Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-313/2021 14.12.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Zəkili Elgiz Eldəniz oğlunun katibliyi, dövlət ittihаmçısı- X12, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 və onların müdafiəçiləri X15 və X7 iştirakı ilə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 185.2.1 və 234.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 185.2.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətlərinə açıq məhkəmə iclasında bаxaraq müəyyən etdi: Ağsu Rayon Məhkəməsinin (sədrlik edən Anar Əsgərov) 24 iyun 2021-ci il tarixli, 1(016)-25/2021 nömrəli hökmü ilə, xx.xx.1998-ci il tarixdə Ağsu şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə uyğun olaraq təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, 29 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasının əvvəli həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, həbsə alındığı tarixdən, yəni 16 fevral 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması, Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə qeydiyyata alınması iş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan – 2 ədəd zərflərdə qablaşdırılmış, təmiz çəkisi 4,522 qram və 42,291 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış VAZ-2101 markalı **-EG- *** dövlət nömrə nişanlı avtomobilin, həmçinin həmin avtomobilin komplekt hissəsinə aid olmayan pioner markalı maqnitafon, kalonkalar və komplekt hissəyə aid olan radiatorun sahibi X8 qaytarılması nəzərə alınması, iş üzrə 3.580 manat maddi ziyandan 2.880 manat məbləğində pulun X8 ödənilməsi nəzərə alınması, iş üzrə mülki iddia yoxdur, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq, "xxxx" MMC-yə ("xxxx" ASC-nin Gənclik Mall filialı: Kod: 201025: VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, M/H: AZ37NABZ013501**********1944, VÖEN: **********, hesab: AZ53AİİB********************) ödənilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinə ayrı-ayrılıqda məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi müəyyən edilmişdir. xx.xx.1991-ci il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə uyğun olaraq təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 02 yanvar 2021-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi iş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan – 2 ədəd zərflərdə qablaşdırılmış, təmiz çəkisi 4,522 qram və 42,291 qram xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış VAZ-2101 markalı **-EG-*** dövlət nömrə nişanlı avtomobilin, həmçinin həmin avtomobilin komplekt hissəsinə aid olmayan pioner markalı maqnitafon, kalonkalar və komplekt hissəyə aid olan radiatorun sahibi X8 qaytarılması nəzərə alınması, iş üzrə 3.580 manat maddi ziyandan 2.880 manat məbləğində pulun X8 ödənilməsi nəzərə alınması, iş üzrə mülki iddia yoxdur, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq, "xxxx" MMC-yə ("xxxx" ASC-nin Gənclik Mall filialı: Kod: 201025: VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, M/H: AZ37NABZ013501**********1944, VÖEN: **********, hesab: AZ53AİİB********************) ödənilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinə ayrı-ayrılıqda məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi müəyyən edilmişdir. xx.xx.1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, işsiz, məhkumluğu ödənilməyən, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə uyğun olaraq təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 11 mart 2021-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, iş üzrə maddi sübut kimi tanınmış və Ağsu rayon Polis Şöbəsinin maddi sübutların saxlama kamerasında saxlanılan – 2 ədəd zərflərdə qablaşdırılmış, təmiz çəkisi 4,522 qram və 42,291 qram xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan tiryək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, iş üzrə maddi sübut kimi tanınmış - 02 ədəd CD disk cinayət işinin materiallarında saxlanılması, iş üzrə maddi sübut kimi tanınmış VAZ-2101 markalı **-EG- *** dövlət nömrə nişanlı avtomobilin, həmçinin həmin avtomobilin komplekt hissəsinə aid olmayan pioner markalı maqnitafon, kalonkalar və komplekt hissəyə aid olan radiatorun sahibi X8 qaytarılması nəzərə alınması, iş üzrə 3.580 manat maddi ziyandan 2.880 manat məbləğində pulun X8 ödənilməsi nəzərə alınması, iş üzrə mülki iddia yoxdur, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat məbləğində məhkəmə xərci Təqsirləndirilən şəxs1 tutularaq, dövlət büdcəsinə (Büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, X3, kod: 210005, VÖEN: **********, müxbir hesab AZE41 NABZ********************, SFİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN: **********, hesab AZ34CTRE********************) ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində məhkəmə xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq, "xxxx" MMC-yə ("xxxx" ASCnin Gənclik Mall filialı: Kod: 201025: VÖEN: **********, SWİFT kod: AİİBAZ2X, M/H: AZ37NABZ013501**********1944, VÖEN: **********, hesab: AZ53AİİB********************) ödənilməsi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hər birinə ayrı-ayrılıqda məhkəmədə göstərilmiş 20 saat hüquqi yardıma görə 120 manat məbləğində pulun, dövlət büdcəsinin vəsaiti hesabından vəkil Müdafiəçi1, Müdafiəçi2 və Müdafiəçi3 hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilməsi müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs1 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında talama məqsədi olmadan qanunsuz olaraq avtomobil qaçırmış, qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talamış və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, xaş-xaş bitkisindən kustar üsulla hazırılanmış narkotik vasitə olan tiryək əldə edib üzərində daşımaqla, yaşadığı evin həyətindəki tikilidə saxlamışdır. Belə ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, istifadə etmək hüququ olmadan 12 dekabr 2020-ci il tarixdə, saat təxminən 23 radələrində ünvan 4 ünvanda, küçədə saxlanılmış, 3.250 manat dəyərində Zərərçəkmiş şəxs məxsus “VAZ-2101” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırıb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la birlikdə növbəli şəkildə idarə etməklə Ağsu şəhərinə gətirmiş, Ağsu şəhərində olarkən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2020-ci il tarixdə, saat 09 radələrində Ağsu şəhəri, H.Əliyev prospektində həmin avtomobili hissələrə bölərək, avtomobilin komplekt hissələrinə daxil olan, 300 manat dəyərində ön və arxa oturacaqları, 50 manat dəyərində güzgünü, 200 manat dəyərində diskləri ilə birlikdə arxa təkərlərini, 25 manat dəyərində radiatoru, eləcə də avtomobilin komplekt hissələrinə aid olmayan, üzərində sonradan quraşdırlımış 150 manat dəyərində Pioner markalı maqnitofonu və bir cüt komplekt maqnitofon kalonkalarını, 30 manat dəyərində qoltuqaltını, avtomobilin baqaj hissəsində olan 80 manat dəyərində bir komplekt təmir açarlarını, həmçinin, avtomobilin salonunda qoyulmuş, Varis Alamazlıya məxsus 70 manat dəyərində bir cüt 42 ölçülü Türkiyə Respublikasının istehsalı olan kişi ayaqqabısını oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs, ümumilikdə 3.580 manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Bundan başqa, o, 2021-ci ilin yanvar ayının ortalarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 47,013 qram təmiz çəkidə xaş-xaş bitkisindən kustar üsulla hazırılanmış narkotik vasitə olan tiryək əldə edib, üzərində daşımaqla, yaşadığı ünvan 5 ünvanda yerləşən evinin həyətində saxlamış, 16 fevral 2021-ci il tarixdə saat 09:30-dəqiqədə Ağsu rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində polis şöbəsinin inzibati binasına gətirilmiş, həmin tarixdə saat 09:50-də polis şöbəsinin inzibati binasında üzərinə baxış keçirilərkən, qeyd olunan narkotik vasitədən, əyninə geydiyi cins şalvarın sağ yan cibində, bir ədəd şəffaf sellofana bükülmüş içərisində 4,622 qramı, həmçinin həmin tarixdə, saat 11:30-da yaşadığı evinin həyətindəki tikilinin içərisində, şəffaf sellofana bükülmüş 42,391 qramı aşkar olunaraq götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs1 CM-in 177.2.1, 185.2.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir ondan ötrü ki, o, tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, istifadə etmək hüququ olmadan 12 dekabr 2020-ci il tarixdə, saat təxminən 23 radələrində ünvan 4 ünvanda, küçədə saxlanılmış, 3.250 manat dəyərində Zərərçəkmiş şəxs məxsus “VAZ- 2101” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırıb, Təqsirləndirilən şəxs1la və Təqsirləndirilən şəxs3la birlikdə növbəli şəkildə idarə etməklə Ağsu şəhərinə gətirmiş, Ağsu şəhərində olarkən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2020-ci il tarixdə saat 09 radələrində Ağsu şəhəri, H.Əliyev prospektində həmin avtomobili hissələrə bölərək, avtomobilin komplekt hissələrinə daxil olan, 300 manat dəyərində ön və arxa oturacaqları, 50 manat dəyərində güzgünü, 200 manat dəyərində diskləri ilə birlikdə arxa təkərlərini, 25 manat dəyərində radiatoru, eləcə də avtomobilin komplekt hissələrinə aid olmayan, üzərində sonradan quraşdırlımış 150 manat dəyərində Pioner markalı maqnitofonu və bir cüt komplekt maqnitofon kalonkalarını, 30 manat dəyərində qoltuqaltını, avtomobilin baqaj hissəsində olan 80 manat dəyərində bir komplekt təmir açarlarını, həmçinin, avtomobilin salonunda qoyulmuş, Varis Alamazlıya məxsus 70 manat dəyərində bir cüt 42 ölçülü Türkiyə Respublikasının istehsalı olan kişi ayaqqabısını oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs, ümumilikdə 3.580 manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında, istifadə etmək hüququ olmadan 12 dekabr 2020-ci il tarixdə, saat təxminən 23 radələrində ünvan 4 ünvanda, küçədə saxlanılmış, 3.250 manat dəyərində Zərərçəkmiş şəxs məxsus “VAZ- 2101” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirməklə qaçırıb, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1la birlikdə növbəli şəkildə idarə etməklə Ağsu şəhərinə gətirmiş, Ağsu şəhərində olarkən, tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə qabaqcadan əlbir olan bir qrup şəxs halında 13 dekabr 2020-ci il tarixdə, saat 09 radələrində Ağsu şəhəri, H.Əliyev prospektində həmin avtomobili hissələrə bölərək, avtomobilin komplekt hissələrinə daxil olan, 300 manat dəyərində ön və arxa oturacaqları, 50 manat dəyərində güzgünü, 200 manat dəyərində diskləri ilə birlikdə arxa təkərlərini, 25 manat dəyərində radiatoru, eləcə də avtomobilin komplekt hissələrinə aid olmayan, üzərində sonradan quraşdırlımış 150 manat dəyərində Pioner markalı maqnitofonu və bir cüt komplekt maqnitofon kalonkalarını, 30 manat dəyərində qoltuqaltını, avtomobilin baqaj hissəsində olan 80 manat dəyərində bir komplekt təmir açarlarını, həmçinin, avtomobilin salonunda qoyulmuş, Varis Alamazlıya məxsus 70 manat dəyərində bir cüt 42 ölçülü Türkiyə Respublikasının istehsalı olan kişi ayaqqabısını oğurlayaraq, zərərçəkmiş Zərərçəkmiş şəxs, ümumilikdə 3.580 manat məbləğində maddi ziyan vurmaqla, özgənin əmlakını gizli olaraq talamışdır. Bununla da, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1 və 185.2.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə ittiham edilmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən - CM-in 177.2.1 və 234.1-ci maddələri ilə təqsirli bilərək göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayının 12-dən 13-nə keçən gecə, gecə saatlarında kirayədə qaldığı evdən siqaret almaq üçün küçəyə çıxmış, bu zaman evin qarşısında küçədə yanında süd rəngli bir VAZ-2101 markalı avtomobil dayanmış və o, həmin avtomobilin sükanında əvvəllər tanıdığı və normal münasibəti olduğu Təqsirləndirilən şəxs2 və onun yanında olan təzə tanıdığı Təqsirləndirilən şəxs3 görmüşdür. Onlar ona avtomobilə oturmağı təklif etmişlər. O, avtomobilin arxa oturacağına əyləşmişdir və söhbət zamanı Samir demişdir ki, hara gedək, o, təklif etmişdir ki, gedək Ağsu şəhərinə gəzək. Razılaşmışlar ki, birlikdə yollansınlar Ağsu şəhərinə. Səhərə yaxın saat 05 radələri idi. Pulları olmadığı üçün bibisi oğlu Şahid2 yanına getmiş, ondan pul əldə edə bilmədiyi üçün Samir və Adildən xəbərsiz avtomobildən maqnitofonu və onun 3 ədəd kalonkalarını söküb, Ağsu şəhərində “Mərkəz” adlanan yerə gəlmiş və orada tanış bir taksi sürücüsü Amitlə razılaşmış və sonuncu, 30 manata maqnitafonu və kalonkaları ondan almışdır. Amit kalonkaların oğurluq olduğunu bilməmiş və heç nədən şübhələnməmişdir. O, Amitdən pulu aldıqdan sonra Samirin və Adilin yanına qayıtmış və pul tapdığını bildirmişdir. Onlar avtovağzala gəlmiş, yol avtomobilinə minib, Bakı şəhərinə gəlmişlər və o, Dərnəgül yolunda Azpetrolun yanında avtomobildən düşmüş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ayrılmışdır. Həmin gündən sonra tutulan vaxtadək onlarla görüşməmişdir. Avtomobili haradan və necə qaçırılıb oğurlaması barədə məlumatı olmamışdır. O, həmçinin, ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin yanvar ayının ortalarında Bakı şəhərində təkər təmiri sexində işləyən zaman Bakı şəhərində Şamaxinka adlanan yerdə gəzərkən, yerdən narkotik vasitə olan tiryək tapmışdır. Narkotik vasitələrdən istifadə etdiyi üçün tapdığı narkotik vasitəni özü ilə istifadə etmək üçün götürmüş, Ağsu şəhərinə gətirmiş, yaşadığı evin həyətindəki tikilinin içərisində gizlətmişdir. Narkotik vasitə olan tiryəkdən bir qədər qoparıb udma yolu ilə bir neçə dəfə istifadə etmişdir. 16.02.2021-ci il tarixdə evilərinin həyətində gizlətdiyi tiryəkdən, özünün istifadəsi üçün bir miqdarını sellofana bükərək, əynində olan cins materiallı şalvarının sağ yan cibinə qoymuş, bir hissəsi isə müxtəlif əşyalar yığdığı tikilinin içərisində sellofana büküb gizlətmişdir. Ağsu şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olarkən, polis əməkdaşları onu saxlatmış, birlikdə Ağsu rayon Polis şöbəsinə getməyi təklif etdikdə, onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Daha sonra, ona şübhəli şəxs qismində tutulduğu və hüquqları izah olunmuşdur. Öz istəyi ilə vəkil dəvət edilmiş, vəkilin iştirakı ilə bir daha ona hüquqları izah olunmuş, vəkilin iştirakı ilə üzərində qanunsuz əşya olub-olmaması soruşulmuş, o, üzərində narkotik vasitə olmasını etiraf etmişdir. Sonradan əynində olan cins materiallı şalvarın sağ yan cibindən, sellofona bükdüyü tiryəki cibindən çıxararaq təhvil vermişdir. Həmin tiryək elektron tərəzidə çəkilmiş və çəkisi 4,7 qram olması müəyyən olunmuşdur. Bu barədə protokol tərtib olunmuş, təqdim etdiyi tiryək polis əməkdaşları tərəfindən ekspertizaya göndərilməsi üçün qablaşdırılaraq götürülmüşdür. O, tutulduğunu başa düşdüyü üçün, yaşadığı evin həyətindəki tikilinin içərisində gizlətdiyi tiryəki də polis əməkdaşlarına yerini bildirmiş və onun razılığı ilə yaşadığı evin həyətindəki tikilinin içərisinə baxış keçirilmiş və tikilinin içərisində gizlətdiyi sellofona bükdyü tiryəki də polis əməkdaşlarına təqdim etmişdir. Həmin təqdim etdiyi tiryək onun hüquqlarını müdafiə edən vəkilin və baxışda iştirak edən şəxslərin iştirakları ilə elektron tərəzidə çəkilmiş və çəkisi 42,3 qram olması müəyyən olunmuşdur. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü qismən - CM-in 185.2.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayının 12-də, saat təxminən 23 radələrində ünvan 6 ünvanın qarşısından piyada hərəkət edib keçərkən diqqətini həyətdə dayanmış köhnə süd rəngli bir VAZ-2101 markalı avtomobil cəlb etmiş və o, həmin avtomobili qaçırmaq, sürmək qərarına gəlmişdir. Bu məqsədlə həmin avtomobilə yaxınlaşmış, ətrafa boylanmış, ətrafda heç kimin olmadığını görmüşdür. Avtomobilə yaxınlaşmış, qapılarını əli ilə yoxlamış və avtomobilin qabaq qapısının açıq olduğunu aşkar etmişdir. Avtomobilin sükanı arxasına oturmuş, görmüşdür ki, mühərrikin açarı üstündədir. O, avtomobili işə salıb, həmin yerdən sürüb getmişdir. Məqsədi avtomobili bir az sürüb, sonra onu bir yerdə atıb getmək olmuşdur. Avtomobili və onun hissələrini talamaq məqsədi olmamışdır. O, yaşadığı məhəlləyə gəlmiş və təsadüfən “Zəfəran” aptekinin qarşısında 24 radələrində tanışı əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs3 oğlu ilə rastlaşmış və avtomobili onun yaxınlığında saxlamış onu səsləmiş və gəl otur avtomobilə demişdir. Təqsirləndirilən şəxs3 da gəlib avtomobildə onun yanındakı oturacağa əyləşmişdir. Sonra birlikdə “Məhəllə” marketinin qarşısında təsadüfən tanışı Təqsirləndirilən şəxs1 görmüş və avtomobili onun yanında saxlamış və onu da avtomobilə dəvət etmişdir. Elçin də gəlib avtomobildə arxa oturacaqda əyləşmişdir. Sonra soruşmuşdur ki, hara gedək gəzək. Təqsirləndirilən şəxs1 ona demişdir ki, “Sür gedək Ağsu rayonuna orada, valideyinimə baş çəkim və sonra qayıdarıq.”. O, Elçinin təklifini qəbul etmiş və birlikdə yola çıxmışlar. O, avtomobili sürməyə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 verirmiş. Avtomobildə benzin dolu olmuşdur və onlar saat təxminən 05 radələrində Ağsu şəhərinə gəlib çatmışlar. Sonra Təqsirləndirilən şəxs1 bibisi oğlu Şahid2 evinin yanına sürməyi təklif etmiş və o, avtomobili sürüb həmin yerə gəlmişdir. Təqsirləndirilən şəxs1 avtomobildən yerə düşüb bibisi oğlu Ramilgilə getmiş və onu bayırdan səsləyib küçəyə çağırmışdır. Bir az keçmiş Şahid2 gəlmiş və onlarla salamlaşmışdır. Onu orada Təqsirləndirilən şəxs1 Şahid2 ilə tanış etmişdir. Sonra Təqsirləndirilən şəxs1 Şahid2 təklif etmişdir ki, biz yol gəlmişik, yorulmuşuq, Ağsunu tanıyırsan otur sükan arxasına avtomobili sür onun evinə evdəkilərlə görüşsün. Şahid2 təklifi qəbul etmiş və sükan arxasına əyləşib avtomobili sürməyə başlamışdır. Küçələrin birində yol-polisinin əməkdaşları onların olduğu avtomobili saxlamış və Şahid2 avtomobildən yerə düşüb polislərə qonaqlarımdır, evə gedirik demişdir. Yol polisinin əməkdaşları Şahid2 tanıdıqlıarı üçün onları buraxmışlar və bundan sonra yollarına davam etmişlər. Yolda marketlərin birinə girib oradan, siqaret, su almışdır. Daha sonra Təqsirləndirilən şəxs1 yaşadığı evə gəlmişlər, evin bir qədər yaxınlığında avtomobili saxlamışdır. Sonra Təqsirləndirilən şəxs1 onları evlərinə dəvət etmiş və onlar evə keçmiş, evdə çay-çörək yemişlər. Bir az keçmiş evdən çıxmışlar bayıra və sonra avtomobilə yaxınlaşmışlar. Bir az avtomobillə gəzmişlər. Sonra o, Elçinin evindən bir qədər aralıda perevala gedən yol tərəfdə avtomobili saxlamış, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Şahid2 demişdir ki, “Avtomobili Bakı şəhərindən qaçırmış, geriyə yəni, Bakı şəhərinə bu avtomobil ilə qayıda bilmərik, çünki artıq avtomobili deyəsən polislər axtarırlar. Gəlin yol avtomobilinə minib çıxıb gedək.”. Avtomobildən yerə düşmüş, sonra Ramil öz evlərinə getmiş və onlar üçü isə avtovağzal tərəfə gəlmiş və Bakıya gedən tanımadığı bir taksiyə əyləşmiş və 20 manat yol pulunu Təqsirləndirilən şəxs1 sürücüyə vermiş və birlikdə Bakı şəhərinə Çermet körpüsünün yanına gəlmiş və üçü də avtomobildən yerə düşüb, hər kəs öz yaşadığı evə getmişdir. Tutulan günə kimi o, Təqsirləndirilən şəxs3la və Təqsirləndirilən şəxs1la və Şahid2la əlaqəsi olmamışdır. Avtomobilin maqnitafonunun və səs gücləndirici kalonkalarının və digər hissələrinin kim tərəfindən avtombildən götürülərək satılmasından xəbəri yoxdur. O, törətdiyi əməldən səmimi peşmançılıq çəkdiyini bildirərək, ona yüngül cəza təyin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, o, 2020-ci ilin dekabr ayının 12də, təxminən saat 22 radələrində onunla eyni məhələdə yaşayan Təqsirləndirilən şəxs2 görmüşdür. Samir həmin vaxtı dövlət qeydiyyat nişanını bilmədiyi VAZ-2101 markalı avtomobili idarə edirdi. Təqsirləndirilən şəxs2 avtomobili onun yaxınılığında saxlamış, onunla salamlaşmışdır. O, Samirdən maşını haradan əldə etdiyini soruşmuşdur. Təqsirləndirilən şəxs2 ona maşını təzə aldığını demişdir. Daha sonra, ona gəlib maşına əyləşməyi, birlikdə həmin avtomobillə yaşadığı rayonun ərazisində gəzək demişdir. Daha sonra, Nərimanov rayonu ərazisində avtomobillə gəzərəkən “Kitay” restoranı deyilən yerin yaxınlığında onun tanımadığı, ilk dəfə idi gördüyü şəxsin yanında Təqsirləndirilən şəxs2 idarə etdiyi maşını saxlamışdır. Həmin şəxslə salamlaşdıqdan sonra Təqsirləndirilən şəxs2 həmin şəxsə gəl otur maşına, birlikdə şəhəri gəzək demişdir. O, həmin şəxsin Ağsu rayon sakini Təqsirləndirilən şəxs1 olmasını bilmişdir. Daha sonra, Nərimanov rayonu ərazisində Təqsirləndirilən şəxs2 idarə etdiyi maşınla gəzərkən Təqsirləndirilən şəxs1 bildirmişdir ki, “Gedəyin Ağsu rayonuna, orada gəzək və o, da xəstə olan anasına baş çəksin. Ondan sonra qayıdıb, Bakı şəhərinə gələrik.”. Həmin günü gecə radələrində həmin avtomobillə Ağsu rayonuna gəlmişlər. Ağsu dolayalarına çatdıqdan sonra Elçin ona Ağsu rayonunu tanımadığını bildirmiş və avtomobili idarə etmək üçün istəmiş, o, isə Samirin razılığı ilə avtomobili idarə etmək üçün Təqsirləndirilən şəxs1 vermişdir. Ağsu rayonuna səhər saat 05 radələrində çatmışlar. Ağsu şəhərinə çatdıqdan sonra Təqsirləndirilən şəxs1 avtomobili idarə edib qohumları gilə sürmüşdür. O, və Təqsirləndirilən şəxs2 maşında qalmışlar. Təqsirləndirilən şəxs1 qohumları gildən onun sonradan adını bildiyi Şahid2la çıxmış, sonra maşının sükanına Elçin əyləşmişdir, Elçinin qohumu Şahid2 gəlib maşına əyləşmişdir. Təqsirləndirilən şəxs1 maşını öz evləri istiqamətində sürmüşdür. Ac olduğu üçün yoldakı mağazaların birinin qarşısında Təqsirləndirilən şəxs1 maşını saxlamış və Samirlə mağazaya düşüb oradan siqaret, su, çörək almışlar. Bundan sonra, Təqsirləndirilən şəxs1 maşını yaşadığı evin istiqamətində sürüb gəlmişdir. Elçinin yaşadığı evin qarşısına gəldikdən sonra Elçin evlərinə keçmiş və evdə az vaxt qaldıqdan sonra Təqsirləndirilən şəxs1 onları evə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı evdə səhər yeməyi yemişlər. Səhər yeməyi yedikdən sonra həyətə çıxmışlar. Maşının sükanı arxasına Elçinin qohumu Şahid2 əyləşmişdir. Ağsu rayonunda həmin maşınla gəzmişlər. Maşında o, Elçin, Samir və maşını idarə edən Şahid2 olmuşdur. Bu vaxt saat 8-9 radələri olardı. Ramil maşını ara küçələrin birində saxladıqdan sonra maşından yerə düşmüşlər. Samirlə söhbət edərəkən ona artıq Bakı şəhərinə qayıtmaq lazımdır, evdən onu axtaracaqlar demiş, Təqsirləndirilən şəxs2 ona demişdir ki, bilirsən maşın “uqondur”. O, bu sözü Samirdən eşitdikdən sonra, ona “Sən nə etmisən, məni də zibilə saldın” demişdir. Orada artıq həmin avtomobilə əyləşməyəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs2 maşını da saxladıqları yerdə qoymağı və getməyi demiş, lakin getmək üçün yol pulları olmamışdır. O, Təqsirləndirilən şəxs2lə aralanıb parkın yerləşdiyi istiqamətdə piyada hərəkət edərəkən yolda Təqsirləndirilən şəxs1la rastlaşmışdır. Daha sonra, Elçin bildirmişdir ki, maşının maqnitafonunu və kalonkalarını söküb, 30 manata satıb. Bakı şəhərinə qayıda bilərik dediyi üçün oradan avtovağzala gəlmişlər. Avtovağzaldan isə tanımadığı maşınlardan birinə əyləşib, Bakı şəhərinə gəlmişlər. Maşının yol kirəsini Təqsirləndirilən şəxs1 vermişdir. Bakı şəhərinə gəldikdə isə o, və Samr Abdullayev Bakı şəhəri Dərnəgül yolunda yerləşən Azpetrolun yanında maşından yerə düşmüşlər. Həmin gündən sonra Təqsirləndirilən şəxs2lə və Təqsirləndirilən şəxs1la bir daha görüşməmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında zərəçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Bakı şəhəri, H.Əliyev prospekti 103, bina 10, mənzil 38-də kirayə yaşayır. 21.06.2020-ci il tarixdə tanıdığı Şahid1 11 ay müddətinə qalmaq şərti ilə ilkin ödəniş 1.000, aylıq isə 250 manat ödəməklə, VAZ 2101 markalı **-EG- *** dövlət nömrə nişanlı avtomobili cəmi 3.250 manata almışdır. Avtomobili idarə etmək üçün sürücülük vəsiqəsi var. Həmin avtomobil ona məxsusdur. 12.12.2020-ci il tarixdə saat təxminən 21:00 radələrində avtomaşını kirayədə yaşadığı binanın həyətində saxlayıb açarını üstündə qoyub pult vasitəsi ilə qapılarını bağlayıb yaşadığı evə getmişdir. 13.12.2020-ci il tarixdə səhər saat təxminən 12:00 radələrində həyətə düşüb avtomaşına yaxınlaşmaq istədikdə avtomaşını saxladığı yerdə olmadığını naməlum şəxs(lər) tərəfində qaçrıldığnı aşkar etmiş və bu barədə polisə ərizə ilə müraciət etmişdir. Ona məxsus avtomobil polis əməkdaşları tərəfindən Ağsu rayonunda aşkar edilərək Nərimanov rayon Polis İdarəsinin 17-ci Polis Bölməsinə gətrilmiş və o, avtomobilinə baxdıqda onun içərisindən bir ədəd Pioner markalı maqnitafonun, bir komplekt maqnitafon kalonkalarının, salonun oturacaqları, salonda olan 70 manat dəyərində 42 ölçülü təzə bir cüt kişi ayaqqabısı, salonun güzgüsü, qoltuqaltı, avtomobilin baqaj hissəsindən bir komplekt avtomobil təmiri üçün nəzərdə tutulan açarları, avtomobilin arxa iki təkərinin oğurlandığını görmüşdür. Avtomobilin hər iki arxa qənədləri vurularaq əzilmişdir. Bir ədəd Pioner markalı maqnitafonun, bir komplekt maqnitafon kalonkaları ilə birlikdə dəyəri 150 manat, salonun oturacaqları 300 manat, salonun güzgüsünün dəyəri 50 manat, qoltuqaltının dəyəri 30 manat olmuşdur. Avtomobilin baqaj hissəsindən bir komplekt avtomobil təmiri üçün nəzərdə tutulan açarların dəyəri 80 manat, avtomobilin arxa iki təkəri diskləri ilə birlikdə dəyəri 200 manat təşkil edir. Avtomobilin arxa qənadləri və arxa buferləri əzilmiş və rəngi deformasiya olmuşdur. Buna görə də ona 250 manat məbləğində maddi ziyan dəymişdir. Avtomobili qaçırılmış, sonradan ona qaytarılmışdır. Lakin avtomobildən oğurlanmış bir ədəd Pioner markalı maqnitofonun, bir komplekt maqnitofon kalonkaları ilə birlikdə dəyəri 150 manat, olsa da sonradan həmin maqnitafon kalonkaları ilə birlikdə ona qaytarılmışdır. Avtomobilin salonun oturacaqları 300 manat, salonun güzgüsünün dəyəri 50 manat, qoltuqaltının dəyəri 30 manat, avtomobilin baqaj hissəsindən bir komplekt avtomobil təmiri üçün nəzərdə tutulan açarların dəyəri 80 manat, avtomobilin arxa iki təkəri diskləri ilə birlikdə dəyəri 200 manat təşkil edir və bir cüt 42 ölçülü Türkiyə Respublikasının istehsalı olan təzə halda kişi ayaqqabısının dəyəri də 70 manat olduğundan, ona 730 manat məbləğində maddi ziyan vurulmuş və əzilmiş hissələrə görə isə 250 manat ziyan vurulmuşdur. Avtomobilin özünün ümumi dəyəri isə 3.250 manat təşkil edir. Qeyd olunanlardan savayı avtomobildən başqa heç nə oğurlanmamışdır. O, təqsirləndirilən şəxslərə qanuni və ədalətli cəza təyin olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Qədirova Elmira Babaşah qızı ifadəsində göstərmişdir ki, o, ünvan 7 ünvanda yaşayır. Oğlu Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etdiyi üçün onda alüdəçilik yaranıb. Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətində olan tikilinin içərisində Bakı şəhəri Şamaxinka deyilən yerdən tapdığı narkotik vasitə olan tiryəki gətirib gizlətmişdir. Təqsirləndirilən şəxs1 16 fevral 2021-ci il tarixdə Ağsu rayon Polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılarkən üzərindən narkotik vasitə çıxmışdır. Daha sonra, oğlu Elçin tutulduğunu başa düşüb yaşadığı evin həyətində gizlətdiyi narkotik vasitə olmasını da etiraf etmişdir. Həmin narkotik vasitəni Elçin evin həyətinə gələn polis əməkdaşlarına gizlətdiyi yerdən çıxarıb təqdim etmişdir. Daha sonra, bu hadisədən əvvəl oğlu Təqsirləndirilən şəxs1 ona şəxsiyyətləri məlum olmayan iki nəfər sonradan aldlarını öyrəndiyi Samir və Adil adlı şəxslərlə birlikdə onun yaşadığı evə gəlmişlər. O, evinə gələn şəxslərə səhər yeməyi vermişdir. Həmin vaxtı onların yanında X17da olmuşdur. Elçin ona bildirmişdir ki, həmin avtomobili Bakı şəhərindən kredit yolu ilə alıb və Ağsu rayonuna onunla görüşməyə gəlmişdir. Onlar səhər yeməyini yedikdən sonra onun evindən çıxıb getmişlər və hara getmələrini isə bilməmişdir. Daha sonra isə ona məlum olmuşdur ki, həmin avtomobili oğlu Elçin, yanında olan Samir və Adil adlı şəxslərlə birlikdə Bakı şəhəri, Nərimanov rayonu ərazisindən qaçırıb və gətirib Ağsu rayonunda onun hissələrini söküb satmışlar. X17 isə həmin avtomobilin qaçırıldığını bildiyi üçün onların yanından uzaqlaşmışdır. Sonradan isə ona məlum olmuşdur ki, Elçin yoldaşları Samir və Adillə birlikdə maşından sökdüyü hissələri Ağsu rayonuda satmışlar və radiatoru sata bilmədikləri üçün Elçin radiatoru evin həyətinə gətirib qoymuşdur. Lakin həmin maşının oğurluq olduğunu və radiatorun da kimin gətirib həyətə qoymasını görməmişdir. Həmin radiatoru da Ramin həyətdə gördüyü üçün götürüb maşının arxasınca gələn polis əməkdaşlarına təhvil vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Ağsu şəhəri, H.Aslanov küçəsi 3 saylı evdə yaşayır. Özü rəsmi olaraq heç bir yerdə işləmir. Yaşadığı evdə olarkən Təqsirləndirilən şəxs1 13 dekabr 2021-ci il tarixdə səhər saatlarında onun evinin həyətinə iki nəfər onun tanımadığı ilk dəfə gördüyü şəxslərlə gəlmiş, oğlu Ramini səsləmiş, daha sonra Elçin evin içərisinə keçmiş, oğlu Ramin ilə söhbət etmiş, Elçinin səhər tezdən onun evinə gəlməsi onda şübhə yaratmış, onun arxasınca oğlu Raminin yatdığı otağa keçmişdir. Orada Elçindən, nə məsələdir, deyib soruşmuşdur. Elçin də ona Bakı şəhərindən maşın alıb gətirdiyini demişdir. O, isə Elçinə, Raminlə nə işin var soruşmuş, Elçin ona heç, Raminlə çıxıb rayonda fırlanacayıq və evinə gedəcək sözlərini demişdir. O, Raminin otağından çıxb öz otağına keçmişdir. 16 dekabr 2021-ci il tarixdə Ramin ona bildirmişdir ki, Elçin düz yolda deyil, o, Bakı şəhərindən maşın almamış, həmin maşını qaçırıb və onlardan bir az araldakı küçədə yolda maşının oğurluq olduğunu bildiyi üçün və maşının hissələrini sökdükləri vaxtı onların yanından aralanıb çıxıb getmişdir. Daha sonra, Ramin ona maşına baxmağa getdiyni, içərinin hissələrinin söküldüyünün gördüyünü və bu barədə Elçinin anası Elmiraya bildirmək üçün onun evinə getdiyini, Elmiranı görmədiyini və həyətdə Elçinin maşından sökdüyü radiatoru gördüyünü və həmin radiatoru gətirib Nərimanov rayon Polis idarəsinin əməkdaşlarına təhvil verdiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 12 dekabr 2020-ci il tarixdə saat təxminən 05 radələrində o, Ağsu rayonunda evində yatmış və həmin gecə qeyd etdiyi vaxtı Təqsirləndirilən şəxs1 onu səsləmiş və o, Elçinin səsinə ayılmışdır. Elçin onun yatdığı otağa girmiş və o, Elçindən soruşmuşdur ki, nə baş verib. Elçin ona demişdir ki, Bakıdan indi gəlmiş, onu görmək istəyir, bu zaman atası Elşad otağa girmiş və soruşmuşdur ki, nə olub, Elçin demişdir ki, heç helə belə gəlmişdir ki, görsün nə edirsiniz. Atası Elşad Elçinə çıx evdən get, bu sözü deyib atası Elşad öz otağına keçmişdir. Təqsirləndirilən şəxs1 ona demişdir ki, uşaqlarla avtomaşınla Bakıdan gəlmiş, dur gedək bir az gəzək. O, təklifi qəbul etmiş və geyinib, Elçinlə birlikdə küçəyə çıxmış və görmüşdür ki, evlərinin qarşısında süd rəngində VAZ-2101 markalı, nömrəsini xatırlamadığı jiquli avtomobili dayanıb. Avtomobilin arxa sol tərəfində oturacağa əyləşmiş və salonda iki nəfər əvvəllər tanımadığı və sonradan adlarını bildiyi Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oturmuşdur. Elçin onu Təqsirləndirilən şəxs2lə və Təqsirləndirilən şəxs3la tanış etmiş və demişdir ki, dostlarıdır. Avtomobilin sükanı arxasına Təqsirləndirilən şəxs1 əyləşmiş və avtomobili işə saldıqdan sonra sürüb şəhərdə yerləşən “Yarmarka” deyilən marketə getmişlər. Avtomobildən yerə düşmüş və Elçin marketdən siqaret, su, sosiska, çörək almış və qayıdıb avtomobilə oturmuşlar. O, Elçindən və ümumilikdə onlardan soruşmuşdur ki, nə etmək istəyirsiniz, Elçin demişdir ki, gedək bizə oturub yemək yeyək, dincələk. Elçinin maşını evləri istiqamətində sürmüş və avtomobili həyətə salmışdır. Birlikdə avtomobildən yerə düşmüşlər Elçinin evinə daxil olmuşlar. Söhbət zamanı Elçindən maraqlananda ki, avtomobil kimindir, Elçin ona avtomobil dostu Samirindir və ona sürməyə verib demişdir. Elçinin evində yemək yeyib çay içmişlər, sonra saat təxminən 10 radələrində evdən çıxmışlar. Elçin yorğun olduğu üçün avtomobili ona sürmək üçün vermiş və o, etiraz etməmişdir. Sükan arxasına əyləşmişdir. Yolda avtomobili sürərkən polis əməkdaşları avtombili saxlamışlar. O, yol polislərinə bildirmişdir ki, avtomobil dostuna məxsusdur, onlar indi çıxıb gedirlər Bakıya. Polislərdə heç bir şübhə yaranmadığından onları buraxmışlar. Sonra avtomobili Elçinə vermiş və gəlmişlər onun xalası Amiləgilin küçəsinə və orada küçədə avtomobili Elçin saxlamışdır. Avtomobildən yerə düşmüşlər və qapılıarını bağlamışlar. Elçin və Təqsirləndirilən şəxs2 ona demişlər ki, avtomobili Bakı şəhərindən oğurlayıblar. O, başa düşmüşdür ki, həmin avtomobili Bakı şəhərindən qaçırmışlar. O, avtomobilin Təqsirləndirilən şəxs2 tərəfindən Bakı şəhərindən qaçırıldığını bildiyi üçün Elçindən soruşmuşdur ki, bu nə hərəkətdir etmisən, Elçin də ona demişdir ki, sənlik burda heç nə yoxdur demişdir. O, Elçinə və Samirə demişdir ki, necə yoxdur, onu yol polisləri həmin avtomobili sürəndə görüblər. Bu artıq onun üçün problem olacaqdır. O, Samirlə kənara çəkilib mübahisə etmişdir. Bu zaman yol pulları olmadığından Elçin, Samir və Adil qayıdıb avtomobilin qapılarını açmış, avtomobilin içərisində olan Pioner maqnitafonunu və kalonkalarını Elçin, Samir və Adil birlikdə söküb çıxartmış, daha sonra avtomobilin hissələrini sökdüklərini görmüş və o, bunu görəndə onların yanından aralanmış və öz evinə getmişdir. Daha heç nə ilə maraqlanmamışdır. Gecə həmin avtomobilin küçədə olubolmamasına gəlib baxmış və görmüşdür ki, avtomobilin salonu sökülmüş vəziyətdədir. O, bu barədə dayısı arvadı Elmiraya gedib oğlu Elçinin hərəkətlərin barədə bildirmək istəyəndə, onun evinin həyətində avtomobilin radiatorunu görmüşdür. Lakin Elçinin anasını görə bilmədiyi üçün ona oğlu Elçinin hərəkətləri barədə danışa bilməmişdir. 15 dekabr 2020-ci il tarixdə onu Ağsu rayon Polis şöbəsinə dəvət etmişlər, orada sorğu sual zamanı o, hər şeyi olduğu kimi onlara danışmış və sonra avtomobilin sonuncu dəfə gördüyü yerə getmiş və avtomobil orada olsa da, onun bəzi hissələri oturacaqlar, güzgü və sair əşyalar yerində olmamışdır. O, bildirmişdir ki, həmin əşyaların kimə satılmasından xəbəri yoxdur. O, avtomobilin Bakıdan haradan oğurlandığını, avtomobilin əşyalarının kimə satıldığından məlumatsızdır. Lakin avtomobilin radiatoru Təqsirləndirilən şəxs1 yaşadığın evin həyətində olduğunu gördüyü üçün həmin radiatoru gedib Elçinin həyətindən götürüb, təhvil vermişdir. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, o, Ağsu rayonu, Tariyel Xasiyev küçəsi, ev 2-də valideyinləri ilə birlikdə yaşayır. O, Ağsu rayonunda taksi fəaliyyəti ilə məşğul olur, Subaydır. 13 dekabr 2020-ci il tarixdə, saat təxminən 10 radələrində özünə məxsus VAZ-2107 markalı **-BG-*** dövlət nömrə nişanlı avtomobilinə minib, Ağsu şəhərində “Mərkəz” adlanan yerə gəlmiş və orada dayanıb müştəri gözləməyə başlamışdır. Təxminən günorta saatlarında ona əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 soyadlı şəxs yaxınlaşıb demişdir ki, onda satdıq avtomobil maqnitafonu və kalonkaları vardır. O, demişdir ki, göstər. Təqsirləndirilən şəxs1 əlində selofan torbanı açaraq onun içərisindən maqnitofonu və kalonkalarını ona göstərmişdir. O, həmin kalonkalara baxmış və qiymətini soruşmuşdur. Elçin ona həmin maqnitafonun və kalonkaların qiymətini 40 manata demişdir. O, isə demişdir ki, cəmi 30 manat pulu var. Elçin Qədirov onunla razılaşmış və həmin məbləğdə pulu ondan alıb kalonka ilə maqnitafonu satmışdır. 16 dekabr 2020-ci il tarixdə onu Ağsu rayon Polis şöbəsinə çağırmışlar və onunla sorğu-sual aparılmış və etiraf etmişdir ki, Təqsirləndirilən şəxs1 kalonka və maqnitafon almışdır. Həmin kalonka və maqnitafonu polis əməkdaşlarına təqdim etmişdir. Qeyd olunanlardan savayı ona Təqsirləndirilən şəxs1 başqa heç nə satmamışdır. Kalonka və maqnitafonun oğurluq olduğunu bilməmişdir. Təqsirləndirilən şəxs1 kalonkaları və maqnitafonu ona satanda bildirmişdir ki, həmin əşyalar onun özünə məxsusdur, pula ehtiyacı olduğuna görə satır. O, da heç nədən şübhələnmədən həmin əşyaları almış və öz avtomobilinə qoymuşdur. Ağsu rayon Polis şöbəsinə çağrılanda bilmişdir ki, Təqsirləndirilən şəxs1 Bakı şəhərində kiminsə avtomobilini kimlərləsə oğurlayıb qaçırıb və həmin avtomobildən maqnitafonu və kalonkaları söküb və gətirib ona satıb. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən Ağsu rayon Polis şöbəsinin cinayət-axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 fevral 2021-ci il tarixdə Ağsu şəhər sakini, Təqsirləndirilən şəxs1 narkotik vasitələrin qanunsuz qəbul etməsi, saxlaması barədə məxfi mənbədən daxil olmuş məlumatı yoxlamaq məqsədilə şöbənin CAB-ın əməliyyat müvəkkili X10 ilə birlikdə Təqsirləndirilən şəxs1 Ağsu şəhəri, H.Əliyev küçəsində piyada hərəkətdə olarkən saxlayaraq, polis şöbəsinə dəvət etmişdir. Təqsirləndirilən şəxs1 heç bir etiraz etmədən onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 əynində olan cins materiallı, şalvarının sağ yan cibindən sellofona bükülmüş, narkotik vasitə olan tiryəkə bənzər kütləni təqdim etmiş və bildirmişdir ki, həmin narkotik vasitəni bir ay əvvəl Bakı şəhərində olarkən, yerdən tapmışdır. Narkotik vasitələrdən istifadə etdiyi üçün özü ilə götürmüşdür. Tapdığı narkotik vasitə olan tiryəki yaşadığı evin həyətində gizlətmiş, bir miqdarını istifadə etdmək məqsədi ilə özü ilə götürmüşdür. Həmçinin yaşadığı evdə gizlətdiyi tiryəki də könüllü olaraq təqdim edər. Daha sonra, hər iki halla bağlı protokol tərtib olundu baxışda iştirak edənlər və Təqsirləndirilən şəxs1 özü tərəfindən imzalandı. A.kar olunmuş vasitələr isəzərfin içərisinə qoyularaq ekspetizaya göndərilməsi üçün götürüldü. İş üzrə digər şahid X10 və Şahid1 birinci instansiya məhkəməsinin məhkəmə iclasında iştirak etməmişlər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin (bundan sonra mətndə - CPM) 317-ci maddəsinə əsasən, məhkəmə qeyd olunan şəxslərin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, CPM-in 317-ci maddəsinə əsasən, bu Məcəllənin 226.1-226.3-cü maddələrinin müddəalarına uyğun olaraq məhkəmə iclasına çağırılmış şahid, ekspert və mütəxəssisdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, məhkəmə növbə ilə cinayət prosesi tərəflərindən hər birinin fikrini dinlədikdən sonra məhkəmə baxışının davam etdirilməsi və ya onun təxirə salınması haqqında qərar çıxarır. Göstərilən şəxslərdən hər hansı birinin gəlməməsi cinayət təqibi ilə bağlı olan bütün hallarının hərtərəfli, tam və obyektiv tədqiq edilməsinə mane olmadıqda məhkəmə baxışı davam etdirilə bilər. Birinci instansiya məhkəməsinin məhkəmə iclasında şahid X10 və Şahid1 ibtidai istintaqda verdiyi ifadələri elan olunmuşdur. Şahid X4 ifadəsi X5 ifadəsi ilə eynilik təşkil edir. Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, 20.06.2020-ci il tarixdə X2 alqı-satqı yolu ilə VAZ 2101 markalı ** EG *** dövlət qeydiyyat nişanlı avtomobili 2.400 manata almış və 21 iyul 2020-ci il tarixdə həmin avtomobili 3.250 manata Zərərçəkmiş şəxs 11 ay müddətində qalmaq şərti ilə ilkin ödəniş 1.000 manat olmaqla, aylıq 250 manat ödəməklə avtomobili idarə etmək üçün etibarnamə verib satmışdır. Hazırda həmin avtomobilin pulunu Varis ona tam olaraq ödəmiş və pandemiya ilə bağlı hələlik baş etibarnamə verə bilməmişdir. Həmin avtomobilin faktiki sahibi Zərərçəkmiş şəxsdır. 17 dekabr 2020-ci il tarixdə Nərimanov rayon Polis İdarəsindən ona zəng olunmuş və ona avtomobilinin qaçırıldığı bildirilmiş, o, isə avtomobilin ona məxsus olmadığını və avtomobilin ona hər hansı bir aidiyyəti olmadığını onun içərisində hər hansı bir əşyası olmadığını göstərmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Şübhəli şəxsin tutulması haqqında” 29 dekabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 29 dekabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 31 dekabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş və o, müvəqqəti saxlama yerindən azad olunmuşdur. “Şübhəli şəxsin tutulması haqqında” 16 fevral 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 16 fevral 2021-ci il tarixdə 09:50-də şübhəli şəxs qismində tutulmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 16 fevral 2021-ci il tarixli, 17/128 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş narkotik...» sözləri yazılmış zərfin içərisindəki 1 ədəd sellofan bükümdə, təmiz çəkisi - 4,622 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs1 yaşadığı evin həyətindən aşkar edilərək götürülmüş narkotik...” sözləri yazılmış zərfin içərisindəki 1 ədəd sellofan bükümdə, təmiz çəkisi - 42,391 qram olan maddə xaş-xaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - tiryəkdir. Təqdiqata təqdim edilmiş 2 ədəd zərfdə olan tiryəklər tərkiblərinə görə eynidirlər. Qeyd: - Tiryəkin təmiz çəkisi - 4,622 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 4,522 qr. - Tiryəkin təmiz çəkisi - 42,391 qr., tədqiqata sərf edildi - 0,100 qr., qalıq - 42,291 qr. Ağsu Rayon Məhkəməsinin 18 fevral 2021-ci il tarixli, 4(016)-06/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 16 fevral 2021-ci il tarixdən 16 may 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Ağsu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 4(016)-14/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlama müddəti 20 gün müddətinə, 05 iyun 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Narkoloji Dispanserinin 19 fevral 2021-ci il tаriхli, 142 sаylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 оğlu narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Nаrkоlоji kabinetdə profilaktik qеydiyyаtа alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” 02 yanvar 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 yanvar 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Nərimanov Rayon Məhkəməsinin 04.01.2021-ci il tarixli, 4(005)-03/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 17 mart 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Ağsu Rayon Məhkəməsinin 05 mart 2021-ci il tarixli, 4(016)-09/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 2 ay olmaqla, ümumilikdə 5 ay müddətinə, 17 may 2021-ci il tarixədək uzadılmışdır. Ağsu Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 4(016)-15/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 15 gün müddətinə, 01 iyun 2021-ci il tarixədək uzadılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 11 yanvar 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs2 Nərimanov Rayon Məhkəməsinin 04.12.2008-ci il tarixli hökmü ilə CM-in 177.2.1, 177.2.2, 185.2.1-ci maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 29.01.2009-cu il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 04.12.2008-ci il tarixli hökmü dəyişdirilmiş, cəzası 01 il 6 ay təyin edilmişdir. Nəsimi Rayon Məhkəməsinin 27.02.2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 185.2.2-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 16.03.2009-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 177.2.1, 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 03 il 06 ay müddətində azadlıqdan məhrum edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 31.01.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 05 il müddətində azadlıqdan məhrum edilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs2 CM-in 177.3.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 07 il 06 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 04 dekabr 2017-ci il tarixli qərarı ilə Bakı Ağır Cinayətlər Məhkəməsinin 20 iyun 2017-ci il tarixli hökmü dəyişdirilmiş, məhkum Təqsirləndirilən şəxs2 törətdiyi cinayət əməli CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və həmin maddələrlə təqsirli bilinərək ona 03 il müddətində azadlıqdan məhrumetmə cəzası təyin olunmuşdur. 30.12.2019-cu il tarixdə cəzsının sonu ilə azad olunub. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə ünvanlanmış tələbnaməyə 13 yanvar 2021-ci il tarixli cavabdan görünür ki, Təqsirləndirilən şəxs3 Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsinin 09.11.2009-cu il tarixli hökmü ilə CM-in 185.2.4-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətində şərti sınaq müddəti təyin edilmişdir. Bakı Ağır Cinayətlər Məhəkəməsinin 07.09.2012-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 CM-in 126.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 01 il 11 ay 28 gün müddətində azadlıqdan məhrum etmə cəsası təyin edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 12 may 2017-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs3 CM-in 221.3-cü maddəsi ilə təqsirli bilinərək, 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdir. Binəqədi Rayon Məhkəməsinin 17 sentyabr 2019-cu il tarixli qərarı ilə Nərimanov Rayon Məhkəməsinin 12.05.2017-ci il tarixli hökmü ilə 3 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş, cəzasının sonu 23.06.2020-ci il tarixdə olan məhkum Təqsirləndirilən şəxs3 çəkilməmiş qalan 09 ay 06 gün çəzasının çəkmədən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 11 mart 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 11 mart 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağsu Rayon Məhkəməsinin 13 mart 2021-ci il tarixli, 4(016)-10/2021 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs3 barəsində 11 mart 2021-ci il tarixdən 11 iyun 2021-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(016)-25/2021 nömrəli hökmündən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən apellyasiya şikayətləri verilmişdir. Apellyasiya protestinin və proses iştirakçılarının dəlilləri Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(016)-25/2021 nömrəli hökmünün dəyişdirilməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs3 tərəfindən verimiş apellyasiya şikayətində Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(016)-25/2021 nömrəli hökmünün ləğv edilməsini ədalət naminə düzgün, obyektiv araşdıraraq ona kömək edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X14 apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(016)-25/2021 nömrəli hökmünün dəyişdirilməsini habelə ona amnistiya qərarının tətbiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X15 apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(016)-25/2021 nömrəli hökmünün ləğv edilməsini ədalət naminə düzgün, obyektiv araşdıraraq ona kömək edilməsini habelə ona amnistiya qərarının tətbiq edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında çıxış edən dövlət ittihamçısı X12 apellyasiya şikayətinin təmin edilməməsini və iş üzrə Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli, 1(016)-25/2021 nömrəli hökmünün dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası CPM-in 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. Cinayət Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və bu Məcəllənin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, cinayət işinin materiallarını öyrənərək, təqsirləndirilən şəxs və onun müdafiəçisinin, zərərçəkmiş şəxsin, habelə dövlət ittihamçısının apellyasiya şikayətləri ilə bağlı xahişlərini dinləyərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi ilə təqsirli bilinmələrinə dair hissədə ləğv edilməli, hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli biliməsinə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tətbiqinə dair müddəlar xaric edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 185.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə qismən toplamaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 üzərində Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaqla 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, 29 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanlmalı, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrini tətbiq etməklə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrini tətbiq etməklə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrini tətbiq etməklə ona təyin edilmiş 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Birinci instansiya məhkəməsi Təqsirləndirilən şəxs1 CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına və həmin Məcəllənin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə uyğun olaraq təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, 29 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 2 (iki) il 5 (beş) ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılması, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasının əvvəli həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, həbsə alındığı tarixdən, yəni 16 fevral 2021-ci il tarixdən hesablanması, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs1 cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunması, Təqsirləndirilən şəxs1 ərazi narkoloji kabinetdə qeydiyyata alınması, Təqsirləndirilən şəxs2 CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə uyğun olaraq təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs2 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 02 yanvar 2021-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, Təqsirləndirilən şəxs3 CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına, həmin Məcəllənin 185.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, CM-in 66.2-ci maddəsinə uyğun olaraq təyin edilən cəzaları qismən toplama yolu ilə Təqsirləndirilən şəxs3 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsi, Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılması, cəzasının əvvəli şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə, 11 mart 2021-ci il tarixdən hesablanması, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini müəyyən etmişdir. Azərbaycan Respublikası CPM-in 397.5-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri buna əsas verərsə, haqlarında apellyasiya verilməyən şəxslərin xeyrinə yekun qərar qəbul etməlidir. Azərbаycаn Respublikаsı CM-in 8.1-ci mаddəsinə əsаsən, cinаyət törətmiş şəxs hаqqındа tətbiq edilən cəzа və yа digər cinаyət-hüquqi xаrаkterli tədbirlər ədаlətli olmаlıdır, yəni cinаyətin xаrаkterinə və ictimаi təhlükəlilik dərəcəsinə, onun törədilməsi hаllаrınа və cinаyət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmаlıdır. CM-in 41.2-ci mаddəsinə əsаsən, cəzа sosiаl ədаlətin bərpаsı, məhkumun islаh edilməsi və həm məhkumlаr, həm də bаşqа şəxslər tərəfindən yeni cinаyətlərin törədilməsinin qаrşısını аlmаq məqsədi ilə tətbiq edilir. İşdən göründüyü kimi Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmündən yalnız təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 apellyasiya şikayətləri vermişlər. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti verməmiş Təqsirləndirilən şəxs1 da xeyrinə yekun qərarı qəbul edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə yanaşı, həm də 185.2.1-ci maddəsi ilə təqsirli bilərək CM-nin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalı qismən toplamaqla onlara cəza təyin etməkdə düzgün nəticəyə gəlməmişdir. Belə ki, iş materiallarında təqsirləndirilən şəxslərin verdiyi və şahidlərin ifadələri ilə sübut olunur ki, Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs VAZ 2101 markalı **-EG-*** dövlət nömrə nişanlı avtomobili küçədə götürüb apararkən digər təqsirləndirilən şəxslərlə əvvəldən razılaşmaları olmamış, onlar həmin avtomobilin Təqsirləndirilən şəxs2 tərəfindən ələ keçirilməsini bilməmiş, yalnız Ağsu şəhərində bu barədə məlumatlı olduqda qorxmuş və avtomobili küçədə saxlayaraq oranı tərk edib getmişlər. Bakı şəhərinə qayıtmaq istəmişlər. Lakin Bakı şəhərinə qayıtmaq üçün pulları olmadığına görə təkrar həmin avtomobilin yanına gəlmişlər və həmin avtomobilin hissələrəni Təqsirləndirilən şəxs2lə birgə acaraq satmışlar. Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsi talama məqsədi olmadan qanunsuz olaraq avtomobil və ya başqa nəqliyyat vasitəsi ələ keçirmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi nəzərdə tutur. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus “VAZ-2101” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirmək üçün qabaqcadan əlbir olmamışlar. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 hərəkətlərində Azərbaycan Respublikası CM-nin 185.2.1-ci maddəsinin tərkibi olmamış və həmin maddə ilə cəzalandırıla bilməzlər. Məhkəməsi araşdırması zamanı müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus “VAZ-2101” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili qanunsuz götürərək Ağsu şəhərinə aparmış digər təqsirləndirilən şəxslərlə birgə və orada avtomobili hissələrə sökərək satmışlar. Göründüyü kimi Təqsirləndirilən şəxs2 zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məxsus VAZ-2101” markalı **-EG-*** dövlət qeydiyyat nişanlı avtomobili talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirdiyi an artıq həmin cinayət əməli başa catmışdır. Sonrada isə həmin avtomobili Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3la sökərək satmaqla talamışlar. Odur ki, onun həmin əməli cinayəti tək törətdiyindən CM-nin 185.2.1-ci maddəsindən CM-nin 185.1-ci maddəsinə tovsif edilməli və ona həmin maddəsinin sanksiyasında nəzərdə tutulan həddə cəza təyin edilməli, ona CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş azadlıqdan məhrum etmə cazası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə qismın toplamaqla cəza təyin edilməlidir. 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 05.11.2021-ci il tarixli Qərarının 4-cü maddəsinə görə bu Qərarın 1-ci və 2-ci hissələrində nəzərdə tutulan şəxslərdən başqa, 3 ildən artıq olmayan müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslərin cəzalarının bu Qərar qüvvəyə mindiyi günədək çəkilməmiş hissəsi 6 aydan artıq olduqda, çəkilməmiş cəza 6 ay azaldılmışdır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.2.3-cü maddəsinə görə bu Qərarın 4-cü və 5-ci hissələrində nəzərdə tutulmuş şəxslərin cəzalarını azaldır (bu Qərarın 10-cu hissəsində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla). Həmin qərarın 9.3-cü maddəsinə görə .icraatlarında olan apellyasiya və ya kassasiya şikayətləri (protestləri) üzrə işlərə baxarkən bu Qərarın 9.1-ci və 9.2-ci bəndlərinin müddəalarına müvafiq olaraq amnistiya tətbiq edir. Göründüyü kimi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrinin təsiri altına düşdüyündən onların cəzaları 6 ay azaldılmalıdır. CPM-in 399.1.5-ci maddəsinə müvafiq olaraq, təyin edilmiş cəzanın cinayətin ağırlığına və ya məhkumun şəxsiyyətinə uyğun olmaması apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışının nəticələri üzrə birinci instansiya məhkəməsinin hökm və ya qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biridir. CPM-in 405.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin hökmünü bu maddədə göstərilən hallarda, o cümlədən CPM-in 405.1.4-cü maddəsinə əsasən hökmün dəyişdirilməsi ittihamın həcmini və məhkumun əməllərinin hüquqi tövsifini dəyişdirmədiyi, lakin birinci instansiya məhkəməsi tərəfindən ona təyin edilmiş cəzanı ağırlaşdırdığı digər hallarda dəyişdirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 185.2.1ci maddəsi ilə təqsirli bilinmələrinə dair hissədə ləğv edilməli, hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli biliməsinə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tətbiqinə dair müddəlar xaric edilməli, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, ona CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 185.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə qismən toplamaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 üzərində Azərbaycan Respublikası CMnin 177.2.1 maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaqla 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, 29 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanlmalı, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrini tətbiq etməklə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrini tətbiq etməklə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrini tətbiq etməklə ona təyin edilmiş 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 394, 397, 398, 407 və 410-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilsin. Ağsu Rayon Məhkəməsinin 24 iyun 2021-ci il tarixli hökmü Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 185.2.1ci maddəsi ilə təqsirli bilinmələrinə dair hissədə ləğv edilsin. Hökmdən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 Cinayət Məcəlləsinin 185.2.1-ci maddəsi ilə təqsirli biliməsinə, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinin tətbiqinə dair müddəlar xaric edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Ona CMnin 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 185.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası CM-nin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanın daha ciddi cəza ilə əhatə etmək yolu ilə qismən toplamaqla 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərində Azərbaycan Respublikası CM-nin 177.2.1 maddəsi ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1 maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasını CM-nin 66.2-ci maddəsinə əsasən qismən toplamaqla 02 (iki) il 02 (iki) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. 29 dekabr 2020-ci il tarixdən 31 dekabr 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət CM-in 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan çıxılaraq üzərində 02 (iki) il 01 (bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Hökm apellyasiya şikayətlərinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanısın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrini tətbiq etməklə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrini tətbiq etməklə ona təyin edilmiş 02 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 02 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası Milli Məclisinin 08 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında 05.11.2021-ci il tarixli qərarının 4, 9.2.3 və 9.3-cü maddələrini tətbiq etməklə ona təyin edilmiş 02 il 01 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası 06 ay azaldılaraq üzərində 01 il 07 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti və kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-313/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-313/2021
14.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver