Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-31/2021 30.03.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hаkimlər Əliyev Rafail Əyyub oğlu (sədrlik edən), Eyvazov Akif Məhərləm oğlu və Şükürov İmanverdi Həşimxan oğlundаn ibаrət tərkibdə, X7 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X8, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxs X10 hüquqi varisi X4, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X2 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmündən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Şəki Ağır Cinayətlər Məhkəməsinin (hakimlər B.Məmmədov (sədrlik edən), R.Hüseynov və N.Mirzəyevdən ibarət tərkibdə) xx xxxxxxx 2020-ci il tarixli hökmü ilə xx xxxx 1990-cı ildə Zaqatala rayonunun Danaçı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Zaqatala rayonunun Danaçı kəndində qeydiyyatda olmaqla, orada yaşamış və barəsində həbs qətimkan tədbiri seçilməklə, X3 saxlanılan Təqsirləndirilən şəxs CM-in 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, on yeddi il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin başlanğıcının xx xxxxxxx 2019-cu il tarixdən hesablanması, iş üzrə məhkəmə məsrəfi olan 279 AZN ekspertiza xərcinin Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə maddi sübut olan və Zaqatala Rayon Prokurorluğunda saxlanılan ağ rəngli qısaqol, öndən 7 ədəd düymə ilə bağlanan, sol tərəfdə döş hissəsində cibi olan, qana bulaşmış vəziyyətdə köynək, qara rəngdə iki yan, iki arxa cibləri, bel hissəsində qara rəngli dəri materialdan qayış olan şalvar, ağ rəngdə qolsuz mayka, boz rəngdə tuman, bir cüt ayaqqabı, qara rəngli sintetik materialdan corablar və şalvarın sağ cibində aşkar edilmiş 01 ədəd cib dəsmalı zərərçəkmiş şəxsin hüquqi varisi Solmaz Zutovaya, qara rəngli, üzərində qara rəngli kletkaları olan klassik şalvar və uzunqol dəri gödəkçə, tünd göy və açıq mavi rəngli kletkaları olan, uzunqol rubaşka, ağ rəngli köynək, qara rəngli, öndən iplə bağlanan inspektor tipli ayaqqabının Təqsirləndirilən şəxs qaytarılması, 03 ədəd şüşə qırıntıları, qanabənzər ləkələrdən götürülmüş nümunələrin, 01 cüt qaloşun dəyəri olmadığına görə məhv edilməsi, bir ədəd diskin cinayət işinin materiallarında saxlanılması, bir ədəd qoltuq ağacının isə Zərərçəkmiş şəxs barədə ayrılan ********* nömrəli cinayət işi üzrə maddi sübut olmasının nəzərə alınması, CM-in 99-1.1-ci maddəsinə əsasən, cinayətin törədilməsində alət olmuş bir ədəd bıçağın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə keçirilməsi, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılması müəyyən edilmişdir. İŞİN HALLARİ Birinci instansiya məhkəməsinin hökmünə əsasən, Təqsirləndirilən şəxs xx xxxxxxx 2019-cu ildə, saat 23 radələrində qonşusu Şahid2 qızının Zaqatala rayonunun Mazıx kəndinin ərazisində yerləşən “Ayşa” şadlıq evində keçirilən toy məclisində musiqi sifariş edib dostları ilə rəqs edərkən həmkəndlisi X10 əvvəllər aralarında olan ədavətə görə musiqini dayandıraraq onların rəqs etməsinə mane olması səbəbindən baş vermiş mübahisə zamanı sonuncunun oğlu Zərərçəkmiş şəxs toy məclisində onunla dalaşaraq döyüb xəsarət yetirməsinə görə aralarında olan münasibətlər daha da gərginləşmiş, həmin gün toy məclisi bitdikdən sonra saat 23:45 radələrində Təqsirləndirilən şəxs toy sahibi Şahid2 yaşadığı Zaqatala rayonunun Danaçı kəndində yerləşən fərdi yaşayış evinin həyətində qohumları ilə birlikdə çay içərkən X16 Zutovla birlikdə həmin yerə gələrək toy məclisində ona qarşı işlətdiyi söyüşlərə görə yenidən onunla mübahisə etməyə başlamış və mübahisə vaxtı Zərərçəkmiş şəxs hadisə yerində olan Şahid1 məxsus taxta əsa ilə ona zərbələr endirdiyindən, qisas almaq niyyəti ilə Abakər Zutovun arvadı və Zərərçəkmiş şəxs anası Solmaz Zutovanın gözü qarşısında, həmçinin Abakər Zutovu və onun oğlu Zərərçəkmiş şəxs bir-birinin gözü qarşısında onlara xüsusi əzab verdiyini dərk edib sonuncuları xüsusi amansızlıqla qəsdən öldürmək məqsədilə stolun üzərində olan, soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək onların üzərinə hücum edib, bıçaqla əvvəlcə Zərərçəkmiş şəxs həyat üçün mühüm əhəmiyyət kəsb edən boyun və kürək nahiyələrinə ardıcıl olaraq zərbələr endirmiş, sonuncu müqavimət göstərərək əlləri ilə özünü aktiv şəkildə müdafiə etdiyindən, bilavasitə xüsusi amansızlıqla qəsdən adam öldürməyə yönəlmiş niyyətini öz iradəsindən asılı olmayan səbəblərə görə başa çatdıra bilməyib, həmin bıçaqla Zərərçəkmiş şəxs sol kürək nahiyəsinin 1 ədəd, sol əlin arxa səthinin 1 ədəd və sol əlin ovuc səthinin 1 ədəd deşilmiş-kəsilmiş yaraları, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olub dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmiş, bundan sonra cinayətkar niyyətini başa çatdırmaq məqsədilə Abakər Zutovun üzərinə hücum edib bıçaqla sonuncuya da ardıcıl zərbələr endirməklə, ona sol ön döş qəfəsinin daxilə keçməklə ürəyi zədələyən və çoxlu qanaxmaya səbəb olmuş, həyat üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aid 1 ədəd yara, sol kürək nahiyəsinin daxili keçməyən 1 ədəd deşilmiş-kəsilmiş və sağ bazunun yuxarı üçdə birinin arxa səthində 2 ədəd kəsilmiş yara, ümumilikdə və ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və boynun aşağı ön hissəsində 1 ədəd səthi kəsilmiş yara, sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətləri yetirməklə, X14 xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmiş, onun oğlu Zərərçəkmiş şəxs isə öz iradəsindən asılı olmayan səbəblərə görə öldürə bilmədiyindən iki şəxsi xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni həyatdan məhrum etməyə cəhd etmişdir. Hökmdən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi tərəfindən apellyasiya şikayətləri verilmişdir. Dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, zərərçəkmiş şəxslər tərəfindən apellyasiya şikayəti və apellyasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Müdafiəçi vediyi apelyasiya şikayətində Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmünün ləğv edilməsini və Təqsirləndirilən şəxs bəraət verilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs apelyasiya şikayətində bi cinayətdə əlinin olmadığını və işinə ədalətli baxılmasını xahiş etmişdir. PROSES İŞTİRAKÇİLARİNİN DƏLİLLƏRİ Məhkəmə kollegiyasının iclasında ifadə verən Təqsirləndirilən şəxs bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə qardaşım arvadı Şahid9 ilə birlikdə bibim oğlu Şahid2 qızının “Ayşa” şadlıq sarayında keçirilən toyunda iştirak etmişəm. Həmin toy mərasimində qonşum və həmkəndlim olan Abakər də öz ailə üzvləri ilə birlikdə iştirak etmişdir. Toyda təxminən 300-500 qram araq içmişəm. Toyun sonuna yaxın, Aydının böyük qardaşı Əliyə yaxınlaşaraq oynamaq üçün bir musiqi sifariş verməsini demişəm. Həmin vaxt Abakər haradansa gələrək musiqini kəsməyimizi dedi. Musiqi kəsildikdən sonra zaldan çıxmaq istəyəndə zalın içərisində Abakərın oğlu Həmzət gəlib sol gözümün altına və ağız nahiyəmə iki dəfə yumurqla vurdu. Sonra ətrafdakılar mənə dedilər ki, sən qaç get burdan. Mən maşına oturub kəndə gəldim. Evə gələn vaxt Əlinin anası Meysarat xanım mənə dedi ki, üzünə qan bulaşıb, gəl üzünü yu, sonra evə gedərsən. Bundan sonra mən İlyasla birlikdə toy yiyəsi olan Aydıngilin evinə getdim. Aydıngildə həyətdə oturub xalamın əri İlyas və əmim Əhmədlə birlikdə çay içən zaman Abakər özünə məxsus Mersedes Vito markalı avtomaşınla oraya gəldi. Aydıngilin həyətlərinə gələn Abakər məni həyətdə görüb öz yanına çağıraraq başıma oyun açacağını dedi. Mən Abakərdən niyə görə mənim üstümə gəlməsinin səbəbini soruşanda, o, mənə dedi ki, toyda Həmzətə söyüş söymüsən, amma Həmzət indi deyir ki, mən Abakərə söyüş söymüşəm. Mən heç kimə söyüş söyməmişəm. Restoranda video kamera var, xahiş edirəm ona baxasınız. Abakərə dedim ki, ikimiz də içkiliyik, toydan çıxmışıq, sabah ayıq başla söhbət edərik, lakin Abakər mənə məhəl qoymayaraq İlyasın əlində olan qəstili alıb mənim kürəyimə vurdu. Həmin vaxt Abakərin oğlu Həmzət də oraya gəldi, Abakər yenidən əsa ilə mənim sol qoluma təkrarən vurdu. Əlində paya ilə üstümə gələn Həmzətə atasını tutmasını dedim, Həmzət isə qayıdıb mənə dedi ki, biz səni öldürməyə gəlmişik. Çox qorxduğuma görə ətrafda əlimə götürməyə əşya axtardım, bu zaman çay içdiyim stolun üzərindəki bıçağı götürərərək Abakərə və oğluna əlimdə bıçaq olduğunu deyərək, bir neçə dəfə təkrar elədim. Həmin vaxt qaçmaq istəyərkən sol tərəfdən kimsə məni paya ilə vurdu və dizim üstə yıxılan zaman kimsə 1-2 dəfə baş və çiyin nahiyəmə əsa ilə vurdu. Ancaq bilmədim kimdir. Həmin vaxt ətrafdakı insanlar üstümə gələrək məni paya və əsa ilə vuran zaman bıçaq əlimdə idi, diz üstə yıxılandan sonra bıçağı iki əlimlə tutmuşdum. Bundan sonra Şahid3 bıçağı əlimdən çıxarmaq istəsə də, bıçağı buraxmadım və bu zaman Əli güc tətbiq edərək sol qolumu arxaya aparıb başıma əli ilə zərbə vurub bıçağı zorla əlimdən çıxardı. Həmin vaxt bıçaq sağ əlimdə olan iki barmağımı kəsdi. Bunları müstəntiq qeyd etmişdi, sonra bilmədim necə oldu. Ətraf qaranlıq idi. Əli bıçağı əlimdən çıxarandan sonra nə baş verdiyini bilmədim. Həmin vaxt Abakər tərəfə baxarkən ətrafda olan insanların ağladığını gördüm, amma Əlini görə bilmədim. Sonra Əlini yolun kənarında görüb yola çıxaraq onun yanına getdim. Mən Əliyə dedim ki, sən niyə onu vurdun? O isə mənə dedi ki, mən onu vurmasa idim o səni öldürəcəkdi. Onda mən Əliyə dedim ki, necə öldürə bilərdi ki, onu tutmuşdular, mənim də oradan qaçmağa şansım var idi. Sən mənə kömək etsə idin, mən oradan rahat qaça bilərdim. Amma sən mənim əlimdən bıçağı zorla alıb gedib Abakəri vurdun. Onların arasındakı ədavətə görə Əli Abakəri bıçaqladı. Əli həmin vaxt mənə gedib polisə təslim olmağımı dedi. Mən ona dedim ki, burda adam ölüb mən necə boynuma alım. O mənə dedi ki, mənim 4-5 uşağım var. Mən sənə söz verirəm ki, səni 5-6 ildən sonra içəridən çıxaracam. Səni orada qoymaram. Mən birinci onunla razılaşmadım. O yenə mənə dedi ki, mənim uşaqlarım var, sən get bunu boynuna al. Mən də ona dedim ki, mən əlimdəki bıçaqla ona hədə-qorxu gəlirdim, öldürmək niyyətim yox idi, amma sən onu öldürdün. Mən bunu edə bilmərəm. Biraz danışıqdan sonra mən razılaşdım və dedim ki, mən özüm polisə xəbər vermirəm, heç harada getmirəm. Kim istəyir məlumat versin. Evə gedib qardaşıma deyəcəm ki, mən öldürmüşəm. Qardaşıma hər şeyi dedim, o soruşdu ki, necə öldürmüsən? Mən də dedim ki, bilmirəm necə oldu, amma öldürdüm. Təxminən 5-10 dəqiqə sonra polislər məni şöbəyə aparmaq üçün gəldilər. Polis maşınının içində Abdurahman da var idi. O mənə dedi ki, hadisə gözümün qarşısında olub, sən niyə belə elədin. Mən də dedim ki, Əli ilə belə məsləhətləşmişik, hər şey yaxşı olacaq. Əli məni içkili halda aldadıb, indidə qaçıb gedib. Bıçaqda mənim əl izim yoxdur. Əli bıçağı mənim əlimdən alıb sonra məndə olmayıb. Xahiş edirəm, təzədən ekspertiza keçirəsiz, bu işə təzədən baxasız. Bundan başqa o, verilən suallara cavab olaraq demişdir ki, Zərərçəkmiş şəxs vurmamışam. Həmzət şüşə qırıb, sonra əlinə vurub. Bunu Şahid3 bacısı qızı Şahru da görüb. Şahru əvvəl özü də belə ifadə vermişdi, sonradan ifadəsini dəyişdi. Əli mənim bibim oğludur. Əli ilə Abakərin arasında əvvəllər ədavət olub, mən onda uşaq idim bilmirəm niyə. Hava onda qaranlıq idi. Abakər ilə aramda 2-3 metrə olardı. Əli mənə kişi kimi söz verib deyə mən işi boynuma götürdüm, dedim qohumdur. Sonra gördüm ki, anası və qardaşı üzümə durur ki, hadisə başqa cür olub. Həmin gün təxminən 400 qram araq içmişdim. Ağlım başımda idi, məni həm toyda, həm də həyətdə başımdan vurmuşdular. İlyas xalamın yoldaşıdır. Ümüküslə qohumluğum yoxdur. Nursultan qonşu uşaq, Həlimət isə xalam oğlu Mürsəlin yoldaşıdır. Zərərçəkmiş tərəflə uzaqdan da olsa qohumluğumuz var. Aydın bibim oğludur, oraya əl-üzümü yumağa getdim, sonra da çay içməyə. Adı çəkilən şəxslərin mənimlə heç bir ədavəti olmayıb. Mən özümü təkcə onda təqsirli bilirəm ki, mən bilə-bilə Əlinin elədiyi cinayəti gizlətmişəm. Məhkəmə kollegiyasının iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə xalam Səyyarənin qızının Zaqatala rayonundakı “Ayşa” şadlıq sarayında toy mərasimində iştirak etmişəm, xalamın əri Şahid2 tapşırığına əsasən mətbəxdə ərzaqlara nəzarət edirdim. Saat 23 radələrində şadlıq sarayının toy mərasimi keçirilən zalına girən zaman Təqsirləndirilən şəxs musiqiçilərin yanında anamla bir yerdə oturan atama əl işarəsi ilə nalayiq formada söyüş göstərdiyini gördüm. Bunu görəndən sonra arxadan Abdula yaxınlaşıb çiynindən və əlindən tutub onu özümə tərəf çevirərək atama nə deməsini soruşdum. Abdul həm atamın, həm də mənim ünvanına nalayiq söyüşlər söydü. Həmin vaxt mən Abdulun sifətinə bir dəfə sillə vurdum və Abdul yerə yıxıldı. Atam o vaxt məni arxaya çəkib dedi ki, mənim məsələmə sən qarışa bilməzsən. Mən də onla razılaşdım və keçdim mətbəxə. Sonra Şahid3 mənə dedi ki, sən mənim toyuma qan qaraçılığı saldın. Mən də bildirdim ki, o, mənim anamı, atamı söyür, ona görə mən onu vurmuşam. Sonra toydan qalan ərzaqları, yeməkləri, qazanları xalamgilə aparmaq üçün atam Abakər Zutova məxsus “Mersedes Vito” markalı avtomobilə yığdıq. Ərzaqları avtomaşına yığdıqdan sonra atam Abakər, anam Solmaz, xalam Səyyarə, xalamın əri Aydın, Aydının qardaşı Əli və başqa adamlarla birlikdə Aydıngilə getdik. Maşında yer az olduğuna görə sıx oturmuşduq. Fikrim var idi ki, maşından tez düşüm Abdulu çağırım ki, sən nə söyüş söyürsən bizə. Amma atam maşından məndən tez düşdü. Atam avtomaşından düşdükdən sonra orada Abdulu görüb yanına çağırdı və dedi ki, bayaq nə söyüş söyürdün. Abdul da dedi ki, mən beləyəm, mən içkiliyəm. O vaxt atamı arxadan tutub kənara çəkdim ki, məsələni mən həll edim. Ancaq yenə də mənə dedi ki, sən mənim işimə qarışa bilməzsən. Mən də “oldu” dedim. Bu vaxt İlyas və Aydın da mübahisənin baş verməməsi üçün araya girmişdilər. Atam Abdulu söhbət etməyə çağıranda, Abdul geri dönüb stolun üzərindəki bıçağı götürdü, həmin ərəfədə isə atam İlyasın taxta materialdan olan qoltuq ağacını İlyasdan alıb, Abdulu vurmaq istədi. Mən arxadan atamı çəlkib ağacı almaq istəyəndə ağac başıma dəydi. Sonra qoltuq ağacını atamın əlindən alanda gördüm ki, Abdul bıçaqla atama tərəf gəlir. Mən atamı tez kənara itələdim ki, Abdulla üz-üzə mən gəlim. Abdulun əlindəki bıçağı yerə salmaq üçün əlimdəki qoltuq ağacı ilə onun üstünə gedib Abdulun qoluna vurdum. Həmin vaxt Abdul bıçaqla mənim boynuma zərbə vurmaq istəyəndə bıçaq sol əlimin üstünə girdi. Həmin vaxt qoltuq ağacı qırılaraq yerə düşdü, bundan sonra Abdul yenidən bıçaqla boynuma vurmaq istəyəndə, mən sol əlimlə özümü müdafiə etdim. Bu dəfə bıçaq sol əlimin içərisinə girdi. Mən yenə Abdulun üzərinə gedib ondan bıçağı almaq istəyəndə, kimsə məni arxadan tutub çəkdi. Həmin adam məni arxadan tutub sağ tərəfə çevirib uzaqlaşdırmaq istəyəndə, Abdul arxa tərəfdən sol çiynimin üstünə bıçaqla vurdu. Mən dizlərimin üstünə çöküb yerə oturanda atamı dizləri üstə həyətdə olan tut ağacının yanında yerə çökdüyünü gördüm. Təqsirləndirilən şəxs heç mənə xəsarət yetirdiyini boynuna almır. Əgər o, bunu boynuna alsa bizdə Şahid3 qarşı şübhə oyanar, amma Abdul deyir ki, mən Həmzəti yaralamamışam. Şahid3 toydan çıxıb həmin həyətə bizim maşında gəlib. Mən əgər görsə idim ki, atamı Şahid3 vurub, onda mən deyərdim. Mən atamı o həyətdən tək çıxarmışam. Əli o vaxt Abdulun yanında idi. Mən atamı maşına mindirən zaman Əli gəlib mənə kömək elədi. Sonra yolda gedən zaman atam xəstəxanaya çatmamış rəhmətə getdi. Bundan başqa, o, verilən suallara cavab olaraq demişdir ki, Abdulu həyətdən kimin çıxardığını görməmişəm. Mən atamı çölə çıxaranda Əli ilə Abdulu darvazanın qabağında görmüşəm. Əli bıçağı şam ağacına vururdu. Abdul məni vuranda Əli hansı tərəfə idi, bilmirəm. Toydan gələndə Əli bizim maşından düşüb yol tərəfə gedib. Maşından ən axırıncı mən düşmüşəm. Məni arxadan tutanlar nə məqsədlə məni tutub, bilmirəm. Çay içinlərdən bircə İlyas araya girmişdi. İlyas bizi aralaşdırmaq üçün araya girmişdi. Mən gördüm ki, Əli bizim maşından düşüb yol tərəfə gedir. Əlinin bizim davamızı görüb- görməməsini bilmirəm. O vaxt yanımda atam, Aydın, İlyas və xalam Səyyarə var idi. Xalam olanı görüb, amma danışmır. Əli xalam Səyyarənin yoldaşının qardaşıdır. Əli ilə atam arasında bir münaqişəsi olmasını heç vaxt bilməmişəm. İnanmıram ki, onun atamı vurması üçün bir səbəbi olsun. Məhkəmə kollegiyasının iclasında ifadə verən zərərçəkmiş şəxsin hüquqi varisi X4 bildirmişdir ki, mən hadisə olanda orada olmuşam. Gördüm ki, Abdul toyda əl işarəsi ilə Abakəri söydü. Mən Abakərin yanına getdim və dedim ki, lazım deyil. Sonra Həmzət də yanımıza gəldi, o da Abakərin söyüşlərini eşitdi. Mən gördüm ki, Abdul əlində bıçaqla Həmzətin üstünə gedir. O vaxt ətraf qaranlıq idi, ətrafda adam da çox idi. Mən Abakər tərəfə qaçanda gördüm ki, Abakərin üstü başı qandır. Abdul bıçaq vurub qaçıb. Abdulun əvvəllər bizimlə düşmənçiliyi olub. Hadisədən 2-3 ay əvvəl içib gəlib küçədə bizə söyüşlər söyüb. Mən o vaxt Abakərə bildirmədim ki, söz-söhbət olmasın. Bundan başqa, Solmaz Zutova verilən suallara cavab olaraq bildirmişdir ki, mən həmin vaxt Əlini görməmişəm. Əli bizim yaxınlığımızda deyildi. Mən Abakərə tərəf gedəndə bircə onu gördüm, başqa heç kimi görmədim. Abakərin üstünə bıçaqla qaçan gördüm. Daha yaxınlıqda Şahid4 var idi. Yoldaşımla Əli arasında heç bir düşmənçilik olmayıb. Həm qonşu, həm də dost idilər. Əli özü toydan sonra bizim maşınla gəlib. Abdulun oğlumun üstünə getməsini, onunla dalaşmasını, oğlumun əlindən qan axmasını görmüşəm. Oğlumu arxadan kim tutub saxlayıb, bilmirəm. Abdulun əlindən bıçağı Şahid3 alıb. O özü də ifadəsində qeyd edib ki, o, Həmzəti vurub öldürmək istəyirdi deyə, bıçağı alıb ağaca vurdum. Təqsirləndirilən şəxsin suallarına cavab olaraq Solmaz Zutova bildirmişdir ki, sən bu hərəkəti etmisən. Sən Həmzətgil tərəfə bıçaqla gedəndə görmüşəm. Təqsirləndirilən şəxsin müdafiəçisi Dəyanət Mustafayev çıxış edərək bildirmişdir ki, nə qədər ki, təqsirləndirilən şəxs özünü təqsirli hesab etmir və ifadələr arasında da müəyyən ziddiyyətlər var, ona görə də apellyasiya şikayətlərinin təmin edilməsini xahiş edirəm. Məhkəm kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı Rəhman İbrahimov bildirmişdir ki, apellyasiya şikayətlərinin dəlilləri tamamilə əsassız, təqsirləndirilən şəxsin gətirdiyi dəlillər isə cinayət işininin materiallarına uyğun deyildir. Ona görə də şikayətlərin təmin edilməməsini, hökmün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş edirəm. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanununun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsinin apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası tərəfləri dinləyib, cinayət işinin materiallarını və apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, işdə olan sübutları tədqiq edib belə qənaətə gəlir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə verən X19 оğlu bildirmişdir ki, Abdul deyir ki, mən orada olmuşam. Mən isə orda olmamışam. Uşaqlarla oturub çay içirdik, onlar təklif elədi ki, gedək tortla çay içək. Toydan gələndə rəhmətlik Abakər dayının maşını ilə qəbiristanlıq tərəfdə qarşı-qarşıya gəldik. Gördüm ki, maşının baqajı açıq vəziyyətdə gedir. Dedim burda nəsə məsələ var. Həyətə keçdim, orda dedilər ki, Abakər dayı bıçaqlanıb. Oradan çıxdım getdim Zaqatala Mərkəzi Rayon Xəstəxanasına. Gördüm ki, Həmzəti əlindən bıçaqlayıblar. Dedim ki, Həmzət nə olub? Həmzət mənə cavab vermədi. O vaxt Abakər dayını gətirdilər. Oradan çıxıb Abdula zəng elədim, dedim ki, bilirsən sən nə etmisən? Abdul dedi ki, “mən bilirəm, o öldümü” deyə məndən soruşdu. Mən ona qəsdən dedim ki, yox Abakər ölməyib. Ona görə belə dedim ki, birdən harasa qaçar. Abdul məndən soruşdu ki, nə edim? Mən də dedim ki, heç hara getmə səni gəlib götürəcəklər. Sonra Zaqatala RPŞ-yə zəng elədim, orada Aqşin müəllimə yaxınlaşdım dedim ki, sizin axtardığınız şəxsin harada olduğunu mən bilirəm. Abdul özü mənə demişdi ki, mən onlardan qorxuram birdən məni döyərlər. Ona görə sən də polislərlə birgə gəl. Mən ona dedim ki, kənd camaatı nə deyər, mən polislərlə birgə gəlirəm səni götürməyə. O da dedi ki, kənd camaatına fikir vermə, sən də onlarla birgə gəl. Mənim bildiklərim bu qədərdir, başqa heç nə bilmirəm. Abdulun Abakəri bıçaqladığını həyətdə mənə kimin deməsini bilmirəm. Abdul bıçaqla vurmuşam sözünü mənə demədi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə bacanağı Şahid2ın qızının toyunda iştirak etmiş, şadlıq evinin həyətində oturan zaman toy sahibi Aydın ona zəng edərək evə aparılmalı olan ərzağı yükləmək üçün özünə məxsus avtomobili şadlıq evinin arxasına sürməyi xahiş etmişdir. Bundan sonra özünə məxsus VAZ 2106 markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobilini şadlıq evinin arxasına sürmüş, orada toydan qalan ərzaqları avtomaşına yığmışlar. Saat 23 radələrində Aydın ona yenidən zang edərək artıq bu dəfə qadınları evə aparmaq üçün avtomaşını şadlıq evinin qarşısına sürməyi xahiş etmişdir. Aydının anası Meysərət, bacısı və sonuncunun oğlunun arvadı Həlimət onu restoranın qarşısında gözləmiş, avtomaşını həmin yerə sürən zaman orada xeyli adamların yığışdığını görmüşdür. Avtomobilin yanında dayanan zaman Abakər da restoranın həyətindən küçəyə çıxmış, sonuncunun əynində köynək olmamış və yalnız mayka olmuşdur. Abakər restoranın həyətindən çölə çıxandan sonra yolun digər tərəfinə keçən camaata doğru getmişdir. Həmin vaxt Əli və Aydın Təqsirləndirilən şəxs onun maşınına tərəf gətirərək sonuncunu evə aparmasını demişlər. Abdul ilə Abakər arasında mübahisə yarandığını başa düşüb Abdulu avtomobilin qabaq oturacağına əyləşdirmişdir. Abdul avtomaşına əyləşdikdən sonra Abakər yenə onun maşınına tərəf gəlmişdir. Abakər Abdula nə isə demək istəsə də, o, avtomobili hərəkətə gətirib oradan uzaqlaşmışdır. Avtomaşında toy sahibi Aydıngilə çatmalı olan ərzaqlar və həmçinin Aydının anası və bacısı da avtomobildə olduğuna görə, Aydıngilə getmişlər. Avtomobili Aydıngilin həyətinə salaraq arxasını evin girişi istiqamətinə vermişdir. Həmin vaxt həyətdə Abdulun əmisi Əhməd və Aydıngilin qonşusu Umüküs adlı qadın olmuş, Umüküs Abdula və ona çay içmək təklif etmişdir. Həmin vaxt o, Abdulla birlikdə Aydıngilın evinin altındakı çardaqda olan stolda oturan Əhmədin yanına gedib birlikdə stolda əyləşmişlər. Avtomaşında gətirdiyi qadınlar həyətdə dayanmayıb birbaşa evə qalxmış, ayağı sındığı üçün hərəkət etdiyi qoltuq ağacını oturduğu stolun yanına qoymuşdur. Umüküs onlara çay süzdükdən sonra oğlu Mürsəl də oraya gələrək onlarla birlikdə çay içmişdir. Təxminən 15- 20 dəqiqə sonra Abakər idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə Aydıngilin həyətinə gəlmiş, avtomobilini həyətdə çevirib avtomobilin arxasını evin giriş istiqamətinə vermişdir. Abakər avtomobildən düşərək onlara tərəf gəlmiş, sonuncunun oğlu Həmzət də atasının arxasınca onlara tərəf gəlmişdir. Abakər Abdulu görərkən kobud formada uca səslə yanına çağırmış, Abdul durub Abakərə tərəf gedəndə ayağa qalxaraq Abdula yerində oturmasını demiş, lakin Abul onun sözünə qulaq asmayaraq ayağa qalxmışdır. Abdul ilə Abakərin arasına keçmiş, həmin vaxt Abakər onun əlində olan taxta materialdan qoltuq ağacını almışdır. Ayağı sındığına görə qoltuq ağacsız yeriyə bilmədiyi üçün birtəhər kənara çəkilmiş, Abakər qoltuq ağacı ilə Abdula yaxınlaşıb sonuncunu vurmaq istəyərkən Abakərin oğlu Həmzət qoltuq ağacını atasının əlindən alıb, əli ilə qoltuq ağacını tutaraq Abdula vurmuşdur. Qoltuq ağacının konkret olaraq Abdulun harasına dəydiyini görə bilməmiş, zərbənin təsirindən qoltuq ağacı və Abdulun əlindəki stəkan sınmışdır. Bundan sonra hamı bir-birinə qarışmış, kimsə Həmzəti kənara çəkmək, Abdulu isə oradan uzaqlaşdırmaq istəmişdir. Həmin vaxt birdən Abakərin həyətdə olan tut ağacının yanında iki əli ilə sinəsini tutub dizi üstə yerə çöküb dayandığını görmüşdür. Abakərin sinəsindən qan axaraq paltarı da qana bulaşmışdır. Sonra Abakər ayağa qalxıb tut ağacının yanındakı stola tərəf gələrək stolda oturmuş, həmin vaxt Həmzət də atasının bıçaqlanmasını gördüyündən, avtomobilindəki ərzaqları yerə boşaltdıqdan sonra Abakər oturduğu yerdən ayağa qalxıb maşına tərəf getmək istəsə də, avtomaşına çatmamış yıxılmışdır. Bundan sonra Həmzət Abakəri maşına qoyub anası ilə birlikdə xəstəxanaya aparmışlar. Sonradan Abakərin öldüyünü eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid8 eyni məzmunlu ifadə verərək Şahid1 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Danaçı kəndində yerləşən “Ayşa” şadlıq sarayında əri Şahid21 xalası Şahid7 qızı Ümüküs Hetayevanın toy mərasimində iştirak etmiş, saat 22 radələrində qohumları ilə toydan çıxaraq qayınatası Şahid1 məxsus olan VAZ 2106 markalı avtomobilin arxa oturacağına əyləşmişdir. Həmin vaxt avtomobilin arxa oturacağında toy sahibi Şahid2 anası Şahid6, sonuncunun qızı Gülnaz və Gülnazın qızı da əyləşmişlər. Arxada yer olmadığı üçün Gülnazın qızı Ana avtomobildən düşərək kəndə gedən avtobusa minmişdir. Təxminən 10 dəqiqə sonra qaranlıqda aydın seçə bilmədiyi iki nəfər Təqsirləndirilən şəxs gətirərək avtomaşının qabaq oturacağında əyləşdirmiş, Abdul avtomobilə əyləşdikdən sonra Şahid6 evə gedəcəklərini demişdir. Təxminən 2-3 dəqiqə sonra qayınatası İlyas gələrək avtomobilə əyləşdikdən sonra birlikdə kəndə qayıtmışlar. Avtomobildə toyla bağlı ərzaqlar olduğu üçün və həmin ərzaqları boşaltmaq məqsədilə Şahid2 yaşadığı evə getmişlər. Qayınatası avtomobili Aydıngilin həyətinə saldıqdan sonra avtomobildən düşərək Meysərət və Gülnazla birlikdə evə daxil olmuşlar. Qadınlar evə daxil olduqdan sonra, qaynı Mürsəl, qayınatası İlyas və Təqsirləndirilən şəxs evin həyətindəki çardağa doğru gedərək orada əyləşmişlər. Həmin vaxt evdə ondan başqa Şahid6, Gülnaz, Saniyət, Şahru, Aydın və digər başqa qadınlar olmuşdur. Şahid4 çay və şirniyyat hazırlayaraq evin həyətində əyləşən Abdul, Mürsəl və qayınatası İlyasa aparmış, onlar isə evdə gəlinin cehizlərinə baxmışlar. Birdən həyətdən səs-küy gəldiyini eşidib eyvana çıxan zaman həmin gün toyu olan Ümüküs özündən getmiş, bundan sonra dərhal Ümüküsü evdə olan qadınlarla birgə otağa çıxartmışlar. Ümüküsün yanında qaldığı üçün çölə və ya eyvana çıxmamış və həyətdə nə baş verməsindən məlumatı olmamışdır. X17 vurduğunu və Abakərin qan içində yerdə uzandığını eşitmiş, təxminən 15-20 dəqiqə sonra həyətə düşərkən Abakəri artıq xəstəxanaya aparmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid21 eyni məzmunlu ifadə verərək Şahid12 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Danaçı kəndində yerləşən “Ayşa” şadlıq sarayında həmkəndlisi və qonşusu Şahid2 qızı Ümüküs Hetayevanın toy mərasimində iştirak etmiş, saat 22 radələrində qonşuların şərəfinə musiqi çalınaraq rəqs edən zaman Abdul da qonşularla birlikdə rəqs etmişdir. Həmin vaxt Abakər Zutov musiqiçilərə yaxınlaşaraq nə isə söylədikdən sonra musiqi dayanmış, lakin yarım dəqiqə keçməmiş musiqi yenidən davam etmişdir. Musiqi başa çatdıqdan sonra Abdul Abakərin olduğu masaya gedərək sonuncuya nə isə deyib yenidən zalın mərkəzinə qayıtmış, bundan sonra zalın mərkəzinə çatmamış Abakərin oğlu Həmzət Abdulun üzərinə gedərək sonuncunun üz nahiyəsindən zərbə vurmuş və zərbənin təsirindən Abdul yerə yıxılmışdır. Bundan sonra Həmzət yerdə uzanmış vəziyyətdə olan Abdulu təpikləməyə başlamış və zalda olan şəxslər Həmzətlə Abdulu ayırdıqdan sonra Abdulu həyətə çıxarmışlar. Sonra Abakər də arvadı Solmazla birlikdə sarayın çıxışına doğru getmişlər. Zalda gödəkçəsini tapıb çölə çıxmış, həmin vaxt əmisi Şahid1 şadlıq sarayının qarşısında görüb sonuncuya yaxınlaşmışdır. Əmisi ilə söhbət edən zaman yolun qarşı tərəfində bir qrup şəxsin mübahisə etdiyini görmüş, Abakərin əynində köynəyi olmamaqla ancaq maykada olmuşdur. Abdul da həmin vaxt orada olmuş, həmin yerə tərəf getmək istəsə də, bir qrup şəxs Abakərlə birlikdə həmin yerdən aralanmış, Abdulu da kənara çəkmişlər. X28 acıqlanaraq özünə məxsus Vaz 2106 markalı avtomaşına oturmasını söyləmiş, Abdul da maşına əyləşmişdir. Bundan sonra o, əmisi oğlu Şahid8la birlikdə taksi ilə kəndə qayıtmışlar. Yolda evinin qarşısında düşüb həyətlərinə daxil olmuş, evə daxil olduqdan 10 dəqiqə sonra qonşuları Şahid2 həyətində səs-küy gəldiyini eşidib sonuncunun həyətinə getmişlər. Aydıngilin həyətinə daxil olan zaman Abakəri yerdə uzanmış vəziyyətdə və köynəyi qanın içində olduğunu görmüşdür. Həmin vaxt həyətdə Həmzət, Solmaz, əmisi İlyas, Aydın və bir neçə nəfər qadın olmuş, X17 bıçaqla vurduğunu eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə uzaq qohumu Şahid2 qızının toy mərasimi olmuş, qayınanası vəfat etdiyi üçün “Ayşa” şadlıq sarayında keçirilən toya getməmiş və Aydıngilin evində olmuşdur. Saat 23 radələrində Aydıngilin evinin həyətində Aydının dayısı Əhmədlə evin altındakı çardaqda oturmuş, həmin vaxt Aydının bacanağı İlyas özünə məxsus avtomobillə Aydıngilin həyətinə gəlmişdir. İlyasla birlikdə Aydının anası Meysərət, bacısı Gülnaz, İlyasın gəlini Həlimət və Abdul gəlmişlər. Qadınlar İlyasın avtomobilindən düşən kimi paltarlarını dəyişmək üçün evə qalxmış, İlyas, sonuncunun oğlu Mürsəl və Abdul gəlib Əhməd kişinin yanında çardağın altındakı stolda oturmuşlar. İlyasa, Əhmədə, Mürsələ və Abdula çay vermiş, həmin vaxt Abakər Zutov özünə məxsus avtomobillə Aydıngilin həyətinə daxil olmuşdur. Abakərin oğlu Həmzət, toy sahibi Aydın, Aydının arvadı Səyyarə və Abakərin arvadı Solmaz da avtomaşından düşmüşlər. Abakər avtomaşından düşdükdən sonra Abdulgilin oturduğu stola tərəf gələrək sonuncuya “toyda mənə dediklərini gəl çıxaq çöldə də, de mənə” demiş, Abdul isə oturduğu stoldan durub bir qədər Abakərə doğru gəlmişdir. Mübahisə vaxtı Abdul geriyə, oturub çay içdikləri stola tərəf dönərək stolun üzərində olan çörək doğramaq üçün qoyulmuş bıçağı sağ əlinə və çay içdiyi stəkanı isə sol əlinə götürmüş, həmin vaxt Abdulu arxadan qucaqlayaraq əlində bıçaq olduğunu deyərək qışqırmışdır. Həmin vaxt Həmzət haradansa İlyasa məxsus qoltuq ağacını götürərək həmin qoltuq ağacı ilə Abdulu vurmuş, ikinci və üçüncü zərbə zamanı Həmzətin Abdula vurduğu qoltuq ağacı onun sağ əlinin barmağına dəydiyinə görə, güclü ağrı hiss etdiyi üçün Abdulu buraxmışdır. Həmzət Abdulu vuran vaxt Abakər onlardan təxminən 3 metr kənarda tut ağacının yaxınlığında dayanıb əlləri ilə işarə edərək Abdulu yanına gəlməsi üçün buraxmalarını işarə etmiş, Abdul onun əlindən çıxdıqdan sonra əlində bıçaqla Abakərə doğru qaçaraq bıçağı Abakərin sinəsinə vurmuşdur. Həmin vaxt Şahid3 hardansa qaçaraq Abdulu arxadan tutmuşdur. Abdulun əlində olan bıçaq qanlı olmuş, bundan sonra Abakər tut ağacının yanında qoyulmuş stola dirsəklənmiş, daha sonra bir qədər stoldan aralanıb dizləri üstə yerə çökmüşdür. Həmzət Abakəri avtomobilə qoyub xəstəxanaya aparmış, sonradan Abakərin artıq yolda öldüyünü bilmişlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə onun dayısı qızı Ümüküsün “Ayşa” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etmiş, saat 23 radələrində toy yekunlaşdıqdan sonra gəlinlə birlikdə dayısıgilin evlərinə getmişlər. Evin eyvanına çıxan zaman qohumu İlyasın və Abakərin avtomobili həyətdə olmuş, həmin vaxt Abakər avtomobildən düşüb çay içən şəxslərə tərəf gedərək orada çay içən Abdulu yanına çağırmışdır. Abakəri sakitləşdirmək istəsələr də sonuncu sakitləşməyərək hamını kənara itələmiş, həmin vaxt həyətdə Abakər, Həmzət, Abakərin arvadı Solmaz, Həmzətin arvadı Şüayinat, Şahid2, Şahid3, Nazim Carayev, Aydının arvadı Səyyarə, Təqsirləndirilən şəxs, Şahid1 olmuşdur. Elə həmin vaxt Həmzət haradansa İlyasın əlində olan qoltuğ ağacını götürmüş, Abdul da dönüb çay içdikləri stola tərəf getmişdir. Həmzət qoltuq ağacı ilə Abdulu bir neçə dəfə vurmuş, Abdulun əlində olan çay içdiyi stəkan qırılıb yerə tökülmüşdür. Həmzətin üstünə qışqıraraq, nəyə görə aralarını qızışdırmasına dair öz iradını bildirmiş, artıq həmin vaxt Abdulu görə bilməmişdir. Birdən həyətin ortasına baxan zaman Abakərin sinəsini tutub dayandığını və sonuncunun sinəsindən qan gəldiyini görmüşdür. Sonra Abakər yerə yıxılmış, yerdə olan zaman Həmzət atasının yanına gələrək silkələsə də, Abakər heç bir reaksiya verməmişdir. Bundan sonra Həmzət Abakəri öz avtomaşınına qoyub xəstəxanaya aparmışdır. Sonradan Abakərin yolda öldüyünü eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə Zaqatala rayonunda yerləşən Ayşa şadlıq sarayında keçirilən qızı Ümüküsün toy mərasimində dayısı oğlu Abdul və bacanağı Abakər öz ailə üzvləri ilə birlikdə iştirak etmişdir. Toyun qurtarmasına yaxın oynayan şəxslərə baxan zaman Abdulun oynayan şəxslərdən ayrılıb musqiçilərin sağ tərəfində stolda oturmuş Abakərə yaxınlaşaraq sonuncuya əli ilə nalayiq söyüş göstərib uzaqlaşdığını görmüşdür. Həmin vaxt zala daxil olan Abakərin oğlu Həmzət Abdulun atasına nalayiq formada əli ilə söyüş göstərdiyini görüb Abdula tərəf gedərək sonuncunun sifət nahiyyəsinə bir dəfə yumruqla vurmuşdur. Zərbənin təsirindən Abdul yıxıldıqdan sonra orada olan şəxslər həm Abdulu, həm də Həmzəti aralamışlar. Saat 23 radələrində o bacanağı İlyasa zəng edərək anası və bacısını şadlıq evinin qarşısından götürməsini və özü ilə evə aparmasını xahiş etmişdir. Bir qədər sonra o şadlıq evinin qarşısına çıxarkən Abakərin maykada şadlıq evinin qabağında dayandığını, Abdulun isə əlində daş, digər tərəfdə dayandığını görmüşdür. Mübahisənin baş verməsinə imkan verməmiş, elə həmin vaxt İlyasın maşınında oturan anası Meysərət də Abakərə mübahisəni davam etdirməməsini xahiş etmişdir. Bundan sonra Abakər sakitləşmiş, hətta köynəyini tapıb geyinərək zala qayıtmışdır. Abdula da İlyasın avtomaşınına oturdaraq evlərinə getməsini demişdir. Abdulu İlyasla birlikdə yola saldıqdan sonra evlərinə aparmalı olduqları ərzağı Abakərin avtomaşınına yığdıqdan sonra Həmzət, Abakər, qardaşı Əli, bacanağı İsmayıl, Abakərin arvadı Solmaz, gəlini Şüeynat, sonuncunun oğlanları Teyyub, Ramazan, arvadı Səyyarə, bacısının yeznəsi Nazim birlikdə Abakərin “Mersedes Vito” markalı avtomaşını ilə onlara məxsus Danaçı kəndində yerləşən evə getmişlər. Abakər həyətdə avtomaşını çevirib arxasını artıq orada olan İlyasın avtomaşının ön hissəsinə verib saxlamış və onlar hamısı avrtomaşından düşmüşlər. Avtomaşından düşdükdən sonra evinin altındakı talvarda stolun ətrafında Abdul, İlyas, dayısı Əhməd, İlyasın oğlu Mürsəlin oturub çay içdiklərini görmüş, qonşuları Ümüküs Abdullayeva isə qonaqlara çay süzmüşdür. Abakər həmin vaxt Abdulun da stolda əyləşdiyini görüb “gəl yola, bayaq mənə söydüyün söyüşü bir də söy” demiş, həmin vaxt Abdul və stolda olan digər şəxslər ayağa durmuşlar. X22 arasına girərək sonuncuları aralamağa çalışmış, evdə olan qadınlardan kimsə çöldə qızı Ümüküsün özündən getdiyini dedikdən sonra o, tez evə qalxmışdır. Qızı Ümüküs bir qədər özünə gəldikdən sonra evdən çıxıb həyətə düşən zaman Abakərin həyətlərində olan tut ağacının yanındakı stolda sağ böyrüstə uzanıb və əlləri ilə sinəsini tutduğunu görmüşdür. Bundan sonra Abakər oradan qalxmış və özlərinə məxsus avtomobilə tərəf bir iki addım atıb avtomobilin arxasında yerə yıxılmışdır. Bundan sonra qardaşı Əli, həyətdə olan qohumları Ümuküs, Abakərin arvadı Solmaz, oğlu Həmzət Abakəri avtomaşına qoyaraq xəstəxanaya aparmışlar. Sonradan Abakərin xəstəxanaya çatmamış yolda öldüyünü bilmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid7 eyni məzmunlu ifadə verərək Şahid2 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid19 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə, saat 18 radələrində xalası oğlu Şahid2 qızı Ümüküsün Zaqatala rayonunun Mazıx kəndində yerləşən “Ayşa” şadlıq evində keçirilən toy məclisində iştirak etmiş, saat 23 radələrində qohumları ilə birlikdə Şahid2 yaşadığı evə gəlmişdir. Şahid2 yaşadığı evdə qohumları olan qadınlarla söhbət edərkən həyətdən qışqırıq səsi eşidib çölə çıxan zaman Abakər Zutovu həyətdə yerə yıxılmış və üzəri qanla bulaşmış vəziyyətdə görmüşdür. Həmin vaxt ətrafda çoxlu insanlar olmuş və nə baş verdiyi aydın olmamışdır. Abakərin oğlu Həmzət atasına köməklik etməyə çalışmış, özünü itirdiyindən bundan sonra baş verənləri xatırlamamışdır. Sonradan Təqsirləndirilən şəxs Abakər Zutovu bıçaqla vurub öldürdüyünü eşitmiş, polis əməkdaşları gələrkən Şahid3 ağaca sancılmış bıçağı polislərə təqdim etdiyini görmüşdür. Şahid3 Abakəri bıçaqla vurmasını görməmiş, bu barədə dayısı oğlu Abdulun qohumlarına heç bir söz deməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə nəvəsi Ümüküsün toy şənliyindən sonra oğlu Aydın gilə qayıdarkən Şahid1 avtomaşınında qızı Gülnazla birlikdə oturarkən Abakər həmin vaxt oğlu Aydının avtomaşının qabaq oturacağında əyləşdirdiyi Abdulu avtomaşından düşürmək istəmiş, lakin o, Abakərdən Abdulla işi olmamasını xahiş etdiyinə görə Abakər oradan uzaqlaşmışdır. Sonra Abdulu sakitləşdirməyə çalışarkən sonuncu ona “mən nə qədər dözməliyəm, daha bəsdir, Abakar məni boğaza yığıb, artıq bezmişəm, mən bu işi belə qoyası deyiləm, ya mən öləsiyəm, ya da ki, o” kimi ifadələr işlətmişdir. Birlikdə oğlu Aydıngilə getdikdən sonra evdə olan zaman həyətdən səs-küy gəldiyini eşidib həyətə çıxmış, orada Abdulun Abakəri bıçaqla vurduğunu eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid5 eyni məzmunlu ifadə verərək Şahid6 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid15 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə dayısı qızı Ümüküsün toy şənliyindən dayısı Aydıngilin evinə qayıtdıqdan sonra uşağını yatızdırmaq üçün evin içərisinə keçmiş, bir müddət sonra həyətdə qışqırıq eşitmişdir. Dayısı qızı Ümüküs eyvana çıxdıqdan sonra huşunu itirib yerə yıxılan zaman o da eyvana çıxmış və həyətə baxarkən Abakərin həyətdə olan stolun üzərində üzü yuxarı uzanmış vəziyyətdə olduğunu görmüşdür. Abakər daha sonra stoldan qalxaraq öz avtomobilinə doğru hərəkət etmiş, lakin bir az gedib çömələrək oturmuş, bunun ardınca isə yerə yıxılmışdır. X17 bıçaqla vurduğunu eşitmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid13 eyni məzmunlu ifadə verərək Şahid15 yuxarıda göstərdiklərini təsdiq etmişdir. Birinci instansiya məhkəməsində ifadəsi elan olunaraq tədqiq edilmiş Şahid10 məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə bibisi oğlu Şahid2 qızının Zaqatala rayonuda yerləşən Ayşa şadlıq sarayında keçirilən toy mərasimində iştirak edə bilmədiyinə görə toya qardaşı Abdulla, arvadı Ayşanı göndərmişdir. Saat 22 radələrinə arvadı Ayşa toydan evə gəlmiş, Abdul isə hələ toyda qalmışdır. Saat 24 radələrində arvadı ilə televizora baxan zaman həyətdən qardaşı Abdulun səsini eşidərək həyətə çıxarkən sonuncnun əlindən qan gəldiyini və paltarlarında qan olduğunu görmüşdür. Həmçinin Abdulun sifətində zərbə izi, gözünün içərisində də qızartı olmuşdur. Abduldan nə baş verdiyini soruşduqda sonuncu ona toydan çıxıb Şahid2 həyətində çay içən zaman qonşuları Abakər Zutov və Zərərçəkmiş şəxs da oraya gəldiyini, sonuncular qardaşını döyən zaman Abdul da stolun üzərindən götürdüyü bıçaqla Abakərin sinəsinə vurduğunu demişdir. Bundan sonra o arvadı Ayşaya Abdulu aparıb əl-üzünü yumasını, paltarını dəyişməsini tapşırmış, özü isə Aydıngilin həyətinə getmək məqsədilə evdən çıxmışdır. Həyət darvazasından küçəyə çıxanda orada bibisi oğlanları Aydın və Əlini görüb sonunculardan nə baş verdiyini soruşmuş, Əli ona Abdulun Abakəri bıçaqla vurduğunu və sonuncunu xəstəxanaya apardıqlarını demişdir. Bir qədər sonra polislər gəlib Abdulu aparmışlar. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş Şahid9, Şahid17, Şahid16 və X11 eyni məzmunlu ifadə verərək Şahid10 yuxarıda göstərdiklərini təsdiq etmişlər. Məhkəməyədək icraat zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, xx xxxxxxx 2019-cu il tarixdə qardaşı Şahid2 qızı Ümüküs Hetayevanın “Ayşa” şadlıq sarayında keçirilən toy məclisində iştirak etmiş, saat 22 radələrində toy artıq yekunlaşarkən və musiqiçilər öz avadanlıqlarını yığışdırmağa hazırlaşarkən dayısı oğlu Təqsirləndirilən şəxs ona oynamaq istədiyini bildirmişdir. İlkin olaraq buna razılıq verməsə də, Abdulun israrından sonra musiqiçilərdən bir musiqi səsləndirmələrini xahiş etmişdir. Musiqiçilərin yenidən aparatları quraşdırmaları bir qədər zaman almış, həmin vaxt səhnənin yanında dayanmış Abakər Zutov ona başı ilə işarə edərək Abdula oynamağa razılıq verməməyini bildirmişdir. Yenə də Abakərə qulaq asmamış və heç kimin toydan narazı getməməsi üçün Abakərə əhəmiyyət verməmişdir. İlkin olaraq Abdulla oynamış, daha sonra isə bir neçə nəfər gənc də onlara qoşulmuşdur. Oynayıb qurtardıqdan sonra musiqiçilərlə söhbətləşərkən ondan təxminən 5-6 metr solda bir neçə şəxsin dartışdığını görmüş, həmin vaxt oraya xeyli adam toplaşdığından nə baş verdiyini anlaya bilməmişdir. Həmin şəxslərin yanına gedən zaman Abakərin oğlu Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxsla dartışdığını görmüş, ətrafda olan insanlar Həmzətlə Abdulu ayırmağa çalışmışdır. Dərhal Abdulu şadlıq sarayının dəhlizinə çıxararaq sonuncuya evə getməsini və sabah Abdulla bu barədə söhbət edəcəyimi söyləmiş, Abdulun şadlıq sarayının dəhlizindən çölə tərəf getdiyini görüb toy keçirilən zala geri qayıtmışdır. Gəlini yola saldıqdan sonra artıq qalan ərzqlarla bağlı şadlıq sarayının içi ilə şadlıq sarayının mətbəxinə daxil olarkən həmin vaxt şadlıq sarayının arxa tərəfində yerləşən mətbəxdən şadlıq sarayının həyətinə çıxan zaman Təqsirləndirilən şəxs qışqırıq səsini eşitmişdir. Dərhal həmin səs gələn tərəfə gedərək, şadlıq sarayının qarşısındakı yola çıxan zaman orada olan Şahid1 avtomobilinin yanında Təqsirləndirilən şəxs görmüşdür. Abdulun yanında Şahid1 və anası Şahid6 dayanmış, anası Meysərət Abduldan avtomobilə əyləşməsini xahiş etmişdir. Həmin vaxt Abdulla Abakər arasında yenidən mübahisə yarandığını başa düşmüş, Abdulu Şahid1 məxsus VAZ 2106 markalı avtomobilinin qabaq oturacağına otuzdurub İlyasdan avtomaşını sürməsini xahiş etmişlər. Eyni zamanda həmin avtomobilin arxa oturacağında anası Şahid6 və bacısı Gülnaz əyləşərək oradan getmişlər. Sonra şadlıq sarayının mətbəxinə qayıdaraq artıq qalan ərzaqları Abakər Zutov, Zərərçəkmiş şəxs və qardaşı Şahid2lə birlikdə X23 markalı avtomaşınına yığdıqdan sonra qardaşı Şahid2, sonuncunun arvadı Şahid7, Abakərin oğlu Həmzət, Həmzətin arvadı Şüeynat, Abakərin arvadı Solmazla birlikdə həmin avtomaşınla birbaşa Aydıngilin evinə getmişlər. Abakər avtomobili həyətdə çevirib avtomobilin arxasını evin giriş istiqamətində verdikdən sonra onlar avtomobildən düşmüşlər. Həmin vaxt evin altında olan talvardakı stolun ətrafında Təqsirləndirilən şəxs, onun dayısı və Abdulun əmisi Əhməd, Şahid1 sonuncunun oğlu Mürsəl birlikdə çay içdiklərini görmüşdür. Qardaşı Aydıngilin qonşusu olan Umüküs Abdulgilə çay vermişdir. Əlində olan pivə şüşəsini kənara qoymaq üçün, avtomobildən birinci o düşmüş, ondan sonra isə Abakər avtomobildən düşərək Abdulu görüb sonuncuya tərəf sürətli adımlarla gedərək “əclaf, gəl bayaqkı söhbəti indi edək” demişdir. Abakər Abdula tərəf qaçan zaman o, İlyasın avtomobilinin sol tərəfində dayanmış, həmin vaxt İlyas stoldan duraraq Abakərə tərəf gəlmişdir. Abakər İlyasın əlindəki qoltuq ağacını sonuncudan aldıqdan sonra Abakərin arxası ona tərəf, üzü isə İlyas və Abdula tərəf olmuşdur. Dərhal Abakərə arxadan yaxınlaşaraq sağ əlini sonuncunun sağ qoltuq nahiyyəsindən salıb üzünü özünə tərəf çevirərək ağacı Abakərdən almışdır. Ağacı kənara qoyduqdan sonra Abakər artıq ondan aralanaraq həyətdə olan tut ağacına tərəf gedib orada dayanmış, artıq hamının sakitləşdiyini hesab edib həyətin çıxışına doğru irəliləmişdir. Həmin vaxt yenidən qışqırıq səsi gəldiyinə görə çevrilib arxaya baxanda Həmzətin qoltuq ağacını qoyduğu yerdən götürərək Abdulun üstünə getdiyini görmüşdür. Həmzət həmin qoltuq ağacını iki əli ilə tutub Abdula bir dəfə vurmuş, ağac Abdulun sağ çiyninə dəymişdir. Abdul özünü müdafiə etmək üçün sağ əlini başının üzərinə qaldıran zaman əlində olan stəkan da qırılıb yerə tökülmüşdür. Həmzətə çatıb sonuncunu tutaraq kənara çəkmiş, əlindəki qoltuq ağacını alıb kənara atmışdır. Həmzəti kənara çəkdikdən sonra Abdulun həyətdə olan tut ağacından bir neçə metr kənarda dayanan Abakərə tərəf qaçdığını görmüşdür. Abdul Abakərə çataraq sonuncu ilə qarşı-qarşıya dayanmış, həmin vaxt o, Abdula çatıb qolundan tutaraq həytədən çıxış tərəfə apararkən arxadan qadınların “ölür” deyə qışqırmalarını eşitmişdir. Həyətdən düşən işığın altında Abdulun əlində dəstəyi qara rəngli olan bıçağı görən kimi Abdulun Abakəri vurduğunu anlamışdır. Abdula niyə belə etdiyini demiş, sonuncu ona cavabında əgər Abakəri vurmasa “məni öldürəcəkdilər” demişdir. Abdulda bıçağı yerə atmasını demiş, Abdul bıçağı yerə atdıqdan sonra bıçaq it-bat olmasın deyə bıçağı yerdən götürüb həyətdə olan şam ağacına sancmışdır. Dəqiq olaraq nə baş verdiyini anlaya bilmədiyi üçün Abdulu həyətdən evlərinə göndərmiş, geri qayıdan zaman isə Abakərin özünə məxsus avtomobilin arxasında ağzı yuxarı, kürək nahiyəsi yerdə olan formada paltarları qan içində hərəkətsiz qaldığını görmüşdür. Artıq Abakərin vəziyyətinin pis olduğunu görüb sonuncunu arvadı Solmaz, oğlu Həmzət, bacısının yeznəsi Nazimlə birlikdə xəstəxanaya aparmışlar. Sonradan yolda Abakərin öldüyünü eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş (İİ cild, i. v. 132-134) Şahid20 bildirmişdir ki, X20 onun qayınatası olmuşdur. Təqsirləndirilən şəxs isə qonşularıdır. xx xxxxxxx 2019-cu il tarixdə əri Həmzətin xalası qızının toy mərasimi olmuş, bu məqsədlə onlar da ailə üzvüləri ilə birlikdə toya getmişlər. Toyda qayınatası Abakər və əri Həmzət, o cümlədən də qayınanası Solmaz olmuşdur. Toy normal keçmiş, lakin toyun sonuna yaxın, yəni təxminən saat 23 radələrində stolda oturan zaman görmüşdür ki, toyun mərkəzində dava düşüb. Fikri tam orada olmadığına görə davanın necə başladığını görməmişdir. Lakin sonradan diqqətlə baxan zaman görmüşdür ki, dalaşanlar əri Həmzət və qonşuları Təqsirləndirilən şəxsdur. Daha sonra toyda olanlar onları aralaşdırmış və Abdulu zaldan çıxarmışlar. O, əri Həmzətdən hadisənin nəyə görə baş verdiyini sonradan soruşanda, Həmzət ona demişdir ki, Abdul atası Abakəri nalayiq formada əli ilə söyən zaman görmüş, məhz buna görə onu vurmuşdur. Bir qədər toyda oturduqdan sonra toy artıq yekunlaşdığı üçün o, əri Həmzət, toy sahibi Aydın, Aydının arvadı, qohumları Nazim və digər şəxslərlə birlikdə qaynatasına məxsus Mercedes markalı avtomobillə Aydıngilin evinə getmişlər. Maşında həddən artıq çox adam olmuşdur. Aydın gilin həyətinə çatanda, o, hələ maşından düşməyə macal tapmamış, artıq həyətdə səs küy qopmuşdur. Yalnız onu eşitmişdir ki, qaynanası Solmaz demişdir ki, bu oğlanın burda nə işi var? O, artıq maşından düşdükdən sonra həyətdə bircə qaynatasının yerdə qan içində olduğunu görmüşdür. Həmin vaxt əri Həmzət isə maşındakı toydan gətirilən şeyləri yerə boşaldırmış. Həmin vaxt arxadan Həmzətin də rubaşkasının qan olduğunu görmüşdür. Lakin sonradan bilmişdir ki, Abdul qaynatasını bıçaqla vurub öldürmüş, həmçinin Həmzətə də xəsarət yetirmişdir. Həmzət qaynatasını maşına qoyub xəstəxanaya aparan zaman əllərinə yaylıq bağlamışdır ki, qanı tökülməsin. Sonradan xəstəxanada həkimlər tərəfindən Həmzətin də yaralarına tikiş qoyulmuşdur. Həmçinin, X5 ifadəsində göstərmişdir ki, qayınanası Solmaz Zutova ona demişdir ki, hadisədən təxminən 1-2 ay öncə Təqsirləndirilən şəxs gecə vaxtı qayınatası gilin qapısına gəlmiş, qapını təpikləyib, Abakər Zutovu nalayiq formada söyərək onu çölə çağırmış, qayınanası isə televizorun səsini artırmışdır ki, X29 Ayalovun dediklərini eşitməsin. Bu hadisə baş verən vaxtı o, evdə olmamış, Zaqatala şəhərində kirayədə qaldığı evdə, əri isə Bakı şəhərində olmuşdur. Bunlardan əlavə, cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 478 nömrəli ekspert rəyində göstərilmişdir ki, Zərərçəkmiş şəxs bədən səthi üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol kürək nahiyyəsində bir ədəd, sol əlinin arxa səthində bir ədəd, sol əlin ovuc səthində bir ədəd deşilmiş-kəsilmiş yaralar. Qeyd olunan xəsarətləri Zərərçəkmiş şəxs qərarın təsviri hissəsində göstərilən şəraitdə ala bilərdi, həmin xəsarətlərin münaqişə zamanı əmələ gəlməsi istisna edilmir. Zərərçəkmiş şəxs bədəni üzərində yuxarıda qeyd edilmiş xəsarətlər iti alətin (alətlərin) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2019ci il tarixə uyğun gəlir. Sol kürək nahiyyəsində bir ədəd, sol əlinin arxa səthində bir ədəd, sol əlin ovuc səthində bir ədəd deşilmiş-kəsilmiş yaralar - iti alətin (alətlərin) təsirindən törənmişdir, dərəcəsinə görə, ümumilikdə və ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Xəsarətlər yetirilərkən xəsarət yetirənlə zərərçəkənin mümkün qarşılıqlı yerləşmələri müxtəlif vəziyyətdə olmuşdur. Zərərçəkmiş şəxs bədən səthindəki xəsarətlər digər şəxs tərəfindən bıçaqla, o cümlədən də, təqdim olunmuş qara rəngli əl dəstəkli, kəsici hissəsinin ağzı kəsici, arxası küt bıçaqla da vurulmaqla yetirilməyə xarakterikdir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin özü tərəfindən özünə yetirilməsi inkar olunur. Cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 447 nömrəli ekspert rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: Sol gözün üst qapağının tış kənarında 1,2x0,5 sm ölçüdə uzunsov formada qırmızıtılgöyümtül rəngdə qançır, sağ gözün ağlı qişasında 0,5x0,3 sm ölçüdə qeyri oval formada qansızma, sağ yanağında boylama istiqamətdə 1,0x0,2 sm ölçüdə üzəri ətraf dəri səviyyəsindən aşağıda yerləşmiş qırmızı rəngli nazik qartmaqla örtülmüş sıyrıq, sağ kürəkalatı nahiyədə Vİİİ-Xİ qabırğalar səviyyəsində boylama istiqamətdə 7,0x2,7 sm ölçüdə, sol saidin yuxarı 1/3-nin bayır səthində çəp istiqamətdə 5,3x2,0 sm ölçüdə qırmızımtıl-göyümtül rəngdə qançırlar, sol əlin İ barmağının dırnaq falanqasının arxa səthində çəp istiqamətdə 1,0x0,2 sm ölçüdə, sol əlin ön səthində İ daraq sümüyü səviyyəsində köndələn istiqamətdə 0,9x0,2 sm ölçüdə, sağ əlin İİ-İİİ-İV barmaqlarının İİ falanqalarının ön səthində çəp istiqamətlərdə 3,0x0,3 sm-dan 1,4x0,2 sm ölçürədək kənarları hamar, ucları iti kəsilmiş yaralar. Qeyd olunan xəsarətləri Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən şəraitdə ala bilərdi, həmin xəsarətlərin münaqişə zamanı əmələ gəlməsi istisna edilmir. Təqsirləndirilən şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərdən - sol gözün üst qapağının tış kənarında 1 (ədəd) qançır, sağ gözün ağlı qişasında qansızma, sağ yanağında 1 (bir) ədəd sıyrıq, sağ kürəkaltı nahiyədə 1 (bir) ədəd, sol saidində 1 (bir) ədəd qançırlar bərk küt əşyanın (əşyaların), sol əlin İ barmağında l(bir) ədəd, sol əlinin üstündə 1 (bir) ədəd, sağ əlin İİ- İİİ-İV barmaqlarında hər birində 1 (bir) ədəd kəsilmiş yaralar isə iti alətin (alətlərin) təsirindən törənmişlər, müddəti qərarın təsviri hissəsində göstərilən vaxta, yəni xx.xx.2019-ci il tarixə uyğun gəlir. a) Sol gözün üst qapağının tış kənarında 1 (bir) ədəd qançır - bərk küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. b) Sağ gözün ağlı qişasına qansızma - bərk küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcəsi təyin edilmir. c) Sağ yanağında sıyrıq - bərk küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. ç) Sağ kürəkaltı nahiyədə qançır - bərk küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. d) Sol saidində qançır - bərk küt əşyanın təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. e) Sol əlinin İ barmağında kəsilmiş yara - iti alətin təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. ə) Sol əlinin üstündə 1 (bir) ədəd kəsilmiş yara - iti alətin təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. f) Sağ əlinin İİ barmağında kəsilmiş yara iti alətin təsirindən törənmişdir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. h) Sağ əlinin İİİ barmağında kəsilmiş yara - iti alətin təsirindən törənmişdir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. g) Sağ əlinin İV barmağında kəsilmiş yara - iti alətin təsirindən törənmişdir, sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər yetirilərkən xəsarət yetirənlə zərərçəkənin mümkün qarşılıqlı yerləşmələri qarşı-qarşıya olmuşdur. Təqsirləndirilən şəxs bədən səthindəki xəsarətlər digər şəxs tərəfindən yumruqla, ekspertizaya təqdim olunmuş taxta materialdan olan qoltuq ağacı ilə vurulmaqla, əlindəki kəsilmiş yaralar isə hər hansı iti kənara malik alət (alətlərin) kəsməsi ilə yetirilməyə xarakterikdir. Cinayət işinin materiallarında olan məhkəmə tibb ekspertizasının xx.xx.2019-cu il tarixli 21 nömrəli ekspert rəyində göstərilmişdir ki,1. Meyitin xarici və daxili müayinəsi zamanı aşağıdakı xəsarətlər aşkar edilmişdir. a) Sol ön döş qəfəsindən daxilə keçib ürəyi zədələyən 1 (bir) ədəd yara; b) Sol kürək nahiyəsində daxilə keçməyən 1 (bir) ədəd deşilmiş-kəsilmiş və sağ bazunun yuxarı 1/3-nin arxa səthində 2 (iki) ədəd kəsilmiş yaralar; c) Boynunun aşağı ön hissəsində 1 (bir) ədəd səthi kəsilmiş yara. Qeyd olunan xəsarətləri A.Zutov qərarın təsviri hissəsində göstərilən şəraitdə ala bilərdi.
2. X1 meyitində xarici və daxili müayinə zamanı aşkar edilmiş yuxarıda qeyd edilmiş xəsarətlər - iti alətin (alətlərin) təsirindən törənmişlər, qərarın təsviri hissəsində qeyd edilən şəraitdə, yəni xx.xx.2019-cu il tarixdə münaqişə zamanı əmələ gələ bilərdilər, xəsarətlərin xarakterinə (rəngi, çalarlığı), lokalizasiyası və ölçülərinə əsasən demək olar ki, bu xəsarətlər iti alət və ya alətlərin təsirindən yetirilə bilərdilər. Yara kanalının istiqaməti aşağıdan yuxarıya, öndən arxaya, bir qədər soldan sağadır. Həmin xəsarətlər çox qısa zaman intervallarında yetirilən zərbələrdən əmələ gəldiyi üçün xəsarətlərin törənmə ardıcıllığı haqqında fikir söyləmək mümkün deyildir.
3. X1 ölümünə səbəb kəsilmiş-deşilmiş yara nəticəsində daxilə çoxlu qanaxma olmuşdur.
4. X1 ölümünə bilavasitə səbəb döş boşluğuna keçərək ürəyi zədələyərək daxilə çoxlu qanaxma verən kəsilib-deşilmiş yara olmuşdur.
5. X1 ölümü meyit əlamətlərinə görə, meyitin məhkəmə tibbi müayinəsindən 9-10 saat əvvəl baş verməyə uyğun gəlir.
6. X6 aldığı xəsarətlərdən sonra qısa müddət ərzində (bu müddət dəqiqələrlə hesablana bilər) sərbəst və məqsədyönlü hərəkətlər etmək iqtidarında ola bilərdi.
7. X1 bədəni üzərində yuxarıda qeyd edilmiş xəsarətlərdən: a) bəndində göstərilən xəsarət canlı şəxslərdə təyin edildiyi kimi onun həyatı üçün təhlükəli olan və ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddir. b) bəndində göstərilən xəsarətlər ümumilikdə və ayrı-ayrılıqda canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. c) bəndində göstərilən xəsarət isə canlı şəxslərdə təyin edildiyi kimi sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Xəsarətlər qərarın təsviri hissəsində göstərilən müddətdə yəni xx.xx.2019-cu il tarixdə yetirilə bilərdilər.
8. Xəsarətlər yetirilərkən xəsarət yetirənlə zərərçəkən müxtəlif vəziyyətdə ola bilərdi.
9. Bədəndə və paltarda olan zədələr sayma və yerləşmə nahiyyələrinə görə bir-birinə uyğun gəlir.
10. X1 meyitinin üzərində ölümündən sonra əmələ gəlməyə xarakterik xəsarət aşkar edilməmişdir.
11. X1 meyitindən götürülmüş qanda etil spirti, narkotik və psixotrop vasitələr aşkar edilməmişdir.
12. X1 bədənində xarici və daxili müayinə zamanı aşkar edilmiş xəsarətlər təqdim olunmuş qara rəngli əl dəstəkli, kəsici hissəsinin ağzı kəsici, arxası küt, bıçaqla da, yetirilə bilərdilər. Cinayət işinin materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2019-cu il tarixli 939/2019-MTBŞ nömrəli ekspert rəyində göstərilmişdir ki:
1. X10 ABO sistemi üzrə qan qrupu-AB/İV/.
2. Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu AB/İV/.
3. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qan qrupu-O/İ/ (qərara əsasən).
4. Ekspertizaya təqdim olunmuş 01 ədəd şüşə qırığı, qurumuş ot kütləsi, 01 ədəd bıçaq, ağac qabıqları, torpaq nümunəsi, 03 ədəd çınqıl daşı, taxta hissəcikləri, 01 cüt qaloş, Təqsirləndirilən şəxs məxsus köynək, qısaqol mayka, gödəkcə,ayaqqabının sağ tayı, Zərərçəkmiş şəxs məxsus şalvar, A.Zutova məxsus şalvar, köynək, alt mayka, trusik, cib dəsmalı, 01 cüt corab,01 cüt ayaqqabı və qoltuq ağacı üzərində insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda «A», «B» və «H» antigenləri alındı. Bu qan ləkələri bir qruplu şəxsə məxsusdursa AB(H)/İİ/ qruplu şəxsə, o cümlədən X15 və ya Zərərçəkmiş şəxs məxsus ola bilər (əgər onların qanında müşayiətçi «H» antigeni varsa). Qanın qarışıq olduğu halında isə 0/İ/-qruplu Təqsirləndirilən şəxs hadisə zamanı qanaxma ilə müşayiət olunan xəsarət olubsa, ləkələrdə onun da olması inkar olunmur.
5. Tədqiq olunan digər 2 ədəd şüşə qırığı və Təqsirləndirilən şəxs məxsus ayaqqabının sol tayı üzərinə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarında olan məhkəmə fiziki kimyəvi ekspertizasının xx.xx.2020-ci il tarixli 2120/2121 nömrəli ekspert rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş X10, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs geyim paltarlarının üzərində kənar lif mikrohissəciləri vardır. Onların rəngi və təbiəti rəyin 1 №-li cədvəlində göstərilib. Həmin kənar lif mikrohissəcikərinin arasında - X10 şalvarının üzərindən tapılmiş tünd qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; Zərərçəkmiş şəxs şalvarının üzərindən tapılmış tünd qəhvəyi rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs şalvarının tərkib liflərinə uyğun gəlirlər; - Təqsirləndirilən şəxs şalvarının üzərindən tapılmış tünd boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X10 şalvarının tərkib liflərinə uyğun gəlirlər. Cinayət işinin materiallarında olan məhkəmə trasoloji ekspertizasının xx.xx.2020-ci il tarixli 2120/2121 saylı rəyində göstərilmişdir ki, təqdim edilmiş bıçaq zavod üsulu ilə istehsal edilmişdir, bir tərəfi kəsici, ucu batıcı xassəyə malik olan mətbəx bıçağıdır, onun üzərində hər hansı əlavə və dəyişiklik edilməmişdir, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan əlavə məhkəmə trasoloji ekspertizasının xx xxx 2020-ci il tarixli 3/488 saylı rəyində göstərilmişdir ki, Abakər Zutova məxsus köynəyin, maykanın, üzərində, Təqsirləndirilən şəxs məxsus gödəkçənin üzərində, Zərərçəkmiş şəxs məxsus şalvarın üzərində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Abakər Zutova məxsus köynəyin, maykanın səthindəki zədələr kəsici, ucu deşici xassəyə malik predmetin (o cümlədən təqdim edilmiş bıçaq və s.) təsiri nəticəsində yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş köynəyin və maykanın səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. X15 məxsus köynəyin, maykanın material xüsusiyyətlərindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından qeyd edilən geyim əşyalarının səthində olan deşilmə-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqsirləndirilən şəxs məxsus gödəkçənin üzərində, Zərərçəkmiş şəxs məxsus şalvarın səthində olan zədələr bərk predmetə ilişib cırılması nəticəsində yaranmağa xarakterikdir. Abakər Zutova məxsus şalvar və Təqsirləndirilən şəxs məxsus köynək və şalvarın üzərində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan kompleks məhkəmə psixiatrik-psixoloji ekspertizasının xx.xx.2020-ci il tarixli, 21/06 saylı rəyinə əsasən Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər, anamnestik məlumatlar və hazırkı ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda tibbi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs baş vermiş hadisəni düzgün qavrayıb həmin hadisə barədə düzgün ifadə verə bilər. Komissiyanın bu nəticəyə gəlməsinə Təqsirləndirilən şəxs əvvəllər tibbi yardım üçün həkim psixiatra müraciət etməməsi, psixiatriya müəssisələrində qeydiyyatda durmaması, istintaq və ekspertiza zamanı dolğun və ardıcıl ifadələr verərək törətmiş olduğu cinayət əməlini etiraf etməsi, cinayət əməlini törədərkən, istintaq və hazırki ekspertiza zamanı düşünülmüş və məqsədyönlü hərəkətlər etməsi, ekspertiza zamanı onda qavrama, yaddaş, emosiya, təfəkkür və intellekt pozğunluqlarının aşkar edilməməsi, tənqidi funksiyaların saxlanılması, onda kəskin psixoproduktiv simptomatika müəyyən olunmaması əsas verir. Təqsirləndirilən şəxs hadisəni düzgün qavrayıb və düzgün ifadə vermək qabliyyətindədir. O, yalan danışmağa, özündən qondarma fikirlər söyləməyə meyilli deyildir. O, aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir. Özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizim əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Emosional halından asılı olaraq, Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən öz hərəkətlərini tam dərk etmək qabliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair xx xxxxxxx 2019-cu il tarixli 220 nömrəli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə orta dərəcəli sərxoş olmuşdur. Cinayət işinin materiallarında olan Zaqatala Rayon İcra Hakimiyyəti başçısının Danaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer müsbət səciyyələndirilmişdir. Beləliklə, məhkəmə kollegiyası bilavasitə məhkəmə iclasında tədqiq edilən, biridigərini tamamlayan mümkün və mötəbər sübutları hərtərəfli, tam və obyektiv yoxlayıb, hər bir sübuta mənsubiyyəti, mümkünlüyü və mötəbərliliyinə uyğun qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs CM-in 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs və onun müdafiəçisi ona elan edilmiş cinayət əməlini törətməsini mübahisələndirsə də, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi CPM-in 143 (Sübutların toplanması), 144 (Sübutların yoxlanılması), 145 (Sübutların qiymətləndirilməsi) və 146-cı (Sübutların kifayət etməsi) maddələrinin tələblərinə əməl edilərək, Təqsirləndirilən şəxs CM-in 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi haqda mötəbər nəticəyə gəlmək üçün kifayət qədər sübutlar toplanmış və bu sübutlar birinci instansiya məhkəməsinin iclasında tam, hərtərəfli və obyektiv araşdırılıb qiymətləndirilərək törədilmiş cinayətin faktiki hallarına uyğun nəticəyə gəlinmiş və düzgün tövsif olunmuşdur. Onun cinayət məsuliyyətindən azad edilməsi və ona bəraət verilməsi üçün heç bir əsas yoxdur. Belə ki, cinayət işinin materiallarına nəzər salanda müəyyən olunur ki, Təqsirləndirilən şəxs hadisədən bilavasitə sonra xx xxxxxxx 2019-cu ildə şübhəli şəxs (İ cild, i. v. 35-39), xx xxxxxxx 2019-cu ildə isə təqsirləndirilən şəxs qismində (İ cild, i. v. 109-114) dindirilərkən törətdiyi cinayəti etiraf edərək göstərmişdir ki, Zaqatala rayonunun Danaçı kəndində ailə üzvləri anası Zübeydə, qardaşı Nəbi, qardaşı Nəbinin arvadı Ayşa və onların iki uşağı ilə birlikdə yaşayır. Abakər Zutovu tanıyır, belə ki, o onun həmkəndlisi və qonşusudur. Uşaq vaxtı Abakər onu bərk döymüşdür. Belə ki, Abakəra məxsus qoyunlar onların həyətinə girdiyindən o, qoyunları küçəyə buraxmış, Abakər həmin qoyunları tapa bilməmişdir. Məhz bu səbəbdən də, Abakər onu döymüşdür. Həmin vaxt o, Abakərə demişdir ki, bir vaxt olacaq sənə bunun cavabını verəcəyəm. O, əsgərliyə gedib qayıtdıqdan sonra 2010-cu ildə Abakər öz həyətinə qaz xətti çəkən zaman ona bildirmişdir ki, həmin qaz xəttini onların həyətindən keçirməsin. Çünki, Abakər istəmişdir ki, qaz xəttini onların həyətindən keçirsin. Abakər də ilkin olaraq razılıq vermişdir ki, qaz xəttini onların həyətindən çəkməyəcək. Bundan sonra o 2011-ci ildə Rusiya Federasiyasına işləməyə getmiş, 5 il RF-də qaldıqdan sonra yenidən Danaçı kəndinə qayıtmışdır. Həmin vaxt görmüşdür ki, Abakər qaz xəttini onların həyətindən keçirmiş, o onunla görüşüb iradını bildirmişdir ki, nəyə görə o qoymadığı halda xətti onların həyətindən keçirib. Abkər cavabında bunu mən bilmərəm, get qazın işçilərindən soruş demişdir. Həmin vaxt qohumları ona artıq mübahisə etməyin lazım olmadığını dediyi üçün o, söhbəti çox uzatmamış, lakin bütün bu qeyd etdiyi hallara görə aralarında münasibətlər soyuq olmuşdur. xx xxxxxxx 2019-cu il tarixdə onun bibisi oğlu Şahid2 qızının toyu “Ayşa” şadlıq sarayında olmuşdur. Həmin toy mərasiminə həm onlar, həm də qonşusu və həmkəndlisi olan Abakərgil də çağırılmışdır. Aydın özü də Abakərla qohumdur. Toy mərasimi saat 18 radələrində başlamış, o toya toy sahibinin toya adamları aparmaq üçün tutduğu avtobusla getmiş, həmin toyda qardaşının arvadı Ayşa da iştirak etmişdir. Toyda onun oturduğu stolda həmkəndliləri Zutov İmran və adını xatırlaya bilmədiyi digər şəxslər də olmuşdur. Onlar birlikdə toyda yeyib içmişlər. O, həmin vaxt digər şəxslərlə təxminən 300-500 qram araq içmiş, toyda bibisi oğlu onları oynamağa dəvət etsə də, o, oynamağa durmamış, toy qurtarana yaxın, hansı ki, artıq qonaqların çoxusu evlərinə getmişdi, həmin vaxt o, Aydının böyük qardaşı Əliyə yaxınlaşaraq “bir mahnı çaldır oynayacağıq” demiş, o da cavabında oynayın demiş, lakin həmin vaxt Abakər haradansa gələrək “musiqini kəsin, oynamayın” demişdir. Lakin Əli “oynamaq istəyirlərsə, oynasınlar” demiş, musiqi çalınmış və o qohumları ilə birlikdə oynamış, onunla birlikdə oynayanlar arasında həmkəndlisi Abdurahman da olmuşdur. Oynayıb qurtardıqdan sonra o, Abakərə demişdir ki, Abakər sən oynamayacaqsız dedin, ancaq mən deyən oldu, gördün ki, mən oynadım, o isə heç bir şey deməmişdir. Musiqi kəsildikdən sonra o, zaldan çıxmaq istəyən zaman zalın içərisində Abakərin oğlu Həmzət gəlib onun sol gözünün altına və ağız nahiyəsinə iki dəfə yumurqla vurmuş, ətrafda olan şəxslər tez onları aralamışlar. Həmin vaxt onun xalasının əri İlyas onu şadlıq sarayından çıxartmış və həyətdə olan avtomobilə əyləşdirib bildirmişdir ki, avtomobildən düşmə. O belə də etmiş, avtomobildən düşməmiş, bir qədər sonra Abakər avtomobilin yanına gələrək əli ilə onu yanına çağırmış, lakin o avtomobildən düşməmişdir. Daha sonra İlyasla birlikdə toy yiyəsi olan Aydıngilin evinə getmişlər. Aydıngildə həyətdə oturub xalasının əri İlyas, əmisi Əhməd və o, birlikdə çay içən zaman Abakər Aydıngilin həyətərinə gəlmişdir. Həmin vaxt o, özünə məxsus Mercedes Vita markalı avtomobillə gəlmişdir. Abakər ona “bura gəl, gör sənin başına nə oyun açacağam” demiş, həmin vaxt ona “toydan çıxmışıq, sabah söhbət edərik” demiş, lakin Abakər ona məhəl qoymamış, İlyasın əlində olan qəstili ondan alıb onun kürəyinə vurmuşdur. Həmin vaxt Abakərın oğlu Həmzət də gəlmiş, onların yanında olmuşdur. Abakər yenidən əsa ilə onun sol qoluna təkrarən vurmuş, onlar hər ikisi onun üzərinə gələn zaman o, oturduqları stolun üzərində olan bıçağı götürərək Abakəra tərəf getmişdir. Onlar bir neçə metr oturduqları stoldan aralaşmışlar. Aydının həyətinə açılan darvazanın önündə həyətin içərisində Abakərın sinə nayihhəsinə bıçaqla bir dəfə vurmuş, həmin vaxt onları aralamışlar. Bundan sonra o evlərinə getmiş və polislər gəlib onu aparmışdılar. Hadisə vaxtı Abakər Zutova xatırladığı qədər bir dəfə sinə nahiyyəsindən bıçaq vurmuş, lakin spirtli içkinin təsirində olduğu üçün ola bilsin ki, Abakərın başqa nahiyyələrinə də, bıçaqla vursun. Hadisə vaxtı X9 Zutova bıçaqla və ya digər formada xəsarət yetirdiyini xatırlamır. A.Zutova bıçaqla xəsarət yetirməkdə fikri onu öldürmək deyildir, özünü müdafiə etmək istəyirdi ki, Abakər onu əsa ilə vura bilməsin. A.Zutova bıçaqla xəsarət yetirdikdən sonra artıq Abakərı öldürdüyünü bildiyi üçün Aydıngildən çıxıb evinə getmiş, çünki gəlib onu tutacağını bilmiş, gedib evdə olan qardaşı Nəbiyə törətdiyi cinayət barədə demiş və bildirmişdir ki, yəqin ki, polislər gəlib indi onu aparacaqlar. Evdə oturub gözləmiş, 10-15 dəqiqə sonra polislər gəlib onu aparmışlar… Bundan başqa, Təqsirləndirilən şəxs videoçəkilişlə ifadənin yerində yoxlanılması istintaq hərəkəti aparılarkən bildirmişdir ki, ...Onlar mənu qoymurdular qaçım. Hazırda göstərdiyim yerdə yıxıldım. Onlar məni burada pis döydülər. Həmin vaxt gördüm ki, çay içdiyim stolun üzərində bıçaq var, bıçağı götürdüm, dedim əlimdə bıçaq var, gəlməyin üstümə. Abakər yenə gəlib vurdu, Həmzət də arxadan gəlib vururdu. Baxdım başqa çarəm yoxdu. Özüm də bilmədən vurdum. Bilmədim necə oldu. ...Mən bıçaq götürüb hazırda göstərdiyim yerə qədər gəldim. Burada Abakərin sinəsinə ürək tərəfindən vurdum... Abakəri vurduqdan sonra mən qaçıb yola çıxdım. ...Əli bıçağı məndən aldı və dedi ki, bıçağı polisə verəcək. Zərərçəkmiş şəxs, digər zərərçəkmiş şəxsin hüquqi varisi Solmaz Zutovanın ifadələri ilə bərabər, iş üzrə Şahid4 ifadəsində göstərmişdir ki, ...Mübahisə vaxtı Abdul geriyə, oturub çay içdikləri stola tərəf dönərək stolun üzərində olan çörək doğramaq üçün qoyulmuş bıçağı sağ əlinə və çay içdiyi stəkanı isə sol əlinə götürmüş, həmin vaxt Abdulu arxadan qucaqlayaraq əlində bıçaq olduğunu deyərək qışqırmışdır. ...Həmzət Abdulu vuran vaxt Abakər onlardan təxminən 3 metr kənarda tut ağacının yaxınlığında dayanıb əlləri ilə işarə edərək Abdulu yanına gəlməsi üçün buraxmalarını işarə etmiş, Abdul onun əlindən çıxdıqdan sonra əlində bıçaqla Abakərə doğru qaçaraq bıçağı Abakərin sinəsinə vurmuşdur. Eyni zamanda, Şahid3 ifadəsində bildirmişdir ki, ...Həmzəti kənara çəkdikdən sonra Abdulun həyətdə olan tut ağacından bir neçə metr kənarda dayanan Abakərə tərəf qaçdığını gördüm. Abdul Abakərə çataraq sonuncu ilə qarşı-qarşıya dayandı, həmin vaxt mən Abdula çatıb qolundan tutaraq həytədən çıxış tərəfə apararkən arxadan qadınların “ölür” deyə qışqırmalarını eşitdim. Həyətdən düşən işığın altında Abdulun əlində dəstəyi qara rəngli olan bıçağı görən kimi Abdulun Abakəri vurduğunu anladım. Abdula niyə belə etdiyini deyəndə, o, cavabında “əgər Abakəri vurmasa idim məni öldürəcəkdilər” dedi. Abdula dedim bıçağı yerə at. Abdul bıçağı yerə atdıqdan sonra bıçaq it-bat olmasın deyə bıçağı yerdən götürüb həyətdə olan şam ağacına sancdım... Beləliklə, Təqsirləndirilən şəxs ona israr edilən cinayət əməlini törətməməsi barədə göstərdiyi xüsusatlar məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlarla öz təsdiqini tapmamışdır. Əksinə, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətməsi onun ibtidai istintaq zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, habelə işdə olan digər sübutlarla tam təsdiqini tapır. Bu sübutlar işin faktiki halları ilə tam üst-üstə düşməklə bir-birini tamamlayır. Sübutlar arasında heç bir uyğunsuzluq və ziddiyyət yaranmır. Təqsirləndirilən şəxsin və onun müdafiəçisinin apellyasiya şikayətlərində və məhkəmələrdə verdiyi ifadəsində göstərdiyi xüsusatların heç biri məhkəmə istintaqında tədqiq edilmiş sübutlarla təsdiqini tapmır. Bütün bunlar isə belə nəticəyə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs əməlində CM-in 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələrinin tərkibi vardır. Ona bəraət verilməsi üçün əsaslar yoxdur. Belə ki, CPM-in 42-ci (Bəraətin əsasları) maddəsinə əsasən, məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.1.1. cinayət hadisəsi olmadıqda; 42.1.2. əməldə cinayət tərkibi olmadıqda; 42.1.3. cinayətin törədilməsinə aidiyyəti olmadıqda; 42.1.4. təqsirliliyi sübuta yetirilmədikdə; 42.2. Bəraət hökmü aşağıdakı hallarda çıxarılır: 42.2.1. bu Məcəllənin 42.1.1-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə hadisənin baş verməməsi sübut olunduqda və ya baş vermiş hadisədə cinayət hadisəsi sübut olunmadıqda; 42.2.2. bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda; 42.2.3. bu Məcəllənin 42.1.3-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirləndirildiyi cinayətin törədilməsinə aidiyyəti olmaması sübut edildikdə və ya onun həmin əmələ aidiyyəti sübut edilmədikdə; 42.2.4. bu Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə. İbtidai istintaq zamanı toplanmış, birinci instansiya məhkəməsi və məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlardan görünür ki, Təqsirləndirilən şəxs ona qarşı irəli sürülən cinayət əməlini törətmişdir. Ona məhkum olunduğu CM-in 120.2.4, 29, 120.2.4 və 29, 120.2.7-ci maddələri ilə bəraət verilməsi üçün heç bir qanuni əsas yoxdur. Apellyasiya şikayətlərinin bütün dəlilləri əsassızdır. Təqsirləndirilən şəxsin aralarındakı ədavətə görə Şahid3 zərərçəkmiş şəxs Abakər Zutovu bıçaqlaması və sonra həmin cinayəti öz boynuna alması barədə ifadəsinə gəlincə, məhkəmə kollegiyası bu dəlilləri yalnız onun müdafiəsinə yönəlmiş əsası olmayan mülahizələr kimi qiymətləndirir. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 349.4-cü maddəsi). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də, hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). CM-in 5.1-ci maddəsinə əsasən, əməlin cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət hüquqi xarakterli tədbirlər yalnız bu Məcəllə ilə müəyyən edilir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissənin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, ibtidai araşdırma zamanı qanuni üsullarla toplanmış sübutlar məhkəmə iclasında tam, hərtərəfli və obyektiv araşdırılmış, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyət kəsb edən bütün halları aydınlaşdıraraq, Təqsirləndirilən şəxs qarşı irəli sürülən cinayəti törətməsi haqda işin faktiki hallarına uyğun olan nəticəyə gəlmiş, təqsirləndirilən şəxsə təyin olunan cəzanın həddi, habelə cəzaçəkmə müəssisəsinin növü düzgün müəyyən edilmişdir. Həmin cəza islah təsiri baxımından da əsaslıdır. Bundan başqa, ibtidai istintaq və birinci instansiya məhkəməsində icraat zamanı cinayət işi üzrə qanun pozuntusuna yol verilməsi, iş üçün mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılmaması və təqsirləndirilən şəxsin hüquqlarının hər hansı formada pozulması iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə kollegiyası CPM-in 392.3-cü maddəsinə uyğun olaraq, apellyasiya tələblərinin əsaslandırıldığı bütün dəlilləri tədqiq edib, apellyasiya şikayətlərinin təmin olunması üçün qanuni əsaslar tapmayaraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilmədən, Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır.
NƏTİCƏVİ HİSSƏ
Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:
Apellyasiya şikayətləri təmin edilməsin. Şəki Ağır Cinayətlər Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli hökmü baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətlərdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.