Məhkəmə qərarları › İş №1(107)-301/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-301/2021

25.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-301/2021 25.11.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən (məruzəçi) - Hüseynov Elçin Şirin oğlu, Hakimlər - Məlikov Vəzirxan İsgəndər oğlu və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə; Məhkəmə iclas katibi - Əhmədli Mətin Əsgər oğlunun katibliyi, Dövlət ittihаmçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, kiçik ədliyyə müşaviri X2, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsiləndirilməsinə dair cinayət işi üzrə Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(051)-58/2021 saylı qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə аçıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Mingəçevir Şəhər Məhkəməsinin (hakim Nemət Paşayev) 18 iyun 2021-ci il tarixli, 1(051)-58/2021 saylı qərarı ilə xx.xx.2001-ci il tarixdə Yevlax rayonu Qaroğlan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və faktiki ünvan 2nvanında yaşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə zərərçəkmiş şəxslə barışmasına görə cinayət məsuliyyətindən azad edilmiş, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatına xitam verilməsi, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin ləğv edilməsi qərara alınmışdır. İşin halları: Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(051)-58/2021 saylı qərarına əsasən, Təqsirləndirilən şəxs Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən Mərkəzi Bazarın daxilində işlədiyi Şahid1 məxsus qəssabxanada 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ucadan danışdığına görə həmin qəssabxanaya Şahid1 borcunu almaq üçün gələn Zərərçəkmiş şəxs ona nalayiq formada irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı qəssabxanadan götürdüyü istintaqa məlum olmayan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs sol tərəf kürək nahiyəsindən bir zərbə vurub, onunla əlbəyaxa olaraq onu qəssabxananın içərisində olan vitrinin üzərinə yıxaraq Zərərçəkmiş şəxs təpə və kürək nahiyəsinin kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurduğu müəyyən edilmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(051)-58/2021 saylı qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Dövlət ittihamçısı apellyasiya protestində göstərmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmamaqla heç bir mötəbər sübuta əsaslanmamışdır. Məhkəmə qərarında qeyd etmişdir ki, münaqişə şəxsi münasibətlər zəminində baş verməsə də, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Həmin vaxt təqsirləndirilən şəxsin hərəkətləri yalnız zərərəçəkmiş şəxsin onun ünvanına söylədiyi nalayiq ifadəyə görə, yalnız zərərəçəkmiş şəxsə qarşı yönəlmişdir. Həmin vaxt təqsirləndirilən şəxs özünü başqalarından üstün şəxsiyyət kimi təqdim etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətində olmamış, nə də onun davranışı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması kimi təzahür etməmiş, həmçinin ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdə özünün göstərməmişdir. Eləcə də, təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə dalaşmasından ibarət hərəkətləri vətəndaşların, idarə, müəssisə və digər təşkilatların, hətta Mingəçevir şəhər Mərkəzi bazarının normal həyat və fəaliyyəti üçün təhlükə yaratmamış, qorxu və narahatçılıq hissinə səbəb olmamışdır. Lakin məhkəmənin nəticəyə gəlməsi üçün sadaladığı hallar və gəldiyi nəticənin əksinə olaraq işin materiallarından görünür ki, ibtidai istintaq və məhkəmə istintaqı zamanı təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri, şahid ifadələri və iş üzrə toplanmış digər sübutlarla müəyyən olunur ki, Təqsirləndirilən şəxs 06 noyabr 2020-ci il tarixdə, saat 18 radələrində ictimai yer hesab edilən, insanların sıx toplaşdığı Mingəçevir şəhərində yerləşən Mərkəzi bazarda Zərərçəkmiş şəxs ona haqlı olaraq söyüşlə ucadan danışmaması barədə iradından sonra ətrafdakılara məhəl qoymayaraq, insanların həyəcan, təşviş, qorxu və narahatçılıq keçirmələrinə səbəb olmuş, əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə, silah qismində istifadə olunan bıçaqla zərər çəkmiş Zərərçəkmiş şəxs zor tətbiq edilməsi ilə müşayiət olunan qərəzli xuliqanlıq hərəkətləri törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilərək cinayət məsuliyyətindən azad edilməsi və işin icraatına xitam verilməsi barədə Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(051)- 58/2021 saylı qərarının ləğv edilməsi və onun Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(051)-58/2021 saylı qərarından apellyasiya şikayəti verilməmiş, eləcə də verilmiş apellyasiya protestinə qarşı yazılı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X5 apellyasiya protestinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin təmin olunmamasını və Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(051)-58/2021 saylı qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası onun iştirakı olmadan apellyasiya protestinə baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya inistansiyası məhkəməsi birinci inistansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya protestinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxsin, onun müdafiəçisinin, habelə dövlət ittihamçısının apellyasiya protesti ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməməli, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(051)-58/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilməyərək və birinci instansiya məhkəməsində vermiş olduğu ifadəsinə ifadə verərək göstərdi ki, 06.11.2020-ci il tarixdə saat 18 radələrində qəssab kimi tanıdığı Şamo adlı şəxs onların işlədikləri qəssabxanaya gəlmişdir. Həmin vaxtı o, qəssabxananın sahibi İxtiyarla qəssabxananın qarşısında dayanıb söhbət edirdi. Şamo onlara yaxınlaşıb görüşdükdən sonra bazara daxil olmuşdur. Həmin vaxt Şamo hiss olunacaq dərəcədə içkili olmuşdur. Bir neçə dəqiqə sonra Şamo yenidən onların yanına qayıtmışdır. Bu zaman İxtiyar qəssabxananın qarşısında stulda əyləşmişdir. O isə yemək yedikləri boşqabları yığışdırıb qəssabxanaya aparırmışdır. O, boşqabları və orada olan bıçağı qəssabxanaya aparan zaman İxtiyar ilə alış verişin zəif olması ilə bağlı bir-biri ilə söyüşlə zarafat sözlə mübahisə edirdi. Boşqabları qəssabxananın girişdə olan masanın üzərinə qoyan zaman Şamo ona söyüş söymədən düzgün danışmağını bildirmişdir. O, isə Şamoya onun danışığının Şamoya aidiyyatı olmadığını bildirmişdir. Bu zaman o, boşqabları qoysa da, bıçaq əlində qalmışdır. O, Şamoya bu sözləri dedikdən sonra Şamo ona nalayiq formada “sən kimsənki belə danışırsan” sözlərini demişdir. Şamo ona bu sözləri deyən zaman o, Şamoya düzgün danışmağı və uzaqlaşmağı bildirmişdir. Şamo yenidən onun ünvanına ”sən kimsənki belə tərzdə danışırsan” deyərək, onun ünvanına ağır söyüş söymüşdür. O, isə Şamonun bu sözlərindən qəzəblənib əlindəki bıçaqla Şamonun üzərinə hücum çəkmiş və ilk olaraq sol əli ilə Şamonu itələmiş və daha sonra sağ əlində olan bıçaqla Şamoya tərəf bıçaq zərbəsi vurarkən Şamo sol tərəf üstə çevrilmiş və onun Şamoya bıçaqla vurduğu zərbə Şamonun sol tərəf kürək hissəsindən dəymişdir. Bundan sonra o, Şamo ilə əlbəyaxa olmuşdur. O, Şamo ilə əlbəyaxa olan zaman bıçaq əlindən yerə düşmüşdür. Daha sonra o, Şamonu qucaqlayıb qəssabxananın qarşısında olan vitrinlərin üstünə yıxmışdır. Onlar vitrinlərin üstünə yıxıldıqdan sonra orada olan İxtiyar onları aralamışdır. Sonra Şamo durub getmiş, Şamo getdikdən bir neçə dəqiqə sonra o, bazardan çıxmış və yaşadığı ev tərəfə getmişdir.Yaşadıqları binanın yaxınlığında olan mağazadan su və siqaret aldıqdan sonra evə getməmiş və qorxduğu üçün parklarda qalmışdır. Bu müddət ərzində valdeyinləri onu yığıb harada olduğunu soruşan zaman o, şəhərdə olmadığını Mingəçevir şəhərindən kənarda olduğunu bildirmişdir. Daha sonra özü könüllü olaraq Mingəçevir şəhər polis şöbəsinə gedərək təslim olmuşdur. Əlavə olaraq bildirir ki, həmin vaxt orada kənar şəxslər olmamış, yalnız İxtiyar olmuşdur. Çünki hadisə baş verən vaxt artıq bazarda heç kim yоx idi. Onlar mübаhisə edən zаmаn və yа mübаhisə etdikdən sоnrа həmin yerə pоlis əməkdаşlаrı gəlməyiblər. Həmin vаxt bazarda söyüş söyməmiş, yalnız Şamonun ona kobud formada irad tutmasından və ünvanıma ağır söyüş söyməsindən qəzəbləndiyi üçün Şamoya bir dəfə bıçaqla xəsarət yetirmişdir. İkinci dəfə Şamoya bıçaqla xəsarət yetirmək fikri olmayıb. Zərərçəkmiş şəxslə barışmış, cinayət nəticəsində оnа dəymiş zərəri könüllü olaraq ödəmiş və onunla razılıq əldə etmişdir. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhərinin H.Əliyev prospekti yaxınlığında yerləşən bazarda özünə məxsus qəssabxana işlədir. Təqsirləndirilən şəxs təxminən 3-4 ildir ki, onun yanında qəssab işləyir. Şamo adlı şəxsə zəng vurub ona ət lazım olduğunu və оndаn 310 manat dəyərində mal əti alаrаq pulunu оnа 2-3 gün sonra verəcəyini bildirib. 06.11.2020-ci il tarixdə saat 18 radələrində Şamo işlətdiyi qəssabxanayа gəlmişdi. Şamo qəssabxanaya gələn zaman hava tam işıqlı deyildi. Bu zaman özü qəssabxananın qarşısında stulda əyləşib gündəlik hesabını edirdi. Şamo gəlib Kərəm və onunla görüşdükdən sоnrа pulunu istədi. Şаmоyа pulu verərkən аz аlver etdiyi üçün Kərəmə irаd tutub, Kərəm isə nаrаzılıq edərək ona söz qаytаrdı. Bu zaman Şamo Kərəmə nalayiq formada irad bildirdi və sоnrа Kərəm ilə Şamo bir-birinin üzərinə hücum edib dalaşmağa başladılаr. Bu zaman Şamo və Kərəmi ayırıb və оnlаrı ayırdıqdan sonra hər ikisi bazardan çıxıb getdilər. Həmin günü axşam saatlarında sаhə müvəkkili zəng vurub ona dedi ki, qəssabxanın qarşısında Kərəm Şamonu bıçaqla vurub. Əlavə olaraq bildirir ki, hadisə vaxtı Şamo içkili vəziyyətdə olub. Kərəm Şamonun üzərinə hücum edən zaman stоlun üstünü yığışdırdığı üçün bıçaq оnun əlində idi, yəni Kərəm məhz Şamonu vurmaq üçün bıçаq götürməmişdi. Hаdisə аxşаm vаxtı оlduğu üçün аrtıq bаzаr bаğlаnmışdı. Həmin vаxt qəssаbxаnаyа Rаmiz gəlmişdi, bаşqа heç kim yоx idi. Xəyаl Оsmаnоv həmin vаxt оrаdа оlmаyb. Şаmо ilə Kərəm təxminən 2-3 dəqiqə tutаşmış və оnlаrı tez аyımışdır. Həmin vаxt hаdisə yerinə pоlis əməkdаşlаrı gəlməyib, qış аyı оlduğu və hаvа qаrаldığı üçün ümumiyyətlə bаzаrdа heç kim yоx idi deyə оrаyа аdаm yığılmаmışdı. Bаşqа bir neçə nəfər şəxs həmin yerə sonradan gəldikləri üçün heç nəyin şаhidi оlmаyıblаr. Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdir ki, o, həmin günü Mingəçevir şəhərində bəzi işlərini həll etdikdən sonra yaşadığı Yevlax rayonunun Ərəş kəndində getməli idi. Аvtobusa çatmadığı üçün təxminən saat 18 radələrində əvvəllər tаnıdığı İxtiyarın yanına getmişdi ki, оnunlа birlikdə Yevlаxа getsin. İxtiyаrın qəssаbxаnаsındа оlduğu vаxt İxtiyarın yanına qəssab kimi tanıdığı Şamo adlı şəxs gəlmişdir. Şamo İxtiyardan verdiyi ətin pulunu istədi, İxtiyar isə Şamoya olan borcunu verərək nаrаzı şəkildə Kərəmə əti аz sаtdığını və bütün gün telefоnlа оynаdığını bildirdi. Bu zaman Kərəm İxtiyar ilə ucadan danışırdı. Şamo isə Kərəmə Kərəmə söyüşlə danışmamağı bildirdi. Bu zaman Kərəm Şamoya danışığının Şamoya aidiyyatı olmadığını bildirdi. Şamo isə Kərəmə nalayiq formada “sən kimsən ki, mənimlə bu tərzdə” danışırsan dedi. Bu sözdən sonra аnidən Şamo ilə Kərəm tutuşdulаr və Şаmо Kərəmi qəssabxananın qarşısında olan vitrinlərin üzərinə yıxdı. Həmin vaxt оnlаrı аrаlаdılar və sonra Şamo və Kərəm çıxıb getdilər. Hаdisə аxşаmа dоğru bаş verdiyi üçün bаzаrdа heç kim yоx idi Məhkəmə kollegiyasının iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, o, Mingəçevir şəhərində H.Əliyev prospekti yaxınlığında yerləşən mərkəzi bazarın girişində çörək satışı ilə məşğul olur. Kərəmi tаnıyır, Şаmоnu isə tаnımır. Həmin gün аxşаm üstü idi, o, mаrketdən çıxaraq evinə gedirdi və gördü ki, İxtiyаrın qəssəbxаnаsı tərəfdən pоlislər keçir. Оnlаrdаn nə bаş verdiyi bаrədə sоruşanda pоlis əməkdаşlаrı bildirdilər ki, dаvа-dаlаş оlub. Əlavə olaraq bildirdi ki, hаdisə bаş verən vаxt оrаdа оlmаdığı üçün heç nəyin şаhidi оlmаmışdır. Onun işlədiyi yer İxtiyаrın qəssаbxаnаsındаn xeyli аrаlı оlduğu üçün həmin vаxt оrаdа nə bаş verməsindən xəbəri оlmаyıb, yəni heç səs-küy də eşitməyib. O, birinci instаnsiyа məhkəməsində də belə ifаdə vermiş və hаzırdа verdiyi ifаdəsini təsdiq edir, çünki birinci intsаnsiyа məhkəməsində də belə ifаdə vermişdir. Birinci instansiya məhkəməsinin iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, Mingəçevir şəhəri, D.Əliyeva küçəsi 7 saylı tam orta məktəbin yaxınlığında yerləşən qəssabxanada qəssab işləyirdi. 03.11.2020ci il tarixdə Mingəçevir şəhəri, Mərkəzi bazarda qəssabxana sahibi olan İxtiyar adlı şəxs onun yanına gəlmişdir. İxtiyarı qəssab kimi tanıyırmış. Münasibətləri normal olmuşdur. Həmin günü o, İxtiyara 310 manat dəyərində 30 kiloqram mal ətini nisyə vermişdir. İxtiyar bir neçə gün sonra ona 310 manat pulu verəcəyini bildirmişdir. Həmin günü yəni, 06.11.2020-ci il tarixdə saat 18 radələrində o, İxtiyarın işlədiyi Mingəçevir şəhəri, mərkəzi bazarda olan qəssabxanasına 3 gün öncə İxtiyara nisyə verdiyi 30 kiloqram mal ətinin pulunu almağa getmişdir. O, qəssabxananın qarşısına çatan zaman İxtiyarın qəssabxananın qarşısında stulda əyləşdiyini, İxtiyarın yanında qəssab işləyən Kərəmin isə ayaqüstə əlində olan qabqacaqları qəssabxanaya qoyduğunu görmüşdür. O, İxtiyar və Kərəm ilə görüşdükdən sonra İxtiyara 3 gün öncə nisyə verdiyi mal ətinin pulunu istəmişdir. İxtiyar 310 manat pulu sayıb ona vermişdir. O, İxtiyardan pulu alıb getmək istəyərkən, Kərəmin qəssabxananın qarşısında İxtiyarla sözlə mübahisə etdiyini eşitmişdir. Həmin vaxtı hava qaranlıq olsa da, bazarda alış veriş etmək üçün az sayda insanlar olmuşdur. O, Kərəmə bazarda insanlar olduğu üçün ucadan danışdığı üçün öz iradını bildirmişdir. Kərəm isə ona bu söhbətin ona aidiyyatı olmadığını bildirmişdir. Bundan sonra o, Kərəmə yenidən irad bildirən zaman, Kərəm əlində bıçaq anidən onun üzərinə hücum etmişdir. Bu zaman Kərəmlə onlar əlbəyaxa olmuş və qəssabxananın qarşısında olan vitrinlərin üzərinə yıxılmış və bazarda olan şəxslər onları ayırmışlar. Bundan sonra o, mərkəzi bazardan çıxmış bir qədər piyada getdikdən sonra kürək nahiyyəsində ağrı hiss etdiyi üçün tanımadığı taksiyə əyləşib, Mingəçevir şəhər, Mərkəzi xəstəxanasına getmişdir. Mərkəzi xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra o, yaşadığı evə getmişdir. Evdə əynini dəyişmiş bıçaqlanan zaman əynində olan paltarlar qan olduğu üçün o həmin paltarları Mingəçevir şəhəri, M.Maqomayev küçəsində yerləşən zibil qutusuna atmışdır. O, bazarda olan zaman içkili olmamış, lakin xəstəxanadan qayıtdıqdan sonra evdə spirtli içki qəbul etmişdir. O, istintaq zamanı da hazırkı eyni qaydada ifadə vermişdir. Həmin vaxt bazarda çox sayda adam olmamışdır. Onların davası isə 2-3 dəqiqə çəkmişdir. Davaya səbəb isə onun Kərəmə irad tutması olmuşdur. O, Kərəmi yaxından tanıdığı və ondan yaşda böyük olduğuna görə ərk edib irad tutmuşdur. Görünür Kərəm cavan olduğuna görə onu düzgün başa düşməmişdir. Bununla belə o, Kərəmi bağışlamış və hazırda onlar arasında heç bir anlaşılmazlıq və ədavət yoxdur. Hadisədən sonra təqsirləndirilən şəxs onunla barışmış və ona dəymiş maddi və mənəvi ziyanı ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən şikayəti və tələbi yoxdur. Odur ki, məhkəmədən ifadəsində göstərilən halların nəzərə alınmasını və təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunmasına dair qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 06.11.2020-ci il tarixdə saat 18 radələrində o və Mingəçevir ŞPŞ-nin əməkdaşları Şahid5 və Şahid4 Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən Mərkəzi Bazarda xidmətdə olan zaman bazarın giriş qapısı tərəfdən ucadan səsküy gəldiyini eşitmişlər. Onlar dərhal səs-küy gələn tərəfə getmişlər. Həmin yerə çatan zaman İxtiyar adlı şəxsə məxsus qəssabxananın qarşısında 8-10 nəfər şəxslərin toplaşdığını görmüşlər. Onlar həmin şəxslərdən nə baş verdiyini soruşan zaman orada olan şəxslər, İxtiyar adlı şəxsin yanında işləyən Kərəm adlı şəxsin tanımadıqları şəxslə dava-dalaş etdiyini və Kərəmin həmin şəxsə bıçaqla xəsarət yetirdiyini bildirmişlər. Onlar həmin şəxsin kim olması barədə maraqlandıqda, həmin şəxsin Mingəçevir şəhəri, D.Əliyeva küçəsi, 7 saylı tam orta məktəbin yaxınlığında yerləşən qəssabxanada qəssab işlədiyini və adının Şamo olduğunu öyrənmişlər. Onlar hadisə yerinə çatan zaman Kərəm və Şamo hadisə yerində olmamışlar. Hadisə yerinə baxan zaman qəssabxananın qarşısında yerləşən bağlı vitrinlərin üzərində və yerdə qan izləri olduğunu görmüşlər. Bundan sonra onlar dərhal Mingəçevir ŞPŞ-nə məlumat vermişlər. Aidiyyatı üzrə polis əməkdaşları hadisə yerinə gələnə qədər onlar hadisə yerinin mühafizəsini təşkil etmişlər. Birinci instansiya məhkəməsinin iclasında şahid qismində dindirilmiş Mingəçevir ŞPŞ-nin əməkdaşları, Şahid4 və Şahid5 Şahid6 ifadəsində göstərdiyi xüsüsatları təsdiq etmişlər. Belə ki, cinayət işinin materiallarında olan 06.11.2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən Mərkəzi bazarın daxilində qəssabxananın qarşısında yerləşir. Mərkəzi bazara aptek tərəfdən giriş qapısından daxil olan zaman sağ tərəfdə qəssabxana yerləşir. Qəssabxana yerdən 1 metr hündürlükdə qırmızı rəngli kafel örtüklə örtülmüşdür. Həmin qırmızı örtüklü kafelin üzərindən qəssabxana boyu şüşə aynəbətdir. Qəsabxananın yuxarı hissəsində “mal əti, qoyun əti” reklamı vardır. Qəsabxananın qarşısında yerdə qan izləri vardır. Qəsabxananın qarşısında və sağ tərəfdə bazarda gündəlik tələbatların satışı ilə məşğul olan şəxslərə aid piştaxtalar vardır. Həmin piştaxtaların üzəri örtüklə bağlanmışdır. Qəssabxananın qarşısında olan üzəri örtüklə bağlanmış piştaxtanın üzərində qan ləkələri vardır. Bazara giriş qapısından daxil olanda sol tərəfdə isə qapılar bağlı olan obyektlər vardır. Hadisə yerinə baxış zamanı və piştaxda üzərində qan ləkələri aşkar olunmamışdır. Hadisə yerinə baxış zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirdiyi bıçaq yerdə aşkar olunmamışdır. Hadisə yerinə baxış qaranlıq hava şəraitində keçirilmişdir. Baxış zamanı iş üzrə sübut əhəmiyyət kəsb edən hər hansı əşya aşkar olunub götürülməmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyinin 12.11.2020-ci il tarixli 773 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi müayinəsi zamanı onun bədənində aşkar olunan xəsarətlər təpə və kürək nahiyyələrində yaralar kəsici deşici əşyanın, ola bilsin bıçağın təsirindən əmələ gəlmişdirlər, yetirilmə müddətləri qərarda göstərilən 06.11.2020-ci il tarixə uyğundurlar, ağırlıq dərəcələrinə görə sağlamlığı qısa müddətə müvəqqəti pozduğundan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin materiallarında olan 12.12.2020-ci il tarixli, könüllü gəlib cinayəti etiraf etmə barədə protokoldan görünür ki, Adgözəlov X3 ŞPŞ nə gələrək 06.11.2020-ci il tarixdə Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən mərkəzi bazarda X1 aralarında yaranmış mübahisə zamanı qəssabxanada olan bıçaqla bir dəfə xəsarət yetirdiyini bildirərək törətmiş olduğu cinayət əməlini könüllü etiraf etmişdir. Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən mərkəzi bazarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xəsarət yetirməsi zamanı hadisəni görən şəxslərin dairəsinin müəyyən edilməsi məqsədi ilə 15.11.2020-ci il tarixdə verilmiş əməliyyat tapşırığına 27.11.2020-ci il tarixdə verilmiş cavabdan görünür ki, 06.11.2020-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxsun Mingəçevir şəhəri H.Əliyev prospekti yaxınlığında yerləşən mərkəzi bazarda Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirən zaman hadisəni görən şəxslərin şəxsiyyətinin müəyyən edilməsi mümkün olmamışdır. Cinayət işinin materiallarında olan 01.02.2021-ci il tarixli, “sübutların qitmətləndirilməsi” barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-228.4-cü maddəsi ilə cinayət təqibinin başlanılması, həmçinin Zərərçəkmiş şəxs barəsində Azərbaycan Respublikasının CM-221.1-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihama görə, o, Mingəçevir şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən Mərkəzi Bazarın daxilində işlədiyi Şahid1 məxsus qəssabxanada 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ucadan nalayiq ifadələr işlətdiyi zaman, həmin qəssabxanaya Şahid1 borcunu almaq üçün gələn Zərərçəkmiş şəxs ona ictimai yerdə söyüş söydüyü üçün irad bildirdiyinə görə, aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs də ünvanına nalayiq ifadələr işlətmiş, sonra isə yaranmış səs-küyə ictimai yer olan qəssabxananın yerləşdiyi əraziyə toplaşan Şahid1, Şahid2,Şahid3 və digərlərinə etinasızlıq və laqeydlik nümayiş etdirərək, özünü ətrafdakıların fövqündə qoymaqla ictimai qaydanı kobud surətdə pozan və cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edərək qəssabxanadan götürdüyü istintaqa bəlli olmayan və silah qismində istifadə etdiyi bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs sol tərəf kürək nahiyəsindən bir zərbə vurub, onunla əlbəyaxa olaraq onu qəssabxananın içərisində olan vitrinin üzərinə yıxaraq Zərərçəkmiş şəxs təpə və kürək nahiyəsinin kəsicideşici alətin təsirindən əmələ gəlməyə xarakterik yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olduğu üçün sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirərək silah qismində istifadə etdiyi bıçağı tətbiq etməklə ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən, zərərçəkmiş şəxsin üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxsin əməlini Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsi ilə deyil, həmin Məcəllənin 128-ci maddəsi ilə tövsif etməsini işdə ona qarşı irəli sürülmüş ittihamı təsdiqləyən kifayət qədər sübutların olmaması və olan sübutların qeyri-mötəbərliyi, başqa sözlə, ibtidai istintaq orqanının iş üzrə toplayaraq təqdim etdiyi sübutlarla təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittihamın əsaslılığının təsdiqini tapmaması, istintaq orqanının müəyyən etdiyi halların işin faktiki hallarına uyğun gəlməməsi ilə əsaslandırmışdır. Belə ki, birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı belə qənaətə gəlinmişdir ki, hazırkı işin faktiki hallarına görə Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında baş vermiş münaqişəyə səbəb zərərçəkmiş şəxsin təqsirləndirilən şəxsə nalayiq formada irad bildirməsi olmuşdur. Hadisə baş verən gün zərərçəkmiş şəxs İxtiyar adlı şəxsin işlədiyi Mingəçevir şəhəri, Mərkəzi bazarda yerləşən qəssabxanadan 3 gün öncə nisyə verdiyi 30 kiloqram mal ətinin pulunu almağa getmişdir. O, qəssabxananın qarşısına çatan zaman İxtiyarın qəssabxananın qarşısında stulda əyləşdiyini, İxtiyarın yanında qəssab işləyən Təqsirləndirilən şəxs isə ayaqüstə əlində olan qab-qacaqları qəssabxanaya qoyduğunu görmüşdür. Zərərçəkmiş şəxs qəssabxananın sahibi İxtiyar adlı şəxsdən 3 gün öncə nisyə verdiyi mal ətinin pulunu istəmişdir. İxtiyar da 310 manat pulu sayıb zərərçəkmiş şəxsə vermişdir. Zərərçəkmiş şəxs İxtiyardan pulu alıb getmək istərkən, təqsirləndirilən şəxsin qəssabxananın qarşısında İxtiyarla sözlə mübahisə etdiyini eşitmişdir. Həmin vaxt zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə bazarda ucadan danışdığına görə öz iradını bildirmişdir. Təqsirləndirilən şəxs isə bu söhbətin ona aidiyyatı olmadığını bildirmişdir. Bundan sonra zərərçəkmiş şəxs yenidən təqsirləndirilən şəxsə daha nalayiq formada irad bidirmiş və bu zəmində onlar arasında mübahisə və dava-dalaş baş vermişdir. Nəticədə, təqsirləndirilən şəxs tərəfindən zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirilmişdir. Göründüyü kimi münaqişə şəxsi münasibətlər zəminində baş verməsə də, zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamışdır. Həmin vaxt təqsirləndirilən şəxsin hərəkətləri yalnız zərərçəkmiş şəxsin onun ünvanına söylədiyi nalayiq ifadəyə görə yalnız zərərəçəkmiş şəxsə qarşı yönəlmişdir. Həmin vaxt təqsirləndirilən şəxs özünü başqalarından üstün şəxsiyyət kimi təqdim etmək, bilərəkdən özünü ictimai qaydaya qarşı qoymaq, gücünü nümayiş etdirmək, qalmaqal salmaq niyyətində olmamış, nə də onun davranışı ictimai qaydanın kobud surətdə pozulması və cəmiyyətə açıqca hörmətsizlik ifadə olunması kimi təzahür etməmiş, həmçinin ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdə özünün göstərməmişdir. Eləcə də təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə dalaşmasından ibarət hərəkətləri vətəndaşların, idarə, müəssisə və digər təşkilatların, hətta Mingəçevir şəhər Mərkəzi bazarının normal həyat və fəaliyyəti üçün təhlükə yaratmamış, qorxu və narahatçılıq hissinə səbəb olmamışdır. Belə olan halda təqsirləndirilən şəxsin əməlinin xuliqanlıq kimi tövsif edilməsi əsassızdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən, xuliqanlıq ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlərdir. Xuliqanlıq silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə Cinayət Məcəlləsinin 221.3-cü maddəsində göstərilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi və Ali Məhkəməsinin qərarlarında xuliqanlıq kimi tövsif edilən əməllərin mahiyyəti və xuliqanlıq cinayət əməlinin tərkib əlamətləri barədə aydın hüquqi əsas və təcrübə formalaşdırılmışdır. “Bəyim Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 7 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd olunmuşdur ki, xuliqanlıq cinayət əməli məzmunundan və təqsirkarın niyyətindən, habelə onun hərəkətlərinin törədilmə şəraitindən, motiv və məqsədindən asılı olaraq başqa cinayətlərdən fərqləndirilməlidir. Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasına görə aşağıdakı əlamətlər xuliqanlıq hadisəsini xarakterizə edir: ictimai qaydanın kobud surətdə pozulması; cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi; vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. Belə ki, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər–təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq obyektiv cəhətdən Cinayət Məcəlləsinin 221-ci maddəsinin dispozisiyasında sadalanan müxtəlif hərəkətlərdə ifadə olunsa da, onların hamısı üç əsas əlamətə malik olmalıdır. Birincisi, bu hərəkətlər ictimai qaydanı kobud surətdə pozmalıdır; ikincisi, belə pozuntu cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; üçüncüsü isə vətəndaşlar üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir”. Konstitusiya Məhkəməsinin həmin qərarında daha sonra göstərilmişdir ki, “cinayət hüququnda ictimai qayda dedikdə ictimai asayişi, şəxsiyyətin toxunulmazlığını və mülkiyyətin bütövlüyünü, dövlət və ictimai institutların normal fəaliyyətini təmin edən, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış münasibətlər kompleksi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər, ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlikdə ifadə olunan ictimai qaydanın kobud surətdə pozulması, təqsirkarın elə hərəkətləridir ki, bu hərəkətlər vətəndaşların, idarə, müəssisə və digər təşkilatların normal həyat və fəaliyyəti üçün təhlükə yaradır, qorxu və narahatçılıq hissinə səbəb olur.... Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 23 mart 2004-cü il tarixli Qərarında (3-cü bənd) izah olunur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsif olunur. Xuliqanlıq cinayəti gedişində zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülür. Bu zaman zərərçəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulması CM-in 221-ci maddəsi ilə əhatə olunur, zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulduqda isə təqsirləndirilən şəxsin əməli cinayətlərin məcmusu üzrə (yəni CM-in 221-ci maddəsi ilə yanaşı həm də CM-in müvafiq olaraq 127 və ya 126-cı maddəsi ilə) tövsif edilməlidir. Xuliqanlığın əsas tərkibini təsbit edən CM-in 221.1-ci maddəsinin dispozisiyasından, eləcə də “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli Qərarında, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “B.Yusifovanın şikayəti üzrə ...” 17 fevral 2006-cı il tarixli, habelə “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərindən aydın olur ki, xuliqanlıq cinayəti ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik göstərən qərəzli hərəkətlərdə ifadə olunmalı, həmin hərəkətlər isə vətəndaşlar üzərində zor tətbiq olunması və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilməlidir. Cinayətin bu cür təsbitindən görünən odur ki, cinayət olaraq xuliqanlığın əsas xüsusiyyəti, onu ictimai qaydanın pozulmasına səbəb olan və yaxud şəxslər üzərində zorun, hədənin tətbiq edilməsi, əmlakın məhv edilməsi, zədələnməsi ilə müşayiət edilən digər cinayətlərdən fərqləndirən başlıca əlamət sözügedən əməldə qəsdin məhz (birbaşa) ictimai qaydanın kobud surətdə pozulmasına, cəmiyyətə açıqca hörmətsizliyin göstərilməsinə yönəlməsidir. Xuliqanlıqda qəsdin yönəldiyi obyektin özünəməxsusluğu bu cinayət üçün spesifik olan xuliqanlıq kimi motivi (xuliqanlıq motivini) labüd edir. Təqsirkarın hərəkətlərini şərtləndirən (cinayətə sövq edən) amil, hərəkətverici qüvvə kimi çıxış edən xuliqanlıq motivi onun hamılıqla qəbul edilmiş əxlaq normalarının, birgəyaşayış qaydalarının ziddinə hərəkət etmək, eqoizmini nümayiş etdirib, özünü başqalarının fövqündə qoymaq kimi, son nəticədə ictimai qaydanı kobud şəkildə pozmaq, cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə etmək istəyini ehtiva edir. Məhkəmə təcrübəsində formalaşmış hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Konsitusiya Məhkəməsinin və Ali Məhkəmənin istinad olunan Qərarlarında xuliqanlıq cinayətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə, əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoyması, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirməsi, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozması, həmin qayda və normalara etinasızlıq göstərməsi kimi hallar deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bahanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (xuliqanlıq niyyətilə qəsdən sağlamlığa zərər vurma və xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunda formalaşmış hüquqi mövqelərə uyğun olaraq nəticəyə gəlir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsində nəzərədə tutulan cinayət tərkibi mövcud deyildir. Onun zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və sonrakı əlbəyaxa dalaşma zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməsi, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğundur. Beləliklə, məhkəmə araşdırması zamanl sübuta yetirildi ki, təqsirləndirilən şəxs Adgözəlov X3 şəhəri, H.Əliyev prospekti yaxınlığında yerləşən Mərkəzi Bazarın daxilində işlədiyi Şahid1 məxsus qəssabxanada 06 noyabr 2020-ci il tarixdə saat 18 radələrində ucadan danışdığına görə həmin qəssabxanaya Şahid1 borcunu almaq üçün gələn Zərərçəkmiş şəxs ona nalayiq formada irad bildirdiyi üçün aralarında yaranmış mübahisə zamanı qəssabxanadan götürdüyü istintaqa məlum olmayan bıçaqdan istifadə etməklə Zərərçəkmiş şəxs sol tərəf kürək nahiyəsindən bir zərbə vurub, onunla əlbəyaxa olaraq onu qəssabxananın içərisində olan vitrinin üzərinə yıxaraq Zərərçəkmiş şəxs təpə və kürək nahiyəsinin kəsici-deşici alətin təsirindən əmələ gəlməyə xarakterik yara, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Şərh edilənlər kontekstində məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Təqsirləndirilən şəxs əməlində CM-in 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət tərkibi mövcud deyildir. Onun zərərçəkmiş şəxsin təşəbbüsü ilə başlamış mübahisə və sonrakı əlbəyaxa dalaşma zamanı Zərərçəkmiş şəxs sağlamlığına yüngül zərər vuran xəsarətlər yetirməsi, CM-in 128-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinə uyğundur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 8.0.5-ci maddəsinə əsasən cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdən ibarətdir. Həmin Məcəllənin 28.1-ci maddəsinə əsasən məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmə iclaslarında yalnız bu Məcəlləyə müvafiq surətdə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Həmin Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayət prosesində heç bir sübutun və digər materialın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Həmin Məcəllənin 7.1-ci maddəsinə əsasən yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Bundan başqa iş materiallarında olan Zərərçəkmiş şəxs 17.02.2021-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində notariat ofisində 8İ-2827 nömrəli reyetrdə qeydə alınmış ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ondan heç bir şikayəti və tələbinin olmadığı bildirilmiş və ona görə də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini və onun həmin Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinməsi ilə bağlı gəldiyi nətivə qanuni və əsaslıdır. Eyni zamanda təqsirləndirilən şəxsin CM-in 128-ci maddəsi ilə təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilsə də, hazırkı vəziyyətdə təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Çünki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə görə bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsində nəzərdə tutulmuşdur ki,. şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72–ci maddəsinin “Qeyd” hissəsinə əsaəsən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələri əsaslı və işin hallarına uyğun hesab etməklə dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə Təqsirləndirilən şəxs CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə zərurət və ya məqsədəuyğunluq görmür. Beləliklə, məhkəmə kollegiyası dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protestinin dəlillərini qəbuledilməz sayır və Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cəza təyin edilməsinə heç bir əsaslı səbəb görməyərək həmin protestin təmin edilmədən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(051)-58/2021 saylı qərarının isə dəyişdirilmədən sаxlаnılmаsını məqsədə müvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407, 410 və 412-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı tərəfindən verilmiş apellyasiya protesti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə məhkum olunmasına dair Mingəçevir Şəhər Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(051)-58/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410 və 412-ci maddələrində müəyyən olunmuş müddətlərdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. Sədrlik edən: Elçin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar