Məhkəmə qərarları › İş №1(107)-299/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-299/2021

16.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-299/2021 16.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Rəfiyev Rövşən Rafiq oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Hüseynov Elçin Şirin oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə, Tağıyev Babək Vaqif oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Şəki Regional Vəkil Bürosunun vəkili X9 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(051)- 80/2021 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mingəçevir Şəhər Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(051)-80/2021 nömrəli hökmü ilə 13.01.1992-ci ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olan, Mingəçevir şəhəri M.Ə.Rəsulzadə 1A, mənzil 14-də qeydiyyatda olan, azadlıqdan məhrumetmə cəzsına məhkum edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən bəraət verilməsi, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin ləğv edilməsi, iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası xərci olan 50 (əlli) manat dövlət büdcəsinə aid edilməsi, iş üzrə maddi sübut olan 1 ədəd qara rəngli, 82 ekran “ Eurolux” markalı televizor Zərərçəkmiş şəxs təhvil verilməsinin nəzərə alınması, Vəkil X4 ibtidai istintaqda göstərdiyi hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilməli və göstərilən hüquqi yardıma görə 126 manat dövlət büdcəsindən tutularaq Mingəçevir Şəhər Vəkil Bürosunun Azərbaycan Beynəlxalq Bankının Mingəçevir filialında olan VÖEN: **********. Hesab № AZNAZ 521BAZ******************** saylı hesabına köçürülməsi hökm edilmişdir. İşin halları: İbtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ittiham elan edilmişdir, ondan ötrü ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 18 oktyabr 2020-ci il tarixdə saat 12:00 radələrində Zərərçəkmiş şəxs məxsus Mingəçevir şəhəri, Gülşən bağ massivində yerləşən fərdi yaşayış evini əhatələyən dəmir setkanı aşıb yaşayış sahəsinə qanunsuz olaraq daxil olmuş, daha sonra isə fərdi yaşayış evinin açıq olan qapısından evə daxil olaraq oradan 1 ədəd 150 manat dəyərində qara rəngli, “Eurolux” markalı televizoru gizli olaraq talayıb Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla oğurluq etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Həmin hökmdən Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti daxil olmuşdur. Apelyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı, İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı verdiyi apellyasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsinin hökmü qanunsuz və əsassızdır. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqda verdiyi 06.01.2021 -ci il tarixli ifadəsində 18 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs məxsus yaşayış evinə daxil olub televizoru oğurladığını, həmin televizoru yoldan keçən tanımadığı taksi ilə yaşadığı evə gətirdiyini və satmaq məqsədilə evdə saxladığını göstərmiş, müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində verdiyi ifadəsində və ifadəsinin yerində yoxlanılması zamanı da eyni xüsusatları təsdiq etmişdir. Eyni zamanda 06.01.2020-ci il tarixli götürmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs oğurlamış olduğu televizoru həmin tarixdə polis şöbəsinə gətirərək təqdim etmiş və müstəntiq tərəfindən həmin televizor ondan götürülmüş, qeyd olunan televizor Zərərçəkmiş şəxs tanımaya təqdim edilən zaman da sonuncu tərəfindən tanınaraq Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmiş televizorun məhz onun evindən oğurlanmış televizor olduğunu bildirmişdir. Bundan başqa hökmdə qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində polis şöbəsində ona fiziki təsir göstərilərək əzab verildiyinə görə, daha sonra isə həmin oğurluğun xırda talama olmasını, cinayət məsuliyyəti deyil, inzibati məsluliyyət yaratdığını dedikləri üçün polis əməkdaşlarının vədinə inanaraq qeyd etdikləri televizoru oğurladığını demişdir. Lakin iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs ilkin olaraq televizoru oğurlamasına dair 06.01,2021-ci il tarixdə ifadə verərkən və həmin tarixdə oğurlanmış televizoru polis şöbəsinə təqdim etdikdən sonra onun barəsində hər hansı prosessual məcburiyyət tədbiri və ya qətimkan tədbiri seçilməmiş, yalnız 08.02.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək 09.02.2021-ci il tarixdə barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, lakin bütün bu müddət ərzində eyni zamanda ibtidai istintaq yekunlaşdıqdan sonra polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada təsir göstərilməsi barədə heç bir şikayət etməmiş, onun polis əməkdaşları tərəfindən döyülməsini təsdiq edən hər hansı dəlil təqdim etməmişdir. Eləcə də qeyd edilməlidir ki, ibtidai istintaq yekunlaşdıqdan sonra cinayət proesessual qanunveriliciyə əsasən təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə cinayət işinin materialları ilə tanış olarkən təqsirləndirilən şəxsin özü daxil müdafiəçisi hər hansı vəsatətlərinin olmadığını bildirməklə bunu protokolda öz imzaları ilə təsdiq etmiş, onlara verilmiş yetərli vaxt müddətində də istintaq orqanına vəsatətlə müraciət etməmişlər. Bu hal özü özlüyündə təqsirləndirilən şəxsə verilmiş kifayət qədər müddət ərzində ona qarşı edilmiş fiziki zorun təsiri altında yalan ifadə verməsini inkar edir. Bundan başqa hökmdə qeyd olunmuşdur ki, məhkəmədə dindirilmiş Mingəçevir ŞPŞ-nin CAB-nin rəisi Şahid4 ifadəsində Təqsirləndirilən şəxs oğurlamış olduğu televizoru 2020-ci ilin noyabr ayında polis şöbəsində gətirib təqdim etdiyini bildirmiş, halbuki televizor 2021-ci ilin yanvar ayında Təqsirləndirilən şəxs götürülmüşdür, buna görə də məhkəmə Təqsirləndirilən şəxs tərəfindən televizorun gətirilib təqdim edilməsinin həqiqətə uyğun olmaması qənaətinə gəlmişdir. Bununla belə məhkəmə nəzərə almamışdır ki, Şahid4 6 ay əvvəl baş vermiş hadisə ilə bağlı məhkəmədə ifadə verərkən göstərdiyi tarixi təxmini olaraq bildirmiş və şahidin təxmini qeyd etdiyi tarixə əsaslanaraq işin mahiyyəti üzrə verdiyi ifadəsinin bütünlüklə həqiqətə uyğun olmaması qənaətinə gəlinməsi düzgün deyil. Göründüyü kimi, cinayət işi üzrə toplanmış sübutlarla Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli tam sübuta yetirilmiş olsa da, nəticə etibarilə məhkəmə tərəfindən iş üzrə toplanmış sübutlara birtərəfli yanaşmaqla onlara düzgün və obyektiv hüquqi qiymət verilməmiş, əsassız və artıq formalaşmış məhkəmə təcrübəsinə zidd nəticəyə gəlinmişdir. Ona görə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Mingəçevir şəhər məhkəməsinin 10 iyun 2021- ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(051)-80/2021 nömrəli hökmündən apelyasiya şikayəti, eləcə də dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi X11 Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinə etiraz edərək protestin təmin edilməməsini, Mingəçevir Şəhər Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(051)-80/2021 nömrəli bəraət hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X10 apellyasiya protestinin məzmununa uyğun izahat verərək Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə bəraət almasına dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 10 iyun 2021- ci il tarixli hökmünün ləğv edilməsi, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib ona həmin maddənin sanksiyası həddində cinayət və cinayət prosessual qanunvericiliyin müddəalarına uyğun cəza təyin edilməklə yeni ittiham hökmü çıxarılmasını xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apelyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apelyasiya şikayətinin və ya apelyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən apelyasiya şikayətinin və ya apelyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apelyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, bəraət verilmiş şəxs və onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apelyasiya protesti ilə bağlı ifadə və çıxışlarını dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(051)-80/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, bəraət almış şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında polis şöbəsinə gətirilmiş, ona televizor oğurlamasını boynuna alması bildirilmiş, o, etiraz etdikdə isə ona fiziki təsir göstərilmiş, sonra onu inandırmışlar ki, bu cinayət işi deyil, xırda talamadır, əgər boynuna alsa evə buraxacaqlar, o da həm verilən əzabdan yaxa qurtarmaq, həm də inandığı üçün ağ kağıza qol çəkmişdir. Məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs onu da qeyd etmişdir ki, müstəntiq tərəfindən ifadənin yerində yoxlanılması istintaq hərəkəti iki dəfə aparılmış, Təqsirləndirilən şəxs və polis əməkdaşları Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsi baş verən evə iki dəfə gəlib-getmişlər. Birinci instansiya məhkəməsində Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, onu 2021-ci ilin fevral ayında polis şöbəsinə gətirərək bildirdilər ki, bağ evindən televizor oğurlanıb, həmin televizoru sən oğurlamısan. O, etiraz edib cavab verdi ki, doğrudur, əvvəl oğurluq etmiş və buna görə məsuliyyətə cəlb olunmuşdur, etdiyi oğurluqları da hər dəfə etiraf etmişdir, lakin bağ evindən televizor oğurlamamışdır. Etiraz etdiyinə görə polis şöbəsində ona fiziki təsir göstərərək əzab verməyə başladılar və dedilər ki, onsuzda əvvəlki oğurluğa görə məsuliyyətə cəlb olunmusan, bunu da boynuna al, iş qurtarsın. Lakin o, etiraz edirdi. Sonra onu inandırdılar ki, bu oğurluq xırda talamadır, cinayət məsuliyyəti deyil, inzibati məsluliyyət yaradır, boynuna al, səni də buraxaq çıx get evinə. O, ona verilən əzablardan, fiziki təsirdən qurtarmaq üçün, həm də polis əməkdaşlarının vədinə inanaraq qeyd etdikləri televizoru oğurladığını dedi. Bundan sonra polis şöbəsində ona bir televizor göstərib dedilər ki, oğurladığın televizor bu televizordur. Daha sonra tanımadığı və heç vaxt görmədiyi bir evə aparıb, evin yanında, içərisində şəklini çəkdilər ki, guya oğurladığı televizorun yerini, evi göstərir. Sonra isə onu prokurorluğa apardılar və həqiqətən də, prokurorluqdan evə buraxdılar. Elə başa düşdü ki, bununla da iş qurtardı. Sonradan məlum oldu ki, onun televizor oğurluğuna görə barəsində cinayət işi var. Bundan əlavə məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə baş verən tarixdə evdə olmamışdır. Evə qayıtdıqdan sonra 3-4 il əvvəl təxminən 500 manata aldığı, 82 ekran, qara rəngli, “Eurolux” markalı televizorun oğurlandığını görmüşdür. Bu barədə Mingəçevir şəhər polis şöbəsinə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları ona məxsus evdən 1 ədəd televizorun Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirmişlər. O, Mingəçevir ŞPŞ-nə gələn zaman polis şöbəsində olan 1 ədəd televizorun həqiqətəndə ona məxsus evdən oğurlanmış qara rəngli, 82 ekran, “Eurolux” markalı televizor olduğunu görmüşdür. Bundan sonra müstəntiq tərəfindən ifadənin yerində yoxlanılması istintaq hərəkəti iki dəfə aparılmış, Təqsirləndirilən şəxs və polis əməkdaşları Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsi baş verən evə iki dəfə gəlib-getmişlər. Afiqlə hər hansı bir ədavəti, yaxud tanışlığı olmamışdır. Bundan əlavə məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs sualları cavablandırarkən bildirmişdir ki, müstəntiq tərəfindən ifadənin yerində yoxlanılması istintaq hərəkəti iki dəfə aparılmış, Təqsirləndirilən şəxs və polis əməkdaşları Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsi baş verən evə iki dəfə gəlib-getmişlər. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs verdiyi ifadəsində bildirmişdir ki, Mingəçevir şəhər Gülşən bağ massivində tək yaşayır, oğlu Elvin Bakı şəhərində yaşayır və il ərzində 1-2 dəfə ona baş çəkmək üçün həmin ünvana gəlir. 18.10.2020-ci il tarixdə səhər 07:30 radələrində yaşadığı evdən balıq ovlamaq məqsədilə Kür çayının kənarına getdi, evdən çıxarkən evin açarını hər zaman qoyduğu yerə-evin giriş qapısının qarşısında yerləşən ayaqaltının altına qoymuşdur ki, qardaşı Eldəniz ona baş çəkmək üçün gələndə onu qapıda gözləməsin, açarı həmin yerə qoyması barədə yalnız qardaşı bilirdi. Təxminən saat 12:00 radələrində yaşadığı ünvana qayıtdı və açarı qoydu olduğu yerdən götürərək evə daxil oldu. Bu zaman 3-4 il əvvəl təxminən 500 manata aldığı, 82 ekran, qara rəngli, “Eurolux” markalı televizorun oğurlandığını gördü. Bu barədə əvvəlcə qardaşı Eldənizə, sonra isə Mingəçevir şəhər polis şöbəsinə məlumat verdi. Bir müddət sonra polis əməkdaşları ona məxsus evdən 1 ədəd televizorun Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirdilər. O, Mingəçevir ŞPŞ-nə gələn zaman polis şöbəsində olan 1 ədəd televizorun həqiqətəndə ona məxsus evdən oğurlanmış qara rəngli, 82 ekran, “Eurolux” markalı televizor olduğunu gördü. Mingəçevir şəhər PŞ İB-nin müstəntiqi X7 məhkəmə kollegiyasının iclasında bildirdi ki, ilk öncə 18 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona məxsus evdən “Eurolux” markalı 82 ekran televizorun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə baxış keçirildi və zərərçəkənin qardaşı şahid kimi dindirildi. 03 dekabr 2020-ci il tarixdə faktla bağlı cinayət işi açıldı. Cinayətkarın müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirildi. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildi. Həmin vaxt həmin televizor da Təqsirləndirilən şəxs tərəfindən onun xidməti kobinetinə gətirilmişdi. Televizora baxış keçirildi. Daha sonra Təqsirləndirilən şəxs şahid qismində ifadəsi alındı. Bundan sonra hadisənin baş verdiyi ünvanda şahid qismində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirildi. Təqsirləndirilən şəxs şahid kimi dindirildiyi həmin istintaq hərəkəti zamanı hər şeyi etiraf etdi. Ona görə də onun barəsində həbsin seçilməsi üçün prokurorluğa müraciət edildi. Müraciət təmin edilmədiyindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildi. Mingəçevir şəhər PŞ İB-nin müstəntiqi X7 məhkəmə kollegiyasının suallarını cavablandırarkən bildirmişdir ki, əməliyyatçılar tərəfindən həmin cinayəti Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayında, yaxud da 2021-ci ilin yanvar ayında polis şöbəsinə gətirilmişdir. Həmin televizor ondan götürülmüş, zərərçəkənə göstərilmiş, zərərçəkən isə həmin televizorun ona məxsus olduğunu bildirmişdir. Əməliyat otağında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2020-ci il tarixdən həmin günədək televizoru yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs televizoru ona şəxsən özü təqdim etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı çəkilmiş fotolardaki televizor oğurlanmış həmin televizordur. Təqsirləndirilən şəxs barəsində axtarış elan etməzdən əvvəl ona rəsmi bildiriş və ya çağırış göndərilməmişdir. Birinci instansiya məhkəməsində dindirilmiş Mingəçevir şəhər PŞ-nin İB-nin müstəntiqi X7 məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi onun icraatında olmuşdur. Təqsirləndirilən şəxs 06 yanvar 2021-ci il tarixdə polis şöbəsində təqdim etdiyi 1 ədəd “Eurolux” markalı, 82 ekran televizora hal şahidlərinin iştirakı ilə baxış keçirilərək protokol tərtib edilməklə götürülmüşdür. O, həmin telezoru PŞ-də görmüş, orada da protokol tərtib edilərək götürülmüşdür. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən Mingəçevir şəhər PŞnin sahə müvəkilli Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona məxsus evdən “Eurolux” markalı 82 ekran televizorun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə baxış keçirildi. Daha sonra CAB-nin rəisi Şahid4 onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində şübhəli olduğu üçün onu gətirsinlər şöbəyə. Daha sonra onlar da Afiqin yaşadığı ünvana gedərək onu polis şöbəsinə gətirmişlər. Bundan sonra danışıqlar zamanı Afiq etiraf etmişdir ki, televizoru özü oğurlayıb və evində saxlayır. Sonra isə Afiq televizoru gətirməyə gedib və gətirərək onlara təqdim edib. “Oğurlanmış və yeri məlum olan televizoru gətirmək niyə polis əməkdaşlarına deyil, cinayətkar hesab etdiyiniz Təqsirləndirilən şəxs həvalə olundu sualına” Şahid2 aydınlıq gətirə bilməmişdir. Birinci instansiya məhkəməsində Şahid2 Şöhəddin oğlu məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Mingəçevir şəhər polis şöbəsində CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 18.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs polis şöbəsinə ərizə ilə müraciət edərək həmin gün evdə olmadığı müddətdə yaşadığı Mingəçevir şəhəri Gülşən bağ evindən 1 ədəd “Eurolux” markalı, 82 ekran televizoru oğurlandığını bildirmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs evindən televizoru Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A №li evin, 14 №li mənzilində yaşayan Təqsirləndirilən şəxs oğurlayıbdır. Həmçinin, keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs oğurladığı həmin televizoru yaşadığı ünvanda saxlaması müəyyən edilmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən Mingəçevir şəhər PŞnin əməkdaşı Şahid3 bildirdi ki, ona zəng gəlib və deyilib ki, Afiqi tutublar gəl şöbəyə. Şöbəyə çatanda görmüşdür ki, Afiqi tutublar şöbəyə aparırlar. Onların ardınca getmişdir. Bir müddətdən sonra görmüşdür ki, Afiq artıq müstətiqin otağındadır. Afiqin televizoru polis şöbəsinə gətirdiyini görməmişdir. Birinci instansiya məhkəməsində Şahid3 məhkəmə iclasında verdiyi ifadəsində bildirmişdir ki, Mingəçevir şəhər polis şöbəsində CAB-m baş əməliyyat müvəkkili vəzifəsində işləyir. 18.10.2020-ci il tarixdə Zərərçəkmiş şəxs polis şöbəsinə ərizə verərək bildirmişdir ki, yaşadığı Mingəçevir şəhəri Gülşən bağ evindən 1 ədəd “Eurolux” markalı, 82 ekran televizoru oğurlanmışdır. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edildi ki, həmin cinayət əməli Mingəçevir şəhəri, M.Ə.Rəsulzadə küçəsi 1 A №li evin, 14 №li mənzilində yaşayan Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Həmçinin, keçirilmiş tədbirlər zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs evindən oğurladığı 01 ədəd “Eurolux” markalı, 82 ekran televizoru yaşadığı ünvanda saxlaması müəyyən edildi. Birinci instansiya məhkəməsində Şahid1 Zəkəriyyə oğlu məhkəmə iclasında ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşıdır. Qardaşı Zərərçəkmiş şəxs Mingəçevir şəhər, Gülşən bağ massivində tək yaşayır. O, tez-tez Elbrusa baş çəkmək üçün onun yanına gedir. O, həmin ünvana gələn zaman Elbrus evdə olmayanda qapıda gözləməsin deyə qardaşı Elbrus evinin açarını evin girişində yerləşən ayaqlatının altına qoyur. Həmin açarın oraya qoyulmasını yalnız o və qardaşı Elbrus bilirdi. 18.10.2020-ci il tarixdə səhər saat təxminən 12:00 radələrində qardaşı Elbrus ona zəng edərək yaşadığı evdən televizorun oğurlanması barədə ona məlumat verdi. Daha sonra isə Elbrus bu barədə Mingəçevir şəhər polis şöbəsinə məlumat vermişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi ifadə vermiş Mingəçevir ŞPŞnin CAB-nin rəisi vəzifəsində işləyən Şahid4 Allaverən oğlu ifadəsində bildirmişdir ki, Mingəçevir şəhər “Gülşən” bağ massivində yaşayan Zərərçəkmiş şəxs PŞ-ə ərizə ilə müraciət edərək bildirdmişdi ki, onun evindən “Eurolux” markalı 82 ekran televizor oğurlanıbdır. O, əvvəllər bir neçə dəfə oğurluq cinayəti törətmiş Təqsirləndirilən şəxs şübhələndiyi üçün, Afiqi 2020-ci ilin noyabr ayında, ancaq saat, gün yadında deyil, polis şöbəsinə dəvət etdi. Təqsirləndirilən şəxs televizoru oğurlamasını əvvəl etiraf etmədi, lakin aralarında yaranmış səmimi söhbətdən sonra Afiq Zərərçəkmiş şəxs evindən televizoru oğurladığını və hazırda onda olduğunu bildirdi. O, Afiqə dedi ki, televizoru polis şöbəsinə gətirsin. Afiq gedəndən 1-2 saat sonra televizoru polis şöbəsinə gətirdi. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci ildə tutulmuş Mingəçevir şəhər prokurorunun 09.02.2021-ci il tarixli qərarı ilə CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan rədd edilmiş, həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. İşin 61-ci vərəqində olamn Mingəçevir şəhər PŞ İB-nin müstəntiqinin 28 yanvar 2021-ci il tarixli qərarından görünür ki, istintaq hərəkətlərində iştirak etməsi və istintaqdan yayınmasının qarşısının alınıb istintaqın gedişatına mane olmaması üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması qərara alınmışdır. İşin 21-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması” barədə 07 fevral 2021-ci il tarixli (saat göstərilməmişdir) protokolda göstərilir ki, Əliyev X8 şəhər H.Əliyev prospekti “Araz” marketin qarşısında saxlanılaraq, polis şöbəsinə gətirilib, Mingəçevir ŞPŞ-nin MSYnə təhvil verilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşmamağa əsas görmür. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticələr düzgün və əsaslıdır; məhkəmə Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə təqsirliliklərinin sübuta yetirilməməsi əsasına görə bəraət verməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya protestinə münasibət bildirərək qeyd edir ki, apellyasiya protesti formal mülahizələrdən ibarətdir. Belə ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə, yəni yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq oğurluq etmədə təqsirləndirilir. İttihama əsasən Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi özünün ibtidai istintaqda vermiş olduğu ifadəsi, şahidlərin ifadələri, iş üzrə tanınmış maddi sübutla əsaslandırılmışdır. Lakin bu əsaslar istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında mötəbər sübutlarla təsdiq olunmur. Belə ki, şahidlər, Mingəçevir şəhər PŞ CAB-nin əməliyyat müvəkkilləri ifadələrində Zərərçəkmiş şəxs evindən oğurlanmış televizorun Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını, eləcə də Təqsirləndirilən şəxs həmin televizoru özünün yaşadığı M.Ə.Rəsulzadə küçəsi 1 “A” №li evin 14 №li mənzilində saxlamasını müəyyən etdiklərini bildirsələr də, bu iş materialları ilə öz təsdiqini tapmamışdır. Belə ki, iş materiallarında oğurlanmış televizorun Təqsirləndirilən şəxs evində saxlamasını təsdiq edən hər hansı bir sənəd, maddi sübut, foto və ya videoçəkiliş, yaxud da axtarış, baxış, götürmə protokolu mövcud deyildir. Ona görə də həmin şahidlərin ifadələri mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Həmçinin CPM-in 145.3-cü maddəsinə əsasə ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Bundan başqa bəraət almış şəxs Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsi iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında polis şöbəsinə gətirilmiş, ona televizor oğurlamasını boynuna almasını bildirilmiş, o, etiraz etdikdə isə ona fiziki təsir göstərilmiş, sonra onu inandırmışlar ki, bu cinayət işi deyil, xırda talamadır, əgər boynuna alsa evə buraxacaqlar, o da həm verilən əzabdan yaxa qurtarmaq, həm də inandığı üçün televizoru oğurlamağı boynuna almış, bundan sonra onu prokurorluğa aparmışlar və həqiqətən də, onu prokurorluqdan buraxmışlar. İş materiallarından da görünür ki, Təqsirləndirilən şəxs 07 fevral 2021-ci ildə tutulmuş Mingəçevir şəhər prokurorunun 09.02.2021-ci il tarixli qərarı ilə CM-nin 177.2.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə müstəntiqin vəsatəti əsassız olduğundan rədd edilmiş, həmin tarixdə də barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Mingəçevir ŞPŞ-nin MSY-dən azad edilmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi iclasında iş üzrə şahid kimi ifadə vermiş Mingəçevir şəhər PŞ CAB-nin rəisi Şahid4 ifadəsində birdirmişdir ki, o, 2020-ci ilin noyabr ayında Təqsirləndirilən şəxs PŞ-ə dəvət etmiş, onunla səmimi söhbətindən sonra Afiq televizoru oğurladığını etiraf etmiş və televizoru gətirmişdir. Belə olduğu təqdirdə Təqsirləndirilən şəxs noyabr ayında PŞ-ə gətirdiyi televizorun 2 aydan sonra müstəntiqə təqdim edilməsi kifayət qədər əlavə suallar və şübhələr yaratmışdır. Bu suallar və şübhələrə aydınlıq gətirilməsi üçün Şahid4 dəfələrlə məhkəmə kollegiyasının iclasına çağrılsa da, gəlməmiş və məhkəmə iclasında iştirak etməmişdir. Bundan əlavə işin 69-cu vərəqində olan “Maddi sübut kimi tanınma və saxlanca verilmə” haqqında 27 yanvar 2021-ci il tarixli qərarda göstərilir ki, “Aparılmış istintaq zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Eurolux” markalı televizoru X2 aşkar olunaraq həmin televizor ondan götürülmüşdür”. Lakin cinayət işi materiallarından görünür ki, X1 müəyyən edilməmiş, şahid kimi cəlb edilməmiş, ondan ifadə, izahat alınmamış, həmçinin televizorun ondan götürülməsinə dair protokol tərtib edilməmişdir. Göründüyü kimi gah Mingəçevir şəhər PŞ CAB-nin rəisi Şahid4 tərəfindən 2020-ci ilin noyabr ayında televizorun polis şöbəsinə Təqsirləndirilən şəxs özünün gətirdiyi qeyd olunmuş, gah da 27 yanvar 2021-ci il tarixli qərarda Təqsirləndirilən şəxs oğurladığı Zərərçəkmiş şəxs məxsus olan 1 ədəd “Eurolux” markalı televizoru X2 aşkar olunaraq həmin televizorun ondan götürüldüyü qeyd edilmişdir. Təqdim edilmiş hər iki dəlil də ittiham tərəfinə məxsusdur. Bundan əlavə iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs evindən televizor 18 oktyabr 2020-ci ildə oğurlanmışdır. Həqiqətən də, Təqsirləndirilən şəxs televizoru 06 yanvar 2021-ci ildə polis şöbəsində müstəntiqə təqdim etmişdirsə, təqsirləndirilən şəxsin oğurladığı həmin televizoru 3 aya yaxın müddətdə harada saxlaması müəyyən edilməmişdir. Bundan əlavə iş materiallarının 61-ci vərəqində olan Mingəçevir şəhər PŞ İB-nin müstəntiqinin 28 yanvar 2021-ci il tarixli qərarından görünür ki, istintaq hərəkətlərində iştirak etməsi və istintaqdan yayınmasının qarşısının alınıb istintaqın gedişatına mane olmaması üçün Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi və tutulması qərara alınmışdır. İşin 21-ci vərəqində olan “Axtarışda olan şəxsin tutulması” barədə 07 fevral 2021-ci il tarixli (saat göstərilməmişdir) protokolda göstərilir ki, Əliyev X8 şəhər H.Əliyev prospekti “Araz” marketin qarşısında saxlanılaraq, polis şöbəsinə gətirilib, Mingəçevir ŞPŞ-nin MSY-nə təhvil verilmişdir. Ancaq iş materiallarında Təqsirləndirilən şəxs polisə, müstəntiqin yanına dəvət olunması, polis şöbəsinə və ya müstəntiqin yanına gəlməkdən boyun qaçırmasını, istintaqdan gizlənməsini təsdiq edən hər hansı bir sənəd yoxdur. Əgər Təqsirləndirilən şəxs, həqiqətən də, oğurlanan televizoru 2020-ci ilin noyabr ayında və ya 2021-ci ilin yanvar ayının 6-da polis şöbəsində təqdim etmişdirsə, istintaqdan yayınması real deyildirsə, gizlənməmişdirsə, onun barəsində axtarış elan edilməsi, axtarış işi açıldıqdan qısa müddət ərzində tutulması, 2 gün MSY-də saxlanıldıqdan sonra buraxılması səbəbi də qeyri-müəyyəndir. Bundan əlavə iş materialının 32-ci səhifəsində olan şahidi dindirmə protokolundan görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə istintaq orqanı tərəfindən ilk öncə şahid qismində cəlb edilərək dindirilmişdir. Həmin protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs ifadə verməkdən imtina etməyə görə, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edilmiş və bununla bağlı protokolu imza etmişdir. İş materiallarının 74-cü səhifəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs daha sonra təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş və ona CPM-nin 91-ci maddəsində əks olunan ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququ izah edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs öncə şahid qismində cəlb edilərək ifadə verməkdən imtina etməyə görə, bilə-bilə yalan ifadə verməyə görə cinayət məsuliyyəti daşıması barədə xəbərdar edildikdən sonra dindirilmiş, daha sonra isə Təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb edilmiş və ona CPM-nin 91-ci maddəsində qeyd olunan ifadə (izahat) vermək, özünə və yaxın qohumlarına qarşı ifadə (izahat) verməmək və ya ümumiyyətlə ifadə (izahat) verməkdən imtina etmək, habelə haqqında irəli sürülmüş ittihama dair izahat vermək və izahat verməkdən imtina etmək hüququ izah edildikdən sonra dindirilmişdir. Deməli Təqsirləndirilən şəxs kimi CPM-nin 91-ci maddəsində qeyd olunan hüquqları o işə hələ şahid qismində cəlb edilərkən pozulmuşdur. Halbuki Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin “Hüquqi yardım almaq və müdafiə hüququnun təmin edilməsi”ndən bəhs edən 19-cu maddəsində qeyd edilir ki, Cinayət prosesini həyata keçirən orqan-şübhəli və ya təqsirləndirilən şəxsin tutulduğu, həbsə alındığı və ya müvafiq olaraq şübhəli şəxs qismində birinci dindirməyədək, yaxud təqsirləndirilən şəxsə ittiham elan edildiyi andan müdafiəçinin yardımından istifadə etmək hüququnu təmin etməlidir. Bundan əlavə İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyanın 6-cı maddəsinin 3-cü bəndində cinayət törətməkdə ittiham olunan hər kəsin ən azı malik ola biləcəyi hüquqlardan biri də “c” yarımbəndində qeyd edilmişdir. -şəxsən və ya özünün seçdiyi müdafiəçi vasitəsi ilə özünü müdafiə etmək ya müdafiəçinin xidmətini ödəmək üçün vəsaiti kifayət etmədiyi zaman, ədalət mühakiməsinin maraqları tələb etdikdə, belə müdafiədən pulsuz istifadə etmək; Hazırki işdən aydın şəkildə görünür ki, istər istintaq hərəkətlərinin aparılması zamanı, istərsə də Təqsirləndirilən şəxs şahid qismində dindirilməsi zamanı müdafiəçinin iştirakına real şərait yaratmalı olan müstəntiq bunu etməyərək, cinayət prossesual qanunvericiliyinin tələblərini köbud şəkildə pozmuşdur. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərinin ifadələrini təkzib etmək imkanına malik olmalıdır. Bundan əlavə 07 yanvar 2021-ci il tarixdə keçirilmiş ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı çəkilmiş fotolardan görünür ki, oğurlanmış “Eurolux” markalı 82 ekran televizor Zərərçəkmiş şəxs məxsus evdədir. Halbuki iş materiallarından görünür ki, “Eurolux” markalı 82 ekran televizor Zərərçəkmiş şəxs 27 yanvar 2021-ci il tarixdə təhvil verilmişdir. Hətta məhkəmə kollegiyasının iclasında iştirak edən Mingəçevir şəhər PŞ İBnin müstəntiqi X7 da bu məsələyə aydınlıq gətirə bilməmişdir. Bundan başqa Mingəçevir şəhər PŞ İB-nin müstəntiqi X7 məhkəmə kollegiyasının iclasında bildirdi ki, ilk öncə 18 oktyabr 2020-ci il tarixdə Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona məxsus evdən “Eurolux” markalı 82 ekran televizorun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə baxış keçirildi və zərərçəkənin qardaşı şahid kimi dindirildi. 03 dekabr 2020-ci il tarixdə faktla bağlı cinayət işi açıldı. Cinayətkarın müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirildi. Daha sonra Təqsirləndirilən şəxs polis şöbəsinə gətirildi. Həmin vaxt həmin televizor da Təqsirləndirilən şəxs tərəfindən onun xidməti kobinetinə gətirilmişdi. Televizora baxış keçirildi. Daha sonra Təqsirləndirilən şəxs şahid qismində ifadəsi alındı. Bundan sonra hadisənin baş verdiyi ünvanda şahid qismində Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs iştirakı ilə ifadənin yerində yoxlanılması istintaq hərəkəti keçirildi. Təqsirləndirilən şəxs şahid kimi dindirildiyi həmin istintaq hərəkəti zamanı hər şeyi etiraf etdi. Ona görə də onun barəsində həbsin seçilməsi üçün prokurorluğa müraciət edildi. Müraciət təmin edilmədiyindən polisin nəzarəti altına vermə qətimkan tədbiri seçildi. Mingəçevir şəhər PŞ İB-nin müstəntiqi X7 məhkəmə kollegiyasının suallarını cavablandırarkən bildirmişdir ki, əməliyyatçılar tərəfindən həmin cinayəti Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs 2020-ci ilin dekabr ayında, yaxud da 2021-ci ilin yanvar ayında polis şöbəsinə gətirilmişdir. Həmin televizor ondan götürülmüş, zərərçəkənə göstərilmiş, zərərçəkən isə həmin televizorun ona məxsus olduğunu bildirmişdir. Əməliyat otağında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs 18 oktyabr 2020-ci il tarixdən həmin günədək televizoru yaşadığı evdə saxlamışdır. Təqsirləndirilən şəxs televizoru ona şəxsən özü təqdim etmişdir. İfadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı çəkilmiş fotolardaki televizor oğurlanmış həmin televizordur. Təqsirləndirilən şəxs barəsində axtarış elan etməzdən əvvəl ona rəsmi bildiriş və ya çağırış göndərilməmişdir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən Mingəçevir şəhər PŞnin sahə müvəkilli Şahid2 bildirdi ki, Zərərçəkmiş şəxs ərizə ilə müraciət edərək ona məxsus evdən “Eurolux” markalı 82 ekran televizorun oğurlanması barədə məlumat vermişdir. Bundan sonra hadisə yerinə baxış keçirildi. Daha sonra CAB-nin rəisi Şahid4 onlara bildirmişdir ki, Təqsirləndirilən şəxs cinayətin törədilməsində şübhəli olduğu üçün onu gətirsinlər şöbəyə. Daha sonra onlar da Afiqin yaşadığı ünvana gedərək onu polis şöbəsinə gətirmişlər. Bundan sonra danışıqlar zamanı Afiq etiraf etmişdir ki, televizoru özü oğurlayıb və evində saxlayır. Sonra isə Afiq televizoru gətirməyə gedib və gətirərək onlara təqdim edib. “Oğurlanmış və yeri məlum olan televizoru gətirmək niyə polis əməkdaşlarına deyil, cinayətkar hesab etdiyiniz Təqsirləndirilən şəxs həvalə olundu sualına” Şahid2 aydınlıq gətirə bilməmişdir. Göründüyü kimi “Eurolux” markalı 82 ekran televizor saxlanıldığı yerdən polis əməkdaşları tərəfindən götürülməmiş və protokol tərtib edilməmişdir. Halbuki, Polis haqqında qanunun 3-cü maddəsinə əsasən cinayətlərin və digər xətaların qarşısının alınması üçün tədbirlər görmək; şəxsiyyəti, insan hüquq və azadlıqlarını və mülkiyyəti hüquqa zidd əməllərdən qorumaq; törədilmiş cinayətləri açmaq; cinayətlərin qeydiyyatını və uçotunu aparmaq və sair polisin əsas vəzifələrindən biridir. Həmin qanunun 13-cü maddəsinə əsasən cinayət və ya digər hüquqpozmalar törətmiş şəxsin tutulması və polisə gətirilməsi üçün tədbirlər görmək; cinayətin baş verdiyi hadisə yerinin mühafizəsini təşkil etmək və şahidlərin müəyyənləşdirilməsi üçün tədbirlər görmək polisin ümumi vəzifələrindəndir. Həmçinin iş materiallarından görünür ki, 09 dekabr 2020-ci il tarixdə Mingəçevir şəhər PŞ İB-nin müstəntiqi X7 tərəfindən “etiraz edilə bilən şəxslərin soyadları və bu şəxslər barədə digər məlumatların zərərçəkmiş şəxsə bildirilməsinə dair” protokol tərtib edilsə də, həmin protokol qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməmiş, yəni həmin protokol müvafiq qaydada qeydiyyata alınmamışdır. Anoloji hal “zərərçəkmiş şəxsin dindirilməsi haqqında” protokol (iş vərəqə 26), “şahidi dindirmə haqqında” protokol (iş vərəqə 28), “götürmə və baxış keçirilməsi haqqında” 06 yanvar 2021-ci il tarixli protokol (iş vərəqə 37), “zərərçəkmiş şəxsi əlavə dindirmə haqqında” protokol (iş vərəqə 40), “şahid Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti haqqında” protokolda da (iş vərəqə 42-43) təkrarlanmış, bunun da ********* saylı cinayət işi üzrə ittiham tərəfinin mötəbər sübut hesab etdiyi dəlillər əldə edilərkən cinayət-prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Hansı ki, Аzərbаycаn Respublikаsı Cinayət-Prosessual Məcəlləsinin 52.1-ci mаddəsində qeyd edilir ki, sübutlаr qismində əlаvə оlunmuş sənədlər, bu Məcəllənin 51.1ci mаddəsində nəzərdə tutulmuş sənədlər, hаbelə cinаyət prоsesini həyаtа keçirən оrqаnlаr tərəfindən qəbul оlunmuş qərаrlаr və cinаyət prоsesi tərəflərinin yаzılı mürаciətləri müvаfiq оlаrаq cinаyət işinin, məhkəməyədək sаdələşdirilmiş icrааtın və yа xüsusi ittihаm qаydаsındа şikаyət üzrə icrааtın mаteriаllаrındа sаxlаnılır. Həmin Məcəllənin 52.2-ci mаddəsinə əsаsən hər bir sənəd müvаfiq оlаrаq cinаyət işinin, məhkəməyədək sаdələşdirilmiş icrааtın və yа xüsusi ittihаm qаydаsındа şikаyət üzrə icrааtın mаteriаlınа əlаvə оlunаn kimi dərhаl vərəqələr üzrə nömrələnməlidir. Cinаyət prоsesini həyаtа keçirən оrqаn həmin vərəqələrin аrdıcıl nömrələnməsini və xrоnоlоji qаydаdа müvаfiq оlаrаq cinаyət işinin, məhkəməyədək sаdələşdirilmiş icrааtın və yа xüsusi ittihаm qаydаsındа şikаyət üzrə icrааtın mаteriаllаrınа tikilməsini təmin etməlidir. Bundan başqa məhkəmə kollegiyasının iclasında iştirak edən Mingəçevir şəhər PŞnin əməkdaşı Şahid3 bildirdi ki, ona zəng gəlib və deyilib ki, Afiqi tutublar gəl şöbəyə. Şöbəyə çatanda görmüşdür ki, Afiqi tutublar şöbəyə aparırlar. Onların ardınca getmişdir. Bir müddətdən sonra görmüşdür ki, Afiq artıq müstətiqin otağındadır. Afiqin televizoru polis şöbəsinə gətirdiyini görməmişdir. Bundan əlavə təqsiləndirilən şəxs Təqsirləndirilən şəxs məhkəmə kollegiyasının iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin fevral ayında polis şöbəsinə gətirilmiş, ona televizor oğurlamasını boynuna alması bildirilmiş, o, etiraz etdikdə isə ona fiziki təsir göstərilmiş, sonra onu inandırmışlar ki, bu cinayət işi deyil, xırda talamadır, əgər boynuna alsa evə buraxacaqlar, o da həm verilən əzabdan yaxa qurtarmaq, həm də inandığı üçün ağ kağıza qol çəkmişdir. Bundan əlavə məhkəmə kollegiyasının iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, hadisə baş verən tarixdə evdə olmamışdır. Evə qayıtdıqdan sonra 3-4 il əvvəl təxminən 500 manata aldığı, 82 ekran, qara rəngli, “Eurolux” markalı televizorun oğurlandığını görmüşdür. Bu barədə Mingəçevir şəhər polis şöbəsinə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları ona məxsus evdən 1 ədəd televizorun Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs tərəfindən oğurlanmasını bildirmişlər. O, Mingəçevir ŞPŞ-nə gələn zaman polis şöbəsində olan 1 ədəd televizorun həqiqətəndə ona məxsus evdən oğurlanmış qara rəngli, 82 ekran, “Eurolux” markalı televizor olduğunu görmüşdür. Bundan sonra müstəntiq tərəfindən ifadənin yerində yoxlanılması istintaq hərəkəti iki dəfə aparılmış, Təqsirləndirilən şəxs və polis əməkdaşları Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsi baş verən evə iki dəfə gəlib-getmişlər. Afiqlə hər hansı bir ədavəti, yaxud tanışlığı olmamışdır. Bundan əlavə məhkəmə kollegiyasının iclasında bəraət almış şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bildirmişlər ki, müstəntiq tərəfindən ifadənin yerində yoxlanılması istintaq hərəkəti iki dəfə aparılmış, Təqsirləndirilən şəxs və polis əməkdaşları Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsi baş verən evə iki dəfə gəlib-getmişlər. Göründüyü kimi bəraət almış şəxs Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ifadəsindən məlum olmuşdur ki, müstəntiq tərəfindən ifadənin yerində yoxlanılması istintaq hərəkəti iki dəfə aparılmışdır. Lakin iş materiallarından görünür ki, yalnız 02 yanvar 2020-ci il tarixli ifadənin yerində yoxlanılması istintaq hərəkəti üzrə protokol tərtib edilmişdir. Halbuki Cinayət Prossesual Məcəlləsinin 52.3-cü maddəsinə əsasən bütün istintaq hərəkətlərinin protokolları dərhal və ya bütün hallarda istintaq hərəkətinin aparıldığı gündən sonrakı iş günündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının Azərbaycan Respublikası Baş Prokurorluğu ilə birgə müəyyən etdiyi qaydada qeydə alınmalıdır. Bundan başqa iş materiallarının 37-ci maddəsində olan götürmə protokolundan görünür ki, protokolda barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında qeyd; həmçinin hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında məlumat öz əksini tapmamışdır. Halbuki CPM-nin 247-ci maddəsinə əsasən axtarış və ya götürmə qurtardıqdan sonra müstəntiq bu istintaq hərəkətlərinə dair tərtib olunmuş protokolda barəsində axtarış və ya götürmə aparılmış şəxsə onun hüquq, vəzifə və məsuliyyətinin izah edilməsi haqqında; həmçinin hal şahidlərinin hər birinin şübhəli, təqsirləndirilən və zərər çəkmiş şəxslə qarşılıqlı münasibəti haqqında qeydlər etməlidir. Qeyd edilənlərə əsasən ittiham hökmünün çıxarılması haqqında dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protestinin dəlilləri əsassızdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Eləcə də, Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə görə, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedurlar daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosesual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. CPM-in 21.3-cü maddəsinə görə, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. «Barbera, Messege və Yabardo İspaniyaya qarşı» iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir, bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür və istənilən şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. CPM-in 25.2-ci və 25.3-cü maddələrinə əsasən, hakimlər cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyillər. Hakimlər cinayət işlərini və ya cinayət təqibi ilə bağlı digər materialları məhkəmə iclasında cinayət prosesi tərəflərinin təqdim etdikləri sübutların tədqiqinə əsaslanan öz daxili inamı və hüquq düşüncəsi ilə həll edirlər. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Həmin Məcəllənin 349.5.1-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildikdə çıxarılır. CPM-in 42.1 və 42.1.4-cü maddələrinə əsasən, təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. CPM-in 55.1-ci mаddəsinə əsаsən, məhkəmə bаxışı zаmаnı təqsiri sübutа yetirilməmiş şəxs həmin məhkəmə bаxışındа аşkаr və təxirə sаlınmаdаn Аzərbаycаn Respublikаsı аdındаn təqsirsiz elаn edilməli və оnа məhkəmənin hökmü ilə bərаət verilməlidir. Həmin Məcəllənin 350.1 və 350.2-ci maddələrinə əsasən, məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. Beləliklə şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(051)-80/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı tərəfindən verilmiş apelyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə bəraət verilməsinə dair Mingəçevir Şəhər Məhkəməsinin 10.06.2021-ci il tarixli, 1(051)-80/2021 nömrəli hökmü dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar