Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-3/2022 31.03.2022 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Abbasov Gündüz Qasım oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X5 iclas katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X2, Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CM və ya CM) 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmündən Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü ilə xx.xx.1960-cı ildə Göyçay rayonu Qarayazı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, Göyçay rayonu Qarayazı kəndində qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263.2.-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəlinin məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanması, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə ekspertiza xərci olan 125 manat məbləğində pulun Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına keçirilməsi, hökmün icrasının Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Göyçay Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs 29 noyabr 2019-cu il tarixdə saat 18:10-da sürücülük hüququ olmaqla etibarnamə əsasında idarə etdiyi oğlu Zərərçəkmiş şəxs3 mülkiyyətində olan QAZ-270710 markalı **-BO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Göyçay rayonu Üngütlü kəndi ərazisində yerləşən «Maqnit» meyvə qəbulu ambarının qarşısından Göyçay-Ucar avtomobil yolununa daxil olduqda «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozub, hərəkət hissəsini əks istiqamətli hərəkət zolaqlarına ayıran 1.1-1.3 üfüqi nişanlanma xəttini kəsib keçən zaman üzü Ucar rayonu istiqamətinə doğru Zərərçəkmiş şəxs1 mülkiyyətində olan VAZ-21063 markalı ** BM *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə edən Şahid1 hərəkət zolağına çıxıb sonuncunun hərəkəti üçün təhlükə yaradaraq hadisənin qarşısını almağa texniki imkanı olduğu halda qanunun bu tələblərinə riayət etməməsi səbəbindən həmin avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Şahid1 idarə etdiyi avtomobili yararsız hala salıb zərərçəkmiş şəxsin hüquqi varisi X1 3700 manat, idarə etdiyi QAZ-270710 markalı **-BO- *** dövlət nömrəli avtomobilin mülkiyyətçisi Zərərçəkmiş şəxs3 isə 1790 manat ziyan vurmaqla, Şahid1 avtomobilində olan sərnişin Zərərçəkmiş şəxs2 sağ gözün buynuz qişanın mərkəzi bulanması ilə nəticələnən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər və digər sərnişin Zərərçəkmiş şəxs1 isə döş qəfəsinin açıq travması, sağ ağ ciyərin yuxarı payının zədələnməsi, sağ İ-İİ-İİİ-İV-V-Vİ qabırğalarının qoltuqönü xətt üzrə yerdəyişən sınığı, daxili qanitirmə (1500,0 ml), sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı sınığı, döş qəfəsinin sağ qoltuqaltı nahiyəsinin, sağ dirsək oynağının arxa səthinin yaraları, döş qəfəsinin ön sağ nahiyəsinin, sağ mil bilək oynağının iç səthinin, sol diz oynağının arxa səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları ilə nəticələnən ehtiyatsızlıqdan ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətmiş, bununla da Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Hökmdən Dövlət ittihamçısı apellyasiya protesti və təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti vermişdir. Dövlət ittihamçısı apellyasiya protestində birinci instansiya məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Apellyasiya şikayətinə və apellyasiya protestinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin və apellyasiya protestinin dəlilləri Dövlət ittihamçısı apellyasiya protesti onunla əsalandırılmışdır ki, hazırki iş üzrə Göyçay Rayon Məhkəməsi Təqsirləndirilən şəxs barəsində cəza təyini zamanı sosial ədalətin bərpası, məkumun islah edilməsi və başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət etməsi, bu yolla cəzanın məqsədinə nail olunması halları yetərincə araşdırılmamışdır. Cəza məsələsi həll edilərkən məhkəmə Azərbaycan Respublikası CPM-nin 143-146-cı maddələrinə müvafiq sübutları tədqiq etməmiş və məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən halları əsaslandırmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində CM-nin 263.2-ci maddəsi ilə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanın ödəmək cəhdini, digər zərərçəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alıb, əsas göstərmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirməkdə haqlı olmamışdır. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəmək cəhdi isə ona münasibətdə qanunun tələblərinə əməl olunmadan cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü qismən təqsirli bilmiş, məhkəmə istintaqının sonunadək zərərçəkmiş şəxslə barışıq əldə etməyə cəhd göstərməmiş, zərərçəkmiş şəxsin acısını bir az da olsa azaltmağa yönəlmiş hər hansı bir hərəkət etməmişdir. Yalnız məhkəmə istintaqının sonunda, məhkəmə çıxışlarından sonra ona təyin oluna biləcək ağır cəza təhdidi altında zərərçəkmiş şəxsə 1500 (bir min beş yüz) manat pul təklif etmiş, lakin zərərçəkmiş şəxs həmin pulu götürməkdən imtina etmişdir. Təqsirləndirilən şəxs bu hərəkətlərində könüllülük və əməlindən peşmançılıq hissi olmamışdır. Beləliklə də Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı ödəməmiş, başqa yolla aradan qaldırmamış, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmişdir. Əksinə, zərərçəkmiş şəxsin hüquqi varisi Təqsirləndirilən şəxs səmimi peşmançılıq görmədiyi üçün ondan şikayətçi olmuşdur. Ümumiyyətlə, məhkəmə cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı xüsusatlarının nə ilə sübut olunmasını hökmdə göstərməmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Lakin məhkəmə CM-in 2, 8, 41.2, 58.1, 58.3 və 59.2-ci maddələrinin tələblərinə formal yanaşaraq Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə almamış və əsassız olaraq ona 3 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etmiş, eyni zamanda məhkəmə 05 (beş) il müddətdən aşağı həddə olan həmin cəzanı təyin edib cəzanın məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkilməsini müəyyən etməklə Təqsirləndirilən şəxs törətdiyi əməlin ictimai təhlükəliliyi qarşısında faktiki olaraq cəzasızlığa şərait yaratmışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi Novruz oğlunun apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs özünü təqsirli bilməmiş, müdafiə tərəfi vəsatətlə çıxış edərək təkrar kompleks məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizası təyin edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmiş, lakin məhkəmə əsassız olaraq vəsatəti təmi etməmişdir. Məhkəmə yalnız Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 fevral 2020-ci il tarixli 31940 nömrəli ekspert rəyini mötəbər sübut kimi qəbul edərək Təqsirləndirilən şəxs təqsirli bilməkdə səhvə yol vermişdir. Həmin rəy həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı mübahisələndirilmiş, ekspertiza təyin edilməsinə dair müstəntiqin qərarını düzgün hesab etməmiş, qərarda göstərilən məlumatların doğru olmadığını, hadisə yerinə baxış protokolu və sxemin düzgün olmadığını, iş üzrə ziddiyyətli sxemin olmasına baxmayaraq bunlardan nəyə görə birinin qəbul edildiyini, digərinin qəbul edilməsini məhkəmə əsaslandırmamış, ziddiyyətləri aradan qaldırmamışdır. Göyçay Rayon Məhkəməsinin 1(046)-50/2020 nömrəli, 28.10.2020-ci il tarixli hökmü qanuni və əsaslı hesab edilə bilməz. Ona görə də işə apellyasiya qaydasında baxılarkən yol-nəqliyyat hadisəsi yerinə baxış protokolu və onun sxemi məhkəmə istintaqında tədqiq edilməli, yol-nəqliyyat hadisəsi yerinə ekspertin iştirakı ilə baxış keçirilməli, yeni sxem çəkilərək kompleks məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasolji ekspertizası təyin edilməli, göstərilən ziddiyyətlər aradan qaldırıldıqdan sonra ədalətli qərar çıxarılmalıdır. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyаsının iclаsındа ifadə verən Təqsirləndirilən şəxs ona elan edilən ittiham üzrə özünü təqsirli hesab etmədiyini bildirərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək apellyasiya şikayətinin təmin olunmasını, Təqsirləndirilən şəxs barəsində bəraət hökmünün çıxarılmasını, apellyasiya protestinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyаsının iclаsındа dövlət ittihаmçısı X2 apellyasiya protestinin dəlillərinə uyğun çıxış edərək birinci instansiya məhkəməsinin hökmünün Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilməklə yuxarı həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə dəyişdirilməsini, Təqsirləndirilən şəxs müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs3 çıxışında təqsirləndirilən şəxsdən şikayətinin və tələbinin olmadığını bildirdi. Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi və zərərçəkmiş şəxsin hüquqi varisi məhkəmə kollegiyasının iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquq məsələləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikası CPM və ya CPM) 397.1-ci mаddəsinə əsаsən, аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnununun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. CPM-in 397.2-ci mаddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət-Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiyası məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını, apellyasiya şikayətinin və apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə təqsirləndirilən şəxsin müdafiəçisinin apellyasiya şikayəti təmin edilməməli, dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü dəyişdirilməlidir. Belə ki, birinci instansiya məhkəməsində təqsirləndirilən şəхs qismində ifadə vermiş Təqsirləndirilən şəxs özünü elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək göstərmişdir ki, Qazel 2707 10 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında oğlu Zərərçəkmiş şəxs3 məxsusdur və həmin avtomobili etibarnamə əsasında idarə edir. Qazel 2707 10 markalı avtomobillə müxtəlif növ yüklər daşımaqla ailəsini dolandırır. 29.11.2019-cu il tarixdə də saat 16 radələrində Göyçay rayon Potu kəndində olmuş, yanında Çərəkə kənd sakinləri Vuqar və Siyavuş adlı şəxslər də olmuşlar, onlar avtomobili yükləmək və boşaltmaqla məşğul olmuşlar, həmin vaxtı avtomobilə xurma meyvəsindən ibarət yük yükləmişlər, sonra onlar həmin meyvələri birlikdə Üngütlü kəndində yol kənarında meyvə qəbul edilən “Maqnit” şirkətinə aid anbara təhvil vermişlər, saat 18 radələrində “Maqnit” şirkətinə aid anbardan çıxmışlar və yol kənarında gözləmişlər, həmin yerdə gözləməkdə məqsədi isə Vuqarı və Siyavuşu Çərəkə kəndinə yola salmaq olmuşdur. Həmin yerdə bir qədər gözləmiş, lakin Vuqar və Siyavuşu evlərinə yola salmaq üçün avtomobil olmadığından onların xahişi ilə evlərinə aparmalı olmuş, həmin vaxt sağa və sola baxaraq yolun hərəkət hissəsində uzaqdan avtomobil gəlmədiyinə tam əmin olduqdan sonra Göyçay-Ucar avtomobil yoluna çıxaraq Ucar rayonu istiqamətində hərəkətə başlamış, yola çıxan zaman hər iki hərəkət zolağında avtomobil hərəkətdə olmadığına əmin olmuş görmüş, Ucar rayonu istiqamətində hərəkətə başlayaraq öz yoluna tam düzələrək təxminən 20 metr məsafə qət etmiş ki, “Maqnit” şirkətinə məxsus anbarın önündə, Göyçay şəhəri istiqamətindən Ucar rayon istiqamətində arxadan hərəkətdə olan Şahid1 idarə etdiyi VAZ 2106 markalı avtomobili yüksək sürətlə elə onun hərəkətdə olduğu sağ zolaqda qəfildən avtomobili sol arxa tərəfdən vurmuş, həmin vaxtı avtomobili bir qədər sağa doğru atılaraq hərəkət etsə də, idarəetməni itirməmiş və avtomobilini öz hərəkət yoluna gətirərək saxlamağı bacarmış, hadisə zamanı onun avtomobilini arxa sol tərəfdən vuran Vaz 2106 markalı avtomobil isə sol tərəfindən hərəkət edərək yolun sağ tərəfində yerləşən çökəkliyə düşmüş, həmin vaxtı dərhal avtomobilindən enərək həmin VAZ 2106 markalı avtomobilə yaxınlaşmış və VAZ 2106 markalı avtomobildə olan sərnişinlərə köməklik etməyə çalışmış, həmin avtomobilə yaxınlaşan zaman qəza törətmiş avtomobilin VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və avtomobildə üç nəfər şəxslərin olduğunu görmüş, sonradan hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə VAZ 2106 markalı avtomobildə olan şəxsləri çıxartmışlar, habelə hadisə yerinə gələn TTYS-nın əməkdaşları xəsarət alanlara tibbi yardım göstərərək onları xəstəxanaya aparmışlar, bir qədər keçəndən sonra eşitmişdir ki, xəstəxanaya aparılan şəxslərdən Zərərçəkmiş şəxs1 aldığı xəsarətlərdən ölmüş, VAZ 21063 markalı avtomobilin sürücüsü və avtomobildə olan azyaşlı uşağın vəziyyətləri yaxşı olmuşdur. Məhkəmə baxışı zamanı zərərçəkmiş şəxsin hüquqi varisi X1 dəymiş ziynanın əvəzi kimi 1500 manat təklif etmiş, lakin X3 həmin məbləği qəbul etməkdən imtina etmişdir. Törətdiyi əməldən peşmandır. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin hüquqi varisi X3 ifadə verərək göstərmişdir ki, Göyçay rayonu Çərəkə kəndində valideynləri ilə birlikdə yaşayır, mərhum X6 onun əridir, Zərərçəkmiş şəxs1 29.11.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı vəfat etmişdir. VAZ 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil mərhum əri Zərərçəkmiş şəxs1 mülkiyyətindədir, həmin avtomobili hadisə baş verən günə kimi ara-sıra onun qardaşı Şahid1 etibarnamə əsasında idarə etmiş, Zərərçəkmiş şəxs1 Göyçay şəhərində yerləşən “İdeal serviz” adlı avtomobil təmiri müəssisəsində usta işləyirmiş, həmin gün saat 09 radələrində işə gedib saat 18 radələrində işdən qayıdırmış, Şahid1 da Göyçay şəhərində yerləşən bir avtomobil təmiri müəssisəsində usta işlədiyi üçün Zərərçəkmiş şəxs1 ilə birlikdə işə gedib qayıdırmış, əksər hallarda avtomobili Pərviz idarə edirmiş, 29.11.2019-cu il tarixdə də Zərərçəkmiş şəxs1 saat 09 radələrində işə getməkdən ötrü evdən çıxmış, Şahid1la birlikdə sonuncunun idarə etdiyi avtomobillə işə getmişlər, həmin günü bir neçə dəfə Məbudla telefonla danışmış, ona evə qayıdan zaman bacısının azyaşlı uşağı Zərərçəkmiş şəxs2 də gətirəcəklərini bildirmiş, həmin gün saat 19 radələrində Məbudun valideynlərindən Zərərçəkmiş şəxs1 Şahid1 ilə gedib Potu kəndindən bacısı uşağını götürdükdən sonra Şahid1 idarə etdiyi avtomobillə evə qayıdan zaman Göyçay-Ucar avtomobil yolunun Göyçay rayon Üngütlü kəndi ərazisində bir Qazel markalı avtomobillə toqquşaraq qəzaya düşmələrini eşitmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində əri Zərərçəkmiş şəxs1 vəfat etmiş, Şahid1 və avtomobildə olmuş Zərərçəkmiş şəxs2 hadisə nəticəsində xəsarətlər aldıqları üçün Göyçay mərkəzi rayon xəstəxanasına aparılmışlar. Həmçinin baş vermiş hadisə zamanı mərhum əri Zərərçəkmiş şəxs1 mülkiyyətində olmuş VAZ 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilə də maddi ziyan vurulmaqla avtomobil yararsız hala düşmüşdür. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanın əvəzi kimi 1500 manat təklif etmiş, lakin həmin pulu götürməkdən imtina etmişdir. Hesab edir ki, həmin pulu götürəcəyi təqdirdə sığorta şirkəti tərəfindən ona pul ödənilməyəcəkdir. Təqsirləndirilən şəxs şikayətçidir və ona cəza təyin edilməsini xahiş edir. Birinci instansiya məhkəməsində zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə ifadə verərək göstərmişdir ki, Göyçay rayon Ulaşlı-Şıxlı kəndində yaşayır, oğlu Şahmar Ulaşlı-Şıxlı kənd tam orta məktəbin 7-ci sinif şagirdidir, 29.11.2019-cu il tarixdə oğlu Şahmar evdə olmuş, mərhum dayısı Zərərçəkmiş şəxs1 evə zəng etmiş, həmin vaxtı telefona oğlu cavab vermiş, Məbud ona “saat 17 radələrində evdən çıx və Potu kəndinin ala qapısına gəl məni gözlə, səni gəlib oradan götürüb evə aparacam” deyə bildirmişdir. Şahmar ondan icazə alıb evdən çıxmış, Potu kəndinin ala qapısında dayısının gəlməsini gözləmiş, dayısı Məbud digər dayısı Pərvizlə birlikdə gəlmiş, VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobili dayısı Pərviz idarə edirmiş, Şahmar avtomobilin arxa oturacağına əyləşdikdən sonra yola çıxmışlar, Pərviz avtomobili idarə edərək Mallı-Şıxlı kəndinə doğru hərəkətə başlamış və avtomobili Göyçay-Ucar avtomobil yolu ilə üzü Ucar rayon istiqamətində sürətlə idarə edirmiş, Göyçay rayon Üngütlü kəndi ərazisində “Maqnit” adlı anbarın qarşısına yaxınlaşmağa az qalmış, yolun solundan Təqsirləndirilən şəxs idarə etdiyi Qazel markalı avtomobil yolun sağ tərəfinə çıxmış, həmin vaxtı Pərviz avtomobili saxlaya bilməmiş və həmin Qazel markalı avtomobilin arxa sol tərəfindən toqquşmuş, toqquşmadan sonra Şahmar huşunu itirmiş, həmin vaxtı ona zəng olunmuş və hadisə yerinə gələrək oğlu Şahmarı xəstəxanaya aparmışdır. Şahmara tibbi yardım göstərilmiş, ciddi xəsarətləri olmadığından evə buraxılmışdır. Hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Birinci instansiya məhkəməsində Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Göyçay rayonu Qarayazı kəndində valideynləri ilə birlikdə yaşayır, Təqsirləndirilən şəxs onun atasıdır, atasının idarə etdiyi Qazel 2707 10 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobil baş etibarnamə əsasında onun mülkiyyətindədir. 27.09.2019-cu il tarixdən atasına avtomobili idarə etməkdən ötrü etibarnamə vermişdir. Qazel 2707 10 markalı yük avtomobili 29.11.2019-cu il tarixdə də atası Təqsirləndirilən şəxs idarə etmiş, həmin ərəfədə atası xurma yükündən ibarət yüklər daşıyırmış, həmin gün saat 19 radələrində atası ona zəng edərək Göyçay rayonu Üngütlü kəndi ərazisində, “Maqnit” şirkətinə aid anbarın yaxınlığında qəzaya düşdüyünü bildirmiş, evdən çıxıb gələnə kimi artıq atası Şahəddin və idarə etdiyi Qazel markalı avtomobili polis şöbəsinə gətirilmiş, daha sonra atasından baş vermiş hadisə ilə bağlı maraqlanan zaman ona məlum olub ki, atası Təqsirləndirilən şəxs göstərilən tarixdə saat 18 radələrində “Maqnit” şirkətinə aid anbardan çıxmış, Vüqar və Siyavuş adlı şəxsləri Çərəkə kəndinə aparmaqdan ötrü Göyçay-Ucar avtomobil yoluna çıxaraq üzü Ucar rayonu istiqamətində hərəkətə başlamış, həmin vaxtı arxadan Ucar rayonu istiqamətində yüksək sürətlə hərəkətdə olmuş VAZ 2106 markalı avtomobil hərəkətdə olduğu zolaqda qəfildən idarə etdiyi Qazel markalı yük avtomobilinin sol arxa tərəfindən toqquşmuşdur. Nəticədə onun avtomobilinə 1790 manat məbləğində ziyan dəymiş və ona dəymiş həmin zərər ödənilməmişdir. Hazırda təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs heç bir şikayəti və tələbi yoxdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid2 göstərmişdir ki, 29.11.2019-cu il tarixdə də saat 16 radələrində Şahəddinin idarə etdiyi Qazel markalı avtomaşınla yığdıqları xurmanı Üngütlü kəndində yol kənarında meyvə qəbul edilən “Maqnit” şirkətinə aid anbara təhvil vermişlər, saat 18 radələrində “Maqnit” şirkətinə aid anbardan çıxmışlar və yol kənarında gözləmişlər, həmin vaxt Şahəddindən onları Ucar rayonuna aparmalarını xahiş etmişlər. Şahəddin idarə etdiyi Qazel markalı avtomobillə sağa və sola baxaraq yolun hərəkət hissəsində uzaqdan avtomobil gəlmədiyinə tam əmin olduqdan sonra Göyçay-Ucar avtomobil yoluna çıxaraq Ucar rayonu istiqamətində hərəkətə başlamış, yola çıxan zaman həmin vaxt hər iki hərəkət zolağında avtomobil hərəkətdə olmadığını görmüş, Ucar rayonu istiqamətində hərəkətə başlayaraq öz yoluna tam düzələrək təxminən 20 metr məsafə qət etmiş ki, “Maqnit” adlı şirkətə məxsus anbarın önündə, Göyçay şəhəri istiqamətindən Ucar rayon istiqamətində arxadan hərəkətdə olan VAZ 2106 markalı avtomobil yüksək sürətlə onun hərəkətdə olduğu sağ zolaqda qəfildən Şahəddinin idarə etdiyi avtomobili sol arxa tərəfdən vurmuş, həmin vaxtı avtomobili bir qədər sağa doğru atılaraq hərəkət etsə də, idarəetməni itirməmiş və Şahəddin avtomobilini öz hərəkət yoluna gətirərək saxlamağı bacarmış, hadisə zamanı onun avtomobilini arxa sol tərəfdən vuran VAZ 2106 markalı avtomobil isə sol tərəfindən hərəkət edərək yolun sağ tərəfində yerləşən çökəkliyə düşmüş, həmin vaxtı dərhal avtomobildən enərək avtomobildə digər olan şəxslərlə birlikdə həmin VAZ 2106 markalı avtomobilə yaxınlaşmış və VAZ 2106 markalı avtomobildə olan şəxslərə köməklik etməyə çalışmış, həmin avtomobilə yaxınlaşan zaman qəza törətmiş avtomobilin VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil olduğunu və avtomobildə biri azyaşlı olmaqla üç nəfər şəxsin olduğunu görmüş, hadisə yerinə toplaşan şəxslərin köməkliyi ilə VAZ 2106 markalı avtomobildə olan şəxsləri çıxartmışlar, həmçinin hadisə yerinə gələn TTYS-nın əməkdaşları xəsarət alanlara tibbi yardım göstərərək onları xəstəxanaya aparmışlar, bir qədər keçəndən sonra eşitmişdir ki, xəstəxanaya aparılan şəxslərdən biri aldığı xəsarətlərdən ölmüş, VAZ 21063 markalı avtomobilin sürücüsü və avtomobildə olan azyaşlı uşağın vəziyyətləri yaxşı olmuşdur. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid3 Şahid2 göstərdiyi xüsusatları təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində ifadə vermiş Şahid4 göstərmişdir ki, Göyçay rayonu Üngütlü kəndində, yol kənarında yerləşən “Maqnit” şirkətinə aid anbarda yük daşımaya nəzarətçi işləyir. 29.11.2019-cu il tarixdə işdə olmuş, saat 18 radələrində işlədiyi “Maqnit” şirkətinə aid anbarın qarşısında olan Göyçay-Ucar avtomobil yolunda qəza səsi eşitmiş, dərhal küçəyə çıxaraq nə baş verməsini maraqlanan zaman yolun Ucar rayonu istiqamətində sağ hərəkət hissəsi üzərində Qazel markalı avtomobilin və həmin yolun sağ ehtiyyat hissəsində yerləşən çökək sahədə VAZ 2106 markalı avtomobillərin qəzalı vəziyyətdə olduğunu görmüş, tez həmin avtomobillərə yaxınlaşmış, Qazel markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilinin sürücüsünün Təqsirləndirilən şəxs olduğunu görmüşdür. Hadisə zamanı VAZ 2106 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobil çox əzildiyi üçün toplaşan şəxslərin köməkliyi ilə sürücünü və arxada oturmuş bir azyaşlı uşağı avtomobildən çıxartmışlar.Bir neçə dəqiqə keçdikdənm sonra TTY avtomobili gəlmiş, xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədi ilə Göyçay mərkəzi rayon xəstəxanasına aparmışlar. Cinayət işinə əlavə edilmiş: Məhkəmə-tibbi ekspertizasının 29.11.2019-cu il tarixli 19 saylı ekspert rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunmuş xəsarətlər – döş qəfəsinin açıq travması, sağ ağ ciyərin yuxarı payının zədələnməsi, sağ İ-İİ-İİİ-İV-V-Vİ qabırğalarının qoltuqönü xətt üzrə yerdəyişən sınığı, daxili qanitirmə (1500,0 ml), sağ bazu sümüyünün aşağı 1/3-nin qapalı sınığı, döş qəfəsinin sağ qoltuqaltı nahiyyəsinin, sağ dirsək oynağının arxa səthinin yaraları, döş qəfəsinin ön sağ nahiyyəsinin, sağ mil bilək oynağının iç səthinin, sol diz oynağının arxa səthinin, sağ baldırın orta 1/3-nin ön səthinin sıyrıqları küt alət təsirindən törənmiş, törənmə müddəti 29.11.2019-cu il tarixə uyğundur, canlı şəxslərdə həyat üçün təhlükəli olduqlarından sağlamlığa ağır zərər vuran xəsarətlərə aid olunurlar. 2. Zərərçəkmiş şəxs1 ölümünə səbəb döş qəfəsinin açıq travması, sağ ağ ciyərin yuxarı payının zədələnməsi, sağ qabırğaların çoxsaylı yerdəyişən sınıqları nəticəsində törənən kəskin daxili qanitirmə olmuşdur. 3. Zərərçəkmiş şəxs1 meyitində aşkar olunan xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yol nəqliyyat qəza hadisəsi zamanı əmələ gələ bilərlər. Məhkəmə-tibbi ekspertizasının 16.12.2019-cu il tarixli 559 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə tibbi ekspertizası zamanı onun bədəni üzərində aşkar edilmiş xəsarət: - sağ gözün buynuz qişasının mərkəzi bulanması küt-bərk əşyanın təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən tarix və şəraitdə 29.11.2019-cu il tarixdə avtomobil qəzası nəticəsində əmələ gəlməsi inkar edilmir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Kompleks məhkəmə-yol nəqliyyat hadisələri və məhkəmə-trasoloji ekspertizasının 13.02.2020-ci il tarixli 31940 saylı ekspert rəyindən görünür ki, 1.2 QAZ 2707 10 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 3.4. VAZ 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertizanın dəyəri 250 manat təşkil edir. Sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs adına 28.09.2015-cü il tarixdə BC kateqoriyalı, AB № 414689 nömrəli sürücülük vəsiqəsi verilmişdir. QAZ 2707 10 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobilin qeydiyyat şəhadətnaməsinə əsasən həmin avtomobil Ucar rayon Qaracallı kənd sakini X7 mülkiyyətində olmuş, hazırda həmin yük avtomobili ƏN-Vİ № 805591 saylı baş etibarnamə ilə Zərərçəkmiş şəxs3 məxsusdur, sürücü Təqsirləndirilən şəxs həmin avtomobili ƏN-İV № 986476 saylı etibarnamə əsasında idarə etmişdir. "xxxx" MMC-dən daxil olmuş 07.02.2020-cu il tarixli arayışdan görünür ki, VAZ 21063 markalı **-BM-*** dövlət qeydiyyat nişanlı, 1989-cu il buraxılışlı avtomobil baş vermiş yol nəqliyyat hadisəsi zamanı deformasiyaya uğrayaraq yararsız hala düşməsi nəticəsində avtomobilə təmir xərcləri ilə birlikdə ümumi olaraq 3500-3700 (üç min beş yüzüç min yeddi yüz) manat maddi ziyan dəymişdir. "xxxx" MMC-dən daxil olmuş 07.02.2020-cu il tarixli arayışdan görünür ki, QAZ 2707 10 markalı **-BO-*** dövlət qeydiyyat nişanlı, 2003-cü il buraxılışlı avtomobilə baş vermiş yol nəqliyyat hadisəsi zamanı təmir xərcləri ilə birlikdə ümumi olaraq 1790 (min yeddi yüz doxsan) manat maddi ziyan dəymişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının Yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi və ifadənin yerində yoxlanılması haqqında 14 yanvar 2022-ci il tarixli protokolundan görünür ki, məhkəmə kоllegiyаsı dövlət ittihаmçısı X4, Təqsirləndirilən şəxs, onun müdafiəçisi Müdafiəçi Novruz oğlunun, Zərərçəkmiş şəxs3 və cinayət işi üzrə ibtidai istintaqı aparmış müstəntiq, polis kapitanı Natiq Rəhimovun iştirаklаrı ilə yol nəqliyyat hadisəsi baş vermiş yerə bаxış keçirərkən müəyyən edildi ki, hadisə yeri Göyçay- Ucar avtomobil yolunun Üngütlu kəndi ərazisində X13 məntəqəsindən Ucar rayonu istiqamətində 20 (iyirmi) metr məsafədədir. Yolun həmin hissəsi asfalt örtüklüdür. Yolun ümumi eni 8 metr olmaqla ikitərəflidir. Göyçay-Ucar avtomobil yolunun X13 məntəqəsinin qarşısından keçən hissəsinə baxış keçirilərkən müəyyən olundu ki, yolun həmin hissəsi, yəni X13 məntəqəsinin birbaşa qarşısı baxış keçirilən vaxt giri-çıxış (qırıq xətlə) nişanlanmamışdır. İşin istintaqını aparmış müstəntiq, polis kapitanı Natiq Rəhimovun bildirdiyinə görə Zərərçəkmiş şəxs3 idarə etdiyi QAZ-2707 10 markalı **-BO-*** dövlət nömrə nişanlı avtomobillə məntəqənin önündən Ucar rayonu istiqamətinə hərəkətə başlamış və toqquşma yerinə kimi qövsvari olaraq 22,60 metr hərəkət etmişdir. Hadisə baş verən vaxt yolun həmin hissəsi düz xətt olaraq nişanlanmışdır. Hadisə yerində Təqsirləndirilən şəxs hadisənin baş verməsi ilə bağlı əhəmiyyət kəsb edən halları məhkəmə iclaslarında vermiş olduğu ifadələrinə uyğun təsvir etdi və yerində göstərdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X15 İdarəsinin Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına ünvanlanan 12 yanvar 2022-ci il tarixli 016-3812-1222 nömrəli məktubundan görünür ki, R-13 Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Üngütlü kənd ərazisindən keçən hissəsində yol nişanlarında və cizgi xətlərində dəyişiklik olub-olmaması barədə təkrar müraciətlərinizə baxılmışdır. Təkrarən bildirilir ki, qeyd olunan ərazidə yol nişanlarında və cizgi xətlərində tərəflərindən heç bir dəyişiklik edilməmişdir. Bununla yanaşı, həmin ərazidə yerləşən “Maqnit” meyvə qəbulu anbarının sahibkarı tərəfindən qeyd olunan yol sahəsində giriş-çıxışın razılaşdırması barədə DİN-in Baş X15 İdarəsinə müraciət daxil olmamışdır. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri digərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişlər. Kollegiya belə nəticəyə gələrkən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş şəxsin qanuni nümayəndəsi, zərərçəkmiş şəxsin və iş üzrə şahidlərin həm məhkəmə kollegiyasında, həm birinci instansiya məhkəməsinin iclasında, həm də ibtidai istintaq zamanı verdikləri ifadələrə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar CPM-in 125-ci mаddəsinə uyğun olaraq əldə edilmiş, onların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına heç bir şübhə yoxdur. Onlar işin faktiki hallarına uyğun olduqları və biri-digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişlər. Məhkəmə kollegiyаsının fikrincə, birinci instаnsiyа məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs məhkum olunduğu cinаyət əməlini törətməkdə təqsirli olması bаrədə kifаyət qədər sübutlаr toplаnmış və bu sübutlаr birinci instаnsiyа məhkəməsinin iclаsındа tаm, hərtərəfli və obyektiv аrаşdırılıb qiymətləndirilərək törədilmiş cinаyətin fаktiki hаllаrınа uyğun nəticəyə gəlinmiş, Təqsirləndirilən şəxs əməli CM-in 263.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi hüquqi mövqeyi ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə hökmünün ləğv edilməsi üçün yetərli deyildir. Belə ki, apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya tərəfindən Daxili İşlər Nazirliyinə dəfələrlə sorğu edilmiş, nəticədə 12 yanvar 2022-ci il tarixli 016-3812-1222 nömrəli məktubu ilə Baş X15 İdarəsindən cavab alınaraq müəyyən edilmişdir ki, R-13 Göyçay-Ucar avtomobil yolunun Göyçay rayonu Üngütlü kənd ərazisindən keçən hissəsində yol nişanlarında və cizgi xətlərində tərəflərindən heç bir dəyişiklik edilməmişdir. Bununla yanaşı, həmin ərazidə yerləşən “Maqnit” meyvə qəbulu anbarının sahibkarı tərəfindən qeyd olunan yol sahəsində giriş-çıxışın razılaşdırması barədə DİN-in Baş Yol Polisi İdarəsinə müraciət daxil olmamışdır. Beləliklə, qeyd edilənlər onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs qeyd olunan ərazidə «Maqnit» meyvə qəbulu ambarının qarşısından Göyçay-Ucar avtomobil yolununa daxil olduqda hərəkət hissəsini əks istiqamətli hərəkət zolaqlarına ayıran 1.1-1.3 üfüqi nişanlanma xəttini kəsib keçən zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərini pozaraq CM-in 263.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, təqsirləndirilən şəxsin ona qarşı irəli sürülən cinayət əməlini törətməsi onun özünün, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin apellyasiya şikayətində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 263.2-ci maddəsinin tərkibi vardır, apellyasiya şikayətinin təmin edilib ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməllərini törətmişdir. Ona məhkum olunduğu CM-in 263.2-ci maddəsi ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Apellyasiya şikayətində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla sübuta yetmir, apellyasiya şikayətinin dəlilləri təqsirləndirilən şəxslərin formal mülahizələrinə əsaslanır ki, bu da mahiyyətcə düzgün olan hökmün ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Çünki, CPM-in 399.3-cü maddəsinə əsasən, işin bütün hallarının araşdırılması nəticəsində çıxarılmış və mahiyyətcə düzgün olan birinci instansiya məhkəməsinin hökm və ya qərarı yalnız bu Məcəllənin tələblərinin pozulması səbəbindən formal mülahizələrə əsaslanaraq ləğv edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Kollegiya hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməlini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Təqsirləndirilən şəxsin barəsində seçilmiş cəza tədbiri məsələsinə gəldikdə, məhkəmə kollegiyаsının qənаətinə görə apellyasiya protestinin dəlilləri qismən əsaslıdır. Belə ki, protestin dəlilləri ilə qismən razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında göstərilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmin qərarın 1-ci bəndində isə göstərilmişdir ki, cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. CM-in 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir. CM-nin 8-ci maddəsinə görə isə cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. Qeyd olunan maddi hüquq normalarının məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhəd”i müəyyən edir. CM-in 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddənin mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxsə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, o cümlədən hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. İşin hallarından isə görünür ki, birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələblərinə əməl etməyərək, yüngüllüyünə görə açıq-aydın ədalətsiz və törədilmiş cinayətin ictimai təhlükəliliyinə, habelə təqsirləndirilən şəxsin şəxsiyyətinə adekvat olmayan hökm çıxarmışdır. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı özünü təqsirli bilməmiş, məhkəmə istintaqının sonunadək zərərçəkmiş şəxslə barışıq əldə etməyə sürəkli və davamlı cəhd göstərməmiş, zərərçəkmiş şəxsin acısını bir az da olsa azaltmağa yönəlmiş hər hansı bir hərəkət etməmişdir. Kollegiya onu da nəzərə alır ki, zərərçəkmiş şəxsin hüquqi varisi X3 birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxslə barışmadığını, ondan şikayətçi olduğunu bildirmiş və ona cəza təyin edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxsin hüquqi varisi X3 hazırda da Təqsirləndirilən şəxsla barışmamışdır. Beləliklə də, Təqsirləndirilən şəxs cinayət nəticəsində zərərçəkmiş şəxsin hüquqi varisi X3 dəymiş ziyanı ödəməmiş, başqa yolla aradan qaldırmamış, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməmişdir. Ümumiyyətlə, birinci instansiya məhkəməsi cəzanı yüngülləşdirən hallar kimi nəzərə aldığı xüsusatların nə ilə sübut olunmasını hökmdə göstərməmişdir. Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Şərh olunanlar belə nəticəyə gəlməyə əsas verir ki, məhkəmə təqsirləndirilən şəxsə yüngül cəza təyin etməklə, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin ağırlığını nəzərə almamış, faktiki olaraq öz hökmü ilə qanunvericiliyin tələbinin əksinə olaraq həm təqsirləndirilən şəxs, həm də digər şəxslər tərəfindən gələcəkdə bir daha bu kimi cinayətlərin törədilməsinə haradasa zəmin yaratmış, cəzasızlıq mühiti formalaşdırmışdır. CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsində isə göstərilir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsiri nəzərə alınır. Digər tərəfdən, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxsə törətdiyi cinayət əməlinə görə təqsirləndirildiyi CM-in 263.2-ci maddəsinin sanksiyasında üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə cəzasının nəzərdə tutulduğu halda ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi sosial ədalətin bərpasına, onun islah edilməsinə, həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına xidmət edə bilməz. Ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər (CM-in 56.1.1). CPM-nin 398.1.4-cü maddəsinə görə, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilməsi barədə qərar qəbul etməyə haqlıdır. CPM-in 399.1.5-ci maddəsinə əsasən, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsi üçün əsasdır. Beləliklə, birinci instansiya məhkəməsinin hökmünün qanuniliyi və əsaslılığını yoxlayan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi cinayət qanunu normasını düzgün tətbiq etmədiyinə və təyin edilmiş cəza cinayətin ağırlığına və məhkumun şəxsiyyətinə uyğun olmadığına görə, apellyasiya şikayəti təmin edilməməli, apellyasiya protesti qismən təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü dəyişdirilməli, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 4 (dörd) il 06 (altı) ay müəyyən edilməli, birinci instansiya məhkəməsinin hökmü qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 399, 407, 408-410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti qismən təmin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü dəyişdirilsin. Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 1(046)-50/2020 nömrəli hökmü ilə təyin edilmiş 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti artırılaraq 4 (dörd) il 06 (altı) ay müəyyən edilsin. Baxılmış apellyasiya şikayətinə və apellyasiya protestinə münasibətdə hökm qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-3/2022
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-3/2022
31.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver