Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-295/2021 19.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Rəfiyev Rövşən Rafiq oğlu (sədrlik edən), Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Məhyəddinov İlkin Aydın oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru X3, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs Kenan oğlu və onun müdafiəçi X6 və tərcüməçi Vasalov Elvin İlham oğlunun iştirakı ilə Təqsirləndirilən şəxs Kenan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum edilməsinə dair Balakən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Balakən Rayon Məhkəməsinin (hakim Zamin Tahirov) 08 iyun 2021-ci il tarixli hökmü ilə, 05 iyul 1972-ci il tarixdə Türkiyə Respublikasının Rize şəhərində anadan olmuş, Türkiyə Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü işləmiş, Türkiyə Respublikası, Rize şəhəri, Gündoğdu kəndində qeydiyyatda olmaqla yaşamış, 21 oktyabr 2020-ci il tarixdə barəsində Bakı şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbpaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs Kenan oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməsi, Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, onun 19 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutularaq hazırki vaxtadək həbsdə saxlandığı müddətin Təqsirləndirilən şəxs təyin edilən cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli 19 oktyabr 2020-ci il tarixdən hesablanması, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Rəsul Kondakçının idarə etdiyi «Mersedes-Benz» markalı, 53DG006/53DG302 dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsinin daşınan yüklə birlikdə məxsus olduğu müəssisəyə təhvil verilməsinin nəzərə alınması, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan ümumi təmiz çəkisi 8,29 qram olan narkotik vasitə qurudulmuş marixuananın ekspertiza tədqiqatından sonrakı maddə qalığını təşkil edən 8,25 qramının məhv edilməsi, Təqsirləndirilən şəxs götürülmüş TUR U21731998 seriyalı pasport, 53DG006/53DG302 qeydiyyat nişanlı yük avtomobilinin qeydiyyat şəhadətnamələri, 01 ədəd ******* nömrəli peşə səlahiyyəti sənədi, 01 ədəd **********2 nömrəli kimlik kartı, bir ədəd «Samsung» markalı, G532F model mobil telefon, 01 ədəd pul qabı (portmane), həmçinin Təqsirləndirilən şəxs götürülmüş və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xəzinəsində saxlanılan 6 ədəd 100, 2 ədəd 20 və 1 ədəd 5 nominallı əskinaslardan ibarət 645 ABŞ dolları, 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Gürcüstan larisi və 1 ədəd 100 və 1 ədəd 50 nominallı əskinaslardan ibarət 150 Türkiyə lirəsinin Təqsirləndirilən şəxs qaytarılması, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınması, onun ərazi narkoloji dispanserində qeydiyyata alınması üçün hazırki hökmün surətinin Balakən Rayon Mərkəzi X5 Şəxsinə göndərilməsi, Cinayət Məcəlləsinin 52.1, 52.1-1 və 58.3-cü maddələri tətbiq olunmaqla Təqsirləndirilən şəxs əsas cəzasını çəkdikdən sonra Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarılması, və məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququnun məhdudlaşdırılması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 34.55 (otuz dörd manat 55 qəpik) manat Təqsirləndirilən şəxs tutulub, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin z.MEM;VÖEN **********; AZ34CTRE********************, X2, KOD 210005, VÖEN ********** Müxbir hesab AZ41NABZ ******************** SWİFT BİK CTREAZ22 hesabına ödənilməsi müəyyən edilmişdir. . İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və yerdən satış məqsədi olmadan qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 8,29 qram qurudulmuş marixuana narkotik vasitəsini əldə etmiş, saxlamış, malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə 3,35 və 4,94 qramdan ibarət iki hissədə ayrı-ayrı kağız bükümlərdə qablaşdıraraq, bir ədəd sellofan bükülüyə yerləşdirib karton rulonun içərisində gizlətməklə, Gürcüstandan tranzit keçməklə, Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələrkən idarə etdiyi “Mercedes-Benz” markalı, 53DG006/53DG302 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin salonunda olan üst yataq dəstinin üzərində daşımış və 19 oktyabr 2020-ci il tarixdə, saat 12 radələrində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Balakən rayonu ərazisində yerləşən «Mazımçay» gömrük postunda Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. APELLYASİYA PROTESTİNİN DƏLİLLƏRİ Dövlət ittihamçısı verdiyi apellyasiya protestində Balakən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmünün Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 62-ci maddəsinin tətbiq edilməsinə dair müddəaların xaric edilməklə dəyişdirilməsini, Təqsirləndirilən şəxs cinayət qanunun müddəalarına uyğun azadlıqdan məhrum etmə cəzası təyin edilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya protestinə qarşı yazılı etiraz verərək apellyasiya protestinin təmin edilmədən, Balakən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı Rəhman İbrahimov apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək, apellyasiya protestinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs müdafiəçisi Fərid Əliyev bildirmişdir ki, apellyasiya protestinə etiraz edirəm. Belə ki, birinci instansiya məhkəməsi ona verilən ittiham daxilində işə baxmış və düzgün nəticəyə gəlmişdir. Balakən Rayon Məhkəməsi törədilən cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, müdafiə etdiyim şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alaraq, ona qanuni və ədalətli cəza təyin etmişdir. Ona görə də apellyasiya protestinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli il tarixli hökmünün isə dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. Məhkəmə kollegiyasının iclasında apellyasiya protestinin dəlillərinə münasibət bildirən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiya məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya protestinin dəlillərini məhkəmə istintaqı aparmadan araşdırıb, işdə olan sübutları tədqiq edib, cinayət prosesi iştirakçılarının çıxışlarını dinləyib hesab edir ki, aşağıda qeyd edilən əsaslara görə, apellyasiya protesti qismən təmin edilməli və Balakən Rayon Məhkəməsinin 08 iyun 2021ci il tarixli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilməlidir. Belə ki, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi təqsirləndirilən şəxsə elan edilmiş ittihamda göstərilən cinayət əməli törətməsini mübahisələndirməsələr də, məhkəmə kollegiyasının qənaətinə görə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143-146-cı maddələrinin tələblərinə əməl edilərək Təqsirləndirilən şəxs CM-in 206.2 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən şəxsin əməli düzgün tövsif olunmuşdur. Lakin birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs CM-in 206.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edərkən cinayət qanununun normasını düzgün tətbiq etməmiş, təqsirləndirilən şəxsə cinayətin ağırlığına uyğun olmayan yüngül cəza təyin etmiş, buna görə də təyin edilmiş cəza törədilmiş cinayətə mtənasib olmamışdır. Belə ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 2-ci bəndinin 5-ci abzasında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəza məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini nəzərə almasını qeyd etsə də, cəza təyin edərkən həmin hallara formal yanaşmışdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 62.1-ci maddəsinə görə cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar olduqda, eləcə də iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etdikdə, bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrıayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Şərh olunan maddənin məzmunundan görünür ki, CM-in 62.1-ci maddəsi cəzadan daha yüngül cəza təyin edilməsinin aşağıdakı əsaslarını nəzərdə tutur. - cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar; - cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan başqa hallar; - iştirakçılıqla törədilmiş cinayətin iştirakçısı həmin cinayətin açılmasına fəal kömək etməsi; Qanunun tələbinə görə, belə halların mövcudluğu məhkəmə tərəfindən müəyyən edilməli, onlar konkretləşdirilməli və müstəsna hal kimi qiymətləndirilməsinin səbəbləri hökmdə əsaslandırılmalıdır. Bu halları müəyyən edərkən məhkəmə həm cəzanı yüngülləşdirən ayrı-ayrı halları, həm də bu cür halların məcmusunu, yəni cinayətin motivi və məqsədini, təqsirkarların cinayətin törədilməsində rolunu, cinayətin törədilməsi zamanı və ondan sonrakı davranışını, təqsirkarların şəxsiyyətini xarakterizə edən məlumatları və s. qiymətləndirməlidir. Lakin məhkəmə Resul Kondakçi barəsində CM-nin 62-ci maddəsini tətbiq edərkən hər hansı müstəsna halı müəyyən etməmiş, bununla bağlı ancaq ümumi müddəaları şərh etmiş,yalnız Resul Kondakçinin cinayət törətdikdən sonra cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldan davranışına yalnız qətimkan tədbirinin şərtlərinə əməl etməsi halı) dəlalət etməklə, bu davranışı müstəsna hal kimi qiymətləndirməklə cinayət hüquq normalarını pozmuşdur. Bütövlükdə götürdükdə, məhkəmə hökmündə Təqsirləndirilən şəxs münasibətdə cəza təyin edilməsinin ümumi əsaslarına zidd olan, cəzanın məqsədlərini təmin etməyən səhv nəticəyə gəlmiş və yüngül cəza təyin etməklə bunun motivlərini belə hökmündə göstərməmişdir. Məhkəmə öz hökmündə cinayətin motivini və məqsədini hüquqi cəhətdən izah etməklə qeyd etmişdir ki: «təqsirli şəxsin cinayət törədərkən və cinayət tərətdikdən sonra onun cinayətin ictimai təhlükəliliyini azaldan davranışını da müstəsna hal kimi qiymətləndirmək də önəmlidir. Bu kimi hallar, o cümlədən təqsirkarın könüllü gəlib təqsirini boynuna alması, zərərçəkmiş şəxsə tibbi və ya digər yardım göstərməsi, cinayət nəticəsində vurmuş maddi və mənəvi zərəri könüllü olaraq ödəməsi və ya aradan qaldırması, dəymiş zərərin azaldılmasına yönəldilmiş bu kimi hərəkətləri aid edilməlidir». İlk olaraq göstərmək lazımdır ki, cinayətin motivi Təqsirləndirilən şəxs cinayəti törədərəkn ona hakim olan və müvafiq tələbatını ödəmək üçün narkotik vasitəni əldə etməsində şərtləşən daxili inamı olmuşdur. Təqsirləndirilən şəxs cinayətkar məqsədi isə əldə etdiyi narkotik vasitəni idarə etdiyi avtomobillə dövlət sərhəddindən qanunsuz yolla keçirməklə Azərbaycan Respublikasında ondan istifadə etməsində formalaşan niyyətidir. Digər tərəfdən məhkəmə Təqsirləndirilən şəxs cinayət törədərkən və cinayət törətdikdən sonrakı davranışını müstəsna hal kimi qəbul edərkən nəzərə almamışdır ki, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı səmimi olmamış, cinayət törətmədiyini və narkotik vasitənin ona məxsus olmadığını göstərmişdir. Məhkəmə baxışı zamanı isə əməlini qismən etiraf etmiş və qismən etirafın nədə ifadə olunması araşdırılmamış və yenidən narkotik vasitənin ona məxsus olmadığını göstərmişdir. Belə olan halda Təqsirləndirilən şəxs səzasını yüngülləşdirən hansı halı məhkəmə nəzərdə tutmuşdur, hökmdən görsənmir. Göründüyü kimi, məhkəmə təqsirləndirilən şəxs barəsində heç bir hüquqi əsas olmadan, yalnız subyektiv və nəzəri mülahizələrə əsaslanaraq CM-nin 62-ci maddəsini tətbiq etməklə yüngül cəza təyin etmiş, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə bir növü zəmin yaratmış olmuşdur. Məhkəmə bütün bunları nəzərə almayaraq Təqsirləndirilən şəxs yüngüllüyünə görə açıq aydın ədalətsiz cəza təyin etməklə həm məhkumlar tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması sahəsində cəzanın xüsusi və ümumi xəbərdaredici məqsədinin tələblərini pozmuşdur. Beləliklə, məhkəmə kollegiyаsı apellyasiya protesti üzrə yekun nəticəyə gələrək hesab edir ki, apellyasiya protesti qismən təmin edilməli, təqsirləndirilən şəxsə təyin olunmuş cəza ağılaşdırılmalı, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Balakən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilməli, həmin hökmdən “Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi” ilə bağlı müddəalar xaric edilməli, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, hökmlə ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəza ilə qismən toplanılaraq Təqsirləndirilən şəxs qəti olaraq (3) üç il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəza çəkməsinin əvvəli 19 oktyabr 2020-ci ildən hesablanmalı, hökm baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 399.1.4 və 399.1.5-ci maddələrinə əsasən, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. CPM-in 398.1.4-cü maddəsinə görə isə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. NƏTİCƏVİ HİSSƏ Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405 və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Kenan oğlunun Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə məhkum olunmasına dair Balakən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü cəzaya aid hissədə dəyişdirilsin. Həmin hökmdən “Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi” ilə bağlı müddəalar xaric edilsin Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Balakən Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 7 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən hazırki qərarla CM-in 206.2-ci maddəsi ilə təyin olunmuş 03 il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanılaraq ona qəti olaraq 3 (üç) il 2 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli 19 oktyabr 2020-ci ildən hesablansın. Hökm baxılmış apellyasiya protestinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-295/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-295/2021
19.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver