Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-30/2021 11.02.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hаkimləri Şükürov İmanverdi Həşimxan oğlu (sədrlik edən və məruzəçi), Eyvazov Akif Məhərləm oğlu və Əliyev Rafail Əyyub oğlundаn ibаrət tərkibdə, məhkəmə iclas katibi X5, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğu Dövlət İttihamının müdafiəsi üzrə idarənin prokuroru, İ dərəcəli hüquqşünas X6, Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X7 iştirakı ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-in) 234.2 və 240.1-ci maddələri ilə məhkum edilməsinə dair Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Zaqatala Rayon Məhkəməsinin (sədrlik edən E.Məmmədov) xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmü ilə, xx.xx.1986-cı il tarixdə Zaqatala şəhərində anadan olmuş, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, evli, işləməyən, ünvan 1 mənzil 3 ünvanında daimi qeydiyyatda olmaqla tutulana kimi həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X2 saxlanılan Təqsirləndirilən şəxs2 CM-in 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinib CM-in 234.2- ci maddəsi ilə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-in 240.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Təqsirləndirilən şəxs2 təyin edilmiş cəzalar CM-in 66.2-ci maddəsinə əsasən qismən toplanılma yolu ilə ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 cəzasının çəkilməsinin əvvəlinin xx xxxx 2020-ci il tarixdən hesablanması Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması, Təqsirləndirilən şəxs2 CM-in 93.1.2ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilməsi və onun narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması, onun profilaktiki qeydiyyata alınması üçün hökmün surəti yaşayış yeri üzrə “Zaqatala rayon mərkəzi xəstəxanası” PHŞ-nə göndərilməsi, iş üzrə maddi sübut qismində tanınmış, Zaqatala RPŞ-də saxlanılan Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış bir ədəd zərfdə, 0,118 qram narkotik vasitə - heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə, 0,460 qram narkotik vasitə - heroin, bir ədəd içərisində narkotik vasitə heroin bişirmək üçün şüşə flakon və narkotik vasitə olan heroin bükmək üçün istifadə edilən siqaretin ağ gümüşü kağızı, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə 30 ədəd güclü təsiredici «Tramadol 50mq» həbləri hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməsi, Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Fly» və bir ədəd «Nokia 301» markalı mobil telefonlar Təqsirləndirilən şəxs1 özünə və ya ailə üzvlərinə qaytarılması, bir ədəd kərpiclərin arasından narkotik maddə olan heroin çıxartmaq üçün istifadə edilən «naqqaş» Təqsirləndirilən şəxs2 özünə və ya ailə üzvlərinə qaytarılması, iş üzrə 545,41 manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs2 CM-in 234.2 və 240.1-ci maddələri ilə təqsirli bilinərək məhkum edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,728 qram çəkidə narkotik vasitə olan heroini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə güclü təsir edən maddələrə aid edilmiş, üzərlərində “TPAMADOL 50 mq” yazılmış 03 ədəd bütöv konvolyut və 03 ədəd konvolyut kəsiklərində təsiredici maddəsi tramadol olan və həmin təsir maddəsinin ümumi çəkisi 1,550 qram cəmi 31 ədəd həbi əldə edərək yaşadığı ünvan 1 mənzil 3 ünvanında saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində həmin heroinin 0,218 qram çəkidə olan hissəsini Zaqatala şəhəri, Vidadi Qurbanov küçəsində nisyə şəkildə 10 manata tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, sonuncu tutulduqdan sonra narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilərək xx xxxx 2020-ci il tarixdə, saat 10:45 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evdə axtarış aparılarkən yataq otağındakı şkafda üzərlərində “TPAMADOL 50 mq” yazılmış 03 ədəd bütöv konvolyut və 03 ədəd konvolyut kəsiklərində təsiredici maddəsi tramadol olan və həmin təsir maddəsinin ümumi çəkisi 1,550 qram cəmi 31 ədəd həb, yataq otağındakı çarpayının döşəyinin altında içərisində cüzi miqdarda narkotik vasitə heroin hissəcikləri olan 01 ədəd şüşə flakon və evin həyətində yerləşən ayaqyolunun qarşısındakı yarımtikili divarın kərpiclərinin arasında 0,510 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı çıxarılmışdır. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmündən Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin və prosses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs2 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, onun barəsində əvvəlcə CM-in 234.1 və 240.1-ci maddəsilə cinayət işi açılmasına baxmayaraq ibtidai istintaq zamanı CM-in 234.1-ci maddəsi CM-in 234.2-ci maddəsinə tövsif edilmişdir. Təqsirləndirilən şəxs1 ilə üzləşmə zamanı onun guya Emilə narkotik vasitə satdığını demişlər. Halbuki üzərinə və evinə baxış zamanı heç bur narkotik vasitə aşkar edilməmişdir. Axtarış zamanı onu evindən psixatrop maddə olan Tramadol tapılmışdır. O da həmin dərmanı özünün müalicəsi üçün saxladığını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs1 narkotik vasitə satmamışdır. Odur ki, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmünün ləğv edilməsini, törətdiyi cinayətə görə cəza təyin edilməsini, cəza təyin edilərkən himayəsində azyaşlı uşağının, xəstə və yaşlı valideynlərinin olmasının, özünün səhhətində problemlərin olmasının, evin yeganə qazanc gətirəni olmasının nəzərə alınmasını xahiş etmişdir. Məhkəmənin hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X13 bildirdi ki, təqsirləndirilən şəxsin təqsirləndirildiyi cinayət əməlini törətməsi işdə olan sübutlarla tam sübuta yetirilir. Ona görə də hökmün qanuni və əsaslı, təyin edilmiş cəzanın isə ədalətli olmasının nəzərə alınaraq apellyasiya şikayətinin təmin edilməməsini, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmünün isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs2 müdafiəçisi X1 Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmünün ləğv edilməsini və barəsində ədalətli qərar çıxarılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında son sözlə çıxış edən təqsirləndirilən şəxs Nağıyev X9 Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmünün ləğv edilməsini, törətdiyi cinayətə görə cəza təyin edilməsini, cəza təyin edilərkən himayəsində azyaşlı uşağının, xəstə və yaşlı valideynlərinin olmasının, özünün səhhətində problemlərin olmasının, evin yeganə qazanc gətirəni olmasının nəzərə alınaraq, təyin edilmiş cəzanın yüngülləşdirilməsini xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-in) 397.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və CPM-in normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. CPM-in 398.1.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarının dəyişdirilmədən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin isə təmin etmədən saxlamaq haqqında qərar qəbul edə bilər. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin və müdafiəçisinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihamçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesab edir ki, aşağıdakı əsaslara görə Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmü ona münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 ona CM-in 234.2cü və 240.1-cı maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o özünü CM-in 234.1-cı maddəsi ilə təqsirli bilir. O, xəstə olduğundan tramadol dərmanlarını qəbul edir. Narkotik maddələrin və vasitələrin satışı ilə məşğul deyil. İş materiallarında satış barədə yazılanlar yalandır. O,Təqsirləndirilən şəxs1 heç bir narkotik maddə satmamışdır. Özü qəssab işləyir və evində tapılan telefonu Təqsirləndirilən şəxs1 borc əvəzi vermişdir. O, 2 aydır ki, ayağında olan şiş səbəbi ilə yeriyə bilmir, polis əməkdaşları onu evindən aparanda da xəstə olduğunu bildirmişdir. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 birinci instansiya məhkəməsində ona CM-in 234.2-ci və 240.1-cı maddələri ilə irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ümumiyyətlə Təqsirləndirilən şəxs1 və Şahid4 narkotik vasitə olan heroin satmamışdır. Bundan başqa yaşadığı evin tualetinin qabağında olan kərpiclərin arasından tapılmış bir bükümdə ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin onun özünə məxsus olmamış, həmin yerdə narkotik vasitə olan heroini saxlamamışdır. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla, tədqiq edilmiş təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, ünvan 1 mənzil 3 ünvanında atası Elxan, anası Səhrəbanı, arvadı Şəhla və az yaşlı qızı Zəhra ilə birlikdə yaşayır, təxminən 2 ilə yaxındır ki, narkotik vasitə olan heroindən istifadə edir, narkotik vasitə olan heroini şpiris vasitəsi ilə damara vurmaqla qəbul edir, xx xxxx 2020-ci il tarixdə, saat təxminən 11 radələrində yaşadığı evdə olan vaxt Zaqatala rayon polis şöbəsinin əməkdaşları onun yaşadığı evə gələrək Zaqatala Rayon Məhkəməsinin yaşadığı evdə axtarış aparılmasına icazə verilməsi barədə qərarını təqdim etmiş, qərarla tanış olduqdan sonra yaşadığı evdə axtarış aparılmasına razılıq vermiş, onun iştirakı ilə yaşadığı evə baxış keçirilmiş, baxış zamanı onun yaşadığı evdə yataq otağında olan şkafdan 31 ədəd tramadol həbləri, yatdığı çarpayının döşəyinin altından isə narkotik vasitə olan heroini bişirmək üçün istifadə etdiyi şüşə ampula, həmçinin yataq otağından 27 ədəd «Amitriptilin 25mq» həbi, 17 ədəd «Bromqeksin 8mq» həbi, 1 ədəd «İmeprofen» həbi, bir ədəd isə ad hissəsi cırılıb atılmış həb, 1 ampula «Faro Carn 200mq», 1 ampula «Dimedrol», 1 ampula «Kakorbaksiloza», 2 ampula «Askorbinova kislota», 2 ampula «Novakain» aşkar olunmuş, həmçinin həmin vaxt yataq otağında ziyarətdən gəlmiş bir ədəd kağız bükümdə olan torpağı da polis əməkdaşları aşkar edərək götürmüş, yataq otağında şkafın müxtəlif yerlərindən 8 ədəd «Bakı», 1 ədəd «LD», 1 ədəd «Vinchester blue», 2 ədəd «Kinqstone» siqaretləri aşkar olunaraq götürülmüş, bundan başqa yaşadığı evdə yataq otağından şkafdan 1 ədəd «Fly», 2 ədəd «Samsung», 5 ədəd «Nokia», 1 ədəd «İphone» markalı mobil telefonlar aşkar olunmuş, həmin vaxt yaşadığı evdən ailə üzvlərinin və özünün istifadə etdiyi narkotik tərkibli olmayan dərmanlar da şkafdan çıxmış, bundan sonra polis əməkdaşları onun yaşadığı evin aynabənd hissəsində axtarış aparmış, axtarış zamanı aynabənddə olan şkafdan «Lopril H 10mq», «Ketotifen 1mq» və «Bisoqamma 10mq» dərmanları aşkar olunaraq zərfə qoyulub qablaşdırılmış, bundan başqa yaşadığı evin tualetinin qabağında olan kərpiclərin arasından bir bükümdə ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunmuş, həmin kütlə tərəzidə çəkilmiş və bir ədəd zərfə qoyularaq qablaşdırılmışdır. Yaşadığı evdən aşkar olunmuş tramadol həblərini təxminən 1 ilə yaxındır ki, Masallı rayonundan tanımadığı şəxsdən özü istifadə etmək üçün almış, Təqsirləndirilən şəxs1 Zaqatala şəhər sakini kimi tanımış, əvvəllər, yəni təxminən 1-2 ay əvvəl Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satmış, xx xxxx 2020-ci il tarixdə isə Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satmamış, «Fly» markalı mobil telefonu Təqsirləndirilən şəxs1 pul əvəzində almış, Təqsirləndirilən şəxs1 narkotik vasitə satıb əvəzində mobil telefon almamış, “Nokia” markalı mobil telefon isə Təqsirləndirilən şəxs1 məxsus deyil, «Fly» markalı mobil telefonu isə pul borcunun əvəzində Emilin özü ona vermişdir. Şahid4 adlı şəxsi tanıyır, onunla yaxın münasibəti olmuş, xx xxxx 2020-ci il tarixdə Şahid4 20 manat müqabilində narkotik vasitə olan heroin satmışdır. Məhkəmə kollegiyasının iclasında elan olunmaqla, tədqiq edilmiş digər Təqsirləndirilən şəxs1 birinci instansiya məhkəməsinin iclasında ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır, narkotik vasitə olan heroindən vaxtaşırı olaraq istifadə edir, narkomaniyadan əzab çəkir. Üzərində aşkar edilmiş heroini Zaqatala şəhəri, V.Qurbanov küçəsində yerləşən körpünün sağ tərəfində daşın üstündən tapmışdır. xx xxxx 2020-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı küçə ilə evləri istiqamətində hərəkət edən vaxt mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Zaqatala rayon polis şöbəsinə dəvət etmiş, o da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Zaqatala rayon polis şöbəsinə getmiş, Zaqatala rayon polis şöbəsində onu şübhəli şəxs qismində tutularaq üzərinə baxış keçiriləcəyi elan edilmiş, Zaqatala rayon polis şöbəsində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış edilmiş, şəxsi axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibindən özü istifadə etmək üçün saxladığı narkotik vasitə heroini çıxardaraq təqdim etmişdir. O, Kənandan narkotik vasitə olan heroin almamışdır. Kənanı şəhər sakini kimi əvvəllər tanımışdır. Kənanın ət satışı ilə məşğul olduğunu bilir. Kənanın evindən çıxan özünə məxsus 3 ədəd «Lenova», «Fly» və «Nokia» markalı mobil telefonları Kənandan aldığı ətin pulunun əvəzinə vermişdir. İstintaqda düzgün ifadə verməmişdir. İstintaq zamanı heroini Kənandan aldığını desə də bu doğru deyildir. Kənanın adını çəkməsini izah etməkdə çətinlik çəkir. Həqiqəti indi söyləyir. İstintaq zamanı ona heç bir təzyiq olmamışdır. Hazırda əməlindən peşmandır. Hazırda öyrənilən işdən bəlli olur ki, təqsirləndirilən şəxs özünü CM-in 240.1-ci maddəsi ilə təqsirli bilsədə, CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməmiş, həmçinin təqsirləndirilən şəxs və müdafiəçisi hər hansı yeni bir sübutun tədqiq edilməsinə ehtiyac bilməmiş, eləcədə məhkəmə kollegiyası da buna zərurət görməmişdir. İşə yenidən baxan apellyasiya instansiya məhkəməsi aşağıda tədqiq edilən sübutlara görə təqsirləndirilən şəxsin həm birinci, həm də apellyasiya məhkəməsinin iclasında CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməməsi ilə bağlı verdiyi ifadələri qeyri səmimi və uyğun olaraq bununla bağlı apellyasiya şikayətinin dəlillərini əsaslı saymır. Çünki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs2 ifadəsində yaşadığı evdən aşkar olunmuş tramadol həblərini təxminən 1 ilə yaxındır ki, Masallı rayonundan tanımadığı şəxsdən özü istifadə etmək üçün aldığını, yaşadığı evin tualetinin qabağında olan kərpiclərin arasından bir bükümdə ağ rəngli sellofana bükülmüş narkotik vasitə olan heroinin aşkar edildiyini, təxminən 1-2 ay əvvəl Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroin satdığını, Şahid4 adlı şəxsi tanıdığını, onunla yaxın münasibəti olduğunu, xx xxxx 2020-ci il tarixdə Şahid4 20 manat müqabilində narkotik vasitə olan heroin satdığını etiraf etmişdir. Həmin ifadə müdafiəçinin iştirakı ilə, həmçinin təsirləndirilən şəxs həmin ifadəni verərkən ona hər hansı bir fiziki zor, işgəncə verilmədiyini göstərmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin xx.xx.2006-cı il tarixli “Andandonski Rusiyaya qarşı” iş üzrə gəldiyi qərarında qeyd edilmişdir ki, təqsirləndirilən şəxs tərəfindən ibtidai istintaq və məhkəmə baxışında müdafiə hüququ pozulmamaqla verilmiş ifadələr məhkəmə tərəfindən yekun qərar qəbul edilərkən sübut kimi nəzərə alınmaqla, bu Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 3-cü bəndinin “d” yarımbəndinin pozuntusu hesab edilə bilməz. Bu baxımdan, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin həm birinci instansiya məhkəməsində, həm də hazırkı məhkəmə kollegiyasının iclasında özünü qismən təqsirli bilməsi ilə bağlı verdiyi ifadəsini qeyri səmimi qəbul etməklə inandırıcı bilmir. Məhkəmə kollegiyasının gəldiyi bu qənaət həm də aşağıdakı sübutlardan irəli gəlir. Belə ki, məhkəmə kollegiyasının iclasında elan olunmaqla, tədqiq edilmiş Təqsirləndirilən şəxs1 birnci instansiya məhkəməsinin iclasında onda aşkar edilmiş narkotik vasitəni Təqsirləndirilən şəxs2 almadığını bildirsə də, ibtidai istintaq zamanı vəkilin iştirakı ilə verdiyi ifadəsində ona elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotik vasitə olan heroindən vaxtaşırı olaraq istifadə edir, istifadə etdiyi heroini Zaqatala şəhər sakini Kənan adlı şəxsdən almış, Kənandan mütəmadi olaraq narkotik vasitə olan heroin aldığı üçün Kənan ona hərdən nisyə də heroin verir, o da sonra Kənanın pulunu verir, son vaxtlar maddi çətinliyi olduğu üçün özünə məxsus 3 ədəd «Lenova», «Fly» və «Nokia» markalı mobil telefonları Kənanda girov qoyaraq əvəzində narkotik vasitə olan heroin almış, xx xxxx 2020-ci il tarixdə yenə bədənində ağrılar olduğu üçün tanımadığı şəxsin mobil telefonu ilə səhər saatlarında Kənanın istifadə etdiyi ***-***-**-** mobil nömrəsinə zəng edərək ondan nisiyə heroin istəmiş, Kənan ona verəcəyi narkotik vasitə olan heroini Zaqatala şəhəri, V.Qurbanov küçəsində yerləşən körpünün sağ tərəfində daşın üstünə qoyacağını bildirmiş, o, Kənanla danışdıqdan təxminən 30 dəqiqə sonra Kənanın dediyi Zaqatala şəhəri, V.Qurbanov küçəsində yerləşən körpünün sağ tərəfinə getmiş, həmin yerdə siqaretin gümüşü rəngli kağızının bükülmüş vəziyyətdə daşın üstündə olduğunu görmüş, həmin bükülünü götürüb açıb baxdıqda narkotik vasitə olan heroin olduğunu görmüş, həmin bükülünü evdə istifadə etmək üçün əynində olan şalvarın sağ yan cibinə qoyaraq yaşadığı ünvan 2 ünvanına doğru piyada hərəkət etməyə başlamış, xx xxxx 2020-ci il tarixdə saat təxminən 13 radələrində yaşadığı küçə ilə evləri istiqamətində hərəkət edən vaxt mülki geyimli polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Zaqatala rayon polis şöbəsinə dəvət etmiş, o da polis əməkdaşlarına heç bir etiraz etməyərək onlarla birlikdə Zaqatala rayon polis şöbəsinə getmiş, Zaqatala rayon polis şöbəsində o, şübhəli şəxs qismində tutularaq üzərinə baxış keçiriləcəyi elan edilmiş, Zaqatala rayon polis şöbəsində vəkilin iştirakı ilə üzərində şəxsi axtarış edilmiş, şəxsi axtarış zamanı o, əynində olan şalvarın sağ yan cibindən özü istifadə etmək üçün aldığı narkotik vasitə heroini çıxardaraq təqdim etmişdir. Narkotik vasitə olan heroindən ineksiya yolu ilə istifadə edir, üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini də özü istifadə etmək üçün xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Zaqatala şəhər sakini əvvəllər tanıdığı Kənan adlı şəxsdən nisyə 10 manata almışdır. Həmçinin, Təqsirləndirilən şəxs1 ifadəsində göstərdiyi bu xüsusatlar X17 Nağıyev arasında olan üzləşdirmə protokolu ilə bir daha təsdiq olunur. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid1 birinci instansiya məhkəməsinin iclasında verdiyi ifadəsində göstərmişdir ki, 2020-ci ilin aprel ayından Zaqatala rayon polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun baş əməliyyat müvəkkili vəzifəsində xidmət edir, xx xxxx 2020-ci il tarixdə, saat 13 radələrində Zaqatala şəhəri ərazisində xidmətdə olan vaxt narkotik vasitələrin qəbulunda şübhəli olan Təqsirləndirilən şəxs1 yaşadığı Zaqatala şəhəri, Bülbül küçəsində özünü şübhəli aparması müşahidə edilmiş, buna görə də Zaqatala RPŞ-nin NMQ-nun əməliyyat müvəkkili Elvin Kərimovla birlikdə Təqsirləndirilən şəxs1 yaxınlaşaraq özlərini təqdim edərək Zaqatala rayon polis şöbəsinə dəvət etmiş, Zaqatala rayon polis şöbəsində Təqsirləndirilən şəxs1 narkotiklərin daşımasında şübhəli olduğu üçün gətirməsi barədə raport yazmış və sonra Zaqatala rayon polis şöbəsində müdafiəçinin iştirakı ilə təhqiqatçı Namiq Orucov tərəfindən Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməsinə başlanılmış, Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilməzdən əvvəl təhqiqatçı Namiq Orucov ona üzərində qanunsuz saxladığı narkotik vasitə, silah və cinayət xarakterli digər əşyalar olduğu halda təqdim etməsini təklif etmiş, həmin vaxt Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli siqaret kağızını bükülü vəziyyətdə bükülünü çıxardaraq həmin bükülünün içərisində narkotik vasitə olan heroin olduğunu, həmin heroini Zaqatala şəhər sakini Kənan adlı şəxsdən 10 manata aldığını bildirmiş, Təqsirləndirilən şəxs1 təqdim etdiyi bükülü açıldıqda içərisində spesifik iyili, toz halında narkotik vasitə olan heroin olduğu müəyyən edilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş və 0,31 qram çəkidə olduğu müəyyən edilmiş, bundan sonra Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir bükümdə olan narkotik vasitə heroin ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. xx xxxx 2020-ci il tarixdə Zaqatala rayon polis şöbəsinin müstəntiqi İsa Çıraqov tərəfindən X8 narkotik vasitə olan heroin satmış Təqsirləndirilən şəxs2 ünvan 1 mənzil 3 ünvanında yerləşən evində və evinin həyətində axtarış aparılması haqqında Zaqatala rayon məhkəməsindən almış olduğu qərara əsasən qeyd edilən ünvana getmiş, Təqsirləndirilən şəxs2 yaşadığı evdə axtarış aparılmasında iştirak etmək üçün onunla bir yerdə Zaqatala RPŞ-nin CAB-nin kiçik inspektoru Şahid2 də iştirak etmiş, Təqsirləndirilən şəxs2 Zaqatala rayon məhkəməsinin qərarı elan edildikdən sonra evdə axtarış aparılmasına başlanılmış, axtarış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin yataq otağında olan şkafdan 31 ədəd tramadol həbləri, yatdığı çarpayının döşəyinin altından isə narkotik vasitə olan heroini bişirmək üçün istifadə etdiyi şüşə ampula, həmçinin yataq otağından bundan başqa 27 ədəd «Amitriptilin 25 mq» həbi, 17 ədəd «Bromqeksin 8mq» həbi, 1 ədəd «İmeprofen» həbi, bir ədəd isə ad hissəsi cırılıb atılmış həb, 1 ampula «Faro Carn 200 mq», 1 ampula «Dimedrol», 1 ampula «Kakorbaksiloza», 2 ampula «Askorbinova kislota», 2 ampula «Novakain», yataq otağında bir ədəd kağız bükümdə olan torpaq, şkafın müxtəlif yerlərindən 8 ədəd «Bakı», 1 ədəd «LD», 1 ədəd «Vinchester blue», 2 ədəd «Kinqstone» siqaretləri aşkar olunmuş, Təqsirləndirilən şəxs2 yaşadığı evin yataq otağından aşkar olunmuş həblər, siqaret dənələri, ampulalar, narkotik vasitə bişirmək üçün istifadə edilən ampula və torpaq ekspertizaya göndərilməsi üçün zərflərə qoyularaq qablaşdırılmış və möhürlənmiş, bundan başqa yataq otağında şkafdan 1 ədəd «Fly», 2 ədəd «Samsung», 5 ədəd «Nokia», 1 ədəd «İphone» markalı mobil telefonlar, cəmi 9 ədəd mobil telefon aşkar olunmuş, Təqsirləndirilən şəxs2 yaşadığı evin aynabənd hissəsində axtarış aparılarkən aynabənddə olan şkafdan «Lopril H 10mq», «Ketotifen 1 mq» və «Bisoqamma 10 mq» dərmanları aşkar olunmuş, zərfə qoyularaq qabşaldırılmış, daha sonra Təqsirləndirilən şəxs2 yaşadığı evin qabağında həyət kimi istifadə etdikləri yerdə olan tualetin qabağında yarımçıq hörülmüş vəziyyətdə olan kərpiclərin arasından bir bükümdə ağ rəngli şəffav sellofana bükülmüş narkotik vasitə olan heroin aşkar olunmış, həmin heroin tərəzidə çəkilmiş, 0,58 qram çəkidə olduğu müəyyən edilmiş, həmin narkotik vasitə olan heroin ekspertizaya göndərilməsi üçün bir ədəd zərfə qoyularaq qablaşdırılmış və möhürlənmiş, həmçinin həmin vaxt kərpiclərin arasından bir ədəd «naqqaş» da aşkar olunmuş, kərpiclərin arası yumru vəziyyətdə və boş olduğu üçün oradan əllə heç bir əşya çıxartmaq mümkün olmadığından ancaq «naqqaşdan» istifadə etməklə əşyaları çıxartmaq mümkün olmuş, həmin kərpiclərin arasından çıxan bir bükümdə olan narkotik vasitə heroin də «naqqaş» vasitəsi ilə kərpiclərin arasından çıxarılmışdır. Məhkəmə kollegiyasının iclasında ifadələri elan olunmaqla tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid2 və Şahid3 birinci instansiya məhkəməsinin iclasında Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdiklərini təsdiq etmişlər. Məhkəmə kollegiyasının iclasında ifadəsi elan olunmaqla tədqiq edilmiş Şahid4 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, təxminən iki ilə yaxındır ki, narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edir, həftədə 1 dəfə narkotik vasitə olan qurudulmuş marixuananı siqaretdə çəkmə yolu ilə istifadə edir, hər dəfə istifadə etdiyi narkotik vasitəni Zaqatala şəhər sakini kimi tanıdığı Təqsirləndirilən şəxs2 almış, təxminən 1 ay bundan əvvəl yenə istifadə etdiyi ***-***-**-** nömrəsindən Kənanın istifadə etdiyi ***-***-**-** nömrəsinə zəng vuraraq narkotik vasitə olan qurudulmuş marixuana istəmiş, lakin Kənan ona qurudulmuş marixuana olmadığını, əvəzində narkotik vasitə olan heroin olduğunu bildirərək heroin istifadə etməyi təklif etmiş, o da bundan sonra Kənanla görüşərək 20 manata bir bükümdə narkotik vasitə olan heroin almış, həmin heroini siqaretin gümüşü kağızının üzərinə tökərək altdan yandırıb tüstüsünü qəbul etmək yolu ilə istifadə etmiş, lakin həmin formada istifadə xoşuna gəlməmiş, təxminən 30-xx xxx 2020-ci il tarixdə yenidən Kənanın istifadə etdiyi 070- 517- 66-62 mobil telefon nömrəsinə öz istifadəsində olan ***-***-**-** nömrəsindən zəng vuraraq narkotik vasitə olan heroinin tüstüsünü qəbul etmək yolu ilə istifadə etməkdən xoşu gəlmədiyini bildirmiş, Kənandan heroini başqa hansı formada istifadə edə biləcəyini soruşduqda Kənan isə ona heroini şpiris vasitəsi ilə damara vurmaq yolu ilə qəbul etməyin daha yaxşı olduğunu demiş, bundan sonra o yenə Kənanla yaşadığı ünvan 4 ünvanda binanın qabağında görüşərək 20 manat pul verib bir bükümdə siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroin almış, həmin heroini Zaqatala şəhəri, keçmiş «Kamxozun həyəti» adlanan yerə gedib özü ilə əvvəlcədən alıb apardığı şüşə flakonun içərisində Kənandan almış olduğu narkotik vasitə olan heroini altından alışqan yandırmaqla maye halına salıb həmin mayeni də şpirislə damarına vurmuş, bundan sonra xx xxxx 2020-ci il tarixdə saat təxminən 16-17 radələrində yenə istifadə etdiyi ***-***-**-** nömrəsindən Təqsirləndirilən şəxs2 istifadə etdiyi ***-***-**-** mobil telefon nömrəsinə zəng vuraraq narkotik vasitə olan heroin istəmiş, Kənan ona 10 dəqiqədən sonra yaşadığı evin yanında olmağı bildirmiş, o da bundan sonra Kənanın dediyi vaxtda yaşadığı ünvan 5 ünvanında binanın qabağına getmiş, Kənan yaşadığı evdən çıxaraq binanın qabağında ondan 20 manat alaraq bir bükümdə siqaretin gümüşü kağızına bükülmüş narkotik vasitə olan heroini ona vermiş, o da, həmin bükülünü Kənandan alıb əlində saxlayaraq Zaqatala şəhəri, keçmiş «Kamxozun həyəti» adlanan yerə gedib özü ilə alıb apardığı şüşə flakonun içərisində alışqanla altdan yandırıb maye halına gətirib 2 qramlıq şpirislə sol qolunun damarına vurmuş, bundan sonra həmin şpirisi və flakonu isə həmin yerin həyətində olan zibillərin arasına atmışdır. Həmçinin Şahid4 ifadəsində göstərmişdir ki, Kənan adlı şəxs Zaqatala şəhər sakini Təqsirləndirilən şəxs2dur, Kənanı təxminən 2-3 ildir ki, qəssab kimi tanımış, daha sonra isə münasibətləri yaxşılaşmış və son iki il ərzində Kənandan özünün istifadə etməsi üçün əvvəllər narkotik vasitə olan qurudulmuş marixuana almış, təxminən 1 ay əvvəldən isə narkotik vasitə olan heroin almağa başlamış, Kənanla münasibəti həmişə yaxşı olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamış, Kənandan narkotik vasitə olan heroini özü istifadə etmək üçün təxminən 10 gündən bir almışdır. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş x xxxx 2020-ci il tarixli şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən bir ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,210 qram narkotik vasitə olan heroin aşkar olunmuşdur. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı ünvan 1 mənzil 3 ünvanında yerləşən evində və evinin həyətində axtarış həyata keçirilmiş və axtarış zamanı yaşadığı evin yataq otağından güclü təsiredici maddə olan 31 ədəd «Tramadol 50 mq» həbi və yaşadığı evin həyətində yerləşən tualetinin qarşısında olan yarımçıq tikilmiş kərpic divarın arasından bir bükümdə 0,510 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs2 yaşadığı evin yataq otağında çarpayının altından bir ədəd içərisində narkotik maddə olan heroini vurmaq üçün hazırlamaq məqsədilə istifadə edilən şüşə flakon, heroin bükmək üçün istifadə edilən siqaretin gümüşü kağızı və şkafdan 1 ədəd «FLY» markalı, 2 ədəd «Samsung» markalı, 5 ədəd «Nokia» markalı və 1 ədəd «İphone» markalı mobil telefonlar aşkar olunaraq götürülmüşdür. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, xx xxxx 2020-ci il tarixdə Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş mobil telefonlar tanınması üçün Təqsirləndirilən şəxs1 təqdim edilmiş və Təqsirləndirilən şəxs1 ona təqdim edilmiş mobil telefonlardan «FLY» və «Nokia 301» markalı mobil telefonları göstərərək həmin mobil telefonların ona məxsus olduğunu və Təqsirləndirilən şəxs2 narkotik vasitə olan heroin alaraq əvəzində həmin telefonları ona verdiyini göstərmişdir. İşdə olan və məhkəmə kollegiyasının iclasında elan olunmaqla tədqiq edilmiş xx xxxx 2020-ci il tarixli üzləşdirmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 ilə üzləşdirmə istintaq hərəkəti keçirilən zaman da vermiş olduğu ifadəsini bir daha təsdiq edərək üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini ondan nisyə 10 manata aldığını göstərmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza X12 bölməsinin xx xxxx 2020-ci il tarixli 17/355 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş narkotik …. kütlə…» sözləri yazılmış zərfin içərisində bir ədəd gümüşü ağ rəngli kağız bükümdə, təmiz çəkisi -0,218 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X12 bölməsi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxxx 2020-ci il tarixli 17/367 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən …. aşkar olunmuş kütlə…» sözləri yazılmış zərfin içərisində bir ədəd şəffav sellofan bükümdə, təmiz çəkisi -0,510 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş ampula və siqaret dənələri” sözləri yazılmış zərf açıldıqda içərisindəki 01 (bir) ədəd üzərində «Bakı» yazısı olan siqaret qutusunun içərisindəki 01 ədəd şüşə flakonda olan maddə hissəcikləri narkotik vasitə heroin hissəcikləridir. Heroin hissəcikləri cüzi miqdarda olduğundan onun təqdim olunmuş heroin ilə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. 01 (bir) ədəd gümüşü ağ rəngli kağız parçasının üzərində narkotik vasitə qalıqları aşkar edilmədi. 01 (bir) ədəd üzərində «Bakı» yazısı olan siqaret qutusunun içərisindəki 12 (on iki) ədəd siqaret dənələrinin içərisində, ümumi təmiz çəkiləri 9,34 qram olan bitki mənşəli kütlələr narkotik vasitələrə aid deyildir.Tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş həblər» sözləri yazılmış zərfin içərisindəki dərman həblərin tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmadı.Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar olunmuş həblər» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd kağız bükümün içərisindəki salfet dükümdə təmiz çəkisi 3,750 qram olan maddə narkotik vasitələrə aid deyildir. Həmin zərfin içərisindəki dərman həblərinin kapsulalarının və ampulaların tədqiqatını müvafiq laboratoriya cihazı olmadığından aparmaq mümkün olmadı.Tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən …… aşkar olunmuş kütlə » sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin ilə üzərində «Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş narkotik ….. kütlə…» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Qalıq çəki 0,460 qram təşkil edir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası X12 bölməsi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 6/1259 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evdən …» sözləri olan zərflərdəki «Tramadol 50mq» göstəricili olan 3 ədəd bütöv konvolyut və 3 ədəd konvolyut kəsiyində ümumi salı 31 ədəd olan dərman kapsulalarının əsas təsiredici maddəsi tramadoldur və həmin kapsulların tərkibində tramadolun təsir maddəsinin ümumi miqdarı 1,550 qram (bir ədəd kapsulda təsir maddəsinin miqdarı 50 mq-dır) təşkil edir. Tramadol «xx xxxx 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu» ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına» (1 nömrəli əlavə) daxildir. Təqdim edilmiş digər dərman preparatları dərman formalarına və kimyəvi tərkiblərinə görə adlarına uyğundurlar (təsiredici maddələrinin adları 1№-li cədvəldə göstərilmişdir), «Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixatrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların habelə zəhərli maddələrin siyahıları»na daxil deyildirlər.Qalıq 0,118 qram təşkil edir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserin xx xxxx 2020-ci il tarixli 646 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserin xx xxxx 2020-ci il tarixli 645 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş xx xxxxxx 2020-ci il tarixli sübutların qiymətlənidirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 götürülmüş ekspertiza tədqiqatlarından sonra qalıq qalmış bir ədəd zərfdə, 0,118 qram narkotik vasitə - heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə, 0,460 qram narkotik vasitə heroin, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş bir ədəd içərisində narkotik vasitə heroin bişirmək üçün şüşə flakon və narkotik vasitə olan heroin bükmək üçün istifadə edilən siqaretin ağ gümüşü kağızı, Təqsirləndirilən şəxs2 yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatından sonra qalıq qalmış bir ədəd zərfdə, 30 ədəd güclü təsiredici «Tramadol 50mq» həbləri və Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd «Fly» və bir ədəd «Nokia 301» markalı mobil telefonlar, bir ədəd kərpiclərin arasından narkotik maddə olan heroin çıxartmaq üçün istifadə edilən «naqqaş» cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Zaqatala RPŞ-nin maddi sübutların saxlama otağında saxlanca verilmişdir. İş materiallarına əlavə edilmiş şübhəli şəxsin tutulması haqqında xx xxxx 2020-ci il tarixli qərardan və protokoldan görünür ki, Nağıyev X9 rayon polis şöbəsinin İstintaq Bölməsinin müstəntiqi X15 tərəfindən həmin gün saat 14:20-də CM-in 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(033)-37/2020 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 2 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Nağıyev X9 rayon məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Zaqatala Rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İİİ seriyalı 919187 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X10 xx.xx.2017-ci il tarixdə Zaqatala şəhərində anadan olmuşdur və onun atası iş üzrə Təqsirləndirilən şəxs2dur. İş materiallarına əlavə edilmiş xasiyyətnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 yaşadıqları yer üzrə müsbət xarakterizə olunurlar. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi CPM-in 125ci maddəsinin tələbləri baxımından cinаyət işi üzrə toplanmış və məhkəmədə hərtərəfli, tаm və obyektiv tədqiq edilmiş həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsinə şübhələr olmayan, biri digərinini tamamlayan mümkün və mötəbər sübutları tam və obyektiv yoxlayaraq, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliyinə uyğun olaraq qiymət verərək, düzgün olaraq bu nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan mənbədən satış məqsədi ilə qanunsuz olaraq 0,728 qram çəkidə narkotik vasitə olan heroini və narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan, Azərbaycan Respublikasının qanunvericiliyi ilə güclü təsir edən maddələrə aid edilmiş, üzərlərində “TPAMADOL 50 mq” yazılmış 03 ədəd bütöv konvolyut və 03 ədəd konvolyut kəsiklərində təsiredici maddəsi tramadol olan və həmin təsir maddəsinin ümumi çəkisi 1,550 qram cəmi 31 ədəd həbi əldə edərək yaşadığı ünvan 1 mənzil 3 ünvanında saxlamış, xx xxxx 2020-ci il tarixdə, saat 12 radələrində həmin heroinin 0,218 qram çəkidə olan hissəsini Zaqatala şəhəri, Vidadi Qurbanov küçəsində nisyə şəkildə 10 manata tanışı Təqsirləndirilən şəxs1 qanunsuz olaraq satmış, sonuncu tutulduqdan sonra narkotik vasitəni əldə etdiyi mənbə müəyyən edilərək xx xxxx 2020-ci il tarixdə, saat 10:45 radələrində Təqsirləndirilən şəxs2 yaşadığı evdə axtarış aparılarkən yataq otağındakı şkafda üzərlərində “TPAMADOL 50 mq” yazılmış 03 ədəd bütöv konvolyut və 03 ədəd konvolyut kəsiklərində təsiredici maddəsi tramadol olan və həmin təsir maddəsinin ümumi çəkisi 1,550 qram cəmi 31 ədəd həb, yataq otağındakı çarpayının döşəyinin altında içərisində cüzi miqdarda narkotik vasitə heroin hissəcikləri olan 01 ədəd şüşə flakon və evin həyətində yerləşən ayaqyolunun qarşısındakı yarımtikili divarın kərpiclərinin arasında 0,510 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Buna görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin sadalnan dəlilləri ilə razılaşmır. Çünki, məhkəmə kollegiyasının fikrincə Təqsirləndirilən şəxs2 bu xüsuatlarla bağlı verdiyi ifadələr, eləcədə bununla bağlı apellyasiya şikayətində göstərdiyi dəlillər obyektiv gerçəkliyi əks etdirmədiyindən inandırıcı qəbul edilməməli, uyğun olaraq bununla bağlı apellyasiya şikayətlərinin dəlilləri də əsaslı hesab olunmamalıdır. Məhkəmə kollegiyası gəldiyi bu nəticədə həm də ona görə israrlıdır ki, Təqsirləndirilən şəxs2 digər Təqsirləndirilən şəxs1 narkotik vasitə olan heroini satmadığını iddia etsədə, işdə olan ekspertiza rəyinə görə tədqiqata təqdim edilmiş üzərində «Təqsirləndirilən şəxs2 yaşadığı evin həyətindən …… aşkar olunmuş kütlə » sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffaf sellofan bükümdə olan heroin ilə üzərində «Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş narkotik ….. kütlə…» sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü ağ rəngli kağız bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikasının "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının dövriyyəsi” haqında xx xxxx 2005-ci il tarixli Qanunun 1.0.10 maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir; Həmin Qanunun 1.0.11-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" xx xxxx 2011-ci il 2 №-li qərarının 9-cu bəndinə əsasən, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla təqsirləndirilən şəxsin məlum cinayət əməlini törətməsi heç bir şübhə və ehtimal olmadan təsdiq edilir. Həmin sübutlar yuxarıda ətraflı təsvir edilərək şərh edildiyindən, məhkəmə kollegiyası bu sübutların yenidən təsvir və şərh edilməsinə zərurət görmür. CPM-in 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. CPM-in 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. CPM-in 145.1-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. CPM-in 145.2-ci maddəsinə əsasən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. CPM-in 146.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan verir. Məhkəmə kollegiyasının fikrinə görə sübutların həcmi və ümumiyyətlə işin gerçək hallarının tərkib əlamətləri təqsirləndirilən şəxsin CM-in 234.2 və 240.1-ci maddələri ilə cinayət törətdiyini deməyə kifayət qədər əsas verir. Məhkəmə kollegiyası bu qənaətdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlinin CM-in 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif etmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bununla da, məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin CM-in 234.2 və 240.1-ci maddələri ilə tövsif edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Öyrənilən işdən aydın olur ki, təqsirləndirilən şəxs həmçinin birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş cəzanı ədalətli hesab etməyərək, barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Lakin, məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlillərini əsaslı saymır. Çünki, təqsirləndirilən şəxsin törətdiyi cinayətin ictimai təhlükəli xarakterini, əvəllər də CM-in 234.2-ci maddəsi ilə cinayət törətdiyini nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi CM-in 58.3-cü maddəsinə uyğun olaraq törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan aşağı həddə, (CM-in 234.2-cü maddəsinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası və CM-in 240.1-ci maddəsinin sanksiyasında üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulmuşdur) qanuni və ədalətli cəza təyin etmişdir. Məhkəmə kollgegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşır. Belə ki, CM-in ədalət prinsipindən bəhs edən 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cəzanın anlayışı və məqsədindən bəhs edən CM-in 41.2-ci maddəsində qeyd edilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” xx xxxx 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Məhkəmə kollegiyasının fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından təqsirləndirilən şəxsə təqsirləndirildiyi cinayət əməlinin sanksiyasında nəzərdə tutulmuş və birinci instansiya məhkəməsi tərəfindən cəzadan da yüngül cəzanın təyin edilməsini əsaslandırmaq mümkün deyil, əks halda, bu, cinayət qanunvericiliyinin fundamental prinsiplərindən olan, dövlət məcburiyyət tədbirlərinə qənaət prinsipinə və ədalət prinsipinə zidd olardı. Oxşar münasibətləri tənzimləyən Azərbaycan Respublikası Konstitusiya məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” xx xxxxxx 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunan hüquq normalarının və qərarın mənasına görə, cəza sosial ədalətin bərpası, məhkumların islah edilməsi və cinayətlərin qarşısının alınması məqsədlərinə xidmət edir. Sosial ədalətin bərpası zərəçəkmiş şəxslərə münasibətdə onun cinayət nəticəsində pozulmuş hüquqlarının və qanuni mənafelərinin mühafizəsi yolu ilə həyata keçirilir. Bu zaman cəza vurulmuş zərərin ödənilməsi imkanını və onun mümkün həddini, məhkumun məhrumiyyətlərini, həmçinin hüquq və azadlıqlarının məhdudlaşdırılmasının cinayət nəticəsində zərərçəkmiş şəxsə vurulmuş zərərlə uyğunluğunu təmin etməlidir. Cəza tətbiq etməklə məhkumun islah edilməsi, müəyyən məhdudiyyətlər tətbiq edilməsi yolu ilə onun yeni cinayət törətməsi imkanlarının aradan qaldırılması, onda qorxu yaradılması və s. fiziki və psixoloji amillər xüsusi xəbərdarlıq mexanizminin elementləri kimi çıxış edir. Cəzanın xüsusi xəbərdarlıq məqsədinə o vaxt nail olunur ki, məhkum yeni cinayət törətmir. Cəzanın ümumi xəbərdarlıq məqsədi konkret şəxsə, yəni cinayət törətmiş şəxsə cəza təyin etməklə cəmiyyətin cinayətə meyilli üzvlərinə təsir göstərməklə onları cinayətdən çəkindirməyi nəzərdə tutur. Yeni cinayətlərin qarşısının alınması cəzanın tətbiq edilmədiyi şəxslərə qarşı yönəlir. Bu zaman cəza hər hansı şəxs tərəfindən törədiləcək cinayətə dövlətin adekvat reaksiyası kimi qalır və profilaktik xarakter daşımaqla, çəkindirici rol oynayır. Bu səbəbdən də, məhkəmə kollegiyası qeyd edir ki, cinayət mühakimə icraatını həyata keçirən məhkəmə tərəfindən qəbul edilən qərar cinayət qanunu ilə mühavizə olunan ictimai münasibətlərin qorunması sahəsində dövlətin ictima təsir gücüdü və qanunçuluğun təcəssümüdür. Cinayətin törədilməsi sübut edildikdə, onun ardınca məqsədəuyğun cəzanın təyin edilməsi gəlməlidir. Bu, güclü çəkindirici təsirə malik olar. Əksinə, yüngül cəzaların təyin edilməsi yalnız cəzasızlıq mühiti yarada bilər. Digər tərəfdən işdə Azərbaycan Respublikası DİN-in Baş Əməliyyat və X3 tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Nağıyev X9 Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 3 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2015-ci il tarixdə cəzanın sonu ilə azad edilmiş və məhkumluğu ödənilmişdir. Göründüyü kimi təqsirləndirilən şəxs dəfələrlə məhkum edilməsinə baxmayaraq, islah olunmamışdır. Həmçinin, ümumilikdə götürdükdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı olan cinayətin ictimai təhlükəliliyi ondan ibarətdir ki, narkomaniya ümumbəşəri bəlaya çevrilərək fiziki mənada ayrı-ayrı xalqların genofonduna, cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə sarsıdıcı zərbələr vurur, qarşısının alınması külli miqdarada xərclər bahasına böyük çətinliklər yaradır. Məhz buna görə də X4 1961-ci il “Narkotik vasitələr haqqında” Vahid Konvensiyası, 1971ci il “Psixotrop maddələr haqqında” və 1988-ci il “Narkotik vasitələr və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə haqqında” Konvensiyalarda narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi beynəlxalq cinayət hesab edilmiş, konvensiyalara qoşulmuş bütün dövlətlərin narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə üçün ciddi tədbirlərin görülməsi zəruri hesab edilmişdir. Azərbaycan Respublikası bu konvensiyalara qoşulmaqla bu qəbildən olan cinayətkarlıqla mübarizədə üzərinə mühüm vəzifələr götürmüşdür. Məhkəmə kollegiyası həm də gəldiyi qənaətdə ona görə israrlıdır ki, narkotik vasitələrin qanunsuz dövriyəsinə qarşı bütün dünyada ciddi mübarizə aparıldığı bir dövrdə və bəşəriyyət üçün “ağ ölüm” kimi bir bəlaya çevrilmiş bu qəbilədən olan cinayətləri törətmiş təqsirləndirilən şəxs barəsində təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının kifayət qədər əsaslar olmadan yüngülləşdirilməsini əsaslı və ədalətli hesab etmək olmaz. Belə olan halda, məhkəmə kollegiyası Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli məlum hökmünün qanunsuz, əsassız və ədalətsiz olması barədə apellyasiya şikayətinin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası bu fikirdədir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlinin tövsifini, onun barəsində cəzanın növünü və həddini müəyyən edərkən, maddi və prosessual qanunvericiliyin müddəalarını, cəzanın təyin edilməsinin ümumi əsaslarını rəhbər tutaraq, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almış və bu səbəbdən də, Təqsirləndirilən şəxs2 CM-in 234.2 və 240.1-ci maddələri ilə təyin edilmiş cəzanın növü və həddi qanuni, əsaslı və ədalətli hesab olunmalıdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Məhkəmə kollegiyası şərh olunanlara əsaslanaraq və CPM-in 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Təqsirləndirilən şəxs2 apellyasiya şikayəti təmin edilməsin. Zaqatala Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 1(033)-52/2020 nömrəli hökmü verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-30/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-30/2021
11.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver