Məhkəmə qərarları › İş №1(107)-304/2021

Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-304/2021

27.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-304/2021 27.08.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X1, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşаviri İbrаhimоv Rəhmаn Kərim oğlu, Təqsirləndirilən şəxs, onun müdafiəçisi X2 və zərərçəkmiş şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə məhkum edilməsinə dair Göyçay Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə açıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin (sədrlik edən hakim İbrahim Fəttahov) 23 iyun 2021-ci il tarixli hökmü ilə, xx.xx.1951-ci ildə Göyçay rayonunda anadan olmuş, Azərbaycan Respulikasının vətəndaşı, orta təhsilli, pensiyaçı, məhkum olunmamış, evli, Göyçay rayonu Bığır kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində başqa yerə getməmək haqqında İltizam qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsi) 128-ci maddəsi ilə təqsirli bilinməsi, 1000 manat məbləğində cərimə cəzasına məhkum edilməsi, barəsində seçilmiş başqa yerə getməmək qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılması, iş üzrə mаddi sübut оlаn və Göyçаy RPŞ-nin MSSK-nа saxlanılan bir ədəd belin Nümayəndə qaytarılması, Təqsirləndirilən şəxs göstərilmiş 16 saat hüquqi xidmətə görə vəkil Müdafiəçi 96 manat məbləğində pul dövlət büdcəsindən Göyçay rayon Vəkil Bürosunun (Azərbaycan Respublikası Beynəlxalq Bankın Göyçay filialı, Bankın kodu 805294, VÖEN ********** M/h AZ03NABZ********************, SWİFT kodu İBAZAZ2X, hesablaşma hesabı AZ83İBAZ******************** (VÖEN **********) hesabına köçürülməsi, hökmün icrası Göyçay rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi hökm edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs 20.04.2020-ci il tarixdə saat 00:05-də Göyçay rayon Bığır kəndində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs Cəfər qızının bağ sahəsilə ilə öz bağ sahəsinin qurtaracaq hissəsində yerləşən su bərəsinin yaxınlığında sonuncu ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki belin sap hissəsilə baş və sağ əl nahiyələrindən qəsdən vuraraq, ona sağ əlüstü nahiyədə İİ-İİİ əl daraqları sümükləri proyeksiyasının qançırı və sağ orbit ətrafı posttravmatik dəri altına (qapaq) qansızma ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin qapalı kəllə beyin travması, beyin silkələnməsi ilə müşayiət edilən başın sağ gicgah nahiyəsində yumşaq toxumanın şişkinliyi fonunda qançırı ilə nəticələnən, səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərmişdir ki, 19.04.2020-ci il tarixdən 20.04.2020-ci il tarixə keçən gecə saat 00 radələrində oğlu Şahid3lə birlikdə bağı suvarmaq üçün su bərəsindən suyu açıb evə qayıtmış, bir az keçmişdir ki, su kəsildiyini görmüşdür. Oğlu Natiqlə birlikdə yenidən su bərəsinin başına gedib suyun kəsilməsinin səbəbini müəyyənləşdirmək istəmiş, həmin vaxt bağın su bərəsi olan yerə açılan qapının onun tərəfdən olan hissəsində qıfıl asıldığını gördükdə anlamışdır ki, qardaşı oğlu Qoşqar suyu kəsib və qəsdən qıfılla qapını bağlayıb. Oğlu Natiq qıfılı əlindəki bel ilə qırmış, ikisi yenidən su bərəsindən suyu bağa açmaq istədikdə Nümayəndə də əlində bel onlara yaxınlaşaraq narazılıq etməyə başlamışdır. Bu zaman Qoşqarın anası Xanım və Qoşqarın arvadı Zümrüd həmin yerə gəlmiş, Qoşqar əlindəki bel ilə onun oğlu Natiqin sağ ayaq nahiyyəsindən iki dəfə vurmuşdur. Beli Qoşqarın əlindən alan zaman onun anası Zərərçəkmiş şəxs onu əlindəki ağac parçası ilə bel nahiyyəsindən vurmuş, lakin həmin zaman hər hansı bir xəsarət almamışdır. Qoşqarın əlindən beli alıb kolluqla tullamış, Zərərçəkmiş şəxs isə əli ilə sinəsində itəliyərək özündən uzaqlaşdırmışdır. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs nümayəndəsi (oğlu) Nümayəndə göstərmişdir ki, anası Zərərçəkmiş şəxs 19.04.2020-ci il tarixdən 20.04.2020-ci ilə keçən gecə saat 00 radələrində həyətini suvarmaq üçün bağın ətəyinə getmiş, anası da həmin yerə getdikdə Təqsirləndirilən şəxs həmişəki kimi sahəyə keçib bərədən öz həyətinə su açdığını görmüş və Məzahir keçdiyi bağın qapısını qıfıllayıb geri qayıtmışdır.Bir qədər keçdikdən sonra, Məzahirlə oğlu Natiqin fənərlə bərəyə tərəf getdiklərini görüb onların arxasınca getmiş, bundan sonra arvadı Zümrüd mübahisənin baş verə biləcəyini anlayıb onun arxasınca gəlmişdir. Bu zaman Məzahir və oğlu Natiq su üstündə onunla mübahisə etmişdir, Məzahirin onu nalayiq ifadələrlə təhqir etmiş, oğlu Şahid3 onun boğazından, Məzahirin isə onun əlindən tutmuşdur. Bu zaman Məzahir və oğlu Natiqə onu nalayiq ifadələr söymüş, və Məzahir əlindəki belin sapı ilə anası Zərərçəkmiş şəxs başından 2 dəfə vurub xəsarət yetirmişdir. Eyni zamanda Məzahir əlindəki beli anasının baş nahiyəsinə vuran zaman bel onun sağ əlinə də dəyərək xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs şikayətçidir və onun qanuna uyğun şəkildə cəzalandırılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid3 göstərmişdir ki, 19.04.2020-ci il tarixdən 20.04.2020-ci il tarixə keçən gecə saat 00 radələrində atası Təqsirləndirilən şəxslə birlikdə bağı suvarmaq üçün suyu açıb evə qayıtmış, bir az keçmiş həyətə su gəlmədiyini görüb atası Məzahirlə birlikdə yenidən bağın çıxacağına su bərəsinin yanına gedib nə baş verdiyini, yəni suyun nə səbəbdən kəsildiyini müəyyənləşdirmək istədikdə həmin vaxt bağın su bərəsi olan yerə açılan qapının onlar tərəfdən olan hissəsində qıfılın asıldığını görmüş və məlum olmuşdur ki, Nümayəndə qəsdən bərədən suyu kəsib və qıfılla qapını bağlayıb. Bundan sonra əlində olan bel ilə, qıfılı qırmış, atası ilə yenidən su bərəsindən suyu bağa açmaq istədikdə Nümayəndə də əlində bel ilə onlara yaxınlaşaraq narazılıq etməyə başlamışdır. Bu zaman Qoşqarın anası Zərərçəkmiş şəxs və arvadı Zümrüd də onlara yaxınlaşmışlar. Qoşqar əlində olan bel ilə iki dəfə onun sağ ayaq nahiyyəsindən vurub ona xəsarət yetirmişdir. Atası Məzahir beli Qoşqarın əlindən alan zaman anası Zərərçəkmiş şəxs Məzahirin belindən əlindəki ağac parçası ilə vurmuş, Məzahir Qoşqarın əlindən beli alıb Qoşqarı və Zərərçəkmiş şəxs əli ilə kənarlaşdırmış, əsəbləşdiyindən Qoşqarın əlindəki beli ondan alıb öz bağları tərəf kolluğa atmışdır. X7 suyu növbəli şəkildə suvarmağı bildirmiş və atası ilə birlikdə oradan uzaqlaşmışlar. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında ekspert qismində ifadə vermiş A.Ə.Mirzəyev göstərmişdir ki, Göyçay RPŞ-dən 20.04.2021-ci il tarixdə Göyçay rayon Bığır kənd sakini Zərərçəkmiş şəxs qonşusu Təqsirləndirilən şəxs tərəfindən döyülməsi ilə bağlı rəy verilməsi üçün material daxil olmuşdur. Zərərçəkmiş şəxs müayinə edilmiş, onun bədəni üzərində Sağ əlüstü nahiyyədə İİ-İİİ əl daraqları sümükləri proyeksiyasının qançırı və sağ orbit ətrafı posttravmatik dəri altına (qapaq) qansızma xəsarətləri, eləcə də qapalı kəllə beyin travması, beyin silkələnməsi ilə müşayiət edilən başın sağ gicgah nahiyyəsində yumşaq toxumanın şişkinliyi fonunda qançırı kimi xəsarətlər aşkar edilmişdir. Göyçay RMX-nın Zərərçəkmiş şəxs adına tərtib etdiyi 20.04.2020-ci il tarixli 995 saylı xəstəlik tarixinin surətinə baxış keçirilmiş, müəyyən edilmişdir ki, Zərərçəkmiş şəxs həmin tarixdə 10:55 radələrində aldığı xəsarətdən sonra xəstəxanaya müraciət etmiş, daxil olarkən şikayəti baş ağrıları, baş gicəllənmə və ürək bulanmadan ibarət olmuşdur. Obyektiv müayinədə dəri və görünən selikli qişalarının rəngi cəhrayıdır. A/T -140/75-dir, PS-82 ritmikdir, tənəfüsü sərbəstdir, qarnı palpasiyada yumşaqdır, lokal müayinədə sağ gicgah təpə nahiyəsində şişkinlik, dəri altı qan sızma görünür, sağ əlin saraq arxası səthi şişkindir, ağrılıdır, kəllənin poliporision jevoroskopik görünən sümüklərdə travmatik və digər R-oloji əlamətlər izlənilmir. Obyektiv nevroloji statusda kəllə-beyin sinirləri pozulmayıb. Xəstə həkim nevropatoloq və sahə həkimi nəzarəti altında ambulator müalicəyə yazılmışdır. Kliniki diaqnozu: qapalı kəlləbeyin trvaması, baş beyin silkələnməsi. Sağ gicgah nahiyəsinin tüklü hissəsinin əzilməsi, dəri altı qansızma, sağ orbiti ətrafı posttravmatik dəri altı qansızma. Sağ əlin daraq arxası səthinin yumşaq toxumalarının əzilməsi olmuşdur. Zərərçəkmiş şəxs həmin xəstəlik tarixçəsi əsasında müvafiq rəy verilmişdir. Göyçay Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmündən Zərərçəkmiş şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. Göyçay Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmündən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti və Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti, eləcə də verilmiş apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya şikayətinin dəlilləri Zərərçəkmiş şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Göyçay rayon Məhkəməsinin 23.06.2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib, 1000 manat məbləğində cərimə cəzasına məhkim edilmişdir. Həmin hökmlə razı deyil. Aşağıda qeyd etdiyi səbəblərə görə, əvvəla Təqsirləndirilən şəxs əməli düzgün tövsif edilməmişdir. Çünki o yüngül yox, az ağır dərəcəli xəsarət almışdır. Baş beyin silkələnməsinə görə bu günkü gündə də əziyyət çəkir. Həkim- ekspert bilərəkdən ona yetirilmiş xəsarəti yüngül göstərmişdir. Sonradan o, Bakıda Loğman klinikasında olmuş və ona aşağıdakı diaqnoz qoyulmuşdur. Hər iki periventrikulyar nahiyədə, hər iki sentrum semiovaledə və hər iki periatrial nahiyədə T2, FLAİR hiperintens 6-7 mm ölçüsündə mikroangiopatik ocaqlar izlənilir. DW rejimlərdə restriksiya göstərən kəskin və ya yarımkəskin dövr işemiya aşkar edilməmişdir. Hesab edir ki, Təqsirləndirilən şəxs əməli 127-ci maddə ilə tövsif olunub, ona daha ağır cəza verilməlidir. Ona görə də Göyçay Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ləğv edilərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127-ci maddəsinə tövsif edilərək ona daha ağır ittiham edilməsi üçün işi geri qaytarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə iclasında ifadə verən Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməsini Göyçay Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X3 apellyasiya şikayətinin təmin edilməməsini, Göyçay Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iş üzrə Zərərçəkmiş şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş və məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs hərəkətlərində CM-nin 127.1-ci maddəsinin tərkibinin olması dəlili ilə razılaşmır. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayət əməllərini törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmişdir. Belə ki, cinayət işinə əlavə olunmuş Məhkəmə-tibbi ekspertizasından alınmış 13.05.2020ci il tarixli 155 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ əlüstü nahiyyədə İİ-İİİ əl daraqları sümükləri proyeksiyasının qançırı və sağ orbit ətrafı posttravmatik dəri altına (qapaq) qansızma küt-bərk əşyanın təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 20.04.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Qapalı kəllə beyin travması, beyin silkələnməsi ilə müşayiət edilən başın sağ gicgah nahiyyəsində yumşaq toxumanın şişkinliyi fonunda qançırı bərk-küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən 20.04.2020-ci il tarixinə uyğun gəlir və dərəcəsinə görə səhhətin qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində qəsdən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olması qəsdən sağlamlığa yüngül zərər vurma hesab edilir. Həmin Məcəllənin 127.1-ci maddəsində zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnməsi qəsdən sağlamlığa az ağır zərər vurma hesab edilir. Birinci instansiya məhkəməsinin məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara qiymət verərək hesab etmişdir ki, Təqsirləndirilən şəxs 20.04.2020-ci il tarixdə saat 00:05də Göyçay rayon Bığır kəndində qonşuluğunda yaşayan Zərərçəkmiş şəxs Cəfər qızının bağ sahəsilə ilə öz bağ sahəsinin qurtaracaq hissəsində yerləşən su bərəsinin yaxınlığında aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı Zərərçəkmiş şəxs əlindəki belin sapı ilə baş və sağ əl nahiyələrindən qəsdən vuraraq, ona sağ əlüstü nahiyədə İİ-İİİ əl daraqları sümükləri proyeksiyasının qançırı və sağ orbit ətrafı posttravmatik dəri altına (qapaq) qansızma ilə müşayiət olunan sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilməyən, həmçinin qapalı kəllə beyin travması, beyin silkələnməsi ilə müşayiət edilən başın sağ gicgah nahiyəsində yumşaq toxumanın şişkinliyi fonunda qançırı ilə nəticələnən, səhhətin qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vuran xəsarətlər yetirməklə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetir və ona həmin maddənin sanksiyası həddində cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli qərarının 1-ci bəndində göstərilmişdir ki, cinayət qanunun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, pensiyaçı olmasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Onun cəzasını ağırlaşdıran hal müəyyən olunmamışdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halın olmamasını nəzərə alaraq ona təqsirləndiyi maddənin sanksiyası həddində cərimə cəzasının təyin edilməsini məqsədə müvafiq hesab edir. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikаyətinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, Zərərçəkmiş şəxs apellyasiya şikayəti təmin edilmədən, Göyçay Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli hökmü isə baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. nəticəvi hissə Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Zərərçəkmiş şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Göyçay Rayon Məhkəməsinin 23 iyun 2021-ci il tarixli, 1(046)-43/2021 saylı hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar