Azərbaycan Respublikası adından QƏRAR Şəki şəhəri İş № 1(107)-318/2021 14.10.2021 ŞƏKİ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məlikov Vəzirxan İsgəndər oğlu (sədrlik edən və məruzəçi), Rəfiyev Rövşən Rafiq oğlu və Hüseynov Elçin Şirin oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X5, Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X12, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sarıyev Musa Kahov oğlu və zərərçəkmiş şəxs X6 iştirakı ilə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsi ilə məhkum edilməsinə dair Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli hökmündən zərərçəkmiş şəxs X13 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə işə açıq məhkəmə iclаsındа bаxаrаq müəyyən etdi: Zərdab Rayon Məhkəməsinin (sədrlik edən Tahir Qubadov) 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 nömrəli hökmü ilə, xx.xx.1990-cı ildə Zərdab şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsının vətəndаşı, subay, оrtа təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olan, ünvan 1-də daimi qeydiyyatda olmaqla yaşayan, bаrəsində bаşqа yerə getməmək bаrədə iltizаm qətimkаn tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai istintaq zamanı 24.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu bir gün nəzərə alınaraq bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 11 ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməsi, Zərdab Rayon Məhkəməsinin 1(035)-06/2016 saylı, 30.07.2019-cu il tarixli hökmü ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli Zərdab rayon İcra və Probasiya şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanması, Təqsirləndirilən şəxs üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələrinin qoyulması, iş üzrə maddi sübut kimi tanınan və saxlanılması üçün Zərdab rayon Polis Şöbəsinin maddi sübutları saxlaması otağına təhvil verilən bir ədəd mətbəx bıçağının məhv edilməsi, bir ədəd DİSK-nin isə cinayət işinin materiallarında saxlanılması, iş üzrə aparılmış ekspertiza təhqiqatının dəyəri 30,60 manatın Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilməsi, hökmün icrasının Zərdab rayon İcra və Probasiya şöbəsinə həvalə edilməsi müəyyən edilmişdir. İşin halları: Təqsirləndirilən şəxs оğlu 20 аprel 2020-ci il tаrixdə sааt 18:00 rаdələrində yаşаdıqlаrı Zərdаb şəhəri Аzərbаycаn küçəsindəki 16 nömrəli evin qаrşısındа Zərərçəkmiş şəxs аiləsi ilə özünün аilə üzvlərinin аrаsındа bаş vermiş şəxsi münаsibətlər zəminində mübаhisə zаmаnı yаşаdığı evlərindən, kustаr üsullа hаzırlаnmış deşici-kəsici xаssəyə mаlik sоyuq silаh hesаb edilməyən mətbəx bıçаğını götürərək həmin yerə gəlmiş, bıçаğı əlində tuturаq yüksəyə qаldırıb göstərməklə və Zərərçəkmiş şəxs vurаcаğını ucа səslə bildirməklə sоnuncuyа tərəf yаxınlаşıb hədənin icra ediləcəyi üçün real əsaslarlа sоnuncunu öldürməklə və sağlamlığına ağır zərər vurmaqla hədələmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs оğlu özünü təqsirli bilməyərək ifаdəsində göstərmişdir ki, аilə üzvləri ilə birlikdə ünvan 1 ünvanında ünvаndа yaşayır. Rəsulоv Müşfiq Şirvаn оğlu onun qonşusudur. Müşfiq Rəsulоvla əvvəllər yaxşı münasibətləri olsa da, sonradan 2019cu ilin mart ayında Müşfiq Rəsulоvun evindən oğurluq edilməsindən sonra ailəlikcə aralarında ədavət yaranmışdır. Həmin vaxtdan tez-tez Müşfiqin arvadı Mehribanla onun anası və bacıları arasında mübahisələri olur. 20.04.2020-ci il tarixdə saat 18 radələrində, o, atası Ağaisa ilə evdə qalsa da, anası Xatın, həmin vaxt onlarda olan bacıları İradə və Günel, qardaşı Vüsalla birlikdə Zərdab rayon Qoşoba kəndinin ərazisindəki yeni tikilməkdə olan evlərinə getmək üçün evdən çıxmışlar. Həmin vaxt özü hamamda olduğundan onları yola salmamış, lakin onlar evdən çıxandan az sonra həyətdə səs-küy eşitmiş, hamamda olduğu üçün dərhal deyil, təxminən 10 dəqiqə sonra həyətə düşmüş və binanın qarşısında Mehribanın onun anası və bacıları ilə mübahisə etdiklərini görmüşdür. Nə həmin vaxt, nə də ki, ondan əvvəl Müşfiqi ölüldürməklə və ya sağlamlığına xəsarət yetirəcəyi ilə hədələməmişdir. Ümumiyyətlə qadınlar arasında söz-söhbətlər olsa da, Müşfiqlə onun arasında heç vaxt mübahisə olmamışdır. Bu barədə nə ibtidai istintaq zamanı, nə də ki, məhkəmə baxışı zamanı hər hansı bir sübut təqdim edilməmişdir. Zərərçəkmiş şəxs özünün və arvadı Mehribanın ifadələrindən də görünür ki, mübahisə Müşfiqlə onun arasında deyil, ailə üzvləri olan qadınlar arasında yaranmışdır. Belə ki, Mehribanın bildirməsinə görə “guya həmin gün günortaya yaxın həyətdə üzüm yarpağı yığarkən onun bacısı Mehribanı telefonla çəkirmiş, ona görə də axşam hadisədən öncə onun bacısı və digər ailə üzvləri ilə həyətdə rastlaşarkən aralarında mübahisə baş vermiş, bu arada Müşfiq də oraya gəlmişdir...”. Belə olan təqdirdə hansı ölümlə hədələmə və onun real icrasından söhbət gedə bilər? Məhkəmənin diqqətinə çatdırır ki, sadəcə artıq aralarında ailəlikcə münaqişə yarandığından Müşfiq və arvadı Mehriban addımbaşı onlara ilişir, o cümlədən onun cinayət məsuliyyətinə cəlb edilməsi və tutulması üçün əllərindən gələni etmişlər və edirlər. Müşfiq əvvəlki iş üzrə məhkəmə proseslərinin gedişində hətta məhkəmələrə təsir edə bilməsi üçün müxtəlif vasitələrə əl atmış, “telekanallara” çıxıb məsələni ictimailəşdirməyə cəhd etmiş, 21.04.2020-ci ildə Ali Məhkəmədə proses öncəsi bu planı qurmuşdur. Müşfiqlə onun arasında deyil, hər iki tərəfdən qadınlar arasında mübahisə baş verdiyi halda (həm də bu o qədər olmuşdur ki, artıq buna alışmışlar) hansı ölümlə hədələmədən söhbət gedə bilər? Bu tamamilə uydurma məsələdir. Ona görə də məhkəmədən ona bəraət verilməsini xahiş edir. Birinci instansiya məhkəməsinin baxışı zamanı zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 2 ünvannda yaşayır. Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə onunla qonşuluqda, yəni binanın birinci mərtəbəsində оnlаr, ikinci mərtəbəsində isə Azadgil yaşayırlаr. Azad 2019-cu ilin mart ayında onların mənzilindən qızıl-zinət əşyaları oğurladığı üçün polisə şikayət etdiyindən Аzаd barəsində Zərdab rаyоn PŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.3.4-cü maddələri ilə başlanmış cinayət işi baxılması üçün Zərdab Rayon Məhkəməsinə göndərilmişdir. Azad barəsində istintaq orqanı tərəfindən həbs qətimkan tədbiri seçilmədiyi, habelə məhkəmə ona azadlıqdan məhrum etmə cəzası vermədiyi üçün bu barədə müvafiq yerlərə bir neçə şikayətlər ünvanladığından, Azadın barəsində daha ağır cəza verilməsini tələb etdiyindən Azad onu öldürməklə hədələmişdir. Həmin iş üzrə Zərdab Rayon Məhkəməsinin hökmü qüvvədə saxlandığı üçün Şəki Apellyasiya Məhkəməsinin qərarından da şikayət etdiyindən 21.04.2020-ci il tarixdə Ali Məhkəmədə həmin işlə bağlı kassasiya şikayətinə baxılmalı idi. Bir gün öncə, yəni 20.04.2020-ci il tarixdə saat 18 radələrində işdən evə gələrkən yaşadığı binanın qarşısında Azadın qardaşı Vüsаlın, iki bacısının və anasının onun arvadı Mehribanla mübahisə edib, üçü də bir yerdə onu itələdiklərini görmüş, yaxınlaşıb onları aralaşdıraraq, Mehribandan nə bаş verdiyini soruşduqda Mehriban ona “binanın qarşısındа olan ümumi istifadədə olan yerdə əkilmiş üzüm ağacından dolma bükmək üçün yarpaq yığarkən Azadın kiçik bacısı onu telefonla çəkdiyi üçün həmin vaxt ona heç bir söz deməsə də, sonradan həyətdə onun anası Xatınla rastlaşdıqda qızının onu nə səbəbə şəklini çəkdiyini soruşduğundan həmin səbədən onunla mübahisə etdiyini demişdir”. Məsələni dəqiqləşdirərkən Azadın adını bilmədiyi kiçik bacısı Mehribanı nalayiq söyüşlərlə söymüş, Vüsаl bacılarına evlərinə getmələrini tələb etmişdir. Bu arada birdən Mehriban “vurdu” deyə qışqırıb, onu kənara itələdikdə arxadan gələn Azadın əlində qəssab bıçağına oxşar yekə bıçaqla onu vurmaq istədiyini görmüşdür. Həmin vaxt Azadın аnаsı, bаcılаrı, qаrdаşı Vüsаl Azadı tutub saxlayaraq yenidən üzərinə hücum edib onu vurmasına imkan verməmişlər. Аzаd isə əlində bıçаq “məni burаxın оnu öldürəcəm, оnu bu bıçаqlа dоğrаyаcаm” demişdir. O, əvvəl sаkitcə dаyаnıb оnlаrа tаmаşа etmiş, artıq görmüşdür ki, Azad onu öldürə və yа ona xəsаrət yetirə bilər, mənzilinə girib DİN-in “102” xidmətinə Azadın onu bıçaqla vurmaq istəməsi və öldürmək istəməsi bаrədə məlumat vermiş, sonra hadisə barədə Zərdab RPŞ-nə ərizə ilə müraciət etmişdir. Hadisə zamanı оrdа Azadın ailə üzvləri, özünün arvadı Mehriban olmuşdur. Qonşuluqda yaşayan Fəzilə, Leyla və Elvin hadisəni kənardan görüb şahid olmuşlar. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Təqsirləndirilən şəxsi bağışlamır, ona daha ağır cəza - azadlıqdan məhrum etmə cəzası verilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun əridir. Müşfiqlə birlikdə ünvan 2 ünvannda yaşayır. Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə onlarla qonşuluqda, yəni binanın birinci mərtəbəsində оnlаr, ikinci mərtəbəsində isə Azadgil yaşayırlаr. Azadla əvvəllər münasibətləri yaxşı olmuş, 2019-cu ildə onların mənzilindən oğurluq edəndən sonra münasibətləri pisləşmişdir. Belə ki, Аzаd oğurluq zamanı əzilmiş qızılın düzəltdirilməsi üçün lazım olan xərci ödəməkdən imtina etdiyi üçün aralarında mübahisələr yaranmışdır. 20.04.2020-ci il tarixdə günorta vaxtı yaşadığı binanın qarşısında üzüm yarpağı yığаn zаmаn, binanın 2-ci mərtəbəsindən Azadın bacısı Günelin onu telefonla çəkdiyini görmüş, lakin bu barədə ona heç nə deməmişdir. Axşam təxminən saat 18 radələrində həyətdəki itlərə yemək verən zaman Müşfiqin gəldiyini kənardan görüb mənzilə qayıtmış, binanın girişinə daxil olarkən Günellə rastlaşmış, günorta onu niyə çəkdiyini soruşmuş, cavabında Günel ona əri ilə telefonla danışdığını demiş, o da ona əhəmiyyət verməyib mənzilə daxil olan zaman Günel arxadan “ay qəhbə mən sənə Xatın deyiləm, səni cıraram” demiş, bu zaman səsə Günelin avtomabildə olan qardaşı Vüsal gələrək Güneli sakitləşdirməyə çalışaraq aparmışdır. Müşfiq də onları sakitləşdirməyə gəlmiş, səsə qonşusu Əliyeva Fazilə də gəlmişdir. Onlar mübahisə edə-edə binanın qarşısına çıxmış, bu zaman Azadın anası Xаtın, Azadın digər bacısı İradə də gəlmiş, onların hər üçü ona və Müşfiqə qarşı nalayiq ifadələr işlətmişlər. Dava-dalaşın böyüməsindən qorxaraq mənzillərinə gedib telefonla 102 xidmətinə zəng etmək üçün binanın girişinə girəndə görmüşdür ki, Azad əlində taxta tutacağı olan bıçaqla Müşfiqin (həmin vaxt Müşfiq əks tərəfə baxdığından Azadı görmürdü) üstünə getdiyini və vurmaq istədiyi görüb “vurdu” deyə qışqıraraq cəld özü Müşfiqi kənara itələmişdir. Azad bıçağı əlində tutaraq Müşfüqə onu doğrayıb öldürəcəyini demiş, ailə üzvləri bıçağı Azadın əlindən alıb Аzаdı öz mənzillərinə aparmışlar. Sonra Vüsal anası və bacılarını avtomobilə mindirib harasa aparmışdır. Hadisə barədə DİN-in “102” xidmətinə məlumat vermişlər. Az sonra Zərdab RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək X26 aparmışlar. Hadisə zamanı оrdа Azadın ailə üzvləri, özü və əri Müşfiq olmuşdur. Qonşuluqda yaşayan Fazilə, Leyla və Elvin hadisəni kənardan görüb şahid olmuşlar. Hadisə təxminən 15 dəqiqə davam etmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı şahid qismində dindirilən X10 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında yаşаyır. Həm təqsirləndirilən şəxs Аzаd İsmayılzadə, həm də Zərərçəkmiş şəxs onun qonşularıdır. 20 аprel 2020-ci il tаrixdə təxminən sааt 18 rаdələrində həyətdə tək dаyаnıb siqаret çəkən zаmаn Müşfiq və arvadı Mehribanın Azadın qardaşı Vüsal, bacıları və anası ilə mübahisə etdiklərini görmüşdür. Bir müddət sonra Azad da onların yanına gəlib mübahisəyə qoşulmuşdur. Hadisə baş verən yerlə onun durduğu yer arasında təxminən 20 m məsafə olduğundan, ara qarışdığından və səs-küy çox olduğundan kimin nə dediyini dəqiq bilməmişdir. Azad gələndə əlində bıçaq görməmişdir. Hesab edir ki, Azadın əlində bıçaq olmuş olsaydı onu görə bilərdi və o halda özü də müdaxilə edib onları aralaşdırardı. O, nə əvvəllər, nə də ki, hadisə vaxtı Azadın Müşfiqi öldürməklə və ya sağlamlığına ağır zərər vuracağı ilə hədələdiyini eşitməmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı şahid qismində dindirilən X8 ifadəsində göstərmişdir ki, ünvan 4 ünvanında yаşаyır. Həm təqsirləndirilən şəxs Аzаd İsmayılzadə, həm də Zərərçəkmiş şəxs onun qonşularıdır. 20.04.2020-ci il tarixdə təxminən saat 18 radələrində öz mənzilində ev işləri ilə məşğul olаn zаmаn həyətdən səsküy gəldiyini eşidib baxdıqda Müşfiq və arvadı Mehribanın Azadın qardaşı Vüsal, bacıları İradə, Günel və anası Xatın ilə mübahisə etdiklərini, bir müddət sonra Azadın da onların yanına gəlib mübahisəyə qoşulduğunu görmüşdür. Həmin vaxt Azadın əlində bıçaq var idi və Azadın bacıları, o cümlədən qardaşı Vüsal Azadı kənarlaşdırmağa çalışırdılar. Azad isə onların əlindən çıxmaq üçün dartınırdı. X30 mənzillərinə aparmışdır. Azadın Müşfiqi öldürməklə hədələdiyini bilavasitə eşitməmişdir. X8 əvvəlki birinci instansiya məhkəməsinin məhkəmə iclasında Azadın əlində bıçaq olduğunu gördüyünü bildirsə də, özünün yazılı ərizəsinə əsasən sonradan təkrarən dindirildiyi məhkəmə iclasında cavan qadın olmaqla hər iki tərəfdən müəyyən qədər basqı altında olduğunu və hadisə zamanı Azadın əlində bıçağın olmasını görmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı şahid qismində dindirilən Şahid2 ifadəsində göstərmişdir ki, Zərdаb rayon Polis şöbəsində mаnqа kоmаndiri vəzifəsində xidmət edir. 20.04.2020-ci il tаrixdə Müşfiq Rəsulоvun DİN-nin «102» zəng xidmətinə vermiş оlduğu məlumаtа əsаsən оnun yаşаdığı Zərdаb şəhəri Аzərbаycаn küçəsindəki 16 nömrəli binаnın qаrşısınа Zərdаb rаyоn PŞ-nin PPXT-nin pоlis bаş sercаntı Turаl Tağıyev və TQ-nun təhqiqаtçısı pоlis mаyоru Məsud Rəhimоvlа birlikdə getmişdir. Müşfiq Rəsulоvu yаşаdığı mənzilində görmüş, Müşfiq Rəsulоv qonşusu Аzаd İsmаyılzаdədən şikаyət edərək bu bаrədə ərizə yаzmışdır. Müşfiq Rəsulоv оnlаrа bildirmişdir ki, Аzаd əlində bıçаq оnu аrxаdаn vurmаq istəmiş və həmin vaxt özünün arvadı Mehribаn оnu kənаrа itələdiyi üçün Azad onu vura bilməmişdir. Müşfiq Rəsulоv həmçinin Аzаdın əlində olan bıçаğı nümаyiş etdirməklə onu öldürməklə hədələdiyini bildirmişdir. Onlar hadisə yerinə çatanda artıq mübahisə başa çatmışdı. Müşfiq Rəsulоvu sorğu-sual etdikdən sonra Məsud Rəhimоv ona tapşırıq vermişdir ki, gedib Аzаd İsmаyılzаdəni çağırsın. Ona görə də gedib Аzаd İsmаyılzаdəni çağırmış və bu zaman Azadın anası, bacıları və qardaşı da onlara yaxınlaşaraq X25 aparılmasına etiraz edərək müəyyən narahatçılıq yaratmışlar. Aparılmış proflaktik söhbətdən sonra onlar sakitləşmiş və Аzаd İsmаyılzаdəni Polis Şöbəsinə aparmışlar. O, özü bilavasitə hadisəni görməmiş, Azadın Müşfiqi öldürməklə və ya sağlamlığına ağır zərər vuracağı ilə hədələdiyini eşitməmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı şahid qismində dindirilən Rəhimоv Məsud Mirsаhib оğlu və Şahid3 şahid Sultanov Turаl Raqub oğlunun ifadəsinə uyğun ifadə vermişlər. Birinci instansiya məhkəməsinin baxışı zamanı ifadəsi elan olunan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş X15 (11.12.2020-ci il tarixdı vəfat etmişdir) ifadəsində göstərmişdir ki, Zərdab rayon Mərkəzi xəstəxanasında xadimə işləyir, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs bir qonşu kimi tanıyır, onların heç biri ilə ədavəti, düşmənçiliyi olmamış, ailə üzvləri ilə yaxşı münasibətləri olmuşdur. Onların arasında olan məsələdən onun xəbəri olmuş, 20 аprel 2020-ci il tarixdə saat 18 radələrində evdə olduğu zaman padyezdə qışqırtı səsi eşitmiş, padezə çıxanda heç kimi görməmiş, binanın qarşısına çıxanda X4 əlində boz tutacaqlı bıçaqla getdiyini görmüşdür. O, Azada üstündə işi olduğunu hаrа getməsini demiş, Azad İsmаyılzаdə isə onun sözlərinə əhəmiyyət verməmiş getmiş, bıçaq mətbəxt bıçağı olmuş, evlərindən götürüb düşmüşdür. Binanın qarşısında dayanmış Zərərçəkmiş şəxs arxadan vurmaq istəyərkən Müşfiqin həyat yoldaşı Mehriban Müşfiqi kənаrа itələmiş və vurdu demişdir. Azadın vurmaq istədiyi bıçaq ona dəyməmiş, bundan sonra Azad əlində bıçağı tutub Müşfiqə “səni bu bıçaqla doğrayacam” demiş, Azadın ailə üzvləri qardaşı Vüsal, bacısı onu tutub aralayaraq evlərinə aparmış, Müşfiq də bundan sonra polisə zəng etmiş, həmin vaxtı qonşusu Leyla Məhərrəmova da onun yanında olmuşdur. Həttа gördüklərini dаnışmış, Müşfiq Rəsulоvun həyаt yоldаşı Mehribаn Rəsulоvа dа оnu mоbil telefоnlа çəkmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı şahid qismində dindirilən X9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğlu, Zərərçəkmiş şəxs isə qonşusudur. Müşfiq Rəsulоvla əvvəllər yaxşı münasibətləri olsa da, sonradan 2019-cu ilin mart ayında Müşfiq Rəsulоvun evindən oğurluq edilməsindən sonra ailəlikcə aralarında ədavət yaranmışdır. Həmin vaxtdan tez-tez Müşfiqin arvadı Mehribanla onların (özünün və qızlarının) arasında mübahisələri olur. 20.04.2020-ci il tarixdə saat 18 radələrində, o, həmin vaxt onlarda olan qızları İradə, Günel və oğlu Vüsalla birlikdə Zərdab rayon Qoşaoba kəndinin ərazisindəki yeni tikilməkdə olan evlərinə (bağa) getmək üçün evdən çıxmışlar. Həmin vaxt Müşfiqin arvadı Mehriban onlarla mübahisə etməyə başlamış, az sonra Müşfiq də oraya gəlmişdir. Bir qədər sözlə mübahisə etdikdən sonra aralaşaraq onlar Vüsalın avtomobili ilə bağa, Müşfiqgil isə öz mənzillərinə getmişlər. Çox keçməmiş Azad onlara zəng edərək həyətə polislərin gəldiyini dediyi üçün geri qayıtmışlar. Onların etiraz etməsinə baxmayaraq polis əməkdaşları Azadı Zərdab rayon Polis Şöbəsinə aparmışlar. Hadisə vaxtı Azad orada olmamışdır. Nə həmin vaxt, nə də ki, ondan əvvəl Azadın Müşfiqi öldürməklə və ya sağlamlığına xəsarət yetirəcəyi ilə hədələməsini eşitməmişdir. Birinci instansiya məhkəməsinin baxışı zamanı şahid qismində dindirilən X7 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşı, Zərərçəkmiş şəxs isə qonşularıdır. Müşfiq Rəsulоvla əvvəllər yaxşı münasibətləri olsa da, sonradan 2019-cu ilin mart ayında Müşfiq Rəsulоvun evindən oğurluq edilməsindən sonra ailəlikcə aralarında ədavət yaranmışdır. Həmin vaxtdan tez-tez Müşfiqin arvadı Mehribanla onların (özünün, bacısının və anasının) arasında mübahisələri olur. 20.04.2020-ci il tarixdə saat 18 radələrində, o, bacısı Günelin uşağı, anası Xatın və qardaşı Vüsalla birlikdə Zərdab rayon Qoşaoba kəndinin ərazisindəki yeni tikilməkdə olan evlərinə (bağa) getmək üçün evdən çıxmışlar. Həmin vaxt Müşfiqin arvadı Mehriban onlarla mübahisə etməyə başlamış, az sonra Müşfiq də oraya gəlmişdir. Bir qədər sözlə mübahisə etdikdən sonra aralaşaraq onlar taksi ilə bağa, Müşfiqgil isə öz mənzillərinə getmişlər. Çox keçməmiş Azad onlara zəng edərək həyətə polislərin gəldiyini dediyi üçün geri qayıtmışlar. Onların etiraz etməsinə baxmayaraq polis əməkdaşları Azadı Zərdab rayon Polis Şöbəsinə aparmışlar. Hadisə vaxtı Azad orada olmamışdır. Nə həmin vaxt, nə də ki, ondan əvvəll Azadın Müşfiqi ölüldürməklə və ya sağlamlığına xəsarət yetirəcəyi ilə hədələməsini eşitməmişdir. Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 saylı hökmündən zərərçəkmiş şəxs X13 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri verilmişdir. Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 saylı hökmündən zərərçəkmiş şəxs X13 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə qarşı yazılı etiraz verilməmişdir. Apellyasiya şikayətlərinin dəlilləri Zərərçəkmiş şəxs X13 apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Zərdab Rayon Məhkəməsinin 1(035)-05/2021 saylı cinayət işi üzrə 18 iyun 2021-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM- nin 134-cü maddəsi ilə təqsirli bilinib 01 il müddətinə azadlıqın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.3-cii maddəsinə əsasən Təqsirləndirilən şəxs iş üzrə ibtidai araşdırma zamanı şübhəli şəxs qismində tutulduğu bir günə iki gün hesabı ilə nəzərə alınaraq təyin olunmuş azadlıqın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 11 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Zərdab Rayon Məhkəməsinin 1(035)- 06/2019 saylı cinayət işi üzrə 30 iyul 2019-ci il tarixli hökmi təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 ay 28 günlük hissəsi Zərdab Rayon Məhkəməsinin 1(035)-05/2021 saylı cinayət işi üzrə 18 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzaya qismən birləşdirilərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qəti olaraq 1 il 2 ay olunmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, barəsində seçilmiş "başqa yerə getməmək barədə iltizam'' qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməsi, cəza çəkmənin əvvəlinin Təqsirləndirilən şəxs Zərdab rayon İcra və Probasiya şöbəsində qeydə alındığı tarixdən hesablanması, cəzaçəkmə müddəti ərzində yaşayış yerini saat 22-00-dan 07-00 dək tərk etməmək, elektron nəzarət vasitəsini qəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanıı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etmək vəzifəsinin qoyulması həmin hökmlə müyyən edilmişdir. Hökm qanunsuz və əsassız olduğundan ləğv edilməli, iş üzrə məhkəmənin ilkin baxış qərarı da ləğv edilməli, işin birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməlidir. Belə ki, iş üzrə prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İş üzrə verdiyi vəsatətdə göstərdiyi kimi Təqsirləndirilən şəxs əməli düzgün tövsüf edilməmişdir. Vəsatəti aşağıdakı qaydada əsaslandırmışdır ki, el a n edilmiş ittihama görə Təqsirləndirilən şəxs 20 aprel 2020-ci il tarixdə ailə üzvlərinin arasında baş vermiş münaqişə zamanı onu öldürməklə hədələmişdir. Həmin cinayət işinin ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar qəbul etməyinizi xahiş edir. Belə ki, ibtidai araşdırma zamanı prosessual hüquq normaları kobud şəkildə pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İbtidai araşdırma zamanı vəsatət verərək Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası CM-nin 120.2.2-ci maddəsi ilə tövsüf edilməsini xahiş etmişdir. Vəsatəti üzrə qəbul edilmiş qərarın surəti ona göndərilməmiş, şikayət etmək imkanı yaradılmamışdır. Bundan başqa ibtidai araşdırma zamanı həmin araşdırmanı həyata keçirən müstəntiqə etirazına görə qəbul edilmiş qərarın surəti də ona verilməmiş, şikayət etmək imkanı yaradılmamışdır. İttiham aktından da göründüyü kimi Təqsirləndirilən şəxs onu bıcaqla vurmağa cəhd etmiş, lakin şahidlərin vaxtında müdaxiləsi, onu kənara itələmələri nəticəsində cinayətkar niyyətini həyata keçirə bilməmişdir. Hökmdə göstərildiyi kimi məhkəmə baxışı zamanı şahid qismində dindirilən Şahid4 ifadəsində göstərmişdir ki, zərərçəkmiş şəxs X13 onun əridir. Müşviqlə birlikdə ünvan 2 ünvanında yaşıyır. Təqsirləndirilən şəxs ailə üzvüləri ilə birlikdə onlarla qonşuluqda, yəni binanın birinci mərtəbəsində onlar, ikinci mərtəbəsində isə Azadgil yaşayırlar. Azadla əvvəllər münasibəti yaxşı olmuş, 2019-cu ildə onların mənzilindən oğurluq edenden sonra münasibətləri pisləşmişdir. Belə ki, Azad oğurluq zamanı əzilmiş qızılın düzətdirilməsi üçün lazım olan xərci ödəməkdən imtina etdiyi üçün aralarında mübahisələr yaranmışdır. 20.04.2020-ci il tarixində günorta vaxtı yaşadığı binanın qarşısında üzüm yarpağı yığan zaman, binanın 2ci mərtəbəsindən Azadın bacısı Günelin onu telefonla çəkdiyini görmüş, lakin bu barədə ona heç nə deməmişdir. Axşam təxminən saat 18 qayıtmış, binanın girişinə daxil olarkən Günellə rastlaşmış, günorta onu niyə çəkildiyi soruşmuş, cavabında Günel ona əri telefonla danışdığını demiş, o da ona əhəmiyyət verməyib mənzilə daxil olan zaman Günel arxadan "ay qəhbə mən sənə Xatın deyiləm, səni cıraram" demiş, bu zaman səsə Günelin avtomobilində olan qardaşı Vüsal gələrək Güneli sakitləşdirməyə çalışaraq aparmışdır. Müşviq də onları sakitləşdirməyə gəlmiş, səsə qonşusu Əliyeva Rəzilə də gəlmişdir. Onlar mübahisə edə-edə binanın qarşısına çıxmış , bu zaman Azadın anası Xatın, Azadın digər bacısı İradə də gəlmiş, onların hər üçü ona və Müşviqə qarşı nalayiq ifadələr işlətmişlər. Dava-dalaşın böyüməsindən qorxaraq mənzillərinə gedib telefonla 102 xidmətinə zəng etmək üçün binanın girişinə girəndə görmüşdür ki, Azad əlində taxta tutacağı olan bıçaqla Müşviqin (həmin vaxt Müşviq əks tərəfə baxdığından Azadı görmüşdü) üstünə getdiyi və vurmaq istədiyini görüb "vurdu" deyə qışqıraraq cəld özü Müşviqi kənara itələmişdir. Azad bıçağı əlində tutaraq Müşviqə onu doğrayıb öldürəcəyini demiş, ailə üzvləri bıçağı Azadın əlindən alıb Azadı öz mənzillərinə aparmışlar. Sonra Vüsal anası və bacılarını avtomobilinə mindirib harasa aparmışdır. Hadisə barədə DİN-in "102" xidmətinə məlumat vermişlər. Az sonra Zərdab RPŞ-nin əməkdaşları hadisə yerinə gələrək X26 aparmışlar. Hadisə zamanı orda Azadın ailə üzvləri, özü və əri Müşviq olmuşdur. Qonşuluqda yaşayan Fazilə, Leyla və Elvin hadisəni kənardan görüb şahid olmuşlar. Hadisə təxminən 15 dəqiqə davam etmişlər. Qeyd edir ki, onun və şahidin ifadələrində göstərdiyimiz xüsusatlar tam təsdiqini tapmışdır. Belə vəziyyətdə təqsirləndirilən şəxsin əməlinin Azərbaycan Respublikası CM-nin 134-cü maddəsi ilə tövsüf edilməsi düzgün sayıla bilməz. Məhkəmənin Təqsirləndirilən şəxs qəribə münasibəti təyin edilmiş cəzanın yüngüllüyündən də görünür. İş materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs bir neçə dəfə cinayət törətmişdir, sonuncu cinayəti isə cəza çəkərkən törətmişdir, "...cəzaçəkmə müddəti ərzində yaşayış yerini saat 22-00-dan 07-00 dək tərk etməmək, elektron nəzarət vasitəsini qəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanıı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifəsi" Təqsirləndirilən şəxs üzərinə Zərdab rayon Məhkəməsinin 1(035)-06/2019 saylı cinayət işi üzrə 30 iyul 2019- ci il tarixli hökmü ilə də qoyulmuşdur, lakin nə təyin edilmiş cəzalar, nə də azaddlığına qoyulmuş məhdudiyyətlər Təqsirləndirilən şəxs islah etməmişdir. O ona və ailə üzvlərinə qarşı cinayət törətməkdə, faktiki olaraq cəzasız qalmaqla yeni cinayət törədilməsinə şirinikləndirilmişdir. Heç olmazsa təyin edilmiş cəzaların tam toplanmaması məhkəmənin Təqsirləndirilən şəxs qanunsuz xeyirxah münasibətinin göstəricisi sayıla bilər. Odur ki, Zərdab rayon Məhkəməsinin 1(035)-05/2021 saylı cinayət işi üzrə 18 iyun 2021-ci il tarixli hökmünü qanunsuz və əsassız olduğundan ləğv edilməsini, iş üzrə birinci instansiya məhkəməsinin ilkin baxış qərarı da ləğv edilməli və işin birinci instansiya məhkəməsinə qaytarılmasına dair qərar yeni qərar çıxarılmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs apellyasiya şikayəti verərək qeyd etmişdir ki, Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 134-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılınası cəzasına məhkum edilmişdir. Hökmə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən iş üzrə ibtidai istintaq zamanı 24.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu bir gün nəzərə alınaraq bir günə iki gün hesabı ilə təyin olunan azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla ona 11 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Hökmə görə Zərdab Rayon Məhkəməsinin 1(035)-06/2016 saylı, 30.07.2019-cu il tarixli hökmü ilə barəsində təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 4 (dörd) ay 28 (iyirmi səkkiz) gün hissəsi hazırkı hökmlə təyin edilmiş cəzaya Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən qismən birləşdirməklə onun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Hökmə görə barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməmişdir. Hökmə görə cəzaçəkmə müddətinin əvvəli Zərdab Rayon İcra və Probasiya Şöbəsinə qeydiyyata alındığı vaxtdan hesablanacaqdır. Hökmə görə üzərinə cəzaçəkmə müddəti ərzində yaşayış yerini hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Zərdab rayonunun ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulmuşdur. Aşağıdakılara əsasən hökm əsassızdır, iş üzrə prosessual hüquq normaları pozulmuş, maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. Məhkəmə istintaqı zamanı təqsirli olmağı sübuta yetirilmədi. Belə ki, məhkəmə baxışı zamanı şahid qismində dindirilənlər onun hadisə yerində olmadığı və əlində bıçaq görmədikləri barədə ifadə verdilər. Belə olan halda məhkəmə haqqında bəraət hökmü verməli idi. Odur ki, Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 saylı hökmünü ləğv edilməsini və onun barəsində barədə qərar çıxarılmasını xahiş etmişdir. Proses iştirakçılarının dəlilləri Məhkəmə iclasında çıxış edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru, ədliyyə müşaviri X12 apellyasiya şikayətlərinin təmin edilməməsini, Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 saylı hökmünün dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən zərərçəkmiş şəxs X13 apellyasiya şikayətinin təmin edilməsini Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)- 05/2021 saylı hökmünün ləğv edilməsini, təqsirləndirilən şəxsə daha ağır cəza verilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında çıxış edən Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sarıyev Musa Kahov oğlu apellyasiya şikayətinin təmin edilməsini, Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 saylı hökmünü ləğv edilməsini və ona bəraət verilməsini xahiş etdilər. Hüquqi məsələlər: Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 397.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarının müəyyən edilməsinin, habelə cinayət qanunun və Cinayət-Prosessual Məcəlləsinin normalarının tətbiq edilməsinin düzgünlüyünü yoxlayır. CPM-in 397.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılır. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununa və Cinayət-Prosessual Məcəlləsinin normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılır. Qeyd edilən prosessual normaların mənasına görə, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallar apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız apellyasiya şikayətinin və ya apellyasiya protestinin hüdudlarında yoxlanılmalıdır. Başqa sözlə, işin faktiki halları yalnız apellyasiya tələbi ilə bağlı olan hissədə, yəni apellyasiya tələbinin təsdiq və ya təkzib edilməsi zərurəti ilə əlaqədar yoxlanılır. Burada işin faktiki halları dedikdə, konkret cinayət əməli üzrə sübut edilməli olan və məhkəmənin hökmünün və ya başqa qərarının qəbul edilməsi üçün mühüm əhəmiyyət kəsb edən xüsusatların məcmusu başa düşülməlidir. Birinci instansiya məhkəməsi tərəfindən cinayət qanununun və CPM-in normalarına riayət edilməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən apellyasiya şikayətinin və ya apellyasiya protestinin dəlillərindən asılı olmayaraq yoxlanılması o deməkdir ki, hökmün və ya qərarın qanuni və əsaslı olmasını yoxlayarkən apellyasiya instansiya məhkəməsi qanunla müəyyən edilmiş hüquqları həddində apellyasiya şikayəti və apellyasiya protestində göstərilib-göstərilməməsindən asılı olmayaraq, birinci instansiya məhkəməsinin tətbiq etdiyi cinayət və cinayət-prosessual hüquq normalarının, habelə bu normalarla bağlı olaraq başqa hüquq sahələrinə aid normaların düzgün tətbiq edilibedilməməsini yoxlamalıdır. Başqa sözlə, apellyasiya instansiyası məhkəməsi məhkəmə baxışı zamanı hüquq məsələsini hər bir halda və tam həcmdə yoxlamalıdır. Məhkəmə kollegiyası cinayət işinin materiallarını, apellyasiya şikayətlərinin dəlillərini qismən məhkəmə istintaqı aparmaqla araşdırıb, tərəflərin ifadə və çıxışlarını dinləyib hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayətləri təmin edilməməli və Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 saylı saylı hökmü baxılmış apellyasiya şikayətləri zərərçəkmiş şəxs X13 və Təqsirləndirilən şəxs münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Cinayət işində olan axtarış və götürmə aparılması haqqında 04.07.2020-ci tarixli protokoldan görünür ki, 04.07.2020-ci il tаrixdə İsmаyılzаdə Аzаd Аğаisа оğlunun yаşаdığı Zərdаb şəhəri Аzərbаycаn küçəsi 16 nömrəli binаnın, 14 nömrəli mənzilində Zərdаb Rаyоn Məhkəməsinin 04.07.2020-ci il tаrixli qərаrınа əsаsən аxtаrış və götürmə аpаrılаn zаmаn kustаr üsullа hаzırlаnmış deşici-kəsici xаssəyə mаlik sоyuq silаh hesаb edilməyən iki ədəd mətbəx bıçаğı аşkаr edilərək götürülmüşdür. Cinayət işində olan əşyanın tanımaya təqdim edilməsi haqqında 06.07.2020-ci il tarixli protokoldan görünür ki, İsmаyılzаdə Аzаd Аğаisа оğlunun yаşаdığı Zərdаb şəhəri Аzərbаycаn küçəsi 16 nömrəli binаnın, 14 nömrəli mənzilindən götürülən 2 (iki) ədəd mətbəx bıçаqlаrı cinаyət işi üzrə zərərçəkmiş şəxs Rəsulоv Müşfiq Şirvаn оğlunа tаnınmаyа təqdim edilmiş, Müşfiq Rəsulоv stоlun üzərinə sırа ilə düzülmüş bıçаqlаrdаn 2ci bıçаğı göstərib tanımışdır. Cinayət işində olan məhkəmə-balistik ekspertizаsının 07 iyul 2020-ci il tаrixli, 17/439 nömrəli rəyindən görünür ki, təhqiqata təqdim edilən: - bir ədəd bıçaq kustar usulla hazırlanmış deşici-kəsici xassəyə malik mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir; - bir ədəd bıçaq zavod usulla hazırlanmış deşici-kəsici xassəyə malik mətbəxt bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işində olan sübutların qiymətləndirilməsi barədə 09.07.2020-ci tarixli qərardan görünür ki, cinayət işinə əlavə edilmiş üzərində heç bir yazısı olmayan X11 danışığı olan DİSK və 04 iyul 2020-ci il tаrixdə İsmаyılzаdə Аzаd Аğаisа оğlunun yаşаdığı Zərdаb şəhəri Аzərbаycаn küçəsi 16 nömrəli binаnın, 14 nömrəli mənzilində məhkəmə qərаrınа əsаsən аxtаrış və götürmə аpаrılаn zаmаn götürülmüş kustar usulla hazırlanmış deşici-kəsici xassəyə malik mətbəxt bıçağı cinayət işi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən cinаyət işi üzrə maddi sübut kimi tanınaraq DİSK-in cinayət işinin materiallarında saxlanması, mətbəx bıçağının isə məhkəmə baxışının sonunadək saxlanması üçün Zərdab RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilməsi qərara alınmışdır. Cinayət işində olan Azərbaycan Rspublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən təqdim etdiyi 20.05.2020-ci il tarixli tələbnamədə görünür ki, Təqsirləndirilən şəxs Zərdab Rayon Məhkəməsinin 03.03.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nın 127.1-ci maddəsi ilə təqsirli bilinib gəlirinin 15% dövlət nəfinə tutulmаqlа 02 il islah işləri cəzаsınа məhkum edilmiş, 20.05.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən 24.06.2016-cı il tarixdə cəzadan azad edilmişdir. Zərdab Rayon Məhkəməsinin 30.07.2019-cu il tarixli hökmü ilə Azərbaycan Rspublikası CM-nın 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum оlunmuşdur. Cinayət işində olan Zərdab Rayon Məhkəməsinin 1(035)-06/2016 saylı, 30.07.2019-cu il tarixli hökmünün surətindən görünür ki Təqsirləndirilən şəxs Azərbaycan Rspublikası CMnın 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 11 ay 26 gün azadlığın məhdudlаşdırılmаsı cəzаsınа məhkum оlunmuşdur. Cinayət işində olan Zərdab rayon İcra və Probasiya şöbəsinin 11/19 saylı 18.06.2021ci il tarixli məktubundan görünür ki, Zərdab Rayon Məhkəməsinin 1(035)-06/2016 saylı, 30.07.2019-cu il tarixli hökmü 08.11.2019-cu il tarixdə Zərdab rayon İcra və Probasiya şöbəsinin icraatına daxil olmuş, 18.06.2021-ci il tarixədək cəzasının 01 il 07 ay 11 gün hissəsini çəkmiş, cəzasının çəkilməmiş hissəsi 04 ay 28 gün təşkil edir. Cinayət işində olan şübhəli səxsin tutulması haqqında 11.06.2020-ci il tarixli qərar və 24.06.2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24.06.2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və müstəntiqin 24.06.2020-ci il tarixli qərarına əsasən barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan Zərdab şəhər MİS-nin rəisi K.Ağayev tərəfindən verilmiş xasiyyətnamənin məzmunundan görünür ki, İsmаyılzаdə Аzаd Аğаisа oğlu yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin istintaqı zamanı təqsirləndirilən şəxs İsmаyılzаdə Аzаd Аğаisа oğlu özünü təqsirli bilməyərək törədilən əməlin ona aidiyyəti olmadığını bildirsə də, ona ittiham elan olunan əməlin onun tərəfindən törədilməsi zərəçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları ilə tam sübuta yetirilmişdir. Birinci instansiya məhkəməsi təqsirləndirilən şəxs İsmаyılzаdə Аzаd Аğаisа oğlunun məhkəmə baxışı zamanı özünü təqsirli bilməməsi barədə ifadəsinə, eləcə də onun anası X9 və bacısı X1 ifadələrinə tənqidi yanaşaraq hesab etmişdir ki, həmin ifadələr təqsirləndirilən şəxsin özünümüdafiə və məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Birinci instansiya məhkəməsi şahid X3 həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı vermiş olduğu ifadələrinə tənqidi yanaşaraq, onun məhkəmə baxışı zamanı birinci dəfə sərbəst şəkildə vermiş olduğu ifadəsi ilə ibtidai istintaq zamanı vermiş olduğu ifadəsinin məzmunca eyni olmasını, habelə özünün də bildirdiyi kimi cavan qadın olmaqla hər iki tərəfdən müəyyən qədər basqı altında olmasını bildirməsini nəzərə alaraq onun sonrakı ifadəsini deyil, əvvəlki ifadəsini daha mötəbər sübut kimi qəbul edir. Beləliklə, birinci instansiya məhkəməsi zərəçəkmiş şəxsin ifadəsi ilə yanaşı, Şahid4 ifadəsinə, şahid L.Məhərrəmovanın həm ibtidai istintaq zamanı, həm də məhkəmə baxışı zamanı birinci dəfə vermiş olduğu ifadələrinə, məhkəmə baxışı zamanı ifadəsi elan olunan ibtidai istintaq zamanı şahid qismində dindirilmiş F.Əliyevanın ifadəsinə, məhkəmə baxışı zamanı tədqiq edilən “axtarış və götürmə aparılması haqqında” 04.07.2020-ci tarixli protokola, “əşyanın tanımaya təqdim edilməsi haqqında” 06.07.2020-ci il tarixli protokola, ekspert rəyinə və işin digər materiallarına məcmu halında qiymət verərək hesab edir ki, İsmаyılzаdə Аzаd Аğаisа oğlu tərəfindən ona ittiham elan olunan Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsi məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-in 134-cü maddəsi ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsi onun əməlini həmin maddə ilə tövsif edilmişdir. Birinci instansiya məhkəməsinin istintaqı zamanı qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. CM-in 58.3-cü maddəsinə görə cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmin Məcəllənin 8.1-ci maddəsinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin qərarın 3-cü bəndində deyilir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid olunmasına ehtiyac olmayan şəxs barəsində işin konkret hallarının, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı təqsirləndirilən şəxs İsmаyılzаdə Аzаd Аğаisа oğlunun əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hal müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi düzgün hesab etmişdir ki, İsmаyılzаdə Аzаd Аğаisа oğlu əvvəllər Zərdab Rayon Məhkəməsinin 1(035)-06/2016 saylı, 30.07.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4, 69.3-cü maddələri ilə təqsirli bilinərək məhkum olunmuş şəxs olsa da, ona təyin edilmiş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza, yəni azadlığın məhdudlaşdırılması cəzası olduğundan və hazırkı əməli böyük ictimai təhlükə törətməyən əməl olduğundan Azərbaycan Respublikası CM-in 18.4.1, 18.4.4-cü maddələrinə əsasən onun törətmiş olduğu hazırkı əməli cinayətlərin residivini yaratmamışdır. Cinayət Məcəlləsində yalnız cinayətlərin residivinə görə sərt cəzanın təyin edilməsi təsbit edildiyindən məhkəmə İsmаyılzаdə Аzаd Аğаisа oğlunun hazırda məhkumluğunun olmasına baxmayaraq əməlində cinayətlərin residivi olmadığından ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilməsini məqbul hesab edir. Birinci instansiya məhkəməsi bu zaman həm də "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli sərəncamından irəli gələn müddəaları rəhbər tutmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İsmаyılzаdə Аzаd Аğаisа oğlu əvvəlki hökmlə təyin edilmiş cəzasını çəkib qurtarmamış yenidən qəsdən hazırkı cinayəti törətdiyi üçün ona Azərbaycan Respublikası CM-in 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirə bilər. Məhkəmə kollegiyаsı CPM-in 392.3-cü mаddəsinə uyğun olаrаq, аpellyаsiyа tələblərinin əsаslаndırıldığı bütün dəlilləri tədqiq edib, аpellyаsiyа şikayətlərinin təmin olunmаsı üçün qаnuni əsаslаr tаpmаyаrаq hesаb edir ki, zərərçəkmiş şəxs X13 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilmədən, Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 saylı hökmü isə baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən sаxlаnılmаlıdır. CPM-in 398.1.1-ci maddəsinə əsasən, apellyasiya şikayətinin və ya apellyasiya protestinin baxışı nəticəsində apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hökm və ya qərarını dəyişdirmədən, apellyasiya şikayətini və ya apellyasiya protestini isə təmin etmədən saxlanılması haqqında qərar qəbul etməyə haqlıdır. nəticəvi hissə Məhkəmə kollegiyası şərh edilənlərə əsasən və CPM-in 394, 397-399, 405, və 407-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Zərərçəkmiş şəxs X13 və Təqsirləndirilən şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməsin. Zərdab Rayon Məhkəməsinin 18 iyun 2021-ci il tarixli, 1(035)-05/2021 saylı hökmü isə baxılmış apellyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-in 410-cu maddəsində müəyyən olunmuş müddətdə və qaydada Şəki Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(107)-318/2021
Şəki Apellyasiya Məhkəməsi Qərar — İş №1(107)-318/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver