Məhkəmə qərarları › İş №1(107)-296/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-296/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-296/2021 17.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2; Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs; Müdafiəçi - X1 iştirаkı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Oğuz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(054)-20/2021 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Oğuz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(054)-20/2021 saylı hökmü ilə (hakim Kamran Süleymanov) xx.xx.1962-ci il tarixdə Oğuz rayonu Filfili kəndində anadan olmuş, həmin kənddə yaşayan, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkum olunmamış, Azərbaycan Respublikasının vətəndaşı, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzanın çəkilməsinin başlanğıcı onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 21:00-dan saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Filfili kəndində yerləşən evin ərazi hüdudlarını tərk etməmək məhdudiyyəti qoyulması, üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə qoyulması, cəzasını yaşayış yeri üzrə çəkməsi, hökmün icrasına nəzarəti onun qeydiyyatda olduğu yer üzrə İcra və Probasiya Şöbəsinin həyata keçirməsi, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması, iş üzrə 50 manat ekspertiza xərcinin hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs təqsirli bilinmişdir ona görə ki, 15.11.2020-ci il tarixdə saat 08 radələrində meşə fonduna daxil olmayan, Oğuz rayonu Filfili Bələdiyyəsinin mülkiyyətində olan, Oğuz rayonu Filfili kəndinin aşağı hissəsində yerləşən dağlıq ərazidəki meşə zolağından 52 sm diametrdə hər biri 1000 manat olmaqla cəmi 2000 manat dəyərində 2 ədəd qovaq, 48 sm diametrdə 800 manat dəyərində 1 ədəd cökə, 44 sm diametrdə hər biri 600 manat olmaqla cəmi 1200 manat dəyərində 2 ədəd fıstıq, 44 sm diametrdə hər biri 600 manat olmaqla cəmi 1200 manat dəyərində 2 ədəd və 36 sm diametrdə hər biri 350 manat olmaqla cəmi 1750 manat dəyərində 5 ədəd vələs cinsindən olan yaş köküstə ağacları aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadığı halda qanunsuz kəsərək təbiətə ümumilikdə 6950 (altı min doqquz yüz əlli) manat məbləğində - xeyli miqdarda maddi ziyan vurmuşdur. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü çıxarılmışdır. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti və zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona təyin olunmuş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzası yaxın qohumları ilə gələcək münasibətlərinin pozulmasına səbəb olacaqdır. Heç vaxt cinayət əməli törətməmişdir. Odun əldə etmək məqsədi ilə yaş ağacların kəsilməsinin cinayət olmasını bilməmişdir. Ona görə də, Oğuz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(054)-20/2021 saylı hökmü ilə təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının azaldılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 apellyasiya şikayətinin təmin edilməsini, Oğuz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(054)-20/2021 saylı hökmünün dəyişdirilməsini və Təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X8 apellyasiya şikayətinin təmin edilməməsini, Oğuz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(054)-20/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpellyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Şəki Apelyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа şikayətinin dəlillərini məhkəmə istintaqı aparılmadan müzаkirə edərək, təqsirləndirilən şəxsin və müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihаmçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rаyon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(054)-20/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərdi ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Filfili kəndində yaşayır. Yaşadığı evdə yandırmaq üçün odun olmadığından meşədən odun qırmaq qərarına gəlmişdir. Ona görə də 15.11.2020-ci il tarixdə saat 08 radələrində özünə məxsus motorlu mişarı götürərək yaşadığı kəndin yaxınlığında, yəni kəndin aşağı hissəsində yerləşən dağ massivində olan bələdiyyə mülkiyyətinə aid meşə sahəsinə getmişdir. O, 2 ədəd qovaq cinsindən olan ağacları motorlu mişarla kəsərək yerə aşırmış və kəsdiyi ağacları özünə məxsus at arabası ilə evinə daşımışdır. Meşədən odun qırmaq üçün heç kimdən icazə almamış, ağac kəsərkən heç kəsin köməyindən istifadə etməmiş və ağacları özü tək kəsmişdir. Həmin ağaclardan başqa heç yerdən ağac kəsməmişdir. Qalan ağacların kəsilməsindən onun xəbəri yoxdur. Bələdiyyə sədri ona özünün kəsdiyi ağaclardan başqa, 1 ədəd cökə, 2 ədəd fıstıq və 7 ədəd vələs cinsindən olan ağacların kəsdiyini də etiraf etməsini və buna görə onun barıəsində heç bir tədbir görülməyəcəyini bildirmiş, o da fərqinə varmadan razılaşmışdır. Birinci instansiya məhkəməsinin iclasında isə Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərəkn ifadəsində göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə Oğuz rayonu Filfili kəndində yaşayır. Yaşadığı evdə yandırmaq üçün odun olmadığından meşədən odun qırmaq qərarına gəlmişdir. Ona görə də 15.11.2020-ci il tarixdə saat 08 radələrində özünə məxsus motorlu mişarı götürərək yaşadığı kəndin yaxınlığında, yəni kəndin aşağı hissəsində yerləşən dağ massivində olan bələdiyyə mülkiyyətinə aid meşə sahəsinə getmişdir. O, 2 ədəd qovaq, 1 ədəd cökə, 2 ədəd fıstıq və 7 ədəd vələs cinsindən olan ağacları motorlu mişarla kəsərək yerə aşırmış və kəsdiyi ağacları özünə məxsus at arabası ilə evinə daşımışdır. Meşədən odun qırmaq üçün heç kimdən icazə almamış, ağac kəsərkən heç kəsin köməyindən istifadə etməmiş və ağacları özü tək kəsmişdir. Həmin ağaclardan başqa heç yerdən ağac kəsməmişdir. Özünə məxsus motorlu mişarı da sonradan tanımadığı şəxsə satmışdır. O, əvvəllər meşədən ağac kəsməmiş, meşədən qanunsuz ağac kəsməyin cinayət məsuliyyətinə səbəb olacağını da başa düşməmişdir. Yaşadığı kənddə təbii qaz olmadığından evinin istiliyini təmin etmək üçün meşədən qanunsuz olaraq ağac kəsmişdir. Törətdiyi cinayət əməlini könüllü etiraf edib həmin əməlin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün zərərli təsirlərini, bu əmələ görə məsuliyyətini dərk edərək əməlindən səmimi peşman olmuşdur. Ağacları qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə dəymiş maddi ziyana görə ödənilməli olan məbləği də maddi imkansızlıq üzündən indiyədək könüllü olaraq ödəyə bilməmişdir. Onun ailəsində ondan başqa əmək qabiliyyətli olan şəxs yoxdur. Digər ailə üzvlərinə də onun özü tərəfindən diqqət və qayğı göstərilir. Qeyd etdiklərini cəza təyin edilən zaman nəzərə almağı və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, o, Oğuz rayon Filfili Bələdiyəsinin sədri vəzifəsində işləyir. 28.11.2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Oğuz rayonu Filfili bələdiyyəsinin mülkiyyətində olan dağ massivində yerləşən meşə zolağına onun iştirakı ilə baxış keçirmişlər. Baxış zamanı qeyd edilən meşə zolağından naməlum şəxslər tərəfindən cəmi 61 ədəd müxtəlif diametrdə, fıstıq, vələs, gilas və qovaq ağaclarının qanunsuz olaraq kəsilməsi müəyyən edilmiş və qeyd edilənlərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən akt tərtib edilmişdir. Ağacların qanusuz kəsilməsi nəticəsində təbiətə cəmi 23.590 manat miqdarında ziyan dəydiyi məlum olmuşdur. 02.12.2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları onun iştirakı olmadan bələdiyyə mülkiyyətində olan meşə zolağının digər ərazisinə yenidən baxış keçirmişlər. Baxış zamanı qeyd edilən meşə zolağının digər massivində cəmi 65 ədəd müxtəlif cinsdə və müxtəlif diametrdə vələs, palıd fıstıq, cökə və ağcaqayın ağacların qanunsuz kəsilməsinin müəyyən edilməsi və kəsilmiş ağaclara görə təbiətə cəmi 26.220 manat miqdarında ziyan dəyməsinin müəyyən edildiyi ona məlum olmuşdur. Oğuz rayonu Filfili bələdiyyəsinin mülkiyyətində olan dağ massivində yerləşən meşə zolaqlarından ümumilikdə 126 ədəd müxtəlif cinsdə və müxəlif diametrdə olan ağacların qanunsuz kəsilərək daşınmasına görə təbiətə cəmi 49.810 manat ziyan dəymiş, qeyd edilən meşə zolağından kəsilmiş ağacların bir qisminin Oğuz rayonu Filfili kənd sakinləri X12, X13, X17, X9, X7, X14, Təqsirləndirilən şəxs, X18 və X5 tərəfindən qanunsuz olaraq kəsilib evlərinə aparıldığı müəyyən edilmişdir. Ağacların baxış keçirilən gündən, yəni 28.11.2020-ci il tarixdən 3-4 ay əvvəl kəsildiyi ehtimal edilir. O, Oğuz rayonu Filfili bələdiyyəsinin sədri vəzifəsinə seçildiyi vaxtda ərazidə təhvil-təslim işləri aparmamışdır. Belə ki, 2020-ci ilin mart ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ərazinin təhvil alınmasına köməklik göstərilməsi barədə məktub ünvanlamış, həmin Nazirliyinin əməkdaşları əraziyə gəlsələr də, ərazinin sərhədləri rəsmi sənədlərlə təyin olunmadığına görə təhvil-təslim işlərini aparmaq və qeyd edilən meşə zolağının mühafizəsini təşkil etmək mümkün olmamışdır. Oğuz rayon Filfili Bələdiyəsinə dəymiş 6950 (altı min doqquz yüz əlli) manat maddi ziyan məbləği indiyədək ödənilməmişdir. Hazırda bələdiyyənin təqsirləndirilən şəxsə qarşı hər hansı tələbi yoxdur və ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2006-cı ildən Oğuz rayonu Filfili bələdiyyəsinin sədri vəzifəsində işləmişdir, 18.01.2020-ci il tarixdən isə həmin bələdiyyəsinin üzvüdür. 27.11.2020-ci il tarixdə Oğuz rayonu Filfili bələdiyyəsinin mülkiyyətində olan dağ massivində ümumilikdə 61 ədəd fıstıq, vələs, gilas və qovaq ağaclarının qanunsuz kəsilməsi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət etmişdir. Müraciəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları Oğuz rayonu Filfili Bələdiyyəsinin mülkiyyətində olan dağ massivinə gələrək onun iştirakı ilə yoxlama keçirmiş və 61 ədəd müxtəlif diametrdə, fıstıq, vələs, gilas və qovaq ağaclarının kök hissəsinin kəsilməsi ilə bağlı akt tərtib etmişlər. Həmin akta əsasən təbiətə dəymiş ziyanlığın məbləğini müəyyən etmək üçün qiymətləndirmə aparılmış və qanusuz ağacların kəsilməsi nəticəsində təbiətə cəmi 23.590 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Həmin gündən iki gün sonra, yəni 29.11.2020-ci il tarixdə meşə zolağının digər massivindən də qanunsuz olaraq ağacların naməlum şəxlər tərəfindən kəsilərək aparılması ona məlum olmuş və o, 30.11.2020-ci il tarixdə bunula bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron ünvanına təkrarən məktub ünvanlamışdır. Həmin məktuba əsasən 02.12.2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları yenidən əraziyə baxış keçirmiş və baxış zamanı meşə zolağının digər massivində 65 ədəd müxtəlif cinsdə və müxtəlif diametrdə vələs, palıd fıstıq, cökə və ağcaqayın ağaclarının qanunsuz kəsilməsinin şahidi olmuşlar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları akt tərtib etmiş və tərtib edilmiş akta əsasən təbiətə cəmi 26.220 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. Cəmi 126 ədəd müxtəlif cinsli və müxəlif diametrli ağaclar Zərərçəkmiş şəxs mülkiyyətində olan meşə zolaqlarından kəsilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin Ətraf mühitin monitorinqi və ekoloji maarifləndirmə sektorunda aparıcı məsləhətçi vəzifəsində işləyir. Oğuz rayonu Filfili kənd sakini Şahid1 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin elektron ünvanına göndərdiyi müraciəti ilə bağlı 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 24.11.2020-ci il tarixli sərəncamına əsasən 28.11.2020-ci il tarixdə onun, Ekologiya və Təbii Sərvətlər İdarəsinin 6 saylı regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şahid4, Əfqan Əbdurəhmanovun, Şahid3, həmçinin, şikayətçi Şahid1 və Filfili Bələdiyyəsinin sədri Nümayəndə iştirakı ilə qeyd edilən əraziyə baxış keçirilərək araşdırma aparılmışdır. Baxış zamanı qeyd edilən ərazidən müxtəlif diametrlərdə və ayrı-ayrı cinslərdən olan cəmi 61 ədəd ağacın naməlum şəxslər tərəfindən qanunsuz olaraq kəsilib aparılması müəyyən edilmiş və bununla bağlı müvafiq akt tərtib edilərək kəsilmiş ağaclara görə maddi ziyanlıq hesablanmışdır. Tərtib edilən akt, həcm qiymət cədvəli ilə birlikdə hüquqi qiymət verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Şahid1 30.11.2020-ci il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ünvanladığı oxşar məzmunlu müraciəti ilə bağlı 02.12.2020-ci il tarixdə yenidən həmin ərazinin digər hissəsinə baxış keçirilmişdir. Baxış zamanı həmin ərazidən əvvəlki yoxlamadan əlavə müxtəlif diametrlərdə və ayrı-ayrı cinslərdən olan cəmi 65 ədəd ağacın naməlum şəxslər tərəfindən qanunsuz olaraq kəsilib aparılması müəyyən edilmiş və bununla bağlı müvafiq akt tərtib edilərək kəsilmiş ağaclara görə maddi ziyanlıq hesablanmışdır. Tərtib edilən akt, həcm qiymət cədvəli ilə birlikdə hüquqi qiymət verilməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göndərilmişdir. Qeyd edilən meşə zolaqlarından ümumilikdə 126 ədəd ağacın qanusuz olaraq kəsilib aparması ilə bağlı təbiətə cəmi 49.810 manat miqdarında ziyan dəymişdir. O, tərtib edilən aktlar və həcm qiymət cədvəllərində olan məlumatları təsdiq edir. Birinci instansiya məhkəməsinin iclasında şаhid qismində dindirilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları Şahid4, X4 və Şahid3 da Şahid2 ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş “Hadisə yerinə baxış keçirilməsi barədə” 25.01.2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Oğuz rayonu Filfili kəndi ərazisindən, bələdiyyənin mülkiyyətində olan torpaq sahəsində köküstə yaş ağacların qanunsuz olaraq kəsdiyi yerə Zərərçəkmiş şəxs sədri ilə birlikdə baxış keçirilərək protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş “İfadənin yerində yoxlanması haqqında” 17.03.2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən müəyyən edilir ki, Təqsirləndirilən şəxs 15.11.2020-ci il tarixdə Oğuz rayonu Filfili kəndi ərazisindən, Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən yaş köküstə ağacları qanunsuz olaraq kəsdiyi yeri əyani şəkildə göstərmişdir. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 08.04.2021-ci il tarixli 15 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 15.11.2020-ci il tarixdə Oğuz rayonu Filfili kəndi ərazisindən qanunsuz olaraq kəsdiyi yaş köküstə ağacların yerləşdiyi ərazi Oğuz rayonu Filfili Bələdiyyəsinin mülkiyyətinə aiddir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 07.12.2020-ci il tarixli sorğuya cavab məktubundan, həmin məktuba əlavə edilmiş aktlardan və hesablama cədvəllərindən müəyyən edilir ki, Oğuz rayonu Filfili kəndi ərazisindən, Zərərçəkmiş şəxs mülkiyyətində olan torpaq sahəsindən cəmi 126 ədəd müxtəlif cinsdə və müxəlif diametrdə olan ağacların qanunsuz olaraq kəsməsi nəticəsində təbiətə cəmi 49.810 manat miqdarında maddi ziyan dəydiyi müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş məhkəmə-əmtəşünaslıq ekspertizasının 05.03.2021-ci il tarixli 9/1199 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Filfili bələdiyyəsinin mülkiyyətində olan dağlıq ərazidəki meşə sahəsindən aidiyyəti dövlət orqanlarının müvafiq icazəsi olmadan qanunsuz olaraq kəsdiyi 2 ədəd 52 sm diametrdə qovaq cinsindən, 1 ədəd 48 sm diametrdə cökə cinsindən, 2 ədəd 44 sm diametrdə fıstıq cinsindən, 2 ədəd 44 sm diametrdə və 5 ədəd 36 sm diametrdə vələs cinsindən olan yaş köküstə ağaclara görə təbiətə dəymiş maddi ziyanın miqdarı cəmi 6950 (altı min doqquz yüz əlli) manat müəyyən olunmuşdur (Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 manat təşkil edir). İş materiallarına əlavə edilmiş Oğuz rayon X16 Qrupunun baş müstəntiqi Elçin İsmayılovun “Sübutların qiymətləndirilməsi haqqında” 09.04.2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs ilə birgə hadisə yerinə baxış keçirilən zaman videoçəkiliş aparılmasına dair 1 (bir) ədəd disk cinayət işi üzrə maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə edilmiş “Qətimkan tədbirinin seçilməsi haqqında” 09.04.2021ci il tarixli qərardan və həmin tarixli iltizamdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqıda iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 08.02.2021-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş “Oğuz rayon Mərkəzi Xəstəxanası” X29 tərəfindən verilmiş 03.02.2021-ci il tarixli 56 nömrəli sorğuya cavab məktubundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayon Mərkəzi Xəstəxanasının “Ruhi-əsəb” və “Narkoloji” kabinetlərində qeydiyyatda deyildir. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Filfili İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən 09.04.2021-ci il tarixli 10-20/48 nömrəli arayışdan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Oğuz rayonu Filfili kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İş materiallarına əlavə edilmiş Oğuz rayon İcra Hakimiyyəti başçısının Filfili İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilən xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146-cı maddələrinin tələblərinə əməl edilərək təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməkdə təqsirli bilinməsi hаqdа mötəbər nəticəyə gəlmək üçün kifаyət qədər sübutlаr toplаnаrаq bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş və təqsirləndirilən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında özünü qismən təqsirli bilərək yalnız 2 ədəd qovaq cinsindən olan ağacları kəsməsi barədə ifadəsinə tənqidi yanaşır və onun həmin ifadəsi cinayət işi üzrə toplanmış digər sübutlarla təkzib edildiyindən mötəbər hesab edilə bilməz. Digər tərəfdən, təqsirləndirilən Təqsirləndirilən şəxs Oğuz rayonu Filfili Bələdiyyəsinin mülkiyyətində olan, Oğuz rayonu Filfili kəndinin aşağı hissəsində yerləşən dağlıq ərazidəki meşə zolağından 52 sm diametrdə hər biri 1000 manat olmaqla cəmi 2000 manat dəyərində 2 ədəd qovaq cinsindən olan ağacı kəsməsi belə Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin tərkibini yaradır. Hazırda araşdırılan işdən bəlli olur ki, təqsirləndirilən şəxs apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, daha yüngül cəza təyin edilməsini xahiş etmişdir. Lakin məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olması barədə dövlət ittihamçısının mövqeyini əsaslı hesab edən məhkəmə kollegiyası qeyd edir ki, cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərdə tutan Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd edilir ki, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin ədalət prinsipindən bəhs edən 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə və təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Plenum qərarının 2-ci bəndində göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Həmin Məcəllənin 41.2-ci mаddəsinə görə, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58-ci maddəsinə müvafiq olaraq, törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CMin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühafizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictimai təsir gücüdür və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, əməlini səmimi etiraf etməklə əməlindən peşiman olmasını, yaşayış yeri üzrə müsbət cəhətdən xarakterizə olunmasını, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin ediləcək cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsinin cəzanın məqsədlərini təmin edə biləcəyini nəzərə alaraq, cəzanın məqsədinə, yəni sosial ədalətin bərpa edilməsinə, təqsirləndirilən şəxsin islah olunmasına nail olmaq üçün Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş аzаdlığın məhdudlaşdırılması növündə cəzanı təyin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsə cəza təyin edərkən Cinayət Məcəlləsinin 41 və 58-ci maddələrinin tələblərini lazımınca nəzərə almış, həmin tələblər baxımından ona əsaslı və ədalətli cəza təyin etmişdir. Ona görə də, verilmiş apellyasiya şikayəti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Oğuz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(054)-20/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Azərbаycаn Respublikаsı Cinаyət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Oğuz Rayon Məhkəməsinin 08 iyun 2021-ci il tarixli, 1(054)-20/2021 saylı hökmü dəyişdirilmədən saxlanılsın. X26 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şəki regional Vəkil Bürosunun vəkili X1 "xxxx" ASC-də olan AZ81UBAZ**********0090AZN001 saylı ("xxxx" ASC-nin Şəki filialının bank rekvizitləri: Bank müxbir hesabı AZ46NABZ********************; KOD 502531; VÖEN **********, SWİFT: UBAZAZ22) hesabına 24 manat köçürülsün. Qərarın icrası göstərdiyi hüquqi yardımla bağlı vəkilə əmək haqqının ödənilməsi hissəsində Azərbaycan Respublikası Vəkillər X6 və Tədris Mərkəzinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar