Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-31/2023 18.01.2023 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ hakim Eyvazov Akif Məhərləm oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər X7 və Şükürov İmanverdi Həşimxan oğlundan ibarət tərkibdə, İsrafilov Elçin Əvəz oğlunun katibliyi, dövlət ittihаmçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, İ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi X3 iştirakları ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(025)-37/2022 nömrəli hökmündən Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclаsındа bаxаrаq, müəyyən etdi: Qəbələ Rayon Məhkəməsinin (hakim Elman İsayev) 16 noyabr 2022-ci il tarixli 1(025)- 37/2022 nömrəli hökmü ilə, xx.xx.1981-ci ildə Qəbələ rayonu, Vəndam qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, cəzasını ümumi rejimli Cəzaçəkmə Müəssisəsində çəkməsi, cəzaçəkmə müddətinin əvvəlinin 16 noyabr 2022-ci il tarixdən hesablanması, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin “həbs” qətimkan tədbiri ilə əvəz edilməsi və onun, məhkəmə zalında həbs edilməsi, barəsində seçilmiş “həbs” qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılması hökm edilmişdir. işin halları: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. Belə ki, Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 27 sentyabr 2016-cı il tarixdən başlayaraq 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X4 və 04 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşağa 80,00 manat olmaqla, cəmi 240,00 manat, 18 avqust 2020-ci il tarixdən başlayaraq isə hər ay hər uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı və 06 iyul 2020-ci il tarixli 2(025)-640/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə həmin rayon məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib sonuncu dəfə 29 mart 2021-ci il tarixdə 10 gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra üçün yeni müddətin təyin edilməsinə, həmçinin məsuliyyəti barədə xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq hərəkətlərindən nəticə çıxarmamış və cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 10 may 2022-ci il tarixədək şəxsi maraq niyyətilə Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı qətnaməsi üzrə 3374,00 manat, 06 iyul 2020-ci il tarixli 2(025)- 640/2020 saylı qətnaməsi üzrə isə 6300,00 manat olmaqla cəmi 9674,00 manat aliment borcunu ödəməməklə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq və qəsdən icra etməyərək zərər çəkmiş şəxsə qeyd olunan məbləğdə maddi ziyan vuraraq ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. İş üzrə yuxarıda qeyd edilən məhkəmə aktı qəbul edilmişdir. Hökmdən Təqsirləndirilən şəxs tərəfindən apellyasiya şikayəti verilmişdir. apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri: Təqsirləndirilən şəxs verdiyi apellyasiya şikayətində Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 1(025)-37/2022 nömrəli hökmünün ləğv edilməsini və barəsində daha ədalətli qərar qəbul edilməsini apellyasiya instansiya məhkəməsindən xahiş etmişdir. Hökmdən dövlət ittihamçısı tərəfindən apellyasiya protesti, həmçinin verilmiş apellyasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi X8 apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında dövlət ittihamçısı X5 apellyasiya şikayətinin təmin edilməməsini, iş üzrə Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(025)- 37/2022 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq Zərərçəkmiş şəxs gəlməmişdir. Məhkəmə kollegiyası Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab etdi. hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət-Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, cinayət prosesi tərəflərini dinləyərək hesab edir ki Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(025)-37/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iclasında Təqsirləndirilən şəxs məhkəmə iclasında ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 03 dekabr 2004-cü il tarixdə Zərərçəkmiş şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 05 oktyabr 2005-ci il tarixdə Xumar, 01 oktyabr 2007ci il tarixdə Nəzrin, 04 fevral 2010-cu il tarixdə isə Murad adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Bir müddət ayrı yaşadıqdan sonra Zöhrə nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, həmçinin ondan üç uşağın saxlanılması üçün hər ay 240,00 manat aliment müəyyən edilmişdir. O, həmin məbləği ödəməyə çalışmışdır. Lakin Zöhrə alimentin artırılması barədə yenidən məhkəməyə müraciət etmiş və Qəbələ Rayon Məhkəməsi ondan cavabdeh kimi qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 18 avqust 2020-ci il tarixdən başlayaraq 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X4 və 04 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair 06 iyul 2020-ci il tarixli qətnamə çıxarmışdır. Qətnamələrin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuşdur. Həmçinin alimenti tam olaraq ödəmədiyinə görə üç dəfə inzibati qaydada məsuliyyətə cəlb edilmişdir. Lakin Zöhrə ilə aralarında olan münasibətlərə görə alimenti ödəməmişdir. O, uzun müddətdir ki, mebel ustası işləyir və gördüyü işə uyğun olaraq ayda 500-600 manat qazancı olur. Yaranmış aliment borcunu çalışıb qazancı hesabına ödəyəcəkdir. Birinci instansiya məhkəməsi iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 03 dekabr 2004-cü il tarixdə Təqsirləndirilən şəxs ilə rəsmi nikah bağlamaqla ailə qurmuşdur. Birgə nikahdan 05 oktyabr 2005-ci il tarixdə Xumar, 01 oktyabr 2007ci il tarixdə Nəzrin, 04 fevral 2010-cu il tarixdə isə Murad adını verdikləri övladları anadan olmuşdur. Ailə qurduqdan sonra uzun müddət səmimi ailə münasibətləri olsa da sonradan münasibətləri pozulduğundan ayrılmışlar. Ayrılarkən uşaqlar onun himayəsində qalmışdır. Ayrıldıqdan sonra Pərvin uşaqlarla maraqlanmamış və onların saxlanılmalarına maddi köməklik göstərməmişdir. Artıq bir ailə kimi yaşamaqları da mümkünsüz olmuşdur. Odur ki, nikahın pozulması və aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli qətnaməsinə əsasən aralarında bağlanmış nikah pozulmuş, həmçinin Təqsirləndirilən şəxs üç uşağın saxlanılması üçün cəmi 240,00 manat aliment müəyyən edilmişdir. Lakin Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment məbləğini ödəməmişdir. Həmçinin həmin məbləğ uşaqların zəruri xərcləri ilə müqayisədə azlıq təşkil etdiyindən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Qəbələ Rayon Məhkəməsi Təqsirləndirilən şəxs cavabdeh kimi qətnamənin qanuni qüvvəyə mindiyi gündən, yəni 18 avqust 2020-ci il tarixdən başlayaraq 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X4 və 04 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsinə dair 06 iyul 2020-ci il tarixli qətnamə çıxarmışdır. Həmin qətnamənin qəbul edilməsindən də xeyli müddətin keçməsinə baxmayaraq Pərvin məhkəmə qətnamələrinə məhəl qoymamış və müəyyən olunmuş aliment məbləğlərini ödəməmişdir. Halbuki, Pərvin mebel ustası işlədiyindən onun alimenti ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq o, qərəzli şəkildə alimenti ödəməmişdir. Uşaqlar böyüdüyündən onların maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqlara baxmaqda çətinliklər çəkir. Maddi vəziyyətləri olduqca ağırdır. Buna görə də müəyyən edilmiş aliment məbləğlərinə ehtiyacı çoxdur. Alimenti ala bilmədiyinə görə dəfələrlə icra məmurlarına da müraciət etmişdir. İcra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Təqsirləndirilən şəxs yenə də alimenti ödəməmiş, ümumiyyətlə uşaqlarla maraqlanmamışdır. Sonda isə Təqsirləndirilən şəxs şikayətçi olduğunu bildirmiş, ona daha ağır cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid Qəbələ rayon İcra və Probasiya şöbəsinin icra məmuru Şahid ifadəsində göstərmişdir ki, Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs cavabdeh kimi 27 sentyabr 2016-cı il tarixdən başlayaraq 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X4 və 04 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşağa 80,00 manat olmaqla, cəmi 240,00 manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi üzrə 01 mart 2017-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Lakin verilmiş müddətdə borclu tələbin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmışdır. Görülmüş icra tədbirlərinə, o, cümlədən inzibati məsuliyyətə cəlb edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs müəyyən edilmiş aliment məbləğini tam olaraq ödəməmiş, aliment borcu yaranmışdır. Borclunun adına tələbin yönəldə biləcək əmlak və gəlirlərinin olub-olmamasını müəyyən etmək məqsədilə müvafiq sorğular verilmiş, nəticədə Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə adına həyətyanı torpaq sahəsinin olması müəyyən edilmişdir. Tələbin borclunun həmin əmlakına yönəldilməsi istiqamətində tədbirlər görülmüş və qeyd edilən torpaq sahəsi 3886,00 manat aliment borcu müqabilində tələbkar Zərərçəkmiş şəxs tərəfindən qəbul edilmişdir. Bundan sonra da məcburi icra tədbirləri davam etdirilmiş yaranmış aliment borcunun ödənilməsi borcludan tələb olunmuş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Təqsirləndirilən şəxs izahatında mebel ustası işlədiyini və gəlirlərinin olduğunu bildirsədə aliment borcunu ödəməkdən yayınmaqda davam etmişdir. Bundan başqa şöbənin icraatına Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilərək qətnamənin qanuni qüvvəsini aldığı tarixdən, yəni 18 avqust 2020-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs cavabdeh kimi 05 oktyabr 2005-ci il təvəllüdlü X6, 01 oktyabr 2007-ci il təvəllüdlü X4 və 04 fevral 2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay hər bir uşaq üçün 100,00 manat olmaqla, cəmi 300,00 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 06 iyul 2020-ci il tarixli 2(025)-640/2020 saylı qətnaməsi əsasında verilmiş icra sənədi daxil olmuşdur. Həmin icra sənədi üzrə 20 avqust 2020-ci il tarixli qərarla icraata başlanılmış və tələbin könüllü icrası barədə borcluya bildiriş verilmişdir. Borclu qeyd edilən tələbin könüllü icrası təmin etmədiyindən həmin icra sənədi üzrə də məcburi icra tədbirlərinə başlanılmışdır. 08 sentyabr 2020-ci il tarixli qərarla hər iki icra sənədi üzrə icraat ümumi icraatda birləşdirilmiş və məcburi icra tədbirləri davam etdirilmişdir. Belə ki, borclu icra şöbəsinə çağırılaraq icra sənədinin mahiyyəti ona izah olunmuş, müəyyən edilmiş aliment məbləğinin ödənilməsi ondan tələb olunmuşdur. Borclu müxtəlif əsassız bəhanələr gətirərək ödəniş etməkdən yayınmışdır. Borcluya alimentin ödənilməsi üçün vaxt verilmiş, lakin xeyli müddətin keçməsinə baxmayaraq ödəniş etməmişdir. Odur ki, icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qəbələ Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli 3(025)170/2021 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. Sonuncu dəfə inzibati məsuliyyətə cəlb edildikdən sonra da qətnamənin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə dəfələrlə xəbərdarlıq edilmişdir. Borclu hər dəfə alimentin ödənilməsi ilə bağlı müxtəlif vədlər versə də, bundan sonra da ödəniş etməmişdir. Eyni zamanda icra sənədlərinin icrası istiqamətində borclu Təqsirləndirilən şəxsla fərdi söhbətlər aparılmış, məsuliyyəti şəxsən diqqətinə çatdırılmışdır. Lakin icra sənədlərinin icraya yönəldilməsindən uzun müddətin keçməsinə, alimentin ödənilməsi üçün dəfələrlə vaxt verilməsinə, həmçinin üç dəfə inzibati qaydada məsuliyyətə cəlb edilməsinə və cinayət məsuliyyəti barədə rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq Təqsirləndirilən şəxs görülmüş tədbirlərdən nəticə çıxarmamış və 10 may 2022-ci il tarixədək Qəbələ Rayon Məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)-97/2017 saylı qətnaməsi üzrə 3374,00 manat, 06 iyul 2020-ci il tarixli 2(025)-640/2020 saylı qətnaməsi üzrə isə 6300,00 manat olmaqla, cəmi 9674,00 manat aliment borcunu ödəməməklə qətnamələrin icrasından yayınmaqda davam etmişdir. İcra müddətində tələbkar Zərərçəkmiş şəxs isə dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək uşaqların maddi tələbatlarının artdığını, təkbaşına onlara baxmaqda çətinliklər çəkdiyini və maddi vəziyyətlərinin ağır olduğunu bildirərək Təqsirləndirilən şəxs yaranmış aliment borcunun alınaraq ona verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. İşdə olan xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixli xəbərdarlıqlardan görünür ki, Təqsirləndirilən şəxs müəyyən edilmiş aylıq alimentin və yaranmış aliment borcunun ödənilməklə qətnamələrin icrası tələb edilmiş, məsuliyyət diqqətinə çatdırılmışdır. İşdə olan Qəbələ Rayon Məhkəməsinin inzibati xəta haqqında iş üzrə qərarlarından görünür ki, Təqsirləndirilən şəxs həmin rayon məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2(025)97/2017 saylı və 06 iyul 2020-ci il tarixli 2(025)-640/2020 saylı qanuni qüvvəyə minmiş qətnamələri əsasında verilmiş icra sənədlərinin icrası ilə bağlı icra məmurunun qanuni tələbini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə təqsirli bilinib 20 sentyabr 2017-ci il, 10 mart 2020-ci il və 29 mart 2021-ci il tarixlərdə hər dəfə 10 gün müddətinə inzibati qaydada həbs edilmişdir. İşdə olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə kollegiyası sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməldə Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulmuş cinаyət hаdisəsinin və cinаyət tərkibinin olmаsı, həmin cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi kifayət qədər sübutа yetirilmişdir. Onun əməli Cinayət Məcəlləsinin 306.1-ci mаddəsinə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin faktiki hallarını və əməlinin tövsifini mübahisələndirməyərək, yalnız Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli hökmünün cəzaya aid hissədə yüngülləşdirilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.1-15.3-cü maddələrində isə qeyd edilir ki, məhkəmə aktları qətnamə, qərardad, qərar və əmr formasında qəbul edilir. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Bunlardan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.5-ci maddəsinin və “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2008-ci il 15 fevral tarixli qərarında göstərilmişdir ki, “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin quruluşunda qanunverici tərəfindən inzibati preyudisiyadan istifadə olunmuşdur. Həmçinin inzibati məsuliyyətdən sonra borclunun hüquqazidd davranışı davam etdiyi halda onun cinayət məsuliyyətinə cəlb olunması, bunun məhz Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada müvafiq orqana, məhkəmə icraçıları qurumunun rəhbərinin təqdimatı əsasında mümkünlüyü müəyyən olunmuşdur. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, cinayət qanunvericiliyində inzibati preyudisiya, bir tərəfdən əməlin lazımsız kriminallaşdırılmasını istisna edir, digər tərəfdən isə analoji hüquq pozuntusuna görə şəxsi inzibati məsuliyyətə cəlb etmək vasitəsi ilə cinayətlərin qarşısının alınmasına imkan yaradır. Bu halda, inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə hüquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkrarən eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir (“Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 2014-cü il 18 dekabr tarixli qərar). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 2 oktyabr tarixli Qərarında qeyd edilmişdir ki, Cinayət Məcəlləsinin 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi şəxs İnzibati Xətalar Məcəlləsinin 313-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra yaranır. Lakin şəxsin İnzibati Xətalar Məcəlləsinin 313- 1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi faktı qeyd-şərtsiz olaraq onun Cinayət Məcəlləsinin 306-cı maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə səbəb ola bilməz. Məhkəmə qərarını icra etməyən şəxsin bunu qərəzli olaraq edib-etməməsi və ya məhkəmə aktlarının icrasına maneçilik törətməsi həmin şəxs inzibati məsuliyyətə cəlb edildikdən sonra aydınlaşdırılmalıdır və yalnız bu əlamət mövcud olduqda cinayət təqibi başlana bilər. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs əməlini könüllü etiraf edərək səmimi peşimançılıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi nəzərə almış, həmçinin onun əməlində cəzasını ağırlaşdıran halların olmaması qənaətinə gəlmişdir. Həmçinin apellyasiya məhkəməsi araşdırılması zamanı da Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran əlavə hallar müəyyən edilməmişdir Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, hərbir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən Təqsirləndirilən şəxs nisbətən sərt cəza, yəni azadlıqdan məhrum etmə növündə cəza təyin olunmasını onun şəxsiyyətinə uyğun və əsaslı hesab edir. Apellyasiya şikayəti ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayətinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, həmçinin şəxsin şəxsiyyətini, ona təyin olunacaq cəzanın onun ailəsinin həyat şəraitinə təsirini, əməllərində yuxarıda qeyd edilən cəzanı yüngülləşdirən halların olmasını, ağırlaşdıran halların olmamasını, eyni zamanda ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə həmin maddənin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə azadlıqdan məhrum etmə növündə cəzanın təyin olunması ilə bağlı nəticəyə gəlməklə haqlı olmuşdur. Məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterinə, ictimai təhlükəlilik dərəcəsinə və özünün şəxsiyyətinə uyğun olan cəzanın məqsədlərini və islah təsirini təmin etməyə imkan verən qanuni və əsaslı cəza təyin etmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyası Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin dəlillərini qəbuledilməz sayır, Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(025)-37/2022 nömrəli hökmünün baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаsını məqsədəmüvafiq hesаb edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə məhkum edilməsinə dair Qəbələ Rayon Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli 1(025)-37/2022 nömrəli hökmü baxılmış apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər. İş üzrə sədrlik edən hakim: Akif Eyvazov
Məhkəmə qərarları › İş №1(107)-31/2023
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-31/2023
18.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver