərində, 2.475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs3 üzərində saxlamaqla Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşımış, 13 fevral 2022-ci il tarixdə saat 1900 -da Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısında “Tofaş Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon Polis Şöbəsinə gətirilib, orada Təqsirləndirilən şəxs1 üzərində həmin günü saat 1950 -dən saat 2004 - dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə həmin günü saat 2130 -dan saat 2448 -dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs3 üzərində həmin günü saat 2250 -dən saat 2306 -dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 məxsus “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14 fevral 2022ci ildə saat 0010 -dan 0031 -dək olan müddətdə yuxarıda adları qeyd edilən şəxslərin və müdafiəçilərin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 520 qram külli miqdarda psixotrop maddə olan metafetamin və üzərində cuzi miqdarda metamfetamin və heroin hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs4 31 iyul 2021-ci il tarixdə istintaqa müəyyən olunmamış saatda Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən «Rahat» marketin yaxınlığında tanışı X12 qəsdən satış məqsədilə qanunsuz olaraq ümumi çəkisi 0,323 qram pisxotrop maddə olan metamfetamini və çəkisi 0,182 qram olan narkotik vasitə olan heroini əldə edib üzərində saxlamış, 31 iyul 2021-ci il tarixdə saat 1000 radələrində Xəzər RPİ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsində yerləşən «Rahat» marketin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞnə gətirilmiş, şöbənin inzibati binasında müdafiəçinin iştirakı ilə vidieçəkilişlə həmin gün saat 1205 -dən saat 1225 -dək olan müddət ərzində Təqsirləndirilən şəxs4 üzərində keçirilən şəxsi axtarış istintaq hərəkəti nəticəsində Təqsirləndirilən şəxs4 əynində olan qara rəngli montun cibindən qəsdən satış məqsədilə əldə edib saxladığı bir bükümdə ümumi çəkisi 0,182 qram olan narkotik vasitə olan heroin və bir bükümdə ümumi çəkisi 0,323 qram olan pisxotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs4 ər-arvad münasibətlərində yaşadığı Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 3 ədəd sellofan 1 ədəd kağız bükümlərdə ümumi çəkisi 1,031 qram miqdarda narkotik vasitə olan heroin, 2 ədəd sellofan bükümlərdə ümumi çəkisi 3.830 qram miqdarında asetilə edilən tiryək və 2 ədəd sellofan bükümlərdə külli miqdarda ümumi çəkisi 8.901 qram miqdar çəkidə psixotrop maddə olan metamfetamini əldə edərək Təqsirləndirilən şəxs1la aralarında olan razılaşmaya əsasən əynindəki büstqalterin içəri tərəfində saxlamış, Yevlax rayon polis şöbəsinin əməkdaşlarının keçirdiyi təxirəsalınmaz əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs4 narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğuna görə 30 yanvar 2022-ci il tarixdə saat 2350 radələrində Yevlax şəhəri Bakıxanov küçəsində saxlanılıb Yevlax rayon Polis Şöbəsinə gətirilərək üzərində 31 yanvar 2022-ci il tarixdə saat 0045 -dən saat 0110 -dək olan müddət ərzində müdafiəçinin iştirakı ilə, videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı əri Təqsirləndirilən şəxs1la birlikdə qəsdən təkrarən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə edib əynindəki büstqalterin içəri hissəsində 1 ədəd sellofan bükümdə, 3 ədəd kağız bükümdə saxladığı ayrı-ayrılıqda çəkiləri 0,715 qram, 0,065 qram, 0,074 qram və 0,177 qram olmaqla ümumi çəkisi 1,031 qram miqdarda narkotik vasitə olan heroin, 3 ədəd sellofan bükümlərdə ayrı-ayrılıqda çəkiləri 0,139 qram, 0,413 qram və 3,278 qram olmaqla ümumi çəkisi 3,830 qram miqdarında asetilə edilən tiryək, 2 ədəd sellofan bükümlərdə külli miqdarda ayrı-ayrılıqda çəkiləri 0,077 qram və 8,824 qram olmaqla ümumi çəkisi 8,901 qram miqdarında psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 530,766 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək həmin psixotrop maddə olan metamfetamindən 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini özünə məxsus olan “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini X9 üzərində, 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs3 üzərində saxlamış, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda olan psixotrop maddələri Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşıyaraq orada istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə 13 fevral 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri ərazisindən özünə məxsus olan avtomobilə əyləşərək idarə etməklə 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini həmin avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini X9 üzərində, 2,475 qram külli miqdarda psixotrop maddəmetamfetamini Təqsirləndirilən şəxs3 üzərində saxlamaqla Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşımış, 13 fevral 2022-ci il tarixdə saat 1900 -da Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısında “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib orada Təqsirləndirilən şəxs1 üzərində həmin günü saat 1950 -dən saat 2004 -dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 4,936 qram külli miqdarda psixotrop maddə metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə həmin günü saat 2130 dan saat 2448 -dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan X9 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs3 üzərində həmin günü saat 2250 -dən saat 2306 -dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 məxsus “Tofas Sahin” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobilə 14 fevral 2022ci ildə saat 0010 -dan 0031 -dək olan müddətdə yuxarıda adları qeyd edilən şəxslərin və müdafiəçilərin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində Təqsirləndirilən şəxs2 X9 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 520 qram külli miqdarda olan psixotrop maddə metafetamin və üzərində cuzi miqdarda metamfetamin və heroin hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Təqsirləndirilən şəxs3 əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq istintaqla müəyyən edilməyən mənbədən və vaxtda 530,766 qram külli miqdarda psixotrop maddə olan metamfetamini əldə edərək həmin psixotrop maddə olan metamfetamindən 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 məxsus olan “Tofas Sahin” markalı 02- BL-526 dövlət qeydiyyat nişanlı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 üzərində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 üzərində saxlamış, qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında həmin külli miqdarda psixotrop maddələri Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşıyaraq orada istintaqla müəyyən edilməyən şəxsə satmaq məqsədilə 13 fevral 2022-ci il tarixdə saat 19 radələrində Yevlax şəhəri ərazisindən Təqsirləndirilən şəxs2 məxsus olan və sonuncunun idarə etdiyi avtomobilə əyləşərək 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamini üzərində, 520 qram külli miqdarda psixotrop maddə olan metamfetamini həmin avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində, 4,936 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs1 üzərində, 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamini Təqsirləndirilən şəxs2 üzərində saxlamaqla Yevlax rayon Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısına daşımış, 13 fevral 2022-ci il tarixdə saat 1900 -da Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 psixotrop maddələri qanunsuz saxlamada şübhəli bilindiyinə görə Nərimanabad kəndinin ərazisində yerləşən “Göyəzən” kafesinin qarşısında “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilin içərisində polis əməkdaşları tərəfindən saxlanılaraq Yevlax rayon polis şöbəsinə gətirilib, orada X1 üzərində həmin günü saat 1950 -dən saat 2004 - dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 4,936 qram külli miqdarında psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 üzərinə həmin günü saat 2130 -dan saat 2448 -dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sol yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 3,355 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs3 üzərində həmin günü saat 2250 -dən saat 2306 -dək müdafiəçinin iştirakı ilə və video çəkilişlə keçirilmiş şəxsi axtarış nəticəsində əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 2,475 qram külli miqdarda psixotrop maddə olan metamfetamin, Təqsirləndirilən şəxs2 məxsus “Tofas Sahin” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilə 14 fevral 2022-ci ildə saat 0010 -dan 0031 -dək olan müddətdə yuxarıda adları qeyd edilən şəxslərin və müdafiəçilərin iştirakı ilə video çəkilişlə keçirilmiş baxış zamanı avtomobilin ön cihazlar panelinin sağ aşağı hissəsindəki saxlanc yerində Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qəsdən qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı 520 qram külli miqdarda psixotrop maddə olan metafetamin və üzərində cuzi miqdarda metamfetamin və heroin hissəcikləri olan 02 ədəd elektron tərəzi aşkar olunaraq qanunamüvafiq qaydada rəsmiləşdirilib, qablaşdırılıb götürülmüşdür. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 apellyasiya şikayəti vermişlər. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, məhkəmənin hökmü işin faktiki hallarına uyğun gəlmir və iş üzrə şəxsin təqsirliyini təsdiq edəcək sübut olmadığı halda hökm çıxarmışdır. Belə ki, ona qaldırılmış bu cinayət əməlində təqsirləndirilən şəxs X18 özünü qismən, yalnız CM-in 234.1-ci maddələri ilə təqsirli bilmişdir. Təqsirləndirilən şəxs X18 tutularkən üzərinə şəxsi axtarış aparıldığı zaman və onun üzərindən aşakar edilmiş narkotik vasitələri öz istifadəsi üçün saxladığını bildirmişdir. Onun üzərində bir büküm olmaqla, 0,182 qram heroin və 0,323 qram pisixotrop maddə olan metamfetamin aşkar edilmişdir. Daha sonra Yevlax şəhərində saxlanılarkən 1,031 qram heroin və və 3,830 qram pisixotrop maddə olan metamfetamin aşkar edilib götürülmüşdür. İstintaq orqanı və məhkəmə təqsirləndirilən şəxs X7 aşkar edilmiş narkotik vasitələrin və eyni zamanda başqa bir epizod üzrə həyət yoldaşı Təqsirləndirilən şəxs1 aşkar edilmiş narkotik vasitələrlə əlaqəli olmasını və onların qabaqcadan əlbir olmasını əsas götürərək CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə təqsirli bilmişdir. Qeyd olunanlarla razılaşmır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenimumun xx.xx.2011-ci il tarixli məlum qərarında aşkar edilmiş narkotik vasitələrin hissələrə ayrılmasını, eyni zamanda narkotik vasitələrin üstündə tərəzinin olmasını narkotik vasitələrin satış məqsədilə daşımasını göstərən əlamət kimi qəbul edilməsini tövsiyyə etmişdir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs X18 narkotik vasitələri xırda bükümlərlə hissələrə ayırmamışdır. Ondan iki büküm olmaqla fərqli narkotik vasitə və pisixotrop maddə aşkar edilmişdir. İfadəsindən göründüyü kimi təqsirləndirilən şəxs X18 narkotik vasitədən istifadə edir. Üzərindən aşkar edilənlərdə öz istifadəsi üçün olmuşdur. Bundan başqa iş materilallarından göründüyü kimi, onun satışı barədə başqa sübutlar yoxdur. Belə ki, hər hansı bir telefon danışıqları, sms məlumatları və s. kimi sübutlar mövcud deyildir. Əgər şəxs barədə belə bir məlumat əməliyatçılarda mövcud olmuş olsaydı onlar ilk əvvəl bu məlumatları realizə edib onun satdığı şəxsləri aşkarlamalı və daha sonra bu şəxsi tutmali idi. Lakin işdən göründüyü kimi, Polis orqanı onu yalnız narkotik vasitələri daşımada şübhəli şəxs kimi tutmuş və cinayət işi başlamışdırlar. Bu kimi hallar bir daha şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmadığını təsdiq edir. Məhz buna görədə Təqsirləndirilən şəxs X10 əməli CM-in 234.1 -ci maddəsinə tövsiv edilməlidir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, l(091)-158/2022 saylı hökmünü ləğv edib, təqsirləndirilən şəxs X16 verilmiş ittihamı CM-in 234.1-ci maddələrinə tövsif edilməsi və həmin maddə üzrə azadlıqdan məhrumetmə ilə bağlı olmayan, azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, təqsirləndirilıən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 13 fevral 2022-ci il tarixdə işdən çıxıb əmisi oğlu Xəqani və sonuncunun tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə kafeyə yemək yeməyə getmiş, yeyib qutardıqdan sonra polis əməkdaşları kafeyə gəlib onları saxlamışlar. Saxladıqda sonra onları polis şöbəsinə aparıb orada təzyiq göstərməklə bükümlər verib həmin bükümləri götürmələrinə məcbur etmişlər. Müdaliə etdiyi şəxs məhkəməyə qədər vermiş olduğu ifadələrini qəbul etməmişdir. Bu səbəblə 4 nəfər mülkü geyimdə olan şəxslərin onlara yaxınlaşaraq Yevlax rayon Polis Şöbəsinə gətirilmələrini, döyülməklərini və üzərlərinə narkotik vasitənin qoyulduğunu bildirmişdir. Bu səbəbdəndə məhkəmə ədalətinə sığınaraq cinayət işinin ədalətli araşdırılmasını etmədiyi əmələ görə əsassız olaraq məsuliyyətə cəlb edildiyini məhkəmənin nəzərinə çatdımışdır. Qeyd olunan heç bir narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Bu səbəbdən də məhkəmənin ədalətinə inanaraq etmədiyi bir əmələ görə məsuliyyətə cəlb edildiyini bildirmişdir. O qanunsuz olaraq həbs edilmiş Təqsirləndirilən şəxs3 bəraətini istəyir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs3 barəsində bəraətverici əsaslarla məhkəmə qərarı qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs2 CM-in 234.4.1 və 234.4.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 7 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-in 69.3-cü maddəsinə əsasən 13 fevral 2022-ci il tarixdən 15 fevral 2022-ci il tarixə kimi şübhəli şəxs kimi həbsdə olduğu 02 gün müddət ona tə\ in olunan cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 qəti olaraq 06 il 11 ay 28 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs2 Ərzııman oğlu cəzasını ümumi rejimli cəzaçkmə müəssisəsində çəkilməsi, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 20 oktyabr 2022-ci il tarixdən hesablanması qət edilmişdir. Müdafiə etdiyim şəxs məhkəməyə qədər vermiş olduğu ifadələrini qəbul etməmişdir. Bıı səbəbdən də 4 nəfər mülkü geyimdə olan şəxslərin onlara yaxınlaşaraq Yevlax rayon Polis Şöbələrinə gətirilmələrini, döyülməklərini və üzərlərinə narkotik vasitənin qoyulduğunu bildirmişdir. Bu səbəbdəndə məhkəmə ədalətinə sığınaraq cinayət işinin ədalətli araşdırılmasını etmədiyi əmələ görə əsassız olaraq məsuliyyətə cəlb edildiyini məhkəmənin nəzərinə çatdımışdır. Qeyd olunan heç bir narkotik vasitənin ona məxsus olmadığını bildirmişdir. Bu səbəbdəndə məhkəmənin ədalətinə inanaraq etmədiyi bir əmələ görə məsuliyyətə cəlb edildiyini bildirmişdir. O qanunsuz olaraq həbs edilmiş Təqsirləndirilən şəxs3 bəraətini istəyir. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs2 barəsində bəraətverici əsaslarla məhkəmə qərarı qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 apellyasiya şikayətini belə əsaslandırmışdır ki, o törətdiyi əməlin tövsifi və verilmiş cəza ilə razı deyildir. Barəsində istintaq hərəkətləri düzgün aparılmamış, birinci instansiya məhkəməsi isə ibtidai istintaqa əsaslanaraq ədalətsiz qərar qəbul etmişdir. Odur ki, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmünün ləğv edilməsini və barəsində daha ədalətli qərar qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi X11, Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 apellyasiya şikayətlərinin məzmununa uyğun oxşar məzmunda çıxış edərək şikayətlərin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 apellyasiya şikayətlərini müdafiə edərək şikayətlərin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X17 hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olduğunu göstərərək apellyasiya şikayətinin dəlillərinin əsassız olduğundan şikayətin təmin edilməməsini, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxslərin və müdafiəçilərinin apellyasiya şikayətlərinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətlərinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, apellyasiya şikayətlərində təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi mübahisələndirilsə də, məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməllərinin CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin isə CM-in 234.4.1, 234.4.3-cü maddələri düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Buna baxmayaraq Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi1 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs4 əməlinin CM-in 234.1-ci maddəsinə tpvsif edilməsini və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmünün ləğv edilməsini və təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində bəraətverici əsaslarla məhkəmə qərarı qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Təqsirləndirilən şəxs1 verdiyi apellyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmünün ləğv edilməsini və barəsində daha ədalətli qərar qəbul edilməsini apellyasiya instansiyası məhkəməsindən xahiş etmişdir. Lakin, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalanan dəlillərini inandırıcı qəbul etməkdən imtina edir. Belə ki, CPM-in 33.1-33.4-cü maddələrinin tələblərindən görünür ki, hakimlər cinayət mühakimə icraatının həyata keçirilməsində cinayət işi üzrə toplanmış sübutları bu Məcəllənin tələblərinə əsasən qiymətləndirirlər. Cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müddəalarının pozulması yolverilməzdir. Cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 138.1-ci maddəsinə əsasən, sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd etmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Taxquet Belçikaya qarşı” 13 yanvar 2009-cu il, “Xirvisari Finlandiyaya qarşı” 27 sentiyabr 2001-ci il, “X20rşı” 09 dekabr 1994cü il və “Hacianastassion Yunanıstana qarşı” 16 dekabr 1992-ci il tarixli qərarlarında göstərilmişdir ki, həmin məhkəmənin bərqərar olmuş presedent hüququna əsasən məhkəmələr qərarlarında əsaslandıqları səbəbləri göstərməlidirlər. Əsaslandırma səviyyəsi qərarın xarakteri və işin hallarından aslı olaraq müəyyən edilməli, lakin hər bir halda məhkəmənin gəldiyi nəticənin səbəb və motivinin konkret olaraq göstərilməsindən ibarət olmalıdır. Məhkəmə qərarı əsaslandırılmış olmaqla tərəflərə onu anlamağa, yuxarı instansiya məhkəməsində mübahisələndirməyə, yuxarı instansiya məhkəmələrinə isə qərarın əsaslılığına dair ədalətli məhkəmə araşdırmasını həyata keçirməyə imkan verməlidir. Qərar, həmçinin tərəflərə onların arqumentlərinin nəzərə alındığını nümayiş etdirməlidir. Qərarın əsaslandırılması ədalətli mühakimənin həyata keçirildiyini göstərən yeganə vasitədir. Oxşar hüquqi mövqeyi paylaşan insan hüquqları üzrə Avropa Məhkəməsinin Barbera, Messegue və Habardo İspaniyaya qarşı iş üzrə qərarında qeyd edilir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalıdır. Bundan başqa, qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X4rşı 18 yanvar 1978-ci il qərarında, həmçinin bir sıra qərarlarda məhkəmə sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Bu baxımdan da, apellyasiya şikayətlərinə hüquqi qiymət verən məhkəmə kollegiyası bu fikirdədir ki, apellyasiya şikayətlərinin dəlilləri əsaslı sayı bilməz. Çünki, məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3-cü maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə məhkəmə iclasında tədqiq edilmiş sübutlarla təsdiq olunur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəməkimyəvi ekspertizasının 14 fevral 2022-ci il tarixli 17/147 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 4,936 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 3,355 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs3 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə, təmiz çəkisi – 2,475 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs1 avtomobildən götürüb təqdim ediyi...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd parça torbanın içərisində olan 01(bir) ədəd şəffaf sellofan torbada, təmiz çəkisi 520,00 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Həmin parça torbanın içərisindəki 02(iki) ədəd elektron tərəzilərdə olan maddə hissəcikləri metamfetamin və heroin hissəcikləridir. Metamfetamin və heroin hissəcikləri cüzi midarda olduğundan onların təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş metamfetaminlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmamışdır. Tədqiqata təqdim edilmiş 04(dörd) ədəd zərflərdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 yanvar 2022-ci il tarixli 17/110 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs4 üzərinə keçirilən baxış zamanı aşkar olunaraq götürülmüş kütlələr....” sözləri yazılmış zərfin içərisindəki; 01(bir) ədəd sellofan və 03 (üç) ədəd kağız bükümlərdə, uyğun olaraq ayrı-ayrılıqda təmiz çəkiləri – 0,715 qr., 0,065 qr., 0,074 qr., ümumi təmiz çəkisi – 1,031 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. 02 (iki) ədəd sellofan bükümlərdə, ayrıayrılıqda təmiz çəkiləri - 0,139 qr., 0,413 qr., ümumi təmiz çəkisi – 0,552 qram olan maddələr kustar sulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəklərdir. Digər 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 3,278 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - asetilə edilən tiryəkdir. Həmin sellofan bükümün içərisindəki, təmiz çəkisi – 0,077 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş.....” sözləri yazılmış digər zərfin içərisindəki 01(bir) ədəd kiçik sellofan paketdə, təmiz çəkisi – 8,824 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan və 03 (üç) ədəd kağız bükümlərdə olan heroinlər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, ümumilikdə 03 (üç) ədəd sellofan bükümlərdə olan asetilə edilmiş tiryəklər tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, 01 (bir) ədəd sellofan bükümdə və 01 (bir) ədəd kiçik sellofan paketdə olan metamfetaminlər tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 31 iyul 2021-ci il tarixli 6/3222 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs4 üzərindən...” sözləri, soyadlar və imzalar qeyd edilmiş bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,182 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Digər bir ədəd bükümdə təmiz çəkisi 0,323 qram olan ağ rəngli kristallik formada maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azəbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Azəbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”-in siyahısına (Siyahı İ) daxildir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə kimyəvi ekspertizasının 18 mart 2022-ci il tarixli 17/222 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, 01(bir) ədəd sellofan torbanın içərisindəki 01(bir) ədəd qara rəngli büstqalterin üzərində olan maddə hissəcikləri kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hissəcikləridir. Metamfetamin hissəcikləri cüzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş əlavə məhkəmə kimyəvi ekspertizasının 19 may 2022-ci il tarixli 17/413 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar olunmuş...” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd şəffaf sellofan bükümdə olan metamfetamin ilə üzərində “Təqsirləndirilən şəxs4 üzərindən aşkar olunmuş kütlələr.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kiçik sellofan paketdə olan metamfetamin tərkiblərinə görə eynidirlər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2022-ci il tarixli 240 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 28 aprel 2022-ci il tarixli 568 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 669 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizasının 17 may 2022-ci il tarixli 670 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs1 əynindəki şalvarın sağ yan cibindən şəffaf sellofan bükümdə çəkisi 5,14 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 əynindəki idman şalvarının sol yan cibindən sellofan bükümdə çəkisi 3,54 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 13 fevral 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs3 əynindəki idman şalvarının sağ yan cibindən sellofan bükümdə çəkisi 2,65 qram olan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 14 fevral 2022-ci il tarixli avtomaşına baxış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs2 məxsus olan **-BL-*** dövlət qeydiyyat nişanlı Tofaş markalı avtomaşının sağ tərəfdən qabaq oturacağının qarşısında saxlanc yerinin altdakı rəfdən çəkisi 545 qram olan sellofan torbada psixotrop maddə olan metamfetaminə oxşar kütlə aşkar olunaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş 31 yanvar 2022-ci il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan və protokola əlavə edilmiş video görüntünün olduğu CD diskdən görünür ki, Təqsirləndirilən şəxs4 əynində olan yaşıl rəngli donun sinə hissəsindən içərisində ağ və qırmızı rəngli bükülülərdə, sellofana bükülmüş bükülülərdə və açıq formada kütlələr olan ağ rəngli kağız bükülüdə 9,56 qram psixotrop maddə olan metamfetaminə oxşar, 6,17 qram narkotik vasitə tiryəkə bənzər kütlə aşkar edilərək götürülmüşdür. İş materiallarında olan "xxxx" MMC-dən daxil olmuş CD diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə “QAQA AC İSE GEDİREM HE YOX DE BİLİM DA QARDAS” məzmunlu, xx.xx.2022-ci il tarixdə “Qaqa menem xeqaani lomkadayam vezyetim pisti zenqime Cavab ver” məzmunlu mesajlar göndərilmişdir. Qeyd edilənlərlə yanaşı məhkəmə kollegiyası onu da xatırlatmağı zəruri bilir ki, cinayət işinin ibtidai istintaqı zamanı dindirilən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 həm şübhəli şəxs kimi, həm də təqsirləndirilən şəxs kimi verdikləri ifadələrində işin mexanizmini ətraflı təsvir etməklə, törətdikləri cinayətləri etiraf etmişlər. Bundan əlavə iş materialında olan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 üzləşdirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 üzləşdirmə zamanı Elşad Sadıxoğlunun ona içərisində psixotrop maddə olan metamfetamin və iki ədəd elektrok tərəzi olan parça torba vermişdir. Həmin vaxt Elşad Xəqaniyə də istifadə etməsi üçün psixotrop maddə olan metamfetamin verdiyini qeyd etsdə, Təqsirləndirilən şəxs2 Qismətin dediklərinin yala olduğunu göstərməklə, özünəməxsus avtomobildə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə “Göyəzən” adlı kafeyə gedərkən yolda Təqsirləndirilən şəxs1 şalvarının sağ yan cibindən iki ədəd sellofan bükümü çıxartdığını, əvəzsiz olaraq birini ona, digərini isə Təqsirləndirilən şəxs3 verdiyini bildirmişdir. Bundan başqa işdə olan Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan seçilməsinə dair Yevlax Rayon Məhkəməsinin 15 fevral 2022-ci il tarixli, 4(039)-31/2022 nömrəli qərarından görünür ki, həmin məhkəmə iclasında verdiyi ifadəsində törətdiyi əməldə özünü təqsirli hesab etmiş və əməlindən səmimi peşman olduğunu bildirmişdir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iclasında tədqiq edilmiş sübutlarla (təqsirləndirilən şəxs, şahidlərin ibtidai istintaq və birinci instansiya məhkəməsində, verdikləri ifadələrlə, üzləşdirmə protokolları, eksperiza rəyləri, işdə olan digər sənədlərlə, həmçinin ibtidai istintaqda və təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatətə baxılarkən sonuncunun verdiyi etiraf edici izahatları ilə təqsirləndirilən şəxslərin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar həm birinci instansiya məhkəməsinin hökmündə, həm də yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, öz növbəsində işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası istinad edilmiş mövcud sübutların mötəbərliyi ilə razılaşdığından həmin sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Öz növbəsində faktları araşdırmaq və müəyyən etmək səlahiyyətləri üzərinə qoyulmuş birinci instansiya məhkəməsi təqdim edilmiş sübutları CPM-in 145.1-ci maddəsinin tələbləri baxımından qiymətləndirməklə məlum hüquqi nəticəyə gəlmiş və təqsirləndirilən şəxslərə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 cinayət əməllərinin CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməllərinin isə CM-in 234.4.1, 234.4.3cü maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Həmçinin, uyğun olaraq apellyasiya şikayətinin təqsirləndirilən şəxslərin ibtidai istintaq zamanı qeyri insani rəftara məruz qalması, məcburiyyət qarşısında qalaraq etirafedici ifadələr vermələri ilə bağlı dəlillərini qeyri səmimi hesab edir. Çünki, tədqiq edilən sübutlardan bəlli olur ki, təqsirləndirilən şəxslər məhkəmə istintaqı zamanı daha ağır cinayət məsuliyyətindən və cəzadan yayınmaq, özünü müdafiə etmək üçün işin obyektiv hallarına uyğun gəlməyən, həqiqəti gizlətməyə çalışan ifadələr vermişdir. Beləliklə Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı verdikləri ifadələrə də tənqidi yanaşaraq həmin ifadələri məsuliyyətdən yayınmaq üçün özünü müdafiə xarakterli ifadələr, məhkəməyədək icraat zamanı verdikləri ifadələri isə işin hallarına uyğun gələn daha səmimi və obyektiv ifadə kimi qəbul edir. Belə ki, Təqsirləndirilən şəxs1 onun üzərində ancaq 10 qram metamfetamin olduğunu bildirsə də məhkəməyədək icraat zamanı müdafiəçisinin iştirakı ilə videoçəkilişlə avtomaşına keçirilən baxış zamanı avtomaşının qabaq hissəsində aşkar olunmuş psixotrop maddəni özü təqdim etmiş, məhkəmə kimyəvi ekspertizasının rəyi ilə də aşkar olunmuş psixotrop maddələrin eyni tərkibli olması qeyd edilmişdir. Bundan başqa təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs1la aralarında heç bir razılaşma olmadığını bildirsələr də məhkəmə onların ifadələrinə bu hissədə də tənqidi yanaşaraq bir daha qeyd edir ki, hər üç şəxsin üzərindən aşkar olunmuş psixotrop maddələrin tərkibinin eyni olması, psixotrop maddənin Təqsirləndirilən şəxs2 məxsus avtomaşında aşkar olunması və hər üç şəxsin birlikdə Yevlax rayonu ərzisində Göyəzən kafesinin qarşısına getmələri, buna dair ibtidai istintaq zamanı videoşəkilişlə şəxsi axtarışları aparılarkən etirafedici ifadələr verərək Təqsirləndirilən şəxs1 qorxmaması və sonuncunun xahişi ilə ona kömək etmək məqsədilə narkotik vasitəni satacağı “Göyəzən” kafesinə getmələrini bildirmələri Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 psixotrop maddəni satış məqsədilə daşımasına köməklik göstərməklə qabaqcadan əlbir olan bir qrup şəxs halında olmalarını bir daha təsdiq edir. Eləcədə, təqsirləndirilən şəxslər polis əməkdaşları tərəfindən təzyiqə məruz qalmalarını bildirsələr də, sonuncuların həmin halla bağlı hansı bir səlahiyyətli orqanlara müraciət etməmələri, Təqsirləndirilən şəxs1 barəsində isə həbs qətimkan tədbiri seçilən zaman bu barədə məhkəmədə bəyan etməməsi məhkəmə kollegiyasında bir daha təqsirləndirilən şəxslərin həmin ifadələrinin məsuliyyətdən yayınmaq cəhdi kimi dəyərləndililməsinə imkan verir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” işi üzrə qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu, Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Oxşar münasibətləri tənzimləyən məhkəmə hökmü haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 dekabbr 2021-ci il tarixli 15 nömrəli qərarının 25-ci bəndində qeyd edilir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarının 26-cı bəndində qeyd edilir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Göründüyü kimi, təqsirləndirilən şəxs məlum cinayət işi ilə bağlı sərbəst ifadələr verərkən ona hər hansı fiziki və psixi təsir göstərilməmişdir. Bu hallar isə təqsirkarın məhkəmə istintaqında verdiyi ifadələrinin qeyri səmimiliyinə dəlalət edir. Təhlil olunan işdən bəlli olduğu kimi, ibtidai istintaq zamanı toplanmış sübutlar məhkəmə istintaqı zamanı ağlababatan əsaslarla təkzib olunmamış, onların qəbul olunmasının yolverilməzliyi göstərilən şəxslər tərəfindən əsaslandırıla bilinməmişdir. Oxşar məsələləri tənzimləyən CPM-in 125.8-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin tələblərinə riayət olunmaqla sübutlar əldə edildikdə, onların qəbul olunmasının yolverilməzliyinin əsaslandırılması mübahisə edən tərəfin üzərinə düşür. Qanunun bu müddəası ibtidai istintaq sübutlarının doğruluğu prezumpsiyasını nəzərdə tutur. Nə qədər ki, həmin sübutlar ağlabatan əsaslarla təkzib edilməyib onlar həqiqidir. Əgər şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsindən məhkəmə baxışı zamanı fərqli məzmunda (ziddiyyətli) ifadə verirsə əvvəlki ifadəsinin həqiqiliyini təkzib etmək onun üzərinə düşür. Bu təkzib əsaslı, ağlabatan olmalı, ona təzyiq və ya digər qanunsuz rəftarlar tətbiq edildiyinə istinad edirsə bunu sübut etməlidir. Hətta şəxs ifadəsini oxumadan imzaladığını qeyd edirsə belə onu təsdiq edən ağlabatan dəlil təqdim etməlidir. Lakin ibtidai araşdırma zamanı verdiyi ifadələrini məhkəmədə təkzib edən qeyd olunan şəxslərdən heç biri bunu təsdiq edən ağlabatan dəlil gətirə bilməmişdir. Cinayət işinin materiallarından görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 əməlində CM-in 234.4.1, 234.4.2, 234.4.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməlində CM-in 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, şəxsi axtarış və baxış protokolları, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Ona görə də ibtidai istintaq zamanı və məhkəmə istintaqında toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Belə ki, CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. CPM-in 145.1-ci maddəsini əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması-miqdarından aslı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorların qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli qərarının 09-cu bəndində izah edilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasina görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həmə də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyəti yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbilədən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda şərh olunanlardan aydın olur ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərə münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmış, bununla da ictimai təhlükəli əməlin tövsifinə dair cinayət qanunvericiliyinin tətbiqində səhvə yol verməmişdir. Məhkəmə kollegiyası, göstərilənlərlə yanaşı təqsirləndirilən şəxslərə təyin edilmiş cəzaya münasibətdə də öz fikrini bildirmək istəyir və bununla bağlı birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 05 dekabr 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzadan daha yüngül cəzanın təyin edilməsini, həmçinin barəsində CM-in 62 və 70-ci maddəsinin tətbiq edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X8 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971-ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmü ilə bağlı apellyasiya şikayətlərinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, eyni zamanda narkotik vasitənin çəkisinin kifayət qədər çox olmasını nəzərə almış və bu səbəbdən də, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 CM-in 234.4.1, 234.4.2, 234.4.3cü maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 CM-in 234.4.1, 234.4.3cü maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməməli, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 müdafiəçisi Müdafiəçi1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müdafiəçisi Müdafiəçi2 və Təqsirləndirilən şəxs1 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. İş üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(091)-158/2022 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-29/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-29/2023
17.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver