Məhkəmə qərarları › İş №1(107)-300/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-300/2021

06.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-300/2021 06.09.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər – Rəfiyev Rövşən Rafiq oğlu və Məlikov Vəzirxan İsgəndər oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi ilə Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X4; Müdafiəçi –Salahov Ruslan Fəxrəddin oğlunun iştirаkı ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(019)-57/2021 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Balakən Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(019)-57/2021 saylı hökmü ilə (hakim Zamin Tahirov) xx.xx.1990-cı il tarixdə Balakən rayonu Mahamalar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, evli-himayəsində üç azyaşlı uşağı olan, məhkum olunmamış, Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan və həmin kənddə daimi yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinmiş və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsilə 1 (bir) il 4 (dörd) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsilə 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin olunmuş bu cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 23 aprel 2021-ci il tarixdən 25 aprel 2021-ci il tarixədək şübhəli şəxs qismində tutulub həbsdə saxlandığı 2 (iki) gün müddətin həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla həmin cəzadan çıxılması və üzərində qəti olaraq 1 (bir) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzasının saxlanılması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəza çəkmə müddətinin əvvəlinin hazırkı hökmün çıxarıldığı 22 iyun 2021-ci il tarixdən hesablanması, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbs qətimkan tədbirinə dəyişdirilməsi və məhkəmə iclas zalında həbs edilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. İşin halları: Birinci instansiya məhkəməsinin hökmünə əsasən Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsində aşkar etdiyi, yabanı halda bitmiş 01 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin hisslərini yığaraq, qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 129,92 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib, öz istifadəsi məqsədi ilə üzərində daşıyaraq, əvvəlcə yaşadığı evə aparıb sellofanda qurutmaqla saxlamış, daha sonra 23 aprel 2021-ci ildə öz istifadəsi məqsədi ilə əynindəki qara-qırmızı rəngli damalı köynəyin altında daşıyaraq saxlamışdır. Bundan başqa Təqsirləndirilən şəxs yabanı halda bitmiş həmin çətənə bitkisinin üzərindən 2020-ci ilin sentyabr ayının ortalarında yığdığı və yaşadığı evdə gizlədərək, saxladığı 03 ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin mart ayının ortalarında gizlətdiyi yerdən çıxarıb, Balakən rayonu Mahamalar kəndində yerləşən evinin həyətində qəsdən qanunsuz olaraq əkərək, həmin toxumlardan bitmiş xeyli miqdarda, yəni 03 (ədəd) ədəd hündürlükləri 19 sm-dən 29 sm-dək, ümumi təmiz çəkiləri 2,55 qram əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərinin diblərini alaq otlarından təmizləməklə, suvarmaqla və digər tədbirlər görməklə aqrotexniki qaydada qulluq göstərib yetişdirməklə, ümumilikdə xeyli miqdarda, yəni 03 ədəd əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərini kultivasiya etmişdir. 23 aprel 2021-ci il tarixdə Balakən Rayon Polis Şöbəsinin (bundan sonra Balakən RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Balakən RPŞ-yə dəvət edilərək, şübhəli şəxs qismində tutulub, üzərində saat 18:15dən 18:45-dək olan müddət ərzində şəxsi axtarış aparılarkən onun Balakən rayonu Mahamalar kəndində yerləşən yaşadığı evinin həyətyanı sahəsində qəsdən, qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya edib daha münbit şəraiti olan və daha təhlükəsiz hesab etdiyi Balakən rayonu Sarıbulaq kəndində olan çöl sahəsində əkmək məqsədi ilə torpağı ilə birlikdə kökündən çıxararaq, bir ədəd sellofan torbada daşıdığı həmin 03 (üç) ədəd əkilibbecərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitilləri onun əlindəki sellofan torbada aşkar edilərək, götürülmüş, həmçinin onun qəsdən, satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib daşıyaraq, əvvəlcə yaşadığı evdə saxladığı və daha sonra təhlükəsiz hesab etdiyi Balakən rayonu Sarıbulaq kəndində olan çöl sahəsinə aparıb öz istifadəsi məqsədi ilə saxlamaq üçün üzərində daşıdığı 01 ədəd sellofanda, təmiz çəkisi 129,92 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əynindəki qara-qırmızı rəngli damalı köynəyin altından aşkar edilərək götürülmüşdür. İş üzrə yuxarıda qeyd edilən ittiham hökmü çıxarılmışdır. Hökmdən təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Hökmdən apellyasiya protesti və apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri və proses iştirakçılarının izahatları: Balakən Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(019)-57/2021 saylı hökmündən təqsirləndirilən Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində övladlarını və qoca xəstə anasını nəzərə alınaraq onun cəzasının azadlığın məhdudlaşdırılması cəzasına dəyişdirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs özünü təqsirli bilmədiyini, ona istinad olunan əməli törətmədiyini bildirmiş, ona görə də ona bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçisi Salahov Ruslan Fəxrəddin oğlu apellyasiya şikayətinin təmin edilməsini, Balakən Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(019)-57/2021 saylı ittiham Ahökmünün ləğv edilərək Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə bəraət verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apellyasiya şikayətinin təmin edilməməsini, Balakən Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(019)-57/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Hüquqi məsələlər: Azərbаycаn Respublikаsı Cinаyət Prosessuаl Məcəlləsinin 397.1-ci mаddəsinə əsаsən аpelyаsiyа instаnsiyаsı məhkəməsi birinci instаnsiyа məhkəməsi tərəfindən işin fаktiki hаllаrının müəyyən edilməsinin, hаbelə cinаyət qаnunun və Cinаyət-Prosessuаl Məcəlləsinin normаlаrının tətbiq edilməsinin düzgünlüyünü yoxlаyır. Həmin Məcəllənin 397.2-ci mаddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş fаktiki hаllаr apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinаyət Prosessuаl Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Təqsirləndirilən Təqsirləndirilən şəxs apelyasiya şikayətində yüngül cəza verilməsini xahiş etsə də, məhkəmə kollegiyasının iclasında ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilmədiyini göstərmişdir. Şəki Apellyаsiyа Məhkəməsinin Cinayət kollegiyаsı cinаyət işinin mаteriаllаrını öyrənib аpellyаsiyа şikayətinin dəlillərini qismən məhkəmə istintaqı aparılmaqla müzаkirə edərək, təqsirləndirilən şəxsin və müdafiəçinin apellyasiya şikayətinin təmin edilməsi, dövlət ittihаmçısının apellyasiya şikayətinin təmin edilməməsi barədə çıxışlarını dinləyərək hesаb edir ki, аşаğıdаkı əsаslаrа görə verilmiş apellyasiya şikayəti təmin edilməməli, Balakən Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(019)-57/2021 saylı hökmü dəyişdirilmədən saxlanılmalıdır. Məhkmə kollegiyasının iclasında təqsirləndirilən Təqsirləndirilən şəxs ziddiyyətli ifadə verərək göstərdi ki, o, heç vаxt narkotik vasitə оlаn marixuananı əldə edib saxlamamış və üstümdə daşımamış, çəntənə bitkisini əkib becərməmişdir. Kənddə fərdi kənd təsərrüfatı işləri ilə məşğul olurdu. 2020-ci ilin senyabr ayının ortalarında həyətimdə 2 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini görmüşdür. Həmin çətənə bitkisinə o, qulluq etməmişdir. 23 аprel 2021-ci il tаrixdə saat 17 radələrində yolla getdiyi zaman yolda polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş və onun narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə şübhəli olduğunu bildirmişlər və onu Balakən RPŞ-yə dəvət etmişlər. Balakən RPŞ-də o, şübhəli şəxs kimi tutulmuşdur. Pоlis şöbəsində ona deyiblər ki, əgər nаrkоtik mаddənin saxladığını və çətənə bitkisinin əkib becərdiyini etirаf etsə, həbs оlunmаyаqdır. O, də pоlis əməkdаşlаrının bu sözlərinə inаnıb оnlаrın dedikləri tərzdə ifаdə vermişdir. O, birinci instаnsiyа məhkəməsində də bildirmişdir ki, həyətində 2 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisi оlub, 3-cü bitkini pоlis özü onun üzərinə qоymuşdur. əvvəlcə ona qarşı irəli sürülmüş edilmiş Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə olan ittihamda özünü təqsirli bilmədiyini, polis əməkdaşlarının onu aldatdığını, üstündə narkotik vasititə olan qurudulmuş marixuananı və narkotik təbiətli çətənə (kannabis) bitkilərinin şitillərini kultivasiya etmədiyini, Polis əməkdaşlarının ona əğər qeyd olunan cinayətləri boynuna alsa, ona azadlığın məhdudlaşdırılması cəzası təyn ediləcəyini, ona görə də polis əməkdaşlarının təklifi ilə cinayəti boynuna aldığını, sonra isə yalnız Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə özünü təqsirli bildiyini göstərmişdir. Məhkəmə kollegiyasının iclasında verdiyi ifadədən fərqli olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs birinci instansiya məhkəməsinin iclasında özünü Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, hal-hazırda Balakən rayonu Mahamalar kəndində anası Cənnətey Bayramova, həyat yoldaşı Aytən Bayramova, azyaşlı oğlanları Rasim Bayramov, Ravil Bayramov və azyaşlı qızı Bahar Bayramova ilə birlikdə yaşayır.Əvvəllər məhkum edilməmişdir. Psixi xəstələliklərdən əziyyət çəkməmişdir.Narkotik vasitə olan marixuanadan 4 ildir ki, istifadə edir. Lakin narkotik vasitə marixuananın heç vaxt satışı ilə məşğul olmamışdır. Kənddə fərdi kənd təsərrüfatı işləri ilə məşğul olur. 2020-ci ilin senyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl sahəsinə getdiyi zaman orada 01 ədəd yabanı halda bitmiş narkotik tərkibli çətənə bitkisini görmüşdür, həmin bitkinin yararlı hissələrindən yığıb sellofan torbaya doldurmuş və yaşadığı evə gətirmişdir. Bir neçə gün həmin torbanın ağzını açıq qoyaraq, içindəki narkotik vasitə marixuananı qarışdırmışdır ki, nəmlənməsin, həmçinin qurusun. Narkotik vasitə quruduqdan sonra isə evdə gizlətmiş və özünün şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin həmin 01 ədəd yabanı halda bitmiş çətənə bitkisinin toxumundan da 03 ədəd yığıb yaşadığı evə gətirmiş və gələcəkdə əkmək məqsədi ilə gizlədib saxlamışdır. Yabanı halda bitmiş həmin 01 ədəd çətənə bitkisini də məhv etmişdir. Sellofanda qurudaraq saxladığı narkotik vasitədən bir neçə dəfə istifadə etmişdir. 2021-ci ilin mart ayının ortalarında yaşadığı evdə saxladığı çətənə bitkisinin 03 ədəd toxumunu evin həyətində torpağa əkmişdir. Həmin toxumları əkməkdə məqsədi toxum cücərib bitkilər yetişdikdən sonra yararlı yerlərini yığıb, özunün şəxsi istifadəsi üçün saxlamaq olmuşdur. Həmin 3 ədəd toxum cücərmiş, butkilərə qulluq etmişdir. Diblərini alaq otlarından təmizləmiş və suvarmışdır. Məqsədi isə həmin bitkiləri bir az böyütdükdən sonra onları daha təhlükəsiz və torpağı münbit olan yerə, yəni Balakən rayonu Sarıbulaq kəndində çöl ərazisinə köçürmək olmuşdur. Çünki çətənə bitkiləri həmin çöldə daha yaxşı yetişir. Həmçinin də daha təhlükəsiz yerdə olur. Narkotik tərkibli çətənə bitkisini əkməyin cinayət məsuliyyətinə səbəb olduğunu bilmişdir. Belə olan halda polis əməkdaşları onun həmin bitkiləri əkib-becərməyini bilməzdilər. Həmin çətənə bitkisinin şitillərinə qulluq göstərdikdən sonra 03 ədəd şitillər boy atmağa başlamışdır. O, 23 aprel 2021-ci il tarixdə yetişdirdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisininin şitillərini torpaqla birlikdə həyətindən çıxararaq, Balakən rayonu Sarıbulaq kəndinin çöl sahəsində əkmək üçün 01 ədəd sellofan torbaya qoymuşdur. Həmçinin evində saxladığı 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuananı şəxsi istifadəsi məqsədi ilə həmin çöl sahəsində saxlamaq üçün əynindəki köynəyin altına qoyaraq, evindən çıxmış və Sarıbulaq kəndinin çöl sahəsinə doğru piyada getməyə başlamışdır. Qeyd etdiyi kimi, həmin bitki şitillərini çöl səhəsində əkmək fikri olmuşdur. Çünki şitillər orada əkilmiş olsa idi, onun üçün daha təhlükəsiz olar, onun əkibbecərdiyini heç kim bilməzdi. Həmçinin evində saxladığı narkotik vasitə marixuananı da çöl sahəsində gizlətmək fikri olmuşdur. Çünki evdə saxlamağa qorxmuşdur ki, birdən polis əməkdaşları onu tutarlar. Fikirləşmişdir ki, narkotik vasitə marixuananı çöl ərazisində olan yaşlanmış qoca ağac koğuşlarında gizlədib saxlayar və lazım olanda özü çəkib istifadə edər. Həmin vaxt saat 17 radələri olmuşdur. O, yolla getdiyi zaman yolda polis əməkdaşları yaxınlaşaraq, özlərini təqdim etmiş və onun narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə, daşımaqda və üzərində narkotik vasitə saxlamağında şübhəli olduğunu bildirmiş və onu Balakən RPŞ-yə dəvət etmişlər. Balakən RPŞ-də o, şübhəli şəxs kimi tutulmuş və vəkillər siyahısından dövlət hesabına seçmiş olduğu vəkil Müdafiəçi və polis əməkdaşlarının iştirakı ilə üzərində şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı polis əməkdaşı ona üzərində narkotik vasitə, həmçinin narkotik tərkibli çətənə bitkisi, yaxud qadağan edilmiş əşya olubolmamasını soruşmuşdur. Həmçinin əgər vardırsa, təqdim etməyini xahiş etmişdir. O, bildirmişdir ki, üzərində narkotik vasitə var. Həmçinin narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğunu da bildirmişdir. Sonra isə şəxsi axtarış zamanı o, əynindəki qara-qırmızı rəngli damalı köynəyin altında 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə marixuananı, həmçinin sağ əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd kökü torpaqda olan narkotik tərkibli çətənə bitkisinin şitillərini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinin şitillərinin hündürlükləri ölçülərkən hündürlüklərinin 19 sm-dən 29 sm-dək olması müəyyən edilmişdir. Şəxsi axarışda iştirak edən alim-aqronom Şahid3 onun əkdiyi 03 ədəd çətənə bitkisinə aqrotexniki qaydada qulluq edildiyini söyləmişdir. Polis əməkdaşları həmin 03 ədəd çətənə bitkisinin şitillərini torpaqdan çıxartdıqdan sonra 01 ədəd kağız zərfə qoymuş və möhürləyərək, götürmüşlər. Daha sonra onun təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuananı elektron tərəzidə çəkmiş və marixuananın sellofanla birlikdə çəkisi 141 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuana sellofanla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub möhürlənərək, götürülmüşdür. Şəxsi axtarış zamanı onun üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Ekspert rəyi ilə tanış olduqdan sonra ona məlum olmuşdur ki, onun üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbadakı narkotik vasitə qurudulmuş marixuananın təmiz çəkisi 129,92 qramdır. Əlindəki sellofanın içərisində hündürlükləri 19 sm-dan 29 sm-dək, ümumi təmiz çəkiləri 2,55 qram olan 03 ədəd bitki şitilləri isə narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləri olmuşdur. Narkotik tərkibli çətənə bitkilərini əkməyindən və başqa yerə köçürmək üçün daşımağından heç kimin xəbəri olmamışdır. Bunu ailə üzvlərindən belə gizləmişdir. Həmçinin yaşadığı evdə narkotik vasitə marixuana saxlamağından və çətənə bitkisi toxumları saxladığından sonra isə həyətində 03 ədəd çətənə bitkisi toxumları əkməyindən ailə üzvlərinin xəbəri olmamışdır. Ona Balakən RPŞdə hər hansı bir psixi və fiziki təsir göstərilməmişdir.Həmçinin 2020-ci ili sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl sahəsində tapdığı 01 ədəd çətənə bitkisini tapdığı yer yadında qalmamışdır.Ona görə də həmin yeri göstərməyi mümkün deyildir. Cinayət əməlləri törətməsini etiraf edir və bu əməlləri törətməsindən səmimi peşmançılıq hissi keçirir. Gələcəkdə belə hallara yol verməyəcəkdir. Ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Bаlаkən RPŞ CАB-də əməliyyət müvəkkili vəzifəsində işləyən Şahid1 göstərdi ki,23 aprel 2021-ci il tarixdə onun Balakən RPŞ-nin rəhbərliyinə ünvanladığı raportu əsasında Balakən rayonu Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə və daşımaqda şübhəli bilinərək, polis şöbəsinə dəvət olunmuşdur. Pоlis şöbəsində оnun üzərinə bаxış keçirilən vaxt videokamera ilə lentə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, həmçinin sağ əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd kökü torpaqda olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitilləri aşkar edilmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Həmin vаxt Təqsirləndirilən şəxs özü könüllü etirаf etdi ki, üzərindən аşkаr оlunаn nаrkоtik vаsitə və çətənə bitisi məxsusdur. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Bаlаkən RPŞ CАB-də əməliyyət müvəkkili vəzifəsində işləyən Şahid2 göstərdi ki, təqsirləndirilən Təqsirləndirilən şəxs nаrkоtik vаsitənin saxlaması və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməsi və daşıması bаrədə pоlis şöbəsinə dаxil оlmuş əməliyyаt məlumаtı əsаsındа 23 аprel 2021-ci il tаrixdə оnu yаşаdığı kənddə sаxlаnılarаq pоlis şöbəsinə gətirmişik. Pоlis şöbəsində оnun üzərinə bаxış keçirilən vaxt videokamera ilə lentə alınmışdır. Təqsirləndirilən şəxs üzərindən 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə marixuanaya oxşar bitki kütləsi, həmçinin sağ əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd kökü torpaqda olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitilləri aşkar edilmişdir. Bitki şitillərinə aqrotexniki qaydada qulluq оlunduğu müəyyən оlunmuşdur. Pоlis şöbəsində Təqsirləndirilən şəxs оğlu özü üzərində aşkar edilmiş narkotik vasitənin özünə məxsus olduğunu, həmin çətənə bitkilərini əkməsini etirаf etdi. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, hazırda Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində çalışır. 23 aprel 2021-ci il tarixdə onun Balakən RPŞ-nin rəhbərliyinə ünvanladığı raportu əsasında Balakən rayonu Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda və narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə və daşımaqda şübhəli bilinərək, polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması üçün Təhqiqat Bölməsinin təhqiqatçısı Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra dövlət hesabına dəvət olunmuş Müdafiəçi, Balakən RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili Şahid1, Balakən RPŞ-nin kriminalistik tədqiqatlar qrupunun baş inspektor kriminalisti X5, iş üzrə dəvət edilmiş alim-aqronom Şahid3 və onun iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Həmin vaxt Sadiq Vəzirov şəxsi axtarış aparılması hərəkətini “Sony” markalı videokamera ilə lentə almışdır. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə var. Həmçinin o, üzərində narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğunu bildirmişdir. Sonra isə şəxsi axtarış zamanı o, əynindəki qaraqırmızı rəngli damalı köynəyin altında 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə marixuanaya oxşar bitki kütləsini, həmçinin sağ əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd kökü torpaqda olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitillərini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin hündürlükləri ölçülərkən hündürlüklərinin 19 sm-dən 29 sm-dək olması müəyyən edilmişdir. Şəxsi axtarışda iştirak edən alim-aqronom Şahid3 03 ədəd çətənə bitkisinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra həmin 03 ədəd çətənə bitkisinin şitilləri torpaqdan çıxarılmış vəziyyətdə kökləri ilə birlikdə 01 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək, təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və marixuananın sellofanla birlikdə çəkisi 141 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuanaya oşxar bitki kütləsi sellofanla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub,möhürlənərək, götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 4 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Üzərində aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar bitki kütləsinin 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndində çöl səhəsində bitmiş 01 ədəd yabanı çətənə bitkisinin üzərindən sellofana yığaraq, öz yaşadığı evində şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs demişdir ki, üzərində daşıdığı 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərini öz yaşadığı evin həyətində əkib-becərmişdir. Həmin 03 ədəd bitki şitillərinin toxumları isə 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsində tapdığı 01 ədəd çətənə bitkisinin üzərindən yığdığı 03 ədəd toxumdan əkdiyi bitki şitilləridir. Təqsirləndirilən şəxs həmçinin təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki şitillərini Balakən rayon Sarıbulaq kəndinin çöl səhəsinə əkmək üçün apardığını, həmçinin narkotik vasitə marixuanaya oxşar bitki kütləsini isə evindən götürüb, çöl səhəsində öz şəxsi istifadəsi məqsədi ilə saxlamaq üçün apardığını bildirmişdir.Şəxsi axtarış zamanı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Balakən RPŞnin CAB-ın əməliyyat müvəkkili Şahid1 da Şahid2 ifadəsinə uyğun ifadə verərək, onun ifadəsində göstərdiyi halları təsdiq etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, hazırda Balakən rayonu Qazma kəndində ailə üzvləri ilə birlikdə yaşayır. İxtisasca bitkiçilik üzrə ali təhsilli alim-aqronomdur. X15 İnkişaf Mərkəzində bitkiçilik sektorunun baş məsləhətçisi vəzifəsində işləyir. 23 aprel 2021-ci il tarixdə Balakən rayonu Mahamalar kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlamaqda, narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə və daşımaqda şübhəli bilinərək, polis şöbəsinə dəvət olunmuşdur. Təqsirləndirilən şəxs polis şöbəsinə gəldikdən sonra üzərində şəxsi axtarış aparılması üçün Natiq Muradov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra onun və polis əməkdaşlarının, həmçinin Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunaraq, üzərində şəxsi axtarış aparılacağı bildirilmişdir. Şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə var. Həmçinin o, üzərində narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğunu bildirmişdir. Sonra isə şəxsi axtarış zamanı o, əynindəki qara-qırmızı rəngli damalı köynəyin altında 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə marixuanaya oxşar bitki kütləsini, həmçinin sağ əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd kökü torpaqda olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitillərini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin hündürlükləri ölçülərkən hündürlüklərinin 19 sm-dən 29 sm-dək olması müəyyən edilmişdir. Həmin 03 ədəd çətənə bitkilərinə oxşar bitkilərə onun tərəfindən baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilib, suvarılıb və dibləri yumşaldılaraq, alaq otlarından təmizlənmişdir. Aşkar edilmiş bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsi haqda tərəfindən rəy tərtib edilmişdir. Daha sonra həmin 03 ədəd çətənə bitkisinin şitilləri torpaqdan çıxarılmış vəziyyətdə kökləri ilə birlikdə 01 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək, təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və marixuananın sellofanla birlikdə çəkisi 141 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuanaya oşxar bitki kütləsi sellofanla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub, möhürlənərək, götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 4 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Üzərində aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar bitki kütləsini 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndində çöl səhəsində bitmiş 01 ədəd yabanı çətənə bitkisinin üzərindən sellofana yığaraq, öz yaşadığı evində şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs qeyd etmişdir ki, üzərində daşıdığı 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərini öz yaşadığı evin həyətində əkib-becərmişdir. Həmin 03 ədəd bitki şitillərinin toxumları isə 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsində tapdığı 01 ədəd çətənə bitkisinin üzərindən yığdığı 03 ədəd toxumdan əkdiyi bitki şitilləridir. Təqsirləndirilən şəxs həmçinin təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki şitillərini Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsinə əkmək üçün apardığını, həmçinin narkotik vasitə marixuanaya oxşar bitki kütləsini isə evindən götürüb, çöl səhəsində öz şəxsi istifadəsi məqsədi ilə saxlamaq üçün apardığını bildirmişdir. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İşdə olan 23 aprel 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması barədə protokoldan görünür ki, şəxsi axtarış 23 aprel 2021-ci il tarixdə saat 18:15-dan 18:45-dək olan müddət ərzində aparılmışdır. Balakən rayon Mahamalar kənd sakini Təqsirləndirilən şəxs narkotik tərkibli çətənə bitkilərini əkib-becərməkdə, daşımaqda, həmçinin üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan Balakən RPŞ-yə dəvət olunmuş, o, şübhəli şəxs qismində tutularaq, üzərində şəxsi axtarış aparılmışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış zamanı üzərində narkotik tərkibli çətənə bitkisi olduğunu, həmçinin üzərində narkotik vasitə saxladığını bildirmişdir. Sonra isə sağ əlində 01 ədəd sellofan torbada saxladığı torpağı ilə birlikdə 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərini və əynindəki qara-qırmızı damalı köynəyin altında 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə qurudulmuş marixuanaya oxşar bitki kütləsini təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinin hündürlükləri ölçülərkən hündürlüklərinin 19 sm-dən 29 smdək olması müəyyən edilmişdir. Şəxsi axtarışda iştirak edən alim-aqronom Şahid3 03 ədəd çətənə bitkisinə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edildiyini bildirmişdir. Daha sonra həmin 03 ədəd çətənə bitkisinin şitilləri torpaqdan çıxarılmış vəziyyətdə kökləri ilə birlikdə 01 ədəd kağız zərfə qoyulmuş və möhürlənərək, təhqiqatçı tərəfindən götürülmüşdür. Sonra isə Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuana elektron tərəzidə çəkilmiş və marixuananın sellofanla birlikdə çəkisi 141 qram təşkil etmişdir. Daha sonra həmin 01 ədəd sellofan torbadakı narkotik vasitə marixuanaya oşxar bitki kütləsi sellofanla birlikdə 01 ədəd ağ rəngli kağız zərfə qoyulub, möhürlənərək, təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz heç nə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 4 ildir ki, narkotik vasitə marixuanadan istifadə edir. Üzərində aşkar edilmiş narkotik vasitə marixuanaya oxşar bitki kütləsini 2020ci ilin sentyabr ayının ortalarında Balakən rayon Sarıbulaq kəndində çöl səhəsində bitmiş 01 ədəd yabanı çətənə bitkisinin üzərindən sellofana yığaraq, öz yaşadığı evində şəxsi istifadəsi üçün saxlamışdır. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində daşıdığı 03 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərini öz yaşadığı evin həyətində əkibbecərmişdir. Həmin 03 ədəd bitki şitillərinin toxumlarının isə 2020-ci ilin sentyabr ayının ortalarında Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsində tapdığı 01 ədəd çətənə bitkisinin üzərindən yığdığı 03 ədəd toxumdan əkdiyi bitki şitilləri olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 03 ədəd narkotik tərkibli çətənə bitkilərinə oxşar bitki şitillərini Balakən rayonu Sarıbulaq kəndinin çöl səhəsinə əkmək üçün apardığını, həmçinin narkotik vasitə marixuanaya oxşar bitki kütləsini isə evindən götürüb çöl səhəsində öz şəxsi istifadəsi məqsədi ilə saxlamaq üçün apardığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdə başqa narkotik vasitə saxlamadığını, həmçinin narkotik vasitə əkmədiyini bildirmişdir. İşdə olan məhkəmə-bioloji ekspertizasının 24 aprel 2021-ci tarixli, 17/295 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 3 ədəd çətənə bitkisinə oxşar bitki şitilləri” sözləri yazılmış zərfin içərisindəki hündürlükləri 19 sm-dən 29 sm-dək, ümumi təmiz çəkiləri-2,55 qram olan 03 (üç) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) bitkisinin şitilləridir; aqronom mütəxəssis Şahid3 23 aprel 2021-ci il tarixli rəyinə əsasən 03 (üç) ədəd çətənə (kannabis) bitkisinin şitillərinə aqrotexniki qaydada qulluq göstərilmişdir; tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbadakı qurudulmuş marixuanaya oxşar bitki kütləsi ” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada təmiz çəkisi-129,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd: qurudulmuş marixuananın təmiz çəkisi- 129,92 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-129,87 qram. Ekspertiza tədqiqatının dəyəri 34.55 manat təşkil edir. İşdə olan ambulator məhkəmənarkoloji ekspertizasının 19 may 2021-ci il tarixli, 560 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan konnobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İşdə olan mütəxəssis aqronom Şahid3 23.04.2021-ci il tarixli rəyindən görünür ki, Balakən rayonu Mahamalar kənd sakini Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən aşkar edilmiş 1 ədəd selofan torbanın içərisindəki hündürlükləri 19 sm-dən 29 sm-dək olan 3 ədəd narkotik tərkibli çətənə bitkisinə oxşar bitki şitillərinə aqrotexniki qaydada qulluq edilmiş, təmizlənmiş və suvarılmışdır. İşdə olan 23 aprel 2021-ci il tarixli cinayət işi başlanana kimi şəxsi tutma haqqında protokoldan görünür ki, 23 aprel 2021-ci ildə saat 18:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli şəxs qismində tutulmuş və Balakən RPŞ-nin MSY-də saxlanılmışdır. İşdə olan Balakən Rayon Məhkəməsinin 25.04.2021-ci il tarixli, 4 (019)-33/2021 saylı qərarından görünür ki, vəsatət təmin edilməmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. İşdə olan 25 aprel 2021-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İşdə olan Balakən rayon İHB-nın Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Balakən rayonu Mahamalar kəndində yaşayır. Himayəsində pensiyaçı anası, işləməyən arvadı və 2012-ci il təvəllüdlü Rasim, 2013-cü il təvəllüdlü Bahar və 2014-cü il təvəllüdlü Ravil adında üç uşağı vardır. İşdə olan Balakən rayon Mahamalar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən 10 fevral 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 822668 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə X6 arasında 06 fevral 2013-cü ildə nikah bağlanmışdır. İşdə olan AZ-İİ seriyalı, 894791 nömrəli, AZ-İİİ seriyalı, 102005 nömrəli və AZ-İİİ seriyalı, 399326 nömrəli doğum haqqında şəhadətnamələrdən görünür ki, 15 fevral 2012ci ildə doğulmuş X8, 10 aprel 2013-cü ildə doğulmuş X7 və 16 oktyabr 2014-cü ildə doğulmuş X9 olmaqla Təqsirləndirilən şəxs himayəsində 3 azyaşlı uşaq vardır. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ tərəfindən verilmiş tələbnamə üzrə 18.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İşdə olan olan Balakən RPŞ-nin İB-nin müstəntiqinin sübutların qiymətləndirilməsi haqqında 26 may 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş və tədqiqata təqdim edilmiş təmiz çəkisi 129,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananın tədqiqata sərf edilən 0,05 qram miqdarı nəzərə alınmaqla, qalıq təmiz çəkisi 129,87 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannbis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və tədqiqata təqdim edilmiş hündürlükləri 19 sm-dən 29 sm-dək ümimi təmiz çəkiləri 2,55 qram olan 03 (üç) ədəd bitki şitilləri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin şitilləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Balakən RPŞ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarışın videogörüntüləri əks olunmuş bir ədəd CD diski sübut kimi qiymətləndirilərək, cinayət işinə əlavə edilmişdir. Beləliklə, təqsirləndirilən şəxs və onun müdafiəçisi qeyd olunan cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsini mübahisələndirsələr də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi tərəfindən CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) mаddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək, törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və Təqsirləndirilən şəxs əməli 234.1 və 237.1-ci- maddələri ilə düzgün tövsif olunmuşdur. Ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Məhkəmə kollegiyası belə nəticəyə gələrkən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrə, şahid ifadələrinə, ekspert rəylərinə və işdə olan digər sübutlara əsaslanmışdır. Bu sübutlar işin faktiki hallarına uyğun olduqları və biri digərini tamamladıqları üçün məhkəmə kollegiyası tərəfindən mötəbər sübutlar kimi qəbul edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs məhkəmə kollegiyasında verdiyi ifadəsində Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə ona qarşı irəli sürülən cinayət əməlini törətmədiyini bildirsə də, ancaq cinayət işində olan 23 aprel 2021-ci il tarixli şübhəli şəxsin üzərində şəxsi axtarış aparılması zamanı, qətimkan tədbirinin seçilməsi haqqında 25 aprel 2021-ci il tarixli məhkəmə iclasında verdiyi izahatdan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etmişdir. Bundan başqa həm məhkəmə kollegiyasının iclasında həm də birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bilrmişdir ki, ...şəxsi axtarış aparılmamışdan əvvəl Təqsirləndirilən şəxs üzərində olan qanunsuz əşyaları könüllü təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, üzərində narkotik vasitə var. Həmçinin o, üzərində narkotik tərkibli çətənə bitkisinin şitilləri olduğunu bildirmişdir. Sonra isə şəxsi axtarış zamanı o, əynindəki qaraqırmızı rəngli damalı köynəyin altında 01 ədəd sellofan torbada saxladığı narkotik vasitə marixuanaya oxşar bitki kütləsini, həmçinin sağ əlində saxladığı 01 ədəd sellofan torbanın içərisindəki 03 ədəd kökü torpaqda olan narkotik tərkibli çətənə bitkisinin şitillərinə oxşar bitki şitillərini təqdim etmişdir.. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə görə narkotik vasitələr-BMT-nin 1961-ci il tarixli «Narkotik vasitələr haqqında» Vahid Konvensiyasında, 1971-ci il tarixli «Psixotrop maddələr haqqında» Konvensiyasında, 1988-ci il tarixli «Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında» Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlərdir. Həmin Qanunun 1.0.6-ci maddəsinə görə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası-Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması-həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlərdir (mad. 1.0.7). Həmin Qanunun 1.0.8-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə görə narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi-həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması-məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 04 mart 2011-ci il tarixli, 02 nömrəli qərarına görə törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Həmin siyahıda bu miqdar qurudulmuş marixuana üçün 5 qram müəyyən edilmişdir. Həmin qərarın 19-cu bəndində məhkəmələrə izah olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ-qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər).Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Beləliklə, Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi özünün ibtidai istintaq zamanı və birinci instansiya məhkəməsində verdiyi ifadələr, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin məhkəmə kollegiyasında verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələrinin tərkibi vardır. CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətinin bütün dəlilləri əsassızdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (Cinayət Prosessual Məcəlləsinin 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (Cinayət Prosessual Məcəlləsinin 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (Cinayət Prosessual Məcəlləsinin 28.5-ci maddəsi). Cinayət Məcəlləsinin 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir (Cinayət Məcəlləsinin n 58.1-ci maddəsi). Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs israr olunan cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, təqsirləndirilən şəxsə təyin edilmiş cəzanın növü və həddi, habelə cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmişdir. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası Cinayət Prosessual Məcəlləsinin 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələbinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Balakən Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(019)- 57/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət Prosessual Məcəlləsinin 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. X18 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi dövlət büdcəsi hesabına təyin olunmuş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Şəki regional Vəkil Bürosunun vəkili X2 tərəfindən həyata keçirilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinin tələblərinə görə belə olan halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsi hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli, 31 nömrəli qərarına 03 may 2018-ci il tarixli, 202 nömrəli qərarla etdiyi dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün altı manat məbləğində haqq ödənilməlidir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil X1 hesabına 60 manat məbləğində pul köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyаsı Qərara aldı: Təqsirləndirilən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.1-ci maddələri ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə Balakən Rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli, 1(019)-57/2021 saylı hökmü dəyişdirilmədən saxlanılsın. X18 Məhkəməsində baxılan zaman Təqsirləndirilən şəxs göstərilən hüquqi yardımla bağlı Şəki regional Vəkil Bürosunun vəkili X1 "xxxx" ASC-də olan AZ81UBAZ**********0090AZN001 saylı ("xxxx" ASC-nin Şəki filialının bank rekvizitləri: Bank müxbir hesabı AZ46NABZ********************; KOD 502531; VÖEN **********, SWİFT: UBAZAZ22) hesabına 60 manat köçürülsün. Qərarın icrası göstərdiyi hüquqi yardımla bağlı vəkilə əmək haqqının ödənilməsi hissəsində Azərbaycan Respublikası Vəkillər X3 və Tədris Mərkəzinə həvalə edilsin. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikаyəti və kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar