Azərbaycan Respublikası adından HÖKM Şəki şəhəri İş № 1(107)-3/2023 08.02.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və X5 ibarət tərkibdə, məhkəmə iclas katibi Mabudov Faiq Ələşrəf oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X7, bəraət almış şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi3, zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X8 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 259.2.4 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)-12/2021 nömrəli hökmündən Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protestinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (hakim İbrahim Fəttahov) 30 iyun 2021-ci il tarixli, 1(046)-12/2021 nömrəli hökmü ilə xx.xx.1970-ci il tarixdə Göyçay şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, Göyçay şəhər Bələdiyyəsinin sədri vəzifəsində çalışan, məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs əməlində CM-in 259.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət tərkibi olmadığına görə ona bəraət verilməsi, tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi və məhkəməyə verilməsi nəticəsində vurulmuş ziyanın ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası Təqsirləndirilən şəxs izah edilməsi, Təqsirləndirilən şəxs göstərilmiş 7 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi1 42 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülməsi, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri ləğv edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ona görə ittiham verilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, meşə fonduna daxil olmayan ağacın qanunsuz kəsilməsi barədə göstəriş verməklə təbiətə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Göyçay şəhər Bələdiyyəsinin sədri olmaqla hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən Şahid3 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələbinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı olmadan 2020-ci ilin fevral ayında həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 (bir) ədəd Eldar şamı cinsindən olan ağacın köküstə kəsilməsi barədə cinayətdən xəbərsiz olan Şahid2 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda yəni, 18.000 (on səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığının mühafizəsi sahəsində cəmiyyətin və dövləti qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətləindən suiistifadə etmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Hökmdən Dövlət ittihamçısı1 oğlu tərəfindən apellyasiya protesti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(107)-308/2021 nömrəli qərarı ilə Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməmiş, Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)- 12/2021 nömrəli hökmü baxılmış apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(107)-308/2021 nömrəli qərarından Dövlət ittihamçısı3 kassasiya protesti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 1(102)-460/2022 nömrəli qərarı ilə kassasiya protesti təmin edilmiş, Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə bəraət verilməsinə dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(107)- 308/2021 nömrəli qərarı ləğv edilmiş, cinayət işi həmin məhkəmədə yeni apellyasiya baxışına təyin edilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri: Dövlət ittihamçısı1 apellyasiya protestini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi 30 iyun 2021-ci il tarixli hökmlə belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs qanunsuz göstərişi ilə kəsilmiş Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən Şahid3 məxsus qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 (bir) ədəd ağac Eldar şamı deyil, həmişəyaşıl sərv ağacıdır və təqsirləndirilən şəxs tərəfindən təbiətə vurulmuş ziyanın məbləği 18.000 manat təşkil etmir. Bu səbəbdən məhkəmə hesab etmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham kəsilmiş ağacın növünə və təbiətə vurulmuş ziyanın məbləğinə aid hissədə əsaslı deyil, mötəbər sübutlarla təsdiq olunmur. Həmçinin həmin hökmə əsasən, həmişəyaşıl sərv ağacının kəsilməsi nəticəsində təqsirləndirilən şəxs, üçüncü şəxslər üçün birbaşa və ya dolayı şəkildə hər hansı üstünlük əldə etməmiş, vətəndaş Şahid3 həmin ağac kəsilməmişdən öncə ağacın yerləşdiyi torpaq sahəsinin ona satılması ilə bağlı təqsirləndirilən şəxsə heç bir müraciəti olmamış, ağac kəsildikdən sonra da Şahid3 təqsirləndirilən şəxslə hər hansı qanunazidd təması olmamış, Şahid3 qeyri-yaşayış obyektinin sahəsinin artırılması ilə bağlı razılığı təqsirləndirilən şəxsdən deyil, icra hakimiyyətindən almışdır. Şahid3 həmin ərazidə ağac kəsilməmişdən öncə də icra hakimiyyətindən razılıq almaqla inşa etdiyi 25 m2 sahəsi olan obyekti mövcud olmuşdur. Bu səbəbdən, təqsirləndirilən şəxsə verilmiş ittiham - vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə aid hissədə də əsaslı deyildir. Birinci instansiya məhkəməsi işin faktiki hallarına və sübutlara düzgün hüquqi qiymət verməyib, Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət vermişdir. Gəldiyi nəticələrin nəzərə alınmadığı hissədə Göyçay Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə razılaşmır. Hesab edir ki, qeyd olunan məhkəmə hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinməklə ona həmin maddələrin sanksiyası həddində, cinayətlərin məcmusu qaydasında müvafiq cəza təyin olunmalıdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri Pərvanə Rüstəmova və Qalib Əliyev əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə istintaq orqanına ünvanladıqları vəsatətlərində ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün həmin məlumatların əhəmiyyət kəsb etməsini qeyd etməklə, kəsilmiş ağacın cinsini (növünü) mübahisələndirməmişlər. Buna baxmayaraq məhkəmə istintaqında müdafiə tərəfinin vəsatətinə əsasən xx.xx.2020-ci il tarixdə təyin olunaraq aqronom mütəxəssis cəlb olunmaqla keçirilmiş təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının 28 dekabr 2020-ci il tarixli 9/55657/866 nömrəli rəyində nəticəyə gəlinmişdir ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində kəsilmiş 01 ədəd diametri 45 sm olan ağacın cinsi şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacıdır. Həmin rəylə razılaşmayaraq tərəfindən bir daha təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət olunmuş və vəsatət təmin olunaraq bir daha təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə 10 mart 2021-ci il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında keçirilmiş kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının 21 may 2021-ci il tarixli 9/2541-7/401 nömrəli rəyində göstərilmişdir ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində kəsilmiş 01 ədəd ağacın cinsi (növü) iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacı, yaşı 45, diametri 40 sm-dir. Göründüyü kimi ibtidai istintaq zamanı keçirilmiş kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının rəyi ilə məhkəmə istintaqı zamanı keçirilmiş təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının rəyləri arasında əhəmiyyətli ziddiyyətlər olmuş və həmin rəylər kifayət qədər əsaslandırılmamışdır. Belə ki, təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının rəyləri iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göyçay X18 Mərkəzinin mütəxəssis rəylərindən köçürülmüş, ekspertlər tərəfindən heç bir tədqiqat və müayinə aparılmadan, rəylər arasında olan ziddiyyətlər aydınlaşdırılıb aradan qaldırılmadan nəticəyə gəlinmişdir. Bunu əsas gətirərək bir daha təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının keçirilməsinə dair vəsatətlə məhkəməyə müraciət etsə də, məhkəmə heç bir əsaslı səbəb irəli sürmədən vəsatəti təmin etməyərək məhkəmə istintaqını yekunlaşdırmışdır. Birinci instansiya məhkəməsi ekspert rəyləri arasında olan ziddiyətləri aradan qaldırmadan sonuncu rəyə (cinayətin predmeti olan ağacın cinsinin hansı mötəbər dəlillərə əsasən müəyyən edildiyi rəydən görünmür) əsaslanmaqla Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət vermişdir. Belə ki, birinci instansiya məhkəməsi hökmündə də qeyd etdiyi kimi, cinayətin predmeti olan ağacın cinsinin məhz Eldar şamı olması 18 fevral 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X9 və X2 Göyçay şəhəri üzrə birinci qrupun əməkdaşı, baş məsləhətçi Şahid1 tərtib etdiyi 014 saylı aktla, 04 mart 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi, müfəttiş Şahid4 və məsləhətçisi, müfəttiş Şahid5 tərəfindən tərtib olunmuş aktla və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəyi ilə müəyyən olunmuşdur. Bundan başqa birinci instansiya məhkəməsi hökmdə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan ağacın kəsilməsi barədə qanunsuz göstəriş verməklə birbaşa və ya dolayı şəkildə hər hansı üstünlük əldə etməmiş, vətəndaş Şahid3 həmin ağac kəsilməmişdən öncə ağacın yerləşdiyi torpaq sahəsinin ona satılması ilə bağlı təqsirləndirilən şəxsə heç bir müraciəti olmamış, ağac kəsildikdən sonra da Şahid3 təqsirləndirilən şəxslə hər hansı qanunazidd təması olmamış, Şahid3 qeyriyaşayış obyektinin sahəsinin artırılması ilə bağlı razılığı təqsirləndirilən şəxsdən deyil, icra hakimiyyətindən almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, həmin ağacın elektrik xətlərinə yaxın olması barədə Şahid3 və adlarını unutduğu bir neçə vətəndaş tərəfindən ona şifahi müraciətlər daxil olmuşdur. Lakin onun səhvi ondan ibarətdir ki, Göyçay elektrik şəbəkəsinə bununla bağlı məlumat verməmiş və həmin ağacın kəsilməsi ilə bağlı özbaşına qərar qəbul etmişdir. Həmin ağacın elektrik xətlərinə yaxın olan hissələrini budamaqda olardı. Lakin bu hissədə səhvə yol verərək həmin ağacın kökündən kəsilməsi barədə göstəriş vermişdir. Halbuki, ibtidai istintaq zamanı 01 (bir) ədəd Eldar şamı cinsindən olan ağacın kəsildiyi yerə Göyçay Elektrik şəbəkəsinin əməkdaşının iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 2020-ci ilin fevral ayında bələdiyyə sədrinin göstərişi ilə kəsilmiş 01 ədəd şam ağacının yerində 1 mərtəbəli qeyri yaşayış obyekti inşa edilmişdir. Belə ki, kəsildikdən sonra həmin ağacın yaxınlığında Şahid3 məxsus 1 mərtəbəli qeyri-yaşayış obyekti ağac kəsilən istiqamətdə 20,2 kv.m ölçüdə genişləndirilmişdir. Kəsilmiş ağacın kökü isə genişlədirilmiş obyektin mərkəzinə düşür. Eyni zamanda baxış zamanı müəyyən olunmuşdur ki, bilavasitə kəsilmiş ağacın yerləşdiyi yerin üzərindən hər hansı elektrik xətti keçmir, həmçinin kəsilmiş ağac yaxınlıqda olan elektrik xətlərinə münasibətdə təhlükə mənbəyi olmamışdır. Həmçinin ibtidai istintaq zamanı alınmış "xxxx" ASC-nin “Mərkəzi Aran” X10 və Satışı İdarəsinin Göyçay Elektrik Şəbəkəsinin xx.xx.2020-ci il tarixli 531 nömrəli məktubdan görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yaş halda olan 01 ədəd Eldar şamı kəsilməmişdən əvvəl yaxınlıqda olan 10-0,4 kV-luq elektrik veriliş xəttinə heç bir təhlükə mənbəyi olmamış, bununla əlaqədar Göyçay Elektrik şəbəkəsinə hər hansı şikayət və ya müraciət daxil olmamışdır Bununla bərabər işdə olan sübutlarin qiymətləndirilməsi qərarindan görünür ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri kimi ağacın kəsildiyi torpaq sahəsinin genişləndirilən obyekt sahibinin güya istifadəsində olması barədə Rayon İcra Hakimiyyətinə təqdim olunması üçün Şahid3 xx.xx.2018-ci il tarixli saxta arayış vermiş, arayış əsasında həmin obyektin genişləndirilməsi barədə sərəncam verilmişdir. Bu hissədə müddət keçdiyindən həmin qərarla CM-in 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Həmçinin məhkəmə ittihamın cinayət predmetinə aid olan ağacın meşə fonduna daxil olmayan ərazidən kəsilməsi ilə bağlı hökmdə göstərmişdir ki, istintaq orqanı ağacın kəsildiyi ərazinin meşə fonduna daxil olmayan ərazi olmasına dair hər hansı mötəbər sübutu əldə etmədən, təqsirləndirilən şəxsə qarşı meşə fonduna daxil olmayan ərazidən ağacın qanunsuz kəsilməsi barədə göstəriş verməsinə görə ittiham irəli sürmüşdür. Birinci instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ağacın kəsildiyi torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Göyçay rayonu Göyçay bələdiyyəsinə aid DWJ məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına (ümumi istifadədə olan) aiddir. Hökmdə də qeyd olunduğu kimi, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 7-ci maddəsinə əsasən ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar) meşə fonduna daxil olmayan yaşıllıqlara aiddir. Birinci instansiya məhkəməsinin özünün istinad etdiyi "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyində ağacın kəsildiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına (ümumi istifadədə olan) aid edilmişdirsə, həmin torpaqda olan yaşıllıqlarda ümumi istifadədə olan yaşıllıqlara aiddir. Göstərilənlərə əsasən Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)- 12/2021 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə ittiham hökmü çıxarılmalıdır. Proses iştirakçılarının ifadələri Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X7 apellyasiya protestini müdafiə edərək apellyasiya protestinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən bəraət almış şəxs Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi3 bildirdi ki, Təqsirləndirilən şəxs heç bir ağac kəsməyib. Mənbəyi və mənşəyi bilinməyən şəklə baxaraq şəxsi cinayət məsuliyyətinə cəlb etmək olmaz. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının təbiətinə qəsd etməyib və qanunsuz ağac kəsməyib. Göyçay rayon İcra Hakimiyyətinin 05 fevral 2018-ci il tarixli sərəncamı ilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, keçmiş uşaq xəstəxanası ilə üzbəüz 25 kv/m ölçüdə 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, tikinti layihəsinin təsdiqlənməsi və tikintiyə qanunvericiliklə müəyyən edilmiş qaydada icazənin verilməsi tikinti işləri aparılacaq ərazidə yaşıllıqların götürülməsi üçün əsas kimi çıxış edir. Azərbaycan Respublikasının Konstitusiyasının Məhkəməsi Plenumunun qərarına əsasən Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Təqsirləndirilən şəxs təbiətə hansı ziyanı vurub? Hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs ali təhsilli, Azərbaycan Respublikasının tərəqqi medalı ilə təltif olunub. Hüquqlarını müdafiə etdiyi şəxs Təqsirləndirilən şəxs səhlənkarlıq etdiyindən Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verməyib. Odur ki,apellyasiya protestinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli hökmünün qüvvədə qalmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş hüquqi şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 apellyasiya protestinin təmin edilməsini və 18000 manat dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən Təqsirləndirilən şəxs apellyasiya protestinin təmin edilməməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1 və 398.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1 və 399.1.1, həmçinin 399.1.4-cü maddəsinə görə məhkəmənin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması, cinayət qanunu normasının düzgün tətbiq edilməməsi apellyasiya şikayətinin və ya apellyasiya protestinin nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs bildirdi ki, o 2015-ci ildən Göyçay rayonunun şəhər bələdiyyəsinin sədri vəzifəsində işləyir. 2020-ci il tarixdə Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanasının qarşısında vətəndaşların şifahi müraciətinə əsasən o həmin ağacın kəsilməsinə icazə vermişdir. Sonradan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ağac kəsilən yerə baxış keçirmiş və ondan arayış tələb etmişlər. O da səhvən həmin ağacın Eldar şamı olmasını yazmışdır. Lakin əslində həmin ağac sərv ağacı idi. Təqsirləndirilən şəxs suallara cavab olaraq bildirdi ki, əslində ağac kəsilməmişdən əvvəl vətəndaş bələdiyyəyə rəsmi müraciət etməli, onlar isə həmin müraciətə əsasən Ekologiya və Təbii Sərvətlər İdarəsinə məlumat verməli idilər. Lakin həmişə Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən gec cavab gəldiyindən həmçinin həmin ağac bələdiyyənin mülkiyyətində olan ərazidə olduğundan belə bir qərar qəbul etmişlər. Həmçinin ağac qurumuş vəziyyətdə olmuşdur. Məhkəmə kollegiyasının iclasında zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X14 bildirdi ki, həmin eldar şamı ağacı bələdiyyə mülkiyyətində olan ərazidə yerləşir. Vətəndaş qeyd edib ki, prospektdə çoxlu iaşə obyektləri tikildiyindən vətəndaşda öz obyektinin genişləndirilməsi məqsədi ilə ağacın kəsilməsi üçün bələdiyyəyə müraciət edib. Bələdiyyə tərəfindən həmin ağacın kəsilməsinə icazə verilmişdir. Prospektdə tikinti işləri getdiyindən əməkdaşlar həmin ərazidə olan ağacların şəkillərini çəkmişlər. 18 fevral 2020ci il tarixli və 04 mart 2020-ci il tarixli aktlar əsasında iş üzrə kompleks məhkəməəmtəəşünaslıq və bioloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyə görə, həmin ağacın cinsi eldar, diametri 50 sm. olması, eləcə də təbiətə dəymiş ziyanın məbləğinin isə 18.000 manat olduğu müəyyən edilmişdir. Zərərçəkmiş hüquqi şəxs Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 cavab olaraq bildirdi ki, şəkillərdə saatın olmamasına səbəb əməkdaşlar profilaktik tədbirlər görmək məqsədi ilə vizual müşahidə keçirilərkən sənədləşməyə ehtiyac olmayıb. Ağacla bağlı ilkin şübhə doğurduğu üçün şəkli çəkilmişdir. Ağacın mövcud olduğu yerdə obyekt tikilib. Onlara ağacın kəsilməsi ilə bağlı müraciət edilməyib. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında şahid qismində dindilmiş Şahid3 göstərmişdir ki, təxminən 2018-ci ilin əvvəllərində rayon icra hakimiyyətinə müraciət edərək, maddi durumunun aşağı olduğunu, sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün ona qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Özü həmin ərazidə yaşadığı üçün keçmiş uşaq xəstəxanası ilə üzbəüz tikinti obyektlərinin, həmçinin yaxınlıqda boş ərazi olduğunu görmüş və mümkün olarsa həmin yerdə ona tikintiyə icazə verilməsini bildirmişdir. Daha sonra Göyçay rayon İcra Hakimiyyətinin sərəncamı ilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Müvafiq sərəncamla ona tikintiyə icazə verilənə qədər həmin ərazinin yerləşdiyi torpaq sahəsindən faktiki olaraq istifadə etməmişdir. Bundan sonra orada 1 mərtəbəli 25 kv.m qeyri-yaşayış obyekti inşa etdirmişdir. Həmin vaxt obyektin ətrafında bir neçə ədəd ağac var idi. Ağaclardan biri inşa etdirdiyi obyektin yaxınlığında idi. İşlərinin zəif olması ilə əlaqədar teztez Bakı şəhərinə gedirdi. Özü usta işləyir. Sonuncu dəfə Bakı şəhərinə gedib-qayıdanda gördü ki, həmin ağac kəsilib. O, ağacın kəsilməsi ilə bağlı qonşulardan soruşanda onlar bildirmişlər ki, şəhərdə abadlaşma işləri getdiyi üçün həmin ağac kəsilib. O kötüyü kəsməmişdir. O sadəcə kötüyü çıxarmışdır. Obyektə gəlib gedirdilər. O yerə metlax vurulmalı olduğunu demişdir. Cavid müəllimlə tanımadığı məhkəmənin nümayəndəsi obyektə gəlmişdirlər. O video çəkilişlə kötüyü çıxardıqdan sonra yemək yeməyə getmişdir. O heç bir sənədə imza etməmişdir. Kəsdiyi kötüyün hansı ağac növünə məxsus olduğunu xatırlamır. Birinci instansiya məhkəməsinin iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, uzun müddətdir ki, Yeni Azərbaycan Partiyasının Göyçay rayon təşkilatında rəhbər vəzifələrdə çalışmışdır. Bələdiyyə seçkilərində namizədliyini irəli sürərək, Göyçay şəhər Bələdiyyəsinin üzvü seçilmişdir. Bələdiyyə üzvlərinin səsverməsi ilə Göyçay şəhər Bələdiyyəsinin sədri vəzifəsinə seçilmişdir. Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsinin bir neçə sakini şəhər bələdiyyəsinə şifahi müraciət edərək, yaşadıqları evin qarşısında olan ağacların qəzalı vəziyyətdə olduğunu, bəzilərinin quruduğunu bildirərək, müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Sakinlərin müraciətləri əsasında mütəxəssislərin iştirakı ilə əraziyə və ərazidə olan ağaclara baxış keçirilmiş, həqiqətən də, bir neçə ağacın quruduğunu müəyyən etmişlər. Tədbirlər planına uyğun olaraq rayon ərazisində digər ağaclıq yerlərə də baxış keçirilmişdir. Baxış keçirməkdə məqsəd, bu kimi qəzalı vəziyyətdə olan ağacların sayının müəyyən edilməsi, həmin ağacların kəsilməsi və ya bundanması üçün müvafiq rəyin alınması, sonradan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq ərazi idarəsinin rəyi əsasında bundanmanın və yaxud kəsimin təşkil edilməsi olmuşdur. Haşiyə çıxaraq qeyd etmək istəyir ki, Şəki şəhərində yerləşən Xan Sarayının, eləcə də Göyçay rayonu ərazisində qədim ağacların budaqlarının qırılaraq yerli sakinlərin və turistlərin üzərinə düşərək, ağır xəsarətlər və nəticələr yaratmasından sonra, istər bələdiyyələrə, istər digər şəhər təsərrüfatına baxan qurumlara şifahi olaraq göstəriş verilmişdir ki, əhali, binalar, avtomobillərə təhlükə törədə bilən ağaclar vaxtında müəyyən edilərək, lazımi tədbirlər görülsün. Cinayətin predmeti olan ağac qəzalı vəziyyətdə olduğundan dərhal müdaxilə etmək zərurəti yaranmışdır. Bu səbəbdən, rəyin gəlməsini gözləmədən həmin ağacın kəsilməsi barədə qərara gəlmişdir. Kəsilən ağac eldar şamı deyildir. Ağac onun göstərişinə əsasən ağacların budanması işi ilə məşğul olan Şahid2 tərəfindən kəsilmişdir. Onun həmin ağacın kəsilməsində nə birbaşa, nə də dolayı hər hansı şəxsi marağı olmamışdır. Anlaya bilmədiyi hər hansı səbəblərə görə, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi həmin ağacın eldar şamı olduğunu təkidlə iddia edərək araşdırma aparmağa başlamışdır. Həmin idarəyə vəziyyəti olduğu kimi izah edərək, bu barədə arayış da təqdim etmişdir. Lakin təqdim etdiyi arayışda ağacın cinsinin Eldar şamı olmasını 8 saylı Regional Ekologiya və Təbbi Sərvətlər İdarəsinin əməkdaşı Şahid1 sözü ilə yazmışdır. Bundan sonra, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi 18 fevral 2020-ci il tarixdə və 04 mart 2020-ci il tarixdə aktlar tərtib edərək, digər sənədlərlə birlikdə tədbir görülməsi üçün Göyçay rayon Prokurorluğuna göndərilmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müraciəti araşdırılması üçün rayon prokurorluğu tərəfindən rayon X13 bölməsinə göndərilmiş, bölmədə onun izahatı alınmış, təbiətə dəymiş ziyanın məbləğini müəyyən etmək üçün 18 fevral 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli aktlar əsasında iş üzrə kompleks məhkəmə-əmtəəşünaslıq və bioloji ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş rəyə görə, həmin ağacın cinsi eldar, diametri 50 sm. olması, eləcə də təbiətə dəymiş ziyanın məbləğinin isə 18.000 manat olduğu müəyyən edilmişdir. Sözügedən ekspert rəyi ilə tanış olduqdan sonra, buna öz etirazını bildirərək, ağacın cinsini və təbiətə vurulması qeyd edilən zərər məbləğini mübahisələndirmişdir. Bundan sonra, müstəntiq tərəfindən yenidən komission kompleks məhkəmə-əmtəəşünaslıq və bioloji ekspertizası təyin edilmiş və müvafiq rəy verilməsi üçün Məhkəmə Ekspertizası Mərkəzinə göndərilmişdir. Ekspert tərəfindən müstəntiq qarşısında vəsatət qaldırılaraq qeyd olunmuşdur ki, əvvəlki rəyin əsaslandığı akt tədqiqat xarakterli olmadığından həmin aktda zəruri məlumatlar öz əksini tapmamışdır. Qərarda qoyulan suallar üzrə tədqiqat obyekti olan ağacın kəsilməsi nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün həmin məlumatların əhəmiyyət kəsb etdiyi vurğulanaraq, zəruri olan biolji məlumatların (ağacın yaşı, göbələk və həşaratlar tərəfindən oduncağın zədələnmə dərəcəsi, əgər ağacda çürümə prosesi baş veribsə, oduncağın və qabıq hissələrinin rənginin dəyişməsi və yumşalma dərəcəsinin, eləcə də, ağacın inkişafdan dayanmasının müəyyən edilməsi) əks olunduğu aqronom (mütəxəssis) rəyinin təqdim olunması xahiş olunmuşdur. Qeyd olunan vəsatəti alan Göyçay rayon prokurorluğu, 31 avqust 2020-ci il tarixli məktubla Məhkəmə Ekspertizası Mərkəzinin vəsatətini təmin etməmiş, buna səbəb kimi Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən 1 ədəd Eldar şamı cinsindən olan ağac 2020-ci ilin fevral ayında köküstə kəsildikdən sonra, təxminən 2020-ci ilin mart-aprel aylarında həmin ağacın kəsildiyi yerdə qeyri-yaşayış obyekti inşa edildiyini və həmin şam ağacının kəsilmiş gövdəsi obyektin beton döşəməsinin altında qaldığını, bu səbəbdən də, ağacın qalıq hissəsinə aqronomun (mütəxəssisin) iştirakı ilə baxış keçirilməsinin mümkün olmadığını göstərmişdir. Yuxarıda qeyd edilən cavabdan sonra 15 sentyabr 2020-ci il tarixdə məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında X13 bölməsinə məlumat verilmişdir. Bundan sonra, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 18 fevral 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli aktları əsasında verilmiş ekspert rəyinə əsasən ona Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ittiham irəli sürülmüş və baxılması üçün ittiham aktı ilə birlikdə Göyçay rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə istintaqı zamanı mübahisəli ağacın kökünün beton döşəmənin altında qalmadığını təsdiq edən sübutlar məhkəməyə təqdim edildikdən sonra, iş üzrə Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi (aqronomu) cəlb edilməklə, yenidən bioloji və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş, ekspertizanın aparılması Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. KTN-in mütəxəssisi (aqronomu) tərəfindən verilmiş müvafiq rəy əsasında ekspert tədqiqat aparmış və müəyyən etmişdir ki, mübahisəli ağacın cinsi şamkimilər fəslinə aid olan iynəyarpaqlı küknar ağacı, yaşı 45, diametri 41 sm.-dir. Ağac öz bioloji inkişaf dövrünü başa vurduğu üçün təbiətə dəymiş ziyanın məbləğini müəyyən etmək mümkün deyildir. Sözügedən ekspert və mütəxəssis (aqronom) rəyi dövlət ittihamçısı tərəfindən mübahisələndirildiyi üçün KTN-in, eləcə də Azərbaycan Dövlət Aqrar Universitetinin Meşəçilik kafedrasının müəllimi cəlb edilməklə, yenidən məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizaları təyin edilmiş və müvafiq mütəxəssis və ekspert rəyi alınmışdır. Həmin rəylərdən görünür ki, mübahisəli ağacın cinsi həmişəyaşıl sərv ağacı, yaşı təqribən 45, diametri isə 40 sm.-dir. Azərbaycan Respublikası KTN X6 Göyçay rayon X11 baş aqronomu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində mübahisəli ağacın cinsinin (növünün) şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacı olduğunun göstərilməsinə münasibətdə yeni mütəxəsiss rəyində vurğulanmışdır ki, həmin ağaclar, yəni küknar və həmişəyaşıl sərv ağaclarının gövdələrində müəyyən oxşarlıq olsa da, aparılmış tədqiqatın nəticəsi kifayət qədər deməyə əsas verir ki, kəsilmiş ağac eldar şamı yox, küknar yox, həmişəyaşıl sərv ağacıdır. Göründüyü kimi, ona qarşı verilmiş ittihamın əsasını təşkil edən ağac Eldar şamı növündə (cinsində) olmadığı, eləcə də təbiətə dəymiş ziyanın məbləği 1000 manatı aşmadığı halda, ona əsassız və qanunsuz olaraq Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ittiham irəli sürülmüşdür. Göründüyü kimi, onun əməlində hər-hansı cinayət tərkibi yoxdur. Uzun illər müxtəlif yerlərdə çalışmış, həmişə qanunlara riayət etmişdir. YAP-ın adını, həmçinin öz adını ləkələməməyə çalışmışdır. Qeyd etdiyi kimi, ağacın kəsilməsində hər-hansı şəxsi niyyəti, məqsədi, gəliri, faydası olmamışdır. Ərazidə ağacın qəzalı vəziyyətdə olmasını, təhlükə yaratmasını ona şəhər sakinləri bildirmiş, müvafiq tədbirlərin görülməsini xahiş etmişlər. Bələdiyyə sədri kimi qəzalı ağac səbəbindən xoşagəlməz, bədbəxt hadisə baş verməsinin qarşısını almaq üçün həmişəyaşıl sərv ağacının kəsilməsi barədə göstəriş vermişdir. Məhkəmədən göstərilən faktları nəzərə alaraq, əməlində cinayət hadisəsi olmaması ilə əlaqədar ona bəraət verilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş hüquqi şəxs qismində dindirilmiş 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Nümayəndə göstərmişdir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi vəzifəsində çalışır. 2020-ci ilin fevral ayının ortalarında Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz qeyriyaşayış obyektinin yanında təxminən 10-12 metr hündürlükdə, 50 sm diametrdə olan bir ədəd tam inkişaf dövründə sağlam vəziyyətdə “Eldar” şam ağacının kəsilməsi ilə bağlı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsində material toplanaraq Göyçay rayon prokurorluğuna göndərilmişdir. Belə ki, 2020-ci ilin fevral ayının ortalarında 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən Göyçay şəhəri ərazisində monitorinq aparılarkən Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində köhnə uşaq xəstəxanası ilə üzbəüz yerdə yaş halda, yəni sağlam vəziyyədə olan 1 (bir) ədəd Eldar şamı cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi faktı aşkar edilmiş, həmin yerə və kəsilmiş ağaca əməkdaşlar tərəfindən baxış keçirilərək, ağacın qalmış hissəsinin diametri ölçülərək fotoşəkillər çəkilmiş və bu barədə akt tərtib olunaraq idarə rəisinə məruzə olunmuşdur. Fotoşəkillər akta əlavə edilmişdir. Həmin ağacın yaş olması, diametrinin isə 50 sm olması müəyyən edilmişdir. Azərbaycan Respubikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən qiymətləndirilmə aparılarkən, müəyyən olunmuşdur ki, yaş və sağlam vəziyyətdə olan 50 sm diametrində “Eldar şamı” cinsindən olan ağacın köküstə kəsilərək məhv edilməsi nəticəsində 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə 18.000 (on səkkiz min) manat ziyan dəyməsi müəyyən edilmişdir. Məlum olmuşdur ki, həmin şam ağacı Göyçay şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs göstərişi ilə Şahid2 tərəfindən kəsilmişdir. Eldar Şamı ağacının dəyəri diametrinə görə Azərbaycan Respubikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarına əsasən qiymətləndirilmişdir. Kəsilmiş 1 ədəd “Eldar Şamı” ağacı Göyçay şəhəri Bələdiyyəsinin mülkiyyətində olan ərazidə olmuş, lakin həmin ərazinin meşə fonduna daxil olmayan ərazi olub-olmaması barədə onlarda hər-hansı bir məlumat yoxdur. 18 fevral 2020-ci il tarixdə idarənin əməkdaşları tərəfindən həmin ağacın kəsilmiş gövdəsi aşkar edilərkən, həmin ağacın gövdəsi yaş vəziyyətdə olmuş və şəkli çəkilmişdir. Həmin ağacın əgər qəzalı və qurumuş olması səbəbindən kəsilməsi zərurəti yaranmışdırsa bələdiyyə sədri bu barədə Ekologiya və Təbii Sərvətlər İdarəsinə rəsmi məlumat verməli, daha sonra idarənin əməkdaşları tərəfindən həmin ağaca baxış keçirməli, həqiqətən həmin ağacın kəsilməsinə zərurət varsa rəsmi razılıq verilməli, yalnız bundan sonra həmin ağac bələdiyyənin qərarı ilə kəsilə bilərdi. Lakin göründüyü kimi Təqsirləndirilən şəxs həmin ağacın kəsilməsi ilə bağlı heç bir orqana rəsmi məlumat verməmiş, özbaşına qərar qəbul etmiş və onun göstərişi ilə həmin ağac kəsilmişdir. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş aktlarda mübahisəli ağaca dair zəruri bioloji məlumatlar qeyd olunmamışdır. Bunun səbəbi, aktı tərtib etmiş əməkdaşların zəruri bioloji məlumatları müəyyən edib, göstərmələri üçün xüsusi biliklərinin olmamasıdır. Bu cür məlumatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Dövlət Ekspertiza İdarəsi tərəfindən müəyyən edilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsi tərəfindən mübahisəli ağaca baxış keçirilməmiş, ağacın növu (cinsi), yaşı, o cümlədən yaş olub-olmaması, inkişafdan qalıb-qalmaması, inkişafdan qalmışdırsa bunun nə səbəbdən baş verməsi və digər zəruri bioloji məlumatlar müəyyən edilməmişdir. 18 fevral 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli aktlarda kəsilmiş ağacın növü (cinsi) ilə bağlı göstərilənlər, baxışda iştirak edən əməkdaşlar tərəfindən şifahi sorğular əsasında əldə etdikləri məlumata, eləcə də kəsilmiş ağacın ətrafında olan yarpaqlara istinadən qeyd olunmuşdur. Ekspert rəyi ilə həmin ağacın cinsi həmişəyaşıl sərv ağacı müəyyən edildiyinə görə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi» Qaydasına 1 №-li əlavəyə əsasən Təqsirləndirilən şəxs tərəfindən təbiətə 800 manat ziyan vurulmuşdur. Təbiətə dəymiş ziyanın ödənilməsi barədə qeyd edir ki, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi kimi, təbiətə dəymiş 800 manat ziyanın Təqsirləndirilən şəxs tərəfindən ödənilməlidir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, idarənin xidməti ərazisi olan Göyçay rayonu üzrə xidmət aparır. Buna görə də, Göyçay rayonu ərazisində Ekologiya ilə bağlı gördüyü hər bir pozuntuya reaksiya verərək araşdırılması üçün İdarə rəhbərliyinə məruzə edir. 18 fevral 2020-ci il tarixdə Göyçay şəhəri ərazisində onun tərəfindən monitorinq keçirilən zaman şəhərin M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində 1 ədəd 10-12 metr hündürlükdə, 50 sm diametrdə köküstə yaş vəziyyətdə olan “Eldar” şamı ağacının kəsildiyini aşkar etmişdir. Həmin ağaca baxdıqda, ağacın təzə kəsildiyini, ərazidə yalnız ağacın kök hissəsinin qaldığını görmüşdür. Ağacın kim tərəfindən kəsilməsini müəyyən etmək üçün Göyçay şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxsla əlaqə saxlamışdır. Təqsirləndirilən şəxs qeyd olunan ağacın kəsilməsi üçün özünün göstəriş verdiyini bildirmişdir. Bundan sonra, müvafiq araşdırma aparılması üçün İdarə rəhbərliyinə rəsmi olaraq məlumat vermişdir. Ekoloji pozuntuya görə araşdırma aparılmağa başlanılmış, ağacın kəsilməsi ilə bağlı idarənin əməkdaşları ilə birlikdə əraziyə baxış keçirilmiş, ağacın torpaqda qalmış hissəsinin diametri ölçülərək fotoşəkillər çəkilmiş, bu barədə akt tərtib olunmuşdur. Həmin aktda yalnız ağacın cinsi və diametri göstərilmiş, digər zəruri məlumatlar qeyd olunmamışdır. Çünki, həmin məlumatları müəyyən etmək üçün onun, eləcə də aktı tərtib etmiş digər əməkdaşların xüsusi bilikləri yoxdur. Ağacın cinsini, yaşını və digər zəruri bioloji məlumatları dəqiq müəyyən etmək yalnız ETSN-in Dövlət Ekspertiza İdarəsinin səlahiyyətinə aiddir. Aktda qeyd olunmuş məlumatları, yəni ağacın növünü ətrafda olan şəxslərlə etdikləri sorğu-sual, eləcə də ağacın kəsildiyi ərazidə olan yarpaqlar əsasında müəyyən etmişlər. Sonrakı araşdırma zamanı məlum olmuşdur ki, həmin ağacı Şahid2 adlı şəxs həqiqətən bələdiyyə sədri Təqsirləndirilən şəxs göstərişi ilə kəsmişdir. Göyçay şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs özü də İdarəyə həmin ağacı özünün göstərişi ilə kəsilməsinə dair 19 fevral 2020-ci il tarixli arayış təqdim etmişdir. Tərəfindən bu barədə 18 fevral 2020-ci il tarixli akt tərtib edilmiş, toplanmış material hüquqi qiymət verilməsi üçün rayon prokurorluğuna göndərilmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid4 və X14 Şahid1 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, 2018-ci ildən Göyçay Abadlaşdırma və təmir idarəsində bağ fəhləsi işləyir. Həmçinin şəhərdə ağacların budanmasında iştirak edir. Mühərrikli mişarla idarənin göstərişi ilə müxtəlif ərazilərdə qəzalı və qurumuş vəziyyətdə olan ağacları budayır və kəsir. Şəhər ərazisində ağaclar budanarkən, bələdiyyə sədri Təqsirləndirilən şəxs da bu işlərə nəzarət edir. 2020-ci ilin fevral ayının ortalarında Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində Ehtiram Xəlilov adlı şəxsin işlətdiyi mağazanın yaxınlığında idarə tərəfindən verilmiş göstəriş əsasında “Bobkat” sürücüsü Rasim, adlarını dəqiq bilmədiyi fəhlələrlə ağac budama işləri ilə məşğul olmuşlar. “Bobkat”ın üzərində mühərrikli mişarla ağacların budaqlarını budamışdır. Təqsirləndirilən şəxs həmin işlərin yerinə yetirilməsinə nəzarət etmişdir. İşi yekunlaşdırdıqdan sonra Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yaxınlıqda olan, yəni 50- 60 metr aralıda, uşaq xəstəxanası ilə üzbəüz olan obeyktin yanında bir ədəd ağac göstərərək, ağacın qəzalı vəziyyətdə olduğunu, quruduğunu, ətrafdakılar üçün təhlükə törətdiyini qeyd edərək, həmin ağacı da kəsmək lazım olduğunu bildirmişdir. “Bobkat” sürücüsü Rasimlə və fəhlələrlə həmin yerə yaxınlaşıb, Təqsirləndirilən şəxs göstrərdiyi həmin ağacı kəsmişdir. Rasim onu adəti üzrə “Bobkat”la yüksəkliyə qaldırmış, o da mühərrikli mişarla ağacın budaqlarını, daha sonra isə gövdəsini kəsmişdir. Fəhlələr həmin ağacın kəsilmiş hissələrini bir kənara yığaraq, götürmüşlər. Sonra ona məlum olmuşdur ki, Ekologiya idarəsi həmin ağacın kəsilməsi ilə bağlı şikayət etmişdir. Bununla bağlı o da ekologiya idarəsinə çağırılmışdır. Həmin idarədə ağacın kəsilməsi ilə bağlı izahat vermişdir. Uzun illərdir ki, ağacların budanması və kəsilməsi işi ilə məşğul olur. Ağacların böyük bir qisminin növünü, cinsini tanıyır. Kəsdiyi ağac eldar şamı ağacı olmamışdır. Qabığına və sair vizual müşahidə olanan özəlliklərinə görə küknar, iynəyarpaqlı sərv ağacına oxşayan ağac olmuşdur. Ağacı kəsərkən görmüşdür ki, həqiqətən həmin ağac inkişafdan qalmış, bəzi hissələri qurumuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, keçmiş uşaq xəstəxanası ilə üzbəüz 1 mərtəbəli qeyri-yaşayış obyekti ona məxsusdur. Təxminən 2018-ci ilin əvvəllərində rayon icra hakimiyyətinə müraciət edərək, maddi durumunun aşağı olduğunu, sahibkarlıq fəaliyyəti məşğul olmaq üçün ona qeyri-yaşayış obyektinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Özü həmin ərazidə yaşadığı üçün keçmiş uşaq xəstəxanası ilə üzbəüz tikinti obyektlərinin, həmçinin yaxınlıqda boş ərazi olduğunu görmüş və mümkün olarsa həmin yerdə ona tikintiyə icazə verilməsini xahiş etmişdir. Daha sonra sənədləşmə işləri aparılmış və Göyçay rayon İcra Hakimiyyətinin 05 fevral 2018-ci il tarixli sərəncamı ilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, keçmiş uşaq xəstəxanası ilə üzbəüz 25 m2 ölçüdə 1 mərtəbəli qeyri-yaşayış obyektinin tikintisinə icazə verilmişdir. Lakin xx.xx.2018ci il tarixli müvafiq sərəncamla ona tikintiyə icazə verilənə qədər həmin ərazinin yerləşdiyi torpaq sahəsindən faktiki olaraq istifadə etməmişdir. Bundan sonra orada 1 mərtəbəli təxminən 25 m2 ölçüdə qeyri-yaşayış obyekti inşa etdirmişdir. Həmin vaxt obyektin ətrafında bir neçə ədəd ağac olmuşdur. Ətrafda yaşayan sakinlər Göyçay şəhər Bələdiyyəsinə müraciət edərək, ərazidə olan ağacların bəzilərinin, o cümlədən hazırkı iş üzrə adı keçən ağacın quruduğunu, təhlükə yaratdığından onların budanılıb, kəsilməsini xahiş etmişlər. 2020-ci ilin fevral ayında şəhər küçələrində ağacların budaqlarının budanma işləri aparılarkən digər ağacların təhlükə törədən budaqları budanmış, işdə adı keçən ağac isə kəsilmişdir. Şəhərdə aparılan budama işlərindən xəbərdar olsa da, iş üzrə adı keçən ağacın kəsilməsini görməmişdir. Bundan bir müddət sonra, ərazinin boş olduğunu, inşa etdiyi qeyri-yaşayış sahəsinin yanı olduğunu, genişləndirilməsinə maneə olmadığını, müvafiq icazələrə əsasən inşa etdiyi 25 m2 obyektin genişləndirilməsinə zərurət olduğunu nəzərə alaraq, buna icazə verilməsini xahiş etmişdir. Ona müvafiq icazə verildikdən sonra, qeyri-yaşayış sahəsini genişləndirmiş, obyekti təxminən 3,5 metr uzunluğunda və 4 metr enində artırmışdır. Həmin ağacın kökü artırılmış ərazinin içində qalsa da, üzəri betonlanmamışdır. Hazırda həmin obyekt tam tikili vəziyyətdə olsa da, fəaliyyət göstərmir. Tərəfindən inşa edilmiş ümumilikdə 50 m2 qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin ona satılması üçün nə yazılı, nə də şifahi Göyçay şəhər bələdiyyəsinə müraciət etməmişdir. İstər mübahisəli ərazidən ağacın kəsilməsi, istərsə də tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinin sənədləşdirilməsi ilə bağlı Təqsirləndirilən şəxs ilə hər hansı danışığı, sövdələşməsi olmamış, yalnız sonuncu ilə hazırkı cinayət işinin istintaqı ilə bağlı rayon prokurorluğuna çağrılarkən ünsiyyəti yaranmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 18 fevral 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X9 və X2 Göyçay şəhəri üzrə birinci qrupun əməkdaşı, baş məsləhətçi Şahid1 tərtib etdiyi 014 saylı aktda qeyd olunmuşdur ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində monitorinq keçirmiş, monitorinq zamanı həmin küçədə, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində dm=50 sm. olan 1 ədəd Eldar şamı ağacının köküstü kəsilməsi faktı aşkar olunmuşdur. Şifahi sorğu əsasında Göyçay bələdiyyəsinin sədri yazılı olaraq bildirmişdir ki, sözügedən ağac onun göstərişi əsasında kəsilmişdir. Bələdiyyənin verdiyi xx.xx.2020-ci il tarixli 73 saylı məktubunun və ərazidən çəkilmiş fotoşəklin akta əlavə olunması qeyd edilmişdir. 04 mart 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi, müfəttiş Şahid4 və məsləhətçisi, müfəttiş Şahid5 tərəfindən tərtib olunmuş aktda qeyd olunmuşdur ki, 04 mart 2020-ci il tarixdə M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən bir ədəd Eldar şamı ağacının kəsilməsi ilə əlaqədar yoxlama aparılarkən aşağıdakılar aşkar edildi: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X9 və X2 müdiri X4 26 fevral 2020-ci il tarixli xidməti məruzəsinə əsasən 8 saylı RETSİ-nin xidməti ərazisi olan Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində 1 ədəd Eldar şamı ağacını köküstə yaş kəsilməsi faktı ilə məlumatı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2020-ciil tarixli 38 saylı sərəncamına əsasən aktı tərtib etmiş şəxslər tərəfindən araşdırılmışdır. Araşdırma zamanı əraziyə baxış keçirilərkən adı yuxarıda göstərilən ərazidə diametri 50 sm olan 1 ədəd şam ağacı kəsilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 50 sm diametrində şam ağacını ünvan 2 ünvanda yaşayan və Göyçay rayon Yaşıllaşdırma İdarəsində fəhlə işləyən Şahid2 kəsmişdir. Şahid2 izahat verərək bildirmişdir ki, Şam ağacını Göyçay rayon Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs şifahi göstərişi ilə o kəsmişdir. Araşdırma zamanı müəyyən etmişlər ki, Göyçay rayon Bələdiyyəsinin sədrinin göstərişi ilə Şahid2 02 may 2014-cü il tarixli «Yaşıllıqların Mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun (13 mad.) tələblərini pozaraq, xəta törətmişdir. Akta sahibin izahatı, fotoşəkli əlavə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş akta əsasən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində sahibkarlıq obyektinin yanında diametri 50 sm olan 01 ədəd ağac Eldar şamı ağacıdır. Təqdim edilmiş aktda 01 ədəd eldar şamı ağacının yaşı barədə heç bir məlumat verilmədiyi üçün həmin ağacın yaşını müəyyən etmək mümkün olmadı. Tərtib edilmiş fotolar əsasında ekspertiza tədqiqatı aparılmamışdır. Aparılmış ekspert tədqiqatı nəticəsində, 04 mart 2020-ci il tarixdə 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 59612 saylı akta əlavə olaraq tərtib edilmiş cədvələ görə, Göyçay şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs göstərişi ilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz 50 sm diametrli bir ədəd eldar şamı adlı köküstə yaş ağacın qanunsuz kəsilməsindən, 2020-ci ilin fevral ayına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları»nda mövcud olan qiymətlər ilə zərər çəkmişə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 18.000 manat müəyyən edilir. Ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2020-ci il tarixli 7/500-9/2907 saylı məktubundan görünür ki, ekspertlər Pərvanə Rüstəmova və Qalib Əliyev əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə vəsatətlə Göyçay rayon X13 Bölməsinə müraciət edərək, 20340059 nömrəli cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının aparılması üçün aqronom (mütəxəssis) rəyinin təqdim edilməsi xahiş edilmiş, buna səbəb kimi, əvvəlki rəyin əsaslandığı aktın (18 fevral 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli aktlar) tədqiqat xarakterli olmadığından həmin aktda yuxarıda qeyd olunan məlumatların (ağacın qiymətləndirilməsi üçün zəruri olan biolji məlumatları (ağacın yaşı, göbələk və həşaratlar tərəfindən oduncağın zədələnmə dərəcəsi, əgər ağacda çürümə prosesi baş veribsə, oduncağın və qabıq hissələrinin rənginin dəyişməsi və yumşalma dərəcəsinin, eləcə də, ağacın inkişafdan dayanmasının müəyyən edilməsi) əks etdirən aqronomun (mütəxəssis) rəyi) öz əksini tapmadığı, bu səbəbdən qərarda qoyulan sual üzrə tədqiqat obyektininin – ağacın kəsilməsi nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün həmin məlumatların əhəmiyyət kəsb etməsi göstərilmişdir. Göyçay rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı 31 avqust 2020-ci il tarixli məktubda 14 avqust 2020-ci il tarixli vəsatətə cavab olaraq qeyd olunmuşdur ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən 01 ədəd Eldar hamı cinsindən olan ağac 2020-ci ilin fevral ayında köküstə kəsildikdən sonra təxminən 2020-ci ilin mart-aprel aylarında həmin ağacın kəsildiyi yerdə qeyri-yaşayış obyekti inşa edilmişdir və həmin şam ağacının kəsilmiş gövdəsi obyektin beton döşəməsinin altında qalmışdır. Bu səbəbdən də, həmin ağacın qalıq hissəsinə aqronomun (mütəxəssis) iştirakı ilə baxış keçirilməsi mümkün olmamışdır. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları iş üzrə istintaq zamanı verdikləri ifadələrində həmin ağacın kəsilmiş gövdəsini aşkar edərək, həmin gövdənin köküstə ya və sağlam vəziyyətdə olduğunu bildirmişlər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2020-ci il tarixli 7/500-9/2907 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, ekspertlər qarşısında qoyulmuş sualların həlli üçün zəruri olan bioloji məlumatlar (ağacın yaşı, göbələk və həşəratlar tərəfindən oduncağın zədələnməsi dərəcəsi, əgər ağacda çürümə prosesi baş veribsə, oduncağın və qabıq hissələrinin rənginin dəyişməsi və yumşalma dərəcəsinin, eləcə də ağacın inkişafdan dayanmasının müəyyən edilməsi) əks etdirən aqronomun (mütəxəssis) rəyi Mərkəzə təqdim edilmədiyindən, belə olduğu halda tədqiqat obyekti olan ağacın – eldar şamının obyektiv qiymətləndirilməsi mümkün olmadığından, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. İş materiallarında olan fotoşəkillərdən görünür ki, cinayət işi üzrə adı qeyd olunan kəsilmiş ağacın yerləşdiyi ərazidə şam və iynəyarpaqlı sərv ağacları mövcuddur. Kəsilmiş ağacın yerində qeyri-yaşayış sahəsi inşa edilmiş, ağacın kökünün yerləşdiyi yer qeyriyaşayış sahəsinin daxilində qalmış, lakin üzəri betonlanmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 28 dekabr 2020-ci il tarixli 9/5565-7/866 saylı ekspert rəyindən görünür ki, tədqiqata təqdim olunmuş rəyə əsasən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz qeyri-yaşayış obyektinin yanında kəsilmiş ağacın cinsi (növü) Şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacı, yaşı təqribən 45, diametri 41 sm.-dir. Tədqiqata təqdim olunmuş rəyə əsasən kəsilmiş ağacın oduncağı qabıqaltı zərərverici və göbələklər tərəfindən qismən zədələnmiş, ağacın kök gövdəsində qismən çürümə prosesi baş vermiş, oduncağının qabıq hissəsinin rəngi qaralaraq dəyişmiş və qismən yumşalma müşahidə olunmuşdur. Ağacın kök sistemi öz bioloji inkişaf dövrünü başa vurmuşdur. Aparılmış bioloji tədqiqatın nəticələrinə görə, ekspertiza tədqiqatına təqdim edilmiş rəyə əsasən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz qeyri-yaşayış obyektinin yanında kəsilmiş ağacın cinsi (növü) Şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacı, yaşı təqribən 45, diametri 41 sm-dir, kəsilmiş ağacın oduncağı qabıqaltı zərərverici və göbələklər tərəfindən qismən zədələnmiş, ağacın kök gövdəsində qismən çürümə prosesi baş vermiş, oduncağının qabıq hissəsinin rəngi qaralaraq dəyişmiş və qismən yumşalma müşahidə olunmuşdur. Ağacın kök sistemi öz bioloji inkişaf dövrünü başa vurmuşdur. Qeyd edilir ki, həmin tədqiq edilən ağacın oduncağı qabıqaltı zərərverici və göbələklər tərəfindən qismən zədələnmiş, ağacın kök gövdəsində qismən çürümə prosesi baş vermiş, oduncağının qabıq hissəsinin rəngi qaralaraq dəyişmiş və qismən yumşalma müşahidə olunmuş, ağacın kök sistemi öz bioloji inkişaf dövrünü başa vurmuş vəziyyətdə olduğundan və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları»nda belə vəziyyətdə olan yaş köküstə ağacın qiymətləndirilməsi nəzərdə tutulmadığından təbiətə dəymiş maddi ziyanın məbləğini müəyyən etmək mümkün olmamışdır. Ekspertiza tədqiqatının dəyəri 80 manat təşkil etmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin Respublika X6 Göyçay rayon X11 baş aqronomu tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli mütəxəssis rəyində mübahisəli ağacın cinsinin (növünün) şamkimilər fəsiləsinə aid olan inyəyarpaqlı küknar ağacının olduğu göstərilmişdir. Həmin ağacların (küknar və həmişəyaşıl sərv) gövdələrində müəyyən oxşarlıq olsa da, aparılmış tədqiqatın nəticəsi kifayət qədər deməyə əsas verir ki, kəsilmiş ağac şam yox, küknar yox, həmişəyaşıl sərv ağacıdır. Həmişəyaşıl sərv ağacları quraqlığa nə qədər davamlı olsa da, ətraf mühitin çirklənməsinə qarşı bir o qədər həssasdır. Son dövrlərdə iqlim dəyişikliyi səbəbindən, bu tipə aid olan ağac növlərində hər hansı xəstəliklərin olması istisna edilmir. Bunun nəticəsində bitkilərdə bəzi göbələk xəstəliklərinin aktivləşməsinə və eləcə də, həşərat və zərərvericilərin, xüsusilə qabıq böcəklərinin daha çox inkişaf etməsinə səbəb olur. Bu zərərvericilərin və göbələklərin təsiri nəticəsində bəzi ağacların getdikcə zəifləyərək qurumasına səbəb olur. Mütəxəssislər tərəfindən əraziyə və ağacın kökünə (kök gövdəsinə) baxış keçirilərkən, baxışda təqsirləndirilən şəxs, onun müdafiəçisi, dövlət ittihamçısı, zərər çəkmiş şəxsin nümayəndəsi də iştirak etmişlər. 07 aprel 2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, X12 (X20 İnstitutunun Meşə təsərrüfatı fakültəsinin «meşə təsərrüfatı mühəndisi» ixtisası üzrə ali təhsil almış, ixtisası üzrə 1978-ci ildən əmək fəaliyyti ilə məşğul olan, hal-hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin Meşəçilik kafedrasının müəllimi vəzifəsində işləyən, dosent elmi dərəcəsi olan) və X15 (Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqronomluq fakültəsinin «alim-aqronom» ixtisası üzrə ali təhsil almış, ixtisası üzrə 1996-cı ildən əmək fəaliyyəti ilə məşğul olan, hal-hazırda Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Göyçay X18 Mərkəzinin bitkiçilik sektorunun müdiri vəzifəsində işləyən) tərəfindən mütəxəssis və ekspert qarşısında qoyulan suallara əraziyə baxış keçirilməklə cavablar verilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz ərazidən kəsilmiş ağac – həmişəyaşıl sərv ağacıdır. Sərv ağacının Azərbaycanda iki forması mövcuddur – piramidal və həmişəyaşıl sərv. Sərv ağacının boyu 25 metrə qədər çatır. Bəzi növlər geniş və düz taclar inkişaf etdirirlər. Sərvkimilərin bəzi növləri 6 metrdən az olan kollardır. Bəzi növlərində gövdə qabığı yumşaqdır. Bununla birlikdə, əksər növlərdə ağacdan qoparıla bilən incə lövhələrlə və ya zolaqlara ayrılır. Daxili olaraq, gövdə qabığı boz-qəhvəyi və ya narıncı rəngə malikdir. Eninə divarları hamar və ya düyünlü ola bilər. Düyünlər ya böyük, həm də kiçik ola bilər. Bu ağaclar müxtəlif patogenlərin hücumuna həssasdırlar. Zərərvericilərə qarşı həssaslığı ətraf mühit amillərindən çox asılıdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 21 may 2021-ci il tarixli 9/2541-7/401 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 1(046)- 12/2021 saylı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası KTN Göyçay X18 Mərkəzinin 07 aprel 2021-ci il tarixli sonuncu mütəxəssis rəyinə əsasən kəsilmiş ağacın cinsi (növü) iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacı, yaşı təqribən 45, diametri 40 sm-dir. Qərarda göstərilən 2, 3 və 4-cü suallar üzrə tədqiqat aparılması mümkün olmadığından, cavablandırılmamışdır. Aparılmış bioloji tədqiqatının nəticələrinə görə, ekspertiza tədqiqatına təqdim edilmiş 1(046)-12/2021 saylı cinayət işinin materiallarında olan Azərbaycan Respublikası KTN Göyçay X18 Mərkəzinin 07 aprel 2021-ci il tarixli sonuncu mütəxəssis rəyinə əsasən kəsilmiş ağacın cinsi (növü) iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacı, yaşı təqribən 45, diametri 40 sm-dir. 2, 3 və 4-cü suallar üzrə tədqiqat aparılmadan 5-ci sual üzrə tədqiqat aparmaq mümkün deyil. Ekspertiza tədqiqatının dəyəri 140 manat təşkil etmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun 14 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin inzibati binasında maddi sübut kimi saxlanılan ağac kötüyünə baxış keçirilmiş və həmin kötüyün həmişəyaşıl Sərv bitkisinə aid olduğu müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun 07 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, maddi sübut kimi təqdim edilmiş kötük elmi adı Cupressus sempervirens – həmişəyaşıl sərv olan bitkiyə aiddir. Kötüyün qabığının forması və rəngi, kök sisteminin qurluşu, gövdənin forması, oduncağın rəngi maddi sübut kimi təqdim olunan kötüyün həmişəyaşıl sərv ağacına aid olduğunu göstərir. Eyni zamanda istintaq materialında olan 2 fotoşəkilə də baxış keçirilmişdir. Birinci fotoşəkildə göstərilən bütöv ağac Azərbaycanın qırmızı kitabına salınmış elmi adı Pinus eldarica – Eldar şamı ağacına aiddir. Kəsilmiş ağac kötüyü əksini tapmış ikinci fotoşəkildə eldar şamına aiddir. Azərbaycan Respublikası DİN Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə verilmiş sorğuya cavabdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 2000-ci ildən YAP-ın Göyçay rayon Təşkilatının Aparat rəhbəri vəzifəsində işləyir, 2011-ci ildə Ölkə Prezidentinin sərəncamı ilə respublikanın ictimai-siyasi həyatında fəaliyyətinə görə «Tərəqqi» medalı ilə təltif olunmuşdur, 2015-ci ildən Göyçay rayonu Göyçay Bələdiyyəsinin sədri vəzifəsində işləyir, işlədiyi dövr ərzində rayonun ictimai-siyasi həyatında, rayonda gedən abadlıqquruculuq işlərində yaxından fəal iştirak edir, onun barəsində yaşadığı ərazidən Göyçay RİHB-nin şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır, müsbət xarakterizə olunan şəxsdir. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini qismən məhkəmə istintaqı aparılmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, proses iştirakçılarının izahat və çıxışlarını dinləyərək hesab edir ki, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)-12/2021 nömrəli hökmü ləğv edilməlidir. Qeyd edildiyi kimi hökmdən dövlət ittihamçısı apellyasiya protesti verərək Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)-12/2021 nömrəli hökmünün ləğv edilməsini, Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinərək həmin maddələrin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə cəza təyin edilməklə ttiham hökmü çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edən Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 02 sentyabr 2021-ci il tarixli, 1(107)- 308/2021 nömrəli qərarından Dövlət ittihamçısı1 tərəfindən apellyasiya protesti verilmiş, kassasiya instansiyası məhkəməsi protesti təmin edərək işi yeni apellyasiya baxışına qaytarmışdır. Ali Məhkəməsinin Cinayət Kollegiyasının 20 aprel 2022-ci il tarixli, 1(102)-460/2022 nömrəli qərarında qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələri ilə bəraət verən məhkəmələr cinayət təqibi üzrə toplanmış sübutları tədqiq edib mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərkən cinayət prosessual qanunvericiliyin yuxarıda qeyd edilən tələblərini pozmuşlar. Məhkəmə kollegiyası bəraət hökmünün əsasını ziddiyyətli, şəxsin təqsirsizliyini şübhə altına alan sübutların təşkil etməsini nəzərə alaraq hesab edir ki, sübutların tədqiq edilməsi qaydalarının pozulması ilə əldə olunmuş və işin faktiki hallarına uyğun olmayan nəticə əsaslandırılmış, inandırıcı qənaət kimi qəbul edilə bilməz. Kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd olunur ki, qanunvericiliklə kassasiya məhkəməsinin məcburi olan göstərişlər vermək səlahiyyətinin müəyyənləşdirilməsinin məqsədlərindən biri apellyasiya məhkəməsinin aktlarının çıxarılması zamanı yol verilmiş səhvlərin işə apellyasiya qaydasında yenidən baxılarkən təkrarlanmasının qarşısının alınmasından ibarətdir. Digər tərəfdən, kassasiya məhkəməsi qanunun tətbiqinin düzgünlüyünü yoxlayarkən və onu təfsir edərkən yalnız iş üzrə buraxılan səhvləri düzəltmir, həmçinin məhkəmə təcrübəsini hüquq normalarının dəqiq və vahid qaydada tətbiq olunmasına istiqamətləndirir... Kassasiya məhkəməsi apellyasiya məhkəməsinin qərarını ləğv edərkən, bu məhkəməni işin düzgün həllinə istiqamətləndirərək hüquq normalarını təfsir etməli, buraxılmış səhvlərin mahiyyətinin nədən ibarət olduğunu və qanunun normasının necə başa düşülməli olmasını dəqiq, aydın və inandırıcı formada izah etməlidir. İşə yenidən baxan apellyasiya məhkəməsinin cinayət kollegiyası protestin dəlilləri ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, birinci instansiya məhkəməsi cinayət işi üzrə hərtərəfli, tam və obyektiv və hökmdə ətraflı şərh olunan sübutların məcmusuna, yəni təqsirkarın, şahidlərin ifadələrinə əsaslanmaqla və bunları mötəbər sübut kimi qiymətləndirməklə təqsirləndirilən şəxs haqqında irəli sürülmüş itiham üzrə təqsirliliyi sübuta yetmədiyi üçün bəraət vermişdir. Birinci instansiya məhkəməsi gəldiyi qənaəti belə əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üstünlük əldə etmək məqsədi ilə, yəni Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən ərazidə Şahid3 tərəfindən inşa edilmiş qeyri-yaşayış sahəsinin genişləndirilməsi məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə zidd olaraq qanunla müəyyən olunmuş qaydada qabaqcadan müvafiq razılıq almadan bir ədəd Eldar şamı cinsindən olan ağacın köküstə kəsilməsi barədə göstəriş verməmiş, bunun nəticəsində təbiətə külli miqdarda maddi ziyan vurmamış, ətraf mühitin, ekoloji tarazlığın mühafizəsi sahəsində cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmamışdır. Bundan başqa, məhkəmə hökmündə qeyd etmişdir ki, həmişəyaşıl sərv ağacının kəsilməsi nəticəsində təqsirləndirilən şəxs, üçüncü şəxslər üçün birbaşa və ya dolayı şəkildə hər hansı üstünlük əldə etməmiş, vətəndaş Şahid3 həmin ağac kəsilməmişdən öncə ağacın yerləşdiyi torpaq sahəsinin ona satılması ilə bağlı təqsirləndirilən şəxsə heç bir müraciəti olmamış, ağac kəsildikdən sonra da Şahid3 təqsirləndirilən şəxslə hər hansı qanunazidd təması olmamış, Şahid3 qeyri-yaşayış obyektinin sahəsinin artırılması ilə bağlı razılığı təqsirləndirilən şəxsdən deyil, icra hakimiyyətindən almışdır. Şahid3 həmin ərazidə ağac kəsilməmişdən öncə də icra hakimiyyətindən razılıq almaqla inşa etdiyi 25 m2 sahəsi olan obyekti mövcud olmuşdur. Həmçinin, məhkəmə qeyd etmişdir ki, təqsirləndirilən şəxsə verilmiş ittiham - vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməsinə aid hissədə də əsaslı deyildir. Lakin, işə yenidən baxan apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi yekun qənaətlə razılaşmır, çünki kəsilmiş ağacın ittiham aktında göstərildiyi kimi «meşə fonduna daxil olmayan» ərazidən deyil, Göyçay şəhər bələdiyyəsinin mülkiyyətində olan yaşayış məntəqələri torpaqlarına aid ərazidən kəsilməsi barədə qənaətə gələrkən birinci instansiya məhkəməsi yuxarıda sadalanan qanunvericilik normalarının tələblərini nəzərə almamış, bununla da bələdiyyə mülkiyyətində olan torpaqlarda bitən ağacı meşə fonduna daxil olmayan əraziyə aid etməməklə həmin ağacın kəsilməsinin cinayət məsuliyyətinə səbəb olmaması barədə əsassız nəticəyə gəlmişdir. Belə ki, iş materiallarında olan 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X9 və X2 Göyçay şəhəri üzrə birinci qrupun əməkdaşı, baş məsləhətçi Şahid1 tərtib etdiyi 18 fevral 2020-ci il tarixli, 014 saylı aktda qeyd olunmuşdur ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində monitorinq keçirmiş, monitorinq zamanı həmin küçədə, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində diametri 50 sm. olan 1 ədəd Eldar şamı ağacının köküstü kəsilməsi faktı aşkar olunmuşdur. Şifahi sorğu əsasında Göyçay bələdiyyəsinin sədri yazılı olaraq bildirmişdir ki, sözügedən ağac onun göstərişi əsasında kəsilmişdir. Bələdiyyənin verdiyi xx.xx.2020-ci il tarixli 73 saylı məktubunun və ərazidən çəkilmiş fotoşəklin akta əlavə olunması qeyd edilmişdir. Bundan başqa 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi, müfəttiş Şahid4 və məsləhətçisi, müfəttiş Şahid5 tərəfindən tərtib olunmuş 04 mart 2020-ci il tarixli aktda qeyd olunmuşdur ki, 04 mart 2020-ci il tarixdə M.Ə.Rəsulzadə küçəsi ərazisində yerləşən bir ədəd Eldar şamı ağacının kəsilməsi ilə əlaqədar yoxlama aparılarkən aşağıdakılar aşkar edildi: 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X9 və X2 müdiri X4 26 fevral 2020-ci il tarixli xidməti məruzəsinə əsasən 8 saylı RETSİ-nin xidməti ərazisi olan Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsi ərazisində köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən sahibkarlıq obyektinin yan hissəsində 1 ədəd Eldar şamı ağacını köküstə yaş kəsilməsi faktı ilə məlumatı 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 04 mart 2020-ciil tarixli 38 saylı sərəncamına əsasən aktı tərtib etmiş şəxslər tərəfindən araşdırılmışdır. Araşdırma zamanı əraziyə baxış keçirilərkən adı yuxarıda göstərilən ərazidə diametri 50 sm olan 1 ədəd şam ağacı kəsilmişdir. Araşdırma zamanı məlum olmuşdur ki, 50 sm diametrində şam ağacını ünvan 2 ünvanda yaşayan və Göyçay rayon Yaşıllaşdırma İdarəsində fəhlə işləyən Şahid2 kəsmişdir. Şahid2 izahat verərək bildirmişdir ki, Şam ağacını Göyçay rayon Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs şifahi göstərişi ilə o kəsmişdir. Araşdırma zamanı müəyyən etmişlər ki, Göyçay rayon Bələdiyyəsinin sədrinin göstərişi ilə Şahid2 02 may 2014-cü il tarixli «Yaşıllıqların Mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun (13 mad.) tələblərini pozaraq, xəta törətmişdir. Akta sahibin izahatı, fotoşəkli əlavə edilmişdir. Bundan əlavə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş akta əsasən Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində sahibkarlıq obyektinin yanında diametri 50 sm olan 01 ədəd ağac Eldar şamı ağacıdır. Təqdim edilmiş aktda 01 ədəd Eldar şamı ağacının yaşı barədə heç bir məlumat verilmədiyi üçün həmin ağacın yaşını müəyyən etmək mümkün olmadı. Tərtib edilmiş fotolar əsasında ekspertiza tədqiqatı aparılmışdır. Aparılmış ekspert tədqiqatı nəticəsində, 04 mart 2020-ci il tarixdə 3 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin əməkdaşları tərəfindən tərtib edilmiş 59612 saylı akta əlavə olaraq tərtib edilmiş cədvələ görə, Göyçay şəhər Bələdiyyəsinin sədri Təqsirləndirilən şəxs göstərişi ilə Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz 50 sm diametrli bir ədəd Eldar şamı adlı köküstə yaş ağacın qanunsuz kəsilməsindən, 2020-ci ilin fevral ayına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 nömrəli «Yaşıllıqlara dəymiş ziyanın hesablanması və ödənilməsi qaydaları»nda mövcud olan qiymətlər ilə zərər çəkmişə dəymiş maddi ziyanın məbləği nəzəri hesablama yolu ilə 18.000 manat müəyyən edilir.Ekspertiza tədqiqatının dəyəri 70 manat təşkil etmişdir. Həmçinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 14 avqust 2020-ci il tarixli 7/500-9/2907 saylı məktubundan görünür ki, ekspertlər Pərvanə Rüstəmova və Qalib Əliyev əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə vəsatətlə Göyçay rayon X13 Bölməsinə müraciət edərək, 20340059 nömrəli cinayət işi üzrə təyin olunmuş məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının aparılması üçün aqronom (mütəxəssis) rəyinin təqdim edilməsi xahiş edilmiş, buna səbəb kimi, əvvəlki rəyin əsaslandığı aktın (18 fevral 2020-ci il tarixli və 04 mart 2020-ci il tarixli aktlar) tədqiqat xarakterli olmadığından həmin aktda yuxarıda qeyd olunan məlumatların (ağacın qiymətləndirilməsi üçün zəruri olan biolji məlumatları (ağacın yaşı, göbələk və həşaratlar tərəfindən oduncağın zədələnmə dərəcəsi, əgər ağacda çürümə prosesi baş veribsə, oduncağın və qabıq hissələrinin rənginin dəyişməsi və yumşalma dərəcəsinin, eləcə də, ağacın inkişafdan dayanmasının müəyyən edilməsi) əks etdirən aqronomun (mütəxəssis) rəyi) öz əksini tapmadığı, bu səbəbdən qərarda qoyulan sual üzrə tədqiqat obyektininin - ağacın kəsilməsi nəticəsində dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün həmin məlumatların əhəmiyyət kəsb etməsi göstərilmişdir. Bundan başqa Göyçay rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən M.Əliyevin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ünvanladığı 31 avqust 2020-ci il tarixli məktubda 14 avqust 2020-ci il tarixli vəsatətə cavab olaraq qeyd olunmuşdur ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən 01 ədəd Eldar şamı cinsindən olan ağac 2020-ci ilin fevral ayında köküstə kəsildikdən sonra təxminən 2020-ci ilin mart-aprel aylarında həmin ağacın kəsildiyi yerdə qeyri-yaşayış obyekti inşa edilmişdir və həmin şam ağacının kəsilmiş gövdəsi obyektin beton döşəməsinin altında qalmışdır. Bu səbəbdən də, həmin ağacın qalıq hissəsinə aqronomun (mütəxəssis) iştirakı ilə baxış keçirilməsi mümkün olmamışdır. 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları iş üzrə istintaq zamanı verdikləri ifadələrində həmin ağacın kəsilmiş gövdəsini aşkar edərək, həmin gövdənin köküstə ya və sağlam vəziyyətdə olduğunu bildirmişlər. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 15 sentyabr 2020-ci il tarixli 7/500-9/2907 saylı məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumatından görünür ki, ekspertlər qarşısında qoyulmuş sualların həlli üçün zəruri olan bioloji məlumatlar (ağacın yaşı, göbələk və həşəratlar tərəfindən oduncağın zədələnməsi dərəcəsi, əgər ağacda çürümə prosesi baş veribsə, oduncağın və qabıq hissələrinin rənginin dəyişməsi və yumşalma dərəcəsinin, eləcə də ağacın inkişafdan dayanmasının müəyyən edilməsi) əks etdirən aqronomun (mütəxəssis) rəyi Mərkəzə təqdim edilmədiyindən, tədqiqat obyekti olan ağacın - Eldar şamının obyektiv qiymətləndirilməsi mümkün olmadığından, «Məhkəmə ekspertizası fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinə və «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzində ekspertizaların aparılmasının təşkili haqqında Təlimat»ın 3.2-ci bəndinə əsasən hazırkı ekspertizanın aparılmasından imtina edilərək iş üzrə materiallar icrasız geri qaytarılmışdır. Göründüyü kimi, Məhkəmə Ekspertizası Mərkəzinin ekspertləri Pərvanə Rüstəmova və Qalib Əliyev əlavə tədqiqat obyektlərinin və iş üzrə materialların təqdim edilməsi barədə istintaq orqanına ünvanladıqları vəsatətlərində ağacın kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi üçün həmin məlumatların əhəmiyyət kəsb etməsini qeyd etməklə, kəsilmiş ağacın cinsini (növünü) mübahisələndirməmişlər. Buna baxmayaraq birinci instansiya məhkəmə baxışı zamanı müdafiə tərəfinin vəsatətinə əsasən xx.xx.2020-ci il tarixdə təyin olunaraq aqronom mütəxəssis cəlb olunmaqla keçirilmiş təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının 28 dekabr 2020-ci il tarixli 9/55657/866 nömrəli rəyində nəticəyə gəlinmişdir ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində kəsilmiş 01 ədəd diametri 45 sm olan ağacın cinsi şamkimilər fəsiləsinə aid olan iynəyarpaqlı küknar ağacıdır. Həmin rəylə razılaşmayaraq tərəfindən bir daha təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatətlə məhkəməyə müraciət olunmuş və vəsatət təmin olunaraq bir daha təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının keçirilməsi barədə 10 mart 2021-ci il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərar əsasında keçirilmiş kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının 21 may 2021-ci il tarixli 9/2541-7/401 nömrəli rəyində göstərilmişdir ki, Göyçay şəhəri M.Ə.Rəsulzadə küçəsində kəsilmiş 01 ədəd ağacın cinsi (növü) iynəyarpaqlılara aid olan həmişəyaşıl sərv ağacı, yaşı 45, diametri 40 sm-dir. Göründüyü kimi ibtidai istintaq zamanı keçirilmiş kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının rəyi ilə məhkəmə istintaqı zamanı keçirilmiş təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının rəyləri arasında kifayət qədər əhəmiyyətli ziddiyyətlər olmuş və həmin rəylər kifayət qədər əsaslandırılmamışdır. Belə ki, təkrar kompleks məhkəmə bioloji və əmtəəşünaslıq ekspertizasının rəyləri iş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Göyçay X18 Mərkəzinin mütəxəssis rəylərindən köçürülmüş, ekspertlər tərəfindən heç bir tədqiqat və müayinə aparılmadan, rəylər arasında olan ziddiyyətlər aydınlaşdırılıb aradan qaldırılmadan nəticəyə gəlinmişdir. Birinci instansiya məhkəməsi ekspert rəyləri arasında olan ziddiyətləri aradan qaldırmadan sonuncu rəyə (cinayətin predmeti olan ağacın cinsinin hansı mötəbər dəlillərə əsasən müəyyən edildiyi rəydən görünmür) əsaslanmaqla Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə əməlində cinayət tərkibi olmaması əsası ilə bəraət vermişdir. Belə ki, birinci instansiya məhkəməsi hökmündə də qeyd etdiyi kimi, cinayətin predmeti olan ağacın cinsinin məhz Eldar şamı olması 18 fevral 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X9 və X2 Göyçay şəhəri üzrə birinci qrupun əməkdaşı, baş məsləhətçi Şahid1 tərtib etdiyi 014 saylı aktla, 04 mart 2020-ci il tarixdə 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi, müfəttiş Şahid4 və məsləhətçisi, müfəttiş Şahid5 tərəfindən tərtib olunmuş aktla və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 iyun 2020-ci il tarixli 9/1338-7/225 saylı rəyi ilə müəyyən olunmuşdur. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası onu xatırlatmağı zəruri bilir ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun 14 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Göyçay Rayon Məhkəməsinin inzibati binasında maddi sübut kimi saxlanılan ağac kötüyünə baxış keçirilmiş və həmin kötüyün həmişəyaşıl Sərv bitkisinə aid olduğu müəyyən edilmişdir. Eyni zamanda Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun 07 oktyabr 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki, maddi sübut kimi təqdim edilmiş kötük elmi adı Cupressus sempervirens – həmişəyaşıl sərv olan bitkiyə aiddir. Kötüyün qabığının forması və rəngi, kök sisteminin qurluşu, gövdənin forması, oduncağın rəngi maddi sübut kimi təqdim olunan kötüyün həmişəyaşıl sərv ağacına aid olduğunu göstərir. Eyni zamanda istintaq materialında olan 2 fotoşəkilə də baxış keçirilmişdir. Birinci fotoşəkildə göstərilən bütöv ağac Azərbaycanın qırmızı kitabına salınmış elmi adı Pinus eldarica – Eldar şamı ağacına aiddir. Kəsilmiş ağac kötüyü əksini tapmış ikinci fotoşəkildə eldar şamına aiddir. Bundan başqa birinci instansiya məhkəməsi hökmdə əsassız olaraq belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs ittihamda qeyd olunan ağacın kəsilməsi barədə qanunsuz göstəriş verməklə birbaşa və ya dolayı şəkildə hər hansı üstünlük əldə etməmiş, vətəndaş Şahid3 həmin ağac kəsilməmişdən öncə ağacın yerləşdiyi torpaq sahəsinin ona satılması ilə bağlı təqsirləndirilən şəxsə heç bir müraciəti olmamış, ağac kəsildikdən sonra da Şahid3 təqsirləndirilən şəxslə hər hansı qanunazidd təması olmamış, Şahid3 qeyriyaşayış obyektinin sahəsinin artırılması ilə bağlı razılığı təqsirləndirilən şəxsdən deyil, icra hakimiyyətindən almışdır. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, həmin ağacın elektrik xətlərinə yaxın olması barədə Şahid3 və adlarını unutduğu bir neçə vətəndaş tərəfindən ona şifahi müraciətlər daxil olmuşdur. Lakin onun səhvi ondan ibarətdir ki, Göyçay elektrik şəbəkəsinə bununla bağlı məlumat verməmiş və həmin ağacın kəsilməsi ilə bağlı özbaşına qərar qəbul etmişdir. Həmin ağacın elektrik xətlərinə yaxın olan hissələrini budamaqda olardı. Lakin bu hissədə səhvə yol verərək həmin ağacın kökündən kəsilməsi barədə göstəriş vermişdir. Halbuki, ibtidai istintaq zamanı 01 (bir) ədəd Eldar şamı cinsindən olan ağacın kəsildiyi yerə Göyçay Elektrik şəbəkəsinin əməkdaşının iştirakı ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, 2020-ci ilin fevral ayında bələdiyyə sədrinin göstərişi ilə kəsilmiş 01 ədəd şam ağacının yerində 1 mərtəbəli qeyri yaşayış obyekti inşa edilmişdir. Belə ki, kəsildikdən sonra həmin ağacın yaxınlığında Şahid3 məxsus 1 mərtəbəli qeyri-yaşayış obyekti ağac kəsilən istiqamətdə 20,2 kv.m ölçüdə genişləndirilmişdir. Kəsilmiş ağacın kökü isə genişlədirilmiş obyektin mərkəzinə düşür. Eyni zamanda baxış zamanı müəyyən olunmuşdur ki, bilavasitə kəsilmiş ağacın yerləşdiyi yerin üzərindən hər hansı elektrik xətti keçmir, həmçinin kəsilmiş ağac yaxınlıqda olan elektrik xətlərinə münasibətdə təhlükə mənbəyi olmamışdır. Həmçinin ibtidai istintaq zamanı alınmış "xxxx" ASC-nin “Mərkəzi Aran” X10 və Satışı İdarəsinin Göyçay Elektrik Şəbəkəsinin xx.xx.2020-ci il tarixli 531 nömrəli məktubdan görünür ki, Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yaş halda olan 01 ədəd Eldar şamı kəsilməmişdən əvvəl yaxınlıqda olan 10-0,4 kV-luq elektrik veriliş xəttinə heç bir təhlükə mənbəyi olmamış, bununla əlaqədar Göyçay Elektrik şəbəkəsinə hər hansı şikayət və ya müraciət daxil olmamışdır Bununla bərabər işdə olan sübutlarin qiymətləndirilməsi qərarından görünür ki, Təqsirləndirilən şəxs bələdiyyə sədri kimi ağacın kəsildiyi torpaq sahəsinin genişləndirilən obyekt sahibinin güya istifadəsində olması barədə Rayon İcra Hakimiyyətinə təqdim olunması üçün Şahid3 xx.xx.2018-ci il tarixli saxta arayış vermiş, arayış əsasında həmin obyektin genişləndirilməsi barədə sərəncam verilmişdir. Bu hissədə müddət keçdiyindən həmin qərarla CM-in 313-cü maddəsi ilə cinayət təqibinə xitam verilmişdir. Həmçinin məhkəmə ittihamın cinayət predmetinə aid olan ağacın meşə fonduna daxil olmayan ərazidən kəsilməsi ilə bağlı hökmdə göstərmişdir ki, istintaq orqanı ağacın kəsildiyi ərazinin meşə fonduna daxil olmayan ərazi olmasına dair hər hansı mötəbər sübutu əldə etmədən, təqsirləndirilən şəxsə qarşı meşə fonduna daxil olmayan ərazidən ağacın qanunsuz kəsilməsi barədə göstəriş verməsinə görə ittiham irəli sürmüşdür. Halbuki, birinci instansiya məhkəməsinin sorğusuna əsasən "xxxx" MMC-nin Ağsu Layihə-Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyindən görünür ki, ağacın kəsildiyi torpaq sahəsi elektron məlumat bazasında mövcud olan Göyçay rayonu Göyçay bələdiyyəsinə aid DWJ məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına (ümumi istifadədə olan) aiddir. Hökmdə də qeyd olunduğu kimi, Azərbaycan Respublikası Meşə Məcəlləsinin 7-ci maddəsinə əsasən ümumi istifadədə olan yaşıllıqlar (park, meşə-park, bağ, bağça, bulvar ərazisində olan və digər yaşıllıqlar) meşə fonduna daxil olmayan yaşıllıqlara aiddir. Birinci instansiya məhkəməsinin özünün istinad etdiyi "xxxx" MMC-nin Ağsu Layihə- Tədqiqat İdarəsinin mütəxəssisləri tərəfindən verilmiş 25 dekabr 2020-ci il tarixli mütəxəssis rəyində ağacın kəsildiyi torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla yaşayış məntəqələri torpaqlarına (ümumi istifadədə olan) aid edilmişdirsə, həmin torpaqda olan yaşıllıqlarda ümumi istifadədə olan yaşıllıqlara aiddir. CPM-in 124.1 və 124.1.1-ci maddələrinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Bu sübutlar hadisənin cinayət hadisəsi olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub-olmamasmı, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olubolmamasını, habelə ittihamın düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən digər halları göstərməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsinin iclasında işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün sübutlar və işin obyektiv halları, o cümlədən Təqsirləndirilən şəxs verdiyi ziddiyyətli ifadələr, ona qarşı irəli sürülmüş ittihamın xarakteri, cinayət işi üzrə obyektiv və ədalətli qərar qəbul edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmamış, cinayət işi üzrə məhkəmə baxışı olduqca səthi, natamam, birtərəfli, qeyri-obyektiv və qərəzli aparılmış, iş üçün çox mühüm əhəmiyyət kəsb edən bir sıra hallar və faktlar tədqiq edilməmiş və araşdırılmamış, bütün bunlar isə son nəticədə təqsirləndirilən şəxsə əsassız olaraq irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübut olunmadığına görə bəraət verməsinə səbəb olmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində CM-in 259.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulmuş cinayətin əlamətlərinin mövcud olması, işin faktiki halları, birinci instansiya məhkəməsində tədqiq edilmiş sübütlar, o cümlədən, şahid ifadələri, ekspertiza rəyləri və iş üzrə toplanmış digər təkzibolunmaz sübutlarla təsdiq olunur. Ona görə də təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamla ilə bağlı ibtidai istintaq zamanı toplanmış sübutların şübhə altına alınması üçün hər hansı əsas mövcud olmamışdır. Belə ki, CPM-in 33.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı həyata keçirilərkən bu Məcəllənin 125, 144-146-cı maddələrinin müdəalarının pozulması yolverilməzdir. CPM-in 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir. CPM-in 145.1-ci maddəsini əsasən isə hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Velikova Bolqarıstana qarşı iş üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında gəldiyi hüquqi mövqeyə görə “əsaslı şübhə yeri qoymayan” sübut standartı sübutların qiymətləndirilməsi zamanı bütün işlərə tətbiq edilən ümumi prinsipdir. Lakin belə sübutlar kifayət qədər güclü, aydın və uzlaşdırılmış nəticələrin, yaxud faktlara əsaslanan analoji təkzibolunmaz ehtimalların birgə mövcudluğundan irəli gələ bilər. Yuxarıda şərh olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs münasibətdə cinayət işi üzrə gəldiyi nəticələr üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, bununla da cinayət prosessual qanunvericiliyinin tətbiqində səhvə yol vermişdir. Bu səbəbdən də, Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə bəraət verilməsi barədə Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)-12/2021 nömrəli hökmünün ləğv edilməsi ilə bağlı apellyasiya protestinin dəliləri ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə təqsirliliyi sübuta yetirilməməsi səbəbi ilə bəraət verməkdə haqlı olmamışdır. Məhkəmə kollegiyası CPM-in 125-ci maddəsinin tələbləri baxımından cinayət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tam və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 259.2.4 və 308.1-ci maddələri ilə ona görə ittiham verilmişdir ki, o, vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, meşə fonduna daxil olmayan ağacın qanunsuz kəsilməsi barədə göstəriş verməklə təbiətə külli miqdarda ziyan vurmuşdur. Belə ki, o, Göyçay şəhər Bələdiyyəsinin sədri olmaqla hüquqi əhəmiyyət kəsb edən hərəkətlər etmək, əmr və sərəncamlar vermək, bələdiyyənin qərarlarını imzalamaq və digər təşkilati-sərəncamverici funksiyaları yerinə yetirmək səlahiyyətlərinə malik vəzifəli şəxs kimi xidməti vəzifələrinin icrası ilə əlaqədar üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə, yəni Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində, köhnə uşaq xəstəxanası ilə üzbəüz yerləşən Şahid3 məxsus qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edib Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 sentyabr 2005-ci il tarixli 173 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının meşə fonduna daxil olmayan ağac-kol bitkilərinin istifadəsi, mühafizəsi və qorunması” Qaydalarının 7-ci bəndinin tələbinə zidd olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq razılığı olmadan 2020-ci ilin fevral ayında həmin qeyri-yaşayış obyektinin yanında yaş halda olan 01 (bir) ədəd Eldar şamı cinsindən olan ağacın köküstə kəsilməsi barədə cinayətdən xəbərsiz olan Şahid2 qanunsuz göstəriş vermiş və sonuncu tərəfindən həmin ağacın kəsilməsi nəticəsində təbiətə külli miqdarda yəni, 18.000 (on səkkiz min) manat məbləğində maddi ziyan vurmaqla ətraf mühitin, ekoloji tarazlığının mühafizəsi sahəsində cəmiyyətin və dövləti qanunla qorunan mənafelərinə mühüm zərər vuraraq vəzifə səlahiyyətləindən suiistifadə etmişdir. Bundan başqa Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində ona elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, 2015-ci ilin avqust ayından Göyçay şəhər bələdiyyə sədri vəzifəsində çalışır. Bələdiyyə sədri kimi onun vəzifə səlahiyyətlərinə əhalidən torpaq və əmlak vergilərinin yığılmasını təşkil etmək, bu və digər sahələr üzrə müraciət edən vətəndaşların müraciətlərinə baxmaq, ona aid olan hissədə müraciətləri mümkün qədər həll etmək, aid olmayan müraciətlərin aidiyyatı üzrə göndərilməsini təşkil etmək və s aiddir. Tədbirlər planına əsasən 2020-ci ilin fevral ayının ortalarında Göyçay şəhər ərazisinin bir hissəsində ağacların budaqlarının budanması nəzərdə tutulmuşdur. Həmin ərəfələrdə şəhərin M.Ə.Rəsulzadə küçəsində uşaq xəstəxanasının yaxınında X3 və təmir idarəsinin işçiləri tərəfindən ağacların budaqları budanan zaman həmin yerdən 50-60 metr aralıda keçmiş uşaq xəstəxanası ilə üzbəüz qeyri yaşayış obyektin yanında təxminən 10-12 metr hündürlükdə bir ədəd şam ağacının olduğunu və həmin ağacın elektrik xəttlərinə yaxın olduğunu görüb, gələcəkdə qəza şəraiti yaradacağını düşünüb, eləcə də əvvəllər Şahid3 və adlarını unutduğu bir neçə başqa vətəndaş tərəfindən həmin ağacın qəzalı olması ilə bağlı ona verilmiş şifahi müraciətləri nəzərə alaraq həmin ağacı da kök hissəsindən kəsdirmək qərarına gəlmişdir. Ona görə də, ərazidə işləyən “Bobkat” texnikası üzərində mühərrikli mişarla ağacların budaqlarını budayan Şahid2 çağırıb həmin şam ağacını göstərərək işi yekunlaşdırandan sonra həmin ağacı da kəsmək lazım olduğunu, ona görə də həmin ağacı da kəsməyə ona göstəriş vermişdir. Biraz sonra Şahid2 həmin ağacı aşağı hissəsindən motopila ilə kəsib doğramışdır. Daha sonra ona 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsindən zəng gəlib həmin yerdə kəsilmiş şamı ağacı ilə bağlı maraqlananda, çoxsaylı narazılıqlara və müraciətlərə görə, eləcə də həmin ağacın qəzalı vəziyyətdə olduğuna görə kəsilməsinə göstərişi özünün verdiyini bildirmişdir. Ondan bu barədə rəsmi arayış təqdim etməsini bildirdikləri üçün, 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər idarəsinə həmin ağacın kəsilməsinə özünün göstəriş verməsi ilə bağlı rəsmi arayış vermişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin bildirmişdir ki, həmin ağacın elektrik xətlərinə yaxın olması barədə Şahid3 və adlarını unutduğu bir neçə vətəndaş tərəfindən ona şifahi müraciətlər daxil olmuşdur. Lakin onun səhvi ondan ibarətdir ki, Göyçay elektrik şəbəkəsinə bununla bağlı məlumat verməmiş və həmin ağacın kəsilməsi ilə bağlı özbaşına qərar qəbul etmişdir. Həmin ağacın elektrik xətlərinə yaxın olan hissələrini budamaqda olardı. Lakin bu hissədə səhvə yol verərək həmin ağacın kökündən kəsilməsi barədə göstəriş vermişdir. Həmin ağac tam qurumasada qurumağa doğru getmiş, lakin bununla bağlı bir qədər tez qərar vermişdir. Həmin ağacın kəsilməsi ilə bağlı hər hansı maddi və ya digər marağı olmamışdır. Eyni zamanda həmin ağacın kəsilməsi barədə göstərişi Şahid3 özünə məxsus qeyri-yaşayış obyektini genişləndirə bilməsi məqsədi ilə verməmişdir. Eyni zamanda iş materialında olan təqsirləndirilən şəxsi və müdaifəçisini cinayət işinin materialları ilə tanış etmə haqqında protokolda Təqsirləndirilən şəxs göstərmişdir ki, ağac qəzalı və qurumuş vəziyyətdə olmuşdur, dəymiş ziyanın 18000 manat hesablanması ilə razı deyildir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrində törətdiyi cinayət əməlini mübahisələndirməmiş etiraf etmiş, sadəcə olaraq dəymiş ziyanın məbləğni mübahisələndirmişdir. Bundan başqa təqsirləndirilən şəxsin müdafiəçisi çıxışında Azərbaycan Respublikasının Konstitusiyasının Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli qərarına istinad etməklə göstərmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, tikinti layihəsinin təsdiqlənməsi və tikintiyə qanunvericiliklə müəyyən edilmiş qaydada icazənin verilməsi tikinti işləri aparılacaq ərazidə yaşıllıqların götürülməsi üçün əsas kimi çıxış edir. Lakin, məhkəmə kollegiyası müdafiə tərəfinin bu dəlili ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının Məhkəməsi Plenumunun 29 noyabr 2022-ci il tarixli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259-cu maddəsinin "Qeyd” hissəsinin 1-ci bəndinin və həmin Məcəllənin 314-cü maddəsinin “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 8 və 9-cu maddələri baxımından şərh edilməsinə dair qərarında göstəri ki, Respublika ərazisindəki yaşıllıqların (meşə fondu torpaqlarında, xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar və kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə olunan bitkilərdən ibarət olan yaşıllıqlar istisna olmaqla) götürülməsi mexanizmi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 30 avqust tarixli qərarı ilə təsdiq edilmiş “Yaşıllıqların götürülməsi Qaydası” ilə tənzimlənir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən, yaşıllıqların götürülməsi Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi nəzərə alınmaqla, istifadəsində olan torpaqlarda mərkəzi icra hakimiyyəti orqanlarının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarı əsasında həyata keçirilir. Qaydanın 2.2-ci bəndində yaşıllıqların götürülməsinin yol verildiyi hallar müəyyən edilmişdir. Həmin Qaydanın 2.4-cü bəndinə görə, fiziki və hüquqi şəxslər bu Qаydanın 2.2-ci bəndində nəzərdə tutulan hallarda yaşıllıqların götürülməsi məqsədi ilə istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməlidirlər. Yaşıllıqların götürülməsinə dair ərizə müvafiq mərkəzi icra hakimiyyəti orqanında, yerli icra hakimiyyəti orqanında və ya bələdiyyədə qeydiyyata alınır, 2 (iki) təqvim günü ərzində həmin qurum tərəfindən təqdim olunmuş sənədlər yoxlanılır və imtinaya əsas olmadığı təqdirdə, yaşıllıqların götürülməsinə dair rəyin alınması üçün Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət olunur (“Yaşıllıqların götürülməsi Qaydası”nın 2.7-ci bəndi). Qaydanın 3.1 və 3.2-ci bəndlərinə görə isə bu Qaydanın 2.7-ci bəndinə uyğun olaraq yaşıllıqların götürülməsinə dair istifadəsində olan torpaq sahələrinə münasibətdə müvafiq mərkəzi icra hakimiyyəti orqanının, digər torpaq sahələrində isə yerli icra hakimiyyəti orqanının və ya bələdiyyənin müraciəti Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeydiyyata alınır və 3 (üç) təqvim günü müddətində onun yerli qurumları tərəfindən təqdim olunmuş sənədlər əsasında yaşıllığa yerində baxış keçirilir və müvafiq rəy tərtib edilir. Yaşıllıqların götürülməsinə dair rəydə yaşıllıqların yerinin dəyişdirilməsinin (kökündən çıxarılmasının) və ya bərpa edilməsi şərtilə kəsilməsinin məqsədəuyğunluğu əsaslandırılmalı, götürülən yaşıllıqların növü, sayı, cinsi, yaşı, diametri, hündürlüyü, bioloji vəziyyəti və gül-çiçək və ot bitkilərinin sahəsi barədə məlumatlar əks olunmalı, həmçinin rəydə müvafiq şərtlər (aqrotexniki, mövsümi, vegetativ və s.) nəzərə alınmaqla işlərin icra müddəti müəyyənləşdirilməlidir. O da göstərilməlidir ki, çoxmənzilli binaların inşası ilə əlaqədar yaşıllıqların götürülməsi məsələsi ilə bağlı normalar şəhərsalma və tikinti fəaliyyətinin hüquqi əsaslarını, prinsiplərini, eləcə də dövlətin, bələdiyyələrin, fiziki və ya hüquqi şəxslərin şəhərsalma və tikinti fəaliyyəti sahəsində hüquq və vəzifələrini müəyyən edən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 57-ci maddəsi ilə tikinti obyektinə dair tələblər müəyyən edilmişdir. Bu tələblərdən biri yaşıllıqların qorunması ilə bağlı olub, tikintinin layihə sənədlərində layihədən əvvəlki və sonrakı dövrlərdə ərazidəki yaşıllıqların vəziyyətini göstərən məlumatların tam və dürüst əks etdirilməsini, yaşıllıqların salınmasının mütləq həmin yaşayış məntəqəsinin yaşıllıqla təmin edilməsi normasına uyğun olmasını nəzərdə tutur. Məcəllənin 83.0.6 və 85.4-cü maddələrinə uyğun olaraq, tikinti layihəsinə ekologiya bölməsi də əlavə edilməlidir. Tikintiyə icazədə tikinti ərazisində olan ağacların, kolların və digər yaşıllıqların mühafizəsi tədbirləri nəzərdə tutulmalıdır. Tikinti layihələrinin icrası nəticəsində götürülən yaşıllıqların miqdarı, növ tərkibi və bərpa dəyəri haqqında məlumatlar tikinti layihəsinin ekologiya bölməsinə daxil edilir. Odur ki, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, tikinti layihəsinin təsdiqlənməsi və tikintiyə qanunvericiliklə müəyyən edilmiş qaydada icazənin verilməsi tikinti işləri aparılacaq ərazidə yaşıllıqların götürülməsi üçün əsas kimi çıxış edir. Bu baxımdan tikinti layihəsinin təsdiqlənməsi, tikintiyə icazənin verilməsi müvafiq ərazidə tikinti işlərinin aparılması məqsədilə yaşıllıqların kəsilməsi (götürülməsi) halında cinayət məsuliyyətinin yaranmasını istisna edir. Halbuki, cinayət işinin gerçək vəziyyətindən aydın olur ki, hazırkı vəziyyətdə təqsirləndirilən şəxs tərəfindən, eləcədə müvafiq icra hakimiyyətə orqanın tərəfindən qanunvericiliyin yuxarıda iqtibas edilmiş tələblərinə əməl olunmamışdır. Ona görə də hazırkı vəziyyətdə tikintiyə icazə sənədinin olması təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsas ola bilməz. Odur ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinib cəzaya məhkum edilməlidir. CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. CM-in 58-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir... Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Onun əməlində CM-in 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bunları nəzərə alan məhkəmə kollegiyası Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 259.2.4 və 308.1-ci maddələrinin sanksiyası həddində və cinayətlərin məcmusu üzrə cəza təyin olunmasını mümkün, məqsədəuyğun və cəzanın məqsədləri baxımından yetərli hesab edir. Təqsirləndirilən şəxs bu əməllərinə görə o, CM-in 259.2.4-cü maddəsinin sanksiyasına uyğun olaraq yeddi min manatdan doqquz min manatadək miqdarda cərimə və ya iki ildən beş ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə, CM-in 308.1-ci maddəsinin sanksiyasına uyğun olaraq isə iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər. Göründüyü kimi, qanunverici CM-in 259.2.4 və 308.1-ci maddələrində nəzərdə tutulan cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsinə görə azadlığın məhdudlaşdırılması növündə cəzanı da nəzərdə tutmuşdur. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxs barəsində CM-in 62-ci maddəsi tətbiq edilməklə cinayətə görə müəyyən edilmiş cəzadan da daha yüngül cəza təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühütü yarada bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsində dövlət ittihamını müdafiə etmiş dövlət ittihamçısı tərəfindən verilən apellyasiya protestinin dəlilləri ümumən əsaslıdır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilməli, Təqsirləndirilən şəxs CM-in 259.2.4 və 308.1-ci maddələri ilə verilmiş ittiham üzrə təqsirliliyinin sübuta yetirilməməsi əsası ilə bəraət verilməsinə dair Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)- 12/2021 nömrəli hökmü ləğv edilməli, Təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılaraq o, CM-in 259.2.4 və 308.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib cəzaya məhkum edilməlidir. CPM-in 398.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü və ya qərarını ləğv edərək yeni hökm və ya qərar çıxara bilər. CPM-in 399.1.2-ci maddəsinə əsasən, məhkəmənin gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması birinci instansiya məhkəməsinin hökmünün ləğv edilməsi üçün əsasdır. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası hökm etdi: Dövlət ittihamçısı1 tərəfindən verilmiş apellyasiya protesti təmin edilsin. Göyçay Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 1(046)-12/2021 nömrəli hökmü ləğv edilsin. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 259.2.4 və 308.1-ci maddələri ilə təqsirli bilinərək, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması, Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla ona qəti olaraq 04 (dörd) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azadlığın məhdudlaşdırılması cəzasının icrası ilə Təqsirləndirilən şəxs üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan daimi yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, Göyçay rayonunun ərazi hüdudlarını tərk etməmək və yaşayış yerini günün müəyyən vaxtı, yəni, axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməmək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin əvvəli məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 220 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN********** AЗ 34 CТРЕ ******************** коd 210005 VÖEN ********** m/h АЗ 41 NABZ 01 3601**********3944 S.W.İ.F.T. Bik: CТRЕAZ 22 hesaba keçirilsin. Hökmün icrası, eləcədə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrasına nəzarəti yaşayış yeri üzrə Göyçay rayonu İcra və Probasiya Şöbəsi həyata keçirsin. Hökm elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Hökmdən CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-3/2023
Şəki Apellyasiya Məhkəməsi Hökm — İş №1(107)-3/2023
08.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver